1
mündəricat
2014
№35
Oktyabr
ÜZ QABIĞI MÖVZUSU
İnsan üçün
yaradılan planet:
Yer kürəsi
Suyun
fiziki
xüsusiy-
yətlərindəki
həssas
nizamlar
Atmosferin
heyranedici
ayırdedici
xüsusiyyəti
Oksigenin
həllolma
qabiliyyəti
canlılar
üçün
ən ideal
ölçüdədir
24
18
32
40
içindəkilər
6
10
14
28
34
42
46
48
52
58
62
Atmosferin ideal ölçüləri
Göy cisimləri arasındakı məsafələr
Yerin özünəməxsus
temperatur intervalı
Canlıların yaradılışındakı möcüzələr
Fosillər təkamülü təkzib edir
Görünən işıq möcüzəsi
Atom rabitələrinin qurulması
Möcüzəvi karbon elementi
Kainatdakı qüvvələr
arasındakı müvazinət
Proton və elektron arasındakı
möhtəşəm uyğunluq
Canlılardakı bütün zülalların sol
əlli olmasını təsadüflə açıqlamaq
mümkün deyil
DÜŞÜNƏN İNSAN - Elmi-kütləvi, mənəvi-psixoloji jurnal
Oktyabr 2014; № 35
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində
qeydiyyatdan keçmişdir. Reyestr № 3418
Təsisçi və redaktor: Ziya Kazımov ;Telefon: (077) 381 61 91
E-mail: info@dusuneninsan.net; www.dusuneninsan.net
Ünvan: AZ1000 Abonent qutusu 35,Bakı, Azərbaycan
Çapa imzalanma tarixi:
Tiraj: 300
Qiyməti: 2 manat
Kainatımızı, Südyolu qalaktikamızı, Günəş sistemimizi və yaşadığımız Yer planetini
əhatə edən çoxlu qanunlar, müvazinətlər və ölçülər var. Bu qanun, müvazinət və
ölçülərin hər biri insan həyatı üçün əlverişli kainatı əmələ gətirəcək şəkildə xüsusi
hesablanıb nizamlanıblar.
Kainatımızı hərtərəfli tədqiq etdikdə ən təməl kosmik qanunlardan ən incə fiziki
ölçülərə, ən kiçik müvazinətlərdən ən dəqiq rəqəmlərə qədər hər birinin ayrı-ayrı
nizamlandığını görürük. Bu əyarların kainatda insanların yaşaması üçün ən ideal ölçüdə
olduğunun fərqinə varırıq.
Kainatın genişlənmə sürətindən Yerin Südyolu qalaktikasındakı mövqeyinə, Günəşin
yaydığı işığın növündən suyun axıcılıq dəyərinə, Ayla Yer arasındakı məsafədən
atmosferdəki qazların miqdarına qədər burada sadalaya bilmədiyimiz saysız-hesabsız
amil insan həyatının olması üçün ən ideal ölçülərdə tənzimləniblər. Belə ki, bu əyarlardan
təkcə birində kiçik bir dəyişiklik olsa, kainatda canlı həyat mövcud olmaz.
Sözügedən müvazinətlərdən birinin belə təsadüfən canlılar üçün ideal ölçüdə olması
ehtimalı yoxdur. Kainatdakı minlərlə ölçünün hər biri ayrı-ayrı xüsusi tənzimlənməsi
insan ağlının qavrama hüdudunu ötüb-keçir.
Əslində, kainatda insanın yaşaması üçün lazımi şərtlərin hər biri ayrılıqda
möcüzədir. Milyonlarla lazımi şərtin bir yerə toplanması isə ucsuz-bucaqsız möcüzələr
zənciri meydana gətirir. Bir şeyin möcüzə olması isə, əlbəttə, onun Allah tərəfindən
yaradıldığının dəlilidir. Hər kvadrat metri bir möcüzə olan kainat da, aydındır ki, onu
bənzərsiz elm, qüdrət və sənətlə yaradan Allah`ın əsəridir.
Son dövrlərdə aparılan hesablamalar göstərir ki, kainatımızı nəzarətdə saxlayan
əsas qanunlar və əsas fiziki sabitlər indiki ölçüsündən bir az fərqli olsaydı, kainatda
canlılar, o cümlədən, insan yaşaya bilməzdi. Normal halda, bu fiziki sabitlərin müxtəlif
ölçüləri ola bilərdi. Lakin hər birinin ayrılıqda kainatın insan həyatı üçün hazırkı ideal
quruluşuna imkan verəcək şəkildə xüsusi ölçülərlə tənzimlənməsini möcüzə sözündən
başqa sözlə açıqlamaq mümkün deyil.
4
90 milyon yaşında timsah fosili tapılıb
Braziliyanın Minas Gerais əyalətindəki bir ferma-
da aparılan qazıntı işlərində 90 milyon il yaşı olduğu
təxmin edilən iki yetkin və bir bala timsah fosili tapı-
lıb. Bu barədə Cihan informasiya agentliyi məlumat
verdi.
45 sm uzunluğunda hissəsi tapılan sürünənin
indiyə qədər tapılan ən böyük timsah fosili olduğu
bildirilib. Tədqiqatçılar fosilin dişlərinin yerində ol-
duğunu və skeletinin yaxşı qorunduğunu deyirlər.
Qazıntı aparılan paleontoloji bölgədə başqa hey-
van növlərinə aid çoxlu sümüklə yanaşı, fosilləşmiş
dörd yumurta da tapılıb.
Sona çatan qazıntılarda əldə edilən fosillərin
bölgənin quruluşu ilə bağlı elmi tədqiqatlara işıq
tutacağı və haqqında müxtəlif məqalələr yazılacağı
gözlənilir. Tapılan fosillər təhlillərdən sonra həmin
bölgədə yerləşən dinozavr muzeyində nümayiş
etdiriləcək.
Beyinə hiss ötürən elektron sistem
Misera və tədqiqat qrupu süni ələ toxunma ilə bağlı
informasiyaları müəyyən edib ölçən reseptorlar əlavə
edib. Mütəxəssislər kompyuter alqorifmləri yolu ilə
əldə etdikləri elektrik impulslarını sinirlərin hiss et-
diyi qıcıqlara çevirib. Romada keçirilən əməliyyatda
xəstənin qolunun üst tərəfindəki sinirlərə dörd elektrod
yerləşdirilib. Sonra elektrodlar bionik əlin barmaqla-
rındakı süni reseptorlara birləşdirilib. Beləliklə, toxun-
ma və təzyiq hissləri birbaşa beyinə göndərilib. Den-
nis Aabo bir ay davam edən laboratoriya sınaqlarında
əvvəlcə elektrodların işləyib-işləmədiyini yoxlayıb.
Sonra elektrodlar bionik ələ birləşmiş vəziyyətdə ikən
sınaqlar keçirilib.
Düşünən İnsan, Oktyabr 2014
4
www.elmxeberleri.com