İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə1/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
  1   2   3   4   5   6   7   8   9   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi


İnsan və tale problemi

Mürtəza Mütəhhəri

Kitabın adı……………………İnsan və tale problemi

Müəllif………………….Ustad Şəhid Mürtəza Mütəhhəri

Tərcümə edən…………………….Ağabala Mehdiyev

Elmi redactor………………..Emin İmanlı

Redaktor……………………………….Toğrul Musayev

Korrektor…………………….Turac Eldarqızı

Nəşir………………………..Parlaq İmzalar(2017)

Ön Söz

Əsrlər boyu dünyada öz fikir və düşüncəsi ilə bəşəriyyətə misilsiz xidmətlər etmiş bir çox mütəfəkkirlər yaşayıb-yaratmışlar. İnsanlıq bu şəxslərə çox şey borcludur. Məhz bu elm fədailərinin sayəsində insani dəyərlər inkişaf etmiş, düşüncələr işıqlanmış, qaranlıqlar aydınlığa qovuşmuşdur.

Görkəmli İslam alimi, filosof Mürtəza Mütəhhəri də bu mütəfəkkirlər sırasında öz xüsusi yeri olan şəxsiyyətlərdəndir. O, ömrünü cəmiyyətin islahına, müasir dövrdə meydana çıxan və də yərləri təhdid edən şübhələrə cavab tapmağa həsr etmişdir. Buna görə də Mütəhhəri dövrünün gəncləri, ziyalıları, ümumiyyətlə, bir islahatçı alim olaraq kütlə tərəfindən sevilmiş, sağlığında böyük İslam alimi kimi şöhrət qazanmışdır.

* * *


Mürtəza Mütəhhəri 1919-cu il fevralın 2-də Xorasan mahalının Fəriman şəhərində alim və inanclı bir ailədə dünyaya gəlib.

Mütəhhəri uşaqlıq dövrünü məktəbdə ibtidai təhsil almaqla və Quran öyrənməklə keçirib.

O, 1931-ci ildə Məşhəd şəhərinin mədrəsələrində şəriət dərslərini öyrənməyə başlayır.

1937-ci ildə dərslərini davam etdirmək üçün Qum şəhərinə gedir. Orda 15 il qalır və dövrünün ən məşhur filosoflarından olan azərbaycanlı alim Məhəmmədhüseyn Təbatəbai kimi görkəmli şəxsiyyətlərdən dərs alaraq İslam elmləri və digər sahələrdə yüksək dərəcələrə çatır. O cümlədən İslam fəlsəfəsi, fiqh və üsul, sosiologiya, psixologiya, tarix, təfsir, İslam sxolastikasi və başqa sahələr üzrə böyük nailiyyətlər əldə edir.

1952-ci ildə Tehrana köçən alim elə o zamandan elmi tədqiqat işlərinə başlayır. Həmin dövrdə müəllimi Məhəmmədhüseyn Təbatəbainin qələmə aldığı "Fəlsəfə prinsipləri və realizm metodu" kitabına giriş yazır və 5 cilddə şərh edir. O bu işi 1953-cü ildə sona çatdırır.

1955-ci ildən başlayaraq "Tələbə İslam Cəmiyyəti"ndə yeni və fərqli yanaşmalarla Quran təfsiri dərsləri deyir və eyni ildə Tehran universitetinin “İlahiyyat Elmləri və İslam Maarifi İnstitutu"nda müəllimlik fəaliyyətinə başlayır və burada təlim-tədris işini iyirmi il (1976-cı ilə kimi) davam etdirir.

Tehran ziyalıları və gəncləri ilə mütəmadi ünsiyyətdə olan Mütəhhəri Tehranda olduğu müddətdə müxtəlif konfranslarda, tədbirlərdə çıxış edərək İslam dininə qarşı yönəlmiş iradlara, şübhələrə cavab verir, məsələlərə yeni baxış gətirir. Beləliklə, get- gedə Mütəhhəri ziyalı kütlənin sevimlisinə çevrilir, müxtəlif konfranslara dəvətlər alır, artıq çıxışları Tehranla məhdudlaşmır; digər şəhərlərdə də müxtəlif tədbirlərdə iştirak edir. 1959-cu ildə Mütəhhəri "Həkimlərin İslam Cəmiyyəti"nə spiker kimi dəvət olunur və orada o günə kimi müzakirə olunmayan "Islam və zamanın ehtiyacları", "Teizm" mövzusu kimi bir çox elmi əhəmiyyətli çıxışlar edir.

1967-ci ildə o dövrün elmi müzakirə ocağı sayılan İrşad islam Mədəniyyət Mərkəzini təsis edilərkən Mütəhhəri oranın əsas üzvlərindən biri olur. İrşadda Mütəhhəri ilə yanaşı, Dr. Əli Şəriəti kimi dövrün digər ziyalıları da çıxış etməyə başlayır. Bir neçə il sonra İrşad İslam Mədəniyyət Mərkəzindən ayrılsa da, fəaliyyətini, çıxışlarını müxtəlif yerlərdə davam etdirir. Elmi ictimai fəaliyyati ilə yanaşı, dövrün actual problemlarini ələ alan əsərlər üzərində də işləyir.

Daim cəmiyyətdəki nöqsanların islahı fikrinda olan yorulmaz alim 1979-cu ilin may ayının 2-də sui-qəsd nəticasində başından aldığı güllə yarası ilə şəhid edildi.

Mürtəza Mütəhhəri öz dövrünün problemlarini lazımınca başa düşüb araşdırmağı bacaran və eyni zamanda bütün varlığı ilə islam dininə bağlı olan bir mütəfəkkir alim olmuşdur. Onun varlğında cəmləşən bu iki xüsusiyyət ona yaşadığı dünyarı dərk etmak, onda baş verən elmi-ictimai dəyişikliklari vaxtında müşahidə edərak mövcud problemlərlə, ehtiyaclarla tanış olmaq və onlanın halli yolunda var qüvvəsi ilə çalışmaq imkanı verirdi.

Mütəhhəri öz zəmanəsini dərindən tədqiq edərək onu lazımınca tanımağa çalışırdı. O bu barədə özünün "Gənc nəslin yönləndirilməsi" adlı məqaləsində yazır:

"Biz hazırda çox mühüm bir sual qarşısında dayanmışıq. Yaşadığımız dövrdən, onda baş verən mühüm dəyişikliklərdən xəbərsizik. Bəzən haqqında əvvəlcədən lazımi qədər tədqiqatlar aparmadığımız mövzularla rastlaşırıq…"

Mütəhhəri bu məsələyə həddindən artıq diqqət yetirmiş, dövrünün problemlərini vaxtında və hətta bəzən vaxtından da qabaq analiz etməyi bacarmış və islam dini baxımından bu məsələnin nə qədər əhəmiyyətli olduğunu dərk etmişdir. O, yüksək istedadı sayəsində İslam dininin sosioloji məsələlərinin öyrənilməsinin həddən artıq əhəmiyyətli olmasını başa düşmüşdür.

O bilirdi ki, müasir dövrün şübhələrinə keçmiş dövrlərin klassik izahlan ilə cavab vermək mümkün deyil, Mütəhhəri "Dini mədrəsələrin müasir vəzifələri" adlı məqaləsinda yazır:



"Əgər biz müasir dövrü səksən il bundan qabaqkı dövrlə müqayisə etsək, o dövrdə yaşayan cəmiyyətin bir növ qapalı cəmiyyət olduğunun şahidi olarıq. Həmin cəmiyyətdə ideoloji məsələlərin və ictimai anlayışların hamısı kənar yerlərdən deyil, dini mədrəsələr və ruhanilər tərəfindən verilirdi. O dövrdə, demək olar ki, yad fikirlərin xalq arasında yayılması mümkün deyildi…

Artıq müasir dövrdə həmin tarazlıq pozulmuşdur və biz müntəzəm olaraq ibtidai-orta məktəblərdə, ali təhsil ocaqlarında, kütləvi informasia vasitələrində, iclas və konfranslarda minlərlə yeni fikinlərin yaylmasının şahidi oluruq".

Məhz bu yeni fikirlər yeni ictimai təbəqənin formalaşmasına səbəb olurdu. Mütəhhəri bu ictimai təbəqəni "gənc nəsil" və ya "gənclərin təfəkkürü" adlandırırdı:



"Gənc nəsil dedikdə məqsəd ancaq cavanlar deyil, təhsil almaq və yeni mədəniyyətlərlə tanışlıq nəticəsində özünəməxsus təfəkkür tərzinə sahib olan müxtəlifyaşlı şəxslərdir. Başqa sözlə desək, burada hər hansı bir təfəkkür tərzi nəticəsində müəyyən şəkildə formalaşmış bir ictimai təbəqə nəzərdə tutulur".

Yeni ictimai təbəqənin ən böyük xüsusiyyətlərindən biri, onların öz dini etiqadlarına şübhə ilə yanaşmaları olmuşdur. O, gənc nəslin bu vəziyyətini belə təsvir edir:

Yaşadığımız dövr, dini və etiqadi baxımdan hamı üçün, xüsusilə gənc nəsil üçün iztirab, böhran və çaşqınlıq əsridir. Dövr- şərait bir sıra problemlər yaratmış, unudulmuş köhnə sualları bir daha ortaya atmışdır".

Alim müasir dövrdə üzə çıxan şübhələrin anlayışla qarşılanmalı olduğunu, "şübhə"lərin "yəqin" üçün giriş funksiyası daşıdığını bildirmişdir:



"Görəsən, biz bu şəkk və tərəddüdlər burulğanından, şübhə və suallar hücumundan narahat olaraq təəssüflənməliyikmi? Mənim fikrimcə, bu barədə nigaran olmağa heç bir əsas yoxdur. Şübhə yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir".

Mütəhhəri digər yerdə bu kimi şübhələri özünəməxsus birterminlə "müqəddəs şübhə" adlandırmışdır.

Alim, eyni zamanda sualları, şübhələri eşitmək istəməyən, dövrün tələbləri haqqında düşünməyən mühafizəkar təbəqəni də tanqid edərək yazır:

"Bu barədə təəssüf doğuran məsələ, şəkkin insanı araşdırma va tədqiqat aparmağa sövq etməməsi va ya ictimai şəkk- şübhələrin bazi insanları cavab axtarıb tapmağa vadar edə bilməməsidir".

Mütəhhərinin qarşısında müxtəlif fikirlərin təsiri nəticəsində formalaşmaqda olan, beyini suallarla, şübhələrlə dolu ganc bir nəsil dayanırdı. O alim üzərinə düşən vəzifəni, bu nəsli şübhələrdən uzaqlaşdırıb yəqinə çatdırmaqda görmüş və bu işi həyata keçirmək üçün məhz qələrmini işə salmışdır. Özü bu barədə yazar.



"Əlimə qələm alaraq kitab və ya məqalə yazmağa başladığım son iyirmi ildə, bütün yazılarımda düşündüyüm yeganə şey yaşadığımız əsrdə islami məsələlər barəsində yaranmış sual və şübhələri həll etmək olub. Yazılarımın bəzisi fəlsəfi, bəzisi ictimai, bəzisi əxlaqi, bəzisi isə fiqhi və ya tarixidir. Həmin yazıların mövzuları bir-birindən tamamilə fərqli olsalar da, onların hamısının ümumi hədəfi yalnız və yalnız bir şey olub".

Mütəhhəri azsaylı alimlərdən idi ki, dövrünün tələbini, aktual olan məsələləri bilirdi və ömrünü bu yolda xərcləyirdi. Mütəhhəri bilirdi ki, səmavi dində cavabsız suallar yoxdur. Cavabsız qalan suallann, İslamın yanlış tanınmasının səbəbi məhz bu dinin himayəçisi olduqlarını iddia edən məsuliyyətsiz şəxslərdir:



"On dörd əsrdən artıq vaxt keçməsinə baxmayaraq, müqəddəs İslam dini hələ də tanınmaz qalmış bir dindir. Bu dinin həqiqətləri uzun müddət xalq arasında təhrifolunmuş formalarda əks olunub. Bəzi şəxslərin dindən qaçmasının əsas səbəbi də bu ad altında aparılmış səhv təlimlərdir. Bu müqəddəs dinə hazırda da ən çox zərbə vuranlar zahirdə onu himayə etmək istəyən iddiaçılardır: Bir tərəfdən imperialist qüvvələrin gizli və aşkar vasitələrlə hücumu, digər tərəfdən də əsrin İslamı himayə etmək istəyən iddiaçılarının məsuliyyətsizlikləri bu dinin müxtəlif sahələrdə ideoloji hücumlara məruz qalmasına sabəb olub. Buna görə də mən öz bacarığım çənçivəsində bu sahədə əlimdən gələni etmək fikrindəyəm".

“…Öz istedad və qabiliyyətim çərçivəsində islami məsələlər barəsindəki problemləri həll etməyə, həqiqətləri olduğu kimi açıqlamağa və əgər əməli azğınlıqların qarşısını ala bilmirəmsə də, heç olmasa fikri və ideoloji azğınlıqlarla mübarizə aparmağa, xüsusilə islam düşmənlərinin əllərində bəhanə olan məsələlərin aydınlaşdınlmasına çalışmışam".

Doğrudan da, o bu yolda əlindən gələni əsirgəmədi, gecəsini gündüzünə qataraq çalışdı və ömrünü bu yolda fəda etdi. Bununla da, Mütəhhəri böyük bir mütəfəkkir kimi tarixə öz parlaq imzasını qoydu.

Mürtəza Mütəhhərinin vəfatından sonra alimin dəyərli çıxışları onun varisləri tərəfindən ("Sədra" Nəşriyyatı) kağız üzərinə köçürülərək kitab formasına salınmağa başlandı. 30 ildən artıq aparılan işlər nəticəsində alimin bənzərsiz kitabları ərsəyə gəldi, Demək olar ki, hazırda bu işlər yekunlaşmaq üzrədir. Çıxışlardan hazırlanan və alimin öz sağlığında yazdığı kitabların məcmusu taxminən 60 adda kitabın meydana çıxmasına səbəb oldu. Bu kitabların bəzisinin çoxcildli olduğunu nəzərə alsaq, alimin külliyyatı 100 cildi keçir.

Bu kitabların əksər hissəsi şifahi nitqin məhsulu olduğuna, həmçinin keyfiyyətsiz lent yazılarından köçürülməsinə görə əsərlərdə səthi pərakəndəlik nəzərə çarpsa da, bu kitablar alimin fitri Istedadı və fövqəladə yaradıcılığı sayəsində kifayət qədər məntiqi və bir-birinə bağlı mövzular əks etdirir.

O mütəfəkkir şəxsiyyət sağlığında yaşadığı ölkədə, onu dinləyə bilənlər tərəfindən, həmçinin azsaylı çap olunmuş əsərlərinin oxucuları tərəfindən tanınırdısa, ölümündən sonra çıxışlarının kitab halına salınması və bu kitabların müxtəlif dünya dillərinə tərcümə olunması nəticəsində artıq Mütəhhəri müsəlman dünyasında tanınmağa başladı.

Ölkəmizdə də müstəqillik illərindən sonra həvəskar şəkildə olsa da, Mütəhhəridən azsaylı kitablar dilimizə tərcümə olunmağa başladı. İnancsız Sovet quruluşundan çıxan, elmi ateizmlə ünsiyyətdə olmuş beyinləri şübhələrlə dolu olan gəncliyə Mütəhhəridən yaxşı kim cavab verə bilərdi?! Tərcümələrin keyfiyyətsiz olmasına baxmayaraq, Mütəhhərinin kitablan acgözlüklə mütalia edilirdi.

Nazərimizcə, bir cəmiyyətdə ağıla əsaslanan, xurafatdan uzaq inancın formalaşması üçün Mütəhhərinin əsərləri əvəzolunmazdır. Məhz bu kimi səbəblərdən Mütəhhərinin varislərinin yalnız "Parlaq imzalar" Nəşriyyatı üçün verdiyi rəsmi icazə əsasında Mürtəza Mütəhhərinin əsərlərinin silsiləvi nəşrinə başladıq. Kitabların tərcümə və redaktə işləri peşəkar kollektiv tərəfindən aparılır. Mütəhhərinin işlətdiyi hər kəlmənin öz yeri olduğunu nəzərə alaraq tərcümə və redaktə zamanı kitablar çox diqqətlə işlənilir. Alimin tərcümə olunan elmi kitablan həmin kitabların mövzusu üzrə mütəxəssis olan şəxslər tərəfindən tərcümə və ya redaktə olunur. Eyni zamanda kitabların tərtibatına, çap keyfiyyətinə də xüsusi diqqət göstərilir.

Görülən bu işlər nəticəsində Mütəhhəri oxucularının keyfiyyətsiz tərcümə və çaplardan çəkdikləri əziyyətlərə son qoyulmaqla yanaşı, oxucular alimin əsərlərini sistemli şəkildə əldə etmək rahatlığına da sahib olacaqlar.

***


“İnsan və tale problemi” Mürtəza Mütəhhərini çıxış şəklində olmayan,qələmə aldığı az sayılı kitablardan biridir. Buna görə də kitab öz dəst-xətti və mövzusunun dərinliyinə görə seçilir. Kİtabın ən mühüm özəlliklərindən biri giriş hissəsində Mütəhhərinin “müsəlmanların tənəzzül səbəbləri” mövzusuna geniş yer verməsidir. Maraqlıdır, görəsən, necə oldu ki, İslam qızıl orta əsrlər dövründən sonra şahidi olduğumuz bu tənəzzülə uğradı, bunun səbəbləri hansılardır? Müəllif bu səbəblərin, demək olar, hamısını konspektləşdirərək oxucuların ixtiyarına verib.

Kitabın ana mövzusu olan tale və qəzavü qədər mövzusu isə ayrıca fəlsəfi bəhs kimi yox, “müsəlmanların tənəzzül səbəbi”kateqoryasına daxil olan bir mövzu kimi araşdırılmışdır. Mütəhhəri bu kontekstdə fatalizinancının İslamın təqdim etdiyi qəzavü-qədərlə heç bir əlaqəsinin olmadığını möhkəm əqli dəlillərlə sübuta yetirmişdir.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə