İnsanın ən kövrək duyğuları, qəlb çırpıntıları, fikir təlatümləri poeziyada öz ifadəsini tapır



Yüklə 190,74 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü190,74 Kb.
#52555


Vaqif Aslanın şeirlərinin dili 

                               Abdullayeva Gülarə Abdurahman qızı 

 

       filologiya elmləri namizədi 



 

              AMİ-nin Şəki filialı 

 

Bütün  tarixi  dövrlərdə  bədii  ədəbiyyat  dilin  xarakterik  xüsusiyyətlərinin 



göstəricisi olmaqla yanaşı, həm də onun inkişafında və zənginləşməsində, ədəbi dilin 

cilalanmasında  müstəsna  rol  oynamışdır.  Ayrı-ayrı  şair  və  yazıçıların  yaradıcılığını 

təhlil  etməklə,  həmin  dövr  üçün  ədəbi  dilin  müxtəlif  səviyyələri  haqqında  konkret 

fikir yürütmək mümkündür. Eyni zamanda, ədiblərin yaradıcılığında işlənən  onlarla 

yeni söz və ifadə  ədəbi dilə keçərək intensiv işlənmə hüququ qazanır və nəticədə dil 

zənginləşir.Ədəbi  dilin  zənginləşməsində,  sözlərin  yeni-yeni  məna  çalarları 

qazanmasında  poeziya müstəsna əhəmiyyətə malikdir.  İnsanın ən kövrək duyğuları, 

qəlb çırpıntıları, fikir təlatümləri öz ifadəsini poeziyada tapır. Poeziya o zaman ölməz 

olur ki, tükənməz enerjinin və yuxusuz gecələrin birliyindən yaransın və zəngin ifadə 

vasitələrinə  malik  olsun,  ümumxalq  dilinin  zənginliklərini  üzə  çıxarsın,  ədəbi  dilin 

hüdudları  ilə  məhdudlaşmasın.  Müasir  Azərbaycan  ədəbiyyatında  öz  sözünü  deyən, 

oxucuların  dərin  rəğbətini  qazanan  onlarla  sənətkarın  adını  qeyd  etmək  olar.  Belə  

istedadlı  qələm  sahiblərindən  biri  də  müasirimiz  şair  Vaqif  Aslandır.  “Ruhlarla 

söhbət”,  “Oğuz  elinə  salam”,  “Qanımdan  rəng  alan  gül”  kimi  irihəcmli  kitablarda 

toplanmış  poema  və  şeirləri  ilə  oxucularının  sonsuz  sevgisini  qazanmış  şair  müasir 

Azərbaycan ədəbiyyatına gözəl töhfələr verməklə yanaşı, ədəbi dilimizin inkişafında 

da özünəməxsus rol oynayır.  

V.  Aslanın  şeirlərinin  dili  onun  ümumxalq  dilinin  müxtəlif  laylarına,  sözün 

məna  incəliklərinə dərindən bələd olduğunu göstərir. O, gurultulu  ifadə  və ibarələrə 

can atmır, fikirlərini çox sadə və təbii bir dildə ifadə edir: 



Yaşıl yarpaq, solacaqsan, 

Dönüb xəzəl olacaqsan. 

Əsən yellər sümüyünü saz eyləyib çalacaq, 

Nəm torpağa salacaq. 

Mən özüm də sənin kimi!  


Verilmiş  bu  kiçik  şeir  parçaqsında  ümumişlək  sözlərdən  istifadə  etməklə  şair,  bir 

yarpağın,  bir  insanın,  bir  dünyanın  gərdişini,  gəliş-gedişini  çox  böyük  ustalıqla, 

poetik şəkildə  ifadə etmişdir.  

 Rəssam fırçası rənglərlə möcüzələr yaratdığı kimi, şair qələmi də öz fikrini söz 

və ifadələrlə çox böyük ustalıqla boyayır.  V. Aslanın şeirlərinin dili o qədər axıcı, o 

qədər  oynaqdır  ki,  bir  oxunuşda  əzbərlənir.  Hər  söz,  hər  misra  oxucunu  öz  ardınca 

çəkib aparır. Müəllif bizim dəfələrlə gördüyümüz, müşahidə etdiyimiz hadisələri elə 

mənalandırır ki, heyrət dənizinə qərq olmaya bilmirsən: 

          Ağac gördüm sarmaşıqlar içində, 

Alçaq, uca-hamısı da yan-yana. 

Ağac gördüm bir boyda bir biçimdə, 

Ağaclar da bənzəyirmiş insana. 

Vaqif  Aslanın  şeirlərində  boş  misra,  yersiz  işlənmiş  söz  yox  dərəcəsindədir. 

Güclü  maqnit  dəmir  qırıntılarını  çəkən  kimi,  şairin  təbi  də  hadisələrin  mahiyyətinə 

uyğun  ən  zərif  ifadələri  seçir:  Geciksən  səbrimlə  yorram  gecəni;  Qəlbinazik 



yaranmısan sən əzəl; Ey mənim bəxtimin uzaq ulduzu; Gün düşüb alnında çiçəkləyib 

tər;  Dünyanın  bakirə  ilk  baharı;  Gözünə  bax,  ulduz-ulduz  axır  hey;  Qızılgülün  qız 

baxışları;  Töküb  ilhamımın  piyləsinə,  Baharı  içmişəm  meyxoş  olmuşam;  Şair 

sinəsindən tanınar və s.    

V. Aslanın şeirlərinin dli hikmətli söz və ifadələr, atalar sözləri və məsəllərlə 

zəngindir. Atalar sözləri və məsəllərdən müəllif, fikirlərinin bədi təsdiqi üçün tutarlı 

vasitə kimi istifadə etmişdir: Niyyətin haradır mənzilin ora; Haram kama yetəmməz, 



Əkilməsə bitəmməz, Əkinçinin darısı; Halal zəhmət itəmməz; Artıq tamah min ildir ki 

daş yarır, Para-para olan daşlar baş yarır; Tanıyanlar olar,  Gözəl, düzdü bu, kəkliyi 

ayaqdan,  ceyranı  gözdən;  Yaxşılığa  yaxşılıq  bir  əvəzdir,  əvəz  verib  əvəz  ummaq 

qərəzdir; Verən əldən allah kəsməz deyirlər;  Unutma ki, haqq nazilər, üzülməz, düz 

deyənə  durub  dodaq  büzülməz;    Ara  yerdə  namus  gedir,  ad  batır,  ad  batırıb  yurd 

itirən naz satır və s.  


    

Vaqif  Aslanın  şeirləri  söz  və  ifadə  baxımından  da  fərdiləşmişdir.  Boya-başa 

çatdığı Şəki torpağının duzlu-məzəli danışıq tərzi də onun şeirlərində duyulmaqadır. 

Bədii  dili  rəngləmək,  zənginləşdirmək  məqsədi  ilə  şair  şivə  sözlərindən    xüsusi 

məharətlə istifadə etmişdir: 

 Şıtqa vur, ovça çal, döyülsün qaval; 

Mənim şeirim Qaraqum konfeti döy 

Yeyəsən, pəh-pəh deyəsən, 

Qısası, saqqız da döy

Həfrayı tənqidçi tək ad üçün çeynəyəsəm; 

Sınar, oşalanar bu qəlb, bu ürək; 

Çəpənnazı baxa-baxa,  

Salma  məni daşa-dağa; 

Çöl üzü tor, iç üzü por; 

Cici-mici bir qız ilə evləndirək; 

Nə kütə boyun əy, nə hütə alçal və s.  

V.  Aslanın  şeirləri  Dədə  Qorqud  mayası  ilə  yoğrulub.  Əsrlərin  arxasından 

boylanan bu qəhrəmanlıq salnaməsini  öz incə, kövrək qələmi ilə bizə qanadlandıran 

şair  dilin  bütün  potensial  imkanlarından  istifadə  etməyə  çalışmışdır.  Hətta 

arxaikləşmiş  sözlər  də  şairin  dilində  canlanır,  gözəlləşir.  Məsələn,  çal  qaraquş 

ərdəmli,  elat,  qəlbi;  Qalınca  dünyada  qalmasa  yeymiş,  apalaca  otaq  kimi  söz  və 

ifadələrin mənası asanlıqla qavranıldığı kimi, şeirin dilinə bir gözəllik də qatır.  

 

Vaqif Aslan öz fikrini qoşa sözlərlə, həmcins, sinonim söz və ifadələrlə qollu-



qanadlı ifadə etməyi sevir: 

Ey gəlin otaqları, xoşbəxt binalar salam! 

Mən haqq yolçusuyam. O mənə yoldur, 

Arxadır, dayaqdır, qanaddır, qoldur, 

Neynim ki, ağrısı, acısı boldur; 

Mən giley dünyası, həsrət yoluyam 

Ürəyi doluyam, qəlbi doluyam 


Gah yazam, gah qışam-Cumayoğluyam, 

Belə tanınmışam, get ondan soruş. 

V.  Aslan  dilə  yaradıcı  yanaşmağı  bacarır.  Onun  poeziyasında  ancaq  V.  Aslan 

qələminə  məxsus  söz  və  ifadələr  istənilən  qədərdir:  qandaşlar,  başbilənlər, 

könlüqırıq  gözəl,  dərddaşlar,  qıyımsızlıq,  Açılıb  gül  kimi  gümüşlənərdin,  qas-qas 

gülmək, Qavaldaşı qavaltək gumbur-gumbur çalanlar və s. V. Aslan şeirləri nə qədər 

axıcıdırsa,  bu şeirlərdə sözlər, səslər də bir o qədər həmahəngdir: 



Qara-qara qədəhlərdə  

Qara şərab içə-içə  

Qara qoyun qovurması 

Yeyənlərə tost deyirik. 

Vaqiv  Aslanın  şeirlərində  təzadlar  və  qarşılaşdırmalar  bədiilik  vasitələri 

sırasında xüsusi yer tutur: 

Xoş yazına, sərt qışına vuruldum; 

Çoxu çoxdur, azı azdır, 

Toyu toydur, yası yasdır, 

Qışı qışdır, yazı yazdır, 

Bir ilahi sözdür dünya. 

Şairin şeirlərinin bədii sintaksisi də diqqəti cəlb edir.Onun şeirlərində istifadə olunan 

inversiya və parselyasiyalar mənanın daha da dolğunlaşmasına səbəb olur.  

Bulaqsan, gözümdən axırsan mənim. 

Tüstüsən, təpəmdən çıxırsan mənim. 

Dustaqsan,  könlümdən baxırsan mənim, 

Ay ilk məhəbbətim, ilk məhəbbətim. 

 

Vaqif  Aslan  şeirlərində  bədii  dilə  xas  olan  bütün  bədii  təsvir  və  ifadə 



vasitələrinə  bol-bol  rast  gəlmək  olur.  Onun  şeirlərinə  məxsus  fərdi-üslubi 

birləşmələrin  çoxu  metaforlaşdırma  yolu  ilə  yaranmışdır.  Şairin  müqayisələri 

ürəyəyatımlıdır: 

Sarı simdə çalıb tale sazını, 



Həsrətin də xatirini xoş etdin. 

Çirin-acı bir şərbəti nuş etdin; 

Dərdi yandır, nisgili qov, qəmi sil. 

Gözündən nur dolu bir badə içdim; 

Gələndə ilk bahar, göy otlar kimi,  

İnsanın torpaqdan göyərməyi var; 

Məndə dağ ətri var, aran odu var; 

Sinə dəftər oldu, dil qələm oldu, 

Yazdığım hər şeir bir aləm oldu və s. 

Vaqif  Aslanın  poeziyasında  lirizm  çox  güclüdür.Onun  şeirlərində  Şəhriyar 

nəfəsi, Füzuli yanğısı duyulmaqdadır. Füzuli bir ahı ilə min dağı bada verirsə, Vaqif 

Aslan  öz  dərdini  daha  real  şəkildə  ifadə  edir,  o,  sonsuz  məhəbbətlə  sevdiyi  və 

tərənnüm    etdiyi  vətəninin    zaman-zaman    başına  gətirilən  müsibətlərə,  torpaqların  

işğalına dözmür, dərdini  ürək yanğısı ilə oxucusuna söyləyir: 



 

Tutub qayaların daş yaxasından, 

          Elə silkələrəm paralanarlar. 

          Bir ah çəkərəm ki, övlad ahından 

         Dağlar sinəsindən yaralanarlar. 

V. Aslanın  bütün lirik şeirləri  öz ifadəliliyi ilə diqqəti cəlb edir: 



 

 

 

Deyinmərəm əzabımı bol eylə, 

 

 

İncimərəm, yandır məni kül eylə, 

 

 

Ağrımaram, sinəm üstən yol eylə, 

Amma tənə ağrısı var canımda. 

Vaqif Aslanın mübaliğələri də canlı və inandırıcı görünür:  



 

 

Beşiyimdən yer üzü dar,  

 

 

Heç bilmədim hara düşdüm. 

V.  Aslanın  şeirləri  dil  baxımından  çox  zəngindir.  Onun  əsərlərinə  istinad 

etməklə  müasir  dilimizlə  bağlı    istənilən    məsələni  asanlıqla  araşdırmaq  və  konkret 



fikir  söyləmək  mümkündür.  Bu  baxımdan  Vaqif  Aslanın  əsərləri    bizə  və  gələcək 

nəsillərə onun ən səmimi töhfəsidir.  Biz də ona uzun ömür,  duyğu və düşüncələrini 

qanadlandıran yeni-yeni əsərlər, daha geniş oxucu kütləsi arzulayırıq. 

 

                   İstifadə olunmuş ədəbiyyat: 

1. Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı, 1980 

2. Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, 1997 

3. Aslanov V. Ruhlarla söhbət. Bakı,1997 

4. Aslanov V.   Oğuz elinə salam. Bakı, 2000 

5. Aslanov V. Qanımdan rəng alan gül. Bakı, 2003 

6. Aslanov V. Seçilmiş əsərləri. I cild, Bakı, 2009 

                                                                                       Abdullayeva G.A 

 

 



 

Summary 

Language of Vagif Aslans poems 

 

This article deals with features of language and style of Vagif Aslan’s creative 



work.  It  was  investigated  the  role  played  developing  our    literary  language  on  the 

basis  of  concrete  facts  elected  from  works  of  the  authors  literary  language. 

Characteristicc sides have been anlyzed his creative work.  

 

   

 

      

 

 

 

 

 

 



Azərbaycan Müəllimlər İnstitutunun  Şəki filialının  

Dillər kafedrasının baş müəllimi, f.e.n. Abdullayeva 

  

 

 



 

Gülarə Abdurahman qızının  “Vaqif Aslanın şeirlərinin 

  

 

 



 

dili” mövzusunda yazdığı məqalə haqqında 

 

                                                              R Ə Y 



 

        Məqalədə  dilçiliyin  aktual  məsələlərindən  olan  dilin  lüğət  tərkibinin 

zənginləşməsi  amillərindən  bəhs  olunur.  Müəllif  ədəbi  dilin  zənginləşməsində, 

sözlərin  yeni-yeni  məna  çalarları  qazanmasında  poeziyanın  müstəsna  əhəmiyyətə 

malik  olduğunu  qeyd  edir  və  Vaqif  Aslanın  şeirlərindən  çoxlu  nümunələr  göstərir.  

Məqalənin  hazırlanmsında  həm  elmi  ədəbiyyatdan,  həm  də  Vaqif  Aslanın  bədii 

irsindən  istifadə  olunmuşdur.  Müəllifin  mülahizə  və  fikirləri  qənaətbəxşdir  və  elmi 

şəkildə əsaslandırılmışdır. 

 

Məqalənin  dilçilik  baxımından  faydalı  olduğunu  nəzərə  alaraq  onun  çap 



olunmasını məsləhət bilirəm. 

 

 



     

 

 



Rəyçi:                    

 

   AMİ-nin Şəki filialının  



              Dillər kafedrasının müdiri, 

              f.e.n. U. Mürşüdova 

 

 

 



 

 

 



 

 

 



 

 

 




             АМИ-нин Шяки филталынын «Дилляр» кафедрасынын 12 ийун  

                   2009- жу ил тарихли 10  сайлы протоколундан 

  

                                       Ч ы х а  р ы ш 



 

 

Ешидилди:      ф..е.н. Э.А.Абдуллайеванын  «Вагиф Асланын шеирляринин 



                  дили» адлы мягалясинин мцзакряси. 

           

        Гярар :     ф.е.н.У.Мцршцдованын вя кафедра цзвляринин мцсбят ряйини 

 

нязяря алараг мягалянин чап олунмсы мяслящят билнсин. 



 

 

  Сядр: 



У.Мцршцдова 

 

  Катиб:                    Ш.Йунусова 



 

 

 



 

У.Мцршцдованын имзасыны тясдиг едирям: 



 

             Елми катиб:                     ф.е.н. Ш.Щцмбятова 



Yüklə 190,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə