Interagency Community Development Meeting



Yüklə 50,61 Kb.
tarix05.04.2018
ölçüsü50,61 Kb.
#35993

Təşkilatlararası Icma Inkişafı Iclası




Tarix: Cümə, 5 Dekabr, 2003, 10:00


Yer: Mercy Corps Konfrans otağı

Sədr: Səadət Nurməmmədova, Beynəlxalq Xilasetmə Komitəsi (BXK)



Iştirakçıların adı

Təşkilat

Əlaqə nömrəsi


1.

Ziba Quliyeva

Mercy Corps

ziba@mercycorps.az

2.

Bahar Məmmədova

BXK

bahar@ircfield.baku.az

3.

Səadət Pənahova

BXK

saadat@irckurdamir.baku.az

4.

Bəxtiyar Əliyev

Nazirlər Kabineti

92 06 80

5.

Şəfəq Tukanova

CHF

stukanova@chf.baku.az

6.

Faiq Qurbanov

ATGA

Em.geo.m@rambler.ru

7.

Fəxrinur Hüseyinov

ATGA

428263 h-faxrinuratga@yahoo.com

8.

Mehman Kərimov

SC

mehman@savechildren.org.az

9.

Ilkin Nəzərov

YAIIDP Katibliyi

99 00 47 inazarov@prsp.in-baku

10.

Yavər Şahbazov

Gənclər üçün Təhsil Mərkəzi

yaverght@yahoo.com

11.

Sadıq Bağırov

Az. Icmalar birliyi

99-71-25

12.

Barat Əzizov

CRS

barat@crs.in-baku.com

13.

Julie Hamlin

World learning

93 89 86

14.

Natalia Palubinski

UAFA

92 80 82

15.

Alf Henry Rasmussen

NHE

nhe@galacticomm.org

16.

Ramiz Behbudov

ADRA

223 34 02 rbehbudov@adra.org.az

17.

Namiq Heydərov

YAIIDP

Nheydarov@prsp.in-baku.com

Tel:99412 (8) 99 00 47, 93 79 02




Xülasə:


  1. Gündəlik – iştirakçılar iclasın gündəliyini qəbul etdilər.

  2. 31 Oktyabr 2003-cü il tarixli iclasın protokolu təsdiq edildi.


Müzakirə mövzuları:


  1. «Yoxsulluğun Azadılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramı və İcma inkişafı» mövzusunda YAİİDP Katibliyinin eksperti Namiq Heydərov tərəfindən təqdimat.

  2. Müxtəlif

  3. Növbəti iclas tarixinin müəyyənləşdirilməsi.



  1. «Yoxsulluğun Azadılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramı və İcma inkişafı» Namiq Heydərov tərəfindən təqdimat.

Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın (YAİİDP) strategiyası

  • Gəlir əldə etmək imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması

  • Makro-iqtisadi sabitliyin qorunub saxlanılması

  • əsas səhiyyə və təhsil xidmətləri üzrə keyfiyyətin və həmin xidmətlərdən istifadə üçün bərabər imkanların yaxşılaşdırılması

  • İnfrastrukturun yaxşılaşdırılması (o cümlədən yollar, kommunal xidmətlər, rabitə, meliorasiya və s.)

  • Həssas qrupların daha səmərəli müdafiəsi üçün mövcud sosial-müdafiə sistemində müvafiq islahatların həyata keçirilməsi



  • qaçqın və məcburi köçkün əhalinin həyat şəraitinin və imkanlarının yaxşılaşdırılması

YAİİDP strategiyasının əsas vəzifəsi

  • Ölkənin maliyyə ehtiyatlarının səfərbər edilməsi.

  • Bazar iqtisadiyyatının tələblərinə cavab verən sosial müdafiə sisteminin formalaşdırılması.

  • Məşğulluq səviyyəsinin yüksəldilməsi.

  • Təbəqələşmənin və gəlirlərin qeyri-bərabər bölgüsünün qarşısının alınması.

Proqramda icra olunacaq tədbirlərin cəmləşdiyi funksional qruplar

  • İqtisadi İnkişaf və Məşğulluq

  • Sosial Siyasət və İnsan inkişafı

  • Regional siyasət və infrastrukturun inkişafı

  • İnstitusional inkişaf və potensialın inkişaf etdirilməsi

YAİİDP-nin icra prosesində dövlətin əsas sosial siyasəti

  • əhalinin müxtəlif qrup və təbəqələrinin özünü reallaşdıra bilmə imkanlarını genişləndirmək.

  • Sahibkarlıq fəaliyyətini stimullaşdırmaq.

  • Şəxsi təşəbbüskarlıq və məsuliyyət hissini artırmaq

YAİİDP üzrə hazırlanmış strategiya istiqamətində monitorinq göstəriciləri

  • Gəlir əldə etmək imkanlarının yaradılması

  • Sosial müavinətlərin ünvanlılığı

  • İnfrastrukturun yaxşılaşdırılması

  • Təhsil və səhiyyə xidmətləri ilə təminat

  • Qaçqın və məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması

  • Makro-iqtisadi sabitlik, səmərəli fiskal idarəetmə və iqtisadi artım

  • Gender baxımından disaqreqasiya olunmuş göstəricilər

Müntəzəm monitorinq tələb edən göstəricilər

  • Gündəlik gəliri 1 dollardan aşağı olan insanların sayı

  • Çəkiləri normadan aşağı olan 5 yaşınadək uşaqların sayı

  • 5 yaşınadək uşaqlar arasında ölüm hallarının sayı

  • İbtidai sinfə cəlb olunmuş uşaqların sayı

  • İbtidai təhsili bitirmiş uşaqların sayı

  • İbtidai, orta və ali təhsildə qızların sayının oğlanların sayına nisbəti

  • Peşəkar səhiyyə işçilərinin nəzarəti altında anadan olan uşaqların sayı

  • Qızılcaya qarşı peyvənd olunmuş 1 yaşınadək uşaqların sayı

  • 15-24 yaşlı hamilə qadınlar arasında QİÇS-ə yoluxanların sayı

  • Keyfiyyətli içməli su mənbələrinə malik insanların sayı

İcma və YAİİDP

  • İYİ-ın mövcud durumunun müəyyənləşdirilməsi.

  • İYİ-a cəlb olunan icmaların ehtiyaclarını və prosesin geniş çərçivədə aparılmasına maneçilik edən amillərin müəyyənləşdirilməsi.

  • YAİİDP və İYİ barədə əhalinin bilik və bacarıqlarının artırılması.

  • İcmaların gücləndirilməsi yolu ilə iqtisadi, sosial proqramların hazırlanmasına və həyata keçirilməsinə icma üzvlərinin cəlbi.

  • YAİİDP-nin icra mərhələsində məlumatların toplanması, məlumatların təhlil olunması və nəticələrin əhaliyə çatdırılması kimi üç əsas fəaliyyət istiqamətinə icma üzvlərinin fəal cəlb olunması.

  • Nəhayət, yerli icmalarda qərarların qəbulunda əksmərkəzləşdirmənin və özünü-maliyyələşdirmənin inkişaf etdirilməsi

Bələdiyyələrin YAİİDP-nin icrasında rolu

  • Əhalinin ən həssas qrupunun müəyyən olunması yolu ilə yoxsullara yönəldilmiş yardımın ünvanlılığının təmin edilməsi.

  • Yaşadıqları region haqqında zəruri məlumatlarla təmin etməklə potensial investorların regiona cəlbi.

  • Ərazi daxilində ətraf mühitin pisləşməsinin qarşısının alınması.

  • Yerli QHT-rin icraya fəal cəlbi.

  • Bələdiyyə ərazilərində yaşayan ailələrin sayını, tərkibini, əmək qabiliyyəti olanları, onlardan işləyənləri, pensiya alanları dəqiq müəyyənləşdirmək.

  • Ailələrdə əlavə gəlir mənbələrini araşdırmaq və ümumi gəlirin hər bir ailə üzvünə düşən hissəsini dəqiqləşdirmək. Əmək qabiliyyətli işləməyənlərin işlə təmin edilə bilməmələrinin səbəblərini təhlil etmək.

  • Son beş ildə bələdiyyə ərazisində əhalinin inkişafını, yerdəyişməsini, bu proseslərin əhalinin gəlirlərinə təsirini öyrənmək.


Sual: 2004-cü il üçün büdcənin tərtib olunması nə dərəcədə sizin proqramla uyğunlaşdırılıb?

Cavab:YAİİDP çoxşaxəli olduğu üçün proqramda icrası nəzərdə tutulmuş 400-ə yaxın tədbirlərin icrasına bilavasitə məsul olan nazirliklər müvafiq tədbirlərin icrası istiqamətində büdcənin formalaşdırılması üçün təkliflərini vermişlər.


Sual: Işin necə görülməsi və nə nəticə verməsi haqqında monitorinq necə nəzərdə tutulub?

Cavab: Qeyd etdiyimiz kimi, YAİİDP Katibliyində yerli və xarici ekspertlərdən ibarət Yoxsulluğun Monitorinqi Bölməsi fəaliyyət göstərir. Bu yaxınlarda monitorinqin nəticələrinə aid son hesabat hazırlanıb bütün təşkilatlara göndəriləcək. Müxtəlif sahələr üzrə tədqiqatlar aparılmış və tədqiqatlara əsasən son hesabat hazırlanmışdır.
Sual: Proqramın hazırlanmasında yerli mütəxəssislərin çəkisi nə qədər olub (neçə %) ?

Cavab: YAİİDP-nin hazırlıq mərhələsindən başlayaraq hazırkı icra mərhələsinə qədər yerli mütəxəssislər əsas rol oynamışlar. Təbii ki, beynəlxalq ekspertlər də bu mərhələdə fəal iştirakı ilə fərqlənmişlər. Lakin həmin ekspertlərin fəaliyyəti əsasən məsləhətçi formasında olmuşdur. YAİİDP Dövlət Proqramı olduğundan bu istiqamətdə yerli mütəxəssislərin rolu əsas olmuşdur.


Sual: Yerli QHT-lərlə hansı əməkdaşlıq nəzərdə tutulub?

Cavab: Proqrama hazırlıq mərhələsindən başlayaraq YAİİDP Katibliyi yerli QHT-ı ilə sıx əməkdaşlıq etmişdir və bu ənənə icra mərhələsində də davam edir. Belə ki, regional görüşlərin keçirilməsində, dəyirmi masa müzakirələrində Sektor İşçi Qruplarında vətəndaş cəmiyyətinin iştirakı genişdir.


Sual: Regional iqtisadi inkişaf üzrə prezident fərmanı ilə sizin proqramın uyğunluğu hardadır?

Cavab: Fərmanda nəzərdə tutulan bütün tədbirlər YAİİDP-də icrası nəzərdə tutulmuş tədbirlərlə tamamilə uyğundur.
Sual: Biz QHT-lər layihələrimizi sizə necə təqdim edə bilərik?

Cavab: Nəzərinizə çatdırmaq istəyirəm ki, YAİİDP Katibliyi Proqramın icrasına monitorinq nəzarəti və icra üzrə əlaqələndirici rolu oynayır. Bu istiqamətdə Katiblik yerli hökumət strukturlarından əlavə həm də bir sıra beynəlxalq donor təşkilatlarla əlaqəli fəaliyyət göstərir. Suala cavab olaraq onu deyə bilərəm ki, Katiblik müraciət edən yerli QHT-nın layihələrini müvafiq təşkilatlarla əlaqələndirə bilər.
Müxtəlif
Növbəti iclas: Cümə, 30 Yanvar, 2004, Mercy Corps Konfrans otağı, saat 10-00.

ADRA iclasa sədrlik edəcək.



Mövzular:


  1. ICDP extension - Uşaqları Qoruyun təşkilatının təqdimatı

  2. «Naxçıvanda Icma Inkişafı Təşəbbüsləri» - ADRA Ramiz Bebudovun təqdimatı

  3. Müxtəlif

  4. Növbəti iclasın mövzusunun seçilməsi

Yüklə 50,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə