İntibah dövrünün “Humanizmi” və “Antroposentrizmi”



Yüklə 172,91 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü172,91 Kb.
#80963

background image
 

 

İntibah dövrünün “Humanizmi” və 



“Antroposentrizmi” 

XIV əsrdən etibarən Avropa ölkələrində burjua münasibətləri qərarlaşmağa 

başlayır. Bununla əlaqədar mərkəzləşmiş dövlətlər yaranmağa başlayır, ticarət 

genişlənir, monufaktura istehsalatına başlanılır. Elm, fəlsəfə dinin, kilisənin təsirindən 

çıxıb müstəqilliliyə can atır. Bu dövrə intibah dövrü deyilirdi. İntibah dövrü fəlsəfi 

fikrin inkişafında birinci mərhələdir və XIV əsrdən XV əsrin ortalarına qədər olan 

dövrü əhatə edir. İntibah termini hələ italyan humanistləri (məs. Corcio Vazari) 

işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle 

tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü 

anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin 

qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına 

zəmin yaratmışdır. 

Mütəxəssislər İntibah dövrü fəlsəfəsinin təkamülündə üç əsas dövrü 

fərqləndirirlər: humanizm və ya antroposentrizm dövrü, neoplatonizm dövrü və 

naturfəlsəfə dövrü. 

İntibah mədəniyyətinin başlıca səviyyəsini Humanizm ideyaları təşkil edirdi. 

İntibah mədəniyyəti insana yüksək Humanist münasibəti, kainatın mərkəzinə insanı 

qoyması – antroposentrizm mövqeyi fəlsəfədə, ədəbiyyatda, heykəltəraşlıqda, 

rəssamlıqda  xüsusilə Mikelançelo, Leonardo da Vinci, Rafael, Dante və b. əsərlərində 

öz ifadəsini tapmışdır. İnsan ən ali canlı səviyyəsinə yüksəldilir. Əgər Antik dünya 

görüşünün qayəsini kosmosentrizm, insana kainatın və təbiətin bir hissəsi kimi 

baxmaq ideyası təşkil edirdisə, Orta  Əsrlərdə dünyagörüş teosentrik səciyyə 

daşıyırdısa, İntibah dövrü dünyagörüşü üçün antroposentrizm xasdır. 

Humanizm insanın bir şəxsiyyət kimi özünü dəyərləndirməsinə, onun azadlıq və 

xoşbəxtlik hüququna əsaslanan dünyagörüşüdür. Humanistləri insan özü, onun təbiəti, 

müstəqilliy  və  yaradıcılığı maraqlandırır. Humanizm fəlsəfəsi Orta əsrlər 

geosentrizmini insanın dünya ilə münasibətlərində ona göstərilən marağa qarşı qoyur. 

Humanizm sözü fransızcadan tərcümədə "humanisme" insanlıq, insanları 

sevmək, bəşəriyyətçilik deməkdir. 

Humanizm insani məsələlərdə təbiətüstü inancların hakimiyyətini tamamilə rədd 

edir, amma bununla yanaşı inancların özünü hədəf olaraq seçmir. Ümumi mənada 

ateizm və aqnostisimlə bütünləşir, amma humanist anlayış bunlara daxil deyil. 

Humanizm bu cür təbiətüstü güclərin varlığı ilə bir növ maraqlanmayan etik 

yanaşmadır. Humanizmin əsas məqsədi hər cür avtoritarlıqdan insanı azad etməkdir. 

Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Amma həqiqəti tapmaq yolunda 

mistisizm, inanclar və bu kimi məntiqlə tamamlanmayan üsullar doğru deyil. Həqiqətə 



edilən bu arzu gözübağlı mütləq həqiqət olaraq qəbul etmək deyil, elmi

 

Yüklə 172,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə