İPƏk yolu, No. 1, 2018



Yüklə 76,87 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü76,87 Kb.
#44045
növüXülasə


 

 

İPƏK YOLU, No.1, 2018, səh.154-160 



 

 

154 



 

REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİNİN METODOLOJİ ASPEKTLƏRİ 

 

Qəzənfər Suleymanov, Ülviyyə  Hüseynova 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan 



e-mail: 

ulviyye.huseynova.80@mail.ru

  

 

Xülasə. Məqalədə biznes fəaliyyətinin səmərəli  təşkili və idarə  edilməsində  



istifadə edilən  regional klasterlərin  xarakteristik cəhətləri  tədqiq edilir. Bu 

məqsədlə, 

məqalədə 

beynəlxalq 

tədqiqatlara 

əsaslanaraq  klaster 

yanaşmasının  metodoloji  əsasları  təhlil  olunur.  Məqalədə,  eyni  zamanda 

regional    klasterləşmənin  istifadəsinin    üstünlükləri  və  səmərəlilik 

göstəriciləri də elmi cəhətdən əsaslandırılır.  

 

Açar sözlər: klaster, səmərəlilik, şirkət, biznes. 

 

METHODOLOGICAL  ASPECTS OF  

ESTIMATION  OF  EFFICIENCY  OF  

REGIONAL  CLUSTERS 

 

Gazanfar Suleymanov, Ulviya Huseynova 

Azerbaijan State Oil and Industrial University, 

Baku, Azerbaijan 

 

Abstract. In the paper the characteristic aspects of 

regional  clusters  used  for  effective  organization 

and  management  of  entrepreneurship  activity  are 

investigated.  For  this  purpose  the  paper  analyzes 

methodological    theories  of  clustered  approach, 

based  on  the  international  researches.  The  paper 

also  gives  scientific  basis  for  advantage  and 

efficiency of the regional clustering. 



Keywords: 

clusters, 

efficiency, 

company, 

business.

 

МЕТОДОЛОГИЧЕСКИЕ ПОДХОДЫ К 



ОЦЕНКЕ ЭФФЕКТИВНОСТИ 

РЕГИОНАЛЬНЫХ КЛАСТЕРОВ  

 

Газанфар Сулейманов, Ульвия Гусейнова 

Азербайджанский Государственный Университет 

Нефти  и Промышленности, Баку, Азербайджан 

 

Резюме. В статье рассматриваются характерные 

аспекты  региональных  кластеров,  используе-

мых  для  эффективной  организации  и  управ-

ления  предпринимательской  деятельностью.  С 

этой  целью  в  статье  анализируются  методоло-

гические основы кластерного подхода на основе 

международных  исследований.  В  статье  также 

научно  обоснованы  преимущества  и  эффектив-

ность  использования  региональной  кластери-

зации.  


Ключевые cлова: кластер, эффективность

ком-



пания, бизнес.

 

 



 

1.

 

Giriş 

Regionun    iqtisadi    sistemində    regional    klasterlərin  rolu  və    mahiyyətinin  dərk 

olunması  üçün  təşkilatların  klaster  və  sahə yanaşmalarını müqayisəli şəkildə təhlil ediməsi 

zərurəti  yaranır.  Təhlillər  göstərir  ki,  klaster  yanaşmasında  sahə  yanaşmasının  qüsurlarını 

aradan  qaldırmaq  mümkündür.    Bununla  da,  iqtisadiyyatın  qloballaşması  kontekstində 

regionunrə qabətqabiliyyətliliyi təmin olunur.  

Klasterlərin    yaradılmasının  aktuallığı  dövlətin,  biznes  və  elm  sahələri  arasında 

əməkdaşlığın  inkişaf  etdirilməsi  ilə  əlaqədardır.    Klasterin  bütün  iştirakçıları  hüdudların 

səmərəliliyi və sinerji əsasında  əlavə rəqabət üstünlüklər əldə etmiş olurlar.  



Q. SULEYMANOV, Ü. HÜSEYNOVA: REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN… 

 

 

 



155 

Onların  qarşılıqlı  təsir  mexanizmi  aşağıdakı  kimidir:  klasterin    az  mənfəətlə  çalışan 

hissələri  klasterdaxili  ixtisaslaşmalarla  əmək  məhsuldarlığının  yüksəldilməsi  və  məhsulun 

maya dəyərinin aşağı düşməsinə nail ola bilirlər [1]. 

 

2.

 

Klasterlərin yaradılmasının əsas  məqsədləri 

Bu məqsədlərə daxildir: 

-Klaster  iştirakçılarının  yeni  texnologiyaların  tətbiq  olunması  ilə  rəqabətqabiliy-

yətliliyinin yüksəldilməsi; 

-Keyfiyyətə,  logistikaya,  informasiya  texnologiyalarına    olan  tələb  və  yanaşmaların 

unifikasiyası  əsasında  məsrəflərin  azaldılması  və  elm  tutumlu  xidmətlərin  keyfiyyətinin 

yüksəldilməsi;  

-Məşğulluğun təmin olunması; 

-Klaster  iştirakçılarının  maraqlarının  müxtəlif  təşkilatlarda  qorunması  üçün 

lobbiləşdirmənin möhkəmləndirilməsi.  

Qloballaşdırma  şəraitində  yüksək  rəqabətqabiliyyətliliyi  ayrı-ayrı  şirkətlər  deyil,  bir 

biri  ilə  sıx  qarşılıqlı  əlaqədə  olan  təsərrüfat  subyektlərindən  ibarət  klasterlər  təmin  edə 

bilərlər. 

Klasterlərdə  kritik  kütlənin  yaranması  sonradan  yeni  şirkətlərin,  investisiyaların,  

tədarükçülərin cəlb edilməsinə, peşəkar kadrların hazırlanmasına səbəb olur.  

V.P.  Tretyak  da  klasterlərin  sosial  iqtisadi  funksiyalarını  müəyyənləşdirərkən    eyni 

fikirdədir: klasterlərin müvvəffəqiyyətlə fəaliyyət göstərməsi kiçik biznesdə çalışan insanların 

iş  yerlərinin  saxlanılması  üçün  təminat  verir.  Bu  isə  o  deməkdir  ki,  vergi  bazası  saxlanılır, 

işsizlik üzrə ödənişlər azalır [1]. 

M.  Porter  yuxarıda  göstərilən  ehtimalları  qloballaşdırır  və  sahibkarlıq  mühitinin 

yaxşılaşdırılmasında,  ixracın  artırılmasında,  investisiyaların  cəlb  edilməsində    klasterlərə  

pozitiv rol ayırır. 

T.V.  Çıxan  klasterlərin  iqtisadi  rolunda  ölkənin  beynəlxalq  rəqabətqabiliyytliliyinin 

yüksəldilməsini  xüsusi  qeyd  edir:    hər  hansı  bir  ölkənin    iqtisadiyyatında  klasterlərə  daxili 

artıma  başlanğıc nöqtəsi kimi baxılır. Klasterlərin inteqrasiya funskiyası da qeyd olunmalıdır.  

Klasterlərin  mərkəzi  adətən  bir  neçə  güclü  şirkət  ola  bilər.  Bu  zaman  onlar  arasında  eyni 

zamanda  rəqabət  də  qala  bilər.  Burada  önəmli  olan  təsərrüfat  həyatının  perspektivli,  elm 

tutumlu sahələrinə stimullaşdırıcı mexanizmlərin saxlanılması ilə resursların cəlb edilməsidir 

(Cədvəl 1).  

Klasterlərin  formalaşdırılmasında  əsas  stimul,  klaster  birliyinə  daxil  olan  

müəssisələrin təsərrüfat göstəricilərinin  yaxşılaşmasıdır. 

Klasterlərə  daxil  olan  müəssisələrin  əldə  etdikləri  üstünlüklər  birlikdə  mövcud 

innovasiya  potensialının  imkanları  ilə  əlaqədardır.  Çünki  klasterlər  şirkətlərin  üstünlüklərini 

aşağıdakı faktorlar əsasında qaldıra bilirlər: səmərəli ixtisaslaşma və əmək bölgüsü, məsələn 

xammalın  alınması  və  müştərək  marketinq  araşdırmalarının  keçirilməsi;  texnologiyalardan, 



İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

156 



ixtisaslaşdırılmış  işçi  qüvvəsindən,  informasiyalardan  istifadə  olunması  imkanları;  biznes 

xidmətləri;  peşə,  maliyyə  və  digər  xidmətləri  göstərən  infrastrukturun  təkmilləşdirilməsi. 

İkincisi  klasterlər  alıcıların  tələblərinə  daha  çevik  cavab  verə  bildikləri  üçün  innovasiya  və 

istehsal artımına əlverişli şərait yaradırlar. 



Cədvəl 1. Biznesin təşkilində klaster və sahə yanaşmasının müqayisəsi 

Müqayisə 

parametrləri 

Кlaster 


Sahə 

Qarşılıqlı əlaqə 

Möhkəm və mütəhərrik qarşılıqlı 

əlaqələr. Qarşılıqlı əlaqədə olan 

şirkətlərin dayanıqlı birliyi 

Iştirakçıların muxtariyyəti,  bir-birinin 

uğurundan asılı olmamağı 

 

İqtisadi maraq 



Mütləq mənfəətin əldə olunması marağı, 

klasterin rəqabətqabiliyyətliliyinin 

yüksəldilməsi 

Müəssisə və təşkilatların ümumi 

maraqlarının olmamağı 

 

Korporativ 



mədəniyyət 

Qarşılıqlı əlaqədə olan təşkilatlar tərəfindən 

müəyyən korporativ mədəniyyət 

formalaşdırılmışdır. İnformasiyanın, 

təcrübənin, müştərək təhsilın təşkili və s. 

Ümumi dəyər, davranış nümunələri, 

informasiya mübadiləsi qaydalarının yox- 

luğu, transaksiya xərcləri yüksəkdir 

 

Əmək bazarı 



İş qüvvəsinin yüksək mobilliyi 

Iş qüvvəsinin aşağı səviyyədə mobilliyi 

Uzunmüddətli 

əməkdaşlıq 

Rəqabət üstünlüklərinin əldə olunması üçün 

qarşılıqlı əlaqə. Klasterin gələcəyinə ümumi 

baxış (ümumi strateji məqsədlər) 

Daimi əsaslar üzərində əməkdaşlıqların 

qurulmamağı adətən qısa müddətli və  tək 

bir hal üçün əməkdaşlıqlar 

İnformasiyanın 

rolu 


Klasterlərin formalaşmasında önəmli yer 

klasterə daxil olan şirkətlər arasında 

informasiya mübadiləsinin 

olması,transaksiya xərclərinin aşağı 

düşməsidir. 

Müxtəlif müəssisələrin əməkdaşları 

arasında ümumi informasiya axınının 

yoxluğu 


 

Sərhədlər 

lokallaşdırma 

Coğrafi kompaktlığın yoxluğu 

Elmi texniki 

tərəqqi 


ETT layihələrinin nailiyyətlərinin müştərək  

istifadəsi 

 

ETT-nin təmin olunmasında aparıcı rol iri 



şirkətlərə məxsusdur 

 

Qarşılıqlı əlaqə 



formaları 

Rəqabət və kooperasiya prinsiplərinin 

uzlaşması 

Yerli bazarda rəqabət mübarizəsi

kooperasiya əlaqələrinin yoxluğu 

 

 



Burada  həmçinin  yeni  üsullar,  texnologiyalar,  tədarüklər  və  məsrəflərin  azaldılması 

haqqında  eksperimentlər  haqqında  informasiyalar  xüsusi  əhəmiyyət  kəsb  edir.  Üçüncüsü 

klasterlər yeni biznesin formalaşması prosesini stimullaşdırır və yüngülləşdirir, innovasiyaları 

dəstəkləyir. Bütün  bunlar isə öz növbəsində  klasterlərin  genişlənməsinə səbəb olur: müvafiq 

olaraq vençur kapitalından daha geniş istifadə olunur, müəssisələr sürətlə inkişaf  edirlər [4]. 

Klaster  daxilindəki  əlaqələr  bir-birini  tamalayan  vərdişlərin,  texnologiyaların, 

subsidiyaların yaranmasına səbəb olur, bütün bunlarla isə rəqabətədavamlı olmayan şirkətlər 

daha iri əməliyyatlarda iştirak edə bilirlər.  Hakimiyyət orqanları üçün də klasterlər müəyyən 




Q. SULEYMANOV, Ü. HÜSEYNOVA: REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN… 

 

 

 



157 

üstünlükləri ilə diqqəti cəkirlər. Çünki klasterlər  müxtəlif sahələrə aid kompleks və  sistemli 

şəkildə  ayrı-ayrı  müəssisələr  qrupunda  vəziyyətin  nəzərdən  keçirilməsinə  imkan  yaradırlar.  

Deyilənlərlə  yanaşı,  klaster  yanaşması  klaster  inkişaf  strategiyasının  bşalıca  qayəsini  təşkil 

edir.  Klaster  təşəbbüsləri  biznes  liderləri  tərəfindən  irəli  sürülür  və  onların  uğurla 

reallaşdırılması  təmin  olunmuşdur.  Bu  yanaşma  yerli  biznesin  rəqabətqabiliyyətliliyinin  

yüksəlməsinə, regional hakimiyyət strukturarının həyata keçirdikləri siyasətin səmərəliliyinin 

artmasına  imkan  yaradır.  Klasterə  daxil  olan  müəssisələr  qarşılıqlı  olaraq  mənfəətlərin  əldə 

olunması  üçün birləşirlər, onlardan hər biri ümumi razılıqlar  əsasında müəyyən funksiyaları 

yerinə  yetirirlər.  Klasterlərin  əsas  vəzifəsi  iştirakçıların  bir  birinə  qarşılıqlı  təsirinin 

optimallaşdırılmasıdır ki, məhz bununla da səmərəlilik göstəriciləri yüksəlir [6, s.121,126]. 

Səmərəlilik  dedikdə  klasterə  daxil  olan  iştirakçıların  bir  bütöv  halında  birgə 

fəaliyyətlərinin  məhsuldarlığı  başa  düşülür.  Birgə  fəaliyyətin  məhsuldarlığı  klaster 

iştirakçılarının  fərdi  səmərəliliyinin  sinergetik  effektlərlə  nisbəti  əsasında  yaranır.  Hər  bir 

iştirakçı  arxayın  olmalıdır  ki,  klaster  daxilindəki  müştərək  fəaliyyət  onlar  üçün  sərfəlidir, 

sinergetik  effektlərin  ədaləti  bölgüsü  baş  verəcəkdir.  Əks  təqdirdə  heç  kimi  klaster  birliyinə 

daxil olmağa məcbur etmək olmaz. İştirakçılar üçün regional klasterlərin formalaşdırılmasının 

üstünlükləri aşağıdakı cədvəldə verilmişdir.  

Klasterə daxil  olmasına üstünlük verilən  təşkilatlar arasında qarşılıqlı əlaqələr qraflar 

nəzəriyyəsi  istifadə  olunmaqla  qiymətləndirilə  bilər.  Regional  klasterlərin  səmərəli  inkişaf 

etməsi təşkilatlardan və iştirakçıların bir-birinə qarşılıqlı təsirindən asılıdır. 

Regional  klasterlərin  yaradılmasının  səmərəliliyi  qiymətləndirilərkən  bir  məsələyə 

xüsusi  diqqət  yetirmək  lazımdır  ki,  regional  klasterlərin  yaradılması  regionun  inkişafına  və 

iştirakçılarına necə təsir götərəcəkdir [4]. 

Regional  klasterin  iqtisadi  inkişafa  təsirini  birbaşa  və  multiplikativ  təsirlərə  ayırmaq 

olar.  Bu  bölgü  tamamilə  şərtidir,  lakin  eyni  zamanda    regional  klasterlərin  yaradılması 

layihələrinin reallaşdırılmasının gedişatında  bütün effektlərin dəqiq nəzərə alınmasına imkan 

yaradır. 



Birbaşa  effektlərə  maya  dəyərinin  aşağı  düşməsi  daxildir,  bu  isə  öz  növbəsində 

istehsalın həcminin artmasına və müvafiq olaraq mənfəətin artmasına səbəb olur. Müəssisələr 

tərəfindən buraxılan Ümumi Məhsulun artımı Ümumi Regional Məhsulun da artmasına səbəb 

olur.  Vergi  ödənişlərinin  artması  əsas  vəsaitlərin  (əsasən  vergi),  klaster  müəssisələrinin 

gəlirlərinin (gəlir vergisi) artması nəticəsində baş verir.  

Multiplikativ effekt region ərazisində regiondan kənar istehsalın inkişaf etdirilməsi ilə 

əlaqədardır. Bu isə o deməkdir ki, formalaşmaqda olan klasterdə investisiyanın həcmi təkcə 

bu klasterdə deyil, iqtisadiyyatın digər sektorlarında da istehlak və gəlirlərin artmasına səbəb 

olur.  Gəlirin  istehlak  edilən  hissəsi  hər  nə  qədər  çoxdursa  multiplikativ  effektə    daha 

uzunmüddətli və güclü təsir edəcəkdir [5]. 

 

 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

158 



Cədvəl 2. Regional klasterlərin iştirakçıları üçün üstünlüklər 

 

Multiplikativ  effekt  klasterə  daxil  olan  və  olmayan  şirkətlərdən  büdcəyə  bütün 

səviyyələrdə vergi və qeyri vergi daxilolmalarının artımında da özünü biruzə verəcəkdir. 

Klasterlərin  fəaliyyət  göstərməsinin  effektlərinin  birbaşa  qiymətləndirilməsi  zamanı 

aşağıdakı özünəməxsus xüsusiyyətləri də nəzərə almaq lazımdır: 

-klasterlərin    tərkibinə  görə  sistemli  və  sinergetik  səmərəlilik  xüsusiyyətləri  vardır, 

burada  birləşmə  effekti  hər  bir  iştirakçının  ayrı-ayrılıqda  effektlərindən  üstündür;  hər  bir 

iştirakçının  səmərəliliyinin  qiymətləndirilməsi  (fəaliyyətdə  olan  istehsal  güclərindən  istifadə 

olunması məhsuldarlığındakı dəyişikliklər) tələb olunur. 

Regional  klasterlərin  inkişafında  artan  dinamika  planlaşdırma    və  formalaşdırma 

mərhələsindən  sonra  nəticələrin  qiymətləndirilməsini  tələb  edir.    Regional  klasterlərin 

səmərəliliyi  ilə  əlaqədar  nəticələrin  qiymətləndirilməsi  zamanı  aşağıdakı  yanaşmalardan 

istifadə etmək lazımdır: 

 



transaksiya xərclərinin təhlili; 

 



rəqabət üstünlüklərinin təhlili

 



investisiya layihələrinin təhlili; 

 



iştirakçıların fəaliyyətinin maliyyə göstəricilərinin təhlili. 

Klasterlərin  səmərəliliyinin  qiymətləndirilməsi  yanaşmasına  uyğun  olaraq  transaksiya 

məsrəfləri təhlil olunur. Bu xərclər şirkətlər arasında qarşılıqlı əlaqəni müəyyənləşdirən əsas 

faktordur.  Transaksiya  xərcləri  artdıqca  şirkətlərin  klasterlərdə  birləşməsi  stimulu  artır. 

Burada  səmərəliliyin  əsas  göstəricisi  qənaətin  əldə  olunmasıdır.  Qənaətin  əldə  edilməsinin 

İştirakçılar 

Üstünlüklər 

Müəssisələr 

Təsərrüfat müstəqillyinin saxlanılması. Sahənin digər müəssisələri ilə 

müqayisədə klaster müəssisələrində istehsal -təsərrüfat fəaliyyətinin 

 yaxşılaşması (rentabellik, fondverimlilik, əmək məhsuldarlığı və s.)  

Xərclərin azalması (nəqliyyat, transaksiya) kadrların ixtisas hazırlığı 

səviyyəsinin yüksəlməsi, istehsal etdiyi məhsullar üzrə müəssisələrin 

rəqabətqabiliyyətliliyinin yüksəlməsi. Elmi tədqiqatların aparılması üçün 

infrastrukturun yaradılması, texnologiyaların mübadiləsi, xarici bazarlara 

çıxış imkanları 

 

Dövlət idarəetmə orqanları 



Vergi daxilolmaları nəticəsində büdcə gəlirlərinin artması. 

Əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi, işsizlik üzrə ödənişlərin 

azaldılması, regionun rəqabətqabiliyyətliliyinin yüksəlməsi, regionun 

innovasiya cəlbedciliyinin artması, investisiya axınları 

 

Elmi idarələr 



Iri investisiya layihələrində iştirak edə bilmək imkanı, layihə 

sənədləşdirilməsində yerinə yetirilən işlərə görə əmək haqqlarının verilməsi, 

kadrların ixtisas hazırlığı səviyyəsinin yüksəlməsi 

Maliyyə-kredit təşkilatları 

Investisiya layihələrində iştirak edə bilmək imkanı, layihələrdəki yardımçı 

işlər üçün kreditlərin verilməsi, əlavə gəlirlərin əldə edilməsi 




Q. SULEYMANOV, Ü. HÜSEYNOVA: REGİONAL KLASTERLƏRİN FƏALİYYƏT GÖSTƏRİCİLƏRİNİN… 

 

 

 



159 

müəyyənləşdirilməsi  isə  klasterlərin  formalaşmasına  qədər  və  sonrakı  dövrlərdə  transaksiya 

xərclərinin müqayisəsi nəticəsində məlum olur.  

Klasterlərin  səmərəliliyinin  təhlilində  göstərilən  yanaşmanın  istifadə  olunması 

müəyyən  problemlərlə  müşayət  olunur.    Transaksiya  məsrəflərində  qənaət  olunması  zamanı 

əldə  edilən  məcmu  effekti  müəyyənləşdirmək  çətindir.  Bu  isə  kəmiyyət  göstəricilərinin 

qiymətləndirilməsi mümkün olmayan spesifik aktivlərlə əlaqədardır.   

Digər  üsul  rəqabət  üstünlüklərinə  əsasən  regional  klasterlərin  səmərəliliyinin 

qiymətləndirilməsidir.  Burada  başlıca  olaraq  rəqabət  üstünlükləri  müqayisə  olunur.  Bu 

üstünlüklər  müəssisələrin  klasterlərə  birləşməsi  zamanı  reallaşdırılır,  yaxud  rəqabət 

mövqelərinin  qazanılması  zamanı  mümkün  olur.  Bütün  bunlar  isə  ancaq  birləşmələr 

nəticəsində  mümkündür.  Yanaşmada  əsas  üstünlük  odur  ki,  klaster  birliklərinin 

iştirakçılarının qarşılıqlı əlaqəsində səmərəlilik müəyyən edilir, məqsədli rəqabət üstünlükləri 

müəyyən  edilir,  qarşıya  qoyulan  məqsədlərə  nail  olunması  isə  yaradılan  klaster    üçün 

nailiyyət hesab olunur.  

Klasterlərin  yaradılmasında  əsas  səbəblərdən biri  kimi   investisiyaların  cəlb edilməsi, 

investisiya  prosesinin  reallaşdırılması  üçün  əlverişli  mühitin  yaradılmasıdır.  Bütün 

deyilənlərlə  əlaqədar  investisiya  layihələrinin  səmərəliliyini  xarakterizə  etməyə  imkan 

yaradan  bir sıra göstəricilər qrupuna diqqət yetirilməsi yerinə düşərdi.   

İştirakçılar  arasında  sinergetik  effektinin  kəmiyyətinin  hesablanması  zamanı  klaster 

daxilində və klasterdən kənar göstəricilərdəki fərqlər təhlil olunmalıdır.  

 

3.

 

Regional klasterlərin səmərəli fəaliyyət sistemi 

Regional  klasterin  səmərəliliyinin  qiymətləndirilməsi  və  onun  regiona  təsirinin 

qiymətləndirilməsi aşağıdakı üsullarla (metodika) aparıla bilər: 

1.

 



Klaster  yanaşmasının  müddəaları  əsasında  regionun  iqtisadi  inkişafında  regional 

klasterlərin  formalaşdırılması  üstünlüklərinin  müəyyənləşdirilməsi,  xüsusən  də 

M.Porterin rəqabət üstünlükləri metodologiyası əsasında. 

2.

 



Qraflar  nəzəriyyəsinə  əsasən  regional  klasterlərə  daxil  edilməsinə  üstünlük  verilən 

təşkilatların müəyyənləşdirilməsi ilə klaster birliklərinin iştirakçıları arasında qarşılıqlı 

əlaqələrin mövcudluğu və yaxud olmamağının araşdırılması 

3.

 



Regional klasterlərin fəaliyyətlərinin səmərəlik göstəricilərinin hesablanması sistemi 

4.

 



Klaster  yaradıldıqdan  sonra  və  yaxud  klasterin  müəyyən  fəaliyyəti  dövründə  hər 

göstəricidə artımın hesablanılması.  

5.

 

C.M.  Keynsin  multiplikator  əmsalı  istifadə  olunmaqla  regional  klasterin  fəaliyyət 



göstərməsinin Ümumi Regional Məhsulun artımına təsirinin qiymətləndirilməsi.  

Regional  klasterin  yaradılması  təsiri  göstəricilərdə,  xüsusən  də,  Ümumi  Regional 

Məhsul göstəricilərində  özünü büruzə verir. Bu isə, öz növbəsində, klaster təşkilatlarında və 

regional  iqtisadiyyatının  digər  sektorlarındakı  artımla  əlaqədardır.  Regional  inkişafın 

stimullaşdırılmasında,  əhalinin  həyat  səviyyəsinin,  regional  iqtisadiyyatının  dayanıqlılılıqın 



İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

160 



və  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsində,  onun  innovasiya  və  investisiyaların 

mənimsənilməsinə həssas olmasında  klaster yanaşması güclü alətdir [2].

 

 

Ədəbiyyat 



1.

 

Development of  clusters and  networks of SMEs. The  UNIDO Proqramme. UNIDO 



Vienna 2001 

URL:http://www.unido.org/fileadmin/user_media/Services/PSD/Clusters_and_Networks/

SMEbrochure_UNIDO/pdf

  

2.



 

European Cluster Organizations Directory-Europe INNOVA  2010 Q2-p.8 

http://www.europabio.org/facts-figures.htm

   


3.

 

Clustering and City Competitiveness-an introduction-EUROCITIES Clusters Working 



Group 

URL:www.eurocities.eu

 

4.

 



http://www.cluster-excellnce.eu

 

5.



 

Unite@innovate. European clusters for  recovery-Oct. 2009. 

6.

 

Симонова  Л.М.,  Иванова  С.А.,  (2011),  Роль  кластеров  в  региональной 



промышленной  политике, Вестник  Тюменского  государственного  университета  

Социально-экономические и правовые исследования, 11. 



 

Yüklə 76,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə