İPƏk yolu, No. 1, 2018



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü0,91 Mb.
#55812
növüXülasə


 

 

İPƏK YOLU, No.1, 2018, səh.56-65 



 

 

56 



 

DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN GƏLİR  

ARASINDA SƏBƏB-NƏTİCƏ ƏLAQƏSİ 

 

Ceyhun Abbasov 

 

AMEA İdarəetmə Sistemləri İnstitutu, Bakı, Azərbaycan 



e-mail: 

ceyhunabbasoglu@gmail.com

 

 

Xülasə.  Məqalə  Azərbaycanda  dövlət  büdcə  xərcləri  və  adambaşına  düşən 



gəlirlər  arasında  səbəb-nəticə  əlaqəsinin  Granger  metodologiyası  əsasında 

təhlilinə həsr olunmuşdur. Bu sahədə mövcud olan tədqiqatların bəzilərində 

xərclərin  gəlirlərə  (Keynis  yanaşması),  bəzilərində  isə  gəlirlərin  xərclərə 

(Vaqner  yanaşması)  səbəb  olduğu  aşkarlanmışdır.  Analoji  araşdırmalar 

Azərbaycanda Keynis yanaşmasının doğru olduğunu göstərdi. 

 

Açar  sözlər:  büdcə  xərcləri,  səbəb-nəticə  əlaqəsi,  Granger  testi,  Keynis 

yanaşması, Vaqner qanunu. 

 

CAUSAL RELATIONSHIP BETWEEN  

THE STATE BUDGET EXPENDITURES 

AND INCOME PER CAPITA IN 

AZERBAIJAN

 

 

Jeyhun Abbasov

 

Institute of Control Systems ANAS,  

Baku, Azerbaijan 

 

Abstract.  The  paper  is  devoted  to  analysis  of  the 

causal 


relationship 

between 


state 

budget 


expenditure  and  income  per  capita  in  Azerbaijan 

by  Granger  methodology.  In  some  researches  is 

discovered  the  influence  of  the  expenditures  to 

incomes  (Keynesian  approach),  while  in  others 

conversely  (Wagner’s  approach).  We  found  out 

that  Keynesian  hypothesis  can  be  accepted  in 

Azerbaijan.   

 

Keywords: 

budget 

expenditures, 



causal 

relationship,  Granger  test,  Keynesian  approach, 

Wagner’s law.

 

ВЗАИМОСВЯЗЬ МЕЖДУ ГОСУДАРСТВЕН-



НЫМИ БЮДЖЕТНЫМИ РАСХОДАМИ И 

ДОХОДОМ НА ДУШУ НАСЕЛЕНИЯ В 

АЗЕРБАЙДЖАНЕ

 

 

 Джейхун Аббасов

 

Институт Систем Управления НАНА,  

Баку, Азербайджан

 

 

Резюме.  Статья  посвящена  анализу  причинно-

следственной 

связи 

между 


расходами 

государственного бюджета и доходами на душу 

населения  в  Азербайджане  по  методологии 

Грейнджера.  В  некоторых  исследованиях 

обнаружено  влияние  расходов  на  доходы 

(подход Кейниса), а в других наоборот (подход 

Вагнера).  Мы  обнаружили,  что  Кейнсианская 

гипотеза может быть принята в Азербайджане. 

 

Ключевые  cлова:  бюджетные  расходы,  при-

чинно-следственная  связь,  Granger  тест,  Кейн-

сианская гипотеза, Закон Вагнера. 

 

1.



 

Giriş 

1933-cü  ildə  baş  vermiş  “Böyük  Depresiya”  hökumətlərin  fiskal  siyasətinin  daha  da 

aktuallaşmasına səbəb oldu. Müasir dövrdə fiskal siyasət, o cümlədən büdcə xərcləri iqtisadi 

tənzimləmənin,  iqtisadi  inkişafın  stimullaşdırılmasının  ən  aparıcı  alətlərindən  birinə 

çevrilmişdir.  Lakin  hökumətin  iqtisadi  inkişafının  konturlarının  müəyyənləşdirilməsindəki 

rolunun əhəmiyyəti hələ 1890-cı illərdə Vaqneri çox düşündürmüş və o klassik iqtisadçılardan 

fərqli  olaraq  hökumətlərin  fiskal  siyasətlərinin  labüdlüyünü  vurğulamışdı.  1930-cu  illərdən 

sonra isə Keynis hökumətlərin fiskal siyasət alətlərinin iqtisadi tənzimləmədəki əhəmiyyəti və 

rolu  barədə  özünün  konsepsiyasını  hazırlamışdı.  İndiki  iqtisadi  sistemlərdə  iqtisadi 



C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN … 

 

 

 



57 

tənzimləməni fiskal siyasətsiz təsəvvür etmək belə mümkün deyil. Qeyd edək ki, dövlət büdcə 

xərcləri  və  adambaşına  düşən  gəlirlər  arasında  səbəb-nəticə  əlaqəsinin  izah  olunmasında  iki 

konsepsiya vardır. Keynis konsepsiyasına görə dövlət büdcə xərclərində dəyişmə adambaşına 

düşən gəlirdə dəyişməyə səbəb olur (X→Y). Əksinə Vaqner qanununa görə isə adambaşına 

düşən gəlirdə dəyişmə dövlət büdcə xərclərində dəyişməyə səbəb olur (Y→X). Lakin bu iki 

makroiqtisadi  dəyişəndən  hansının  səbəb,  hansının  isə  nəticə  göstəricisi  olması  barədə  elmi 

ədəbiyyatlarda yekdil fikir mövcud deyil. Belə ki, bir çox ölkələr üçün aparılmış tədqiqatların 

nəticələri bu ölkələrdə Keynis nəzəriyyəsinin yox, məhz Vaqnerin qanununun

1

 (Y→X) doğru 



olduğunu  göstərmişdir.  Bu  qanun  Keynis  nəzəriyyəsindən  fərqli  olaraq  milli  gəlirin  səbəb, 

hökümətin  büdcə  xərclərinin  isə  nəticə  olduğunu  əsaslandırır.  Qeyd  olunan  məsələ  ilə 

əlaqədar bir sıra elmi tədqiqatlar tərəfimizdən araşdırılmışdır. 

Tədqiqat  işinin  məqsədi  Azərbaycanda  hər  nəfərə  düşən  gəlir  və  dövlətin  büdcə 

xərcləri  arasında  səbəb-nəticə  əlaqəsinin  araşdırılmasından  ibarətdir.  Nəticə  olaraq  Vaqnerin 

qanununun (Y→X),  yoxsa Keynis konsepsiyasının (X→Y) Azərbaycan iqtisadiyyatına daha 

uyğun olduğunu müəyyən etməyə çalışacağıq.   

Statistik  göstəricilər.  Dəyişənlər  üzrə  müşahidə  dövrü  2001-ci  ilin  1-ci  rübündən 

2012-ci ilin 3-cü rübünədək (3-cü rübdə daxil olmaqla) olan zamanı əhatə edir. Maddələr üzrə 

büdcə  xərcləri  və  transferlərin  statistik  göstəriciləri  Azərbaycan  Respublikası  Dövlət 

Statistika  Komitəsinin  “sosial  iqtisadi  inkişaf”  aylıq  bülletenlərindən  toplanmışdır.  Bu 

dəyişənlər Azərbaycanın İQİ-dən istifadə olunmaqla 2010-cu ilin 4-cü rübünün qiymətləri ilə 

real dəyərdə ifadə olunmuş (İQİ2010Q4=100) və mövsümi faktorlardan təmizlənmişdir. 



 

2.

 

Metodologiya və əlaqəli ədəbiyyatlar 

Dövlət  büdcə  xərcləri  və  adambaşına  düşən  gəlirlər  arasında  səbəb-nəticə  əlaqəsinin 

tədqiqilə  əlaqədar  bir  sıra  elmi  tədqiqatlar  tərəfimizdən  araşdırılmışdır.  Bu  tədqiqatların 

bəzilərinin gəldiyi nəticələr barədə qısa şərhlərin verilməsiniməqsədə müvafiq hesab edirik.    

Singh və Sahni (1984) [15] birgə apardıqları tədqiqat işində 1950-1981-ci illəri əhatə 

edən  dövr  üçün  Hindistanda  dövlət  xərcləri  ilə  milli  gəlir  arasında  səbəbiyyət  əlaqəsini 

Granger-Sims  metodologiyası  əsasında  tədqiq  etmişlər.  Bu  tədqiqat  işində  istifadə  olunmuş 

statistik  göstəricilər  illik  əsasda  götürülmüş  və  Sims  filtiri  əsasında  zaman  ənənəsi  (trend) 

təsirindən  təmizlənərək  tədqiqata  daxil  edilir.  Onlar  belə  bir  nəticəyə  gəldilər  ki,  Hindistan 

iqtisadiyyatı üçün nə Keynis nəzəriyyəsi, nə də Vaqnerin qanunu dövlət xərcləri ilə milli gəlir 

arasında səbəbiyyət əlaqəsini izah etmir.   

Bu problemin öyrənilməsinə həsr edilmiş digər bir maraqlı tədqiqat işi Ahsan, Kwan 

və Sahni (1992) [1] tərəfindən aparılmış tədqiqat işidir. Bu tədqiqatçılar dünyanın 7 ölkəsində 

-  Kanada,  Fransa,  Almaniya,  İtaliya,  Yaponiya  və  İngiltərədə  adambaşına  düşən  dövlət 

xərcləri ilə adambaşına düşən milli gəlir arasında səbəbiyyət əlaqəsini təhlil etmişlər. Statistik 

göstəricilər  isə  1980-ci  ilin  qiymətləri  ilə  real  dəyərdə  ifadə  olunmuşdur.  Bundan  başqa  bu 

                                                           

1

Vaqner özünün bu qanununu 1863-cü ildə təklif etmişdir (bax Singh və Sahni (1984))  




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

58 



tədqiqat  işində  M1

2

 (Z1)  və  M2



3

 (Z2)  göstəricilərinin  artım  templərindən,  nominal  büdcə 

defisiti  (Z3)  və  faiz  dərəcəsi  (Z4)  göstəricilərindən  də  istifadə  olunmuşdur  ki,  bu  da  dövlət 

xərcləri  ilə  adambaşına  düşən  milli  gəlir  arasında  səbəbiyyət  əlaqəsinin  daha  dəqiq  tədqiq 

olunmasına  hesablanmışdır.  Statistik  göstəricilərin  müşahidə  dövrü  isə  1950-ci  illərin 

əvvəllərindən 1980-ci illərin ortalarına qədər olan bir dövrü əhatə edir. Ahsan, Kwan və Sahni 

(1992) [1] tərəfindən əldə olunmuş nəticələr Cədvəl 1-də verilmişdir.     

 

Cədvəl 1. Dünyanın 7 ölkəsində adambaşına düşən dövlət xərcləri ilə adambaşına düşən milli gəlir arasında 

səbəbiyyət əlaqəsinin təhlili 

 

 



İki 

dəyişənli 

model 

Çox dəyişənli model 



Birbaşa 

səbəbiyyət 

Bu dəyişənlərin iştirakı şərtində 

birbaşa səbəbiyyət 

Bu dəyişənlərdən dolayı səbəbiyyət 

(birbaşa olmayan) 

Z



Z



2

 

Z



3

 

Z



4

 

Z



Z

2



 

Z

3



 

Z

4



 

Kanada 


NC 

NC 


NC 

NC 


NC 

NC 


NC 



 Y 

NC 


Fransa 



 Y 



 Y 



 Y 



 Y 



 Y 



 X 



 X 

NC 


NC 

Almaniya 

NC 





 Y 

NC 


NC 



 Y 

NC 


 Y 



NC 

NC 


İtaliya 



 Y 



 Y 



 Y 



 Y 



 Y 

NC 


NC 

NC 


NC 

Yaponiya 



 X 



 Y 



 X 



 X 



 X 



NC 

NC 


 X 



NC 

İngiltərə 



 Y 



NC 

NC 


 Y 



 Y 



NC 

NC 


NC 



 X 

 

"NC"  X  və  Y  arasında  səbəbiyyət  əlaqəsinin  olmadığını  ifadə  edir.  Burada,  X  dövlət  xərclərini,  Y  isə  milli  gəliri  göstərir.  "→"  və  "↔" 



simvolları uyğun olaraq bir tərəfli və ikitərəfli səbəbiyyət əlaqəsini ifadə edir. 

Mənbə: Ahsan, Andy və Sahni (1992), səh. 627, Cədvəl I [1]

 

İndi isə Holmes və Hutton (1990) [9] tərəfindən təqdim olunmuş tədqiqat işi ilə tanış 

olacağıq. Bu tədqiqat işində 1950-1981-ci illərdə Hindistanda adambaşına düşən illik nominal 

milli gəlir (Y) və hökümət xərcləri (G) arasında səbəbiyyət əlaqsi tədqiq edilmişdir. Onlar bu 

makroiqtisadi göstəricilər arasında səbəbiyyət əlaqəsinin tədqiq olunmasında iki yanaşmadan 

istifadə  etmişlər.  Birinci  yanaşma  kimi  Parametrik  təhlil  (ing:  The  Parametric  Analysis

yanaşması,  ikinci  yanaşma  kimi  isə  Ranklarla  F  test  (ing:  the  Multiple  Rank  F  Test

yanaşması  tətbiq  olunmuşdur.  Birinci  yanaşmanın  nəticələrinə  görə  onlar  hesab  edirlər  ki, 

adambaşına  düşən  illik  nominal  milli  gəlir  (Y)  hökümət  xərclərinin  (G)  səbəbidir.  Yəni 

onların  birinci  yanaşması  Vaqnerin  qanununu  dəstəkləyir.  Lakin  bunun  əksinə  olaraq  ikinci 

yanaşmadan əldə olunmuş nəticələr hökümət xərclərinin (G) adambaşına düşən illik nominal 

milli gəlirin (Y) səbəbi olduğunu iddia etməklə Keynis nəzəriyyəsini dəstəkləmişdir.            

                                                           

2

 M1  makroiqtisadi  göstərici  olmaqla  pul  aqreqatlarına  daxildir.  Bu  göstərici  M0  pul  aqreqatı  ilə  manatla  tələb  olunanadək 



əmanət  və  depozitlərin  cəmi  kimi  təyin  olunur.  Burada,  M0  =  ödəniş  vəsaiti  kimi  istifadə  olunan  pul  kütləsinin  ən  likvid 

hissəsidir. Dövriyyədə olan banknot və sikkələr 

3

 M2 = M1 + manatla müddətli əmanət və depozitlər 




C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN … 

 

 

 



59 

Yuxarıda qısa şərh olunmuş elmi tədqiqat işləri ilə yanaşı biz həmçinin bu sahədə bir 

sıra  başqa  elmi  ədəbiyyatları  da  araşdırdıq.  Onlardan  bəziləri  haqqında  qısa  məlumatlar 

Cədvəl 2-də icmallaşdırılmışdır.  



Cədvəl 2. Bəzi tədqiqat işlərinin nəticələri 

Tədqiqatçılar 

Nəticələr 

Dəstəklənən 

nəzəriyyə 

Tədqiqatın 

aparıldığı 

ölkə 

Rehman, Ahmed və 

Masood (2007) 

Adambaşına düşən gəlir hökümət 

xərclərinin əsas determinantıdır 

Vaqnerin qanunu 

Pakistan 

Wing Yuk (2005) 

Hökümət xərclərinin artımı ÜDM-in 

artımına səbəb olur 

Keynis nəzəriyyəsi 

İngiltərə 

Katrakilidis və Tsaliki 

(2009) 


Gəlirlərin hökümət xərcləri üzərində 

uzunmüddətli səbəbiyyət təsiri statistik 

əhəmiyyətlidir 

Vaqnerin qanunu 

Yunanıstan 

Tang (2009) 

Hökümət xərcləri və iqtisadi artım 

arasında qarşılıqlı əlaqə mövcuddur 

Həm Vaqnerin 

qanunu, həm də 

Keynis nəzəriyyəsi  

Malaziya 



 

3.

 

Empirik qiymətləndirmələr 

Beləliklə, biz gördük ki, hökumət xərcləri və milli gəlir arasında səbəb-nəticə əlaqəsi 

barədə  yekdil  fikir  yoxdur.  Daha  doğrusu  dünya  ölkələrində  iqtisadi  sistemlərin  fərqliliyi 

baxımından  bu  iki  makroiqtisadi  dəyişənlər  arasında  səbəb-nəticə  əlaqəsi  də  müxtəlif  cür 

formalaşmışdır. Bu kontekstdə biz Azərbaycanda dövlət büdcə xərcləri və adambaşına düşən 

gəlir  arasında  səbəb-nəticə  əlaqəsini  tədqiq  etməyə  çalışacağıq.  Bunun  üçün  biz  Granger 

(1969) [6] tərəfindən təklif olunmuş “Granger səbəbiyyət testi”ndən istifadə etmişik. Granger 

(1969)  [6]  göstərmişdir  ki,  indiki  və  keçmiş  dövrlərin  tendensiyası  gələcək  dövrün 

tendensiyasının  formalaşmasına  təsir  göstərir,  lakin  gələcək  dövrdə  dəyişmə  keçmiş  dövrdə 

hər  hansı  bir  dəyişməyə  səbəb  ola  bilməz.  Granger  (1969)  [6]  tərəfindən  təklif  olunmuş 

metodologiya  əsasında  bizim  nümunə  üçün  səbəbiyyət  testinin  tənliklərini  aşağıdakı  kimi 

yazmaq olar: 

?????? ?????? ??????

??????


= ??????

0

+ ?????? ?????? ??????



??????

+ ??????


??????

                                           (3.1) 

?????? ?????? ??????

??????


= ??????

0

+ ?????? ?????? ??????



??????

+ ??????


??????

                                              (3.2) 

Burada,  L  gecikmə  (laq)  operatorları, 

?????? ?????? , ?????? ?????? , ?????? ?????? , ?????? ??????  uyğun  olaraq  p  ((3.1) 

tənliyi üçün) and q ((3.2) tənliyi üçün) tərtibli çoxhədlilərdir. 

??????


??????

 və 


??????

??????


 asılı olmayan və ağ küy 

xüsusiyyətinə malik sıralardır. 

Granger  səbəbiyyət  testinin  həyata  keçirilməsində  ((3.1)  və  (3.2)  tənliklərinin 

qiymətləndirilməsində) iki  əsas məqam  vardır.  Birincisi bu test tələb edir ki,  istifadə olunan 

dəyişənlər  üzrə  zaman  sıraları  stasionar  olmalıdır  (bax  Granger  (1969),  səh.  426  [6]).  Buna 

görə  də  biz  dəyişənlərin  stasionarlığını  “Unit  Root  Test”  vasitəsi  ilə  yoxladıq  və  onların 

orijinal  vəziyyətinin  qeyri-stasionar  olduğunu  aşkarladıq.  Verilənlərin  statistik  təhlili 

nəticəsində  məlum  oldu  ki,  dəyişənlərin  qeyri-stasionarlğına  səbəb  trend  faktorunun 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

60 



mövcudluğudur.  Beləliklə,  biz  HP  filtirin

4

 köməyi  ilə  dəyişənləri  ternd  və  stasionar  olan 



komponentlərə ayırdıq və stasionar komponentdən istifadə etməklə birinci problemi həll etmiş 

olduq.  İkinci  vacib  məsələ  (3.1)  və  (3.2)  tənliklərinin  qiymətləndirilməsi  üçün  gücikmə 

uzunluğunun  (lag  length)  müəyyən  olunmasıdır.  Bunun  üçün  bəzi  seçmə  kriteriyaları  ilə 

optimal  gecikmə  uzunluğu  (lag  length)  müəyyənləşdirildi.  Kriteriyalar  üzrə  aparılmış  testin 

nəticələri Cədvəl 3-də verilmişdir. 

Cədvəl 3-də LR (ing: the sequential modified LR test statistic (each test at 5% level)), 

FPE (ing: the final prediction error), AIC (ing: the Akaike information criterion), SC (ing: the 

Schwarz  information  criterion),  HQ  (ing:  the  Hannan-Quinn  information  criterion)  gecikmə 

uzunluğunun  (lag  length)  müəyyənləşdirilməsi  kriteriyalarıdır.  Göründüyü  kimi  bu  beş 

kriteriyadan  4-ü  (LR,  FPE,  AİC  və  HQ)  gecikmə  uzunluğunun  3-ə  bərabər  olduğunu 

dəstəkləyir.  Artıq  biz  3  dövr  gecikmə  (lag)  ilə  həm  adambaşına  düşən  gəlir,  həm  də  dövlət 

büdcə  xərcləri  dəyişənlərinin  stasionar  komponentləri  əsasında  “granger  səbəbiyyət  testi”ni 

tətbiq edə bilərik. 

Cədvəl 3. Optimal geckmə uzunluğunun (lag length) müəyyən edilməsi üçün kriteriyalar 

Gecikmələr 

(laqlar) 

Kriteriyalar 

LogL 


LR 

FPE 


AIC 

SC 


HQ 

-581.46 



NA 

2.09e+09 

27.14 

27.22 


27.17 

-569.74 



21.81 

1.46e+09 

26.78 

27.02


26.87 


-564.79 


8.74 

1.40e+09 

26.73 

27.14 


26.89 

-558.89 



9.87

1.29e+09



26.65


27.22 


26.56



-555.79 

4.91 


1.35e+09 

26.69 


27.43 

26.96 


* kriteriya ilə seçilmiş gecikmə dərəcəsini göstərir 

   Burada, Endogen dəyişənlər: Y və X  

               Eqzogen dəyişən: C 

               Müşahidə dövrü: 2001Q1- 2012Q3 

               Müşahidə sayı: 43 

Test  3  dövr  gecikmə  (lag)  nəzərə  alınmaqla  Eviews  proqramında  hazır  operatorların 

köməyi vasitəsi ilə realizasiya edilmişdir. Əldə olunan nəticələr Cədvəl 4-də ümumiləşdirilib.  

  

                                                           



4

Bu  metod  1980-ci  ildə  Hodrick  və  Prescott  (1997)  [8]  tərəfindən  təklif  olunmuşdur.  Onu  bir  çox  elmi 

ədəbiyyatlarda “Hodrick and Prescott decomposition” kimi də adlandırırlar. Hodrick və Prescott (1997) [8] hər 

hansı zaman sırasını iki hissəyə ayırırlar: Tsiklik komponenti və zaman trendi komponenti. Faktiki olaraq zaman 

sıralarında  həm  də  mövsümi  komponentlərdə  mövcud  olur.  Lakin  onlar  belə  fərz  edirlər  ki,  mövsümi  amillər 

artıq  zaman  sırasından  təmizlənmişdir.  Bu  konteksdə  biz  bütün  dəyişənləri    mövsümi  komponentlərdən 

təmizləmişik.  Bizim  nünunədə  fərz  edirik  ki, θ

t

 adambaşına  düşən  gəlir  (Y



t

)  göstəricisinin  zaman  trendi 

komponentidir. Beləliklə, Hodrick və Prescott (1997) [8] tərəfindən təklif olunmuş HP filtiri adambaşına düşən 

gəlir (Y


t

) göstəricisini zaman trendi komponentindən (θ

t

)  aşağıdakı tənliyin həlli vasitəsi ilə təmizləyir 



min

??????


??????

   ??????

??????

− ??????


??????

 

2



+ ??????  ??????

??????+1


− ??????

??????


  −  ??????

??????


− ??????

??????−1


  

2

 



??????

??????=1


 

Eyni  qayda  ilə  dövlət  büdcə  xərcləri  (X)  dəyişəni  də  bu  filtirin  köməyi  ilə  zaman  trendi  komponentindən 

təmizlənmişdir.  Əlavə  olaraq  qeyd  edək  ki,  bu  metodun  tətbiqi  nümunələri  ilə  Ravn  və  Uhlig  (2002)  [14]  və 

başqa tədqiqatçıların işlərində də tanış olmaq olar. 




C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN … 

 

 

 



61 

 

Cədvəl 4. Granger Səbəbiyyət Testi 



 

Müşahidə dövrü: 2001Q1- 2012Q3 

Gecikmə sayı (Lags): 3 

Sıfr Hipotezləri: 

Müşahidə sayı 

F-Statistik kəmiyyəti 

Ehtimal 

X dəyişəni Y dəyişəninə 

səbəb deyil 

44 


12.6 

0.000008 

Y dəyişəni X dəyişəninə 

səbəb deyil 

 

2.9 


0.0477 

 

Cədvəl  4-dən  aydın  görmək  olur  ki,  “X  dəyişəni  Y  dəyişəninə  səbəb  deyil”  sıfır 



hipotezi  üçün  F  statistik  kəmiyyətinin  ehtimalı  0.05-dən  kiçikdir.  Buna  görə  də  biz  sıfır 

hipotezi rədd etməklə alternativ hipotezi qəbul edirik. Beləliklə, belə bir qənaətə gəlmək olar 

ki, dövlət büdcə xərcləri (X) adambaşına düşən gəlirlərin (Y) səbəbi ola bilər. Digər tərəfdən 

“Y dəyişəni X dəyişəninə səbəb deyil” sıfır hipotezi üçün F statistik kəmiyyətinin ehtimalı isə 

təxminən  0.05-ə  bərabərdir.  Bu  səbəbdən  biz  bu  sıfır  hipotezi  rədd  edə  bilmirik.  Bu  isə  o 

deməkdir  ki,  adambaşına  düşən  gəlirlər  (Y)  dövlət  büdcə  xərclərinin  (X)  səbəbi  ola  bilməz. 

Sonda  cədvəl  1.2-dən  əldə  olunan  nəticələrə  əsasən  Azərbaycan  iqtisadiyyatı  üçün  Keynis 

nəzəriyyəsinin doğru olduğunu qəbul edə bilərik (X→Y). 

İndi  isə  gəlin  adambaşına  düşən  gəlirlər  (Y)  və  dövlət  büdcə  xərcləri  (X)  arasında 

səbəbiyyət  əlaqəsini tədqiqini  Singh və  Sahni  (1984)  [15]  tərəfindən tətbiq edilmiş  yanaşma 

ilə  həyata  keçirək.  Bunun  üçün  onların  öz  tədqiqat  işlərində  istifadə  etdikləri  cədvəldən 

istifadə  olunacaqdır.  Lakin  qeyd  olunan  cədvəldə  bəzi  kiçik  dəyişikliklər  və  əlavələr 

edilmişdir.  Belə  ki,  biz  qiymətləndirilən  modellərdə  trenddən  istifadə  etməmişik.  Çünki, 

yuxarıda  qeyd  olunduğu  kimi  bu  komponent  artıq  dəyişənlərdən  təmizlənmişdir.  Eyni 

zamanda  biz  Sims  filtirindən  yox  HP  filtirindən  istifadə  etmişik.  Əldə  olunmuş  nəticələr 

Cədvəl 5-də verilmişdir. 

Cədvəl  5-dən  görmək  olar  ki,  onun  A  hissəsi  Keynis  nəzəriyyəsini,  B  hissəsi  isə 

Vaqnerin  qanununu  izah  edir.  B  hissəsində  verilmiş  9  haldan  6-sı  Vaqner  hipotezini 

dəstəkləyir.  Lakin  bu  hallar  yalnız  0.05  və  daha  zəif  əhəmiyyətlilik  səviyyəsində  özlərini 

doğrultmuşlar.  Bunun  əksinə  olaraq  cədvəlin  A  hissəsində  verilmiş  bütün  hallar  Keynis 

nəzəriyyəsini dəstəkləmişlər. Həm də bu halların hamısı 0.01 və daha  yüksək əhəmiyyətlilik 

səviyyəsində özlərini doğrultmuşlar. Beləliklə, biz Azərbaycan iqtisadiyyatı üçün adambaşına 

düşən gəlir və dövlət  büdcə xərcləri  arasında səbəb-nəticə əlaqəsinin Keynis  nəzəriyyəsi  ilə 

daha yaxşı izah olunduğunu qəbul edirik (????????????). 

Burada Azərbaycan iqtisadiyyatı üçün öncə aparılmış analoji tədqiqat işləri və onların 

nəticələri  barədə  qısa  məlumat  verilir.  Hesab  edirik  ki,  bu  bizim  məqalədə  əldə  olunmuş 

nəticələrin  müqayisəsinə  imkan  yaradacaqdır.  Azərbaycanda  fiskal  siyasətin,  o  cümlədən 

büdcə  xərclərinin  səmərəliliyinin  müxtəlif  istiqamətlərdə  təhlili,  büdcə  xərclərin  iqtisadi 

artıma təsirinin qiymətləndirilməsi istiqamətində kifayət qədər tədqiqat işləri vardır. 



İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

62 



Cədvəl 5. Adambaşına düşən gəlirlər (Y) və dövlət büdcə xərcləri (X) arasında səbəbiyyət əlaqəsinin təhlili, 

2010Q4 dövrünün qiymətləri ilə 



A hissəsi 

 

F(c) 



F(r) 

 

?????? = ??????(??????



0

, ??????


−1

, ??????


−2

, ??????


−3

, ??????


−1

, ??????


−2

, ??????


−3

6.01



a

 

(7;36) 



 

?????? → ?????? 

?????? = ??????(??????

0

, ??????



−1

, ??????


−2

, ??????


−1

, ??????


−2

, ??????


−3

6.75



a

 

(6;37) 



0.95 

(1;36) 


?????? → ?????? 

?????? = ??????(??????

0

, ??????


−1

, ??????


−1

, ??????


−2

, ??????


−3

5.55



a

 

(5;38) 



0.97 

(2;36) 


?????? → ?????? 

?????? = ??????(??????

0

, ??????


−1

, ??????


−2

, ??????


−3

0.68 



(4;39) 

5.66


a

 

(3;36) 



?????? → ?????? 

?????? = ??????(??????

−1

, ??????


−2

, ??????


−3

0.77 



(3;40) 

4.17


a

 

(4;36) 



?????? → ?????? 

?????? = ??????(??????

−1

, ??????


−2

1.02 



(2;41) 

4.88


a

 

(5;36) 



?????? → ?????? 

?????? = ??????(??????

−1



2.07 



(1;42) 

4.58


a

 

(6;36) 



?????? → ?????? 

?????? = ??????(??????

−1

, ??????


−2

 



8.61

a

 



(2;41) 

?????? → ?????? 

?????? = ??????(??????

−1



 

16.25


a

 

(1;44) 



?????? → ?????? 

B hissəsi 

 

F(c) 



F(r) 

 

?????? = ??????(??????



0

, ??????


−1

, ??????


−2

, ??????


−3

, ??????


−1

, ??????


−2

, ??????


−3

1.69 



(7;36) 

 

?????? ↛ ?????? 



?????? = ??????(??????

0

, ??????



−1

, ??????


−2

, ??????


−3

, ??????


−1

, ??????


−2

2.03



c

 

(6;37) 



0.25 

(1;36) 


?????? → ?????? 

?????? = ??????(??????

0

, ??????


−1

, ??????


−2

, ??????


−3

, ??????


−1

2.42



c

 

(5;38) 



0.24 

(2;36) 


?????? → ?????? 

?????? = ??????(??????

0

, ??????


−1

, ??????


−2

, ??????


−3

0.62 



(4;39) 

2.34


c

 

(3;36) 



?????? → ?????? 

?????? = ??????(??????

−1

, ??????


−2

, ??????


−3

0.82 



(3;40) 

1.83 


(4;36) 

?????? ↛ ?????? 

?????? = ??????(??????

−1

, ??????



−2

0.65 



(2;41) 

1.50 


(5;36) 

?????? ↛ ?????? 

?????? = ??????(??????

−1



1.40 

(1;42) 


1.98

c

 



(6;36) 

?????? → ?????? 

?????? = ??????(??????

−1

, ??????



−2

 



3.68

b

 



(2;42) 

?????? → ?????? 

?????? = ??????(??????

−1



 

6.28


b

 

(1;44) 



?????? → ?????? 

 

Burada, F(c) bütün izahedici dəyişənlərin əmsallarının sıfra bərabər olmasını fərz edən sıfır hipotezidir, F(r) isə birinci tənlikdən atılan 



izahedici dəyişənin (izahedici dəyişənlərin) ayrıca modeldə (asılı dəyişən birinci tənlikdə olduğu kimi qalacaq) götürülməsi ilə onların 

əmsalının sıfra bərabər olmasını fərz edən sıfır hipotezidir. 

a – 0.01-də əhəmiyyətlidir  

b – 0.05-də əhəmiyyətlidir 

c – 0.10-da əhəmiyyətlidir 

 

Beynəlxalq  Valyuta  Fondunun  əməkdaşları  tərəfindən  Azərbaycan  üçün  hazırlanmış 



hesabat (IMF (2007)) bu sahədə tanınmış tədqiqat-təhlil işlərindən biridir. Bu tədqiqat işində 

Azərbaycanın  fiskal  siyasəti  fonunda  onun  ümumilikdə  makroiqtisadi  vəziyyəti  neo-klassik 

artım modelinin əsasında tədqiq olunmuşdur. Junko və Vitali (2008) “Impact of Government 

Expenditure  on  Growth:  The  Case  of  Azerbaijan”  adlı  tədqiqat  işlərində  qeyd  olunan 

problemin araşdırılmasını həyata keçirmişlər. Yerli tədqiqatçılardan Yadulla Həsənli, Vilayət 



C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN … 

 

 

 



63 

Vəliyev,  Namiq  Baxışov,  bu  problemlə  əlaqədar  olaraq  Türkiyədə  təşkil  olunmuş  X 

Ekonometrika  və  statistika  konfransında  “Bütçe  harclama  kanallarının  sosyo-ekonomik 

kalkınma göstergelerine  etkisi” adlı tədqiqat işlərini (Bulut C. (2009)) təqdim etmişdirlər. Bu 

tədqiqat işində Azərbaycan iqtisadiyyatı üzrə büdcə xərclərinin fiskal və monetar siyasətin bir 

sıra  göstəricilərinə  (inflyasiya,  əmək  haqqı,  ÜDM-in  artımı  və  s.)  təsiri  ekonometrik 

qiymətləndirilərək  təhlillər  aparılmışdır.    Bundan  başqa  Y.  Həsənli  Bakı  şəhərində 

«Qloballaşma  və  regional  iqtisadi  inkişaf»  mövzusunda  keçirilən  beynəlxalq  konfransın 

"Müasir  qloballaşma  dövründə  davamlı  insan  inkişafı  konsepsiyası  və  insan  kapitalı”  adlı  

materialında  investisiya  xərcləri,  o  cümlədən  büdcə  xərclərinin  (Təhsil,  elm  səhiyyə  və  s.) 

İnsan  kapitalı,  İnsan  İnkişafı  İndeksinə  təsirinin  ekonometrik  modelini  vermişdir.  Bundan 

başqa  X.  Alıyev  və  O.  Nadirov  [4]  tərəfindən  hazırlanmış  “Modelling  the  impact  of  fiscal 

policy  on  non-oil  GDP  in  a  resource  rich  country:  evidence  from  Azerbaijan”  adlı  tədqiqat 

işində,  yenə  X.  Alıyev  və  O.  Nadirovun  [3]  “How  fiscal  policy  affects  non-oil  economic 

performance in Azerbaijan?” adlı tədqiqat işində, X. Alıyev və C. Mikayılovun [2] “Does the 

budget  expenditure  composition  matter  for  long-run  economic  growth  in  a  resource  rich 

country?  Evidence  from  Azerbaijan”  adlı  tədqiqat  işində,  F.  Həsənov,  C.  Mikayılov,  C. 

Yusifov və X. Alıyevin birgə müəllifləri olduqları “Impact of Fiscal Decentralization on Non-

Oil  Economic  Growth  in  a  Resource-Rich  Economy”  adlı  tədqiqat  işlərində  fiskal  siyasətin 

iqtisadi inkişafdakı effektlərinin qiymətləndirilməsi məsələləri ətraflı araşdırılmışdır. 



Nəticə.  Həm  hökumətin  fiskal  siyasət  qərarlarının  hazırlanmasında,  həm  də  Mərkəzi 

Bankın  monetar  siyasətinin  konturlarının  müəyyənləşdirilməsində  belə  səbəbiyyət 

əlaqələrinin  təhlil  olunması  vacib  əhəmiyyətə  malikdir.  Digər  tərəfdən  müvafiq 

optimallaşdırma məsələlərinin məqsəd funksiyalarını qiymətləndirərkən səbəbiyyət əlaqəsinin 

istiqaməti həlledici rola malik olur. Azərbaycanda dövlət büdcə xərcləri və adambaşına düşən 

gəlirlər  arasında  səbəb-nəticə  əlaqəsinin  vəziyyətini  Granger  (1969)  [6]  metedologiyası 

əsasında təhlil etdik. Əsaslı elmi nəticələri əldə etmək məqsədi ilə biz əvvəlcə Singh və Sahni 

(1984)  [15],  Ahsan,  Andy  və  Sahni  (1992)  [1],  Holmes  və  Hutton  (1990)  [9],  Rehman, 

Ahmed  və  Masood  (2007),  Wing  Yuk  (2005),  Katrakilidis  və  Tsaliki  (2009)  [10],  Tuck 

Cheong Tang  (2009) kimi tədqiqatçıların  bu problemin  tədqiqinə  həsr olunmuş  elmi  əsərləri 

ilə tanış olduq. Müəyyən etdik ki, dünya ölkələrində xərclər və gəlirlər arasında səbəb-nəticə 

əlaqəsi barəsində heç də yekdil fikir mövcud deyil. Daha doğrusu, bu tədqiqatçıların tədqiqat 

apardıqları  ölkələrin  bəzilərində  xərclərin  gəlirlərə  (Keynis  yanaşması),  bəzilərində  isə 

gəlirlərin  xərclərə  (Vaqner  yanaşması)  səbəb  olduğu  qənaətinə  gəlinmişdir.  Bundan  başqa 

Azərbaycan  iqtisadiyyatı  üçün  analoji  tədqiqat  işləri  də  təhlil  olunaraq  müqayisə  olundu. 

Beləliklə,  müvafiq  yanaşma  və  metodların  tətbiqi  ilə  Azərbaycan  iqtisadiyyatı  üçün  Keynis 

yanaşmasının  daha  uyğun  olduğu  müəyyənləşdirildi.  Yəni,  Azərbaycanda  2001-ci  ilin  1-ci 

rübündən 2012-ci ilin 3-cü rübünədək (3-cü rübdə daxil olmaqla) olan zaman dövründə dövlət 

büdcə xərclərinin səbəb adambaşına düşən gəlir göstəricisinin isə nəticə göstəricisi kimi qəbul 

etmək mümkündür.  




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

64 



 

Ədəbiyyat 

1.

 



Ahsan S.M., Kwan A.C.C., Sahni B.S., (1992) Public Expenditure and National  Income 

Causality:  Further  Evidence  on  the  Role  of  Omitted  Variables,  Southern  Economic 

Journal, 58(3), pp.623-634. 

2.

 



Aliyev  K.,  Mikayilov  C.,  (2016)  Does  the  budget  expenditure  composition  matter  for 

long-run  economic  growth  in  a  resource  rich  country?  Evidence  from  Azerbaijan. 

Academic Journal of Economic Studies, 2(2), pp.147-168. 

3.

 



Aliyev K., Nadirov O., (2016), How fiscal policy affects non-oil economic performance 

in Azerbaijan?. Academic Journal of Economic Studies, 2(3), pp.11-29. 

4.

 

Aliyev K., Dehning B., Nadirov O., (2016), Modelling the impact of fiscal policy on non-



oil  GDP  in  a  resource  rich  country:  evidence  from  Azerbaijan,  Acta  Universitatis 

Agriculturae et Silviculturae Mendelianae Brunensis, 64(6), pp.1869-1878. 

5.

 

Dickey D.A., Fuller W.A., (1979) Distribution of the Estimators for Autoregressive Time 



Series  With  a  Unit  Root,  Journal  of  the  American  Statistical  Association,  74(366), 

pp.427-431. 

6.

 

Granger  C.W.J.,  (1969),  Investigating  Causal  Relations  by  Econometric  Models  and 



Cross-spectral Methods, Econometrica, 37(3), pp.424-438. 

7.

 



Granger  C.W.,  Huangb  B.N.,  Yang  C.W.,  (2000),  A  bivariate  causality  between  stock 

prices  and  exchange  rates:  evidence  from  recent  Asianflu. The  Quarterly  Review  of 

Economics and Finance, 40(3), pp.337-354. 

http://escholarship.org/uc/item/9bk607p6

 

8.

 



Hodrick  R.J.,  Prescott  E.C.,  (1997),  Postwar  U.S.  Business  Cycles:  An  Empirical 

Investigation, Journal of Money, Credit and Banking, 29(1), pp.1-16. 

9.

 

Holmes  J.M.,  Hutton  P.A.,  (1990),  On  the  Casual  Relationship  between  Government 



Expenditures  and  National  Income,  The  Review  of  Economics  and  Statistics,  72(1), 

pp.87-95. 

10.

 

Katrakilidis  C.,  Tsaliki  P.,  (2009),  Further  evidence  on  the  causal  relationship  between 



government  spending  and  economic  growth:  the  case  of  Greece,  1958-2004,  Acta 

Oeconomica, 59(1), pp.57-78. 

11.

 

Keynes  J.M.,  (1936),  The  General  Theory  of  Employment,  Interest  and  Money,  The 



Fellow  of  the  King's  College,  Cambridge,  published  by  Harcourt,  Brace  and  Company, 

and printed in the U.S.A. by the Polygraphic Company of America, New York. 

12.

 

Man A.J., (1980), Wagner’s law: An Econometric Test for Mexico 1925-1976. National 



Tax Journal, 33, pp.189-201.    

13.


 

Ram  R.,  (1987),  Wagner's  Hypothesis  in  Time-Series  and  Cross-Section  Perspectives: 

Evidence from "Real" Data for 115 Countries, The Review of Economics and Statistics,  

69(2), pp.194-204.  




C. ABBASOV: DÖVLƏT BÜDCƏ XƏRCLƏRİ VƏ ADAMBAŞINA DÜŞƏN … 

 

 

 



65 

14.


 

Ravn  M.O.,  Uhlig  H.,  (2002),  Notes  on  adjusting  the  Hodrick-Prescott  filter  for  the 

frequency of observations, The Review of Economics and Statistics, 84(2), pp.371–380. 

15.


 

Singh  B.,  Sahni  B.S.,  (1984),  Causality  Between  Public  Expenditure  and  National 

Income,  The Review of Economics and Statistics, 66(4), pp.630-644. 

16.


 

Wagner A., (1890), Finanzwissenschaft, Winter, C.F., Leipzig. 



Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə