İPƏk yolu, No. 3, 2017



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü0,5 Mb.
#55813
növüXülasə


 

 

İPƏK YOLU, No.3, 2017, səh.114-125 



 

 

114 



 

RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ 

 

Səbinə Sadıqova  

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan 

e-mail:  

sabina-w@mail.ru

 

 

Xülasə.  Məqalədə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi, onun 

inkişaf  meylləri,    rəqabət  qabiliyyətinin  yüksəldilməsi  perspektivləri  və  bu 

prosesdə dövlətin rolu araşdırılmışdır. 

 

Açar  sözlər:  rəqabət,  strategiya,  enerji  tutumluğu,  rəqabət  indeksi, 

indikatorlar, sahibkarlıq subyektləri.

 

 

 



COMPETITIVE STRATEGY AND ITS 

ANALYSIS 

 

Sabina Sadigova

  

Azerbaijan State Oil and Industry University,  

Baku, Azerbaijan 

 

Abstract.  In  the  paper  the  competitiveness  of 

Azerbaijan  economy,  its  development  trends, 

increasing perspectives and the role of the state in 

this process is analyzed. 



Keywords:  competition,  strategy,  energy  efficien-

cy, competitive index, indicators,  entrepreneurship 

subjects. 

 

КОНКУРЕНТНАЯ СТРАТЕГИЯ  И ЕЕ 



АНАЛИЗ 

 

Сабина Cадыхова 

Азербайджанский Государственный Университет 

Нефти и Промышленности, Баку, Азербайджан 

 

Резюме.  В  статье  анализирована    конкуренто-

способность,  тенденции  ее  развития,  перспек-

тивы  повышения  и  роль  государства  в  этом 

процессе.  



Ключевые  cлова:  конкуренция,  стратегия, 

энергоэффективность,  индекс  конкуренции, 

индикаторы, субъекты предпринимательства. 

 

1.



 

Giriş 

   Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan ağır sosial-iqtisadi tənəzzül dövrü yaşadı. 

Lakin  zəngin  neft  ehtiyatları  sayəsində  ölkənin  iqtisadi  durumu  qısa  müddətdə  stabilləşdi. 

Nisbətən  yaxşı təchiz olunmuş enerji infrastrukturu və kənd təsərrüfatı istehsalı inkişaf üçün 

şərait yaradırdı.  

  Regional  münaqişəyə  cəlb  olunması  və  neftdən  yüksək  asılılıq  kimi  problemlərin 

olmasına baxmayaraq, Azərbaycan Mərkəzi Asiya ölkələrindən daha böyük potensiala malik 

idi. İttifaq dövründə Birliyin 15 ölkəsində bir-birindən asılı təchizat zənciri yaradılmışdı.  

  Planlı  iqtisadiyyat  təkcə  məhsulların  çeşidi,  qiymətləri  və  həcmini  deyil,  həm  də 

xammal  təchizatını  müəyyən  edirdi.  İstehsal  olunan  məhsulların  beynəlxalq  standartlar 

baxımından kəmiyyət və keyfiyyəti arasında böyük fərq var idi. İttifaq Azərbaycanda yeraltı 

sərvətlərin tədarükü və emalı, eləcə də neft sənayesi kimi sahələrin inkişafını dəstəkləyirdi.  

  Lakin sənayenin enerji tutumluğu Azərbaycana qlobal rəqabətdə çətinliklər yaradırdı. 

Təbii resurslara bağlı sənaye və kənd təsərrüfatı ölkənin iqtisadiyyatının əsasını təşkil edirdi, 

burada ÜDM-in təxminən 80%-i istehsal olunurdu  [6, 8].  

 

İttifaqın  dağılması  və  sistemli  dəyişikliklər  təkcə  Azərbaycanda  deyil,  digər  MDB 



ölkələrində  də  bir  sıra  sahələrin  ləğvi  ilə  nəticələndi.  MDB  ölkələri  arasında  təsərrüfat 


S. SADIQOVA:  RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ 

 

 

 



115 

əlaqələrinin qırılması Azərbaycan iqtisadiyyatına da ağır zərbə vurdu. İstehsal infrastrukturu 

demək olar ki, tam dağılmışdı və ölkə tamamilə idxaldan asılı vəziyyətə düşmüşdü [1, 3]. 

 

İqtisadi Stabilləşmə Siyasəti. Mal, məhsul və xidmətlərin liberallaşdırılması, milli və 

xarici  valyuta  sisteminin  yaranması,  1992-ci  ildə  bazar  iqtisadiyyatının  əsasını  təşkil  edən 

özəlləşdirmə  prosesinin  həyata  keçirilməsilə  Azərbaycanın  bazar  iqtisadiyyatına  keçidi 

başlandı. 

 

2.

 

İqtisadi stabilləşmə siyasəti 

 

Azərbaycan  bazar  iqtisadiyyatına  keçmək  üçün  1995-ci  ilə  qədər  ticarətin 



liberallaşdırılması  və  torpaq  islahatları  da  daxil  olmaqla  bir  çox  radikal  iqtisadi  islahatlar 

apardı. 


 

Ümumimilli  lider  Heydər  Əliyev  1993-cü  ildə  yenidən  hakimiyyətə  gəldikdən  sonra 

Azərbaycan  sosial  və  iqtisadi  xaosun  öhdəsindən  gəlmək  üçün  ciddi  addımlar  atdı. 

Ermənistan  ilə  1994-cü  ildə  atəşkəs  imzalandıqdan  sonra  Əsrin  Müqaviləsi  imzalandı. 

Müqaviləyə əsasən Azərbaycana 30 il ərzində 20 milyard dollar investisiya nəzərdə tutulurdu 

[13,14].


 

Neft hasilatından mənfəətin 80%-ni əldə etməklə Azərbaycanda iqtisadi inkişaf üçün 

möhkəm zəmin yarandı. 

 

Siyasi  və  iqtisadi  stabillik  bərqərar  olduqdan  sonra  Azərbaycan  1996-1998-ci  illərdə 



artıq  tamamilə  bazar  iqtisadiyyatına  keçdi.  Azərbaycan  daxili  və  xarici  investisyanın 

genişləndirməsi,  yüksək  texnologiyaların  tətbiqi,  istehsalın  inkişaf  etdirilməsi  və  idarəetmə 

sisteminin  təkmilləşdirilməsi,  yeni  iş  yerlərinin  yaradılması  və  yoxsulluq  səviyyəsinin  aşağı 

salınmasına  nail  oldu.  Maliyyə,  vergi,  qiymətləndirmə  və  biznesin  tənzimlənməsi  də  daxil 

olmaqla ölkə iqtisadiyyatı beynəlxalq standarta uyğun quruldu. 

 

Azərbaycanda idxal  və  ixracın  miqdarı 1999-cu ildə  1 milyard dollardan  aşağı  idi və 



2000-ci  ildən  sonra  beynəlxalq  ticarətdə  sürətli  inkişaf  yarandı,  2004-cü  illə  müqayisədə 

2008-ci  ildə  ixracatın  həcmi  8,5  dəfə  yüksəldi  və  2005-2008-ci  illərdə  ixrac  həcmi  3,0  dəfə 

artdı [2, 6, 8]. 

 

Bakı-Supsa  kəməri  1999-cu  ildə  və  Bakı-Tibilisi-Ceyhan  Neft  kəməri  2006-cı  ildə 



istifadəyə  verildi.  Bütün  bunların  nəticəsində  Azərbaycanın  dünya  iqtisadi  sisteminə 

inteqrasiyası xeyli gücləndi və rəqabət qabiliyyəti yüksəldi. 

 

Dünya  İqtisadi  Forumunun  “Qlobal  Rəqabət  Qabiliyyəti  İndeksi,  2014-2015” 



hesabatında  Azərbaycan  iqtisadiyyatı  rəqabət  qabiliyyəti  səviyyəsinə  görə  38-ci  yerdə 

qərarlaşdı.  Beləliklə,  son  bir  neçə  il  ərzində  Azərbaycan  rəqabətqabiliyyətlilik  indeksini 

müntəzəm olaraq yaxşılaşdırır [10, 11, 12]. 

 

Dünya  İqtisadi  Forumu  rəqabətqabiliyyətlilik  indeksinin  müəyyən  olunması  üçün  12 



göstəricidən  istifadə  edir.  Bunlar  keyfiyyət,  infrastruktur,  makroiqtisadi  sabitlik,  sağlamlıq, 

ilkin  ali  təhsil,  peşəkar  hazırlıq,  əmtəə  və  xidmətlər  bazarının  səmərəliliyi,  əmək  bazarının 

səmərəliliyi,  maliyyə  bazarının  inkişafı,  texnoloji  səviyyə,  daxili  bazarın  həcmi,  şirkətlərin 

rəqabət qabiliyyəti və innovasiya potensialı üzrə meyarlardır.  




İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

116 



 

Bununla  yanaşı  110  indikatordan  istifadə  olunmaqla  ölkələr  rəqabət  qabiliyyətliyinə 

görə sıralanır. İnformasiya bazasının yaradılması üçün 13.500 biznes liderlərinin səsverməsi 

keçirilir. 

 

Azərbaycan  iqtisadiyyatı  rəqabət  qabiliyyəti  indeksinə  görə  MDB  ölkələri  arasında 



birinci  mövqedədir.  İlk  dəfə  olaraq  reytinqdə  iki  Baltikyani  ölkəni    -  Latviya  və  Litvanı 

qabaqlayır.  

 

Azərbaycanın  reytinqdə  mövqeyinin  yaxşılaşması  ölkə  rəhbərliyinin  apardığı  uğurlu 



sosial-iqtisadi  siyasətin  nəticəsidir:  “Azərbaycan  son  10  ildə  iqtisadi  və  sosial  sahələrin 

inkişafında  yüksək  nəticələrə  nail  olub.  Ölkədə  ümumi  daxili  məhsul  (ÜDM)  3dəfədən  çox 

artıb.  İqtisadiyyatın  qeyri-neft  sektorunun  artım  tempi  son  10  ildə  orta  hesabla  10%,  qeyri-

neft sektoru isə 12% artıb” [15,16].

 

 

Hesabata  əsasən,  biznesin  qeydiyyatı  üçün  lazım  olan  prosedurların  sayına  görə 



Azərbaycan  10-cu  yeri,  biznesin  qeydiyyatı  üçün  tələb  olunan  vaxta  görə  36-cı  yeri  tutur. 

ÜDM-in həcminə görə ölkəmiz 70-ci pillədə qərarlaşır. İnflyasiyanın aşağı səviyyəsinə görə 

də  Azərbaycan  ilk  yerlərdədir.  Əmək  bazarının  səmərəlliyi,  texnoloji  səviyyə,  maliyyə 

bazarının inkişafı göstəriciləri üzrə də ölkəmizin mövqeyi yaxşılaşır. 

 

Son 10 ildə  ölkəmiz “Qlobal  Rəqabət Qabiliyyəti indeksi” hesabatları üzrə 31 pillə  - 



2005-ci  ildə  69-cu  yerdən  2014-cü  ildə  38-ci  yerədək  irəliləyib.  2005-2014-cü  illər  ərzində 

MDB    ölkələri  arasında  yalnız  Qazaxıstan  və  Rusiyanın  rəqabət  qabiliyyəti  indeksləri 

yüksəlib [20-23]. 

 

“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin Fərmanı 



sahibkarlıq  fəaliyyətinin  dövlət  tənzimlənməsinin  təkmilləşdirilməsi  və  əlverişli  biznes 

mühitinin formalaşdırılması sahəsində yeni imkanlar açır. Sənəd biznesin qeydiyyatı ilə bağlı 

çox mühüm məsələlərin həllinə əlverişli zəmin yaradır. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi, 

2014-2015”  hesabatında  biznesin  qeydiyyatı  göstəricisi  üzrə  Azərbaycan  dünya  ölkələrinin 

onluğuna daxil olub. 

 

Dünya  İqtisadi Forumunun Hesabatında bizneslə bağlı indekslər əsas meyarlar hesab 



olunur  və  respublikamız  həmin  göstəricilərə  görə  yaxşı  nəticələr  əldə  etmişdir.  Rusiya  və 

Qazaxıstanı reytinqə görə geridə qoymağımız ölkəmizin qeyri-neft sektorunda daha çox artım 

meylləri əldə edərək, iqtisadiyyatın şaxələnməsinə nail olduğunu təsdiqləyir.  

 

Beləliklə,  hesabat  ölkədə  sosial-iqtisadi  inkişaf  proseslərinin  beynəlxalq  səviyyədə 



müsbət  qiymətləndirilməsini  təsdiqləyir.  Aparılan  davamlı  islahatlar  nəticəsində  ölkənin 

iqtisadi  qüdrətinin  əhəmiyyətli  dərəcədə  güclənməsini,  dinamik  sosial-iqtisadi  inkişafı  və 

insanların  sosial  rifah  halının  yaxşılaşmasını  əks  etdirir.  Xüsusən  son  illərdə  qeyri-neft 

sektorunda  gedən sürətli  inkişaf iqtisadiyyatın  rəqabətə davamlığının  artımına etibarlı zəmin 

yaradır. 

 



S. SADIQOVA:  RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ 

 

 

 



117 

3.

 

Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsində dövlətin 

rolu 

 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  ölkədə 



həyata keirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri ölkə iqtisadiyyatının 

rəqabətqabiliyyətliliyinin yüksəldilməsidir [4, 5]. 

Uğurlu  sosial-iqtisadi  siyasət  nəticəsində  son  10  ildə  Azərbaycan  yeni  inkişaf 

mərhələsinə qədəm qoymuş və iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir.  

Qazanılmış uğurlar statistik göstəricilərdə əyani təsdiqini tapır: son 10 il ərzində ÜDM 

3,2  dəfə,  qeyri-neft  sektoru  2,6  dəfə,  o  cümlədən  informasiya  və  rabitə  8,2  dəfə,  tikinti  4,7 

dəfə, nəqliyyat 2,5 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, turizm 10,6 dəfə, dövlət büdcə gəlirləri 16 

dəfə,  investisiyalar  6,5  dəfə,  xarici  ticarət  dövriyyəsi  6,6  dəfə,  ixrac  9,3  dəfə,  valyuta 

ehtiyatları 31,3 dəfə artmışdır. 

Bu  müddətdə  əhalinin  gəlirləri  6,5  dəfə,  orta  aylıq  əmək  haqqı  5,5  dəfə  artmış, 

yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3%-ə, işsizliyin səviyyəsi isə 5%-ə enmişdir. 

“Qlobal  Rəqabət  Qabiliyyəti  indeksi”  hesabatına  görə  rəqabət  qabiliyyətliliyi 

reytinqində hazırda Azərbaycan 37-ci  yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında 

liderlik mövqeyini qoruyub saxlayır. 

2004-2008-ci  (1-ci)  və  2009-2013-cü  (2-ci)  və  2013-2018-ci  (3-cü)  illəri  əhatə  edən 

Dövlət Proqramları mövcud potensialdan səmərəli istifadə etməklə regionların davamlı sosial-

iqtisadi  inkişafına,  müasir  infrastruktur  və  sosial  xidmətlərlə  təminat  səviyyəsinin 

yaxşılaşmasına və əhalinin sosial rifahının yüksəlməsinə səbəb olmuşdur [24-26].

 

 

Regionların  sosial-iqtisadi  mənzərəsi  tamamilə  dəyişmiş,  əhalinin  işgüzar  fəallığı 



artmış, sahibkarlığın sürətli inkişafı təmin edilmişdir. Son 10 il ərzində regionlarda 56 minə 

yaxın müəssisə fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerləri 

yaradılmışdır. 

Son  10  ildə  ölkə  Prezidenti  regionların  inkişafına  dair  müxtəlif  məsələlərin  həlli  ilə 

bağlı 300-dək sərəncam imzalamışdır. Dövlət proqramların icrasına bütün mənbələr hesabına 

50,7 milyard, o cümlədən birinci proqrama 16 milyard, ikinciyə isə 34,7 milyard manat vəsait 

yönəldilmişdir. 

Son 10 ildə regionlarda məhsul istehsalı 3,2, sənaye  məhsulu 3,1, rabitə xidmətləri isə 

6,1 dəfə artmışdır. Bu dövrdə regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Qeyd edək ki, 

artıq ölkənin 5 şəhər və rayonunda xərclər yerli gəlirlər hesabına maliyələşdirilir. 

Regionlarda dövlət proqramlarının ucra olunduğu 10 il ərzində bölgələrin infrastruktur 

təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmışdır. 

2004-2013-cü illər ərzində ölkədə 8332 km, o cümlədən 2622 km respublika, 5710 km 

yerli  əhəmiyyətli  avtomobil  yolları  çəkilmiş  və  təmir  olunmuşdur.  Bu  dövrdə  222  körpü  və 

yol  ötürücüsü  tikilmiş,  85  körpü  əsaslı  təmir  edilmişdir.  400  km-dən  çox  dəmir  yolu  əsaslı 

təmir olunmuş, regionlarda 4 yeni hava limanı tikilmiş və 2 liman tam yenidən qurulmuşdir. 




İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

118 



Son 10 ildə17 elektrik stansiyası istismara verilmiş, 10 min km-dən çox elektrik xətləri 

və 1500-dən çox yarımstansiya inşa edilmişdir. 

Son 10 il ərzində ölkə üzrə ümumi uzunluğu 4,8 min km magistral qaz kəməri, 25 min 

km müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min km boru xətti isə əsaslı təmir olunmuşdur. 

50-ə  yaxın  qazpaylayıcı  stansiya  tikilmiş  və  ya  yenidən  qurulmuşdur.  Görülmüş  işlərin 

nəticəsi olaraq, regionlarda qazlaşma səviyyəsi 83,4%-ə çatdırılmışdır. 

10 il ərzində regionlarda 3440 km içməli su xətti, 1225 km kanalizasiya kollektorları, 96 

su  anbarı,  39  su  nasos  stansiyaları  tikilmişdir.  Ölkə  üzrə  əhalinin  fasiləsiz  içməli  su  ilə 

təchizatı 26%-dən 55%-ə çatdırılmışdır.  

400  mindən  çox  əhalisi  olan  222  yaşayış  məntəqəsində  modul  tipli  sutəmizləyici 

qurğular quraşdırılmışdır. 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusunun 

qazılması su təchizatının köklü surətdə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə olmuşdur. 

Rabitə  xidmətlərinin  keyfiyyətinin  yüksəldilməsi  üçün  regionlarda  982  poçt  şöbəsi, 

1385 ATS tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu gün regionlarda hər 100 nəfərdən 982 

poçt şöbəsi, 1395 ATS tikilmiş və ya əsaslı təmir olunmuşdur. 

Turizm  infrastrukturunun  inkişafı  istiqamətində  görülən  işlər  xüsusi  əhəmiyyət  kəsb 

edir. Ötən müddətdə Qəbələ, Qusar, Quba, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Salyan, Lerik, 

Şəmkir  və  digər  rayonlarda  turizm  kompleksləri,  otellər,  istirahət  mərkəzləri  istifadəyə 

verilmişdir. Son 10 ildə regionlarda 14 müasir otel tikilmiş, 5 ulduzlu otellərin sayı isə 35-ə 

çatmışdır. 

Ekoloji tədbirlər çərçivəsində mühafizə olunan ərazilərinin sahəsi 2 dəfə artırılaraq 900 

min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və kol əkilmişdir. 

Prezident  İlham  Əliyevin  “İnsan  amili  bizim  siyasətimizin  prioritetidir.  Bizim 

siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” strateji xəttinə uyğun olaraq, təhsil, 

səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərilmişdir. Son 10 il ərzində 2710 məktəb 

tikilmiş və ya əsaslı təmir edilmişdir. Regionlarda 40 mərkəzi xəstəxana, 500-dən çox səhiyyə 

obyekti  müasir  avadanlıqlarla  təmin  olunmaqla  tikilmiş  və  ya  əsaslı  təmir  edilmişdir.  700-ə 

yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur. 

“ASAN  xidmət”in  fəaliyyətə  başlaması  vətəndaşlara  göstərilən  xidmətlərin 

keyfiyyətini, şəffaflığını və operativliyini daha da artırmışdır.  

Əhalinin  sosial  müdafiəsi  sahəsində  həyata  keçirilən  uğurlu  siyasətin  mühüm 

istiqamətlərindən  biri  kimi  son  10  il  ərzində  məcburi  köçkünlərin  mənzil  şəraitinin 

yaxşılaşdırılması məqsədilə 15 çadır şəhərciyi ləğv olunması, 77 qəsəbə salınmfsı və burada 

40 min ailənin yerlışdirilməsini qeyd etmək olar. 

Aqrar  sektora  dövlət  dəstəyi  tədbirləri  davam  etdirilmişdir.  Regionlarda  müasir 

texnologiyalara  əsaslanan  məhsul  istehsalı  və  emalı  genişləndirilmiş,  müasir  quşçuluq  və 

heyvandarlıq  kompleksləri  yaradılmış,  aqrar  sektorun  infrastruktur  təminatı  əhəmiyyətli 

dərəcədə  yaxşılaşmışdır.  Aqrar  sektora  böyük  dövlət  dəstəyi  tədbirləri  nəticəsində  intensiv 




S. SADIQOVA:  RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ 

 

 

 



119 

metodlar  əsasında  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  ixracı  artmış  və  özünütəminat 

səviyyəsi yüksəlmişdir. 

Son  10  ildə  Taxtakörpü  Su  Anbarı,  Naxçıvan  Vayxır,  Cəlilabad  Göytəpə,  Hacıqabul 

Pirsaat,  Şamaxı  Zoqalçay  su  anbarları,  Türyançay  və  Bəhrəmtəpə  hidroqovşaqları, 

Taxtakörpü-Ceyranbatan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Yuxarı Mil kanalları əlavə torpaq 

sahələrinin  dövriyyəyə  cəlb  edilməsində  əhəmiyyyətli  rol  oynamışdır.  Şəmkirçay  Su 

Anbarının tikintisi isə bu sahədə əlavə imkanlar yaradacaqdır. 

“Aqrolizinq”  xətti  ilə  yeni  kənd  təsərrüfatı  texnika  və  texnoloji  avadanlıqları  alınaraq 

fermerlərə  icarəyə  verilmiş  və  ya  satılmışdır.  Torpaqların  münbitliyini  artırmaq  və  yüksək 

məhsuldarlığa  nail  olmaq,  heyvanların  cins  tərkibini  yaxşılaşdırmaq  üçün  mineral  gübrələr, 

ətlik və südlük iribuynuzlu damazlıq heyvanlar güzəştli şərtlərlə fermerlərə verilmişdir. 

Pilot  taxılçılıq  təsərrüfatlarında  ötən  il  hektardan  55  sentner  taxıl  və  100  sentnerdən 

artıq  yüksək  keyfiyyətli  qarğıdalı  yığılmışdır.  Hazırda  Beyləqan,  Hacıqabul,  Cəlilabad  və 

Xaçmaz rayonlarında 5 iri fermer təsərrüfatı yaradılmışdır. 

“2012-2020-ci  illərdə  Azərbaycanda  üzümçülüyün  inkişafına  dair  Dövlət  Proqramı” 

çərçivəsində  işlər  sürətlənmiş,  üzüm  istehsalı  artmış,  müasir  texnologiyalara  əsaslanan 

şərabçılıq müəssisələri açılmışdır. 

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin 64%-i kənd təsərrüfatı 

məhsullarının  istehsalı  və  emalı  layihələrinə  yönəldilmişdir.  Son  10  ildə  ölkə  regionlarında 

güzəştli kreditlər hesabına yeni müəssisələr istifadəyə verilmiş və bu sahədə 94 minə yaxın iş 

yeri açılmışdır. 

Yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və ərzaq məhsullarının ixracının artırılması 

daim  diqqət  mərkəzində  saxlanılmışdır.    Son  10  il  ərzində  qeyri-neft  ixracı  4,7  dəfə,  o 

cümlədən  meyvə-tərəvəz  emalı  məhsullarının  çeşidi  1,7  dəfə,  ixrac  ölkələrinin  sayı  isə  20 

vahid artmışdır. 

Prezident İlham Əliyevin müəyyələşdirdiyi “Sahibkarlığın inkişafı dövlət siyasətidir və 

dövlət  siyasəti  kimi  qalacaqdır”  strateji  xətti  regionların  sosial-iqtisadi  inkişafı  dövlət 

proqramlarının  da  başlıca  istiqamətlərindən  olmuşdur.  Son  10  ildə  biznes  və  investisiya 

mühitinin  yaxşılaşdırılması  və  sahibkarlıq  fəaliyyətinin  genişləndirirlməsi  sahəsində  ardıcıl 

tədbirlər həyata keçirilmişdir. 

Sağlam  rəqabətin  təmin  edilməsi  üçün  400-dən  çox  xidmətin  elektron  qaydada 

göstərilməsi  və  “bir  pəncərə”  prinsipinin  tətbiqi  təmin  edilmişdir.  10  il  ərzində  regionlarda 

100 mindən çox sahibkarın iştirakı ilə keçirilmiş 1200-ə yaxın maarifləndirmə, biznes forum, 

konfrans  və  treninqlər  keçirilmiş  və  nəticədə  regionlarda  güclü  özəl  sektor  formalaşmışdır. 

Regionlarda 18 minə yaxın sahibkara 945,9 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli 

kreditlərin 78-%i və açılan iş yerlərinin 81%-i regionların payına düşür. 

Azərbaycan  İnvestisiya  Şirkəti  regionlarda  qeyri-neft  sektorunun  inkişafı  və  yeni 

texnologiyalara  əsaslanan  müəssisələrin  yaradılması  istiqamətində  məqsədyönlü  tədbirlər 

həyata  keçirmişdir.  Hazırda  məşğulluqda  özəl  sektorun  payı  74%-ə,  vergi  daxilolmalarında 




İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

120 



72,5%-ə  yüksəlmiş,  sahibkarlıq  subyektlərinin  sayı  2,5  dəfə  artmış,  ÜDM-də  özəl  sektorun 

payı 80%-i ötmüşdür.  

2014-2018-ci  illəri  əhatə  edən  Regionların  inkişafı  üzrə  3-cü  dövlət  proqramı  əvvəlki 

proqramların məntiqi davamıdır. Bu proqram ölkədə qeyri-neft sektorunun sürətli inkişafına, 

ixracyönümlü və rəqabətə davamlı məhsul istehsalının artmasına, regionlarda infrastruktur və 

kommunal  xidmətlərlə  təminat  səviyyəsinin  yaxşılaşmasına,  sahibkarlığın  inkişafına  və 

əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcəkdir. 

 

Cədvəl 1. Azərbaycanda sahibkarlığın inkişafı göstəriciləri 

 

İllər 



2011 

2012 

2013 

2014 

2015 

2016 

Hüquqi şəxslərin sayı 

75632 


78966 

86010 


94563 

98803 


102.000 

 

 



 

 

Şəkil 1. Azərbaycanda fiziki şəxslərin dinamikası 

 

Mənbə:  İqtisadiyyat  Nazirliyinin  Xarici  İşlər  Nazirliyinə  Sahibkarlığın  inkişafı  haqqında  hesabatından 

27.10.2015 

 

 

 



 

Şəkil 2. Azərbaycanda sahibkarlıq subyektlərinin paylanması 

 

Azərbaycanda  sahibkarlığın  inkişafı  sahəsində  aparılan  siyasət  nüfuzlu  beynəlxalq 



təşkilatlar  tərəfindən  yüksək  qiymətləndirilir.  Davos  İqtisadi  Forumu  Azərbaycan 

0

100000



200000

300000


400000

500000


600000

2009


2010

2011


2012

2013


2014

2015 1 


oktyabr

272597 306933

364600

432141 454997



519860

563946


85%

15%


Fiziki şəxslər

Hüquqi şəxslər




S. SADIQOVA:  RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ 

 

 

 



121 

iqtisadiyyatının  rəqabətqabiliyyətliliyini  144  ölkə  arasında  38-ci  yerə  qoymuşdur.  “Doing 

Business 2015” hesabatında isə Azərbaycan 189 ölkə arasında 80-cı yerə yüksəlmişdir [27]. 

 İnnovasiya  və  yüksək  texnologiyalar  əsasında  rəqabət  qabiliyyətli  sənayenin 

inkişafına  yeni  təkan  vermək  məqsədilə  sənaye  və  texnologiyalar  parklarının  yaradılmasına 

başlanılmışdır.  Sumqayıt  Kimya  Sənaye  Parkı,  Balaxanı  Sənaye  Parkı,  Mingəçevir  Sənaye 

Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək 

Texnologiyalar Parkı yaradılmışdır.  

“Sənaye  Parkları  haqqında”  Nümunəvi  Əsasnamə  təsdiq  edilmişdir.  Sənaye  və 

texnologiya  parklarında  sahibkarlıq  fəaliyyəti  göstərən  fiziki  şəxslərin  gəlirlərinin  7  il 

müddətinə  gəlir  vergisindən  azad  edilmişdir.  Hazırda  sənaye  parklarına  investorların  cəlb 

olunması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.  

Ölkədə  sənaye  məhəllələrinin  yaradılması  barədə  fəaliyyət  göstərən  proqramı 

Azərbaycan  Prezidentinin  “Sənaye  məhəllələrinin  yaradılması  və  fəaliyyətinin  təşkili 

haqqında” Fərmanı ilə müəyyən edilmişdir. Ölkədə ilk sənaye məhəlləsi kimi Neftçala Sənaye 

Məhəlləsinin  yaradılmasına  start  verilmişdir.  Sənaye  Məhəlləsinin  fəaliyyətinin  təşkilini  və 

tənzimlənməsini  “Azərbaycan  İnvestisiya  Şirkəti”  ASC  həyata  keçirəcəkdir.  Sənaye 

məhəlləsinin  fəaliyyəti  üçün  10  hektar  torpaq  sahəsi  ayrılmış  və  Azərbaycan  İnvestisiya 

Şirkətinə daimi istifadəyə verilmişdir.  

Ölkədə sahibkarlıq fəaliyyətini  tənzimləyən qanunvericilik  bazası  innovativ  inkişafın 

tələbinə  uyğun  olaraq  yenilənir.  2015-ci  ildə  qəbul  edilən  “Sahibkarlıq  sahəsində  aparılan 

yoxlamaların dayandırılması haqqında” fərman yoxlamaların 2 il müddətinə dayandırılmasını 

nəzərdə  tutur.  Bu  tədbir  ölkədə  sahibkarlığın  inkişafına  böyük  təkan  verəcək  və  qanunsuz 

müdaxilələrin aradan qaldırılmasına xidmət edəcəkdir.  

Sahibkarlıq  fəaliyyətinə  xüsusi  razılıq  verilən  növlərin  sayının  azaldılması  və 

şəffaflığının təmin edilməsi barədə Fərman da bu sahənin inkişafına böyük dəstəkdir. İndi bu 

işləri vahid orqan – “Asan xidmət” mərkəzləri həyata keçirəcəkdir.  

“Elektron  lisenziya”  portalının  istifadəyə  verilməsi  ilə  sahibkarlara  lesenziyaların 

verilməsi prosesi tamamilə elektronlaşdırılır. Sahibkarların təcrübə keçməsi, ixtisas artırması 

və  yenidən  hazırlanması,  hüquqi  və  iqtisadi  biliklərinin  artırılması  üçün  Bakı  Biznes  Tədris 

Mərkəzi  yaradılmışdır.  Mərkəzin  7  rayonda  nümayəndəlikləri  fəaliyyət  göstərir.  Son  5  ildə 

256  sahibkar  Almaniyada  ixtisasartırma  kursu  keçmişdir,  Mərkəz  hazırda  Bakı  şəhəri  və 

region sahibkarlarına məsləhət və treninqlər təşkil edir.  

Gənclərin  məşğulluğunun  təmin  edilməsi  və  sahibkarlıq  fəaliyyətinə  cəlb  edilməsini 

təşviq  etmək  üçün  işlər  həyata  keçirilir.  Pilot  layihə  kimi  Quba-Xaçmaz  Regional  İnkişaf 

Mərkəzində biznes inkubator üçün  yer ayrılmışdır. Balaxanı  Sənaye Parkı,  Sumqayıt Kimya 

Sənaye  Parkında  və  Aran  Regional  İnkişaf  Mərkəzində  də  analoji  biznes  inkubatorlar 

yaradılmışdır.   

Sahibkarlığın  inkişafına  dəstək  mexanizmlərindən  biri  də  onların  investisiya 

təminatının  gücləndirilməsidir.  Bu  işi  gücləndirmək  Azərbaycan  İnvestisiya  Şirkətinə 




İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

122 



tapşırılmışdır.  Şirkət  ölkə  iqtisadiyyatının  qeyri-neft  sektorunun  sürətli  inkişafı  ilə  bağlı 

vəzifələrin  icrasını  uğurla  davam  etdirir.  2003-cü  ildə  yaradılmış  İxracın  və  İnvestisiyaların 

Təşviqi  Fondu  ölkənin  ixrac  potensialının  artırılmasında,  investisiya  imkanlarının 

genişləndirilməsində,  potensial  tərəfdaşların  tapılmasında  və  birgə  əməkdaşlıq  üzrə  mühüm 

layihələr həyata keçirir. 

2016-cı  ildə  250  rəqabət  qabiliyyətli  məhsul  istehsal  edən  müəssisə  haqqında 

“Azərbaycan  məhsullarının  kataloqu”  azərbaycan  və  ingilis  dillərində,  130  aqrar  sahə 

müəssisəsi  haqqında  “Azərbaycanda  istehsal  edilmişdir”  katoloqu  rus  dilində,  350  rəqabət 

qabiliyyətli  məhsul  istehsal  edən  müəssisə  haqqında  “Azərbaycan  sənayesi:  şirkətlər  və 

məhsullar”  katoloqu  azərbaycan  və  ingilis  dillərində  çap  edilmiş  və  rəsmi  internet 

səhifələrində  yerləşdirilmişdir.  Ölkəmizin  420  şirkəti  haqqında  “Azərbaycanda  istehsal 

olunmuşdur” kataloqu rus və ingilis dillərində və elektron formatda hazırlanmışdır. 

  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  ixrac  yönümlü  iqtisadi 

model  əsas  götürülür  və  nəzərdə  tutulur  ki,  iqtisadiyyatın  rəqabətinin  yüksəldilməsi  və 

strukturunun  təkmilləşdirilməsi  qeyri-neft  ixracının  artmasına  səbəb  olacaqdır.  Bununla 

yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi, biliyə əsaslanan və elmtutumlu 

iqtisadiyyatın formalaşması üçün ölkədə əlverişli zəmin yaratmışdır. 

 

4.



 

Azərbaycanın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi perspektivləri 

Azərbaycan  Respublikası  Prezidentinin  irəli  sürdüyü  “Azərbaycan  2020:  Gələcəyə 

Baxış”  İnkişaf  Konsepsiyası  Azərbaycanın  gələcək  inkişafında  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi perspektivlərini müəyyən edir [5]. 

  Konsepsiyasının  başlıca  strateji  məqsədi  mövcud  imkan  və  resurları  nəzərə  almaqla, 

Azərbaycanda  davamlı  iqtisadi  artım  və  yüksək  sosial  rifah,  səmərəli  dövlət  idarəetməsi, 

qanunun  aliliyi,  cəmiyyətin  ölkənin  ictimai  həyatında  fəal  statusu  ilə  səciyyələnən  inkişaf 

mərhələsinə nail olmaqdır. 

  Konsepsiya  nəzərdə  tutur  ki,  Azərbaycan  əhalinin  gəlirlərinin  yüksək,  işsizlik 

səviyyəsinin  minimum  həddə  olduğu,  inkişaf  etmiş  insan  kapitalına,  mühafizə  edilən  və 

sağlam ətraf mühitə, hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Nəzərdə 

tutulmuş  tədbirlərin  icrası  nəticəsində  dövrün  sonuna  ölkədə  adambaşına  düşən  ÜDM-in 

həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaqdır. 

  2020-ci  ilədək  Azərbaycan  adambaşına  düşən  ÜDM-in  miqdarına  görə  “yuxarı  orta 

gəlirli  ölkələr”  sırasına  çıxmalıdır.  Ölkəmizin  karbohidrogen  ixracından  asılılığı  tam  aradan 

qaldırması, insan inkişafı ilə bağlı təsnifata görə “yüksək insan inkişafı” ölkələri qrupunda yer 

alması hədəflənmişdir. 

  Azərbaycan  Respublikasının  iqtisadi  inkişaf  baxımından  regionun  lider  dövlətindən 

beynəlxalq  iqtisadi  münasibətlər  sistemində  yüksək  rəqabət  qabiliyyətli  iştirakçı  statusuna 

yüksəlməsi  reallaşacaqdır.  Bu  məqsədlə  əlverişli  coğrafi  mövqeyi,  böyük  potensialı  nəzərə 




S. SADIQOVA:  RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ 

 

 

 



123 

alınaraq,  ölkənin  regionun  ticarət  mərkəzinə  çevrilməsi,  qeyri-neft  sektoru  üzrə  adambaşına 

düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.  

  Göstərilən məqsədə  çatmaq üçün bazar iqtisadiyyatı şəraitində  sağlam rəqabəti təmin 

edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə,  yüksək əlavə dəyər  yaradan 

ixrac  yönümlü  iqtisadiyyata  transformasiya  və  sosial-iqtisadi  sahələrin  inkişafına  kompleks 

yanaşma prinsipləri  əsas tutulacaqdır. 

  Konsepsiya  çərçivəsində  istehsalın  məhsuldarlığının artımı nəticəsində  səmərəlilik və 

innovasiyaların üstünlüyünə əsaslanan iqtisadiyyata keçidin təmin olunması hədəflənir. 

  İqtisadiyyatın  rəqabət  qabiliyyətinin  artırılması  makroiqtisadi  sabitliyin  qorunması, 

monetar  və  fiskal  siyasətin  koordinasiyasının  gücləndirilməsi,  biznes  mühitinin 

yaxşılaşdırılması  və  özəl  təşəbbüsün  dəstəklənməsi,  maliyyə  xidmətləri  bazarının  inkişaf 

etdirilməsi,  xarici  ticarət  və  investisiya  siyasətinin  təkmilləşdirilməsi  kimi  istiqamətləri 

özündə  cəmləşdirir.  Bu  dövrdə  inflyasiyanın  məqbul  səviyyədə  saxlanılması,  daha  çevik 

məzənnə rejiminə keçid nəzərdə tutulur. 

  Məqsədyönlü  şəkildə  iqtisadiyyatın  sahə  strukturunun  təkmilləşdirilməsi  tədbirləri 

həyata  keçiriləcəkdir.  Neft-qaz  və  neft-kimya  sənayesinin  modernləşdirilməsi,  alternativ  və 

bərpa  olunan  enerji  mənbələrindən  istifadə  imkanlarının  genişləndirilməsi,  aqrar  sektorun 

inkişafı  və  ərzaq  təhlükəsizliyinin  gücləndirilməsi,  ticarət  və  xidmət  növlərinin  inkişaf 

etdirilməsi,  xarici  ticarətin  və  investisiyaların  strukturunun  təkmilləşdirilməsi  prioritet 

istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-

in orta illik real artım tempinin 7%-dən çox olması nəzərdə tutulur.  

  Hazırda  qarşıda  duran  əsas  vəzifə  iqtisadiyyatın  şaxələndirilməsini  sürətləndirmək, 

neft  gəlirlərinin  səviyyəsindən  asılı  olmayaraq  qeyri-neft  sektorunun  yüksək  inkişaf  tempini 

qoruyub saxlamaq və onun imkanlarını genişləndirməkdir. 

“Azərbaycan  2020:  gələcəyə  baxış“  Konsepsiyası  ixrac  yönümlü  iqtisadi  modelə 

əsaslanır və iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilmişdir. 

  İKT-nin  tətbiqinin  genişləndirilməsi  və  inkişafı  əsasında  etibarlı  təhlükəsizlik 

sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın 

tətbiq olunması, “elektron hökumət” xidmətlərinin tam bərqərar olması Azərbaycanda müasir 

idarəetmənin formalaşması üçün əsas prioritetlərdir. 

  Aydındır  ki,  istənilən  iqtisadi  artımın  məqsədi  insanların  sosial  rifahının 

yüksəldilməsidir.  Sosial  sahələr  və  insan  kapitalının  inkişafı  Konsepsiyanın  əsas 

prioritetlərindən  biridir.  Təhsil  və  səhiyyədə  keyfiyyətin  yüksəldilməsi,  əhalinin  sosial 

müdafiəsinin  gücləndirilməsi,  gender  bərabərliyinin  təmin  olunması  və  ailənin  inkişafı, 

gəncləri  potensialı  və  idmanın  inkişaf  etdirilməsi  bu  prioritetlər  çərçivəsində  əsas 

istiqamətlərdir. 

  Konsepsiya  çərçivəsində  Azərbaycanda  “mütləq  yoxsulluq”  problemi  diqqət 

mərkəzindədir.  Yoxsulluğun  ləğv  olunması,  əhalinin  orta  təbəqəsinin  genişləndirilməsi  və 

rolunun  gücləndirilməsi  başlıca  məqsədlərdən  biridir.  Dünya  təcrübəsi  göstərir  ki,  orta 




İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

124 



təbəqənin  güclü  olduğu  ölkələr  sosial-iqtisadi  cəhətdən  daha  yüksək  inkişaf  potensialına 

malik olurlar. 

  Mədəni  irsin  qorunması  və  səmərəli  idarə  olunması,  ətraf  mühit  və  ekologiya 

problemləri  də  Kensepsiya  çərçivəsində  əsas  prioritetlər  kimi  vurğulanmış  və  bu  sahələrdə 

müvafiq siyasət və tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. 

Nəticə. Qloballaşan dünyada rəqabətqabiliyyət problemi getdikcə kəskinləşir. Bu, həm 

məhsulun,  həm  sahənin,  həm  də  ölkənin  rəqabətqabiliyyəti  problemlərinin  dünya 

iqtisadiyyatının inkişaf meyillərərinə uyğun qurulmasını tələb edir. 

 

Rəqabət  qabiliyyətininin  təyin  edilməsində  metodoloji  yanaşmaların  müxtəlifliyi 



göstəricilər  və  indikatorların  daimi  dəyişilməsini  şərtləndirir.  Bu  baxımdan  ölkə 

iqtisadiyyatının  rəqabət  qabiliyyətinin  artırılmasına  yönəldilmiş  tədbirlərin  işlənməsi  və 

bütövlükdə rəqabət strategiyasının hazırlanması mühüm problemdir. 

 

Bu  mənada  iqtisadiyyatın  enerji  tutumluğunun  azaldılması,  məhsul  istehsalında  yeni 



innovasiyalı  texnika  və  texnologiyalardan  istifadə  olunması,  məhsula  çəkilən  xərclərin 

azaldılması və s. bütövlükdə rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. 

 

Məqalədə,  Azərbaycan  iqtisadiyyatının  rəqabət  qabiliyyəti,  onun  inkişaf  meyilləri, 



rəqabətqabiliyyətliliyi  səciyələndirən  göstəricilər  sistemi,  bu  sahədə  dövlətin  rolu, 

rəqabətqabiliyyətliliyin  yüksəldilməsi  istiqamətində  ölkədə  aparılan  işlər  və  perspektivlər 

təhlil edilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi tövsiyyə olunmuşdur. 

 

Ədəbiyyat 

1.

 

Abdullayev  Z.N.,  Bağırova  Z.Ə.,  (2010)  Sənayenin  mahiyyəti  və  təşkilinin  prinsipləri, 



Bakı, ADİU, 278 s. 

2.

 



“Antiinhisar  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu,  Bakı  şəhəri,  4 

mart 1993-cü il, № 526. 

3.

 

Atakişiyev  M.C.,  Abbasov  H.M.,  Abbasova  N.M.,(2010)    Mikro  və  makroiqtisadiyyat, 



Dərslik, Bakı, ADİU, 420 s. 

4.

 



Azərbaycan sənayesi, Statistik məcmuə, Bakı, Səda, 2016, 230s. 

5.

 



Azərbaycanda  Xüsusi  İqtisadi  Zonalar  və  Sənaye  Parklarının  inkişafı  layihəsi,  2013,  

360s.  


6.

 

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, Azərbaycan 



Respublikası, Bakı şəhəri, 6 dekabr 2016-cı il. 

7.

 



“Sənaye  məhəllələrinin  yaradılması  və  fəaliyyətinin  təşkili  haqqında”  Azərbaycan 

Respublikasının Prezidentinin Fərmanı. Bakı şəhəri, 8 oktyabr 2014-cü il  

8.

 

“Təbii inhisarlar haqqında”  Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 15 dekabr 



1998-ci il, № 590-IQ. 

9.

 



“2012-2020-ci  illərdə  Azərbaycanda  üzümçülüyün  inkişafına  dair  Dövlət  Proqramı”,  

Azərbaycan Respublikası, Bakı şəhəri, 15 dekabr 2011-ci il. 




S. SADIQOVA:  RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ 

 

 

 



125 

10.


 

Абалкин Л.И.,  (1997)  Экономическая  стратегия  для  России:  проблема  выбора, 

Москва, ИЭ РАН, 234 c. 

11.


 

Кушлин В.И.,  Фоломьев  А.Н.,  Селезнев  А.З., Смирницкий Е.К.,  (2000)  Иннова-

ционность хозяйственных систем, Москва, Эдиториал УРСС, 310 с. 

12.


 

Sagheb  N.,  Javadi  M.,  (1994)  Azerbaijan’s  сontract  of  the  сentury,  finally  signed  with 

western oil consortium, Azerbaijan International, Winter,  127 p. 

 

13.



 

Tamiz Shahlar Joint Stock Company, Catalog, 2012, 72p.

 

14.


 

The multi-donor investment climate advisory service of the Worl Bank Group, 2008, 42p.

 

15.


 

Word  Bank,  The  East  Asian  Miracle:  Economic  Growth  and  Public  Policy,  Oxford 

University Press, 2013, 342 p.

 

16.



 

World  Bank,  Azerbaijan  Country  Economic  Memorandum  A  New  Silk  Road:  Export-

ledDiversification, 2009, 296 p. 

 

17.



 

http://abc.az/eng/news

 

18.


 

http://www.azembassy.co.krhttp://aze.mofat.go.kr

 

19.


 

www.azstat.org

 

20.


 

www.bjfe.go.kr

 

21.


 

http://caf.kiep.go.kr

 

22.


 

http://www.cia.gov/library/publications

 

23.


 

http://eiti.org

 

24.


 

http://english.exportal.or.kr

 

25.


 

www.ftz.go.kr

 

26.


 

www.ftz.go.kr/gunsan

 

27.


 

http://www.invest.gov.tr



 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə