İPƏk yolu, No. 4, 2017



Yüklə 67,17 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü67,17 Kb.
#32552
növüXülasə


 

 

İPƏK YOLU, No.4, 2017, səh.115-120 



 

 

115 



 

ALMAN VƏ İNGİLİS DİLLƏRİ ARASINDA FƏRQLİ VƏ  

OXŞAR CƏHƏTLƏR 

 

Arzu Revina 

 

Azərbaycan Universiteti, Bakı, Azərbaycan



 

e-mail: 


arzurevina@gmail.com

  

 



Xülasə.  Məqalədə  qədim  german  dilinin  yaranma  tarixi,  habelə  alman  və 

ingilis dilləri arasında həm leksik və həm də qrammatik baxımdan oxşar və 

fərqli cəhətlər  faktiki nümunələr üzərində nəzərdən keçirilir. 

 

Açar sözlər: müqayisəli dilöyrənmə, qədim german dili, dil vahidləri. 



 

THE DIFFERENCES AND SIMILARITIES 

BETWEEN GERMAN AND ENGLISH 

 

Arzu Revina 



Azerbaijan University, Baku, Azerbaijan 

 

Abstract.  The  article  reviews  the  origin  of  the 

ancient  german  language  on  the  historical 

background  as  well  as  lexical  and  grammatical 

differences and similarities of German and English 

languages compared by examples. 

Keywords: compared learning of languages, 

ancient german language, language units. 

 

РАЗЛИЧИЕ И СХОДСТВА МЕЖДУ 

НЕМЕЦКИМ И АНГЛИЙСКИМ ЯЗЫКОМ  

 

Арзу Ревина 



Университет Азербайджан, Баку, Азербайджан   

 

Резюме.  В  статье  рассматривается  история 

появления  древних  германских  языков,  также 

лексические  и  грамматические  сходства  и 

различия  между  немецким  и  английским 

языками,  на  основе  определенных  примеров  и 

языковых образцов. 



Ключевые  cлова:  сравнительное  изучение 

языков,  древний  германский  язык,  единицы 

языка. 

 

 



Dilin  əsas  vəzifəsi  ünsiyyəti təmin  etmək, dil haqqında elmin  də  əsas  vəzifəsi  bunun 

mexanizmini  açıb  göstərməkdir.  Düzgün  normaya  uyğun  gəlməyən  danışıq  ciddi  əngəl 

törədir, bircə dil vahidinin yeri səhv salınanda ünsiyyət pozulur, nəzərdə tutulan iş baş tutmur, 

istehsalat dayanır, hərəkət iflic vəziyyətə düşür, hətta qarşısı alınmaz faciə baş verir. Müasir 

texniki avadanlıqlarda bir işarənin  yeri tərs düşəndə hansı  bədbəxt  hadisələrin baş verdiyini 

təsəvvür etmək çətin deyil. Aşağıdakı misalları müqayisə edək: 



De görüm, bu vəziyyət çox çəkər? 

De görüm, bu əziyyət çox çəkər? 

Göründüyü  kimi,  iki  fikri  bir-birindən  fərqləndirən  təkcə  /v/  samitinin  olub-

olmamasıdır.  Belə  hallara  tez-tez  rast  gəlmək  olur.  Məşhur  “Mimino”  filmində  əsərin  baş 

qəhrəmanı sözü düzgün tələffüz etmədiyindən “Teləvi” əvəzinə “Teləviv”lə danışır. 

Ana dillə öyrədilən dil arasındakı fərqlərin müəyyənləşdirilməsi çox vacibdir. “Şəhər” 

sözünün almanca qadın cinsinə (die Stadt), “dövlət” sözünün isə kişi cinsinə aid olması maraq 

doğurur  (der  Staat).  Axı  onlardan  birincisi  rus  dilində  kişi  cinsinə  (город),  ikincisi  isə  orta 

cinsə  (государство)  aid  isimlərdir.  Niyə  almanca  zamanlarda  cinsə  görə  uzlaşma  yoxdur, 




İPƏK YOLU, No.4, 2017

 

Azərbaycan Universiteti 



 

 

116 



amma rus dilində var (müq.et: он читает, он читал, она читала, оно читало) və s. Bəzən 

belə düşünülür ki, rus dili ətraf aləmi necə əks etdirirsə, alman dili də belə olmalıdır. Tədrisdə 

uğur  qazanmaq  üçün  biz  dilöyrənmənin  ilkin  mərhələsində  müqayisəni  tamam  kənara 

qoyuruq,  ya  da  yeri  gəldikcə  az-az  müqayisələrə  yol  veririk  ki,  fərqləri  daha  aydın  göstərə 

bilək.  İdarəolunan  dilöyrənməni  maksimum  təbii  dilöyrənməyə  yaxınlaşdırmaq  lazımdır  ki, 

hal-hazırda  bütün  dilöyrətmə  kurslarında  bu  metoddan  istifadə  olunur,  yəni  ana  dilindən 

qətiyyən heç bir halda istifadə etməmək şərtilə tədris  yalnız öyrədilən dildə aparılır. Sonrakı 

mərhələdə  isə  dilöyrənmədə  müqayisə  və  qarşılaşdırma  aparıcı  metodiki  üsul  olmalıdır. 

Ənənəvi  metodikanın  elə  bu  gün  əksər  yerlərdə  rast  gəldiyimiz  qarşılaşdırma  üsullarının  ən 

böyük qüsuru ondan ibarətdir ki, orada yazı əsas tədris predmeti kimi götürülürdü. XX əsrin 

ikinci  yarısı,  hətta  deyərdik  ki,  müharibənin  ilk  illərindən  canlı  ünsiyyətə  olan  ehtiyac  bu 

üsulun  tərəfdarlarına  ciddi  zərbə  vurdu.  Avropalılar,  xüsusilə  nasist  Almaniyasına  qarşı 

birləşən  dövlətlər  baxıb  gördülər  ki,  onların  ixtiyarında  olan  dilmanclar  alman  danışıq  dilini 

yaxşı bilmədiklərindən onları bu ölkəyə göndərmək və lazımi informasiyanı almaq mümkün 

deyil,  çünki  onlar  tez  ələ  keçə  bilərdilər.  Ona  görə  də  dövlət  külli  miqdarda  vəsait  ayırıb 

düşmənin  dilini  yaxşı  bilən,  müasir  tələblərə  cavab  verən  tərcüməçi  kadrlar  hazırlamağa 

başladı.  1950-ci  illərin  əvvəllərində  Moskvada  yaranmış  Xarici  Dillər  İnstitutu  buna  bariz 

nümunədir [1]. 

Bu gün qrammatik qaydaları əzbərləyib söz öyrənməklə xarici dili tədris etmək gülünc 

gələr. Dilöyrənmədə dil haqqında biliklərin olması çox vacibdir. Bu gün ingilislər /I shall/ və 

ya  /I  will/  deyil,  hər  iki  hal  üçün  /I’ll/  işlədilir.  German  dillərində  qaydanın  gözlənilməsinə 

dair  xeyli  misal  vermək  olar.  İngilis  dilində  /boy-boys,  girl-girls,  cave-caves/  o  cümlədən 

alman  dilində  /  Hand-Hände,  Nacht-Nächte,  Wand-Wände/  və  s  kimi  sözlərdə  qrammatik 

kəmiyyətin  göstəricisi eynidir:  /-s/  və  / ̈+e/.  Alman və  İngilis  dillərində  danişıqla  yazida söz 

sirasinda  ciddi  fərq  nəzərə  çarpir.  İngilis  dilindən  fərqli  olaraq  alman  dilində  xəbərin  yeri 

sabitdir.  Vaxtilə  bədii  ədəbiyyat,  onun  janrlari,  nəşr  və  poeziyanin  dili  ön  plana 

çəkilirdi.İngilis dili Çoser, V. Şekspir, B. Şou, V. Skott, alman dili Y.V. Fon Göte, F. Şiller, 

H.  Hayne,  fransiz  dili  Q.  de  Mopassan,  A.  Düma,  O.  de  Balzak  və  başqalarının  dillərilə 

eyniləşdirilirdi.  Qədim  german  dili  iki  əsas  qola  ayrilir:  batı  german  və  doğu  german.  Batı 

german dillərinə ingilis və friz dilləri aiddir. Qohumluq münasibətlərini bildirən father-Vater, 

mother-Mutter, brother-Bruder, sister-Schwester, son-Sohn, doughter-Tochter (ancaq husband 

və  wife  yox)  geriyə  qədim  dilə  söykənir.  İnsan  bədəninin  hissələrini  bildirən  sözlər  :  arm-



Arm,  ear-Ohr,  eye-Auge,  heart-Herz,  foot-Fuß,  nail-Nagel,  one-dan  ten-ə  qədər    saylar, 

habelə  night-Nacht,  star-Stern,  wind-Wind,  snow-Schnee,  nest-Nest,  cow-Kuh,  goose-Gans, 



mouse-Maus,  ox-Ochs,  weather-Wetter,  wine-Wein,  whole-heil  kimi  sözlər  bu  dilin  diğər 

german dillərinə, xüsusilə alman dilinə nə qədər yaxin oldugünu bir daha təsdiq edir. Tarixə 

nəzər  salsaq,  qədim  ingilis  dili  qərbi  Almaniyada  formalaşaraq  V  əsrdə  Britaniya  adalarına 

hazır dil kimi gəlibdir və norman istilasına qədərki dövrü (1066) əhatə edir [2].  Bu dövrdə 




A. REVİNA: ALMAN VƏ İNGİLİS DİLLƏRİ ARASINDA FƏRQLİ … 

 

 

 



117 

german  qəbilələri  Böyük  Britaniyanı  fəth  etmiş  və  orada  yerli  qəbilələrin  dilləri  sıxışdırılıb 

çıxarılmışdır. Bu zaman burada gəlmə qəbilələrin dili hökm sürmüşdür. Daha dəqiq desək, bu 

istilalar  min  beş  yüz  il  bundan  əvvəl  anqllar  tərəfindən  həyata  keçirilmişdi.  Onlar  ingilis 

kanalını  (La  Manş)  keçən  german  tayfalarının  üzvləri  idi.  İngilis  dilində  çox  sözlərə  rast 

gəlmək  olar  ki,  onlar  öz  fərqli  tələffüzü  ilə  alman  dilindəki  sözlərə  oxşayırlar.  Sonradan 

Britaniyaya daha iki tayfanın üzvləri – saksonlar və yutlar keçdi. Uzun illər ərzində saksonlar, 

anqllar  və  yutların  danışdığı  dillərin  qarışığı  nəticəsində  alqlosaks,  yaxud  qədim  ingilis  dili 

təşəkkül  tapmışdır.  Qədim  ingilis  dilini  başa  düşmək  olduqca  çətindir.  Hətta  ingilis  dili  ana 

dili  olan  insanlar  da  bu  dili  anlaya  bilmir.  Bu  dövrdən  bir  neçə  yazı  nümunəsi  qalıb.  Bu 

qəhrəman krala həsr olunmuş “Beovulf” poemasıdır.  

Qədim  ingilis  dili  qeyri-flektiv  dil  idi.  O,  hind-Avropa  sintetizmindən  müasir  ingilis 

dilindəki  analitizmə  doğru  inkişaf  etmişdir.  Söz  sırası  müasir  alman  dilindəkinə  bənzəyir, 

amma əvvəl elə bir ciddi qayda olmayib. O, müəyyən modellərə uyğun gəlir, xüsusilə, tabeli 

cümlələrdə.  Amma  buna  baxmayaraq  mübtəda  və  xəbər  baş  cümlədə  sərbəst  şəkildə  yerini 

dəyişə  bilər.  Müasir  dildə  /We  don’t  like  cold  weather  /tarixən  /  cold  weather  likes  us  not  / 

kimi  işlənirdi.  Qeyd  edək  ki,  müasir  alman  dilində  bu  cür  ifadələr  indi  də  qalmaqdadir. 

Müq.et:  //Das  gefällt  mir  nicht,  /  Mir    geht’s  gut    //  və  s.  Buradan  da  belə  məlum  olur  ki, 

qədim  ingilis  dilində  hərəkətin  icraçısı  cümlənin  mübtədasi  rolunda  çixiş  etməyə  bilirdi  [3]. 

Müvafiq olaraq 1100-cü ildən 1600-cü ilə qədər orta ingilis dövrü davam edir. “yeni ingilis 

dövrü isə 16-cı əsrdən bəri olan dövrdür.  

Mütəxəssislər bu baxımdan alman dilinin də tarixini 3 dövrə ayırırlar [4]: qədim alman 

dili (VIII-XI), orta alman dili (XI-XIV) və yeni alman dili dövrü XIV əsrdən bu günə qədərki 

dövr.  Elbe,  Rayn  və  Vezer  çayları  arasında  yaşayanlar  sonralar  alman  dilinin   

formalaşmasinda    yaxindan  iştirak  ediblər.  Qədim  alman  dilinə  mənsub  olan  Hamburq  və 

Vürtsburq yazıları, mətnlər, kilsə mahnıları və latın dilindən tərcümələr, habelə Hildebrand və 

Lüdviq nəğmələri (Hildebrandslied, Lüdwigslied) kimi yazılı abidələr qorunub saxlanılır. XI 

əsrə  mənsub  olan  Kristi  Vundernin  “Ezzolied”  əsəri  artıq  orta  alman  dilinin  başlanğıcı  idi. 

Yazı  məhsullarının  artması  və  kitab  nəşrinin  kəşfi  (Y.  Qutenberq,  1397-1468),  M  Lüterin 

(1483-1546)  İncil”-i  tərcümə  etməsi  və  digər  əsərlər  bu  dövrün  sonrakı  dil  inkişafına  güclü 

təkan verdi. Yeni alman dilində çağdaş alman dilinin fonem sistemi, prosodiya və intonasiya 

əlamətləri,  morfoloji  strukturu  və  qrammatik  quruluşu  formalaşıb.  Müasir  alman  dilində 

anqlizmlər olduqca çoxdur: Streik, Baykott, Parlament, Humor, Konzern, Export, İmport və s. 

Həmçinin fransız dilindən də keçmələr xüsusi yer tutur: Offizier, Leutenant, General, Armee, 

Mode, Dame və s. 

Bu  gün  alman  dilində  der  Fuß,  die  Hand  və  das  Auge  olduğu  kimi  qədim  ingilis 

dilində  də  foot-  kişi,  hand-  qadin,  eye-orta  cins  olmuşdur.  İsimlərdən  hər  biri    bu  üç 

kateqoriyadan  birinə  aid  idi.  Qədim  ingilis  dilində  woman,  queen,  wife  sinonim  sözlər  idi, 

lakin birincisi kişi, ikincisi qadin, üçüncüsü isə orta cinsə aid olmuşdur. Bundan başqa alman 

dilində  olduğu  kimi:  horse,  sheep  və  maiden-orta,  earth-qadin,  land-orta  cins  idi  və  eynilə 




İPƏK YOLU, No.4, 2017

 

Azərbaycan Universiteti 



 

 

118 



müasir alman dilində olduğu kimi qədim ingilis dilində də sun-qadin, ancaq moon-kişi, day-

kişi və night isə qadin cinsinə mənsub olmuşdur. Tarixən 3 əsr boyu ingilis ədəbiyyatı ücdilli 

olubdur:  ingilis,  latın  (əsasən  kilsə)  və  fransız.  Çox  güman  ki,  çağdaş  ingilis  lüğətinin 

yarısının german (ingilis və skandinaviya) və yarısının roman (fransız və italyan) sözlərindən 

ibarət olması məhz bu səbəbdən qaynaqlanır [6]. 

İngilis dilində söz heç bir şəkilçisiz bir klassdan o birinə keçə bilir. Buna konversiya 

deyilir. Məs. bridge-to bridge, to look-a look və s. 

Alman  dilinin  mürəkkəb  sözləri  ingilis  dilində  ya  yanaşma  vasitəsilə  (Orangensaft-



orange juice) və ya “of genitiv” birləşməsilə (Vertrauensposten - poste of confidence) verilir. 

Göründüyü kimi, alman dilində təyin olunan, əsas söz sonra, təyin edən söz isə əvvəl gəldiyi 

halda,  ingilis  dilində  sözün  strukturunda  dəyişiklik  edilir.  Təyin  olunan  keçir  qabağa,  təyin 

edən  isə  of-la  ifadə  olunaraq  ikinci  yerdə  gəlir.  İngilislərdə  də  prefikslə  sözdüzəltmə  var:  to 

retell, to repeat və s., ancaq bu alman dilindəki kimi müxtəlif və rəngarəng deyildir. Bundan 

fərqli  olaraq  adverbial  prepozisionlar  ingilis  dilində  geniş  yayılıb.  Prefikslə  sözdüzəltmə 

alman dilinin struktur əlamətidir, buna oxşar fransız dilində heç bir şey yoxdur,ancaq ingilis 

dilində  buna qismən təsadüf edilir. Həm  alman, həm  də  ingilis  dilində  çox sayda funksional 

və köməkçi sözlər var ki, bunlar ifadənin formalaşmasında həlledici rol oynayır, ona görə də 

yüksək  işlənmə  tezliyinə  malikdirlər.  Məs.  alman  deyəndə  ki,  /Das  Buch  ist  lesen/onun 

həmsöhbəti  ifadənin  düzgün  qurulmadığını  o  saat  başa  düşəcək  və  o  cümlənin  yalnız  /Das 

Buch ist zu lesen/ kimi işlənə biləcəyini qəbul edəcək. Eynilə ingilis dilində /I want to eat an 

apple/ cümləsində to düşərsə anlaşılmazlıq baş verər. 

Hesablamalar  göstərir  ki,  çağdaş  alman  dilində  200-ə  qədər,  ingilis  dilində  isə  154 

köməkçi söz var. Lakin onların işlənmə tezliyi bütün söz fondunun üçdə birini təşkil edir [1]. 

Daha  az  enerji  sərf  etməklə  düzələn  dil  vahidləri  daha  yüksək  işlənmə  tezliyinə  malikdirlər. 

Digər  tərəfdə  az  enerji  ilə  tələffüz  edilən  səslər  daha  çox  işlənmə  tezliyinə  malikdirlər. 

Tədqiqatlar göstərir ki, 50 minlik lüğətdə sözləri tezlik siyahısında düzsək, görərik ki, 15 ən 

çox işlənən söz istənilən mətndəki sözlərin 25%-ni, 100 ən çox işlənən söz onun 60%-ni və 

1000  ən  çox  işlənən  söz  85%-ni,  4000  söz  isə  istənilən  mətnin  97,5%-ni  təşkil  edir  [1].  Bu 

hesablamalar  xarici  dilin  tədrisini  yenidən  qurmaq,  bu  məqsədlə  yazılan  dərsliklərdə  məhz 

daha çox işlənən sözlərdən istifadə olunmalıdır. Statistik hesablamalar birmənalı şəkildə sübut 

etmişdir  ki,  yüksək  işlənmə  tezliyini  ən  qısa,  daha  qədim,  morfoloji  cəhətdən  daha  sadə  və 

daha çox məna tutumu olan sözlər təşkil edir. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  hər  iki  dil  eyni  kökdən  qaynaqlanır  və  düzəltmə  dil 

olaraq latın dilinin əsasında formalaşmışlar. Bunu həm sözlərin qrammatik funksiyalarından, 

həm də sonluqlarından aydın görmək olur. Hər iki dil latın əlifbasıdan istifadə etdikləri üçün 

ingilis  dilini  bilənlər  üçün  alman  dilini  öyrənərkən  rus,  yapon,  ərəb  dillərini  öyrənməkdən 

fərqli  olaraq,  fərqli  əlifba  yaxud  yazı  sistemini  öyrənmək  lazım  gəlmir.  Yalnız  umlautlar  və 

kəskin “s”(ß) istisna olmaqla bu dillər arasında keçid etmək çox sadədir. Lüğəti vərəqlərkən 




A. REVİNA: ALMAN VƏ İNGİLİS DİLLƏRİ ARASINDA FƏRQLİ … 

 

 

 



119 

həddən çox oxşar sözlərə rast gəlmək olur ki, bunların da arasında yalnız fonem dəyişikliyinin 

olduğunu aşkar edirik. Məs. daha tez-tez təsadüf olanlardan: 

 c - k (abstract - abstrakt)  

cc – kz (accent - Akzent) 

cc – kk (accord – Akkord) 

ve – v (adjektive – Adjektiv) 

al – isch (martial – martialisch) 

ical – isch (biological – biologisch) 

y – ie (analogy – die Analogie) 

Belə  ki,  ingilis  dilindən  və  digər  dillərdən  yazılışı  fərqli  olsa  da,  oxunuşu  eyni  olan 

çox  sayda  söz  alman  dilinə  keçib,  məs.:  Keks=  engl.  cakes=Kuchen.  Alman  dilinə  keçən 

ingilis  sözləri  əsasən  texnika,  musiqi,  reklam  və  moda  sahələrində  daha  çoxdur:  məs. 

computer, designer, album, image, lazer və s. Həmçinin alman dilindən də digər dillərə çoxlu 

sözlər  keçib  ki,  əksəriyyətinin  yazılışında  heç  bir  dəyişiklik  olmayıb,  məs.:  kindergarten, 



autobahn,  rücksack  və  s.  Alman  sözlərindən  daha  çox    yemək-içmək  mövzusunda  söhbət 

gedərkən  istifadə  olunduğunu  müşahidə  etmək  olar  [5]:  spritzer,  pretzel,  strudel,  bratwurst, 



butterbrot,  delikatesse  və  s.  sözlər  bu  qəbildəndir.  Ümumiyyətlə  hər  iki  dildə  bir  çox  sözlər 

var ki, oxşar səslənir və bu da lüğətin köməyi olmadan bəzi sözlərin mənasını başa düşməyə 

imkan  yaradır.  Bunlardan  “house-haus”,  “camera-kamera”,  “university-universität”,  “milk-

milch”, “word-wort” və s. misal göstərmək olar. İngilis dilini bilən hər bir kəs heç bir çətinlik 

olmadan aydınlaşdıra bilər ki,  „İch  trinke  Wasser“  – “I  drink water” deməkdir, hətta o, bu 

alman sözlərini əvvəlcədən eşitməmiş olsa belə. İngilis dilini bilənlər alman dilini öyrənərkən 

oxşar qrammatik qaydaları da kəşf edə bilərlər. Buna ən gözəl nümunə fellərin üç formasını 

göstərmək olar. Məs. ingilis dilində “to drink” feli alman dilində “trinken” içmək deməkdir. 

Zamandan asılı olaraq “drink-drank-drunk” kimi dəyişilən bu fel  alman dilində də eyni kök 

saiti  dəyişikliyinə  uğrayır:  “trinken-trank-getrunken”.  Bu  qrammatik  oxşarlığı  əksər  alman 

fellərində  görmək  olar.  Bu  baxımdan  ingilis  dilini  artıq  bilənlər  alman  dilini  öyrənərkən  bu 

qrammatik  xüsusiyyətlər  haqqında  əvvəlcədən  müəyyən  təsəvvürə  malik  olmuş  olurlar. 

Bundan başqa hər iki dildə rəqəmlər sistemində də müəyyən oxşarlıqların olduğunu görmək 

mümkündür. İngilis dilində oldugu kimi eynilə alman dilində də bütün rəqəmlər 0-9-a qədər 

rəqəmlərin birləşməsindən düzəlir və eyni kök prinsipinə əsaslanır. Bunu müqayisəli şəkildə 

nəzərdən keçirə bilərik: 

Engl.:  ten,  eleven,  twelfe,  thirteen,  fourteen,  fifteen,  sixteen,  seventeen,  eighteen, 

nineteen, twenty. 

Deutsch: zehn, elf, zwölf, dreizehn, vierzehn, fünfzehn, sechszehn, siebzehn, achtzehn, 



neunzehn, zwanzig. 

Burdan göründüyü kimi son heca “ten” alman dilində “zehn” (on) ilə əvəz olunub və 

bir qayda olaraq sona kimi davam edib. 



İPƏK YOLU, No.4, 2017

 

Azərbaycan Universiteti 



 

 

120 



Hamımıza  məlum  olduğu  kimi  ingilis  dili  dünyada  ən  çox  yayılmış  bir  dildir  və  bu 

status ingilis dilli olanların çox zaman digər xarici dilləri öyrənməsini əngəlləyir, xüsusilə də 

həmin  xarici  dilin  qlobal  vacibliyi  daha  az  miqyasda  olarsa.  Amma  alman  dili  bu  baxımdan 

günü-gündən inkişaf edən və Avropa Birliyində geniş yayılmış, yüksək statuslu bir dil hesab 

olunur.  O,  rəsmi  olaraq  Almaniyada,  Avstriyada,  İsveçdə,  Belçikada,  Lixtenşteyndə, 

Lüksemburqda və digər  ölkələrdə danışılır və həmçinin  Braziliya,  Qazaxıstan, Namibiya və 

Danimarka kimi ölkələrdə yaşayan azlıqların ana dili kimi tanınır. İngilis dili kimi alman dili 

də iş görüşmələrində, habelə siyasi müzakirələrdə geniş istifadə olunur. Bu o deməkdir ki, hər 

zaman  hər  iki  dildə  danışan  tərcüməçiyə  böyük  ehtiyac  və  tələbat  var,  belə  ki,  hər  iki  dilə 

mükəmməl  yiyələnmək  nəinki  ölkə  daxilində,  həmçinin  ölkədən  kənarda  da  müxtəlif 

sahələrdə  geniş  iş  imkanları  yarada  bilər.  Məs.  alman  dili  elm  sahəsində  ən  çox  istifadə 

olunan  ikinci  dildir.  Belə  ki,  bütün  dünya  üzrə  nəşr  olunan  hər  on  kitabdan  biri  alman 

dilindədir. 

 

Ədəbiyyat 

1.

 

Veysəlli F., (2011), German dilçiliyinə giriş, Bakı, Mütərcim, 2011. 



2.

 

Жирмунский В.М., (1965), История немецкого языка, Москва. 



3.

 

Bopp  F.,  Vergleichende  Grammatik  des  Lateinischen,  Litauischen,  Altslawischen, 



Gotischen und Deutschen. Berlin 1833-1852. 

4.

 



https://az.wikipedia.org/wiki/Kateqoriya:Almaniya_tarixi

  

5.



 

http://www.english4everybody.com/unterschiede-in-der-struktur.php

         

6.

 



http://www.front-runner.de/de/gemeinsamkeiten-unterschiede-deutsch-englisch/

  

 



 

 

 



 

Yüklə 67,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə