İqlimşünaslıq atmosfer və orada baş vermiş hadisələri öyrənir



Yüklə 73,04 Kb.
tarix26.01.2018
ölçüsü73,04 Kb.
#22475

Coğrafiya

Coğrafiya yunan sözü olub, mənası “geo” yer, “qrafo” təsvir edirəm deməkdir. Bu sözü elmə ilk dəfə qədim yunan alimi, antik coğrafiyanın banisi Eratosfen gətirmişdir(e.ə 270-195). Eratosfen eyni zamanda ilk coğrafiya kitabının müəllifidir və ilk dəfə olaraq xəritə tərtib edən alimdir. Coğrafiya bir elm kimi yarandığı gündən nə? və harada? Suallarına cavab verir. Müasir coğrafiyanın əsas vəzifəsi coğrafi proqnoz verməkdir. Yəni indiyədək olan tətqiqatların nəticəsinə əsaslanaraq gələcəkdə baş verən hadisələrin proqnozunu tərtib edir. Müasir Coğrafiya müqayisəli təhlil aparır. Kosmiq üsullarda geokimyəvi və geofiziki üsullardan istifadə olunur. Müasir coğrafiya aşağıdakı şöbələrdən ibarətdir:



  1. Fiziki coğrafiya – yer kürəsinin təbiətini öyrənir,aşağıdakı şöbələri var:

  1. Qeomorfologiya – “geo” yer, “morfo” quruluş deməkdir. Yer kürəsinin relyefini öyrənir.

  2. İqlimşünaslıq – atmosfer və orada baş vermiş hadisələri öyrənir.

  3. Hidrologiya – yerdəki suyu öyrənən elmdir.

  4. Biocoğrafiya – bitki və heyvanat aləmini öyrənir.

  5. Landşafşünaslıq – yer kerəsində yayılan torpaq tiplərini öyrənir.

  1. Iqtisadi coğrafiya – əhali və onun təsərrüfat fəaliyyətini öyrənir, aşağıdakı şöbələri var:

  1. Əhali coğrafiyası – buna sosialogiya da deyilir. Əhali və onun yerləşməsi və məskunlaşmasını öyrənir.

  2. Iqtisadi və sosial coğrafiya – dünya iqtisadiyyatını əhali ilə birlikdə öyrənir.

  3. Sənaye coğrafiyası – dünyanın sənaye qurşağını öyrənir.

  4. Kənd – təsərrüfatı coğrafiyası – dünya kənd – təsərrüfatını, aqrar sənayeni öyrənir.

  5. Turizm coğrafiyası – buna “rekreasiya” coğrafiyası da deyilir. Dünya əhalisinin istirahəti ilə bağlı problemləri öyrənir.

  6. Xəritəşünaslıq(kartoqrafiya) – texniki fənnlər. Dünya xəritələrinin növlərini və onların tərtibatını öyrənir.

Yer haqqında biliklərin inkişafı

Qədim coğrafiyaçılar dənizçilər və səyyahlar olmuşlar. Onlar kiçik qayıqlarla səyahətə çıxmış, müxtəlif ərazilərdən keçərkən bu ərazilərdən keçərkən bu ərazilər haqqında olan bilikləri bir yerə toplamışlar. Qədim insanlar yeri filin xortumu, əjdahanın, öküzün buynuzu üzərində təsvir edirdilər. Bunlar qə... miflər idilər. Babillərə görə yer bir neçə qatdan ibarət olmuş və hər qatda bir dünya var idi. Şümerlər üfiqi 4 cəhətə bömüşlər. Onlar özlərini(müxtəlif) mərkəzdə, Qara, Egey, Aralıq dənizlərini müxtəlif cəhətlərdə hesab edirdilər. Odur ki, yer haqqında biliklər 4 mərhələyə bölünür.



  1. Ibtidai təsəvvürlər dövrü.

  2. Orta əsrlər dövrü

  3. Böyük kəşflər dövrü

  4. Müasir dövr




  1. Ibtidai təsəvvürlər dövrü – qədim insanlar yeri ovalşəkilli hesab edirlər. Qədim yunan alimləri Plutarx, Plini, Eratosfen, Heredot və s yerin kürə şəklində olmasını sübut etməyə çalışmışlar, lakin Pifaqor təcrübi yolla bunu sübut etmişdir. Homer yeri qalxanabənzər diskə oxşadırdı. Insanlar yerin kürə şəklində olmasını aşağıdakı nəticələrə görə söyləyirdilər:

  1. Gəmi sahildən uzaqlaşarkən əvvəl gəmi, sonra yelkən, sonra isə bayrağı itir.

  2. Yuxarı qalxdıqca üfüq genişlənir. Ay tutulmasına görə yerin kürə formasında olmasını Aristotel söyləmişdir.

İlkin coğrafi fikirlər. Yunanıstanda və Misirdə yaranmışdır. əslən yunan olan, lakin Misirdə yaşayan Eratosfen günəş şüalarının düşmə bucağının maksimal qiymətinə görə Asuanda və İsgəndəridə ölçmələr aparmış, eyrin meridian çevrəsinin və radiusunun uzunluğunu hesablamışdır.

Meridian çevrəsi 39500 km, radiusu 6310 km olmuşdur. Bu rəqəmlər müasir dövrdə kosmik üsullarla aparılan rəqəmlərə uyğundur. Ilk xəritəni təsvir edən Eratosfen orada 3 quru ərazi təsvir edirdi.



  1. Şimali Afrika

  2. Qərbi Avropa – Avropanın cənubu

  3. Şərqi asiya və ya qərbi Asiya

Həmçinin Afrika, Avropa, Asiya buna görə köhnə dünya adlandırılır. Eratosfendən sonra II mükəmməl xəritəni Klavdi Ptolomey vermişdir. Hər iki xəritənin oxşar cəhəti onda idi ki, yerin əyriliyi nəzərə alınmışdı, eyni quru sahələri təsvir olunmuşdur. Fəza isə Ptolomeyin xəritəsi daha üstün idi, orada 100 minə yaxın məntəqə, həmçinin paralellər və meridianlar çəkilmişdir. Bununlada Ptolomeyin ilk kartoqrafiq proeksiyasının banisidir. O, xəritəsində quru sahəni su sahəsinə nisbətən böyük götürdüyünə görə ona kontinontal nəzəriyyənin banisi deyirlər.

  1. Orta əsrlər dövrü – bu dövrdə xəritələrin təsviri genişlənir, kompasın kəşfi insanları daha uzaq məntəqələrə getməyə kömək edirdi. Bununla da ərazi kəşfləri genişlənirdi. Bu dövr V – dən XV – ə qədər olan illəri əhatə edir.

  2. Böyük Coğrafi kəşflər (XV – XVII). Bu dövrdə yeni dünya adlanan Amerika qitəsi – xristafor Kolumb və Ameriqo de Vespuçin tərəfindən 1492 – 1493 – 1499 – 1504 – cü illərdə kəşf olunmuşdur. Sonra Dövrü – aləmə səyahət (I dünya səyahəti) 1519 – 1522 – ci illərdə İspan səyyahı Fernan Magellan dünya səyahətinə çıxmış və coğrafiyaya 3 böyük kəşf gətirmişdir.

  1. Yerin kürə formasında olmasını təcrübi yolla sübut etmişdir.

  2. Dünya okeanının vahidliyini sübut olundu.

  3. Sakit okean kəşf olundu.

Lakin Magellan dünya səyahətini başa çatdıra bilmədi. 1502 – ci il aprelin 27 – də Filippində yerli tayfalara(tərəfin) vuruşanda həlak olur. Magellanın şərəfinə C. Amerikanın cənubunda materik ilə Odlu torpaq rasında (ada ilə materik) boğaz adı verilmişdir. Bu dövrün səyyahı olan Xristofor Kolumb da təsaüdfi olaraq hindistana dolayı yolla dəniz yolunu axtarmış. Nəticədə Amerika qitəsini kəşf etmişdi. Lakin o, ömrünün sonuna qədər bilməmişdir ki, yeni torpaq kəşf etmişdir. II dünya səyahətçisi dəniz qulduru olmuş Frensiz Dreyk(1577 – ci ildə) olmuşdur. Dreykin şərəfinə, C. Amerika və Antarktida arasında dünyanın ən enli boğazı dreyk boğazı verilmişdir. Böyük coiğrafi kəşflər dövründə avropalılar hindistna dəniz yolunu açdılar. Bu dəniz yolu 1498 – ci ildə İspan səyyahı Vasqo De Qama (Hindistana dəniz yolu) olmuşdur. Vasqo – De – Qamanın bu kəşfi dəniz quldurluğunun sayını, artırdı, malların daha ucuz daşınmasına səbəb oldu. Həmçinin bu kəşf Hindistana müstəmləkəçilik siyasətini artırdı. Bu kəşflərlə yanaşı Hollandlar tərəfindən Cənub torpağı adlandırılan Avstraliya kəşf olundu. Avstraliya 1771 – ci ildə Ceyms Kuk tərəfindən kəşf olunmuşdur. Ceyms Kukdan əvvəl bir sıra səyyahlar bu materikin yaxınlığındakı adalara gəlmişlər, lakin materikə daxil olmamışlar. 1642 – ci ildə Abel Tasman indiki Tasman adasına gəlmiş, lakin mamterikə daxil olmamışdı. İqlimin şəraiti sərt olması ilə əlaqədar kəşfi gec olan Antarktida 1819 – 1821 – ci illəri əhatə edir. Rus alimləri Lazerev və Belinhauzen bu materikə ilk ayaq basmışlar(1820 yanvar 28).

Yerin modelinə qlobus deyilir. Ilk qlobus XI əsrdə yaşamış özbək alimi Əl Bruniyə məxsusdur(973 – 1043). Onun tərtib etdiyi “Yer alması” adlanan qlobusun diametri 5 metrə bərabər olmuş hal hazırda Səmərqənd muzeyində saxlanılır. II mükəmməl qlobus 1492 – ci ildə alman alimi Martin reyhana məxsusdur. Qlobus hal hazırda Drezden muzeyində saxlanılır. Bu qlobusda 3 ərazi Asiya, Afrika, Avropa təsvir olunmuşdur.



  1. Müasir dövr. Yerin kosmosdan öyrənilməsi, Arktikada( Ş.m buzlu okean ətrafı), Antarktidada və digər insan getməsi çətin olan ərazilərin bütün xüsusiyyətləri bu dövrdə öyrənilmişdir.

Digər coğrafi kəşflər

  1. Strabon – antik coğrafiyasının banisi, 83 yaşında 17 cildlik coğrafiya adlı kitabın müəllifidir. 11 – ci cildini Azərbaycana həsr etmişdir. Azərbaycan haqqında ilk yazılı məlumat verən alimdir.

  2. Taskanelli – Kolumbun müəllimi, italyan coğrafiyaşünasıdır. Yerin kürə formasında olmasını qəbul etmiş, xəritələr tərtib etmişdir. Hətda kolumb onun xəritələrindən istifadə etmişdir.

  3. Vikinqlər – Rauda Eyrin Norman dənizçisidir. Qrelandiyanı, Şm. Amerikanın Şm. Şərqini kəşf edən alimdir.

  4. Eyrikson Leyf – Eyrikin oğludur. Şm. Amerikanın şimal hissələrinin tədqiqində böyük rolu olmuşdur

  5. Yur heyeldal – Ata və oğul vikinqlərin Şm. Amerikanın kəşfini müasir coğrafiyaşünas sübut etmişdir.

  6. Robert Peri – Şm. Maqnit qütbünə gedən səyahətçidir. 1909 – cu il aprelin 6 – da Şm. Maqnit qütbünü kəşf etmişdir. Şm. Maqnit qütbü Kanada – Arktika arxipelaqında (adalar toplusuna deyilir) Baffin adasında (74’ şm. en. və 100’ q.uz ) yerləşir.

  7. Raul Amudsun – C. Maqnit qütbünü kəşf edən səyaahətçidir. 1911 – ci il dekabrın 14 – də C. Maqnit qütbü kəşf olunmuşdur. C. Maqnit qütbü Antarktidanın Adeli torpağında (68’ cən. en və 143’ş.uz) yerləşir.

  8. Skatt – Amudsendən 33 gün sonra cənub maqnit qütbünə gedən səyyahdır.

  9. Nansen – Şm.Buzlu okeanda tətqiqat aparan səyyahdır. Şərəfinə Şm. Buzlu okeanın ən dərin çökəkliyi Nansen çökəkliyi onun adına verilmişdir.

  10. Hudzon Henri – qütb ölkələrinin səyyahıdır. Şərəfinə Şm. Amerikada Hudzon körfəzi var.

  11. Con Kobot – Şm. Amerikada Labrador yarımadası və Nyufaund lend adasını kəşf edən ingilis alimidir. 5 – 10 sırası səyyahlar qütb ölkələrinin tətqiqatçılarıdır.

  12. Aleksandır Humbolt – C. Amerikada And dağlarının yüksəklik qurşağını öyrənən alimdir. II kolumb adlandırılır. Pero cərəyanı və materikin geoloji xəritəsini tərtib edib.

  13. Kcuzen Şteyn –(1803 – 1806) Rus s\yyahları arasında dövrü aləm səyyahətçisidir. Materikin geoloji xəritəsini tərtib edib.

  14. Şelizov – Alyaskada tətqiqatlar aparan rus səyyahıdır. Şərəfinə eyni adlı ada və körfəz vardır.

  15. Vilnus Berinq – Rus ordusunun zabitidir. Avrasiyanın şərq sahilləini öyrənmişdir. Şərəfinə eyni adlı boğaz və dəniz vardır.(Rus kolumbu)

  16. Marko Polo – XIII ərsdə Çinə gedərkən Azərbaycandan keçmiş venesiyalı (statya) taciridir. Dərbənddə və Şamaxıda olmuşdur.

  17. Vilyam Barends – rus zabitidir. Lena çayından Şm. Buzlu okeana qədər olan əraziləri öyrənmişdir. Şərəfinə eyni adlı Şm. Buzlu okeanda Barens dənizi var.

  18. Prijivalski – Mərkəzi Asiyada Tibet dağlıq yaylasından və qobildə (Çində səhradır) tətqiqatlar aparan rus səyyahıdır. Tibetdə vəhşi atları öyrənmiş, şərəfinə “Prijivalski” atları var.

  19. Hacı Zeynalabdin Şirvani – ömrünün 40 ilini səyahətə həsr edən Azərbaycan səyyahıdır. Yazdığı əsərləri oxucuların diqqətini cələb etmişdir. “Üç dəniz arxasına səyahət” kitabının müəllifidir. Afanasi nikitin – rus.

  20. Aleksandr Düma – fransız yazıçısıdır və səyyahdır. Şirvan torpaqlarını daha çox gəzmiş, Azərbaycan haqda fikirlər söyləmişdir.

  21. Nəsirəddin Tusi – XII əsrdə yaşamış Azərbaycan filosofu və alimidir. Yerin dəqiq ölçülərini vermiş, müasir rəqəmlərə uyğun qitmət almışdır. “Ulduz” qlobusu.

  22. Piri Rəyis – türk admiralıdır. Atlantik okeanın ilk xəritəsini tərtib edən alimdir.

  23. Nizami Gəncəvi – “İsgəndarnamə” əsərində yerin ölçüləri və forması haqqında fikirlər söyləmişdir.

  24. 1953 – cü ildə ingilis səyyah Ten Sinq və nepallı hullar tərəfindən kəşf olunmuşdur. Himalay dağlarında Comolunqma (Everest) zirvəsi.

Məhəllə planı

Məhəlin planı: məhəlin “quşbaşı” görünüşüdür. Plan şərti işarəsi, riyazi, miqyaslı, sadələşmiş təsvirdir. Planda 350 – dən artıq şərti işarələrdən istifadə olunur. Bunlar aşağıdakı 3 qrupda yerləşir.



  1. Miqyaslı şərti işarələr

  2. Miqyassız şərti işarələr

  3. Xətdi şərti işarələr

  1. Miqyaslı şərti işarələr – Ərazi kontura alınır, konturun daxilinə ərazinin təsvir edən şərti işarələr qoyulur. Adından göründüyü kimi bu işarələr ancaq xəritədə müəyyən sahədə olan, ərazilərdə istifadə olunur. Məsələn: meşə, çəmənlik, ovalıq və s. Burada adı çəkilənlər yaşıl rənglə, səhralarr xırda nöqtələrlə, bataqlıqlar qırıq – qırıq (soldan sağa≡ -), dəniz, okean, çay, göl mavi, şor sulu göllər bənövşəyi rəngdə buzlaqlar ağ rəngdə, duzluluğun (şoranlaşmanın) olduğu ərazilər isə (yuxarıdan aşağı║║) qırıq – qırıq xətlərlə verilir. Bəzən daha dəqiq seçməkdən üçün pambıq sahəsində bir pambıq şəkli, meşə qarışıq meşə olanda iki növ ağac şəkli kimi şərti işarələrdən istifadə olunur.

  2. Miqyassız şərti işarələr – Gözlə uzaqdan aydın görünən, lakin planda çətin görsənən bəzi obyektlər vardır ki, bunlara oriyentlər deyilir. Bu şərti işarələrlə ancaq gözlə görüldükdə obyektin miqyasını tərtib etmək qeyri mümkün olanda istifadə olunur. Məsələn: tək ağac memarlıq abidəsi, fabrik, zavod borusu, binalar (məktəb, bağça) və s.

Planda izahedici şərti işarələrdən də istifadə olunur. Məsələn: çayın içərisinə ox qoymaqla onun axın istiqamətini təyin etmək olar. Planda istiqamət oxla göstərilir, ox olmadıqda alt və üst çərçivələr isə şərq və qərbi göstərir.

Xüsusi cihazlar qoyulmuş təyyarələrlə ərazinin plana alınmasına aerofotoşəkil deyilir. Aerofotoşəkil rəngsiz olur. Şərti işarələrdən istifadə olunur. Aerofotoşəkildən fərqli olaraq plan rəngli olub, şərti işarələrdən istifadə olunur. Aerofotoşəkil həm böyük, həm də kiçik miqyaslı olur. Plan isə yalnız böyük miqyaslı olur.

Tematik xəritələrdə aşağıdakı təsvir üsularından istifadə olunur:


  1. Keyfiyyət üsulu – bu üsul fiziki xəritələrdə 3 rəngdir. Yəni mavi, qəhvəyi, yaşıl. Siyasi xəritələr isə hər ölkənin ərazisi müxtəlif rənglərlə rənglənmiş verilir.

  2. Izoxətlər üsulu – eyni xüsusiyyətlərə malik nöqtələri birləşdirən xətlərdir və aşağıdakılardır:

  1. Izohipslər – eyni hündürlüyə malik nöqtələri birləşdirən xətlərdir.

  2. Izobatlar – eyni dərinliyə malik nöqtələri birləşdirən xətlərdir.

  3. Izobarlar – eyni təzyiq sahələrini birləşdirən xətlərdir

  4. Izotermlər – eyni temperatura malik xətləri birləşdirən xətlərdir.

  5. Izoqalenlər – eyni duzluluğa malik nöqtələri birləşdirən xətlərdir.

  6. Izogientlər – yağıntının miqdarı eyni olan nöqtələri birləşdirən xətlərdir.

  7. Izoseysidlər – zəlzələni gücü eyni olan nöqtələri birləşdirən xətlərdir.

  8. Izotaxmlar –buxarlanmanın gücü eyni olan nöqtələri birləşdirən xətlərdir – İzoqamitlər deyilir.

  1. Hərəkət üsulu – bu üsullayükdaşımada nəqliyyatın hərəkət etdiyi istiqamətləri təsvir olunur. Plan böyük miqyasda tərtib olunur. Kiçik əraziləri əhatə edir, yerin əyriliyi nəzərə alınmır, yamac meyilliyi və çay şəbəkəsinin isə nəzərə alınır.planda nöqtənin coğrafi koordinatlarını təyin etmək mümkün deyil.

  1. Xətri – şərti işarələr – zolaq şəklində olan obyektlər xətdi şərti işarələlə verilir. Dövlət sərhəddi, dəniz cərəyanları, yol, çay, dəmir yolu, teleqram xətləri və digər kommunikasiya xətləri bu cür işarələrlə verilir.

Miqyas 5

Sürəti vahid, məxrəci isə ərazi özündən neçə dəfə kiçik olduğunu göstərən kəsrə miqyas deyilir. Miqyas planda və xəritədə kiçiltməni göstərir və 3 növü var.



  1. Ədədi miqyas – tərifi eyni ilə miqyasın tərifidir və belə yazılır – 1:50000

  2. Adlı miqyas - ədədi miqyası izah edir. Xəritədə 1 sm – ə uyğun gələn yer üzərindəki məsafədir. Miqyasın kəmiyyəti adlanır və belə yazılır: 1sm – 5km

  3. Xətdi miqyas – miqyasın qrafiki təsviridir. Bu qrafiki qurmaq üçün bir – birinə paralel 2 xətt çəkilir, sıfır nöqtəsi qeyd olunur, miqyasın kəmiyyətinə uyğun bərabər ölçmələr aparılır.

Miqyasa dair məsələ həlli 6

3 üsul var: həqiqi uzunluq = xəritə uzuluğu ∙ miqyas



  1. Məsələnin şərtində miqyas verilir və xəritədəki uzunluq tələb olunur. Həqiqi uzunluğu tapanda yuxarıdakı düsturdan istifadə olunur.

  2. Məsələdə düzbucaqlı şəkildə torpaq sahəsi verilir. Bu torpaq sahəsini eni və uzunluğu verilir. Həmçinin miqyası da verilir. Torpaq sahəsinin həqiqi sahəsini tapmaq üçün əvvəl eninin, sora isə uzunluğunun həqiqi uzunluğunu tapırıq. Sonra isə ayrılıqda tapılan məsafələr bir – birinə vurulur.

  3. Məsələdə I xəritənin miqyasını həqiqi uzunluğunu verilir. II xəritənin isə yalnız həqiqi uzunluğu verilir, (II xəritənin miqyası = I xəritənin həqiqi uzunluğu bölünsün miqyas) və xəritənin uzunluğu alınır. Sonra II xəritədəki həqiqi uzunluq bölünsün I xəritədəki həqiqi uzunluq

  1. 1:200000 h.uz = 40km I) X.uz = 40:2 = 20sm

  2. H.uz = 60 km M=  = 3 və 1:300000

Azimut və onun təyin edilməsi 7.

Müşahidəçinin öz ətrafında göründüyü sahəyə üfüq deyirlər. Uzaqdan yerlə göyün birləşə biləcəyi kimi görsənən xəttə üfüq xətti deyilir. Üfüqün 4 əsas, 4 aralıq cəhətləri var. Əsas cəhətlər aşağıdakılardır.

Şm – 0;360̇ ;Şərq - 90̇ ; Qərb - 270̇ ; cənub – 180̇ . Aralıq cəhətlər: Şm. Şərq - 45̇ ; Cən. Şərq – 135̇ ; Cən. Qərb 225̇ ; Şm. Qərb - 315̇ .

Azimut ərəbcə “əl – səmt sözündən götürülmüş istiqamət deməkdir. Şimalla verilmiş nöqtə arasındakı bucaqdır. Saat əqrəbi istiqamətində dəyişir, qiyməti 0 - 360̇ arasında dəyişir. azimutdan adətən, dəniz – naviqasiya, hər hansı bir obyektə olan səmtin koordinat müstəvisi ilə hərəkətidir. Dənizçilər üfüqün cəhətlərinə rumb deyirlər və üfüqün 32 cəhətini qeyd edirlər.

Azimuta dair məsələ həlli 8.

Azimuta dair məsələ həll edərkən müşahidəçinin cızdığı məntəqənin hansı səmtə, hansı azimut bucağına doğru hərəkət etdiyini bilmək lazımdır. Yadda saxlamaq lazımdır ki, müşahidəçi geri qayıdarkən hökmən düzbucaqlı üçbucaq alınır. Bu şərt müşahidəçi getdiyi koordinatdan başqa bir koordinata gedərsə olur.



Şm. Şərq 45̇ Cən. Şərq 135̇ Cən. Qərb 225̇ Şm. Qərb 315̇

Məsələn. 210 Səyyahlar düşərgədən çıxaraq 90̇ azimutla hərəkət etmişlər. Sonra isə oradan 360̇ azimutla irəliləmişlər. Müşahidəçilər geriyə (gəldikləri yerə) hansı azimut bucağı ilə qayıdar. Şəkildə gördüyümüz kimi 225̇ - li bucaq alınır. (D)

Horizontallar 9.

Yer kürəsində müxtəlif relyef formaları var: dərə, təpə, yarğan və s. Bu relyef formalarını təsvir etmək üçün hündürlüklərini bilmək lazımdır. Nisbi hündürlük: adından göründüyü kimi təxminidir. Iki nöqtə arasındakı hündürlük fərqinə deyilir. Nivelir adlanan cihazla ölçülür.

Mütləq hündürlük: dəniz və okean (0 – metr) səviyyəsi ilə verilmiş fərqinə deyilir. Xəritədə nöqtə ilə göstərilir, yanına rəqəmi yazılır. Dəniz səviyyəsi dedikdə Baltik dənizinin Fin körfəzinin səviyyəsi nəzərdə tutulur. Mütləq hündürlüyü hər yerdə eyni olan nöqtələri birləşdirən xətlərə izohipslər və ya horizontallar deyilir. Horizontallar fiziki xəritədə qəhvəyi və yaşıl rəngin çalarları ilə verilir.

Lay – lay rəqəmlərə şkalasına görə hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Horizontalar yamacın meyilli və ya dik olduğunu göstərir. Əgər horizontallar sıx verilirsə yamac dik, seyrək verilirrsə yamac az meyilli göstərir. Horizontallardan relyefi oxumamış üçün istifadə olunur. Horizontallar həm quruda, həm də suda çəkilir.

Belqştrix: 3 əlaməti var



    1. Yamacın meyilliyini göstərir

    2. Suların axın istiqamətini göstərir

    3. Horizontallara çəkilmiş düz (perpendikulyar) xətdir.

Planalma və onun növləri 10.

Ərazinin planalması 2 cür olur.


  1. Havadan planalma 2. Yerüstü planalma

  1. Havadan planalma – xüsusi cihazlar qoşulmuş təyyarə ilə ərazinin planalmasıdır. Buna aerofotoşəkil deyilir.

  2. Yerüstü planalma – 2 növü var

  1. Dəqiq planalma – Mürəkkəb alətlər istifadə edərək ərazinin planalmasıdır. Bu zaman vizir xətkeşi, nivelir, ruletka, planşet, teodolitt kimi cihazlardan istifadə olunur. Bu cür planalmadan kartoqrafiq alimlər istifadə edirlər.

  2. Gözəyarı planalma – 2 növü var.

I. Qütb planalması II. Marşrut planalması

  1. Qütb planalması – qütb adlanan yerdə tərpənməz bir nöqtədən aparılır. Səthi açıq görsənən ərazilər plana alınır.

  2. Marşut planalması – ətrafa dolanmaqda, lazım olan əraziləri plana alınır. Bu planalmadan əsasən səthi görsənilməyən ərazilərdə istifadə olunur.

Məhəldə cəhət təyini 11.

Məhəldə cəhəti kompasla, qnomonla və qütb ulduzuna görə təyin edirlər. Qnomon yerə basdırılmış 1m uzunluğunda paya parçasıdır. Qütb ulduzuna görə şimala olan istiqamət təyin olunur. Bu ulduz cənub enliyindən şimalda yerləşən bütün məntəqələrdən görsənir. Yer üzərindən görsənən bütün ulduzlar bu ulduzun ətrafına fırlanır.

Həmçinin meşədə cır arılar, qarışqaların yuvalarının ağzını cənuba doğru qurmaları cəhətin təyininə kömək edir. Ağacın şimala baxan tərəfində şibyə və mamırın bitməsi buna sübutdur. Azərbaycanda palıd meşələri cənuba doğru böyüyür. Bitkilərin çiçəkləri cənuba doğru böyüyür.

Xəritələr və onların təsnifatı 12.

Yer kürəsinin müstəvi üzərindəki yastı təsvirinə xəritə deyilir. Xəritə riyazi, şərti işarəli təsvirdir. Xəritənin riyazi əsasına aiddir: miqyas, paralel və meridianlar, 10̇ - dən bi rçəkilməsi və dərəcə toru. Xəritənin coğrafi əsasına aiddi. Relyef, hidroqrafiq. Şəbəkə, xəritənin rəngi.

Yer kürəsində 3 mln. 500 min adda xəritə var. Ən böyük atlas Berlindədir (2m 20sm ∙ 1m 70 sm). Xəritənin yaşı 200 ildir. Xəritələr aşağıdakı qruplara bölünürlər: 3 cür olur.



  1. Ərazini əhatəyə görə

  2. Miqyasa görə

  1. Ərazini əhatəyə görə 4 qrupa bölünür.

  1. Dünya xəritələri

  2. Yarımkürələr

  3. Materik və onun hissələri

  4. Dövlət və onun hissələri

  1. Miqyasa görə 3 yerə bölünür.

  1. Böyük miqyaslı xəritələr. 1:50000, 1:30000, 1:100000 – ə qədər. 1:200000

  2. Orta miqyaslı xəritələr. 1:300000 – dən 1:900000 – ə qədər

  3. Kiçik miqyaslı xəritələr. 1:1000000 – dan 1:6000000, 1:8000000 daha da kiçik.

Xəritələrdən fərqli olaraq qlobuslarda cəmi 3 miqyas olur.

  1. Böyük miqyaslı – 1:30.000.000 – 1sm. 300 km

  2. Orta miqyaslı – 1:50.000.000 – 1sm. 500 km

  3. Kiçik miqyaslı – 1:83.000.000 – 1sm.830 km

Xəritələrdə baş və xüsusi miqyaslarolur. Baş miqyas xəritəni təritb olunduğu miqyasdır. Xüsusi miqyas isə yer kürəsini xəritəyə köçürərkən bəzi ərazilərin kiçildilməsi zamanı (təhrif olunan yerin) lazım olan miqyasdır.

  1. Məzmununa görə 3 yerə bölünür.

  1. Ümumcoğrafi xəritələr – bütün coğrafi komponentlərin təsvir olunduğu xəritələrdir. Yaşayış binaları, ir müəssisələr, yollar, neft və qaz xətləri, körpülər və s. Bu xəritələrə topoqrafiq xəritələr deyilir. Ümumcoğrafi xəritələrdən hərbi işlərdə də çox istifadə olunur.

  2. Kompleks xəritələr – 2 və daha artıq komponentin birgə təsvir olunduğu xəritələrdir. Buradakı komplekslərin bir – biri ilə qarşılıqlı əlaqədə olması vacibdir. Məsələn: relyef – faydalı qazıntı, əhali – siyasi xəritə ilə və s.

  3. Tematik xəritə - “tema” məzmun deməkdir. Yalnız bir istiqamətli göstərir və müəyən bir sahəni əhatə edir. Bu xəritələr bir mövzuda relyef , kənd təsərrüfatı, sənaye və s. Relyef və su səthinin təsvir olunduğu xəritələr fiziki xəritələr adlanır.

Xəritənin kənarında sözlə yazılmış izahedici lövhəsi olur. Bu xəritənin legendası adlanır.

Kartoqrafiq ümumiləşdirmə (generalizasiya) 13.

Böyük miqyaslı xəritələrdə ərazini o qədər də dolğun təsvir etmək mümkün deyil, bu zaman xəritəni oxumaq çətin olardı. Kiçik miqyaslı xəritələrdə isə ərazini təsvir etmək çox çətindir. Odur ki, orta və kiçik miqyaslı xəritələr böyüklərə əsasən tərtib olunur. Xəritənin miqyasından və məzmunundan asılı olaraq obyektlərin seçilməsi və sadələşdirilməsi kartoqrafik generalizasiya adlanır. Kartoqrafik ümumiləşdirmə əsasən bölgənin təsviri çətin olanda təsvir olunur. Generalizasiya kiçik miqyasda çox, böyük miqyasda isə az olur. Məsələn: Finlandiya göllər ölkəsi olduğu üçün, kiçik miqyaslı xəritədə Finlandiyanın yerində “göl” şəkli təsvir etmək mümkündür. Eləcədə “Norveç” şəlalələr

Dərəcə toru 14.

Yerin mərkəzindən keçməklə onun iki nöqtəsini birləşdirən xəttə yerin xəyali oxu deyilir. Yerin xəyali oxu iki nöqtədə yer səthini kəsir. Bu oxun yaranmasına səbəb yerin müstəvisinə 66,5̇ meyilli olmasıdır. Bu nöqtələr Şimal və Cənub qütbün yaranmasına səbəb olmuşdur. Qütblər yer fırlanarkən praktik olan tərpənməz yarımçevrəyə ekvator deyilir. Qütblərdən bərabər paylanan çevrəyə ekvator deyilir. Etvator “tənbölən” sözündən götürülmüşdür, yer kürəsini bərabər yer kürəsini bərabər nöqtələrə şimal və cənub yarımkürəsinə bölür. Uzunluğu 40075 km – dir. Ekvatora paralel çəkilmiş xətlərə paralellər deyilir. Yerin formasından (qütblərə) asılı olaraq ekvatordan qütblərə doğru getdikcə paralellər aşağıdakı şəkildə qısalır.

0̇ - də - 111,3 km

10̇ - də - 109,6 km

20̇ - də - 104,6 km

30̇ - də - 96,5 km

40̇ - də - 85,4 km (Bakı)

50̇ - də - 71,7 km

60̇ – də - 55,8 km

70̇ - də - 39,4 km

80̇ - də - 19,2 km

90̇ - də - 0 km

Yuxarıdakılar enliklər üzərində hərəkət edən hər hansı bir robyektin 1̇ - də getdiyi yoldur, km – lə ifadə olunur.

Yerin səthindən keçməklə 2 qütbü birləşdirən yarımçevrəyə meridian deyilir. Meridianların uzunluğu 40008 km – dir. Bütün meridianların uzunluğu, bir – birinə bərabərdir. Başlanğıc meridianı İngiltərənin Qrinviç (meridian) rəsədxanasından hesablanır. Bu meridian 0̇ uzunluğa malikdir. Bu meridian qərbə və şərqə hər biri 10̇ olmaqla 180̇ - yə qədər artır. Paralellər dörd yarımkürədə olmaqla (90∙4) 360̇ - lik düzülür. Meridian sözü günorta xətti deməkdir. Çünki cisimlərin kölgəsi günorta vaxtı meridian boyunca düşür. Ekvatordan qütblərə rədərolan məsafə 90̇ - lik və ya 90̇ ∙ 111,1 = 9990 km. Iki qütb arasındakı məsafə 180̇ və ya 19980 km – dir. 11 (dəqiqəlik) meridian qövsünün uzunluğunu tapmaq üçün  = 1,85 km. Paralel və meridianlar birləşərək dərəcə toru əmələ gətirir. Dərəcə toru xəritədə kartoqrafiq şəbəkə, qlobusda coğrafi şəbəkə adlanır.

Coğrafi koordinatlar. 15.



Xəritədə nöqtənin vəziyyətini bilmək üçün onun enliyini və uzunluğunu bilmək lazımdır. Enlik və uzunluq coğrafi koordinatlar adlanır. Coğrafi enlik – nöqtənin ekvatordan vəziyyətidir.
Yüklə 73,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə