İQTİsadiyyat elmi VƏ İQTİsadi Sİyasət elşən Bağırzadə



Yüklə 129,93 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü129,93 Kb.
#37031


 

 

İQTİSADİYYAT ELMİ VƏ İQTİSADİ SİYASƏT



İQTİSADİYYAT ELMİ VƏ İQTİSADİ SİYASƏT

Elşən Bağırzadə

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Bakı - 201

Bakı - 201

5

5


 

 

GİRİŞ ƏVƏZİ



Elmin faciəsi! Gözəl bir hipotezin 

Elmin faciəsi! Gözəl bir hipotezin 

çirkin bir həqiqətlə yox olması!

çirkin bir həqiqətlə yox olması!

Thomas Henry Huxley

Thomas Henry Huxley


 

 

ELM V



ELM V

Ə ELMİ METOD

Ə ELMİ METOD







Elm”

Elm” (İng. science) sözü “öyrənmək” 

anlamına gələn Latın mənşəli “scire”dən 

törəmişdir.

• Bu günkü mənada “elm” sözü “öyrənmək 

prosesi”dir.



Elmi proses



Elmi proses iki mərhələli bir prosesdir:

– Fenomenlərin qruplaşdırılması;

– Qruplaşdırılmış fenomenlər arasındakı oxşarlıq 

və ya fərqliliklərin müşahidə edilməsi yolu ilə 

səbəb-nəticə əlaqəsinin qurulması.



 

 

ELM V



ELM V

Ə ELMİ METOD

Ə ELMİ METOD



Müşahidə 



Müşahidə prosesi fenomenlərin ortaq 

tərəflərinin müəyyən edilərək 

ümumiləşdirilməsini də doğurur.



Ümumiləşdirmələr



Ümumiləşdirmələr fenomenlərin səbəb-

nəticə əlaqələri dəsti içində toplanmasına və 

bundan çıxış edərək elmi nəticələr əldə 

edilməsinə kömək edir.



Səbəb-nəticə əlaqələri

Səbəb-nəticə əlaqələrinin ya olduğu kimi, 

ya da müəyyən təcrübə və ya müşahidə yolu 

ilə test edildikdən sonra ortaya qoyulması 

elmi çərçivənin müəyyən edilməsini təmin 

edir.



 

 

ELM V



ELM V

Ə ELMİ METOD

Ə ELMİ METOD

• Səbəb-nəticə əlaqələrinin ortaya 

qoyulmasının üç yolu vardır:



Hipotez



Hipotez: müəyyən bir səbəb-nəticə əlaqəsinin 

hələ təcrübə və ya yetərli qədər müşahidə ilə 

ispatlanmamış ifadəsidir.



Elmi qanun



Elmi qanun: səbəb-nəticə əlaqələri üzərində 

qurulan, təcrübə və ya müşahidələrlə ispatlanan, 

ya da rədd edilməyən hipotezlərdir.



Nəzəriyyə



Nəzəriyyə: Bir çox səbəb-nəticə əlaqəsinin 

birlikdə müəyyən bir disiplin formasında 

birləşdirilməsindən meydana gələn biliklərin 

məcmusudur.




 

 

ELM V



ELM V

Ə ELMİ METOD

Ə ELMİ METOD

• Səbəb-nəticə əlaqələrinin hipotez, elmi qanun və ya 

nəzəriyyələr çərçivəsində qruplaşdırıldığı biliyə 

əsaslanan həqiqəti dərk etmə metoduna 



elmi 

elmi 

metod

metod deyilir.



Elmi metodun zəruri mərhələləri



Elmi metodun zəruri mərhələləri aşağıdakılardır:

– Müşahidəyə açıq şəkildə bir problemin ifadə edilməsi;

– Problemin bir hipotez çərçivəsində ifadə edilməsi;

– Hipotezin təcrübə və ya müşahidələrlə test edilməsi, 

başqa sözlə doğruluğunun sınanması və ya yalnışlığının 

göstərilə bilməsi;

– Əldə edilən nəticələrin şərh edilməsi və elmi bir qanunun 

ortaya qoyulması;

– Test edilmiş hipotez və qanunlar üzərində oturdulmuş bir 

nəzəriyyənin inkişaf etdirilməsi.




 

 

ELM V



ELM V

Ə ELMİ METOD

Ə ELMİ METOD

• Sosial elmlərlə dəqiq elmlər arasında elmi 

metod baxımından aşağıdakı fərqlər vardır:

– Sosial elmlərdə fərziyyələrdən daha çox istifadə 

edilir;

– Sosial elmlər müxtəlif fərziyyələrə əsaslanan 



abstraktlaşdırma metdodundan geniş şəkildə 

istifadə edir;

– Dəqiq elmlərdə hipotezlər əsasən təcrübə 

metodu ilə test edildiyi halda, sosial elmlərdə 

müşahidə metodundan istifadə edilir. 



 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ

• Predmeti və elmlər arasındakı yeri:



Sosial elm

Sosial elm olmaqla, öyrəndiyi əsas 

predmet qıt resurslardan ehtiyacları ən 

yüksək səviyyədə ödəyəcək formada 

istifadə edilməsidir.

– Xüsusilə də pozitiv iqtisadiyyatın istifadə 

etdiyi kəmiyyət metodları və modellər 

nəzərə alındıqda 

dəqiq elmlərə ən yaxın 

dəqiq elmlərə ən yaxın 

sosial elm

sosial elm olduğunu söyləmək 

mümkündür.




 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ

• Makroiqtisadiyyat və mikroiqtisadiyyat:



Makroiqtisadiyyat 

Makroiqtisadiyyat dedikdə, iqtisadiyyat elminin 

qlobal və ya milli parametrləri öyrənən alt qoludur.

• Məsələn, milli gəlir, pul təklifi, inflyasiya, işsizlik, cari 

əməliyyatlar hesabı, məcmu tələb, məcmu təklif kimi 

bütövlükdə iqtisadiyyatla əlaqəli olan məsələləri öyrənir.



Mikroiqtisadiyyat



Mikroiqtisadiyyat dedikdə, iqtisadiyyat elminin 

cəmiyyətin ayrı-ayrı fərdlərini və ayrı-ayrı firmaları 

maraqlandıran iqtisadi problemləri öyrənən alt 

qoludur.


• Məsələn, fərdi tələb, firma təklifi, istehlakçı tarazlığı, firma 

tarazlığı kimi məsələləri öyrənir.

– Obrazlı desək, mikroiqtisadiyyat ayrı-ayrı ağaclarla 

maraqlandığı halda, makroiqtisadiyyatın maraq 

dairəsi meşədir.



 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ

• Pozitiv iqtisadiyyat və normativ iqtisadiyyat:



Pozitiv iqtisadiyyat

Pozitiv iqtisadiyyat iqtisadiyyat elminin nəzəri qoludur.

 

• İngilis dilində “economics” termini ilə ifadə edilir.



• Seçimlərə və inanclara yer vermir.

• Fenomenləri elmi şəkildə təhlil edir.

• İrəli sürdüyü mülahizələr isbat oluna biləndir



Normativ iqtisadiyyat



Normativ iqtisadiyyat, iqtisadiyyat elminin iqtisadi 

siyasəti əhatə edən alt qoludur.

• Seçimlər, başqa sözlə subyektiv hədəflərə yer verilir.

– Məsələn, inflyasiya nədir, necə meydana gəlir sualının 

cavabını axtarmaq və bunu bir nəzəriyyə çərçivəsində 

izah etmək pozitiv iqtisadiyyatın, gəlir bölgüsünün 

ədalətli olub-olmadığını qiymətləndirmək və ondan 

nəticələr çıxarmaq isə normativ iqtisadiyyatın 

predmetidir.



 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ

• İqtisadiyyat elminin əsas xüsusiyyətlərindən 

biri 

hipotez, qanun və nəzəriyyələrinin 

hipotez, qanun və nəzəriyyələrinin 

zaman və məkana görə dəyişə bilən 

zaman və məkana görə dəyişə bilən 

olması

olmasıdır.

– Çünkü insan və cəmiyyət davranışları 

dəyişdikdə, iqtisadiyyatın qanunları da 

dəyişir.


– Nəticədə, iqtisadiyyat elmində eyni mövzu 

üzrə çoxlu sayda hipotez, qanun və 

nəzəriyyə mövcud ola bilir.



 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ



İqtisadiyyat elminin əsas məqsədi



İqtisadiyyat elminin əsas məqsədi

iqtisadi fenomenlər arasındakı səbəb-nəticə 

əlaqələrini açıqlayan ümumiləşdirmələrin 

ortaya qoyulmasıdır.

• İqtisadiyyat elmi səbəb-nəticə əlaqələrini 

açıqladığı zaman elmi metodun hipotez, 

qanun və nəzəriyyə mərhələlərindən keçir.

• İqtisadiyyat elmi dəqiq elmlərdən fərqli 

olaraq test etmə vasitəsi kimi təcrübə 

əvəzinə müşahidədən istifadə edir.




 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ

• İqtisadiyyat elmində səbəb-nəticə əlaqələrinin 

açıqlanmasında əsasən 

funksional 

funksional 

münasibətlər

münasibətlərdən istifadə edilir.

• İqtisadiyyat elminin qanun və nəzəriyyələri dəqiq 

elmlərin qanun və nəzəriyyələri qədər dəqiq 

deyildir.



Alfred Marşal

Alfred Marşal: “İqtisadiyyat qanunları, az-çox 

müəyyən və az-çox dəqiq meyllərin ifadə 

edilməsindən ibarətdir.”

• İqtisadiyyat elminin həqiqətin öyrənilməsini təmin 

etməyə istiqamətlənmiş metodu “

elmi 

elmi 

abstraktlaşdırma

abstraktlaşdırma”dır.



 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ



Abstraktlaşdırma



Abstraktlaşdırma, qarışıq həqiqəti açıqlaya 

bilmək üçün bəzi fərziyyələrlə hadisəni 

sadələşdirərək ortaya qoymaq və mərhələ-

mərhələ sadələşdirici fərziyyələri ortadan 

qaldırmaq yolu ilə qarışıq həqiqətin 

açıqlanmasına nail olmaq metodudur.

• İqtisadiyyat elmi, həqiqi həyatın qarışıq və 

başa düşülməsi çətin olan strukturunu 

sadələşdirərək təhlil edə bilmək məqsədilə 

müşahidə, funksional münasibətlər və 

abstraktlaşdırma metodlarına dayanaraq 

qurulan modellərə əsaslanır.   




 

 

İQTİSADİYYAT ELMİ



İQTİSADİYYAT ELMİ



Abstraktlaşdırma



Abstraktlaşdırma, qarışıq həqiqəti açıqlaya 

bilmək üçün bəzi fərziyyələrlə hadisəni 

sadələşdirərək ortaya qoymaq və mərhələ-

mərhələ sadələşdirici fərziyyələri ortadan 

qaldırmaq yolu ilə qarışıq həqiqətin 

açıqlanmasına nail olmaq metodudur.

• İqtisadiyyat elmi, həqiqi həyatın qarışıq və 

başa düşülməsi çətin olan strukturunu 

sadələşdirərək təhlil edə bilmək məqsədilə 

müşahidə, funksional münasibətlər və 

abstraktlaşdırma metodlarına dayanaraq 

qurulan modellərə əsaslanır. 

– Məsələn, dövri-axın diaqramı, istehsal imkanları 

əyrisi.   




 

 

İQTİSADİ SİYASƏT



İQTİSADİ SİYASƏT



İqtisadi siyasət



İqtisadi siyasət, əsasən makroiqtisadi 

tarazlıqların hansı istiqamətdə və necə 

dəyişdiriləcəyi ilə bağlı yanaşmaları özündə 

birləşdirən bir sahədir.

– Məsələn, iqtisadi artımı sürətləndirmək, işsizliyi, 

cari əməliyyatlar hesabı kəsirini, büdcə kəsirini 

azaltmaq və ya inflyasiya kimi qeyri-stabillik halları 

ilə mübarizə aparmaq üçün iqtisadiyyatın mövcud 

tarazlıqlarını dəyişdirmək tələb olunur.

• Makroiqtisadi tarazlıqları dəyişdirmək üçün 

tətbiq olunan tədbirlər paketi də 

iqtisadi 

iqtisadi 

siyasət 

siyasət adlandırılır.   



 

 

İQTİSADİ SİYASƏT



İQTİSADİ SİYASƏT



İqtisadi siyasət



İqtisadi siyasət, iqtisadi tarazlıqda ortaya çıxan 

pozulmaları düzəltmək üçün tədbirlər görülməsini 

də nəzərdə tutur.

– Məsələn, daralan iqtisadiyyatda yenidən iqtisadi 

artıma nail olmağa çalışmaq.

• İqtisadi tarazlıqda hər hansı bir pozulma olmasa 

belə, əgər 

daha yaxşı bir tarazlıq səviyyəsi

daha yaxşı bir tarazlıq səviyyəsinə 

nail olmaq arzu edilirsə, bu zaman da iqtisadi 

siyasətdən istifadə edilir.

– Məsələn, daha yüksək iqtisadi artım sürəti, daha 

yaxşı gəlir bölgüsü, daha aşağı inflyasiya, daha az 

dövlət borclanması, daha az büdcə kəsiri, daha 

yüksək məşğulluq, daha çox investisiya kimi arzu 

olunan yeni makroiqtisadi tarazlıqlara nail olmağa 

çalışmaq.



 

 

İQTİSADİ SİYASƏT



İQTİSADİ SİYASƏT

• Pozulan tarazlıqları düzəltmək, ya da yeni və 

daha yaxşı tarazlıqlara nail olmaq fikri tətbiq 

ediləcək 



iqtisadi siyasətin seçimi

iqtisadi siyasətin seçimini də zəruri 

edir.


• İqtisadi siyasətin müxtəlif alt qolları vardır. 

Bunları aşağıdakı kimi qruplaşdırmaq 

mümkündür:



Maliyyə siyasəti



Maliyyə siyasəti;



Pul (monetar) siyasəti



Pul (monetar) siyasəti;



Digər siyasətlər



Digər siyasətlər.

• Hər bir iqtisadi siyasət növünün özünəməxsus 



alətləri vardır. İqtisadiyyatda müəyyən edilmiş 

hədəflərə uyğun olaraq bu alətlərdən 

təkbaşına, ya da birlikdə istifadə edilir. 



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• İqtisadiyyat elminin əsas məsələsi 



qıtlıq və 

qıtlıq və 

seçim 

seçim olduğu üçün iqtisadi hadisələrin və bir 

növ bu hadisələr qarşısında alınan tədbirlər 

olan iqtisadi siyasətin tarixini çox qədimlərə 

qədər aparıb çıxarmaq mümkündür.

• Təxminən 40 min il əvvəl bu günkü (

homo 

homo 

sapiens

sapiens) forması ilə ilk dəfə dünya üzərində 

göründüyü fərz edilən insan, e.ə. 10-cu 

minilliklərə, başqa sözlə neolit dövrünə qədər 

ovçu və yığıcı (istehlakçı)

ovçu və yığıcı (istehlakçı) kimi yaşamışdır. 



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• İnsanın e.ə. 10-7-ci minilliklər arasında ilk dəfə oturaq 

həyata keçərək əkinçiliyə və heyvandarlığa başladığı 

məlumdur. Bununla 



ilk iqtisadi inqilab

ilk iqtisadi inqilab reallaşmış və 

əkinçilik və ya neolit inqilabı

əkinçilik və ya neolit inqilabı adını almışdır.

• E.ə. 2-ci minilliyə doğru tunc dövrünü yaşayan Anadolu 

və Mesopotamiya arasında davamlı bir xarici ticarət 

fəaliyyəti ortaya çıxmışdır ki, bu da 



ikinci iqtisadi 

ikinci iqtisadi 

inqilab və ya 

inqilab və ya 

xarici ticarət inqilabı

xarici ticarət inqilabı

 adlandırılır.

• Ümumi yanaşma pulun ortaya çıxmasını sonrakı 

tarixlərə aid etsə də, e.ə. 1500-2000-ci illərdə metal 

külçələrin ödəniş vasitəsi kimi istifadə edilməyə 

başlanmasını 



üçüncü iqtisadi inqilab və ya pul 

üçüncü iqtisadi inqilab və ya pul 

inqilabı olaraq

inqilabı olaraq adlandırmaq mümkündür.


 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Orta əsrlərin feodal sistemində tədricən 

feodalların malikanələrinin ətrafında onların 

topaqlarını əkib-becərən, onlara xidmət edən 

və ilk əmək haqqı alan təhkimçi kəndlilərin 

ortaya çıxması 



dördüncü iqtisadi inqilab və 

dördüncü iqtisadi inqilab və 

ya izafi dəyərin yaradılması inqilabı

ya izafi dəyərin yaradılması inqilabının 

ortaya çıxmasını doğurmuşdur.

• İqtisadiyyatın bir elm kimi deyil, intuitiv 

yanaşmalar kimi ortaya çıxması 15-ci əsrdən 

Qərbdə yayılmağa başlanan 

merkantilizm 

merkantilizm 

yanaşması

yanaşması ilə bağlıdır.



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Merkantilizm eyni zamanda məlum olan 



ilk 

ilk 

sistemli iqtisadi siyasət yanaşması

sistemli iqtisadi siyasət yanaşmasıdır.

• Merkantilist siyasətin əsas tezisləri 

aşağıdakılardır:

– Qiymətli metalları əldə edərək zənginliyi artırma 

düşüncəsi (

bulyonizm

bulyonizm);

– Dövlətin iqtisadi həyata aktiv müdaxiləsi;

– İdxal məhdudiyyətləri tətbiq edərək ölkə daxilində 

istehsalı mümkün olan məhsulların xaricdən 

alınmasının qadağan edilməsi, başqa sözlə ölkədən 

qiymətli metal çıxışının məhdudlaşdırılması;

– Məhsul ixracını stimullaşdıraraq qiymətli metalları 

əldə etmək fikri.




 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Merkantilizmin əsas xüsusiyyətlərindən biri 

də xarici ticarət siyasətinin 

xarici ticarət 

xarici ticarət 

profsiti

profsiti

 yarada bilməsidir.

• Bu yanaşma isə 

xarici ticarətdə 

xarici ticarətdə 

proteksionizm, yüksək gömrük divarları 

proteksionizm, yüksək gömrük divarları 

ilə idxalatın məhdudlaşdırılması 

ilə idxalatın məhdudlaşdırılması 

 

 

müxtəlif stimullarla ixracın artırılması

müxtəlif stimullarla ixracın artırılmasını 

nəzərdə tutur.




 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• 18 və 19-cu əsrlərdə iqtisadi düşüncənin 

inkişafına damğasını vuran və ən mühüm 

nümayəndələri Adam Smith, David Ricardo, 

Thomas R. Malthus, John Stuart Mill və Alfred 

Marshall olan 



klassik iqtisadçılar

klassik iqtisadçılara görə pul 

iqtisadiyyatda mühüm bir element olsa da, əsl 

mühüm olan pulun üstünü örtdüyü real 

hadisələrdir.

• Klassik iqtisadçılar bulyonizmlə yanaşı, dövlətin 

iqtisadiyyata müdaxiləsinə də qarşı çıxmışdır.

• Klassik iqtisadi nəzəriyyə 

iqtisadiyyatın təklif 

iqtisadiyyatın təklif 

cəbhəsinə üstünlük vermiş

cəbhəsinə üstünlük vermiş və əsas 

müddəalarını bu istiqamətdə formalaşdırmışdır.




 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ



Klassik iqtisadi məktəbin əsas yanaşmaları



Klassik iqtisadi məktəbin əsas yanaşmaları aşağıdakılardır:

– İqtisadiyyat tam məşğulluq halında tarazlıqda olur və bu tarazlıqdan 

sapmalar müvəqqəti xarakter daşıyır;

– Bazarda hər subyekt öz mənafeyini maksimumlaşdırmaq istiqamətində 

çalışır və beləliklə cəmiyyətin mənafeyi də maksimumlaşdırılır;

– İqtisadiyyatda əmək haqqı və qiymətlər elastikdir və tam məşğulluq 

şəraitində uzun müddətli tarazlığı təmin edən də bu elastiklikdir.

– Hər təklif öz tələbini yaradır (



Say Qanunu

Say Qanunu).

– Bazar qeyri-tarazlıqları və tam məşğulluq tarazlığından sapmalar 

qısamüddətli xarakter daşıyır;

– İqtisadiyyatın öz-özünü tənzimləyən mexanizmlərə malik olması səbəbilə 

dövlətin iqtisadiyyata, qeyri-tarazlıqları aradan qaldırmaq məqsədilə 

qarışmasına ehtiyac yoxdur;

– Pul həqiqi (real) iqtisadi fəaliyyətin yalnız vasitəçisidir və digər məhsullar 

kimi onun da tələbini, başqa sözlə qiymətini təklifi müəyyən edir;

– Xarici ticarətdə beynəlxalq ixtisaslaşma və mübadilə mümkün olduğu 

ölçüdə inkişaf etdirilərsə, bundan hər bir ölkə fayda əldə edəcəkdir 

(

Müqayisəli üstünlük nəzəriyyəsi

Müqayisəli üstünlük nəzəriyyəsi)



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Klassik iqtisadiyyat məktəbi 18-19-cu əsrlərdə 

ortaya çıxan sənayeləşmənin doğurduğu kütləvi 

istehsalın və bazar axtarışlarının 

intensivləşməyə başlandığı 

klassik kapitalizm 

klassik kapitalizm 

dövrü

dövrünü əhatə edir.

• Klassik iqtisadiyyat nəzəriyyəsi eyni zamanda 



iqtisadiyyatı başlı-başına buraxma və 

iqtisadiyyatı başlı-başına buraxma və 

fəaliyyətinə müdaxilə etməmə

fəaliyyətinə müdaxilə etməmə formasında 

tətbiq edilən bir iqtisadi siyasət yanaşmasının 

da təməlini atmışdır.



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Kapitalist sistemin yaşadığı böyük böhranların ilki olan Uzun 

Depresiya 1970-ci illərdə Almaniyada başlayıb digər ölkələrə 

yayıldı.


• Sənaye inqilabı ilə ortaya çıxan böyük əmtəə və xidmət 

ticarəti sərbəstliyini sistem həzm edə bilməmiş və böhranla 

üzləşmişdi.

• Bu böhrandan çıxışda klassik iqtisadiyyat yanaşmasının 



neo-klassik yanaşma

neo-klassik yanaşma ilə yenidən formalaşdırılmasının 

mühüm rolu olmuşdur.

• Neo-klassik iqtisadi məktəbin nümayəndələri 

iqtisadi 

iqtisadi 

düşüncəni fəlsəfənin bir hissəsi olmaqdan çıxarmış

düşüncəni fəlsəfənin bir hissəsi olmaqdan çıxarmış, onu 

ayrı bir elm sahəsinə çevirmişdir.

• Ən mühüm nümayəndələri William Stanley Jevons, Carl 

Menger və Leon Walras olan neoklassik iqtisadçılar öz 



tədqiqatlarını daha çox bazarlar üzərində aparmışdır.

tədqiqatlarını daha çox bazarlar üzərində aparmışdır.


 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Klassik iqtisadi nəzəriyyəyə ilk ciddi tənqid 



Marksist iqtisadi nəzəriyyə

Marksist iqtisadi nəzəriyyə tərəfindən 

gətirilmişdir.



Marx

Marx, kapitalizmin əsas elementlərinə qarşı 

çıxmış və kapitalist sistemin, qeyri-taraz daxili 

hərəkətverici qüvvələri səbəbilə uzun müddət 

yaşaya bilməyəcəyini qeyd etmişdir.

• Marksist iqtisadi nəzəriyyənin əsas elementləri 

aşağıdakılardır:

– Planlaşdırma;

– Bazar mexanizmi əvəzinə planlaşdırılmış qiymətlər;

– Xüsusi mülkiyyət əvəzinə ictimai mülkiyyəti.



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• 1930-cu illərin böyük dünya iqtisadi böhranı ilə ortaya çıxan 



Keynesçi iqtisadi nəzəriyyə

Keynesçi iqtisadi nəzəriyyə 1970-ci illərə qədər elə bir 

müqavimətə rast gəlməmiş və kapitalist dünyaya hakim olmuşdur.

• Keynesçi iqtisadi nəzəriyyənin əsas müddəaları aşağıdakılardır:

– İqtisadiyyatda tam məşğulluq tarazlığı təsadüfi bir tarazlıqdır 

və davamlılığına heç bir şəkildə təminat vermək mümkün 

deyildir;

– Həqiqətdə qiymətlər və əmək haqqları instutsional 

tənzimləmələr və iqtisadi olmayan səbəblərlə klassik 

iqtisadçıların  düşündükləri kimi xüsusilə aşağıya doğru elastik 

olmaya bilər;

– Hər tələb öz təklifini yaradır;

– Büdcə tarazlığı, neytral vergi kimi siyasətlər düzgün 

yanaşmalar deyildir və aktiv maliyyə və vergi siyasəti 

aparmalıdır.




 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Keynesçi iqtisadi nəzəriyyənin hakimiyyəti 1970-ci illərdən 

başalayaraq müxtəlif iqtisadi məktəblərin müqaviməti 

qarşısında sarsılmaya başlamışdır.

• Neft ixrac edən ölkələrin neft qiymətlərini artırmaları 

nəticəsində ortaya çıxan inflyasiya şəraitində artan işsizlik 

fenomeni (

Phillips Əyrisi

Phillips Əyrisinin əhəmiyyətini itirməsi) 

Keynesçi iqtisadi nəzəriyyənin tənqidinə səbəb olmuşdur.

• Keynesçi yanaşmaya ilk ciddi tənqid Milton Friedmanın 

liderliyində 



monetarizm iqtisadi məktəbi

monetarizm iqtisadi məktəbi tərəfindən 

gəlmişdir.

• Klassik iqtisadi məktəbin əsas müddəalarını müdafiə 

edən monetarizmin əsas fərqi 



pulun iqtisadi həyatda ən 

pulun iqtisadi həyatda ən 

mühüm fenomen olduğunu

mühüm fenomen olduğunu və pul təklifini idarə 

etmədən iqtisadi qeyri-tarazlıqların həll edilə 

bilməyəcəyini irəli sürməsidir.



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• 1970-ci illərdə Keynesçi iqtisadi nəzəriyyəyə digər bir 

tənqid 

yeni klassik iqtisadi məktəb

yeni klassik iqtisadi məktəbdən gəlmişdir.

• Əsas təmsilçiləri Robert Barro, Thomas Sargent və 

Reobert Lucas olan yeni klassik iqtisadçılar, klassik 

iqtisadi nəzəriyyənin və monetarizmin bəzi fikirlərinə, 



rasional gözləntilər nəzəriyyəsi

rasional gözləntilər nəzəriyyəsi çərçivəsində 

yanaşaraq bazarların özbaşına buraxılmasının 

zəruriliyini vurğulamış və dövlətin bazarlara 

müdaxiləsinin reallıqda heç bir nəticə doğurmayacağını 

irəli sürmüşdür.

• Yeni klassik iqtisadçılar hesab edir ki, istər pul, istərsə 

də maliyyə siyasəti gözlənilən nəticələri verməz, çünkü 

dövlətin də digər iqtisadi subyektlərin də malik 

dövlətin də digər iqtisadi subyektlərin də malik 

olduğu informasiya eyni

olduğu informasiya eynidir.



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• 1980-ci illər Qərbdə klassik iqtisadi nəzəriyyənin əsas 

müddəalarından olan Say Qanununun yenidən 

gündəmə gəlməsinə yol açan 



təklif yönlü iqtisadiyyat 

təklif yönlü iqtisadiyyat 

yanaşması

yanaşmasının iqtisadi siyasətdə hakim olması ilə 

yadda qalmışdır.

• İqtisadçı Arthur Lafferin adı ilə əbədiləşən təklif yönlü 

iqtisadiyyat özündə klassik iqtisadiyyatın ən yaxşı 

büdcə tarazlı büdcədir və ən yaxşı vergi neytral vergidir 

yanaşmalarına əsaslanaraq və vergilərin, real olmayan 

ətraf mühiti qoruma tədbirlərinin azaldılması kimi 

yollarla iqtisadiyyatın canladırıla biləcəyi iddiasını ortaya 

qoymuşdur.

• ABŞ-da 



Reagan

Reagan və 

Bush

Bush, İngiltərədə 

Thatcher

Thatcher 

hökumətləri bu siyasəti tətbiq etmiş, ancaq ciddi 

nəticələr əldə edilməmişdir.



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Zaman keçdikcə Keynesçi iqtisadçılar da 

öz nəzəriyyələrini inkişaf etdirməyə, ona 

yeni müddəalar əlavə etməyə davam 

etmişlər və nəticədə 

neo-keynesçi 

neo-keynesçi 

məktəb

məktəbi formalaşdırmışlar.



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• İqtisadiyyat elminin üç istiqamətdə



 

 inkişaf 

etdiyini göstərmək mümkündür:

– Azad bazar iqtisadiyyatına əsaslanan klassik 

iqtsiadi nəzəriyyə və bunun müxtəlif növləri 

(monetarizm, yeni klassik iqtisadiyyat və təklif 

yönlü iqtisadiyyat);

– Komanda iqtisadiyyatına əsaslanan Marksist 

iqtisadi nəzəriyyə;

– Dövlətin bazarlara müdaxiləsinə əsaslanan 

Keynesçi qarışıq iqtisadiyyat nəzəriyyəsi və 

onun davamı (neo-keynesçilik).



 

 

İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 



İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN 

TARİXİ TƏKAMÜLÜ

TARİXİ TƏKAMÜLÜ

• Son 200 ildə dünya iqtisadiyyatında ortaya çıxan 2 əsas 

dəyişikliyə diqqət yetirməkdə fayda vardır:

– “Sənaye inqilabı” ilə başlayan 



əmtəə və xidmətlərin 

əmtəə və xidmətlərin 

beynəlxalq sərbəst  hərəkəti

beynəlxalq sərbəst  hərəkəti

 və idxal üzərindəki 

məhdudiyyətlərin azaldılması;

– 2000-ci illərdə dünya miqyasında 



kapital hərəkətlərinin 

kapital hərəkətlərinin 

sərbəstləşməsi

sərbəstləşməsi

.

• Kapitalın hərəkətinin sərbəstləşdirilməsi texnologiyaların da 



sürətlə yayılmasını doğurmuşdur.



2008-ci ildəki qlobal iqtisadi böhran



2008-ci ildəki qlobal iqtisadi böhran kapitalın 

beynəlxalq hərəkətinin sərbəstliyi səbəbindən bütün 

qlobal sistemə yayılmışdır. 

• Maliyyə bazarlarının çökməsi iqtisadi durğunluğa səbəb 

olmuş və sistemin böhrandan çıxması üçün yenidən 

Keynesçi modelə müraciət edilmişdir.




 

 

YOXLAMA SUALLARI



YOXLAMA SUALLARI

1.

İqtisadiyyat elminin tərifini verin. Ehtiyaclar və onları 



ödəməyə yönəlmiş vasitələr arasında necə bir əlaqə 

vardır?


2.

Makroiqtisadiyyat və mikroiqtsiadiyyat arasında nə fərq 

vardır? Onların öyrəndiyi məsələlərə dair ən azı 2 nümunə 

göstərin.

3.

Pozitiv iqtisadiyyat və normativ iqtisadiyyat nə deməkdir? 



İqtisadi siyasət bunların hansı ilə əlaqəlidir? 

4.

İqtisadiyyat elmində qanunlar və nəzəriyyələr nə üçün 



fizika və ya kimyada olduğu qədər dəqiqliyə malik deyildir?

5.

İqtisadi siyasətin əsas məqsədi nədir? Bu məqsədi 



reallaşdırmaq üçün hansı iki əsas siyasət vasitəsindən 

istifadə edilir?




 

 

YOXLAMA SUALLARI



YOXLAMA SUALLARI

6. Neolit inqilabı nədir? Əsas xüsusiyyətlərini göstərin.

7. İzafi dəyərin yaradılmasının sonrakı dövrlərdə necə təsiri 

olmuşdur?

8. Merkantilizm nədir? Bulyonizm nə deməkdir?

9. Klassik iqtisadiyyat məktəbinin əsas müddəalarını qeyd edin.

10. Marksist iqtisadiyyatın kapitalizmdən başlıca fərqləri 

nələrdir?

11. Keynesçi iqtisadi siyasəti klassik iqtisadi məktəbin 

yanaşması ilə Marksist iqtisadi məktəbin yanaşmasının 

qarışığı olaraq ifadə etmək mümkündürmü?

12. İqtisadi fikrin inkişafını 3 istiqamət üzrə göstərmək tələb 

olunarsa, bunların hansılar olduğunu qeyd edərsiniz?

13. İqtisadi yanaşmaların böhranlarla birlikdə inkişaf edib 

yetkinləşdiyi fikrinə münasibətiniz necədir?



 

 

TÖVSİYƏ OLUNAN MƏNBƏLƏR



TÖVSİYƏ OLUNAN MƏNBƏLƏR

Mahfi Eğilmez, Ercan Kumcu, (2014). “Ekonomi 



Politikası: Teori ve Türkiye Uygulaması”, İstanbul: 

Remzi Kitabevi, 19. Basım.

Qreqori Mənkyu (2007), “Ekonomiksin əsasları”, 



Bakı: CBS Polygraphic Production.

Red. Məhəmmədhəsən Meybullayev (2005), 



“İqtisadi təlimlər tarixi”, Bakı: “Nurlar” Nəşriyyat-

Poliqrafiya Mərkəzi, II Nəşr.

Rasim Həsənov (2009), “İqtisadi siyasət: 



metodologiya və praktika”, Bakı: “İqtisad 

Universiteti” nəşriyyatı.



Document Outline

  • İQTİSADİYYAT ELMİ VƏ İQTİSADİ SİYASƏT
  • GİRİŞ ƏVƏZİ
  • ELM VƏ ELMİ METOD
  • Slide 4
  • Slide 5
  • Slide 6
  • Slide 7
  • İQTİSADİYYAT ELMİ
  • Slide 9
  • Slide 10
  • Slide 11
  • Slide 12
  • Slide 13
  • Slide 14
  • Slide 15
  • İQTİSADİ SİYASƏT
  • Slide 17
  • Slide 18
  • İQTİSADİYYAT VƏ İQTİSADİ SİYASƏTİN TARİXİ TƏKAMÜLÜ
  • Slide 20
  • Slide 21
  • Slide 22
  • Slide 23
  • Slide 24
  • Slide 25
  • Slide 26
  • Slide 27
  • Slide 28
  • Slide 29
  • Slide 30
  • Slide 31
  • Slide 32
  • Slide 33
  • Slide 34
  • Slide 35
  • YOXLAMA SUALLARI
  • Slide 37
  • TÖVSİYƏ OLUNAN MƏNBƏLƏR

Yüklə 129,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə