1
İqtisadiyyata giriş fənni üzrə suallar
və cavablar
Mövzu 1. İqtisad elminin meydana qəlməsi və onun inkişafının əsas mərhələləri
1.İqtisadiyyat və iqtisad elmi.
2.İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi fikir.
3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri. 4.Müasir
iqtisad elminin istiqamətləri.
5.»Ekonomiya», «Ekonomika» (İqtisadiyyat), «İqtisadi nəzəriyyə», «Siyasi iqtisad»,
«Ekonomiks» anlayışlarının nisbəti.
1.
İqtisadiyyat və iqtisad elmi.
İqtisadiyyat «oikonomik» söründən əmələ qəlib və təsərrüfatın sərişdəli, məharətli
aparılması mənasını verir. Təsərrüfat fəaliyyəti kimi iqtisadiyyat insanların birgə yaşayışını
təmin edən şərtlərdən biridir. İqtisadiyyat sosial, siyasi, mədəni və başqa proseslərlə sıx
əlaqəlidir, buna görədə onu zəruri həyat nemətlərinin yaradılması və cəmiyyətin tələbatlarının
ödənilməsini təmin edən iqtisadi sistem kimi də başa düşmək olar.
İqtisadi fikirlər qədim dövrlərdən müxtəlif mütəfəkkirlərin əsərlərində rast olunsada, bir
müstəqil elm kimi o XV-XVII əsirlərdə yaranmağa başlamışdır. İlk iqtisadi məktəb sayılan
merkantelistlər iqtisad elminin vəzifəsini sərvətin mənbəyinin müəyyənləşdirilməsində
görurdülər. Onlar sərvət qızılla eyniləşdirir və onun mənbəyinin muladilə olduğunu etiraf
edirdilər. İqtisad elminin inkişafında fiziokratların əsərlərinin mühüm əhəmiyyəti olmuşdur.
Fiziokratlar tədqiqatı mübadilədən istehsala keçirdilər və sərvətin mənbəyi kimi əkinçiliyi elan
edirlər. Fiziokrat F.Kene öz «İqtisadi cədvəl»ində ilk təkrar istehsal modelini yaratmışdır.
İqtisad elmi ingilis klassik siyasi iqtisad məktəbinin nümayəndəsi A.Smit tərəfindən
formalaşdırmışdır, o iqtisad elminin banisi sayılır. Müasir iqtisad elmi neoklassik məktəbin
təlimi üzərində qurulmuşdur.
2.
İqtisadi nəzəriyyə yaranana qədərki iqtisadi fikir.
İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların
təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş
iqtisadi təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən
iqtisadi anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim şərqdə eramızdan
əvvəl IV-III əsrlərdə Hindistan və Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi
fikirlər maraq doğurur. O zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr
şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal və ticarət haqqında
baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər.
İqtisadi fikir sonrakı inkişafını Qədim Yunanıstan və Romada görkəmli filosofların
Ksenefont, Aristotel, Platon, Katonun əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət,
qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim Şərqin
görkəmli filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri
2
xüsusilə qeyd edilməlidir. Həm Avropada, həm də şərqdə dini təlimlərdə, müqəddəs kitablarda
mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin inkişafında mühüm rol oynamışdır.
XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən yeniliklər o
zamanın iqtisadi fikrinin inkişafına təkan verdi. İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs
göstərən merkantilist və fizokratlar məktəblərinin yaranması və inkişafı sonralar klassik siyasi
iqtisadın nümayəndələri A.Smit və D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına
səbəb oldu.
3.İqtisad elminin yaranması və inkişafının əsas mərhələləri.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşması, XVI-XVII əsrlərdən başlamışdır.
Kapitalizmin yaranması ilə əmtəə-pul münasibətlərinin inkişafı, manufaktura sənayesinin
qərarlaşması, xarici və daxili ticarətin intensivləşməsi bir çox suallara elmi izah verilməsini tələb
edirdi. İlk iqtisadi məktəbin merkantelizmin nümayəndələri empirik yanaşma əsasında ən çox
təsadüf ediləni, mübadiləni tədqiqatın əsas obyekti seçdilər. Onlar sərvəti pulla eyniləşdirir
və mübadiləni sərvətin mənbəyi saydılar. Növbəti iqtisadi məktəb fiziokratlar sərvətin mənbəyi
kimi əkinçiliyi göstərməklə ilk dəfə tədqiqatı mübadilədən istehsala keçirdilər. Lakin onlar
sənayeni, sənətkarlığı və başqa istehsal sahələrini qeyri-məhsuldar sahələr kimi görürdülər.
Fiziokratların elmə gətirdiyi yeniliklərdən biri də təkrar istehsal prosesini öyrənmək təşəbbüsü
idi. F.Kene öz «iqtisadi cədvəl»ində ilk makroiqtisadi model yaratmağa nail olmuşdur.
Elmin sonrakı inkişafı və müstəqil iqtisadi elm kimi formalaşması ingilis klassik siyasi
iqtisadının nümayəndələrinin əsərlərində əks olunmuşdur. A.Smit iqtisad elminin banisi kimi
iqtisadi kateqoriyaları və elmi qanunları sistemləşdirilməklə iqtisad elminin müstəsna rol
oynamışdır. İqtisad elminin sonrakı inkişafı XIX marksizim, majinalizm, neoklassik
məktəblərin nümayəndələrinin əsərlərində öz əksini tapır. XX əsrdə müxtəlif cərəyanlarda
iqtisad elminin inkişafı baş vermişdir. Bunlardan keynsçilik, neoliberalizm, monetarizm,
institusionalizm və başqalarını göstərmək olar.
4. Müasir iqtisad elminin istiqamətləri.
Müasir iqtisadi nəzəriyyə dedikdə XIX əsrin sonu XX əsrin əvvəllərindən yaranan elmi
cərəyanlar nəzərdə tutulur. XIX əsrin sonlarında geniş yayılmış klassik və marjinalist
nəzəriyyələrin vahid konsepsiyada birləşdirilməsi zərurəti yarandı.İlk dəfə bu problem
neoklassik məktəbin banilərindən biri A.Marşalın əsərlərində dərindən təhlil edilir. Beləliklə
neoklassik məktəb yaranır, sonrakı dövrlərdə yaranmış keynsçilik və institusional – sosioloji
məktəblər də müasir iqtisad elminin əsas istiqamətlərinə aiddir.
Neoklassiklər bazar mexanizminin tənzimləyici roluna daha çox əhəmiyyət verməklə
iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması tərəfdarları idi. Bu nəzəriyyənin
tərəfdarları kimi o dövrdə monetarist, neoliberalist və başqa cərəyanlar yarandı. Lakin 1929-
1933-cü illərin ümumdünya bövranı iqtisadiyyata bazarın tənzimləyici mexanizm olması
haqqında fikirləri inkar etdi.
XX əsrin 30-cu illərində C.Keyns dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyini
əsaslandıran təlim yaratdı. Bu müasir iqtisad elminin ikinci istiqamətinin keynsçiliyin yaranması
idi. Keynsin təlimi bir çox alimlərin əsərlərində makroiqtisadi tənzimləmə nəzəriyyələri kimi
geniş yayılmışdır.
Müasir iqtisad elminin üçüncü istiqaməti institusionalizmin banisi T.Veblen sayılır.
İnstitusionalistlər iqtisadiyyatda sosial amillərin təsirinə xüsusi yer