İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
  1   2   3   4   5   6   7   8   9   ...   35



İQTİSADİYYATIN VƏ İXRACIN 

DİVERSİFİKASİYASININ 

QİYMƏTLƏNDİRİLMƏSİ 



İQTİSADİYYATIN VƏ İXRACIN 

DİVERSİFİKASİYASININ 

QİYMƏTLƏNDİRİLMƏSİ 

Müəlliflər:   

Kənan Aslanlı

 

 

Zöhrab İsmayıl



 

 

Rövşən Ağayev



 

 

Azər Mehtiyev



Korrektor: 

Kəmalə Cəfərova



Dizayner: 

Rafael Qasımov



Gəlirləri İzləmə İnstitutunun 

maliyyə dəstəyi ilə nəşr edilib

© Azad İqtisadiyyaya Yardım İctimai Birliyi 2013

Üz qabığındakı foto: www.bp.com

Bu hesabat Azad İqtisadiyyata Yardım İctimai 

Birliyinin “Azərbaycanda və Qazaxstanda 

iqtisadiyyatın və ixracatın diversifikasiyanın 

qiymətləndirilməsi” (Gİİ) və İqtisadi 

Təşəbbüslərə Yardım İctimai Birliyinin 

“Azərbaycanda iqtisadi diversifikasıya 

imkanlarının qiymətləndirilməsi” (ACİYF) 

layihələri çərçivəsində hazırlanıb.

www.freeeconomy.az




3

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

1. Giriş (əsas anlayışlar və metodologiya)  ..............................................................................................5

2. Makroiqtisadi mühit  ..............................................................................................................................7 

3. İqtisadiyyatın və ixracın diversifikasiyası siyasəti ...........................................................................13

3.1. İqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqəli qanunvericilik  .....................................13

3.2. İqtisadi diversifikasiyaya yönəlik strategiya və proqramlar  ......................................................13

3.3. İqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqədar 

       rəsmi çıxışların xülasəsi  ...................................................................................................................17

3.4. İqtisadi diversifikasiyaya məsul institutlar  ...................................................................................18

3.5. Orta və uzunmüddətli xərc strategiyasının çərçivələri və prioritetləri  ....................................19

3.6. Beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin Azərbaycan 

       iqtisadiyyatının diversifikasiyasına həsr olunan sənədləri  .........................................................23

3.7. İqtisadi diversifikasiyaya mane olan faktorlar  .............................................................................29

4. Diversifikasiya siyasətinin nəticələrinin təhlili .................................................................................33

4.1. Maliyyə sektoru  .................................................................................................................................33

4.2. İnfsrastruktura yönəlik dövlət investisiyaları  ...............................................................................41

4.3. İnsan kapitalı  .....................................................................................................................................46

4.4. İnnovasiyalar  .....................................................................................................................................51

4.5. Yeni qeyri-neft sənaye sahələri  ........................................................................................................55

4.6. Kənd təsərrüfatı  .................................................................................................................................62

4.7. Turizm  .................................................................................................................................................69

5. Diversifikasiya siyasətinin nəticələrinin qiymətləndirilməsi .........................................................74

5.1. İqtisadi diversifikasiya göstəriciləri  ...............................................................................................74

5.2. İxrac diversifikasiyasını əks etdirən əsas indikatorlar  .................................................................79

MÜNDƏRİCAT



AÇG   

“Azəri-Çıraq-Günəşli”

AMB   

Azərbaycan Mərkəzi Bankı



AMEA 

Azərbaycan Milli Elmlər Akademiyası

ASC   

Açıq səhmdar cəmiyyəti



ARDNF 

Azərbaycan Respublikası Dövlət Neft Fondu

ARDNŞ 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti



EİM   

Elmi İnnovasiyalar Mərkəzi

DİF   

Dünya İqtisadi Forumu



DST   

Dünya Səhiyyə Təşkilatı

DSK   

Dövlət Statistika Komitəsi



HPBS   

Hasilatın Pay Bölgüsü Sazişi

İQİ   

İstehlak qiymətləri indeksi



İİN   

İqtisadi İnkişaf Nazirliyi

İKT   

İnformasiya-kommunikasiya texnologiyaları



NEM   

Nominal effektiv məzənnə

XİZ   

Xüsusi iqtisadi zona



ÜDM   

Ümumi daxili məhsul

SSRİ   

Sovet Sosialist Respublikaları İttifaqı



SKMF  

Sahibkarlığa Kömək Milli Fondu

REM   

Real effektiv məzənnə



QISALTMALAR


5

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası öz sənədlərində iqtisadi diversifikasiya-

ya belə definisiya verir: “İqtisadi diversifikasiya geniş çeşiddə məhsulların iqtisadiyyatda istehsal 

edilməsi prosesi kimi nəzərdən keçirilir. Bu anlayış, həmçinin ixrac bazarlarının diversifikasiyası 

və daxili iqtisadi fəaliyyətlərdən ayrı gəlir mənbələrinin diversifikasiyasını da əhatə edir ”. İxra-

cın diversifikasiyası isə mövcud ixrac səbətindəki ayrı-ayrı malların xüsusi çəkisini dəyişməyə, ix-

rac səbətinə yeni əmtəələr təklif etməyə və yeni coğrafi bazarlara çıxışı nəzərdə tutan siyasətlərin 

məcmusudur . İqtisadi diversifikasiya siyasətinin əsas elementləri bunlardır: kapital (insan kapitalı, 

fiziki kapital və təbii sərvətlər), resurslardan daha effektiv istifadəyə imkan verən rəqabətli bazarlar, 

infrastruktur təminatı, davamlı institusional və struktur islahatları, xarici sərmayənin hərəkətində 

ticarətdə sərbəstlik, makroiqtisadi stabillik. 

2011-ci  ilin  yekunlarına  əsasən Azərbaycanda  ÜDM-in  51,7%-i,  ümumi  ixracın  92%-i,  büdcə  gəlirlərinin 

70%-i, ümumi investisiya qoyuluşlarının 25%-ə yaxını neft sektorunun payına düşür. Təbii qaz ixrac im-

kanlarının  getdikcə  artması  ilə  bütövlükdə  ölkə  iqtisadiyyatı  karbohidrogen  ehtiyatlarının  istismarından 

asılı hala düşür. Bu asılılıq artıq iqtisadi artım tempini də şərtləndirəcək əsas iqtisadi determinanta çevrilib. 

2011-ci ildə neft hasilatının 10,5%, təbii qaz hasilatının isə 2,2% azalması nəticəsində həmin il Azərbaycan 

iqtisadiyyatında son 15 ilin ən aşağı iqtisadi artım göstəricisi (cəmi 0,1%) qeydə alınıb.

Azərbaycan iqtisadiyyatının iqtisadi artım, ümumi daxili məhsul, ixrac və büdcə gəlirləri kimi aparıcı iqti-

sadi parametrlər üzrə neft-qaz sektorundan asılılığı və iqtisadi/ixrac diversifikasiyasına nail olmağın önəmi 

nəzərə alınaraq ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch Institute) tərəfindən müəyyən edilən vahid 

metodoloji yanaşma və struktur əsasında “İqtisadiyyatın və ixracın diversifikasiyasının qiymətləndirilməsi” 

tədqiqatı aparılıb. Tədqiqatda əsas etibarilə statistik məlumatların toplanması və təhlili (data collection & 

analysis) üsulundan istifadə edilib. 

Tədqiqatın ilkin nəzəri fərziyyəsi ondan ibarətdir ki, təbii resursla zəngin ölkələrdə öz iqtisadiyyatlarının 

strukturunu  və  ixrac  bazasını  diversifikasiya  etməkdəki  çətinliklər  müvafiq  siyasətlərin  formalaşması  və 

icrasındakı çatışmazlıqlardan, siyasi və iqtisadi xarakterli institusional baryerlərdən, bazar mexanizmlərinin 

formalaşdırdığı inkişaf motivlərinin işləməməsindən qaynaqlanır. Bu baxımdan araşdırma Azərbaycanda 

iqtisadi və ixrac diversifikasiyasına yönəlik dövlət siyasətlərini müəyyən etməyə və onların icrası nəticəsində 

yaranan iqtisadi situasiyanın monitorinqinə və təhlilinə yönəlib. Tədqiqatda öncə Azərbaycanın makroiq-

tisadi mühit amilləri ətraflı təhlil edilmişdir. Daha sonra isə diversifikasiya siyasətinin əsas tərkib hissələri 

kimi iqtisadi və ixracın diversifikasiyası ilə əlaqəli qanunvericilik, iqtisadi diversifikasiyaya yönəlik strategi-

ya və proqramlar, iqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqədar rəsmi çıxışlar və iqtisadi diversifi-

kasiyaya məsul institutlar araşdırılıb (policy inputs). Əlavə olaraq orta və uzunmüddətli xərc strategiyasının 

çərçivələri və prioritetləri, beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin Azərbaycan iqtisadiyyatının 

1. Giriş 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə