İqtisadiyyatın əsasları



Yüklə 15,92 Kb.
tarix06.02.2018
ölçüsü15,92 Kb.
#25990

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: Uçot-İqtisad

Kurs: I

Qrup: 480



Tələbə: Kürdədehli Simran

Sərbəst iş No:2

Fənn: İqtisada giriş

Mövzu: Iqtisadiyyatın əsasları

Bakı-2014

İqtisadiyyatın əsasları

İnsan həyatını iqtisadiyyatsız təsəvvür etmək olmaz. Hərçənd, bizim çoxumuz, hətta müəyyən qədər təhsil görmüş olsaq da, iqtisadiyyatın həyat tərzinin əsasını təşkil etdiyini nəzərimizə gətirmirik. Robinzon Kruzonu xatırlayırsınızmı? O, gəmisi qəzaya uğrayıb kimsəsiz bir adaya düşənədək, iqtisadi çətinliyi dəf etmək haqqında düşünmürdü. Ancaq zərurət onu bunu anlamağa vadar etdi. Və ən maraqlısı budur ki, insan bu barədə - iqtisadiyyat qanunları haqqında müəyyən biliyə sahib olmadan iqtisadi tələblərə əməl etməli olur. Yaşayış bunu tələb edir.

Bizlər orta məktəbi bitirməmiş sərbəst yaşamaq, müstəqil olmaq istərdik.Elə ki, orta təhsili başa çatdırdıq, özümüzə sənət seçmək, ömür yolumuzun sonrakı illəri haqqında çətin fikrə gəlməli oluruq. Kimisi elm adamı, başqası rəssam, kimlər isə sahibkar və ya həkim, jurnalist və ya menecer olmaq istəyir. Doğrusu, bu peşələr haqqında anlayışımız çox bəsit olur. Əslində, həkim olmaq istəyən kəs heç öz orqanizminin funksiyalarını yaxşı bilmir. Çünki, biz bu peşələr haqqında hələlik ümumi anlayışa malikik.

Bundan narahatçılıq keçirməyə dəyməz, hər şeyin öz vaxtı var. Elə iqtisadi bilikləri qavramağın, istəkləri reallaşdırmağın özü də bəşəri bir tələbdir. Bəşəriyyətin səhəri açılandan, lap ibtidai dövrlərdə də adamlar yaşamaq üçün müəyyən məqsədlər, vasitələr, üsullar axtarıb tapmalı olmuşlar. Yaşamaq üçün mübarizə həmişə olub, var və olacaqdır. Bunsuz həyat amorf-ətalət siqlətli, mənasız bir şey olardı.

Belə müdrik söz var: iştah dişin altındadır. Götürək iqtisadiyyatı. Biz iqtisadiyyatın nə olduğunu o zaman dərk edirik ki, pul qazanırıq və onu xərcləməli oluruq. Necə qazanmalı və necə xərcləməli - bu həyata maraq doğurur.

İnsanlar yaşamaqla bağlı istəklərini reallaşdırmaq üçün hər şeyə əl atıblar: qanlı, talanlı müharibələr ediblər. Lap elə bu günümüzə nəzər salaq. Qarabağ müharibəsi -xalqımızın ağrılı-acılı, yaralı yeridir. Erməni separatçıları namərdlik edərək, öz çoxdankı istəklərinə qovuşmaq üçün - ərazi iddialarını reallaşdırmaq, münbit torpaqları ələ keçirmək məqsədilə qonşusu Azərbaycanın ərazisinin beşdə birini işğal etmişlər. Bu ədalətsiz istəkdir. İmperiya - iddialı hakim dairələr xalqları dəfələrlə belə fəlakətlərə düçar etmiş, sonda özləri də məhvə məhkum olmuşlar. Tarix güzəranın yaxşılaşması üçün müharibələrin labüd olmadığını çoxdan sübut edib.

Əmin-amanlıqda yaşamaq üçün mütərəqqi məqsədlər və vasitələr var: insan əməyini yüngülləşdirmək, zəhmət müqabilində daha çox fayda-mənfəət əldə etmək üçün yeni texnika, texnologiya ixtira etmək, biologiyanı insanın sağlam böyüməsinə yönəltmək, tibbi nailiyyətlərlə nahaq ölümlər üzərində zəfər çalmaq və s.

Bir sözlə, elm və həyat təcrübəsi sübut edir ki, rifahın, dolanışığın səviyyəsi-ölkə vətəndaşlarının əmtəə istehsalının, xidmətinin yaxşı təşkili ilə bağlıdır. Yalnız belə olduqda insanlar rahat, təhlükəsiz həyat sürə bilər və hərtərəfli təmin olunar.

Nəinki, iqtisadçı alimlərin nəzəri fikirləri, lap bizim gözümüz qarşısında baş verən möcüzəli hadisələr-sıçrayışlı inkişaflar da bunu təsdiq edir.

Bir vaxtlar ölkənin varı - təbii sərvətlərin, resursların zənginliyi ilə, münbit torpaqların çox olması ilə, bol suyun, meşələrin mövcudluğu ilə müəyyən edilirdi.



İkinci dünya müharibəsi başa çatdıqdan sonra ictimai-iqtisadi inkişafın yeni vüsəti bu fikrə ciddi düzəliş verdi. Cənubi-Şərqi Asiyanın təbii sərvətlər cəhətdən heç də zəngin olmayan ölkələrində bənzərsiz sıçrayışlar qeydə alındı. Doğrudur, təbii sərvətlərin çoxluğu həyat tərzinin yüksəlməsi üçün mühüm istehsal amillərindən biridir. Ancaq nəinki bu resurslar tükənəndən sonra, hətta bunların mövcudluğu şəraitində də belə ölkələr zamanın inkişafı ilə ayaqlaşa bilirlər. İki ölkənin həyatına - zəngin sərvətli şimal qonşumuz Rusiyanın və təbii sərvətlər sarıdan kasıb-kasad ölkə sayılan Yaponiyanın inkişaf səviyyəsinə nəzər salaq: birində rifah səviyyəsi aşağı, digərində isə yüksəkdir.

Kürdədehli Simran,Uçot-İqtisad,Qrup 480
Yüklə 15,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə