Иран Ислам Республикасынын



Yüklə 346 Kb.
tarix12.10.2018
ölçüsü346 Kb.
#73419





Rasim Babayev

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin dosenti

МЦСЯЛМАНЛАРА ГАРШЫ

TЯХРИБАТЫН ДАВАМЫ ВЯ İСЛАМ ÜММЯТИНИН
БИРЛИЙИНИН ЗЯРУРИЛИЙИ





  1. Qurani-Kərimdə vəhdətin zəruriliyi

وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ
وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ

"Allah tərəfindən açıq aydın dəlillər gəldikdən sonra bir-birinizdən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın"1

وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ

"Hamılıqla birlikdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın."2

Qurani-kərim bir çox ayələri ilə müsəlmanları bir-birindən ayrılmamağa, aralarında ixtilaf törətməməyə və tayfabaz­lıqdan uzaq olmağa çağırır. Yollarını azmamaları üçün Allahın peyğəmbərinə itaət etməyi tövsiyə edir.



وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُواْ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

"Allaha və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin , yoxsa zəifləyər və gücdən düşərsiniz."1

Xüsusilə müsəlmanları birliyə dəvət edərək Qurani-Kərimdə möminlərin qardaş olmasını vurğulayaraq belə buyurur:



إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

"Həqiqətən möminlər qardaşdırlar, buna görə də qardaşlarınızın arasında sülh yaradın."2

Bu kimi ayələrdən məlum olur ki, vəhdətin müsəlmanlar üçün böyük əhəmiyyətinə görə Allah ixtilaf və ayrılıqların aradan qaldırılmasını təkid edir. Keçmiş ümmət­lərin ayrılıq səbəbiylə düşdükləri acınacaqlı vəziyyətlərindən ibrət götürərək, gələcəkdə müsəlmanlar arasında baş verə biləcək ixtilafların qarşısının alınması haqda Qurani-kərimdə onlara xəbərdarlıq edilir. Çünki hər bir millətin birliyi və vəhdətdə olmaları onlara başıucalıq, müvəffəqiyyət gətirib. Bunun əksinə olaraq ixtilaf və çəkişmələr hər hansı bir milləti tənəzzülə uğradaraq, onları bədbəxtliyə düçar etmişdir.


  1. İslam peyğəmbərinin müsəlmanlar arasında vəhdət yaratması

Həzrəti Məhəmməd (s) həm peyğəmbərliyə yetişməzdən əvvəl həm də sonrakı dövrlərdə qəbilələr arasında baş verən ixtilafları aradan qaldirardı.

Tarixə nəzər saldıqda hələ o zamanlar öz peyğəmbərinə qarşı çıxanlar, öyüd-nəsihətə qulaq asmayıb nəfsi istəklərlə hərəkət edənlər və dinlərini təhrif edib parçalayanlar, sonralar Allahın sonuncu peyğəmbərinə qarşı müxtəlif məkrli üsullar işlədərək müsəlmanlar arasında ixtilaf salıb, ixtişaş törətməklə iki din qardaşını bir-birinə düşmən edirdilər. İslam alimlərin­dən olan Ayətullah Cəfər Sübhani bu haqda o vaxtki vəziyyəti özünün "İslam tarixi" kitabında qeyd edir: "Yəhudilər müsəlmanların vəhdətini, birliyini hər vəchlə pozmağa çalışır, müxtəlif hiylələrə əl ataraq onlar arasında düşmənçılık toxumu səpirdilər."

İslam peyğəmbəri Mədinəyə hicrət edən vaxt Ənsardan olan Ovs və Xəzrəc qəbilələri bir-biri ilə düşmənçılık edirdilər. Eyni zamanda Ənsar və mühacirlər arasında da ixtilaflar və fikir ayrılıqları var idi. Peyğəmbər bilirdi ki, Mədinədə kamil siyasi birlik yaranmasa müsəlmanlar xarici düşmənlərin hücumlarına məruz qalacaqlar. Ona görə də o Həzrət yəhudilə­rin fitnəsi əsasında Ovs və Xəzrəc qəbilələri arasında qədim­dən davam edən düşmənçılıyə son qoydu. Ənsar və mühacirlər arasında qardaşlıq peymanı təşkil etdi. Özünün ən yüksək əxlaqı, rəftarı, öyüd-nəsihətləri ilə cəmiyyətdə hökm sürən pərakəndəlik, tayfalıq, təkəbbürlük kimi mənfi halları aradan apardı. Bir-birinə düşmən kəsilən qəbilələr arasındakı kin-kidurəti yox etdi. Onların siyası və mənəvi birliyini möhkəmləndirib, düşmənçiliyi dostluğa çevirdi. Quran bunu belə açıqlayır:

وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا

"Allahın sizə verdiyi nemətini yadınıza salın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizdə mehri­banlıq hissi yaratdı və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumda idiniz ki, sizi oradan qurtardı."1


  1. Müsəlmanların tənəzzülə uğrama səbəbləri

Avropa və digər müsəlman ölkələri böyük bir uçuruma yuvarlandığı zaman İslam dini öz nuru ilə bəşəriyyəti işıqlandırdı. İslamın bəşəriyyətə bəxş etdiyi mədəniyyət sayəsində cəhalət və nadanlıq girdabında olan millətlər yük­sək inkişaf və tərəqqi səviyyəsinə çatdılar. Lakin təəssüf­lən­dirici hal budur ki, qeyri müsəlmanlar İslam dininin üstünlük­lə­rin­dən istifadə edib tərəqqi etdiyi halda, müsəlmanlar öz həvayi-nəfslərinə uyaraq inkişafdan qalıb, gerilədilər. Peyğəmbər (s) dən sonra müsəlmanlar tədriclə tənəzzülə uğra­dılar. Onlar Qurani-Kərimdə açiq-aşkar göstərilən əvvəlki ümmətlərin düşdükləri vəziyyəti araşdırıb ibrət almadılar və İslamdan əvvəl olduğu kimi cahiliyyət hökmlərinə tabe oldular. Bunun nəticəsində müsəlmanlara bir müddət zalim Bəni-Uməyyə, sonra isə Abbasilər zor gücünə hiyləgərliklə xilafəti kimi bir-birinə ötürərək, hökmranlıq etdilər. Onlar İslamı dünyaya bir imperatorluq kimi tanıtdırdılar. İslam bayrağı altında ölkələri fəth etmələrinə baxmayaraq, ədalətsiz və zalım şahla­rın zorakılığı digər xalqların İslama qarşı olan münasibətini dəyişdi. Müsəlman­ların tənəzzülə uğramaları daha da dərin­ləşdi. Başqaları isə bundan hiyləgərliklə istifadə edib güclənə­rək müsəlmanlara hakim kəsildilər.

Müsəlmanların buqünki acınacaqlı vəziyyətə düşmələri onların haqdan uzaqlaşıb parçalanaraq itaətdən çıxmalarının nəticəsidir.

Əlləri qana bulaşmış, qanlı cinayətlərini ört-basdır etmək istəyən, özlərini ədalət carçısı, demokratiya tərəfdarı, azadlıq sevən, humanist kimi göstərmək istəyən, müsəlmanların qanına susamış, şeytan xislətli düşməni Allah-təala öz ayələri ilə Quranda bizə açıq-aydın tanıtdırır:

مَّا يَوَدُّ الَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ الْكِتَابِ وَلاَ الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ
خَيْرٍ مِّن رَّبِّكُمْ

"Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Pərvərdigarınız tərəfindən bir xeyrin göndərilməsini istəməzlər."1

وَلَن تَرْضَى عَنكَ الْيَهُودُ وَلاَ النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ

"Nə yəhudilər, nə də nəsranilər, sən onların dininə tabe olmayınca səndən əsla razı olmayacaqlar."2

وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

"Əhli kitabdan bir dəstəsi sizi (haqq yoldan) azdırmaq arzusundadırlar, halbuki özlərindən ayrılarını azdıra bilməzlər, (bunu) anlamazlar."3

وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ

"Əgər kitab əhli də iman gətirsəydi, özləri üçün daha yax­şı olardı, onlardan iman gətirənlər də var, çoxları isə fasiqdir."4

"Onlar sizi incitməkdən başqa bir ziyan yetirə bilməzlər"5

إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الِّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

"Allahın ayələrini inkar edənlərə, Peyğəmbərləri haq­sız yerə öldürənlərə və insanlardan ədalətə əmr edənləri öldürənlərə ağrılı əzabı xəbər ver."1

وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَمَكْرُ أُوْلَئِكَ هُوَ يَبُورُ

"...pis-pis hiylə edənlər üçün şiddətli bir əzab vardır. Və onların hiylələri mütləq pozulacaqdır."2
Müsəlman alimlərinin vəhdət çağırışları

Tarixdən bildiyimiz kimi müsəlmanlar arasında müxtəlif vaxtlarda yaşamış gələcəyi düşünən imanlı, təqvalı bir cox alim və dini rəhbərlər olmuşlar. O cümlədən Seyyid Cəmaləddin Əsəd­abadi, Şeyx Muhəmməd Əbduh, Əllamə Seyyid Əbdül-Hü­seyn Şərəfuddin, Şeyx Səlim Bişri, Şeyx Muhəmməd Təqi Qu­mi, Ayətullah Mirza Şirazi, Ayətullahul-uzma Birucerdi, Şeyx Mahmud Şəltut, Əllamə Muhəmməd Qəzzali, Ayətullah-uz­ma Kaşiful-Qifa, İmam Xomeyni, Əllamə Təbatəbai, Şəhid Ayə­tullah-uzma Sədr, Seyyid Muhəmməd Şirazi Musəvi, Axund Əbu Turab, İqbal Lahuri, Əli Şəriəti, Şəhid Mutəhhəri və bir çox böyük şəxsiyyətlərin adlarını çəkə bilərik. Onlar düş­mən­lər qarşısında əks mövqedə duraraq məzhəbi məsələlər haq­qında yazarkən və çıxışlar edərkən bu məsələyə çox ehtiyatla ya­naş­mışlar. Qurani-Kərimdən, elmi qaynaq və mənbələrdən isti­fa­də edərək öz fikirlərini ədəblə, dəlil və məntiqlə söylə­miş­lər. Düş­mənin fitnə salmasına səbəb olan ifadələrdən çə­kin­mişlər. "Qütb" jurnalındaki (1999 №6 müəllif N.Rəhimov.) məqalədə vəh­dət hərəkatının bayraqdarlarından olan Şeyx Muhəmməd Tə­qi Qumi yazır: "Əgər şiə və sünni məzhəblərinin adının kökünə diq­qət yetirsək görərik ki, elə bütün müsəlmanlar şiədirlər, çünki on­ların hamısı peyğəmbərin nəsllini sevir. Eyni zamanda həm də ha­mı sünnidir. Çünki müsəlmanların hamısı peyğəm­bə­rin sün­nə­sini izləməyi lazım bilir. Beləliklə biz hamımız sünni-şiə, Qurani və Muhəmmədiyik."

2001-ci il yanvar ayında Bakıda keçırılən Həzrət Əlinin (ə) həyatı və şəxsiyyətinə həsr olunmuş beynəlxalq elmi konfransda İ.İ.R-nın Azərbaycan Respublikasındakı səfirli­yinin Mədəniyyət Mərkəzinin sədri ağayi Seyyid Əli Əkbər Ocaqnejad yekun sözündə vəhdət tərəfdarı olan İslam alimlərinin həyatında 40 il əvvəl olmuş hadisəni xatırlayaraq buyurdu: "Şiə dünyasının ən böyük və yeganə mərcei-təqlidi Ayətullah-uzma Birucerdi və əhli sünnət dünyasının ən böyük müftisi Şeyx Şəltut iki qardaş kimi əl-ələ verib bir konfrans təşkil etdilər. Dedilər: Ey müsəlmanlar, hara gedirsiniz? Əl-ələ verin, şiə deməsin o sünnidir, o da deməsin bu şiədir. Araya ayrılıq salmayın, əl-ələ verin, bir cərgədə dayanın. Üzü Kəbə­yə durun, namaz qılın, çünki sizin düşməniniz var və sizə fikirləşmək lazımdır."

İmam Xomeyni (r.ə.) istismarçı ımperialist qüvvələrə qarşı İslam dövlətlərinin birliyi ideyasını irəli sürərək deyirdi: "İslam dövlətinin birliyini yaratmadan imperializmin zülm zəncirlərini qıra bilməyəcəyik. Əgər bütün müsəlman xalqları özlərinin dirçəlişləri üçün fəryad etsə, öz səsini ucaltsa, onda heç bir dövlət onların qarşısını almağa qadir olmaz." O Həzrət müsəlman xalqlara və bütün bəşəriyyətə bir daha sübut etdi ki, insanlığın nicat yolu İslam bayrağı altından keçir.

Əziz Peyğəmbərimizin (s) mövlud günlərinin (rəbiul-əvvəlin 12-dən 17-sinə qədər) "vəhdət həftəsi" və hər orucluq ayının son cüməsinin "Qüds günü" kimi elan olunması imam Xomeyninin (r.ə) xidmətlərindən olub, dünya müsəlmanla­rı­nın birliyi üçün atdığı addımlardandır. İmamın buyurduğu kimi: "Qüds günü İslam günüdür. Qüds günü bir gündür ki, İslam əhya edilməli və İslam qanunları İslam ölkələrində həyata keçirilməlidir. Qüds günü İslamın həyat və dirilik günüdür. Müsəlmanlar ayılmalı, maddi və mənəvi qüdrətlərini başa düşməlidirlər."

Dünyaya hökmranlıq etmək istəyən hegemon dövlətlər müsəlmanlar arasında məzhəb ayrı-seçkiliyi salmağı, onların arasında vəhdəti pozmağı özləri üçün əvəzolunmaz güclü bir silah sayırlar və bundan öz xeyirlərinə məharətlə istifadə edirlər.

Yuxarıda qeyd etdiyimiz "Qütb" jurnalındakı məqalənin müəllifi bu haqda olmuş əhvalatı belə yazır: "XIX əsrin sonlarında yaşamış məşhur tənbəki fitvasının müəllifi , mərhum Ayətullah Mirzə Şirazinin dövründə Samirə şəhərində iki din qardaşı arasında ticarət üstündə ixtilaf düşür. Və bu ixtilaf böyüyür. Hətta təəssübkeş əhli-sünnədən bir neçəsi Mirzənin evini daşa tuturlar. Ətraf məntəqələrdən gələn şiələr Mirzədən icazə istəyirlər ki, vəziyyəti öz xeyrlərinə dəyişdir­sin­­lər. Mirzə bu təklifi qətiyyətlə rədd edir. Əhvalatı eşidən ingilis və rus səfirləri təcili Mirzənin yanına gələrək onların hərbi və siyasi qüvvəsindən istifadə edib şiə əhalisini qorumağı təklif etdikdə alim onlara rədd cavabı verərək müsəlmanların daxili işlərinə qarışmağa imkan vermir. Osmanlı imperiyasının Bağdaddakı valisi Mirzənin xarici səfirlərə verdiyi cavabdan xəbər tutub Samirəyə gələrək Mirzədən ixtişaş törədən təəssübkeş sünniləri cəzalandırma icazəsini istəyir. Mirzə razı olmayıb buyurur: Bunlar mənim balalarımdır, bir-biri ilə savaşıblar, özümüz münaqişəni həll edərik.

Vali Ayətullah ilə söhbətini Osmanlı sultanına yazır. Sultan özü Mərzəyə aşağıdakı məzmunda teleqram göndərir. “Sizə edilmiş hörmətsizlik müqabilində hər nə istəsəniz, günahkarlar barəsində icra etməyə hazırıq.” Mirzə cavabında yazır: "Biz onları əfv etdik".

Beləliklə, uzaqgörən din xadiminin səbr və bacarığı sayəsində qarşıdurma aradan qalxır. Həm qardaş qırğınının qarşısı alınır, həm də xarici qüvvələrin məsələyə qarışmasına icazə verilmir.


  1. Müasir dövrdə düşmən fitnələrinə qarşı müsəlman­la­rın vəhdət nümayiş etdirməsi

Hal-hazırda dünyada baş verən hadisələrə nəzər saldıqda görürük ki, düşmən qüvvələr müxtəlif hiylələrə əl ataraq müsəlman ölkələrinə qarşı təcavüzlərini davam etdirirlər. Müsəlman ölkələrində təxribat edərək partlayışlar törədirlər. Bununla iki din qardaşını bir-birinə qaldırıb ixtişaşlar yaratmaq istəyirlər. Buna nail olmadıqda hal-hazırda baş verdiyi kimi Əfqanıstan, İraq, Livan kimi ölkələrdə müharıbə­lər törətməklə dinc əhali yaşayan əraziləri bombardman edirlər.

Misrin Əl-Əzhar universitetinin müftisi və fətva vermək icazəsi olan əhli-sünnə alim Şeyx Təntavi Şeyx Səlim Bişri və Şeyx Şəltutun yolunu davam etdirərək sünni-şiə vəhdətini dəstəklədiyini və onların bir-biri ilə ailə qurmalarının heç bir maneə olmadığını, namaz vaxtı bir-birinə iqtida etməsində heç bir şəri qadağa qalmadığını bildirib.

Müsəlmanlar arasında qarşıdurma yaratmaq məqsədi ilə İraqda müqəddəs ziyarətgahların partladılmasından sonra əhli-sünnə və şiə alimləri müsəlmanların ayıqlığını vəhdətin düş­mən hiyləsini zərərsizləşdirməkdə İslam ümməti üçün ən böyük amil olduğunu çatdırdılar və onların çağırışlarından sonra Samirədə hər iki məzhəbdən camaat ilə vəhdət namazı qılındı.

Əfqanıstandan əhli-sünnə din xadimi Movləvi Kəramətullah Siddiq İraqda baş vermiş bu partlayışı pislə­yə­rək, bunun İslam düşmənlərinin işi olduğunu bildirdi. Bu hadisə ilə əlaqədar Türkiyədən MİKAT (Müsahiblər İlim Kültür Araştırma Dernegi) müsəlmanlara fitnə qarşısında birlik nümayiş etdirmələrini istəyərək bəyanat yaydılar.

Bu ilin aprel ayında İraqın sünni alimlərinin Türkiyədə keçirilmiş konfransında şiə və sünnilər arasında ixtilafların olmaması vurğulanıb və törədilən cinayətlərin arxasında ABŞ və onlara qulluq göstərən vəhabilərin dayandığı bildirilib.

Sünni ittifaqının hərbi qolunun rəhbərlərindən olan Hə­mid əl-Ays Frans-pressə verdiyi müsahibədə bütün partla­yış­la­rın və terrorların başında Əl-Qaidənin dayandığı bildirilib. Vəhhabiliyin sünnilikdən ayrılmasını və terrorçuların sünni adlandırılmamasını istəyib.

İordaniyada da keçirilən konfransda İraqdan və digər ölkələrdən gəlmiş 150 əhli-sünnə alimləri iştirak edərək İslam ümmətinin vəhdəti və məzhəblər arası qarşıdurmalardan söh­bət açmışlar. Alimlər yekdilliklə Maliki, Şafei, Hənəfi və Hənbəli məzhəbləri ilə yanaşı Cəfəri, Zeydiyyə məzhəblərini də İslam məzhəbləri kimi qəbul edilməsi haqqında qərarı hələ yarım əsr bundan əvvəl əl-Əzhar universitetinin rəhbəri, əhli-sünnənin böyük alimi müfti Şeyx Şəltutun çıxışlarının birində Cəfəri məzhəbinin də İslami məzhəb olduğu və bu məzhəbə tabeçiliyinin düzgünlüyü barəsində tarixi fətvasını bizim fikrimizdə yenidən canlandırır.

Konfransda xüsusilə Cəfəriləri kafir bilən fitvaların əsassız və haram olduğu bildirildi. Müsəlmanlarla bir araya sığmayan vəhabilərin ən çox sünni adı altında terror planlarını həyata keçirdiklərinə görə alimlər sünnilərin vəhhabilərdən ayrı olduqları haqda qərar verdilər.

İndiki qarışıq vəziyyətdə sünni alimlərdən şiələrlə qardaşlıq fətvalarının verilməsi bu proseslərin qarşısını almağa kömək edəcək. Ümid edirik ki, müsəlmanlar ayıqdırlar və düşmən hiylələri Allahın köməyi ilə heç vaxt baş tutmayacaq. Müsəlmanlar Quran və əhli-beyti rəhbər tutmaqla dostu düşməndən ayırd edib düzgün hərəkət edəcəklər. Onlar Allahın köməyi ilə heç vaxt fitnəyə, təxribata uymayacaq və böyük İslam alimlərinin rəhbərlərinin ağıllı, müdrik məsləhətləri ilə birliklərini daha da möhkəmləndirib, düşmənlərin planlarını puça çıxaracaqlar.

İlahi! Biz əllərimizi dərgahına qaldırıb bu fitnələrdən Sənə pənah aparırıq. Müsəlmanların Quranı düzgün anlayıb, əhli-beyti tanımalarını və hamılıqla İmamın (ə.s) zühurunun tezləşməsini səndən istəyirik.

İlahi! Məsumlarımıza təvəssül edib, onların dili ilə Səndən kömək diləyirik. İmamımızın qaıb olmasından, düş­mən­ləri­mi­zin əl-ələ verib fitnə-fəsad törətməsindən Sənə şikatət edirik.

Sənin əmrinin nazil olmasını, verdiyin vədin həyata keçməsini, düşmənlərin əzaba düçar olmasını gözləyirik.



İlahi! Süstlüyümüzü, laqeydliyimizi, zəifliyimizi aradan apar. Bu işin tezləşməsi üçün şərait yarat və İmamın (ə.s) zühurunu asan et. Bizi onun layiqli əsgərlərindən qərar ver! Amin!
İstifadə olunan kitablar:

  1. Qurani-Kərim 2004

  2. Əli ibn Əbu Talib "Nəhcül-bəlağə"

  3. M.M.İştihardi "101 maraqlı mübahisə" Qum, 2001

  4. S.Sərəfuddin "Əl-müraciat " Qum, 1998

  5. "Həzrət Əlinin həyatı və şəxsiyyətinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları", 2001

  6. M.Mütəhhəri "Son yüzillikdə İslam hərəkatlarının xülasə təhlili", 1993

  7. C.Sübhani "İslam tarixi", 1997

  8. Fələstin İmam Xomeyni nöqteyi-nəzərindən, 1995

  9. "Qütb jurnalı"№6, 1999

  10. "İslam həqiqətləri" qəzeti № 10, 2006

  11. "Birlik-press " qəzeti № 23, 24, 26, 41, 2007

  12. "Nəbz" qazeti, № 96, 2006 № 46, 2007

  13. "Hikmət" jurnalı, № 10, 2007

1 Ali-İmran surəsi, ayə 105

2 Ali-İmran surəsi, ayə 103

1 Ənfal surəsi, ayə 46

2 Hucurat surəsi, ayə 10

1 Ali-İmran surəsi, ayə 103

1 Bəqərə surəsi, ayə105

2 Bəqərə surəsi, ayə 120

3 Ali-İmran surəsi, ayə 69

4 Ali-İmran surəsi, ayə 110, 111

5 Ali-İmran surəsi, ayə 21

1 Ali-İmran surəsi, ayə 21

2 Fatir surəsi, ayə 10




Yüklə 346 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə