İsa hüseynov yaradiciliğinda insan problemi Tamilla ƏLİyeva 1



Yüklə 48,54 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü48,54 Kb.
#13381


Journal of Azerbaijani Studies  

421 


İSA HÜSEYNOV YARADICILIĞINDA İNSAN PROBLEMİ 

 

Tamilla ƏLİYEVA 

1

 

(Xəzər Universitəsi) 

 

 

Ekzistensial fəlsəfənin əsasını təşkil edən insan problemi zaman-zaman bədii 



ədəbiyyatın da başlıca problemlərindən olmuşdur. Cəmiyyət dəyişdikcə insanın 

cəmiyyətdəki rolu da dəyişdiyindən bədii təfəkkürdə dərhal öz əksini tapmışdır. 

XX əsrin əllinci illərində cəmiyyətin inkişafının yeni mərhələyə (siyasi, iqtisadi 

münasibətlər  sistemində)  daxil  olması  bədii  fikrin  də  əsas  diqqətini  insan 

probleminə yönəltdi. 

Bədii təfəkkürdə insanın həyatla əlaqələrinə insan və təbiət amilləri arasında-

kı qarşılıqlı münasibətlərə geniş önəm verildi. İnsan mürəkkəbliyini (fərdi, sub-

yektiv keyfiyyətləri ilə birgə) bütün çalarları ilə təsvir etmək yazıçıdan yeni təs-

vir və ifadə üsulları formalaşdırmanı tələb edirdi. Bütövlükdə İttifaq ədəbiyya-

tında müşahidə edilən bu prosesin əsası, əslində Azərbaycan ədəbiyyatında 50-

ci illərdə qoyulur. Hələ vaxtilə tənqidçi A.Hüseynov ədəbiyyatımızda mövcud 

olan bu prosesi düzgün müşahidə edərək yazırdı: «Buradan belə bir qənaətə gəl-

mək mümkündür ki, epik vüsətin keçilməsi yalnız 60-cı illərdə fəaliyyətə başla-

mış ədəbi nəslin yaradıcılığı ilə bağlı hadisə deyildir, əslində həmin əsərlər bu 

cəhətdən gənclərin əsərlərindəki üslubi istiqamətin müəyyənləşməsi üçün zəmin 

olmuşdur. Ümumiyyətlə, nəsrimizin yığcam formalara doğru aşkar meylinə dair 

söhbətə orta nəslin fəaliyyətindən başlamaq daha məqsədəuyğundur (5, 4). 

Bu cəhətdən yazıçı İsa Hüseynovun yaradıcılığı zəngin material verir. Belə 

ki,  yazıçı  hələ  ilk  əsərlərində-hekayə  və  povestlərində  insanın  daxili  aləmini 

göstərməyə meyl edirdi. Atası haqqında yazdığı oçerkində  də o, ədəbi prosesdə 

mövcud  olan  stereotipləri  dağıtmağa  çalışırdı.  Dövrün  görkəmli  tənqidçisi 

M.Hüseynin  «Səni  tənbeh  eliyəcəm.  Oçerkdə  niyə  öz  atandan  yazmısan? 

sözlərinə: «Çünki atamı yaxşı tanıyıram» cavabı isə nəinki İ.Hüseynovun, eləcə 

də  yeni  nəslin  və  yeni  nəsrin  əsas  kredosuna  çevrilir.  Bu  dövrdən  başlayaraq 

İ.Hüseynov  yaradıcılığında  yeni  mərhələnin  başlandığını  aydın  görmək  olar. 

Xüsusilə  insan  obrazlarının  yaradılmasında,  həyat  hadisələrinin  təsvirində 

lirizm  və  psixoloji  təhlilə  və  yeni  üsullar  axtarmağa  meyl  özünü  göstərməkdə 

idi.  Onun  «Teleqram»,  «Saz»,  «Tütək  səsi»,  «Kollu  koxa»,  «Quru  budaq», 

«Şəppəli»,  «Yanar  ürək»  əsərlərinin    hamısında  insan    və  təbiət  amilinə 

üstünlük verilirdi. 

«Kollu  Koxa»  povestində  yazıçının  insanı  psixoloji  aspektdə  təsvr  edərək 

qəhrəmanın  xarakter  və  düşüncələrini,  psixologiyasını  xalq  düşüncəsi  ilə 

bağlamağa  çalışır.  Əsərin  qəhrəmanı  xarakteri,  duyğu  və  düşüncələri  ilə  xalq 

                                                 

1

 Xəzər Universitəsi  




422  

Tamilla Əliyeva 

içərisindən  çıxdığı  üçün  onun  ümumiləşmiş    obrazına  çevrilir.  Kollu  Koxanın 

psixologiyasında təsvir edilən cəhətlər onun insan obrazını canlı etdiyi kimi,bir 

qədər  də  bütövləşdirir.  Yazıçı  elə  ilk  andaca  Kollu  Koxa  haqqında  bir  neçə 

informasiya  verməklə  obrazın  şəxsiyyətinə,  hərəkət  və  fəaliyyətinə  maraq 

yaradır.  Obrazın  şəxsiyyəti  ilə  bağlı suallar oxucu  marağını  daha  da  artırır:  «-

Cında qarı, Dingə Dəmir, Həsir Haşım». 

Siyahı uzundur. Bizim Qaracalarda, uşaqları və yeniyetmələri çıxmaq şərtilə, 

neçə  Adam  varsa,  bir  o  qədər  də  ləqəb  var.  İndii  o,  kənddə  yoxdur.  İndinin 

özünün də ləqəbi var: Kollu Koxa. Bəs bu lqəbi Kim qoşub? Nə üçün Kollu» (1, 

259). 


Bu suallar indi Qaracalarda olmayan, nə vaxt dönməsi də bilinməyən Kollu 

Koxanın  yalnız  fərdi  xüsusiyyətləridir.  Lakin  onu  cəmiyyətə  bağlayan,  onu 

subyektivlikdən  çıxarıb  ictimai  münasibətlərə  çevirən  detallar  da  az  düeyildir. 

Kollu  Koxa  indii  Qaracalarda  yoxdur,  haçan  gələcəyi  isə  məlum  deyil.  Lakin 

Kollu  Koxa  heç  kimin    yadından  çıxmır.  Hətta  kolxox  sədri  belə  onun  kəndə 

qayıtmasından sonra atacağı addımları; idarə heyətinə ərizə verib işdən çıxmağı, 

evini  satıb  arvad-uşağını  götürüb  buradan  getməyi  fikirləşir.  Koxanın  yenidən 

Qaracalara  qayıdacağını  fikirləşəndə  onu  xof  bürüyür,  çalışır  ki,  heç  olmasa 

bircə  saatlığa  onu  unutsun.  Lakin  mümkün  olmur.  Koxa  qarşısında  dayanıb 

nəfəs alır, gülə-gülə «Cındı qarı, Dinqə Dəmir, Həsir Haşım», - deyə sadalayır. 

Koxanın  ləqəbləri  sərrast  və  tutarlı  olur,  hətta  rayondan  gələn  qonaqlar  belə 

Koxadan  ləqəbləri  sadalamağı  təkidlə  xahiş  edirdilər.  Əsərin  psixologizmi  də 

məhz  buradan  doğur.  Yazıçı  ayama  qoşan  Kollu  Koxanın  dili  ilə  insanların 

daxili  aləmini,  duşuncəsini,  xarakterini  ğaçmağa  çalışır  və  deməliyik  ki,  buna 

nail olur. 

Kollu Koxa obrazının əsərdə oynadığı ictimai yük hərtərəflidir. Kollu Koxa 

hamı  kimi  bir  fərd  olmasına  baxmayaraq  cəmiyyətə  təsir  göstərir,  onu 

təmizləyir, saflaşdırır, sağlamlaşdırır. O, bununla camaatın gözünü açır, ona pisi 

yaxşıdan  seçməyi  öyrədir.  Yazıçı  «ayama»  qoşmaqla  şeir  qoşmağı  müqayisə 

edərək  üstünlüyü  birinciyə  verir  və  demək  istəyir  ki,  xəlvətə  çəkilib  mənasız 

şeirlər yazmaqdansa cəmiyyət üçün bu cür xeyirli işlər görmək lazımdır. 

Kollu  Koxa  obrazında  insanın  fərdi  aləminin  təsviri  probleminə  toxunan 

tənqidçi  A.Əfəndiyev  obrazın  bu  xüsusiyyətini  yüksək  qiymətləndirərək 

yazırdı:  «Kollu  Koxanın  fəaliyyəti,  müəyyən  mənada,  kollektivin  vicdanı, 

özünü dərketmə qabiliyyəti, narahatlığı, inkişaf təmayülü - səviyyəsinə yüksəlir. 

O,  ətrafındakılara  yalnız  zahiri  təsir  göstərmir.  Onların  daxili  aləminə  nüfuz 

edir,  onları  düşünməyə,  həyacanlandırmağa,  narahat  olmağa  vadar  edir.  Adi 

suçu ilə savadlı aqronomu da, rayonun fəxri sayılan Qılınc Qurbanı da, inzibati 

işçiləri  də  rahat  yaşamağa  qoymayır.  Onlara  gülür  və  onları  kamilləşdirir» 

(4,45). 


Psixoloji hadisələrə qüvvətli meyl, insanı bütün mürəkkəbliyi, ziddiyyətləri 

ilə  təsvir  etmək  İ.Hüseynovun  yaradıcılığı  üçün  əsas  xüsusiyyətlərdəndir. 

İsfəndiyar  («Saz»),  Nuru  («Quru  budaq»),  Şəppəli  («Şəppəli»),  Kollu  Koxa 



İsa Hüseynov yaradıcılığında insan problemi 

423 


(«Kollu  Koxa»)  zahirən  fərdi,  şəxsi  münasibətlər  müstəvisində  düşüncələri, 

arzuları, istəkləri subyektivlikdən kənara çıxararaq bütövlükdə insanın duyğu və 

düşüncələrini əks etdirir, ictimai məzmuna malik olur. 

İnsanın daxili və mənəvi aləminin təsviri, fərdlərarası münasibətlərin ictimai 

məzmun qazanması İ.Hüseynovun «Saz» povestində qabarıq verilib. Yazıçı bu 

əsərində  insanın  mahiyyətinə  enir,  fərdi  mücərrəd  bir  şəkildə  deyil,  ictimai 

mühitdə,  öz  gerçəklyində  və  ictimai  münasibətlər  müstəvisində  göstərməyə 

çalışır.  Povestdə  iki  qocanın,  iki  el  ağsaqqalının  xarakterli  hadisələrin, 

qanunauyğunluğun  inkişaf  prosesində,  həyati  münasibətlər  çəçivəsində 

müəyyənləşir.  Bu  iki  fərdin  qarşılaşması  ictimai  münasibətlərin  qarşı-qarşıya 

durması  şəklində  təcəssüm  edir.  İsfəndiyar  və  Qılınc  Qurban  eyni  cəmiyyətdə 

yaşasalar da, bir fərd olaraq fərqli xüsusiyyətlərə malikdirlər. Onların iş üsulları, 

cəmiyyətə, insanlara baxışları da fərqli və müxtəlifdir. 

Yazıçı  bu  iki  konkret  obrazın  hadisə  və  insanlara  münasibətində  bütöv  bir 

cəmiyyətin obrazını yaradır. Yazıçı obrazlar arasında gedən mənəvi münaqişədə 

tendensiyaçılıq  göstərmir,  daha  çox  bu  mənəvi  münaqişənin  köklərini, 

səbəblərini  təsvir  etməyə  çalışır.  Qılınc  Qurbanın  insanları  çəkindirən 

hərəkətlərinin obyektiv nədənini hiss etdirir. Müharibənin insan psixologiyasına 

və  münasibətlərinə  gətirdiyi  xüsusiyyətlər  (ehtiyac  və  ağırlıqdan  adamların 

korlanması)  Qılınc  Qurbanı  daha  da  sərtləşdirdiyi  halda,  İsfəndiyar  kişini 

həssas, diqqətcil və hörmətcil edir. Hadisələrin sonrakı inkişafı onların feldşer 

Hacıya münasibətində ən yüksək nöqtəyə çatır. 

Feldşerlə  Qılınc  Qurbanın    və  İsfəndiyar  kişinin  münasibəti  insan  və  onun 

mövcudluğunu  təsvir  etmək  üçün  yazıçının  əlində  ən  yaxşı  koordinat  rolunu 

oynayır.  Ekzistensial  təfəkkürə  görə  insana  münasibət  adi  hallarda  müəyyən 

oluna  bilməz.  İnsan  hər  hansı  mühitdə  müəyyən  oluna  bilər,  çünki  o,  mistik 

təbiətə  malikdir,  onun  meydana  çıxması  üçün  xüsusi  məntiqə  malik  mühit 

olmalıdır.  «Saz»  povestində  də  belə  olmuşdur.  Yazıçı  insan  və  onun 

mövcudluğunu  təsvir  etmək  üçün  müharibə  mühitini  əsas  götürmüşdür.  Adi 

mühitdə, bəlkə də nə Qılınc Qurbanın, nə də digər insanların feldşerə münasi-

bətlərinin komponentlərində həmin xüsusiyyətlər durmayacaqdı. Lakin əsgər ai-

ləsinin namusunu qorumaq tezisi Qılınc Qurbanı feldeşeri dama salmağa, insan-

ları eşitdiklərinə inanmağa məcbur edir. Bu cür mühitdə xeyir və şər eyni şəkil-

də dolaşır. Bu mühitdə şeytanlar çoxaldığı kimi, insanı hisslər də daha artıq də-

rəcədə  baş  qaldırır.  İnsanın  insana  inamı,  Allaha  inamı  heç  zaman  itmir.  Ona 

görə də  dustaq  damına  salınan  feldşer  Hacı  bilir  ki,  ona  yalnız  İsfəndiyar  kişi 

inana bilər: «Sən ki, məni tanıyırsan, İsfəndiyar əmi! Sən ki, mənim ürəyimə öz 

ürəyin kimi bələdsən, isfəndiyar əmi! Niyə ona demirsən, niyə başa salmırsan? 

Bundan  sonra,  bu  damğadan  sonra  mən  başımı  qaldırıb  necə  baxım  camaatın 

üzünə?! Hörmətli, şöhrətli dağ boyda Qılınc Qurban deyəndə hamının dili orta-

sından iki yarılır, nə deyir, hamısına inanırlar!» (1, 54). 

İ.Hüseynovun təsvir etdiyi mühitdə insan, ona inam vardır vı bu inamı yazıçı 

özü yaratmır, obrazın daxili aləminin məntiqi inkişafından doğur. Yazıçı əsərlə-



424  

Tamilla Əliyeva 

rində insan psixologiyasına, onun mənəvi-daxili aləminə, dövrün, cəmiyyətin və 

mühitin  problemlərinə  daha  çox  diqqət  yetirir.  İ.Hüseynov  yaradıcılığında 

psixologizmin,  insanın  daxili  aləminə  enmənin  üstünlük  qazandığı  əsərlərdən 

biri  də  «Tütək  səsi»  povestidir.  Yazıçı  burada  müharibə illərinə  nəzər salır  və 

insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək 

fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin 

sonrakı  mərhələlərində  də  insanın  mövcudluq  uğrunda  aparacağı  mübarizəyə 

işarə  edir:  «_  Əppək…  əppə-ək..  əp-pəək…  -  aradan  uzun  illər  keçməsinə 

baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. 

Onu  dinləyə-dinləyə  mən  illəri  adlayıb  keçmişə  qayıdıram  1942-ci  ilin  hələ 

əsgərlik yaşı çatmamış vətəndaşı oluram» (2, 283). 

Lakin  yazıçının  məqsədi  heç  də  müharibə  dəhşətlərini  göstərmək 

olmamışdır,  onun  insanların  mənəvi  aləminə  gətirdiyi  bəlaları,  kataklizmləri 

təsvir  etməyə  çalışmışdır.  Yazıçı  iki  oğul  anası  Söylünün  müharibəyə  gedən 

ərinin  ölüm  kağızını  aldıqdan  sonra  Cəbrayılla  evləndikdən  sonra  ailəyə 

gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən  qapının bağlı 

olduğunu  görürlər.  Rəngi  ağaran  Cümrü  «yəqin  anam  özünü  öldürüb»  deyə 

fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə 

hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, 

- Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? 

- Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq 

gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap 

birtəhər  oldmuşdum,  Nuru.  Bu  yandan  ataları  belə  getdi,  bu  yandan  da  indii 

girib içəridə analarının meyitini görəcəklər» (2, 301). 

Beləliklə,  mühitin  yaratdığı  vəziyyət  insana  münasibəti  dəyişir,  yazıçı 

müharibəni başlayan alman  faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan 

Cəbrayılı eyni tutur. 

İnsanın  ancaq  Allaha  münasibətdə  mövcudluğu  İ.Hüseynovun  «Məhşər» 

romanında  da  özünü  göstərir.  Romanın  tarixi  mövzuda  olması  müəllifə  insan 

konsepsiyasını  ortaya  qoymasına  imkan  verir.  Müasir  mövzuda  yazdığı 

əsərlərində  İ.Hüseynov  insan  konsepsiyasında  özünü  müəyyən  çərçivəyə 

salmasına  məcbur  edirdisə,  tarixi  mözulu  əsərində  belə  bir  maneə  ilə  üzləşir. 

Üstəlik, «Məşhər» romanının əsas xəttinin hurifizm fəlsəfəsini bədii təfəkkürdə, 

fikirdə əks etdirən Nəsiminin həyatı və şəxsiyyəti dururdu. Hurifizm təlimində 

Ən  başlıca  yer,  insanın  tutduğunu  nəzərə  alsaq,  İ.Hüseynovun  «Məşhər» 

əsərində insan konsepsiyasının qoyuluşunun mahiyyətini aydın dərk etmək olar. 

Belə  ki,  hurifizm  təlimi  insanı  ictimai  bir  varlıq  kimi  deyil,  «İlahi  qüvvənin» 

təcəssümü və təzahürü kimi başa düşürlər. Hurifiliyin əsas məğzi ondan ibarət 

idi ki, o, insanın qarşısında özünü dərk etmək vəzimfəsini qoyurdu. Hürifilərin 

insan haqqındakı təliminə görə ruh cisimdən əvvəl yaranmışdır. Yəni Allah gizli 

bir  xəzinə  olan  öz  varlığını  aşkar  etmək  və  özünü  tanıtmaq  üçün  insanları 

yaratmışdır.  Allah  müxtəlif  zamanlarda  üç  şəkildə  (peyğəmbər,  imam,  Allah) 

özünü göstərir  (3). 



İsa Hüseynov yaradıcılığında insan problemi 

425 


ƏDƏBİYYAT 

 

1.

 



Hüseynov İ. Seçilmiş əsərləri. 3 cilddə, 1c. B., 1988. 

2.

 



Hüseynov İ. Seçilmiş əsərləri. 3 cilddə, 2c. B., 1988. 

3.

 



Hüseynov İ. Məhşər. B., 1989 

4.

 



Əfəndiyev A. Müdriklik səlahiyyəti. B., 1978. 

5.

 



Hüseynov A. Sənət meyarı. B., 1982. 

 

 

Summary 

 

HUMAN PROBLEM IN ISA HUSEYNOV’S CREATIVE LIFE  

 

Tamilla ALİYEVA 

(Khazar University) 

 

The article observes on the human issues in the I. Huseynov’s  works. A Human issue being 

the  object  of  the  existentialism  philosophy  is  also  related  to  the  literature.  How  a  human  is 

changing  to  join  with  the  changing  world  is  related  in  the  literature.  The  writer  pays  particular 

attention to a person’s psychology, his inner world the issues of society and environment. 

Key words: literature, existentialism, modernism, philosophy 



 

 

Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə