İşarə, anlam, məna və məzmun anlayışları haqqında İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine F. Y. Veysəlli



Yüklə 134,49 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü134,49 Kb.
#12254


147

İşarə, anlam, məna və məzmun 

anlayışları haqqında

İşaret, Anlam, Mana ve İçerik 

Kavramları Üzerine

 F. Y. Veysəlli



*

1

Özet: Makalede, dil felsefesi ve lengüistik felsefe ekollerine 

ilişkin  bilgi  verilir.  F.  de  Saussure’ün  ve  Y.  S.  Maslov’un 

işaretin (Yunan. sēmeîon), işaretleyenin (signifiant, Lat. sig-

nificatum)  ve  işaretlenenin  (signific)  üzerine  göstergebilim 

temelinde  dile  getirdikleri  lengüistik  görüşleri  belirtilir. Al-

man matematikçisi ve filozofu G. Frege’nin işaretin fonksi-

yonu, anlamı, manası ve içeriğine ilişkin önemli görüşler ileri 

sürdüğü ve bununla çağdaş lengüistik felsefenin temelini attığı 

vurgulanır. Onun teorisinde, işaretin anlamının ve söz konusu 

anlamda temsil olunanın veya eşya ve olayın türünün, eşyanın 

ve olayın manasından (İng. meaning, Rus. znaçenie) farklılık 

gösterdiği tespit olunur. Anlam, insan beyninde önceki deney-

imlerden vuku bularak hafızada muhafaza olunan bir iz veya 

iz düşümü  olarak tanımlanır. Eşya ve olayı meydana getiren 

olgu anlam (Alman. sinn, İng. sense, Rus. smısl) adlandırılır, 

onun özellikleri kelime ve cümle örneklerinde mantıksal ve 

matematiksel yöntemlerle açıklanır. 

Anahtar sözcükler: Dil, lengüistik, felsefe, semyotik, işaret, 

anlam, mana, içerik, gerçeklik değeri



On Concepts of Sign, Sense, 

Meaning and Content

Abstract: Language, besides being a means of communica-

tion among the individuals making up the society, has trig-

gered and motivated several nations, like Ireland, on the way 

to independence. It also helps the individuals develop a strong 

and effective identity and win dominance over those around. 

In this process, one must speak the same language as his lis-

teners, and to have an effective and strong skill of address-

ing, namely rhetoric or oratory. One of the best examples to 

what could be called one’s self-realization through language 

is Christy in “The Playboy of the Western World” by the Irish 

playwright J. M. Synge.

Key  words:  Language,  linguistics,  philosophy,  semiotics, 

sign, meaning, sense, content, truth value

**

   Prof. Dr. Azerbaycan Millî Bilimler Akademisi Nesimi Dilcilik Enstitüsü Direktörü Vekili



Dil Araştırmaları 

Sayı: 11  Güz 2012, 147-161 ss.




148

F. Y. Veysəlli



Giriş

Müasir  dilçiliyin  fəlsəfə  ilə  sıx  əlaqəsi  özünü  daha  çox  ontoloji  və 

metodoloji  problemlərin  tədqiqində  aydın  büruzə  verir.  Məlumdur  ki,  adlarla 

onların  daşıyıcıları  arasındakı  münasibətlər  qədim  yunan  filosoflarının 

yaradıcılığında həmişə aparıcı yerlərdən birini tutmuşdur. Onlardan sonra orta 

əsrlərdə  məna  və  onun    işarəsi  geniş  araşdırmaların  mövzusuna  çevrilmişdir.  

N.Tusi işarə və onun təbiəti haqqında maraqlı fikirlər söyləmişdir. Q. Laybnis 

və V.  fon  Humboldtun  dil  və  işarələrlə  bağlı  söylədikləri  çoxsaylı  fikirlər  də 

sonralar  dil  fəlsəfəsinin  inkişafına  güclü  təkan  vermişdir. V.  fon  Humboldtan 

sonrakı  dilçilik  isə  daha  çox  taksonomik  (təsnifləndirmə)  və  biheyviorizm 

(təbiətşünaslığa  istiqamətləndirilmiş  psixoloji  tədqiqat  sahəsi)  yönümündə 

inkişaf etməyə üstünlük verərək dilin sistem və struktur əlaqələrinin açılmasına  

və  onun  üzvlənməsi  məsələlərinə  daha  çox  diqqət  yetirmişdir.  Ancaq  N. 

Xomskinin  səyləri  nəticəsində  fəlsəfi  dilçilik  yenidən  gündəmə  gəldi  və  bu 

gün  həmin  istiqamətdə  aparılan  araşdırmalar  dilin  semiotik  xüsusiyyətlərini 

öyrənməklə  linqvistik  fəlsəfəni  dil  fəlsəfəsindən  ayırmağa  çalışır  (Veysəlli 

2005).

Hazırda  danışıq  aktı  nəzəriyyəsinin  güclü  inkişafı  nəticəsində  dilçilik 



fəlsəfəsi  ilə  dil  fəlsəfəsini  artıq  bir-birindən  ciddi  şəkildə  ayırmaq  mümkün 

olmuşdur.  Müasir  tanınmış  dilçi  J.  Katsa  görə  dil  fəlsəfəsi  dilin  forması  ilə 

məzmunu  və  konseptuallaşmasının  (qavramlaşmasının)  forması  ilə  məzmunu 

arasında sıx əlaqənin olduğunu əsaslandırmağa çalışır. O yazır: “Dil fəlsəfəsinin 

spesifik  vəzifəsi  bu  baxımdan  bu  əlaqəni  tədqiq  etməkdən,  dil  quruluşu 

(strukturu)  barədə  mümkün  bazaya  söykənən  anlayışlar  idrakının  quruluşu 

haqqında  fərziyyələr  sistemini  işləyib  hazırlamaqdan  ibarətdir...  Bununla  da, 

-deyə  o  davam  edir-,  dil  fəlsəfəsi    dilçilik  fəlsəfəsindən  fərqlənən  bir  sahəyə 

çevrilir, yəni nəzəri təbiətşünaslığın elə bir sahəsinə ki, onun əsas marağı təsviri 

dilçilik  nəzəriyyələrinin  metodologiyasının  və  təcrübəsinin  yoxlanılmasından 

ibarətdir”(Katz 1971: 13).  

Sitatdan  göründüyü  kimi,  müəllif  dil  fəlsəfəsini  dilçilik  fəlsəfəsindən 

ayırır.  Dil  fəlsəfəsi  dilin  mahiyyətini,  sistem  və  struktur  özəlliklərini  fəlsəfi 

zəmində tədqiq etməlidirsə, dilçilik fəlsəfəsi bu elmin digər elmlər içərisində 

yerini müəyyənləşdirməlidir.

Sözügedən metadoloji fərqi J. Syörl daha aydın şəkildə nəzərə çarpdırır və  

linqvistik fəlsəfənin müəyyən fəlsəfi problemlərini hər iki elmi istiqmətin ümumi 

kontekstində həll etməyə çalışır. O, linqvistik fəlsəfənin, hər şeydən öncə,  ayrı-

ayrı söz və başqa elementlərin müəyyən bir dildə işlənilməsinə diqqət çəkdiyini 

göstərir, dil fəlsəfəsinin isə müəyyən ümumi, deyək ki, referens, gerçəklik, məna 

və zərurət kimi hadisələrin fəlsəfi cəhətdən uğurlu təsvirini verməyə çalışdığını 

ifadə edir. Dil fəlsəfəsində ayrılıqda götürülmüş bir dilin müəyyən elementlərilə 




149

İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine

yalnız  ötəri  məşğul  olunduğu  sözügedən  alimin  görüşlərində  təsbit  edilir.  Bu 

fəlsəfənin empirik və rasional tədqiqat metodu analoji sahənin öyrənilməsində 

özünü daha çox apriorik olaraq   göstərir. Ancaq həmin fəlsəfə də təbii dillərin 

faktlarına  daha  çox  diqqət  yetirilməsinin  zəruri  olduğunu  vurğulayır.  Bu  isə 

“linqvistik  fəlsəfə  ilkin  olaraq  metodu,  dil  fəlsəfəsi  isə  obyekti  əsas  götürür” 

(Searl 1983: 12) fikrinin əsaslandırılmasının aktuallığını ortaya qoyur. 

Beləliklə,  dil  fəlsəfəsi  və  linqvistik  (dilçilik)  fəlsəfənin  ayrılan  və 

örtüşən  özəlliklərinin  müəyyənləşdirilməsi  müasir  sosial  elmlərin  ən  aktual 

problemlərdən biri olaraq diqqəti çəkir. Bunun üçün də məqalədə işarә, anlam, 

mәna və mәzmun anlayışlarının dil və dilçilik fəlsəfəsi baxımından örnəklərilə 

konkret olaraq öyrənilməsi üzərində durulmuşdur.



1.  İşarə-inikas  nəzəriyyəsi  və  söz-ifadə  fonunda  anlam,  məna    və 

məzmun anlayışları

Son  illərin  dil  fəlsəfəsində  anlam,  məna  və  məzmun  anlayışları  işarə 

nəzəriyyəsi  fonunda  daha    ciddi  mübahisə  obyektinə  çevrilmişdir.  Dilçilik 

elmində  isə  linqvistik  baxımdan  işarənin  təbiəti  və  məziyyəti  haqqında  ilk 

mükəmməl  fikir  söyləyən  alim,  şübhəsiz  ki,  F.  de  Sössür  olmuşdur.  O  dilin 

işarələr sistemi olduğunu xüsusi vurğulayır və dilçiliyi semiologiyanın tərkib 

hissəsi kimi götürməyi israr edirdi (Saussure 1967). F. de Sössür bununla bağlı 

olaraq yazır: “Dil (langue) təsəvvürlər ifadə edən, bununla da yazı, lal-karların 

əlifbası, simvolik rituallar, nəzakət formaları, hərbi siqnallar və s.-lə müqayisə 

edilə bilən işarələr sistemidir. Ancaq o, bu sistemlərin ən vacibidir. Sosial həyat 

çərçivəsində  işarələrin  həyatını  öyrənən  belə  bir  elm  təsəvvür  etmək  olar  ki, 

bu  da  sosial  psixologiyanın,  bununla  da  ümumi  psixologiyanın  bir  hissəsini 

təşkil  edir.  Biz  onu  semiologiya  (yunanca  “sēmeîon”-işarə)  adlandıracağıq. 

O,  bizə  işarələrin  nədən  ibarət  olduğunu  və  hansı  qanunların  onları  idarə 

etdiyini  öyrətməlidir.  Hələ  mövcud  olmadığı  üçün  indidən  onun  nə  olacağını 

söyləmək qeyri-mümkündür. Ancaq onun mövcud olmağa haqqı vardır. Onun 

yeri  əvvəlcədən  məlumdur.  Dilçilik  bu  ümumi  elmin  yalnız  bir  hissəsidir, 

semiologiyanın  aşkar  edəcəyi  qanunlar  dilçiliyə  tətbiq  edilə  biləcək  və  bu 

axırıncı (dilçilik-F.V.) da  insan münasibətləri içərisində çox konkret bir sahəyə 

aid  olacaqdır.  Psixoloqun  işi  semiologiyanıın  yerini  müəyyənləşdirməkdir, 

dilçinin vəzifəsi isə dilin (langue)  nə ilə semioloji təsisatlar içərisində xüsusi bir 

sistem olmasını göstərməkdir. Әgər dilçiliyə biz ilk dəfə elmlər arasında xüsusi 

yer tapa biliriksə, bu yalnız ona görə mümkündür ki, biz onu semiologiyaya aid 

edirik”(Saussure 1967: 19). 

  F.  de  Sössürün  mühazirələrində  dilin  işarələr  sistemi  arasındakı 

yeri,  dilçiliyin  ümumi  elmlərə  münasibəti  və  dil  işarələrinin  bir  sıra  spesifik 




150

F. Y. Veysəlli

xüsusiyyətləri  öz  əksini  tapmışdır:  ikitərəflilik  (siqnifiant  işarələyən  və 

siqnific  işarələnən),  ixtiyarilik  (arbitralıq),  diskretlik  (bölünməzlik),  işarənin 

dəyəri  (valeur),  sinxron/diaxron  düzxəttliliyi,  hierarxikliyi  və  s.  Bunların  hər 

biri  sanballı  diskussiyaların  və  dərin  elmi  dartışmaların  mövzusu  olmuşdur 

(Saussure  1967:77-78).  F.  de  Sössür  israr  edirdi  ki,  dil  işarəsi  şeylə  adı  yox, 

anlayışla akustik obrazı birləşdirir, odur ki, dil işarəsi ikitərəfli psixi varlıqdır. 

Deməli,  onun  nəzəriyyəsində  işarənin  iki  tərəfi  daha  qabarıq  göstərilir: 

signum=signans+siqnatum və ya bildirmə, göstərmə= işarələyən+ işarələnən. 

Y. S. Maslov isə məsələyə bir qədər başqa  şəkildə  yanaşır. Onun fikrinə 

görə, işarənin eksponenti, maddi varlığı (sözün fonem və ya qrafem ardıcıllığı) 

olmasa işarə öz informativliyini və ya geniş mənada kommunikativ funksiyasını 

yerinə  yetirə  bilməz. Akustik  obraz,  danışıq-motor  hərəkəti  (eşitmə,  görmə  və 

eksponenti yaradan hərəkətlər) eksponentin şüurda inikasıdır, ona görə də, təbii 

ki, ikincidir. “Bu inikas öz orijinalı olmadan gerçəkləşə bilməz. Daha doğrusu, 

fonem ardıcıllığı adamlar tərəfindən eşidilməlidir ki, onlar bu sistemi özləri işlədə 

bilsinlər və “bərkdən” tələffüz etmədən onu “anlaya” bilsinlər” (Маслов 1967: 

109-127). Ünsiyyət aktı maddi cəhətdən səslərlə reallaşdığından sözügedən inikas 

hər hansı dil kollektivində yer alan hər bir dil daşıyıcısının beynində iz və ya əks 

kimi  mövcuddur.  Sıfır  komponent  də  fəlsəfi  anlamda  maddidir.  Y.  S.  Maslov 

işarənin  məzmununu  da  referentin  ideal  inikası  hesab  edir.  Xüsusi  isimlərin 

məzmunu müvafiq fərdi predmetlərin, ümumi isimlərinki isə predmetlərin müvafiq 

siniflərinin  ümumiləşmiş və sxematik inikasıdır. Bu inikas sxematikdir, sadəcə 

olaraq anlamın zəif konturudur (Маслов 1967: 109-127).

İnikas öz obyektilə müqayisədə ikincidir. Çünki bu, mahiyyət etibarilə 

şüurdakı izdir, ləpirdir. Ancaq o davranışa təsir göstərir. Bir tərəfdən işarələrin 

maddi eksponenetləri onlarla bağlı şüurda olan təsəvvürlər zəminində tələffüz 

olunur,  digər  tərəfdən  işarə  nəinki  real  gerçəkliyi  əks  etdirir,  o  həm  də 

həmsöhbətdə müəyyən assosasiyalar doğurur. 

Eksponentlə referent arasında birbaşa əlaqə yoxdur. Әlaqə yalnız həmin 

işarədən istifadə edən adamların şüuru vasitəsilə olur. Bu əlaqə şərtidir, ictimaidir 

və tarixidir. Məsələn, bizdəki /it/ sözü ingilisdə və rusda heç bir əlaqə yaratmır, 

çünki  onlarda  referent  ingilis  üçün  /doq/,  rus  üçün  isə  /sobaka/  eksponentilə 

bağlanır.  Süni  işarə  sistemlərində  bu,  onları  yaradanlar  vasitəsilə  razılaşma 

əsasında  proqramlaşdırılır.  Təbii  dildə  bu  kortəbii  olur.  Düzdür,  terminlərdə 

və elmdə şüurlu razılaşmanın elementləri var: (2+2)

2

 və H


2

O-sudur. Məsələn, 

Morze əlifbasında 3 tire o-nu, 3 nöqtə və bir tire rus dilində ж-nı, latında v-nı, 

ayrılıqda nöqtə və tirelər işarə distinktor rolunu oynayır, fasilə delimitator- işarə 

rolunu, ancaq bir ardıcıllıq və ya işarə isə informator rolunu oynayır (Маслов 

1967: 109-127).

Fikrimizcə, Y. S. Maslovun bu şərhi alman riyaziyyatçısı və filosofu Q. 



151

İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine

Freqenin  anlam  ideyasına  uyğun  gəlir.  Q.  Freqe  yazır:  “işarələnəndən  başqa, 

bunu işarənin mənası da adlandırırlar, işarə ilə (ad, söz birləşməsi, yazılı işarə) 

bağlı  bir  nəsnə  də  var  ki,  mən  bunu  işarənin  anlamı  adlandırıram  (Sinn  des 

Zeichens). Həmin anlamda təmsil olunanın (əşya, predmet, hadisənin-F.V.) növü 

ifadə olunur” (Frege 2008: 24).

Mənanı predmet, əşya və hadisə adlandıran Q. Freqe həmin o predmeti 

doğuran nəsnəni anlam adlandırır. O dəfələrlə bu fikrə qayıdır və öz anlamını 

həm söz, həm də cümlə timsalında açıb göstərməyə çalışır. İnsan öz həmsöhbətilə 

ünsiyyətə girəndə həmişə bu anlamdan istifadə edir. Biz bilirik ki, /su/ deyəndə  

türk dillərini bilən hər kəs bu iki fonem ardıcıllığının oyatdığı təəssüratı yaxşı 

anlayır. Adresatın /su/ istədiyini və ya kiməsə /su/ lazım olduğunu başa düşərək 

adresantın    su  qabını  doldurub  verərək  /Al,  bu  suyu,  iç//  deməsi  ünsiyyətin 

anlamını  açıb  göstərir.  Bununla  da  adresant  həmsöhbətinin  cümləni  başa 

düşəcəyinə qətiyyən şübhə etmir və ondan müvafiq reaksiyanı gözləyir. Adresat 

suyu içir və adresanta təşəkkür edir. Deməli, suyun bu cümlədəki mənası onun 

gerçəklik dəyərini və ya obyektiv dəyəri əks etdirməsidir. Әgər,  bu ingilis və ya 

alman dilində deyilsə idi /Water/ və ya /Wasser/, təbii ki, bu dilləri bilməyənlərdə 

həmin sözlər heç bir anlama uyğun gəlmədiyindən mənasız bir səs obrazı təsiri 

bağışlayacaqdır, necə ki, biz /fne/ kimi fonem ardıcıllığını sadəcə tələffüz etsək, 

bu üçfonemli uydurma “sözün” beynimizdə heç bir izi olmadığına görə hər hansı 

bir anlamı əks etdirə  bilməyəcəkdir. Heyvanlar üzərində aparılan saysız-hesabsız 

təcrübələr də bu deyilənləri bir daha sübut edir. Beləliklə, anlam əvvəlki həyat 

təcrübəsindən  hər  hansı  bir  hadisə  və  predmetin  yaddaşda  buraxdığı  izdir  ki, 

həmin izin əsasında biz işarənin predmet mənasını başa düşür və onu aça bilirik.

  Q. Freqe işarə haqqında danışarkən  onun funksiyası və qavramı, habelə 

anlamı, mənası və məzmunu ilə bağlı  çox dəyərli fikirlər söyləmiş və, demək 

olar ki, o, müasir dil fəlsəfəsinin əsasını qoymuşdur.

11

 



 Biz yuxarıda adları çəkilən anlayışların və ya qavramların açıqlanması 

ilə bağlı olaraq Q. Freqenin mövqeyini daha geniş şərh etmək istəyirik, çünki 

məhz bu alimin sayəsində dil fəlsəfəsi çox ciddi nailiyyətlər əldə edib. O yazır 

ki, 2+5-in və 3+4-ün cəmi eyni rəqəmi versələr də, tərkib etibarı ilə fərqlidirlər, 

demək, işarə ilə işarələnənin əsasında forma ilə məzmun qarışdırılması durur. 

İşarələnmədə müxtəliflik işarələnənin müxtəlifliyini sübut etməyə əsas vermir. 

Işarə ilə anlam (sinn,  sence, смысл) və ya məna bağlı olur. Anlam və məna 

olmadıqda nə işarədən, nə də onun tərifindən danışmaq olar. “2

4

=4

2



” və “4.4=4

2

” 



müxtəlif fikirləri ifadə edir və 2

4

-ü 4.4-lə əvəz edə bilərik, çünki hər iki işarə eyni 



məna daşıyır. Buradan belə bir nəticə çıxır ki, mənanın eyniliyi fikrin eyniliyi 

1  Biz Q. Fregenin konsepsiyasını trilogiyamızın 3-cü cildində açmağa çalışmışıq. Orada göstərmişik ki, onun ən böyük 

xidməti anlamla referensi fərqləndirməkdən ibarətdir. Bax: F.Veysəlli Struktur dilçiliyin əsasları. Studia Philologica. III. 

Bakı, 2009, s.162-168.                




152

F. Y. Veysəlli

deyil. Biz /Axşam ulduzu dövr etmə vaxtı yerdən az uzaq  olan planetdir// və /

Səhər ulduzu dövr etmə vaxtına görə yerdən az uzaq olan planetdir// cümləsindən 

fərqli fikir söyləmiş oluruq, çünki onların eyni olduğunu bilməyən üçün biri düz, 

o birisi isə səhv olacaq; ancaq hər iki cümlənin mənası eynidir, çünki yalnız eyni 

mənalı sözlərin yeri dəyişdirilmişdir, onlar eyni səma cisimlərinin adlarıdır.

  Deməli, anlam və məna fərqləndirilməlidir. “2

4

” və “4.4” eyni mənalıdır; 



yəni eyni sayın adlarıdır; ancaq onlar eyni anlama malik deyil; odur ki, “2

4

=4



2”

 

və “4.4=4



2

” eyni mənalıdır, lakin eyni anlamlı deyildir. Bu o deməkdir ki, onlar 

eyni fikrə malik deyildir.

   Anlayış elə bir funksiyadır ki, onun dəyəri həmişə gerçəklik dəyəridir. 

Buradan belə nəticə çıxartmaq olar ki, (x+1)

2

= 2 (x+1) funksiyasının dəyəri həmişə 



gerçəklik dəyəridir. “Bərabərliklərin dildə forması təsdiq cümləsidir. Belə cümlə 

anlam kimi, bir fikirdir  və ya fikir olmağa iddialıdır və bu fikirin ümumilikdə 

bir gerçəklik dəyəri var, o da cümlənin mənası kimi başa düşülməlidir, necə ki, 

4 “2+2” ifadəsinin mənasıdır, necə ki, “İngiltərənin paytaxtı” ifadəsinin mənası 

Londondur. “Mən əvvəlkinə uyğun olaraq “x-ın paytaxtı”nı funksiyanın ifadəsi 

sayıram. Alman reyxi arqumentini götürsək onda Berlin funksiya dəyərini təşkil 

edəcəkdir” (Frege 2008: 13-14). /Sezar Qalliyanı fəth etdi// cümləsi iki hissəyə 

bölünür.  /Sezar/  və  /Qalliyanı  zəbt  etdi//.  İkinci  hissə  birinci  ilə  tamamlanır, 

ad birinci yerdə işlənəndə bitmiş anlam (fikir) yaranır. İkinci hissəni Q. Freqe 

funksiya, birincini isə arqument adlandırır.

  Göründüyü  kimi,  Q.  Freqe  artıq  rəqəmlərdən  yox,  predmetlərdən 

danışır, özü də şəxs adlarına hər iki gerçəklik dəyəri daxil edilir. Daha sonra o, 

predmetləri funksiya dəyərləri  kimi məhdudiyyətsiz götürür.

  /Azərbaycan  Respublikasının  paytaxtı//  söyləmində  ifadə  adla  ifadə 

olunub  və  mənası  predmetdir.  Predmet  funksiya  olmayan  hər  şeydir,  onun 

ifadəsi, deməli, özü ilə boş yer gətirmir. Təsdiq cümləsində boş yer yoxdur, ona 

görə də mənasını predmet kimi götürmək olar. Bu məna isə gerçəklik dəyəridir. 

Deməli, hər iki gerçəklik dəyərləri predmetdirlər.

  Aydındır ki, işarə ilə (adla, söz birləşməsilə, şrift işarəsilə) işarələnəndən 

başqa (bunu işarənin mənası adlandırmaq olar), həm də Q. Freqe işarə anlamının 

bağlılığını xüsusi vurğulayır, burada iştirak etmək, təmsilçilk var. A, b, c düz 

xətləri üçbucağın bucaqlarını birləşdirən kəsiklər kimi, a və b və b və c eyni 

mənalı kəsiklərdir, ancaq onların anlamı yoxdur. Deməli, /Səhər ulduzu/ və /

Axşam ulduzu/ eyni mənalıdır, ancaq eyni anlamlı deyillər. Özü də Q. Freqe 

işarə  və  ya  ad  deyəndə  xüsusi  adı  təmsil  edən  və  mənası  müəyyən  predmet 

olan hər hansı bir işarələməni (geniş mənada sözü) əsas götürür. Bir predmetin 

göstərilməsi  müxtəlif  sözlərlə  və  ya  işarələrlə  ola  bilər.  Bu  cür  bildirmə  qısa 

şəkildə deyilsə xüsusi adla adlandırıla bilər.




153

İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine

  Xüsusi adın anlamını dil bilən hər kəs bütövlükdə kifayət qədər aydın 

şəkilə dərk edir. Bununla da, məna birtərəfli işıqlanmış olur. Mənanın hərtərəfli 

dərkinə  isə  hər  verilmiş  uyğun  anlamdan  onun  müəyyənləşdirilə  bilməsi  də 

aiddir.  

  Bu isə heç vaxt olmur. İşarə ilə onun anlamı və mənası arasında ardıcıl 

bağlılıq ondan ibarətdir ki, işarəyə bir anlam və buna müəyyən bir məna uyğun 

gəlsin, halbuki mənaya (predmetə) təkcə işarə daxil deyil. Eyni anlam müxtəlif 

dillərdə, həmçinin bir dildə müxtəlif ifadələrə malikdir. Hər ifadəyə müəyyən 

bir anlam gəlir, ancaq dillərdə bu həmişə olmur. Adətən, eyni söz eyni anlamı 

bildirir.  Qrammatik  cəhətdən  düzgün  düzəlmiş  ifadə  müəyyən  adı  bildirir, 

həmişə eyni anlamı bildirir. Ancaq bu o demək deyil ki, anlama da eyni məna 

uyğun gəlir. “Yerdən ən uzaqda olan göy cismi” anlama malikdir, ancaq onların 

mənası vardır demək çox şübhəlidir. “Әn az konverqent sıra”-nın anlamı var, 

ancaq sübut edirlər ki, onun mənası yoxdur, çünki hər bir konverqent sıraya bir 

az kiçik, lakin həmişə konverqent olanını tapmaq mümkündür. Beləliklə, anlamı 

olmaq o demək deyil ki, tam əminliklə mənası olur. Adi situasiyada işlənən sözlər 

onların mənasıdır. Ola bilər ki, sözlərdən və onların anlamından danışılsın. Bu o 

zaman olur ki, başqasının sözləri birbaşa danışıqda işlənir (vasitəli nitqdə). Bu 

zaman sözlər başqasının sözləri kimi mənalandırılır, yalnız bundan sonra onların 

mənası yaranır. Bu zaman işarənin işarəsi olur. Yazıda belə sözləri dırnağa alırlar. 

Dırnaqda verilən söz adı məna kimi qəbul edilə bilməz.

  Biz “A” ifadəsinin anlamından danışırıqsa, onda belə deyə bilərik: “A 

ifadəsinin anlamı”. Vasitəsiz nitqdə anlamdan danışırıq, yəni başqasının nitqini 

deyirik. Sözlər vasitəsiz nitqdə (ungerade) vasitəsiz işlənir və ya vasitəsiz məna 

olur. Beləliklə,  Q. Freqe sözün adi mənasını vasitəsiz mənadan, adi anlamını 

vasitəsiz  anlamdan  fərqləndirir.  Sözün  vasitəsiz  mənası  (ungerade),  deməli, 

onun adi anlamıdır. Işarə, anlam və məna əlaqələrindən danışanda bu istisnanı 

həmişə göz önündə saxlamalıyıq.

  Məna və anlamdan təsəvvürü fərqləndirmək lazımdır. Işarənin mənası 

anlam  baxımından  dərk  olunan  əşyadırsa,  onun  haqqında  təsəvvür  anlam 

təəssüratlarından əldə edilən xatirələr, zahiri və daxili hərəkətlərindən meydana 

gələn  obrazdır,  şəkildir.  Anlam  təəssüratların  və  hərəkətlərin  ruhda  izi  qalan 

şeylərdən  ibarət  təsəvvürlər  və  predmetlərdir.  Eyni  anlamda  eyni  təsəvvürlər 

eyni anlamlarla bağlı olur. Təsəvvür subyektivdir, iki adamın təsəvvürü eyni ola 

bilməz. Anlam çoxların ümumi sərvətidir, odur ki o, fərdin ruhunun bir hissəsi 

deyildir. Insanlıq fikirlərin ümumi sərvətinə malikdir, onu nəsildən nəsilə ötürür, 

eyni sözlə biz bir cür, başqası ilə başqa cür anlam əlaqələndiririk. Ancaq fərq 

bağlılığın növündədir. Bu ikisinin də eyni anlamda olmasına mane olmur, amma 

eyni təsəvvür ola bilməz. Adın mənası onunla ifadə etdiyimiz predmetin özüdür, 

bu  zaman  təsəvvürümüz  tam  subyektivdir.  Onların  ikisinin  arasında  anlam 




154

F. Y. Veysəlli



yerlәşir, o nә tәsәvvür kimi subyektivdir, nә dә predmetin özüdür. Misal kimi Q. 

Freqe adamın aya binoklla baxmasını  göstərir. Ayı məna ilə müqayisə edir, o, 

müşahidənin obyektidir, müşahidə ayı real şəkil kimi binoklun daxilindəki linza 

ilə əks etdirir, bir də baxan ayı “Netzhautbild”lə öyrənir; onu anlamla, bunu isə 

təsəvvürlə müqayisə edir. Binokldakı şəkil birtərəflidir, o, müşahidə yerindən 

asılıdır, ancaq obyektivdir, çünki bir neçə müşahidəçiyə xidmət edir. Elə ola bilər 

ki, o, hamının eyni vaxtda istifadə etdiyi şəkildə quraşdırılsın. Hər kəs burada öz 

şəklinə malik olacaq. Sözlərin müxtəlifliyi imkan verməz ki, həqiqətən üst-üstə 

düşmə olsun.

  Deməli,  sözlərin,  ifadələrin  müxtəlifliyinin  2  mərhələsini  fərqləndirə 

bilərik:

  a) birinci mərhələdə təsəvvürlərin sözlərlə  bağlılığı olmaması ucbatından 

biri üçün fərq ola bilər, o birisi isə fərqi görməyə  bilər. İlkin mənbədən tərcümədə 

fərq birinci mərhələni aşmamalıdır. Mümkün fərqlərə poeziyanın anlama əlavə 

etdiyi incəliklər və çalarlıqlar aiddir. Bunlar obyektiv deyil, hər bir eşidən və 

oxuyan özü onu şairin və ya natiqin hərəkətindən  tutmalıdır. Incəsənət insan 

təsəvvürünün qohumluğu olmadan mümkün olmazdı. Ancaq şairin niyyətlərinə 

uyğun olanı dəqiq üzə çıxartmaq olmaz. 

  b)  ad  (söz,  işarə,  işarə  birləşməsi,  ifadə)  öz  anlamını  ifadə  edir,  öz 

mənasını  bildirir.  Biz  aydan  danışırıq,  ancaq  hardan  bilirik  ki,  “ay”  sözünün 

ümumiyyətlə mənası var? Biz burada “ay” təsəvvüründən danışmaq niyyətində 

deyilik və “ay” deyəndə heç anlamla da kifayətlənmirik, əksinə biz müəyyən 

mənanın olmasından çıxış edirik. “Ay yerdən kiçikdir” cümləsində söhbət “ay” 

barədə təsəvvürdən gedir desək, bununla anlamı təhrif etmiş olarıq (verfehlen). 

Danışan belə istəsəydi deyərdi (Ay haqqında təsəvvürüm). Niyyətimizi bildirmək 

üçün onu işarənin mənasından danışmaqla əsaslandırırıq. 



2.  Cümlə-söyləm  kontekstində  işarə,  məna,  anlam  və  məzmun  

bağlılıqları

Biz  yuxarıda anlam və mənanı ad olaraq adlandırdığımız söz, ifadә və 



işarә  zəminində  nəzərdən  keçirdik.  Indi  isə  cümlənin  anlamına  və  mənasına 

nəzər salaq. Dilçilik ədəbiyyatında cümləni bitmiş bir  fikir bildirən sintaktik 

vahid kimi müəyyənəşdirirlər.

22

 Bu təriflə razılaşmaq və razılaşmamaq məsələsi 



başqa bir elmi söhbətin mövzusudur. Burada isə biz sözügedən məsələyə dair 

Q.  Fregenin  fəlsəfi  mövqeyini  daha  geniş  bir  şəkildə  şərh  etmək  istərdik.  O, 

2  Cümlənin müasir dilçilikdəki mövcud təriflərnin tənqidi təhlilinə bizim trilogiyamızın ikinci cildində, habelə bizim  

aspirantımız L. Nəbiyevanın dissertasiya və çap olunmuş məqalələrində geniş yer verildiyindən burada onları təkrar 

etmək istəmirik. Bax: F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica (morfemika, sintaqmatika ), II, Bakı, 

2008, s.111-260; L.Nəbiyeva. Cümlənin dilçilikdə tərifinə dair. “Filologiya məsələləri”, Bakı, 2008, s.14-19.




155

İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine

fikir  deyəndə  düşüncəni  subyektin  fəaliyyəti  kimi    deyil,  onun  çoxları  üçün 

ümumi  sərvət  olmağa  qabil  obyektiv  məzmununu  başa  düşür  (Frege  2008: 

30).  “Fikir  həmin  cümlənin  anlamı  və  ya  mənasıdırmı?”  sualına  filosof  belə 

cavab verir: fərz edək ki, cümlənin mənası var. Həmin cümlədə bir sözü eyni 

mənalı, ancaq başqa anlamlı sözlə əvəz etsək, onda bu, cümlənin mənasına təsir 

göstərməyəcək.  Ancaq  burada  fikir  dəyişir.  Məsələn,  /Səhər  ulduzu  günəşin 

işıqlandırdığı cisimdir// cümləsindəki fikir /Axşam ulduzu günəşin işıqlandırdığı 

cisimdir//  cümləsində  ifadə  olunan  fikirdən  fərqlidir.  Onların  eyni  olduğunu 

bilməyənlər  bir  fikri  düz,  o  birisini  isə  səhv  hesab  edəcəkdir.  Fikir  cümlənin 

mənası ola bilməz, ona daha çox anlam deyə bilərik. Bəs məna necə izah oluna  

bilər?  Bəlkə,  cümlənin  yalnız  anlamı  var,  mənası  olmur?  Bu  cür  hallara  rast 

gəlmək olur, cümlələrin və ya onların hissələrinin anlamı olur, ancaq mənası 

olmur. Mənasız sözlərdən ibarət cümlələr bu tipdəndir. /Әhməd dərin yuxuda 

ikən  itakada  sahilə  atıldı//  cümləsinin  anlamı  var.  /Әhməd/  sözünün  mənası 

varmı? Cümlənin də mənası varmı? Şübhəlidir. Ancaq kimsə cümlənin düz və 

ya səhv olduğunu qəbul edərsə, deməli, Әhmədin də həm anlamı, həm də mənası 

olmalıdır. Çünki bu adın mənasına predikat tanınır, ya da tanınmır. Mənanı qəbul 

etməyən  predikatı  nə  qəbul,  nə  də  rədd  edə  bilər. Adın  mənası  artıq  görünsə 

də, onun anlamını qəbul etmək olar, əgər fikri qəbul ediriksə, söhbət cümlənin 

anlamından,  fikirdən  gedirsə,  onda  cümlə  hissələrinin  və  cümlənin  gerçəklik 

dəyəri mənasız olardı. Məna üçün bütövün anlamı nəzərə alınmalıdır, hissəsinin 

mənası yox. Fikir isə eynidir, /Әhməd/ adının mənası olsa da, olmasa da. Fikir 

o zaman dəyərini itirir ki, cümlənin mənası olmur. Biz təkcə anlamı yox, həm 

də mənanı axtarırıq ki, onun həqiqət dəyəri olsun. Həqiqəti axtarmaq hər yerdə 

anlamdan mənaya sövq edir.

  Bir gerçəklik dəyərinə əsaslanaraq cümlənin mənasını o zaman tapırıq 

ki, onun hissələrinin mənası olsun.

  Deməli, cümlənin gerçəklik dəyəri onun mənası kimi qəbul edilməlidir. 

“Mən cümlənin o vəziyyətini başa düşürəm ki, o ya düzdür, ya da səhvdir. Başqa 

gerçəklik dəyərləri yoxdur” (Frege 2008:30).

  Hər bir təsdiq cümləsində o zaman sözlərin mənasından söhbət gedir ki, 

o xüsusi ad olsun, özü də onun mənası əgər varsa, ya düz, ya da səhv olur. Bu iki 

predmeti hamı qəbul edir.

  Aydındır ki, hökmdə (bunu Q. Freqe gerçəkliyin tanınması, dərki kimi 

başa düşür- F.V.) fikirlər mərhələsindən mənalar mərhələsinə doğru (obyektiv 

gerçəkliyə doğru) bir addım atılır.

Q. Frege fikrin gerçəkliyə münasibətini anlamın mənaya olan münasibəti 

kimi  yox,  propozisiyanın    predikata  münasidəti  kimi  açmağa  çalışır.  Deməli, 

fikrin  gerçəkliyə  olan  münasibətini  subyektin  predikata  olan  münasibətilə 



156

F. Y. Veysəlli

müqayisə etmək olmaz. Subyekt və predikat məntiqi anlamda fikrin hissələridir. 

Onlar idrak üçün eyni mərhələdə durur. Gerçəklik dəyəri fikrin bir hissəsi ola 

bilməz, necə ki, deyək ki, günəş deyəndə anlamı deyil, predmeti ifadə edirik.

Cümlənin mənası onun gerçəklik dəyəridir. Cümlə hissəsi eyni mənalı, 

ancaq  başqa  anlamlı  ifadə  ilə  əvəz  oluna  bilər.  Bu  həqiqətdə  belə  də  olur. 

Gerçəklik dəyərinə xas olan hər bir anlam xüsusi şəkildə parçalanmaya uyğun 

gələrdi.  Cümlənin  bütövünün  və  ya  hissəsinin  münasibətini  Q.  Frege  onun 

mənası üzərinə keçirir. Bu zaman o, sözün mənasını əgər sözün özü cümlənin 

bir hissəsidirsə cümlə mənasının hissəsi adlandırır.  

Cümlədə gerçəklik dəyəri bir ifadəni eyni mənalı başqası ilə əvəzləyəndə 

toxunulmaz qalır. Ancaq o ifadə özü cümlədirmi? Cümlə vasitəli nitqdə cümlə, 

vasitəsizdə isə fikir deməkdir. 

Budaq  cümlələr  tabeli  mürəkkəb  cümlənin  bir  hissəsi  kimi  çıxış  edir, 

məntiqi baxımdan eynilə cümlə özü də baş cümlə olur. Ancaq budaq cümlələrin 

mənası həqiqət dəyəridirmi? Bu mübahisəlidir. Vasitəsiz nitqdə biz bunun əksini 

görürük. Qrammatiklər budaq cümlələri cümlə hissələri kimi götürürlər və onları 

mübtəda, xəbər, zərf cümlələri kimi təsnif edirlər. 

Buradan  belə  nəticə  çıxa  bilər  ki,  budaq  cümlənin  mənası  gerçəklik 

dəyəri olmayıb, eynilə korrelyatın və ya qəlib sözün mənasıdır, yəni cümlənin 

bir  hissəsinin  mənasıdır,  o  hissənin  ki,  anlam  kimi  heç  bir  fikir  deyil,  yalnız 

onun bir hissəsidir. Әlbəttə, bunu qrammatiklərin öhdəsinə buraxan Q. Frege 

elə halları öyrənir ki, budaq cümlənin anlamı, yuxarıda deyildiyi kimi, müstəqil 

fikir olmasın.

Komponentləri bir-birinə “ki” bağlayıcısı ilə bağlanan cümlələrə məntiqi 

baxımdan vasitəsiz nitq aiddir, çünki onlarda sözlər vasitəsiz mənaya malikdir, 

yəni öz anlamları ilə üst-üstə düşür. Bu halda budaq cümlə məna kimi fikirdir, 

gerçəklik dəyəri deyildir. 

Anlam özü fikir deyildir, ancaq sözlərin anlamı fikirdir ki, bütöv tabeli 

cümlə ifadə olunan fikrin bir qismidir, parçasıdır.

Budaq cümlənin mənasının əslən fikir olması hallarını ondan görmək olar 

ki, bütövün gerçəkliyi baxımından onda fikrin gerçək və ya səhv olmasının fərqi 

yoxdur.


Fikrini sübut etmək üçün Q. Freqe belə misallar gətirir: /Kopernik inanırdı 

ki, planetlər çevrəvari hərəkət edirlər// və /Kopernik inanırdı ki, günəşin işıq 

saçması yerin hərəkətilə baş tutur// ifadə olunan fikir həmin cümlələrin gerçəklik 

dəyəridir. Bu misallarda mənaya xələl gətirmədən bir budaq cümləni o biri ilə 

əvəz etmək olar.

Baş cümlə budaq cümlə ilə birgə anlam kimi yalnız bir fikrə malikdir və 




157

İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine

bütövün  gerçəkliyi  budaq  cümlənin  nə  həqiqətini,  nə  də  yalanını  ehtiva  edir. 

Belə  hallarda  budaq  cümlədə  ifadəni  adətən  eyni  mənası  olan  ifadə  ilə  əvəz 

etmək olmaz, yalnız onunla əvəz etmək olar ki, o, vasitəsiz mənaya, yəni həmin 

adi anlama malik olsun.

Әgər kimsə nəticə çıxartmaq istəsə ki, cümlənin mənası onun gerçəklik 

dəyəri deyildir, çünki onu eyni gerçəklik dəyəri olan başqası ilə hər yerdə əvəz 

etmək mümkündür, o çox şeyi sübut etmiş olardı. 

Eynilə təsdiq etmək olar ki, “səhər ulduzu” birləşməsinin mənası Venus 

deyil;  çünki  hər  yerdə  Venus  əvəzinə  “səhər  ulduzu”  demək  olmaz.  Әgər  bu 

birləşmənin  vasitəsiz  mənası  varsa,  onda  tam  haqla  demək  olar  ki,  cümlənin 

mənası heç də həmişə gerçəklik dəyəri bildirmir, “Səhər ulduzu” həmişə Venus 

demək deyil.

/Kolumb yerin dairəvi olmasından nəticə çıxartdı ki, o, Qərbə gedəndə 

Hidistana  çata  bilər//  cümləsinin  hissələri  iki  fikir  bildirir:  yer  dairəvidir  və 

Kolumb Qərbə gedəndə Hindistana çata bilər. Burada birinci ikinci üçün əsas 

verən  inamdır.  Yerin  dairəvi  olub-olmaması  və  Kolumbun  Qərbə  gedərkən 

həqiqətən  Hindistana  çatıb-çatmaması  bizim  cümlənin  gerçəkliyi  üçün 

əhəmiyyətsizdir. Ancaq yeri “ay tərəfindən işıqlanan, əhatə oxunun 4 hissəsindən 

böyük olan planet”-lə əvəz edə bilərik. Burda da sözün vasitəsiz mənası ortaya 

çıxır.


Zərflik  budaq  cümlələri  də  bu  cürdür,  çünki  məqsəd  fikirdir,  ona  görə 

də  vasitəsiz  məna  “əmr  etmək”,  “xahiş  etmək”,  “qadağan  etmək”  və  s.  kimi 

fellər  olan  cümlələrin  mənası  yoxdur,  anlamı  var.  Onlarda  sözlər  vasitəsiz 

mənaya  malik  olur.  Belə  bir  cümlənin  mənası  gerçəklik  dəyəri  deyil,  əmrdir, 

xahişdir. Arzu forması ilə işlənən bütün cümlələr belədir. /O adam ki, planetlərin 

hərəkətlərinin  elliptik  formasını  etmişdi,  yoxsulluq  içində  öldü//  cümləsində 

budaq  cümlə  anlam  kimi  fikir  bildirsəydi,  onu  baş  cümlə  ilə  də  ifadə  etmək 

olardı.


Amma bu mümkün deyil, çünki qrammatik mübtəda /o adam ki,/ -nin 

müstəqil anlamı yoxdur, o ancaq /yoxsulluq içində öldüyə/ münasibətdə üzə çıxır. 

Buradan da budaq cümlənin anlamının müstəqil fikir bildirməməsi hasil olur, 

çünki onun gerçəklik dəyəri yoxdur. Gerçəklik dəyəri olmayan həmin tipdəki 

sintaktik  konstruksiyalar  türkoloji  dilçilik  ədəbiyyatında  predikativ  təyinli 

budaq cümlələr olaraq təsvir olunur (Musayev 2011: 52-158). Burada sözügedən 

sintaktik  konstruksiyaların  yer  aldığı  mürəkkəb  cümlələri  Azərbaycan  bədii 

mətnində və bütövlükdə diskursda üslubi-sintaktik normalar və üslubi-sintaktik 

variantlar olaraq fərqləndirə bilməsi isə bir tərəfdən müdrik xalq təhkiyəsinin, 

digər tərəfdən isə  yazıçı təxəyyülü və poetik ifadə gücünün bir nəticəsi olaraq 

dəyərləndirilə  bilər.  Bunu  yuxarıda  M.  M.  Musayevin  adı  çəkilən  kitabından 



158

F. Y. Veysəlli

gətirilən uyğun örnəklər də sübut edir. Məsələn: Ruhum ki, bәdәndәdir, sənindir, 

hər nəş’ə ki bәndәdir, sənindir (Füzuli); Bir ürək ki, döndü, ona  siz neyləyə 

bilərsiniz;  Bir  adam  ki,  yaxşılıq  qanmayacaq,  yoldaşın  qədrini  bilməyəcək, 

mənə lazım deyil (M. İbrahimov. Böyük dayaq); Ancaq o adamların ki, ürəkləri 

ayrı-ayrıdır, elə özləri  gec-tez ayrılırlar (İ. Hüseynov. Dan ulduzu). Göründüyü 

kimi, burada predikativ təyinli asılı komponentin yer aldığı mürəkkəb cümlənin 

bir  üslubi-sintaktik  norma  və  ya  üslubi-sintaktik  variant  olaraq  subordinativ-

sintaktik quruluşlu modeli və mənaca təyin etmə növü çox vaxt budaq cümlənin 

baş  cümlədəki  əvəzliklə  (bir  çox  halda  da  fakültativ  olaraq)    ifadə  olunan 

korrelyatını tamamlaması ilə müəyyənləşir. 

“Xalqın iradəsi” kimi demaqogiyanın da heç bir mənası yoxdur. Bunu 

hər kəs bir cür yoza bilər. Bu ifadədə fikrin gerçəkliyi çox nisbidir. Biri seçkini 

saxtalaşdırır və çıxıb deyir ki, xalqın iradəsi qalib gəldi. Digər biri həmin şeyi 

özü haqqında söyləyir. 

Bu xüsusi ad  (Eigenname) fikrin bir hissəsi olmaqla gerçəklik dəyərində 

məna kimi götürülə bilməz, anlam kimi o, fikrin bir hissəsi olar. Burada müstəqil 

subyekt  yoxdur  və  elə  buna  görə  də  budaq  cümlənin  anlamını  müstəqil  baş 

cümlədə vermək imkanı olmur.

Yer, zaman və məkan anlayışları məntiqi baxımdan predmetlərdir, onların 

köməyilə  konkret  yer,  zaman  və  məkan  ifadə  etmək  olur.  Budaq  cümlənin 

anlamını baş cümlədə vermək olmur, çünki yer və ya məkan müəyyən deyil, 

onlar nisbi əvəzliklə və ya korrelyatla ifadə olunur.    

/Nizami ehtiyacdan öldü// cümləsində ad nəsə bildirir, bu o deməkdir ki, 

yəni  Nizami adı nəyisə bildirir. /Nizami ehtiyac içində öldü//-nün anlamında 

/Nizami/  adı  nəsə  bildirir,  ancaq  onda  ehtiva  olunmur.  Belə  olmasaydı,  onun 

inkişaf forması mümkün olmazdı: /Nizami ehtiyac içində ölmədi//. 

Şərt budaq cümləsi də ayrılıqda anlam kimi tam fikir bildirmir, ancaq baş 

cümlə ilə birlikdə fikir ifadə edir, özü də tam fikir, onun hissələri isə artıq fikir 

ifadə etmir.

/Napoleon sağ cinahdan təhlükəni hiss edib, dəstəsini düşmənin üstünə 

özü yönəltdi//. Burada iki fikir var:

1) /Napoleon sağ cinahdan təhlükəni hiss etdi/

2) /Napoleon dəstəsini düşmənin üstünə özü apardı//

Alman  dilində  sözügedən  tərkibli  sadə  geniş  cümlə  tabeli  mürəkkəb 

cümlə kimi işlənir: /Napoleon, der die Gefahr für seine rechte Flanke erkannte, 

führte selbst seine Garden gegen die feindliche Stellung//. Çünki hər ikisində 

mübtəda və xəbər ayrıca ifadə olunub. Onlardan biri yanlış olsa, eyni zamanda 



159

İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine

ikinci də yanlış olar. Burada o haldır ki, budaq cümlə özü anlam kimi tam fikir 

bildirir (ona vaxt və zaman bildirən sözlər əlavə etsək). Budaq cümlənin mənası 

gerçəklik dəyərinə uyğundur. Burada bütövün mənasına xələl gətirmədən onu 

eyni gerçəklik dəyəri olan bir cümlə ilə əvəz edə bilərik. Ancaq unutmamalıyıq 

ki, onun mübtədası qrammatik cəhətdən /Napoleon/ olan cümlə ilə əvəz edilə 

bilər.  Onu  biz  /və/  ilə  də  əvəz  etməklə  düzəldə  bilərik.  Azərbaycan  dilində 

bu, məhz hər iki anlam bildirən bir cümlə ilə ifadə olunub, çünki cümlədə bir 

mübtəda və feli bağlama tərkibi olmaqla bir xəbər vardır. Napoleon təhlükədən 

qabaq qərar qəbul etsəydi, bu artıq cümləmizin bir hissəsinin anlamına uyğun 

olmazdı.


Aşağıdakı hallarda tamam başqa fikirlər ifadə olunardı. 

/Napoleon sağ cinah üçün təhlükəni duydu/ və /Napoleonun artıq 45 yaşı 

vardı//. Bunlar artıq tam başqa gerçəklik dəyərləridir. 

/Әhməd/ fikirləşidi ki, maşını qaytarsa yaxşı olar//. 

Burada  budaq  cümlədəki  sözlər  vasitəsiz  mənaya  malikdir.  Ancaq  /

Maşının qaytarılması Әhməd üçün yaxşıdır// cümləsində adi məna ifadə olunub.

Deməli,  budaq  cümlədən  fərqli  olaraq  ikincidə  gerçəklik  dəyəri  ifadə 

olunub. Ancaq bu gerçəklik dəyəri budaq cümlənin mənası deyil, ona görə də 

onu  başqası ilə əvəz edə bilmərik. 

/Buz spesifik olaraq sudan yüngül olduğundan suda batmır//

Almanca bu belədir: /Weil das Eis spezifisch leichter ist, so schwinmt es 

auf dem Wasser// cümləsi alman dilində fikir doğurur:

1. /Das Eis ist spezifisch leichter als Wasser//

2. /Wenn etwas spezifisch leichter als Wasser ist, so schwinmt es auf dem 

Wasser//

3. /Das Eis schwinmt auf dem Wasser//

Burada  nə  birinci,  nə  ikinci,  nə  üçüncü,  nə  də  2-ci  və  3-cü  birlikdə 

cümlənin anlamını vermir. Ancaq: /Weil das Eis spezifisch leichter als Wasser 

ist//  budaq  cümləsində  1-ci  fikir,  həm  də  ikinci  cümləmizin  bir  hissəsi  ifadə 

olunub. Ona görə də budaq cümləni eyni gerçəklik dəyərli başqa birisilə əvəz 

edə bilmərik, çünki bu zaman bizim fikir dəyişərdi.

Beləliklə Q.Freqenin fəlsəfi konsepsiyasının təhlili bu nəticəyə gəlməyə 

imkan verir: 

1.  Budaq  cümlə  fikrin  bir  hissəsi  olduqda  o,  heç  bir  gerçəklik  dəyəri 

bildirmir.

2. Budaq cümlə gerçəklik dəyəri bildirirsə, bununla məhdudlaşmır, onun  

anlamı bir fikirdən başqa digər fikrin  bir hissəsini əhatə edir.



160

F. Y. Veysəlli

Birinci  sözün  vasitəsiz  mənasında,  ikinci  isə  xüsusi  ad  olmaq  əvəzinə 

cümlənin bir hissəsini qeyri-müəyyən şəkildə ifadə edir. 

İkinci  halda  budaq  cümlə  ikiqat  götürülür,  bir  dəfə  öz  adi  mənasında, 

ikinci dəfə vasitəsiz mənada; və ya o, budaq cümlənin bir hissəsinin anlamı kimi 

eyni zamanda başqa fikrin tərkib hissəsi olur və budaq cümlədə ifadə olunan 

fikirlə  birlikdə  baş  və  budaq  cümlənin  anlamını  əmələ  gətirir.  Budaq  cümlə 

eyni gerçəklik dəyəri olan başqası ilə əvəz oluna bilmirsə, bu bizim aşağıdakı 

fikrimizin əksinə ola bilməz: cümlənin gerçəklik dəyəri onun mənasını bildirir, 

anlamı isə fikirdir.

“a=a”  və  “a=b”-nin  idrak  dəyəri  müxtəlifdirsə,  bu  o  deməkdir  ki, 

cümlənin anlamı idrak dəyəri üçün onun mənasından az əhəmiyyətli deyil, bu da 

onun gerçəklik dəyəridir. Әgər “a=b”-dirsə, onda b-nin mənası a-ya bərabərdir, 

“a=b”-nin gerçəklik dəyəri “a=a”-dır. Buna baxmayaraq “b”-nin anlamı “a”-

nın anlamından fərqli ola bilər və eynilə “a=b”də ifadə olunan fikir “a=a”-da 

ifadə olunan fikirdən fərqli ola bilər, onda hər iki cümlə eyni idrak dəyərinə malik 

olmayacaq. Әgər “hökm” deyəndə fikirdən onun gerçəklik dəyərinə tərəqqi başa 

düşürüksə,  deməli,  hökmlər  də  müxtəlifdir  –  deyə  Q.Frege  öz  mülahizələrini 

tamamlayır (Frege 2008).

  

Nəticə

Bu  gün  pozitiv  elmlərin  müasir  inkişaf  mərhələsində  dil  və  dilçilik 

fəlsəfəsinin  ayrılan  və  örtüşən  özəllikləri  dilin  semiotik  və  semasioloji 

yaruslarından hər birinin konseptual və kateqorial olaraq dərk olunmasına əsasən 

öyrənilir. Belə ki, sadəcə dilçilikdə deyil, bütövlükdə elmşünaslıqda indiyə qədər 

bir-biri ilə qarışdırılan və bəziləri də çox vaxt sinonim ifadələr olaraq qəbul edilən 

işarә, anlam, mәna vә mәzmun” kimi  sözlərin semantik sahələri indi artıq 

fərqli konseptual anlayışları və kateqoriyaları bildirən qavramlar və ya konseptlər 

olaraq dəyərləndirilir. Alman riyaziyyatçısı və filosofu Q. Freqenin anlam və 

məna  anlayışlarınını  həm  söz-ifadə,  həm  də  cümlə-söyləm  kontekstlərində 

açıqlaması,  onların  funksiyasını  və  gerçəklik  dəyərini  müəyyənləşdirməsi 

bu baxımdan diqqəti çəkir.  Beləliklə, 2000-ci illər elmşünaslığında dilçiliyin 

semiotikanın  bir  sahəsi  kimi  fərqləndirilməsi  işi  getdikcə  sürətlənir,  dilçilik 

fəlsəfəsinin  ayrı-ayrı  konkret  metodları  müəyyənləşdirilir,  bununla  da  dil 

işarələri və digər hər cür semiotik işarələr qarşılıqlı olaraq bir yerdə araşdırılır.




161

İşaret, Anlam, Mana ve İçerik Kavramları Üzerine



Ədəbiyyat 

FREGE G. (2008), Über Zechen, Funktion, Begriff und Bedeutung. Fünf logische Studien.

Göttingen.

 

KATZ



 

J.J. (1971), Philosophie der Sprache. Frankfurt am Main.

 

МACЛOВ Ю. С. (1967), Знаковая теория языка. “Вопросы общего языкознания”. Л., 



1967. 

MUSAYEV  M.  M.  (2011),  Türk  әdәbi  dillәrindә  mürәkkәb  cümlә  sintaksisi, Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyi,  Bakı  Slavyan  Universiteti,  Dərs  vəsaiti,  Bakı, 

Mütərcim, “Kitab aləmi”, 401 s.

NӘBİYEVA L. (2008), Cümlәnin dilçilikdә tәrifinә dair. “Filologiya məsələləri”, Bakı.

 

SAUSSURE F.de. (1967), Grundlagen der allgemeinen Sprachwssenschaft. Berlin.



SEARL J. (1983), Sprechakte. Ein sprachphilosophischer Essaz. Frankfurt am Main. 

VEYSӘLLİ V. Y. (2005), Struktur dilçiliyin әsasları, Dərs vəsaiti, I, STUDİA  PHILOLOGİCA, 

Bakı, Təhsil, NPM, 344 s; 

VEYSӘLLİ  V.  Y.  (2008),  STUDİA    PHILOLOGİCA    II,  Dərs  vəsaiti,  Morfemika, 



Sintaqmatika, Bakı, Mütərcim, 307 s; 

VEYSӘLLİ V. Y.  (2009),  STUDİA  PHILOLOGİCA    III,  Semantika  vә  Praqmatika,  Dərs 

vəsaiti, Bakı, Mütərcim, 266 s. 

VEYSӘLLİ V. Y. (2010), Semiotika, STUDİA PHILOLOGİCA  IV,  Bakı, Mütərcim, 334 s.



Yüklə 134,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə