İsg ə nd ə rl ə r



Yüklə 28,97 Kb.
tarix08.01.2018
ölçüsü28,97 Kb.
#20002

Ermənistan NATO-nun ilkin hədəfində
Ermənistanda yerləşdirilən “İsgəndərlər” NATO-nun ilk hədəfi olacaq
Ermənistanda sentyabr ayının 21-də hərbi parad zamanı nümayiş olunan “İsgəndər” operativ-taktiki raketləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib. Belə ki, beynəlxalq ekspertlərin fikrincə Ermənistan ərazisində yerləşdirilən “İsgəndər” operativ-taktiki raketləri Rusiyanın NATO təhdidinə qarşı yönəlibdi. Cari ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun "Aegis" yürüstü RMS kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji RMS komplekslərinin tikintisinə başlanarkən, Moskva bəyan etmişdir ki, NATO-nun Avropada raketdən müdafiə sistemi yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və regionda strateji sabitliyi pozacaq. Bundan sonra Rusiya təhlükəsizlik məqsədi ilə əlaqədar “İsgəndərlərdən” istifadə olunacağına dair NATO-ya xəbərdarlıq etmişdir.
Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın “İsgəndər” raket sistemlərini Ermənistanda yerləşdirməsi Ermənistana qarşı acıq təhlükə faktoru yaradacaq. Belə ki, Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir.
Qeyd edək ki, ermənilərin bu gün regionda əzələ nümayişi hesab etdikləri, lakin özlərinin də bilmədikləri hegemon maraqlara qurban verilmiş ərazilərində mövcud olan “İsgəndər” kompleksi NATO-nun bir nömrəli hədəfi halına gəlmişdir.
Yüklə 28,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə