"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında



Yüklə 116,96 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü116,96 Kb.
#27747


"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza 

əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



I.  "İşgəncə  və  digər  qəddar,  qeyri-insani  və  ya  ləyaqəti  alçaldan  rəftar  və  ya 

cəza  əleyhinə  Konvensiya"nın  2005-ci  il  sentyabrın  15-də  imzalanmış  Fakültativ 

Protokolu Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilsin. 

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 2 dekabr 2008-ci il 

            № 724-IIIQD 

 

İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə 



qarşı Konvensiyanın 

 

FAKÜLTATİV PROTOKOLU 

 

Preambula 

 

Hazırkı Protokolun iştirakçı dövlətləri, 



İşgəncələrin  və  digər  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  rəftarın  və  cəza 

növlərinin qadağan edildiyini və onların insan hüquqlarının ciddi pozuntuları olduğunu bir 

daha təsdiq edərək

İşgəncələrə  və  digər  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza 

növlərinə  qarşı  Konvensiyanın  (bundan  sonra  "Konvensiya"  adlandırılacaq)  məqsədlərinə 

nail  olunması  və  azadlıqdan  məhrum  edilmiş  şəxslərin  işgəncələrdən  və  digər  qəddar, 

qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərindən  müdafiəsinin 

gücləndirilməsi üzrə gələcək tədbirlərin zəruriliyinə əmin olaraq, 

Konvensiyanın  2-ci  və  16-cı  maddələrinin  hər  bir  iştirakçı  dövlətin  öz 

yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrin və digər qəddar, qeyri-insani, yaxud 

ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərinin  qarşısının  alınması  üçün  səmərəli  tədbirlərin 

görülməsini öhdəsinə qoyduğunu xatırlayaraq, 

Dövlətlərin  bu  maddələrin  həyata  keçirilməsinə  görə  birbaşa  məsuliyyət  daşıdığını, 

azadlıqdan  məhrum  edilmiş  şəxslərin  müdafiəsinin  gücləndirilməsinin  və  onların  insan 

hüquqlarına tam riayət olunmasının ümumi vəzifə olduğunu və Konvensiyanın tətbiqi üzrə 

beynəlxalq qurumların milli tədbirləri tamamladığını və möhkəmləndirdiyini etiraf edərək, 

İşgəncələrin  və  digər  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza 

növlərinin  səmərəli  şəkildə  qarşısının  alınmasının  maarifləndirmə  sahəsində  tədbirlərin 

görülməsini  və  müxtəlif  qanunvericilik,  inzibati,  məhkəmə  və  digər  tədbirlərin 

birləşdirilməsini tələb etdiyini xatırlayaraq, 

Həmçinin,  Vyanada  1993-cü  ilin  iyun  ayında  keçirilmiş  İnsan  Hüquqları  üzrə 

Ümumdünya  Konfransında  işgəncələrin  kökünün  kəsilməsi  üzrə  səylərin  ilk  öncə  onun 

qarşısının alınmasına yönəlməli olduğunu bəyan etdiyini və saxlanma yerlərinə mütəmadi 

başçəkmə  üzrə  preventiv  sistemin  yaradılması məqsədi  daşıyan Konvensiyanın  fakültativ 

protokolunun qəbul edilməsinə çağırdığını xatırlayaraq, 



Azadlıqdan  məhrum  edilmiş  şəxslərin  işgəncələrdən  və  digər  qəddar,  qeyri-insani 

yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərindən  müdafiəsinin  saxlanma  yerlərinə 

mütəmadi  başçəkmələrə  əsaslanan  preventiv  xarakter  daşıyan  qeyri-məhkəmə  tədbirləri 

əsasında gücləndirə bilinməsinə əmin olaraq, 

Aşağıdakılar barədə razılığa gəldilər: 

 

I hissə  



 

ÜMUMİ PRİNSİPLƏR 

 

Maddə 1 



 

Hazırkı Protokolun məqsədi işgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti 

alçaldan  rəftar  və  cəza  növlərinin  qarşısının  alınması  üçün  azadlıqdan  məhrum  edilmiş 

şəxslərin  saxlanıldığı  yerlərə  müstəqil  beynəlxalq  və  milli  orqanlar  tərəfindən  mütəmadi 

başçəkmələr sisteminin yaradılmasından ibarətdir. 

 

Maddə 2 



 

1.  Hazırkı  Protokolda  ifadə  olunan  funksiyaları  yerinə  yetirən  İşgəncələrə  qarşı 

Komitənin İşgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza 

növlərinin qarşısının alınması üzrə Altkomitə (bundan sonra Qarşısını Alma üzrə Altkomitə 

adlandırılacaq) yaradılır. 

2.  Qarşısını  Alma  üzrə  Altkomitə  fəaliyyətini  Birləşmiş  Millətlər  Təşkilatının 

Nizamnaməsi  çərçivəsində  həyata  keçirir  və  onun  məqsəd  və  prinsiplərinin,  habelə 

Birləşmiş Millətlər Təşkilatının azadlıqdan məhrum edilmiş şəxslərlə rəftara aid normalarını 

rəhbər tutur. 

3.  Qarşısını  Alma  üzrə  Altkomitə,  həmçinin  konfidensiallıq,  qərəzsizlik,  qeyri-

seçicilik, universallıq və obyektivlik prinsiplərini rəhbər tutur. 

4.  Qarşısını  Alma  üzrə  Altkomitə  və  iştirakçı  dövlətlər  hazırkı  Protokolun  həyata 

keçirilməsində əməkdaşlıq edir. 

 

Maddə 3 



 

Hər  bir  iştirakçı  dövlət  işgəncələrin  və  digər  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti 

alçaldan  rəftar  və  cəza  növlərinin  qarşısının  alınması  məqsədilə  milli  səviyyədə  (milli 

preventiv  mexanizmlər  adlandırılan)  bir  və  ya  bir  neçə  başçəkmə  orqanını  yaradır,  təyin 

edir və ya dəstəkləyir. 

 

Maddə 4 



 

1.  Hər  bir  iştirakçı  dövlət  Hazırkı  Protokola,  2-ci  və  3-cü  maddələrdə  qeyd  olunan 

mexanizmlərə  uyğun  olaraq  yurisdiksiyası  və  nəzarəti  altında  olan  azadlıqdan  məhrum 

edilmiş  şəxslərin  dövlət  orqanının  sərəncamı  və  ya  onun  göstərişi,  yaxud  icazəsi  və  ya 

susmaqla razılığı əsasında saxlanıldığı və yaxud saxlanıla bildiyi hər bir yerə (bundan sonra 

saxlanma yerləri adlandırılacaq) başçəkmələrə icazə verir. Zərurət olduqda bu başçəkmələr 

belə şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və 

cəza növlərindən müdafiəsinin gücləndirilməsi məqsədi ilə həyata keçirilir. 

2. Hazırkı Protokolun məqsədləri üçün azadlıqdan məhrum etmə dedikdə şəxsin hər 

hansı  məhkəmə,  inzibati  və  ya  digər  orqanın  qərarı  ilə  həbsdə  saxlanılmasının  və  ya 




azadlıqdan  məhrum  edilməsinin,  yaxud  öz  iradəsi  ilə  tərk  etmə  hüququ  olmadan  dövlət 

yaxud özəl həbsdə saxlanma yerinə yerləşdirilməsinin istənilən forması başa düşülür. 

 

II hissə  



 

QARŞISINI ALMA ÜZRƏ ALTKOMİTƏ 

 

Maddə 5 



 

1.  Qarşısını  alma  üzrə  Altkomitə  on  üzvdən  ibarətdir.  Hazırkı  Protokolun  əllinci 

ratifikasiya fərmanının və ya ona qoşulma haqqında sənədin saxlanma üçün verilməsindən 

sonra Altkomitənin üzvlərinin sayı iyirmi beş nəfərə qədər artırılır. 

2.  Qarşısını  alma  üzrə  Altkomitənin  üzvləri  yüksək  mənəvi  keyfiyyətlərə  malik  və 

ədalət mühakiməsi, xüsusilə də cinayət ədalət mühakiməsi sahəsində, penitensiar sistemdə 

və ya polis orqanlarında, yaxud azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarla aid istənilən 

sahələrdə təsdiq edilmiş iş təcrübəsi olan şəxslər sırasından seçilir. 

3.  Qarşısını  alma  üzrə  Altkomitənin  yaradılması  zamanı  ədalətli  coğrafi  bölgü  və 

iştirakçı  dövlətlərin  müxtəlif  mədəniyyət  formalarının  və  hüquq  sistemlərinin 

təmsilçiliyinin zərurətinə lazımi diqqət yetirilir. 

4. Qarşısını alma üzrə Altkomitənin yaradılması zamanı həmçinin bərabərlik və ayrı-

seçkiliyin  yolverilməzliyi  prinsipləri  əsasında  tarazlaşdırılmış  gender  təmsilçiliyinə  diqqət 

yetirilir. 

5. Qarşısını alma üzrə Altkomitənin tərkibinə eyni dövlətin birdən çox vətəndaşı daxil 

ola bilməz. 

6.  Qarşısını  alma  üzrə  Altkomitənin  üzvləri  öz  funksiyalarını  şəxsi  qisimdə  həyata 

keçirir,  onlar  müstəqil  və  qərəzsiz  olmalı  və  Altkomitənin  tərkibində  səmərəli  işləməyə 

imkanları olmalıdır. 

 

Maddə 6 



 

1. Hər bir iştirakçı dövlət hazırkı maddənin 2-ci bəndinə uyğun olaraq 5-ci maddədə 

təsbit  olunmuş  ixtisas  və  tələblərə cavab verən iki  namizədi  irəli  sürə  bilər,  bununla belə 

dövlət həmin namizədlərin ixtisası haqqında ətraflı məlumat təqdim edir. 

2. a) Namizədlər hazırkı Protokolun iştirakçı dövlətinin vətəndaşı olmalıdır; 

b) irəli sürülmüş iki namizəddən ən azı biri onun namizədliyini irəli sürən iştirakçı 

dövlətin vətəndaşlığına malik olmalıdır; 

c) bir iştirakçı dövlətin vətəndaşı olan iki nəfərdən çox namizəd irəli sürülə bilməz; 

d)  hər  hansı  iştirakçı  dövlət  digər  iştirakçı  dövlətin  vətəndaşını  namizəd  kimi  irəli 

sürməkdən əvvəl, o, həmin iştirakçı dövlətə sorğu verir və razılığını alır. 

3.  Seçkilərin  keçirilməsi  nəzərdə  tutulan  iştirakçı  dövlətlərin  müşavirəsinin 

başlanmasından  ən  azı  beş  ay  əvvəl  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  iştirakçı 

dövlətlərə üç ay ərzində öz namizədlərini irəli sürmək təklifi ilə məktub göndərir. Baş katib 

bütün namizədlərin, onları irəli sürmüş iştirakçı dövlətlər göstərilməklə əlifba qaydasında 

siyahısını təqdim edir. 

 

Maddə 7 



 

1. Qarşısını alma üzrə Altkomitənin üzvləri aşağıdakı qaydada seçilir: 

a)  əsas  diqqət  hazırkı  Protokolun  5-ci  maddəsinin  tələblərinə  və  meyarlarına  əməl 

edilməsinə yetirilir; 




b)  ilk  seçkilər  hazırkı Protokolun qüvvəyə  minməsindən  sonra  altı  ay müddətindən 

gec olmayaraq keçirilir; 

c) iştirakçı dövlətlər Qarşısını alma üzrə Altkomitənin üzvlərini gizli səsvermə yolu ilə 

seçir; 


d) Qarşısını alma üzrə Altkomitənin üzvünün seçkiləri Birləşmiş Millətlər Təşkilatının 

Baş  katibi  tərəfindən  iki  ildə  bir  dəfə  çağırılan  iştirakçı  dövlətlərin  iclaslarında  keçirilir. 

İştirakçı dövlətlərin sayının üçdə iki hissəsi kvorum hesab edilən bu iclaslarda ən çox səs və 

iştirak  edən  və  səs  verən  iştirakçı  dövlətlərin  nümayəndələrinin  mütləq  səs  çoxluğunu 

toplamış şəxslər Altkomitəyə seçilmiş üzvlər hesab olunur. 

2.  Seçkilər  zamanı  hər  hansı  iştirakçı  dövlətin  iki  vətəndaşının  Qarşısını  alma  üzrə 

Altkomitənin  tərkibində  işləmək  hüququnu  əldə  etdiyi  təqdirdə,  ən  çox  səs  toplamış 

namizəd  Altkomitənin  üzvü  seçilir.  Bu  vətəndaşların  eyni  sayda  səs  topladığı  təqdirdə, 

aşağıdakı prosedur tətbiq olunur: 

a)  namizədlərin  yalnız  biri  vətəndaşı  olduğu  iştirakçı  dövlət  tərəfindən  irəli 

sürüldüyü təqdirdə bu vətəndaş Qarşısını alma üzrə I Altkomitənin üzvü seçilir; 

b)  hər  iki  namizəd  vətəndaş  olduqları  iştirakçı  dövlət  tərəfindən  irəli  sürüldüyü 

təqdirdə,  Qarşısını  alma  üzrə  Altkomitənin  üzvlüyünə  namizədlərdən  birinin  müəyyən 

edilməsi üçün ayrıca gizli səsvermə keçirilir; 

c)  namizədlərdən  heç  biri  vətəndaşı  olduğu  iştirakçı  dövlət  tərəfindən  irəli 

sürülmədiyi  təqdirdə  Qarşısını  alma  üzrə  Altkomitənin  üzvlüyünə  namizədlərdən birinin 

müəyyən edilməsi üçün ayrıca gizli səsvermə keçirilir. 

 

Maddə 8 



 

Qarşısını  alma  üzrə  Altkomitə  üzlərindən  birinin  vəfat  etdiyi  və  ya  istefa  verdiyi 

yaxud  hər  hansı  digər  səbəbdən  Altkomitə  üzvünün  funksiyalarını  yerinə  yetirməsi 

mümkün  olmadığı  təqdirdə,  onun  namizədliyini  irəli  sürmüş  iştirakçı  dövlət  seçilmək 

hüququ  olan,  5-ci  maddədə  təsbit  olunmuş  ixtisasa  malik  və  tələblərə  cavab  verən  şəxsi 

teyin  edir.  Bu  şəxs  səlahiyyətlərin  müxtəlif  sahələri  arasında  müvafiq  tarazlığın  təmin 

edilməsi  zərurəti  nəzərə  alınmaqla,  iştirakçı  dövlətlərin  növbəti  iclasına  qədər  olan 

səlahiyyət müddətinə, onun iştirakçı dövlətlərin çoxluğu tərəfindən təsdiq olunması şərti ilə 

teyin  olunur.  Birləşmiş  Millətlər  Təşkilatı  Baş  katibinin  ehtimal  edilən  təyinat  haqqında 

bildirişindən  sonra  altı  ay  ərzində  iştirakçı  dövlətlərin  yarısı  və  ya  yarısından  çoxu 

tərəfindən belə təyinata qarşı çıxış edilmədiyi təqdirdə təsdiqetmə baş tutmuş hesab olunur. 

 

Maddə 9 



 

Qarşısını alma üzrə Altkomitənin üzvləri il 4 müddətinə seçilir. Namizədlikləri irəli 

sürüldüyü  təqdirdə  onlar  bir  dəfə  təkrarən  seçilə  bilərlər.  İlk  seçkilərdə  seçilmiş  üzvlərin 

yarısının  səlahiyyət  müddəti  iki  illik  müddət  bitdikdən  sonra  başa  çatır;  ilk  seçkilərdən 

dərhal  sonra  bu  üzvlərin  adları  7-ci  maddənin  1  d  bəndində  qeyd  olunan  iclasın  Sədri 

tərəfindən keçirilən püşk atma yolu ilə müəyyən olunur. 

 

Maddə 10 



 

1.  Qarşısını  alma  üzrə  Altkomitə  öz  vəzifəli  şəxslərini  iki  il  müddətinə  seçir.  Onlar 

təkrarən seçilə bilərlər. 

2. Qarşısını alma üzrə Altkomitə öz prosedur qaydalarını müəyyən edir. Bu prosedur 

qaydalar xüsusilə aşağıdakıları nəzərdə tutur: 

a) üzvlərin yarısı üstə gəl bir kvorum təşkil edir; 




b)  Qarşısını  alma  üzrə  Altkomitənin  qərarları  iştirak  edən  üzvlərin  səs  çoxluğu  ilə 

qəbul olunur; 

c) Qarşısını alma üzrə Altkomitənin iclasları qapalı keçirilir. 

3.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  Qarşısını  alma  üzrə  Altkomitənin  ilk 

iclasını  çağırır.  İlk  iclasdan  sonra  Qarşısını  alma  üzrə  Altkomitə  prosedur  qaydalarına 

müvafiq  olan  intervalda  iclaslarını  keçirir.  Altkomitə  və  İşgəncələrə  qarşı  Komitə  ildə  bir 

dəfədən az olmayaraq birlikdə toplaşırlar. 

 

III hissə  



 

QARŞISINI ALMA ÜZRƏ ALTKOMITƏNİN MANDATI 

 

Maddə 11 



 

Qarşısını alma üzrə Altkomitə: 

a)  4-cü  maddədə  qeyd  olunan  yerlərə  baş  çəkir  və  azadlıqdan  məhrum  edilmiş 

şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza 

növlərindən müdafiəsi ilə bağlı iştirakçı dövlətlərə tövsiyələr təqdim edir; 

b) milli preventiv mexanizmlərə münasibətdə: 

i) zərurət    olduqda,    belə    mexanizmlərin    yaradılmasında    iştirakçı dövlətlərə 

məsləhət verir və yardım göstərir; 

ii) milli preventiv mexanizmlərlə birbaşa, zərurət olduqda konfidensial şəkildə əlaqə 

saxlayır  və  onların  potensialının  gücləndirilməsi  məqsədi  ilə  peşəkar  hazırlıq  və  texniki 

yardım sahəsində xidmətlər təklif edir; 

iii) azadlıqdan məhrum edilmiş şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani 

yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərindən  müdafiəsinin  gücləndirilməsi  üçün 

ehtiyacların  və  zəruri  tədbirlərin  qiymətləndirilməsi  işində  məsləhət  verir  və  yardım 

göstərir; 

iv)  milli  preventiv  mexanizmlərinin  imkanlarının  və  mandatının  gücləndirilməsi 

məqsədi ilə işgəncələrin və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza 

növlərinin qarşısının alınması üçün iştirakçı dövlətlərə tövsiyə və iradları təqdim edir. 

c)  işgəncələrin  qarşısının  alınması  məqsədilə  Birləşmiş  Millətlər  Təşkilatının 

aidiyyəti qurum və mexanizmləri ilə, habelə bütün şəxslərin işgəncələrdən və digər qəddar, 

qeyri-insani  yaxud  ləyaqəti  alçaldan  rəftar  və  cəza  növlərindən  müdafiəsinin 

gücləndirilməsi  marağından  çıxış  edən  beynəlxalq,  regional  və  milli  təsisat  və  ya 

təşkilatlarla əməkdaşlıq edir. 

 

Maddə 12 



 

Qarşısını alma üzrə Altkomitənin 11-ci Maddədə təsbit olunmuş mandatının həyata 

keçirə bilməsi üçün iştirakçı dövlətlər aşağıdakıları öhdəsinə götürür: 

a) Qarşısını alma üzrə Altkomitəni öz ərazisində qəbul etmək və hazırkı Protokolun 4-

cü Maddəsində müəyyən olunmuş saxlanma yerlərinə baş çəkməyə imkan vermək; 

b) azadlıqdan məhrum edilmiş şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani,   

yaxud   ləyaqəti  alçaldan   rəftar və  cəza  növlərindən  müdafiəsinin gücləndirilməsi üçün 

ehtiyacların  və  zəruri  olan  tədbirlərin  qiymətləndirilməsi  məqsədilə  Qarşısını  alma  üzrə 

Altkomitə tərəfindən sorğu edilə bilən bütün aidiyyəti məlumatı təqdim etmək; 

c)  Qarşısını  alma  üzrə  Altkomitə  və  milli  preventiv  mexanizmlər  arasında  əlaqələri 

təşviq etmək və asanlaşdırmaq; 



d)  Qarşısını  alma  üzrə  Altkomitənin  tövsiyələrini  öyrənmək  və  onların  mümkün 

tətbiqi ilə bağlı dialoq aparmaq. 

 

Maddə 13 



 

1.  Qarşısını  alma  üzrə  Altkomitə  11-ci  Maddədə  təsbit  olunmuş  mandatının  həyata 

keçirilməsi məqsədilə iştirakçı dövlətlərə müntəzəm başçəkmələr proqramını ilk dəfə püşk 

atma yolu ilə müəyyən edir. 

2.  Məsləhətləşmələrin  keçirilməsindən  sonra,  Qarşısını  alma  üzrə  Altkomitə  öz 

proqramı  haqqında  iştirakçı  dövlətləri  məlumatlandırır  ki,  onlar  təxirə  salınmadan 

başçəkmələrin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. 

3.  Başçəkmələr  Qarşısını  alma  üzrə  Altkomitənin  ən  azı  iki  üzvü  tərəfindən  həyata 

keçirilir.  Zərurət  olduqda,  bu  üzvləri  hazırkı  Protokolun  əhatə  etdiyi  sahələr  üzrə  təsdiq 

olunmuş iş təcrübəsinə və biliklərə malik ekspertlər müşayiət edə bilər. Ekspertlər Birləşmiş 

Millətlər  Təşkilatının  İnsan  Hüquqları  üzrə  Ali  Komissarı  və  Beynəlxalq  Cinayətkarlığın 

Qarşısının  Alınması  üzrə  Mərkəzi  tərəfindən,  iştirakçı  dövlətlərin  irəli  sürdüyü  təkliflər 

əsasında  hazırlanmış  ekspertlər  siyahısından  seçilir.  Bu  siyahının  hazırlanması  zamanı 

aidiyyəti  iştirakçı  dövlətlər  5  nəfərdən  çox  olmayaraq  milli  ekspert  təklif  edir.  Aidiyyəti 

iştirakçı  dövlət  başçəkmə  üçün  təklif  edilmiş  ekspertin  namizədliyini  rədd  edə  bilər, 

bundan sonra Altkomitə digər eksperti təklif edir. 

4. Qarşısını alma üzrə Altkomitə zəruri hesab etdiyi təqdirdə, müntəzəm başçəkmənin 

həyata keçirilməsindən sonra növbəti qısa başçəkmə təşkil etməyi təklif edə bilər. 

 

Maddə 14 



 

1.  Qarşısını  alma  üzrə  Altkomitə  mandatını  həyata  keçirə  bilməsi  üçün  hazırkı 

Protokolun iştirakçı dövlətləri ona aşağıdakıları təqdim etməyi öhdələrinə götürürlər: 

a)  4-cü  Maddədə  müəyyən  olunmuş  saxlanma  yerlərində  olan  azadlıqdan  məhrum 

edilmiş  şəxslərin  sayı,  həmçinin  belə  yerlərin  sayı  və  yerləşdiyi  yer  haqqında  istənilən 

məlumat məhdudiyyətsiz əldə etmək imkanı; 

b)  belə  şəxslərlə  rəftar,  habelə  onların  saxlanma  şəraiti  haqqında  istənilən  məlumat 

məhdudiyyətsiz əldə etmək imkanı; 

c) aşağıdakı 2-ci bəndə uyğun olaraq, bütün saxlanma yerlərinə, onların binalarına və 

obyektlərinə məhdudiyyətsiz buraxılış; 

d)  azadlıqdan  məhrum  edilmiş  şəxslərlə  şahidsiz,  şəxsən  və  ya  zərurət  olduqda, 

tərcüməçi  vasitəsilə,  habelə  Altkomitənin  fikrinə  görə  aidiyyəti  məlumatı  verə  biləcək 

istənilən digər şəxslə fərdi qaydada söhbətlər aparmaq imkanı; 

e) baş çəkmək niyyətində olduğu yerləri və söhbət etmək niyyətində olduğu şəxsləri 

maneəsiz seçmək hüququ. 

2.  Konkret  saxlanma  yerinə  başçəkməyə  münasibətdə  etirazlar  yalnız  təcili  surətdə 

baş vermiş və başçəkməyə müvəqqəti maneə törədən milli müdafiə, dövlət təhlükəsizliyi, 

təbii  fəlakət  və  ya  baş  çəkilməsi  ehtimal  edilən  yerdə  ciddi  iğtişaşla  bağlı  inandırıcı 

mülahizələrə əsaslana bilər. Elan olunmuş fövqəladə vəziyyətin mövcudluğu başçəkmənin 

həyata keçirilməsinə etiraz səbəbi kimi gətirilə bilməz. 

 

Maddə 15 



 

Heç  bir  orqan  və  ya  vəzifəli  şəxs  Qarşısını  alma  üzrə  Altkomitəyə  və  ya  onun 

üzvlərinə  verilən  hər  hansı,  istər  doğru,  istərsə  də  yalan,  məlumatın  bildirilməsinə  görə 



istənilən şəxs və ya təşkilata münasibətdə hər hansı sanksiyanı teyin edə, tətbiq edə, icazə 

verə və ya yol verə bilməz və heç bir belə şəxs və ya təşkilat digər şəkildə sıxışdırıla bilməz. 

 

Maddə 16 



 

1.  Qarşısını  alma  üzrə  Altkomitə  öz  tövsiyə  və  iradlarını  konfidensial  qaydada 

iştirakçı dövlətə və zərurət olduqda, milli preventiv mexanizminə göndərir. 

2.  Qarşısını  alma  üzrə  Altkomitə  öz  hesabatını  iştirakçı  dövlət  tərəfindən  müvafiq 

xahişin  daxil  olduğu  təqdirdə,  iştirakçı  dövlətin  iradları  ilə  birlikdə  dərc  edir.  İştirakçı 

dövlət hesabatın bir hissəsini açıqladığı təqdirdə Altkomitə hesabatı tam və ya qismən dərc 

edə bilər. Bununla yanaşı şəxsi xarakter daşıyan məlumatlar müvafiq şəxsin birbaşa ifadə 

edilən razılığı olmadan dərc edilə bilməz. 

3. Qarşısını alma üzrə Altkomitə fəaliyyəti haqqında açıq illik hesabatını İşgəncələrə 

qarşı Komitəyə təqdim edir. 

4.  İştirakçı  dövlətin  12-ci  və  14-cü  Maddələrə  uyğun  olaraq  Qarşısını  alma  üzrə 

Altkomitə  ilə  əməkdaşlıq etməkdən  və  ya  Qarşısını  alma  üzrə  Altkomitənin  tövsiyələrinə 

müvafiq  olaraq  vəziyyətin  yaxşılaşdırılması  üçün  tədbirlər  görməkdən  imtina  etdiyi 

təqdirdə,  İşgəncələrə  qarşı  Komitə  Qarşısını  alma  üzrə  Altkomitənin  xahişi  ilə  iştirakçı 

dövlətə öz mülahizələrini ifadə etmək imkanı verdikdən sonra açıq bəyanatla çıxış etmək və 

ya Altkomitənin hesabatını dərc etmək barədə öz üzvlərinin səs çoxluğu ilə qətnamə qəbul 

edə bilər. 

 

IV hissə  



 

MİLLİ PREVENTİV MEXANİZMLƏR 

 

Maddə 17 



 

Hazırkı Protokolun qüvvəyə minməsindən, və ya onun ratifikasiyasından, yaxud ona 

qoşulmasından  sonra  bir  ildən  gec  olmayaraq  hər  bir  iştirakçı  dövlət  milli  səviyyədə 

işgəncələrin  qarşısının  alınması  üçün  bir  və  ya  bir  neçə  müstəqil  milli  preventiv 

mexanizmləri  dəstəkləyir,  teyin  və  ya  təsis  edir.  Mərkəzsizləşdirilmiş  orqanlar  tərəfindən 

təsis  edilmiş  mexanizmlər  hazırkı  Protokolun  məqsədləri  üçün,  Protokolun  tələblərinə 

cavab verdiyi təqdirdə, milli preventiv mexanizmlər qismində teyin edilə bilər. 

 

Maddə 18 



 

1.  İştirakçı  dövlətlər  milli  preventiv  mexanizmlərinin  funksional  müstəqilliyinə, 

habelə onların işçi heyətinin müstəqilliyinə təminat verir. 

2. İştirakçı dövlətlər milli preventiv mexanizmlərinin ekspertlərinin zəruri potensiala 

və  peşə  biliklərinə  malik  olmasının  təmin  edilməsi  üçün  zəruri  tədbirlər  görür.  Onlar 

gender  balansını  və  ölkədə  mövcud  olan  etnik  və  azlıq  qruplarının  bərabər  təmsilçiliyini 

təmin edir. 

3.  İştirakçı  dövlətlər  milli  preventiv  mexanizmlərin  fəaliyyəti  üçün  zəruri  resursları 

təqdim etməyi öhdələrinə götürür. 

4.  Milli  preventiv  mexanizmlərin  yaradılması  zamanı  iştirakçı  dövlətlər  insan 

hüquqlarının müdafiəsi və təşviq edilməsi üzrə milli təsisatların statusuna dair Prinsipləri 

nəzərə alır. 

 

Maddə 19 




 

Milli preventiv mexanizmlərə ən azı aşağıdakı səlahiyyətlər verilir: 

a)  zərurət  olduqda,  işgəncələrdən  və  digər  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti 

alçaldan  rəftar  və  cəza  növlərindən  müdafiənin  gücləndirilməsi  məqsədilə  4-cü  Maddədə 

müəyyən olunmuş saxlanma yerlərində azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarla bağlı 

məsələyə müntəzəm olaraq baxılması; 

b)  Birləşmiş  Millətlər  Təşkilatının  müvafiq  normaları  nəzərə  alınmaqla  azadlıqdan 

məhrum  edilmiş  şəxslərlə  rəftarın  və  onların  saxlanma  şəraitinin  yaxşılaşdırılması 

məqsədilə müvafiq qurumlara tövsiyələrin təqdim edilməsi, işgəncələrin və digər qəddar, 

qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısının alınması; 

c) qüvvədə olan qanunvericilik və qanun layihələrinə dair təklif və qeydlərin təqdim 

edilməsi. 

 

Maddə 20 



 

Milli preventiv mexanizmlərin öz mandatının yerinə yetirə bilməsi məqsədilə, hazırkı 

Protokolun iştirakçı dövlətlər onlara aşağıdakıları təqdim etməyi öhdələrinə götürür: 

a)  4-cü  Maddədə  müəyyən  olunmuş  həbsdə  saxlanma  yerlərində  olan  azadlıqdan 

məhrum  edilmiş  şəxslərin  sayı,  həmçinin  belə  yerlərin  sayı  və  yerləşdiyi  yer  haqqında 

istənilən məlumatı əldə etmək imkanı; 

b)  belə  şəxslərlə  rəftar,  habelə  onların  həbsdə  saxlanma  şəraiti  haqqında  istənilən 

məlumatı əldə etmək imkanı; 

c) bütün həbsdə saxlanma yerlərinə, onların binalarına və obyektlərinə buraxılış; 

d)  azadlıqdan  məhrum  edilmiş  şəxslərlə  şahidsiz,  şəxsən  və  ya  zərurət  olduqda 

tərcüməçi  vasitəsilə,  habelə  milli  preventiv  mexanizmin  fikrinə  görə  aidiyyəti  məlumatı 

verə biləcək istənilən digər şəxslə fərdi söhbətlər aparmaq imkanı; 

e)  baş  çəkmək  niyyətində  olduqları  yerləri  və  söhbət  etmək  niyyətində  olduqları 

şəxsləri maneəsiz seçmək hüququ

f) Qarşısını alma üzrə Altkomitə ilə əlaqələr qurmaq, ona məlumat ötürmək və onunla 

görüşmək hüququ. 

 

Maddə 21 



 

1. Heç bir orqan və ya vəzifəli şəxs milli preventiv mexanizmə verilən hər hansı, istər 

doğru,  istərsə  də  yalan  məlumatın  bildirilməsinə  görə  istənilən  şəxs  və  ya  təşkilata 

münasibətdə hər hansı sanksiyanı teyin edə, tətbiq edə, icazə verə və ya yol verə bilməz və 

hər hansı belə şəxs və ya təşkilat digər şəkildə sıxışdırıla bilməz. 

2. Milli preventiv mexanizm tərəfindən toplanmış konfidensial məlumat açıqlanmır. 

Şəxsi  xarakter  daşıyan  məlumatlar  yalnız  müvafiq  şəxsin  birbaşa  ifadə  edilən  razılığı 

olduğu təqdirdə dərc edilir. 

 

Maddə 22 



 

Müvafiq  iştirakçı  dövlətin  səlahiyyətli  orqanları  milli  preventiv  mexanizmin 

tövsiyələrini araşdırır və onların tətbiqi üzrə mümkün təbirlərlə bağlı dialoq aparır. 

 

Maddə 23 



 

Hazırkı Protokolun iştirakçı dövlətləri milli preventiv mexanizmlərinin illik hesabatlarının 

dərc etməyi və yaymağı öhdələrinə götürür. 



V hissə  

 

BƏYANAT 

 

Maddə 24 



 

1. Ratifikasiyadan sonra iştirakçı dövlətlər hazırkı Protokolun III Hissəsinə və ya IV 

Hissəsinə  uyğun  olaraq  öz  öhdəliklərinin  yerinə  yetirilməsinin  təxirə  salınması  ilə  bağlı 

bəyanat verə bilər. 

2.  Belə  təxirə  salınma  ən  çoxu  üç  il  müddətində  qüvvədə  qalır.  İştirakçı  dövlət 

tərəfindən müvafiq materialların təqdim edilməsindən və Qarşısını alma üzrə Altkomitə ilə 

məsləhətləşmələrdən sonra İşgəncələrə qarşı Komitə bu müddəti daha iki il uzada bilər. 

 

VI hissə  



 

MALİYYƏ MÜDDƏALARI 

 

Maddə 25 



 

1.  Hazırkı  Protokolun  həyata  keçirilməsi  zamanı  Qarşısını  alma  üzrə  Altkomitə 

tərəfindən sərf edilmiş xərclər Birləşmiş Millətlər Təşkilatı tərəfindən ödənilir. 

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi hazırkı Protokola uyğun olaraq Qarşısını 

alma  üzrə  Altkomitəni  funksiyalarını  səmərəli  şəkildə  yerinə  yetirməsi  üçün  zəruri  işçi 

heyət və vəsaitlə təmin edir. 

 

Maddə 26 



 

1.  Başçəkmədən  sonra  Qarşısı  alma  üzrə  Altkomitə  tərəfindən  iştirakçı  dövlətə  irəli 

sürülmüş  tövsiyələrin  həyata  keçirilməsi  və  milli  preventiv  mexanizmləri  üçün  tədris 

proqramlarının  maliyyələşdirilməsi  məqsədilə  Baş  Assambleyanın  müvafiq  proseduruna 

uyğun  olaraq  Birləşmiş  Millətlər  Təşkilatının  maliyyə  müddəaları  və  qaydaları  əsasında 

idarə olunan Xüsusi Fond yaradılır. 

2. Bu Xüsusi Fond hökumətlər, hökumətlərarası, qeyri-hökumət və digər özəl və ya 

dövlət qurumları tərəfindən ödənilən könüllü ödəmələr hesabına maliyyələşə bilər. 

 

VII hissə  



 

YEKUN MÜDDƏALAR 

 

Maddə 27 



 

1.  Hazırkı  Protokol  Konvensiyanı  imzalamış  istənilən  dövlətə  imzalanmaq  üçün 

açıqdır. 

2.  Hazırkı  Protokol  Konvensiyanı  ratifikasiya  etmiş  və  ya  ona  qoşulmuş  istənilən 

dövlət  tərəfindən  ratifikasiya  olunmalıdır.  Ratifikasiya  fərmanları  saxlanılması  üçün 

Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 

3.  Hazırkı  Protokol  Konvensiyanı  ratifikasiya  etmiş  və  ya  ona  qoşulmuş  istənilən 

dövlətə qoşulmaq üçün açıqdır. 

4. Qoşulma bu haqda sənədin saxlanılması üçün Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə təhvil verilməsi yolu ilə həyata keçirilir. 




5.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  hər  bir  ratifikasiya  fərmanının  və  ya 

qoşulma  haqqında  sənədin  saxlanılması  üçün  təhvil  verilməsi  barədə  hazırkı  Protokolu 

imzalamış və ya ona qoşulmuş bütün dövlətləri məlumatlandırır. 

 

Maddə 28 



 

1.  Hazırkı  Protokol  20-ci  ratifikasiya  fərmanı  və  ya  qoşulma  haqqında  sənəd 

saxlanılması  üçün  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə  təhvil  verildikdən  sonra 

otuzuncu gün qüvvəyə minir. 

2.  Hazırkı  Protokol  iyirminci  ratifikasiya  fərmanı  və  ya  qoşulma  haqqında  sənəd 

saxlanılması üçün təhvil verildikdən sonra onu ratifikasiya edən, yaxud ona qoşulan hər bir 

dövlət  üçün  həmin  dövlət  öz  ratifikasiya  fərmanını,  yaxud  qoşulma  haqqında  sənədini 

saxlanılması üçün təhvil verdikdən sonra otuzuncu gün qüvvəyə minir. 

 

Maddə 29 



 

Hazırkı  Protokolun  müddəaları  heç  bir  məhdudiyyət  və  istisna  olmadan  federativ 

dövlətlərin bütün hissələrinə şamil olunur. 

 

Maddə 30 



 

Hazırkı Protokola dair hər hansı qeyd-şərtlərə yol verilmir. 

 

Maddə 31 



 

Hazırkı  Protokolun  müddəaları  saxlanma  yerlərinə  başçəkmə  sisteminə  əsaslanan 

istənilən  regional  konvensiyalar  üzrə  iştirakçı  dövlətlərin  öhdəliklərinə  toxunmur. 

Təkrarlanmadan  yayınmaq  və  hazırkı  Protokolun  məqsədlərinə  səmərəli  nail  olunmasını 

təmin etmək üçün Qarşısını alma üzrə Altkomitəyə və belə regional konvensiyalara uyğun 

olaraq təsis edilmiş orqanlara məsləhətləşmələr aparmaq və əməkdaşlıq etmək təklif olunur. 

 

Maddə 32 



 

Hazırkı  Protokolun  müddəaları  12  avqust  1949-cu  il  tarixli  dörd  Cenevrə 

Konvensiyası  və  onlara  dair  8  iyun  1977-ci  il  tarixli  Əlavə  Protokollar  üzrə  iştirakçı 

dövlətlərin  öhdəliklərinə,  habelə  beynəlxalq  humanitar  hüquqla  əhatə  olunmayan 

vəziyyətlərdə iştirakçı dövlətin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saxlanma yerlərinə 

baş çəkməyə icazə vermək hüququna toxunmur. 

 

Maddə 33 



 

1. Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş 

göndərməklə  hazırkı  Protokolu  denonsasiya  edə  bilər.  Bundan  sonra  Baş  katib  hazırkı 

Protokolun və Konvensiyanın iştirakçı dövlətlərini bu barədə məlumatlandırır. Denonsasiya 

Baş katib belə bildiriş aldıqdan bir il sonra qüvvəyə minir. 

2.  Belə  denonsasiya  iştirakçı  dövləti  denonsasiya  qüvvəyə  mindiyi  tarixə  qədər  baş 

verə bilən hər hansı hərəkətinə və ya vəziyyətinə görə və ya Qarşısını alma üzrə Altkomitə 

tərəfindən aidiyyəti iştirakçı dövlətə münasibətdə qət edilən və ya qət edilə bilən tədbirlərə 

görə  hazırkı  Protokol  üzrə  öhdəliklərindən  azad  etmir  və  denonsasiya  qüvvəyə  mindiyi 



tarixə qədər Altkomitədə baxılmış hər hansı məsələnin davam edən baxışına heç bir halda 

xələl gətirmir. 

3. İştirakçı dövlət tərəfindən bəyan edilmiş denonsasiyanın qüvvəyə mindiyi tarixdən 

sonra Qarşısını alma üzrə Altkomitə həmin dövlətə aid yeni məsələnin baxılmasına başlaya 

bilməz. 

Maddə 34 

 

1. Hər hansı iştirakçı dövlət hazırkı Protokola dair düzəliş təklif edə və onu Birləşmiş 



Millətlər  Təşkilatının  Baş  katibinə  təqdim  edə  bilər.  Bundan  sonra  Birləşmiş  Millətlər 

Təşkilatının  Baş  katibi  təklif  olunmuş  düzəlişi  hazırkı  Protokolun  iştirakçı  dövlətlərinə 

göndərərək,  bu  təklifə  baxmaq  və  onu  səsə  qoymaq  məqsədilə  iştirakçı  dövlətlərin 

konfransının çağırılmasına razı olub-olmamalarını ona bildirməyi xahiş edir. Bu məktubun 

göndərildiyi  tarixdən  keçən  dörd  ay  ərzində  iştirakçı  dövlətlərdən  ən  azı  üçdə  biri  belə 

konfransın çağırılmasına razılıq verdiyi təqdirdə Baş katib Birləşmiş Millətlər Təşkilatının 

himayəsi ilə konfrans çağırır. Baş katib bu konfransda və səsvermədə iştirak edən iştirakçı 

dövlətlərin  üçdə  ikisinin  çoxluğu  ilə  qəbul  edilən  hər  hansı  düzəlişi  təsdiq  üçün  bütün 

iştirakçı dövlətlərə göndərir. 

2. Bu Maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş hazırkı Protokolun 

iştirakçı dövlətlərinin üçdə ikisi həmin düzəlişi öz konstitusiya prosedurlarına uyğun qəbul 

etdiklərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirdikdən sonra qüvvəyə minir. 

3.  Düzəlişlər  qüvvəyə  mindikdən  sonra,  onları  qəbul  etmiş  iştirakçı  dövlətlər  üçün 

məcburi  olur,  digər  iştirakçı  dövlətlər  üçün  isə  qəbul  etmiş  olduqları  hazırkı  Protokolun 

müddəaları və əvvəlki düzəlişlər məcburi olaraq qalır. 

 

Maddə 35 



 

Qarşısını  alma  üzrə  Altkomitənin  üzvlərinə  və  milli  preventiv  mexanizmlərinin 

üzvlərinə  onların  funksiyalarının  müstəqil  şəkildə  yerinə  yetirilməsi  üçün  zəruri  olan 

imtiyaz  və  immunitetlər  verilir.  Altkomitənin  üzvlərinə  Birləşmiş  Millətlər  Təşkilatının 

imtiyaz və immunitetləri haqqında 13 fevral 1946-cı il tarixli Konvensiyasının 23-cü fəslinin 

müddəalarına əməl olunmaqla, həmin Konvensiyanın 22-ci fəslində sadalanan imtiyaz və 

immunitetlər verilir. 

 

Maddə 36 



 

İştirakçı  dövlətə  baş  çəkərkən  Qarşısını  alma  üzrə  Altkomitənin  üzvləri  hazırkı 

Protokolun  müddəa  və məqsədlərinə  və  istifadə  edə  biləcəkləri  imtiyaz və  immunitetlərə 

xələl gətirmədən: 

a) baş çəkilən dövlətin qanun və normalarına riayət edir; 

b)  vəzifələrinin  qərəzsiz  və  beynəlxalq  xarakteri  ilə  bir  araya  sığmayan  hər  hansı 

hərəkət və fəaliyyətdən çəkinir. 

 

Maddə 37 



 

1. İngilis, ərəb, ispan, çin, rus və fransız dillərindəki mətnləri bərabər olaraq autentik 

olan hazırkı Protokol saxlanılması üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil 

verilir. 

2.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  hazırkı  Protokolun  təsdiq  edilmiş 

nüsxələrini bütün dövlətlərə göndərir. 




"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza 

əleyhinə Konvensiya"nın Fakültativ Protokoluna dair Azərbaycan Respublikasının  

 

BƏYANATI 

 

Azərbaycan  Respublikası  bəyan edir  ki,  o,  Ermənistan  Respublikası  tərəfindən  işğal 



olunmuş ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər 

azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik 



xəritəsi əlavə olunur). 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Yüklə 116,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə