İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə1/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
  1   2   3   4   5   6   7   8   9   ...   142


Mən Hüseyn Cavid istedadında, 

Hüseyn Cavid qabiliyyətində  ikinci bir 

şair tanımıram.  

Seyid Şuşinski 

 

İsgəndər Atilla 

 

 

 

ƏSRİN ŞAİRİ 

 

Doqquzuncu kitab 

 

 

Hüseyn Cavidin lirikası

 

 

 

 

 

 

 

 

“Mü

əllim” nəşriyyatı 

Bakı – 2018 


2

                                            

Əsrin şairi IX 

 

 

 

 

 

 

 

 

 

 

İsgəndər  Əhməd  oğlu  Atilla  (Orucəliyev).  ƏSRİN  ŞAİRİ. 



Doqquzuncu  kitab.  Hüseyn  Cavidin  lirikası.  –  Bakı: 

“Müəllim” nəşriyyatı, 2018. – 432

 

s. 


 

 

 

 

Kitab müasir Az

ərbaycan ədəbiyyatşünaslığında az araşdırılan bir 

mövzuya h

əsr  edilmişdir.  Müəllif  kitabda  Cavid  lirikasının  mövzu və 

ideya istiqam

ətini, əsas problematikası müəyyənləşdirir. Şairin şeirlərini 

mövzusuna gör

ə qruplaşdırır, məlum 68 şeirini təhlil edir. Diqqəti Cavid 

li

rikasının  fəlsəfi mahiyyətinə, təkrarolunmazlığına,  orijinallığına, 

elmlikl

ə  bədiliyin sintezinə  yönəldir. Oxucuda Cavid  lirikası  haqqında 

dolğun təsəvvür yaratmağa çalışır. 

 

 

Müəlliflik hüququ qorunur. Müəllifin icazəsi olmadan bu nəşri,  yaxud 

onun  başqa  əsərlərini  yenidən  çap  etdirmək,  elektron  informasiya  vasitələri 

ilə yaymaq qanuna ziddir. 

 

A 

435

9952


2018

042901




 



©

 İsgəndər Əhməd oğlu Atilla (Orucəliyev), 2018 


         

3

 

İsgəndər Atilla 

 

 


4

                                            

Əsrin şairi IX 

 

 

 

 

 

 

 

 

Mən bu əsərimi 

“İnsanlara hüriyyət, millətlərə istiqlal!”, 

“Bir kərə yüksələn bayraq bir daha enməz!” 

şüarlarının müəllifi, milli istiqlal və  

Azərbaycanda demokratik hərəkatın görkəmli 

nümayəndəsi, XX əsr Azərbaycan  

ictimai-siyasi və dövlətçilik tarixində şərəfli 

yer tutan, ömrü boyu azadlıq, demokratiya, 

vətən və millət uğrunda çarpışan,  

Hüseyn Cavidi böyük məhəbbətlə  

           sevən, oxuyan və araşdıran  

       Məhəmməd Əmin Rəsulzadənin  

               əziz xatirəsinə ithaf edirəm. 


         

5

 

İsgəndər Atilla 

Kommunizm nə  yapırsa  yapsın,  Rusiya 

imperializm hankı rəngə girirsə girsin, meydanda bir 

həqiqət var: Millətlər kəndilərini tanımışlar. Kommu-

nizm rejimi süqut etmək məcburiyyətindədir. 

M.Ə.Rəsulzadə 

 

Məhəmməd Əmin Rəsulzadənin  

130-illik yubileyinin keçirilməsi haqqında  

Azərbaycan Respublikası Prezidentinin  

SƏRƏNCAMI 

 

2014-cü  ilin  yanvar  ayında  Azərbaycan  Xalq  Cümhu-

riyyətinin  banilərindən  biri,  Azərbaycan  Milli  Şurasının  sədri 

Məhəmməd  Əmin  Rəsulzadənin  anadan  olmasının  130  illiyi 

tamam olur. 

Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azər-

baycanın  tarixi  dövlətçilik  ənənələri  zəminində  milli  dövlət 

quruluşunun  dirçəldilməsində,  milli  istiqlal  ideyalarının  geniş 

yayılmasında  böyük  xidmətlər  göstərmiş  və  siyasi  publisistikası 

ilə  ədəbi-ictimai  fikir  tariximizə  layiqli  töhfələr  vermiş  görkəmli 

ictimai-siyasi  xadim  Məhəmməd  Əmin  Rəsulzadənin  130  illik 

yubileyinin  keçirilməsini  təmin  etmək  məqsədilə,  Azərbaycan 

Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin 32-ci  bəndini 

rəhbər tutaraq qərara alıram: 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazir-

liyi  Azərbaycan  Milli  Elmlər  Akademiyası,  Azərbaycan  Respub-

likasının  Təhsil  Nazirliyi  və  digər  aidiyyəti  qurumlarla  birlikdə 

Məhəmməd  Əmin  Rəsulzadənin  130  illik  yubileyinə  həsr 

olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərən-

camdan irəli gələn məsələləri həll etsin. 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 22 noyabr 2013-cü il 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə