İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
  1   2   3   4   5   6   7   8


 

İŞGÜZAR YAZIŞMALAR   FƏNNİ  ÜZRƏ 



 KOLLOKVİUM SUALLARININ CAVABLARI 

Mövzu 1. MÜASİR AZƏRBAYCAN DİLİNİN İŞGÜZAR ÜSLUBU. 

Sual 1. İşgüzar üslubun özəllikləri nədir? 

Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə 

düşmüş  (standart)  formalarda  və  olduqca  yığcam  şəkildə  verilir.  Üslubun  əsas 

səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni  

standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli 

rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır.  

Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir 

sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır.  

Rəsmi-işgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) işgüzar sənədlərin 

dili.  


Dövlət,  hökumət  təşkilatlarının  tərtib  etdiyi  və  rəsmi  qaydada  təsdiq  olunan 

sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, 

Konstitusiya və s.) rəsmi sənədlər sayılır.  

Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:  

-

 

dilin maksimum mükəmməlliyi; 



-

 

fikrin tam aydınlığı; 



-

 

fikrin (sözlərin) birmənalılığı; 



-

 

fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)  



-

 

dil yığcamlığı 



Rəsmi  sənədin  əsas  şərti  (həcmindən  asılı  olmayaraq)  dil  yığcamlığıdır.  Rəsmi 

sənədlər  millətin  dövlətçilik  mədəniyyətini  əks  etdirir.  Buna  görə  də  həmin 

sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.  

İşgüzar  sənədlər  isə  ayrı-ayrı  vətəndaşlara  aid  olur.  Ərizə,  tərcümeyi-hal,  akt, 

xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər hamı üçün 

eyni  olan  standart  formalarda  hazırlanır.  Belə  sənədlər  xüsusi  dövlət  əhəmiyyəti 

daşımır.  

Rəsmi-işgüzar üslubun şifahi forması olmur.  




 

  Sual 2.  Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər nədən ibarətdir?  

Sənəd  ona  rəsmi  xarakter  və  hüquqi  qüvvə  verilməsi  məqsədilə  rəsmiləşdirilir. 

Rəsmiləşdirmə  sənədin  imzalanması,  təsdiq  edilməsi  və  ona  möhür  vurulması 

vasitəsilə həyata keçirilir. 

Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır. 

İmzanın tərkibinə sənədi imzalamış şəxsin adı,  soyadı, onun şəxsi imzası daxildir.  

     


Əgər  sənəd  blankda  tərtib  edilmişdirsə,  sənədi  imzalamış  şəxsin  vəzifəsi  qısa 

şəkildə göstərilir. Məsələn:  

                  Sədr:    «-------»                                             Əli Məmmədov 

       Əgər  sənəd  blankda  tərtib  edilməmişdirsə,  sənədi  imzalamış  şəxsin  vəzifəsi 

tam şəkildə göstərilir. Məsələn:  

    Nümunə 



        Azərbaycan Respublikası Dövlət Tikinti və 

        Arxitektura Komitəsinin sədri: «-------»                        Həsən Nuriyev 

                                                                                                   (tarix) 

       Təşkilatlara  göndərilən  sənədlər  onu  göndərən  təşkilatın  rəhbəri  və  ya  onun 

müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər isə 

müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.  



 

Sual 3. İşgüzar üslub başqa üslublardan nə ilə fərqlənir? 

İşgüzar  üslub  başqa  üslublardan  birinci  növbədə  leksik  xüsusiyyətləri  ilə 

fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. 

        İşgüzar  üslubun  leksik  xüsusiyyətlərindən  danışarkən  onu  da  qeyd 

etməliyik  ki,  bütövlükdə  bu  üslubda,  eləcə  də  onun  yarımüslublarında  – 

sahələrində  dilimizdə  mövcud  olan  bəzi  standartlar,  ştamp  şəkli  almış  ifadə  və 



 

formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza 



etmək,  təmin  etmək,  qəbul  etmək,  məruzə  etmək,  lehinə  (əleyhinə)  səs  vermək, 

tədbir  görmək,  müzakirə  etmək,  irəli  sürmək,  həyata  keçirmək,  yerinə  yetirmək, 

cəlb  etmək,  istifadə  etmək,  təltif  etmək,təsis  etmək,nəzərdə  tutmaq,  məsuliyyət 

daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, 

xəbərdarlıq etmək və s. 

 

Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın 



olmasını, asan başa düşülməsini bir növ təmin edir. 

 

Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  işgüzar  üslubda  müəyyən  sabit  söz 



birləşmələrindən  (məsələn,  tədbir  görmək,  qüvvəyə  minmək,  qüvvədən  düşmək, 

məsuliyyət  daşımaq  və  s.)  savayı,  frazeoloji  birləşmələrdən,  məcazlardan,  bədii 

ifadə  vasitələrindən,  bədii  müqayisələrdən,  epitetlərdən,  təkrarlardan,  bir  qayda 

olaraq,  istifadə  olunmur.  Bu  da  onu  bədii  üslubdan  fərqləndirən  əsas  amillərdən 

biridir.  

 

     İşgüzar üslubun qrammatik xüsusiyyətləri. İşgüzar üsluba aid mövcud 



yazılarda  indiyə  qədər,  adətən,  onun  leksik  və  sintaktik    xüsusiyyətlərindən  bəhs 

olunmuşdur.  Müşahidələr  göstərir  ki,  ədəbi  dilin  başqa  üslubları  kimi,  işgüzar 

üslubda  da  bəzi  morfoloji  xüsusiyyətlər  bu  üslubun  səciyyələnməsində  və 

formalaşmasında az əhəmiyyət kəsb etmir. 

 

Morfoloji xüsusiyyətlər. İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin 

bəzi  cəhətləri  diqqəti  cəlb  edir.  İdarə  adları  bildirən  sadə  və  mürəkkəb  isimlər, 

vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, 

professor,  nazir,  müşavir)  və  şəxs  adlarının,  soyadların  tez-tez  işlənilməsinin 

vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. 

 

İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. 



Doğrudur,  üslubi  məqsəd  və  əlavə  izahlar  üçün  başqa  üslublarda  da  mötərizə 

işlədilir.  Lakin  burada  başqa  üslublardan  fərqli  olaraq,  konkret  şəkildə  məsul 

şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir. 

İşgüzar  üslubun  qanunvericilik  yarımüslubunda  konkret  isimlərin  (əsasən 

cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır. 

Bununla  belə,  qanunvericilik  aktlarının  xarakterindən  asılı  olaraq,  cəza  , 

cinayət,  icra,  şikayət  haqqında  kodekslərdə  «rəhbərlik»,  «plan»,  «yoxlama», 

«qərar», «üsul», «istehsalat», «müvəffəqiyyət» və s. mücərrəd isimlər də işlədilir. 

Bu qrup isimlərə mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer 

verilir.  Dəftərxana  sənədlərində,  bir  sıra  müqavilələrdə  tək  və  cəm  halda  olan 




Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə