İslam əxlaqi seyid azəR ƏHMƏdov 2 MÜQƏDDƏs qum şƏHƏRİ 2016 2017 İslam əxlaqi (Dərslik)



Yüklə 145,2 Kb.

tarix26.10.2018
ölçüsü145,2 Kb.


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

İSLAM ƏXLAQI

SEYİD AZƏR ƏHMƏDOV 



 



 

 

 

 

 

 

MÜQƏDDƏS  QUM  ŞƏHƏRİ 

2016 - 2017 


 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  1 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Giriş 

İslam  nöqteyi-nəzərindən  insan  cəmiyyətinin  formalaşmasında  əsas  rolu  məhəbbət, 

sevgi,  dostluq  oynayır.  Hədisləri  də  gözdən  keçirdikdə,  camaatın  bir-birinə  məhəbbəti 

sayəsində  yaranan toplumun İslamda arzuolunan insan cəmiyyəti  olduğu məlum  olur.  

İslam  dini  elə  bir  cəmiyyət  qurmaq  istəyir  ki, orada bütün insanlar bir -birini qardaş 

sayır  və  fədakarlıq  həddində  qarşılıqlı  məhəbbət  bəsləyirlər.  Səbəbi  isə  bəsitdir;  istənilən 

insan cəmiyyətinin  formalaşdırılmasında  məhəbbət  kimi effektiv  mexanizm  yoxdur.  

Digər  tərəfdən  İslam  insanın  təkamül  proqramıdır  və  bu  proqramın  əsas  ünsürünü 

məhəbbət  təşkil  edir.  

İnsan  rəftarında  ən  təsirli  amillərdən  biri  də  məhəbbətdir.  Belə  ki,  insan  sevdiyinə 

tabe  olur.  Məhəbbət  bilmək  və  tanımaq  sayəsində  qazanılır.  Ona  görə  də,  tanımaq 

məhəbbət,  məhəbbət  isə itaət  gətirir.   

İnsan  cəmiyyətinin  tərəqqisi  üçün  İslamın  nəzərdə  tutduğu  bu  proqramın 

gerçəkləşməsində  məhəbbət  ünsürü  o  qədər  təsirlidir  ki,  İmam  Baqir  (ə)  İslam  dinini 

məhəbbətlə  eyniləşdirir və buyurur: 

 ّبُلحا ّلاا نیلدا له

؟

 



“Din məhəbbətdən  başqa bir şeydirmi?”

1

 

Quranın  insanlara  tanıtdırdığı  Allah  insanlara  qarşı  olduqca  mehribandır,  onları 



sevir. “Hud” surəsinin 90-cı ayəsində  Allah-taala  buyurur: 

 ِهْيَل


ِ

ا اوُبوُت َّ ُثُ ْ ُكَُّبَر او ُرِفْغَت ْ ساَو

ۚ 

ٌ ُوُُ َو ٌ مَِِر  ِِّّ َر ََّّ 



ِ

ا 

 



“Rəbbinizdən  bağışlanmaq  diləyin,  sonra  (saleh  əməllərlə)  Ona  tərəf  qayıdın. 

Həqiqətən  mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini)  sevəndir”. 

İnsan,  yaradılışdan  camal  və  kamal  aşiqidir.  O,  gözəllik  və yaxşılıqları sevir, pislik və 

çirkinliklərə  nifrət  edir.  Allah-taalanın  müqəddəs  zatı  kamal,  camal,  elm,  həyat,  qüdrət, 

rəhmət,  bir  sözlə  bütün  kamil  sifətlərin  özü  –  eyni olduğu üçün bütün sevgilərin başlanğıcı 

Allah sevgisidir.  Hər kim gözəllik  və kamal  aşiqidir, onu sevir. 

                                                 

1

 “Nurus-Səqəleyn” təfsiri



 c. 5 , səh. 84 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  2 

 

 



 

 



Allah,  peyğəmbərlər,  imamlar,  övliyalar,  möminlər,  ata-anaya  məhəbbət  bəsləmək 

mərifətdən  qaynaqlanır.  İnsanın  mərifəti  artdıqca,  onun  məhəbbət  və  sevgisi  də  artmağa 

başlayır.  Bundan  əlavə,  insan  dünyada  nəyə  məhəbbət  göstərsə,  axirətdə  onunla  məşhur 

olacaq.  Əgər  insanın  məhəbbəti  Allaha  xatir  olmasa,  Allahın  rəhmətindən  uzaqlaşacaq, 

hətta  Allahın  insanla  düşmənçiliyi  ilə  nəticələnəcək.  Allah  hansısa  bir  bəndəsini  sevmiş 

olsa,  onu  övliya  və  mələklərinə,  yer  və  göy  əhlinə  tanıtdırar  ki,  onlar  da  həmin  bəndəyə 

məhəbbət  bəsləsinlər.  Məhəbbət  əsən  küləyə  bənzəyir  və  o,  nəyin  üstündən  əssə,  ona 

həyat  bəxş edər. 

Əgər  məhəbbət  Allaha  qarşı  olarsa,  bəndəni  Allahın  razılığı  və  istəyinə  qul  edir, 

bəndəlik  çərçivəsinə  salır və bu halda heç bir şey insanı Allaha itaətdən  saxlaya bilməz. 

 

Mövzumuz  daha  da  aydınlaşsın  deyə  ilk  öncə  məhəbbət  termininin  lüğət  və 



terminologiyadakı  mənası  ilə  tanış  olacaq,  sonra  isə  ariflərin  baxışını  nəzərinizə 

çatdıracayıq. 

 

Məhəbbətin lüğətdə mənası  

“Məhəbbət”,  “hübb”  sözündən  götürülmüşdür,  mənası  isə  dostluq,  mehribanlıq  və 

qəlbi bağlılıqdır.

2

 



 

Məhəbbətin terminoloji tərifi 

“İnsanın ləzzət apardığı bir şeyə meyil etməsi  məhəbbət  adlanır”.

3

 



İzah:  Məhəbbət  insanın  ləzzət,  mənfəət  və  ya  kamal  güman  etdiyi  bir  şeyə  meyl 

etməsidir.  Həqiqi məhəbbət  təslim  olmaqdır. 

 

İrfan məktəbində məhəbbət və eşqin mənası 

Ariflər  insanda  olan  məhəbbət  və  eşq  hissinə  böyük  əhəmiyyət  verirlər.  Onların 

nəzərincə,  eşq  bütün  varlıqlarda  mövcuddur.  O cümlədən, hava, torpaq, od, külək və atom 

zərrəciklərində  belə, eşq cərəyanı  mövcuddur.   

 

“Səhifeyi-Səccadiyyə”  bu mövzunu belə izah edir:  

“Allah-taala  aləmi  heçdən  (heç  bir  nümunəsi  olmadan)  yaratdı.  Sonra  isə  onu 

özünün eşq və məhəbbət  yoluna yönəldərək həyat bəxş etdi.” 

Ariflərin  açıqlaması:  “Dərdli  olmaq  insan  xüsusiyyətlərindəndir.  Onu  mələklərdən 

üstün  edən  məhz  bu  xüsusiyyətdir.  Çünki  bu  xislət  mələklərdə  yoxdur.  Onların  nəzərincə, 

bu,  həmin  “Allahaxtarma”  dərdidir.  İnsan  Allah  tərəfindən  göndərilmiş  və  dünyada  qərar 

tuta  bilməyən  bir  varlıqdır.  Bu  da  onu  dünyada qürbət hissi keçirməyə məcbur edir. Onun 

gözündə  dünya  və  onun  üzərindəki bütün varlıqlar fani görünür. Ona görə də heç bir şeyə 

ürək  bağlaya  bilmir.  Amma  bununla  belə,  o,  əbədiyyətə  qovuşmaq  düşüncəsi  ilə  yaşayır. 

Bu da onun dərd əhli olmasına  səbəb olur.” 

Hindistan  meşələrindən  gətirilib  qəfəsə  salınmış  tutuquşu  misalı  bunun  bariz 

nümunələrindəndir.  Quş  hər  an  qəfəsdən  canını  qurtarıb  öz  vətəninə  qayıtmaq  fikri  ilə 

yaşayır. Bəli,  o, narahatdır, öz doğma yurduna qayıtmaq  istəyir.  Buna onun haqqı da var!... 

İnsanın  dərdi  ancaq  və  ancaq  Allah dərdidir. O, bunu düzgün başa düşsə, ibadətləri 

Əmirəl-möminin  Əlinin (ə) aşiqcəsinə  etdiyi ibadətlər  kimi olacaqdır. 

Qurani-kərim bu barədə  “Rəd”  surəsi 28-ci ayədə  buyurur: 

                                                 

2

 “ər-Raid”, (lüğət kitabı), c. 2, səh. 1551 



3

 “Quran və hədisdə dostluq”,  səh. 24 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  3 

 

 



 

 



“...Bilin  ki, qəlblər  yalnız Allahı zikr etməklə  aramlıq tapar!”   

 

Məhəbbət Quranda  

Quran  ayələri,  hədis  və  əqli  dəlillərə  əsasən,  İslam  mədəniyyətində  ali  dəyərlərdən 

biri və Allah-taalaya  yaxınlaşmaqda  ən başlıca  amil ona məhəbbətdir. 

Quranda  məhəbbət  kəlməsi  73  dəfə  istifadə  olunmuşdur.  Bunlardan  bəziləri 

bəyənilmiş,  digərləri  isə  bəyənilməmiş  məhəbbətdir.  Allah

-

taala  öz  müqəddəs  vücuduna 



nisbət  vermiş  məhəbbəti  yaxşı  məhəbbət  saymışdır.  Belə  ki,  “Ali-İmran” surəsi, 31-ci ayədə 

buyurur:


 

 َر ٌ روُفَغ  َُّللَّاَو ۗ ْ ُكَُبوُنُذ ْ ُكَُل  ْرِفْغَيَو  َُّللَّا ُ ُكُْبِبْ ُيُ  ِنِوُعِبَّتاَف  ََّللَّا  ََّ وُّبُِتُ ْ ُتُْنُك  َّْ ِا ْلُق

 ٌ مِِ

 

“De:  “Əgər  Allahı  sevirsinizsə,  onda  mənə  tabe  olun  ki,  Allah  da  sizi  sevsin  və 



günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır”. 

 

Bəzən  də Quranda bəyənilmiş  və bəyənilməmiş  məhəbbət  bir yerdə gəlmişdir. 



  بُِ ُّد َشَأ اوُنَم أ  َنیِ َّلَّاَو ۖ ِ َّللَّا  ِّبُحَك ْمُ َنَوُّبُِيُ اًُا َدْنَأ ِ َّللَّا  َِّ وُُ  ْنِم  ُذِخَّتَي  ْنَم  ِساَّنلا  َنِمَو

  ِ َّ ِللَّ ا

...

 

“İnsanların  bəziləri  Allahın  yerinə  (bütlərdən,  ulduzlardan)  şəriklər  seçərək  onları 



Allahı  sevməli  olduqları  kimi  sevərlər.  Lakin  iman  gətirənlərin  Allaha  olan  məhəbbətləri 

daha çoxdur...” 

4

 

 

Məhəbbət və dostluq hədislərdə 

Məhəbbət  bəhsi  hədislərdə  iki  hissəyə  bölünmüşdür:  1.  İnsanlar  arasında  ünsiyyət 

və məhəbbət;  2. Allaha məhəbbət; 

 

1. İnsanlar  arasında  məhəbbət 

 ََّ وُ َحَْرُت ْ ُكَُّلَعَل  ََّللَّا اوُقَّتاَو ۚ ْ ُكُْیَوَخَأ  َ ْيَْب اوُحِل ْصَأَف ٌ ةَوْخ

ِ

ا  ََّ وُنِمْؤُمْلا اَمَّن



ِ

ا

 



“Həqiqətən  bütün  möminlər  bir-birləri  ilə  qardaşdırlar.  Buna  görə  də  (bütün 

ixtilaflarda)  qardaşınız  olan  iki  şəxs  və  ya  iki  dəstənin  arasını  düzəldin.  Allahdan  qorxun, 

bəlkə rəhm olundunuz”. 

5

 



İzah: 

a)

 



Vacib  dostluqlar:  Allah,  Peyğəmbər  (s)  və  onun  pak  Əhli-beytinə  (ə)  olan 

məhəbbət.   

Bu  barədə  bir  rəvayətdə  buyurulur:  “Bir  kişi  Allahın  Rəsulundan  (s)  Qiyamət 

barəsində  soruşdu.  

Həzrət  (s) buyurdu: “O gün üçün nə hazırlıq görmüsən?” 

Ərz  еtdi:  “Allaha  və  Onun  Rəsuluna  məhəbbətdən  başqa  еlə  bir  əhəmiyyətli  şеy 

hazırlamamışam.” 

Həzrət  Rəsul (s) buyurdu: “Bəs,  sən sеvdiyin kəslə birlikdəsən?”

6

 

b)



 

Müstəhəb  dostluqlar:  1.  Möminlər,  2.  Alimlər,  3.  Aqillər,  4.  Yaxşılar,  5.  Xeyrə 

yönəldənlər,  6. Allahı yada salanlar,  7. Yoxsullar, 8. Qonşular. 

c)

 

Haram  dostluqlar:  1.  Allahın  düşmənləri,  2.  Zalımlar,  3.  Müsəlman 



cəmiyyətindən  üz döndərənlər. 

                                                 

4

 “Bəqərə” surəsi, ayə 165 



5

 “Hücurat”  surəsi, ayə 10 

6

 “Kənzul-ummal”, hədis 25553 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  4 

 

 



 

 



d)

 

Məkruh  dostluqlar:  1.  Günahkarlar,  2. Yalançılar, 3. Paxıllar, 4. Tamahkarlar, 5. 

Nadanlar,  6. Axmaqlar, 7. Sultanlar,  8. Vəfasızlar. 

 

2. Allaha  məhəbbət və onunla dostluq



 

Məhəbbətin  ikinci  qismi  hədislərdə  ən  üstün  dostluq  sayılan  Allahın  dostluğuna 

işarə edir: 

Əmirəl-möminin  İmam Əli (ə) bu barədə buyurur:  



“Bəndə  yalnız  Allaha  diqqət  yetirər  və  heç  zaman  Allaha  ibadəti  sona  çatdırmaz, 

ilahi  əmrləri  yerinə  yetirmək  və  Allaha  itaət  etməklə  bağlı  öz  şövq  və  marağını 

süstləşdirməz.  Onları  Allaha  itaət  etməyə  aşiq  edən  şey  qəlblərində  yetirşdirdikləri 

məhəbbət  toxumudur.”

7

   



“Əgər  bəndəmin  məni  çoxlu  xatırladığını  görürsənsə,  mən  özüm  ona  belə  icazə 

vermişəm  və onu sevirəm.”

8

   



 

Məhəbbətin qisimləri 

1. Bəndələrin bir-birinə məhəbbəti 

2. Allahın  bəndələrinə məhəbbəti 

3. Bəndələrin Allaha  məhəbbəti 

 

1. Bəndələrin bir-birinə məhəbbəti 

Bu mövzuya  yuxarıda işarə olundu.   



 

2. Allahın bəndələrinə məhəbbəti 

Məhəbbət  silsiləsinin  başlanğıcı  Allah  tərəfinfən  bəndələrinə  doğrudur  və  (həmin 

məhəbbət)  Allahın  insanı  onun  əmanətini  daşımağa  layiq  hesab  etdiyi və bu əmanəti onun 

çiyinlərinə  qoyduğu yerdən başlayır. 

Allah-taala  Quranda  insanları  dəfələrlə  müxtəlif  sifətlərlə  öz  diqqət  və  məhəbbəti 

mərkəzində  yerləşdirmiş  və  aşkarcasına  öz  məhəbbət  və  sevgisini  nişan  verən  sözlərlə onu 

bəyan etmişdir. 

1. Səbir edənlər:  “...Allah  səbirliləri sevir”. (“Ali-İmran”  surəsi, ayə 146) 

2. Təqvalılar:  “...Allah  təqvalıları  sevir”. (“Ali-İmran” surəsi, ayə 76) 

3. Təvəkkül  edənlər:  “...Allah  təvəkkül edənləri sevir”. (“Ali-İmran”  surəsi, ayə 159) 

4.  Tövbəkarlar:  “...Allah  tövbəkarları  sevir  və  pakları  (da)  sevir”.  (“Bəqərə”  surəsi, 

ayə 222) 

5. Yaxşılar:  “...Allah  yaxşı iş görənləri sevir”. (“Bəqərə”  surəsi, ayə 195) 

6.  Mücahidlər:  “Allah  o  kəsləri  sevir  ki,  onun  yolunda  vuruşurlar...”. (“Səff” surəsi, 

ayə 4) 

7. Ədalət  icraçıları:  “...Allah  ədalətliləri sevir”. (“Maidə”  surəsi, ayə 42) 



Bunlar Allahın məhəbbətini  qazanan və Allahın sevdiyi insan dəstələridir. 

Allahın  bəndəsinə  məhəbbətinin  həqiqi  mənası  belədir:  Allah-taala  onun  qəlbi 

üzərindən  pərdələri,  hicabları  qaldırar  ki,  qəlb  və  bəsirət  gözü  ilə  onu  görsün  və  ali 

məqama  –  Allaha  yaxınlıq  məqamına  çatması  üçün  ona  qüvvət  verər.  Allahın  bəndəsinə 

olan bu iradəsi ona məhəbbətinin  göstəricisidir.   

                                                 

7

 “Nəhcül-bəlağə” (Məhəmməd Dəşti), xütbə 91  



8

 “Mizanul-hikmət”, c. 22, səh. 223 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  5 

 

 



 

 



 

Hekayə: Peyğəmbərin (s) iştirak etdiyi döyüşlərin birində yay fəsli idi və hava çox isti 

idi.  Evdən  bayıra  çıxan  bir  uşaq  günəşin  qızdırıcı  şuasının  altında  dayanıb  istinin 

şiddətindən  ağlayırdı.  Qəfildən  uşaq  anasının  yadına  düşdü,  ətrafına  baxıb  onu  günün 

altında  dayandığını  gördü.  Tələsərək  uşağa  tərəf  getdi,  onu  qucağına  aldı.  Sonra  özü 

qızmar  qumun  üstündə  uzandı,  uşağını  isə  sinəsinə  qoydu  ki,  övladına  günün  dəyməsinin 

nisbətən  qarşısını alsın. Ana bu halda ağlayıb deyirdi: “Ah uşağım, ah uşağım!”   

Bu  mənzərə  o  qədər  təsirli  idi  ki,  bunu  görənlərin  hamısı  ixtiyarsız  ağladılar. 

Peyğəmbər  (s)  səhabələrin  yanına  gələndə  onlar  bu  macəranı  olduğu  kimi  o  Həzrətə  (s) 

danışdılar.  Peyğəmbər  (s)  onların  ürəklərinin  yanğısını  təriflədi  və  ana  məhəbbətinin  izhar 

olmasına  sevindi.  

Sonra  onlara  buyurdu:  “Siz  ananın  övladına  olan  şiddətli  məhəbbətinə 

təəccüblənirsiniz?” 

Dedilər:  “Bəli”.   

Peyğəmbər  (s)  buyurdu:  “Bilin!  Allah-taala  bu  ananın  övladına  nisbət  olan 

mehribanlığından  sizə  daha mehribandır”. 

Müsəlmanlar  bu müjdəni eşitdikdə  çox sevindilər.

9

 

 



Allahın  bəndələrinə məhəbbətinin nişanələri 

1.

 

Allahı  çox xatirlamaq 

İmam Əli (ə) buyurur:  



“Əgər bəndəmin məni çoxlu xatırladığını görürsənsə,  mən özüm ona belə icazə 

vermişəm  və onu sevirəm.”

10

   


Həzrət  Rəsul (s) buyurur:  

“İnsanda  Allah  məhəbbətinin  nişanəsi  daim  Allahı  zikr  еtmək  istəyi  və  Allaha 

məhəbbətin  olmamasının əlaməti  Allahı zikr еtməkdən  xoşu gəlməməsidir”.

11

 

 

Hekayə:  Bir  şəxs  gecələri  qalxar,  Allaha  əl  açıb  ona  dua  edərdi.  Bir gün şeytan ona 

deyir:  “Ey  Allahı  çox  yad  edən  insan!  Bütün  gecə  “Ey  Allah!”  deyib  çağırırsan,  heç  sənə: 

“Buyur!” deyən  varmı? Sənə cavab  verən varmı? Nə vaxta qədər dua edəcəksən? 

Həmin  şəxsin  qəlbi  qırılır,  başını  yastığa  qoyub  yuxuya  gedir.  Yuxuda  ona  belə 

deyirlər: “Özünə  gəl, oyan! Niyə dua və zikri tərk etdin?  Niyə yoruldun, bezdin?”   

O:  “Buyur!”  –  deyə,  bir  cavabın  gəlmədi.  Qapından  qovulmaqdan  qorxuram”,  – 

deyir.  

Səs:  “Sənin  “Allah”  deməyin,  Onun  “Buyur!”  deməsidir.  Sənin  yalvarışın  Allahın 

sənin  ruhuna  ilham  verməsi,  sənə  yol açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün 

nişanəsidir.  Sənin  hər  “Ya  Rəbbim!”  deməyinin  batinində  Allahın  “Buyur!”  deməsi  yatır. 

Qəflətdə  olan  və  cahilin  canı,  ruhu  bu  duadan  uzaqdır,  çünki  ona  “Ya  Rəbbim!”  deməyə 

icazə  verilməmişdir.  Onun  ağzına  da,  dilinə  də  qıfıl  vurulur.  Çətinliyə  düşəndə  ağlayıb 

                                                 

9

 “Hekayələr və  nəsihətlər”, c. 7, səh. 150; “Səhihi-Buxari”, c. 8, səh. 9 



10

 “Mizanul-hikmət”, c. 22, səh. 223 

11

 “Kənzul-ummal”, hədis 1776 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  6 

 

 



 

 



sızlamasın  deyə,  Allah  ona  dərd,  ağrı,  qəm,  kədər  vermir.  Bunu  başa  düş  ki,  Allaha  dua 

etməyə,  Onu çağırmağa  səbəb  olan dərd dünya səltənətindən  daha yaxşıdır... 

 

2.

 

Daxili  rahatlıq və dözüm 

Allah bəndəsini  sevdiyi zaman,  onu rahatlıq və dözümlülük zinəti  ilə bəzəyər. 



3.

 

Pak qəlb və mötədil əxlaqa yiyələnmək 

Allah  bir  bəndəni  sevdiyi  zaman,  pak  qəlb  və  (ifrat  və  təfritdən  uzaq  olan)  mötədil 

bir əxlaqı onun ruzisi edər. 

4.

 

İtaətkar və mömin bəndələri sevmək, günahkarlarla  düşmənçilik 

Əgər  səndə  xeyir  və  yaxşılığın  olub-olmamasını  bilmək  istəyirsənsə,  qəlbinə  nəzər 

sal,  əgər  onda  Allahın  müti  bəndələrinə  qarşı  dostluq və məhəbbət, günahkarlara nisbətdə 

kin görsən, səndə  yaxşlıq və xeyir var və Allah-taala  səni sevir. 

 

3. Bəndələrin Allaha məhəbbəti 

Məhəbbət  bütün  səbəb  və  təsirləri  ilə  birgə  o  vaxt  dəyərli  və  insanın  səadət 

səbəbidir ki, sevidiyi şəxsin sevgisi,  dəyəri ən ali həddə olsun. 

Bu  dərəcədə  eşq  və  məhəbbət  yalnız  Allaha  layiqdir,  hansı  ki  onun  məhəbbəti 

xilqətin əsası,  aləmin  hədəflərinin  gerçəkləşmə  səbəbidir. 

 

Bəndələrin Allaha məhəbbətinin nişanələri 



a) Ölümü sevmək 

Allah bu barədə  buyurur: 

  َتْوَمْلا اُوَّنَمَتَف  ِساَّنلا  َِّ وُُ  ْنِم  ِ َّ ِللَّ ُءاَيِلْوَأ ْ ُكَُّنَأ ْ ُتُْ َعََز  َّْ 

ِ

ا اوُُا َه  َنیِ َّلَّا اَُّيَُّأ  َيَ  ْلُق



 َيِْقُِا َص ْ ُتُْنُك  َّْ 

ِ

ا



 

“De:  “Ey  yəhudilər,  əgər  belə  hesab  edirsinizsə  ki,  başqa  insanlar  deyil,  siz  Allah 

dostlarısınız,  əgər  düz  danışırsınızsa  (onda  Allahdan)  ölüm  diləyin  (ki,  dostunuzun rəhmət 

və nemətinə  nail olasınız)”.

12

 

Həqiqi  dost  dostunu  görməyin  həsrətindədir.  Hər  kim  bir  məqsədə  aşiq  olsa,  o 



hədəfə  xidmət  edən  hər  şey  onun  sevimlisi  olacaq.  Bu  üzdən  insan  Pərvərdigarı  ilə 

görüşməyin  intizarında olarsa, nəinki ölümdən qorxmaz,  həm də ona daxili rəğbəti  olar.  



b) İlahi  göstərişlərə tabeçilik 

Allah-taala  Quranda buyurur:  

 َر ٌ روُفَغ  َُّللَّاَو ۗ ْ ُكَُبوُنُذ ْ ُكَُل  ْرِفْغَيَو  َُّللَّا ُ ُكُْبِبْ ُيُ  ِنِوُعِبَّتاَف  ََّللَّا  ََّ وُّبُِتُ ْ ُتُْنُك  َّْ ِا ْلُق

 ٌ مِِ


 

“De:  “Əgər  Allahı  sevirsinizsə,  onda  mənə  tabe  olun  ki,  Allah  da  sizi  sevsin  və 

günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır”.

13

 

Allaha  olan  həqiqi  məhəbbət  insanın bütün işlərdə Allahın iradəsini öz istəklərindən 



üstün tutmasına  və həyatın  bütün məsələlərində  Allahın əmrinə  tabe  olmasına  səbəb olur. 

c) Allahı xatırlamağı  unutmamaq (qəflətdə olmamaq) 

Dostu  və  ona  aid  olanları  xatırlamaq,  yad  etmək, sevən şəxs üçün həmişə həzzverici 

və  sevimlidir.  Allahın  dostları  daima  ondan  və  onun  dostlarından  söz  açır,  onu  yada 

                                                 

12

 “Cümə” surəsi, ayə 6 



13

 “Ali-İmran” surəsi, ayə 31 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  7 

 

 



 

 



salmaqla  həyat  sürürlər.  Onunla  danışmaqdan  ləzzət  alır  və  xəlvətdə  münacat  edərək 

onunla ünsiyyət qururlar.

 

14

 



Necə  ki, Allah-taala  həzrət  Musaya (ə) buyurur: 

“Ey  İmranın  oğlu,  məni  sevdiyini düşünən, amma gecə olduqda ibadətə göz yuman 

kəs yalan deyir. Məgər  hər aşiq öz məşuqu ilə xəlvətə  çəkilməyi  sevmirmi?”

15

 

e) Allahın  dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik 

Allaha  məhəbbətin  digər  nişanələrindən  biri  onun  dostları  ilə  dostluq,  düşmənləri 

ilə  düşmənçilikdir.  Çünki,  Allahın  məhəbbəti  bəndələrin  qəlbində  elə  bir  hal  yaradır  ki, 

insan  Allahın  sevdiyini  sevir,  Allahın  sevmədiyini,  nifrət  etdiyini  də  düşmən  bilir,  ondan 

uzaqlaşır. 



g) Məhəbbət və ümidlə yanaşı  qorxu 

Allahın  dostları  onun  camalına  aşiq  olmaqla  yanaşı,  onun  əzəmət  və  böyüklüyünü 

dərk  etdikləri  üçün  həmişə  qorxudadılar.  Allahın  camal  və  cəlalı  eşqə,  məhəbbətə  səbəb 

olduğu  kimi,  əzəmət  və  heybətinin  dərki  də  qorxuya  gətirib  çıxarır.  Bu  ikisi  bir-birinə zidd 

deyil,  əksinə  bir-birini  tamamlayır.  Odur  ki,  qorxusuz,  sırf  məhəbbət  və  ümidsiz sırf qorxu 

ilə edilən bəndəlik  məhvə  səbəb olur. 

16

 

 



İLAHI  MƏHƏBBƏTI  ƏLƏ GƏTIRMƏYIN  YOLLARI 

1. İlahi  mərifət (Allahı tanımaq) 

Mömin Allahı tanıdıqda,  ona aşiq olar. Ona aşiq olduğu üçün ona tərəf  gedər.  

Allahı  tanımaq,  onu  qəlbin  xəzinələrinə  hakim  etmək  Allahın  sevgisini  qazanmaq 

yollarından biridir.  

  َنیِ َّلَّاَو

 َيِْن ِ سْحُمْلا َعَمَل  ََّللَّا ََّّ 

ِ

اَو ۚ اَنَلُب ُ س ْمُ َّنََیِدْ َنََل اَنيِف او ُدَهاَج



 

“Bizim  yolumuzda  (öz  nəfsi  ilə  və  Bizim  düşmənimizlə)  cihad  edənlərə  şübhəsiz,  Öz 

(dərgahımızdakı  məqama  yetişmək)  yollarımızı  göstərərik  və  həqiqətən,  Allah  yaxşı  iş 

görənlərlədir.”

17

 

Bu  səylər  heç  bir  zərrənin  Allahın  qüdrət  və  əzəmətindən başqa, digər bir şeylə var 



olmadığını  nəzərə çarpdırır. 

Bu  yolla  maarif  əldə  etmək  hər  kəs  üçün  mümkündür.  Lakin  təfəkkürdə 

dardüşüncəlilik  və  nəfsani  məsələlərlə  məşğul  olmaq  səbəbilə  ona  nail  olmaqdan  məhrum 

olan kəslər istisna edilir.

18

 

 



2. Davamlı  olaraq Allahı  xatırlamaq 

Allah-taala  Qurani-kərimdə  buyurur: 

...ِهِف ْوَج  ِفِ  ِ ْيَْبْلَق  ْنِم  ٍلُجَرِل  َُّللَّا  َلَعَج اَم

 

“Allah  heç  bir  kəs  üçün  daxilində  iki  ürək  (və  bədənində  iki  can  və  əlbəttə  ki, 



beynində iki bir-birinə  zidd etiqad) yaratmamışdır..

.



19

 

                                                 



14

 “Meracus-səadət”, səh.104 

15

 “Əmali”, Şeyx Səduq, səh. 438 



16

 “Meracus-səadət”, səh.168-174 

17

 “Ənkəbut”  surəsi, ayə 69 



18

 “Meracus-səadət”, səh.627 

19

 “Əhzab” surəsi, ayə 4 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  8 

 

 



 

 



Allahın  davamlı  zikri  və  onun  nemətlərinə  və  sonsuz  sifətlərinə  diqqət,  Allahdan 

qeyrisinin  məhəbbətini  qəlbdən  təmizləməyə  təlaşdan  sonra  olmalıdır.  Çünki,  Allah heç bir 

insanda  iki  qəlb  yaratmamışdır.  Hər  kəsin  qəlbi  özündə  yalnız  bir  şeyə  yer  olan  qaba 

bənzəyir. 

İlahi  məhəbbəti  əldə  etməyin  ən  sadə  yollarından  biri  Allah-taalanın həzrət Musaya 

(ə)  öyrətdiyi  yoldur.  Həzrət  Musa  (ə)  Allah-taala  ilə  ən  çox  söhbət  edən  peyğəmbər  olub. 

(Bu münasibətlə  o həzrət “Kəlimullah”  adlandırılmışdır.)   

Allah-taala  buyurur:  “Ey  Musa,  Məni  bəndələrimin  yanında  sevimli  et.  Elə bir iş gör 

ki, Məni  sevsinlər!”   

Musa (ə) ərz etdi:  “Bu işi necə  edə  bilərəm?”   

Allah-taala  buyurdu: “Nemətlərimi  onlara xatırlat!” 

 

Hədisin  izahı:  Allah  insan  övladının  ruhunda  elə  bir  xüsusiyyət  yaradıb  ki,  əgər  bir 

kəs  ona  heç  nə  ummadan  xidmət  göstərsə,  bu  şəxsə  qarşı  qəlbində  məhəbbət 

yaranacaqdır.  Əlbəttə,  bu,  ixtiyari  yox,  təbii  bir  haldır.  İnsanlarda  bu  istedad  müxtəlifdir. 

Onların  şükür  etmək  və  qədir  bilmək  dərəcələri  fərqlidir.  Lakin  hansısa  bir  şəxsin  onu heç 

cürə  sevməməsi  mümkün  deyil.  İnsanın  məhəbbətinə  səbəb  olan  xidmətlərdən  dəfələrlə 

üstününü  Allah  insana  bəxş  etmişdir.  Bundan  əlavə,  bəzi  şəxsləri  tərbiyələndirmiş,  bu 

şəxsləri  özünə  xidmət  üçün  xeyir  vasitəsi  etmişdir.  Məsələn:  ana  məhəbbəti  ən  saf 

məhəbbətlərdəndir.  Bu  məhəbbət  fitri,  qarşılıq  gözləmədən  və  bütün  dünyada  nümunəvi 

bir  məhəbbətdir.  Körpəsinə  fədakarlıq  edən  ana  Allah  tərəfindən  bəxş  olunmuş  elə  bir 

məhəbbətə  sahibdir  ki,  əgər  körpəsinə  nəvaziş  göstərib  ona  süd  verə  bilməsə,  narahat 

olacaq.  Ana  məhəbbəti  və  insanlar  tərəfindən  göstərilən  digər  xidmətlər  çox  dəyərli  olsa 

da,  hərtərəfli  və  misilsiz  ilahi  nemətlərlə  müqayisəyə  gəlməz.  Şüurlu  və  şüursuz  varlıqlar, 

yer,  səma,  bulud,  yağış,  günəş,  dəniz,  dağ  və  sair  nemətlərin  hamısı  ilahi  nemətlərdir.  Bu 

nemətlər  insan  tərəfindən  ediləcək  xidmətlərdən  çox  böyük  və  üstündür.  Biz  ana 

məhəbbətini  görür,  lakin  ilahi  məhəbbətə  nəzər  salmırıq.  Buna  görə  də,  Allahın  bizi  nə 

qədər  sevdiyini  anlamırıq.  Əgər  bəsirət  gözü  açılarsa,  qəlb  agah  olub  ilahi  məhəbbəti dərk 

edərsə,  anlayacaq  ki,  bütün  dünya  məhəbbətləri  və  anaların  məhəbbəti  bir  yerə  yığışsa, 

ilahi  məhəbbət  qarşısında  okean  qarşısındakı  damlaya  bənzəyəcək,  hətta  daha  da  kiçik 

görünəcək!  Bu mənanı anlamaq  üçün adi şüurlardan üstün şüur lazımdır. 

İlahi məhəbbət  qazanmaq  üçün digər yollar da vardır: 

a)  Məhəbbət  yaratmaqda  ilk  addım,  həmçinin  ilahi  məhəbbətə  çatmağın 

yollarından  biri  qəlbi  dünya  və  dünyaya  aid  şeylərə  bağlılıqdan  təmizləmək,  dünyadan 

qopub ona tərəf yol almaqdır. 

b)  Səbir  və  dözümlülük.  Çətinliklər,  xoşagəlməzliklər  və  müsibətlər  qarşısında  səbir 

etmək. 

c) Peyğəmbərə  (s) tabeçilik; 

d)  Cihad  və  mübarizə.  Allah  yolunda  cihad  və  mübarizə  ilahi  məhəbbətə  çatmağın 

yollarından biridir. 

f) Tövbə,  qayıdış; 

e) Yaxşılıq; 

h) İman və saleh  əməl. 



 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  9 

 

 



 

 



ALLAHA  MƏHƏBBƏTIN  FAYDALARI 

1.

 

Yaradanla  ünsiyyət 

Nə  qədər  ki,  insanın  qəlbi  Allahın  eşqi  ilə  dolu  və  məhəbbəti  sayəsində  xoşdur, 

Yaradanın  zikrində  elə  qərq  olur  ki,  insanlar  arasında  olmasına  rəğmən  özünü  tənha  sayır 

və məşuqu olan Allahı xatırlamaqla  məşğul  olur. 



2.

 

İlahi  təqdirə razı olmaq 

Razılıq  hissi  Allaha  məhəbbətin  faydalarından  biridir.  Çünki  aşiq  məşuqdan  baş 

verən hər şeyi gözəl  görür.  

3.

 

Hər bir halda  Allaha  şükür etmək 

4.

 

Allaha  doğru rəğbət 

Allaha məhəbbətin  digər səmərələrindən  biri onunla görüşə rəğbətdir.   

Qüdsi  hədisdə  belə  buyurulur:  “Allah-taala  həzrət  Musaya  (ə)  belə  buyurdu:  “Ey 

İmran  oğlu!  Məni  sevdiyini  zənn  edən,  lakin  gecə  olan kimi yatan şəxs yalan deyir. Aşiq öz 

məşuqu  ilə  xəlvət  etməyi  sevmirmi?”  Gecələr  yatıb  məhbubunu  yad  etməyən  şəxsin 

məhəbbət  iddiası doğrudurmu?  

Hədisdə  bildirilir  ki,  insan  gecə  namazına  qalxarkən  bir  neçə dua oxusa yaxşıdır. Bu 

dualardan biri də belədir:   



“İlahi,  Sənin  səmanın  ulduzları  qürub  etmişlər,  bəndələrinin  gözləri  yuxuya 

getmişdir,  padşahlar  qapılarını  bağlamışdır,  gözətçilər  onların  saraylarının  ətrafına 

fırlanırlar  və hər aşiq öz məşuqu ilə xəlvətə çəkilmişdir.  Sən mənim məhbubumsan!” 

Bəli,  insan  şirin  yuxu  və  yumşaq yataqdan qalxarkən səmaya baxır, Allahın ayələrini 

görür  və  belə  pıçıldayır:  “Həqiqətən,  göylərin  və  yerin  yaradılması,  gecə  ilə  gündüzün  bir-

birini əvəz etməsi  ağıl sahibləri üçün qəti dəlillərdir.”

20

   


İnsan  bu  pıçıltılarla  məhbubla xəlvətə çəkilir. Məhəbbətin sadə nişanı budur ki, aşiq, 

məşuqun  adını  daha  çox eşitmək və onun haqqında daha çox düşünmək istəyir. Əgər insan 

Allahın  adını  eşidərkən  sevinir  və  daha  çox  eşitmək  üçün qulaq asıb yorulmursa, bu, onun 

Allahı  sevməsinin  əlamətidir.  Əgər  etinasızlıq  göstərib  tez  bir  zamanda  ilahi  kəlam 

eşitməkdən  yorulursa, onun məhəbbətinin  zəif və ya yox dərəcədə  olması aydınlaşır.

 

 



İLAHI  MƏHƏBBƏTI  QAZANMAĞA  MANE OLAN AMILLƏR 

a) Dünyaya  məhəbbət  

Həzrət  İsadan (ə) nəql olunur ki, həvarilərinə  buyurdu: 



“Sizə həqiqəti deyim ki, bir bəndənin iki ağası ola bilməz. İnsan iki ağaya xidmət edə 

bilmədiyi  kimi,  insanın  qəlbində  də  həm  Allah,  həm  də  dünya  sevgisi  bir  yerə  toplana 

bilməz.  Əgər Allah sevgisinə malik olmaq istəyirsinizsə,  dünya sevgisini tərk etməlisiniz.”

21

 

İslam peyğəmbəri  həzrət  Məhəmməd  (s) buyurur:  



“Dünya məhəbbəti  ilə Allah məhəbbəti hеç vaxt bir qəlbdə cəm ola bilməz.”

22

 

Qurani-kərim çox gözəl təbirlə  bu məsələni  bəyan edir və buyurur: 

  ًلًَثَم  َِّ  َيَِوَت ْ سَي  ْلَه  ٍلُجَرِّل اًمَل َس  ًلًُج َرَو  ََّ و ُسِكا َشَتُم ء َكََ ُشُ ِهيِف  ًلًُجَّر  ًلًَثَم  َُّللَّا  َبَ َضَ

.

 



                                                 

20

 “Ali-İmran” surəsi, ayə 190. 



21

 “Tuhəful-uqul”, səh. 503  

22

 “Tənbihul-xəvatir”, c. 2, səh.122 




 

 

---------------------------------------------------------------------------------------------------------------------   İSLAM ƏXLAQI (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  10 

 

 



 

 



“Allah  (müşrik  və  təkallahlı  şəxs  barəsində)  məsəl  çəkmişdir:  Bir  neçə  pis  xasiyyətli 

və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul 

kişi  və  (verdiyi  əmrlərdə  mane  və  şəriki  olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi 

bərabərdir?...”

23

 

Bu  ayədə  iki  qul  (nəkər)  bir-biri  ilə  müqayisə  edilir. Sahiblərinin onun üzərində bir-

biri  ilə  şərik,  pis  əxlaqlı  və  sərt  olduğu  bir  neçə  ağaya  sahib  olan  bir qul! Bu yazıq hər bir 

ağasının  göstərişlərinə  itaət  etməlidir  və  digər  şəriklər  də  onunla  eyni  rəftar  edir  və  qul 

həmişə  onların hamısının  sözünə necə  qulaq asması  barədə daxili təzaddadır.   

Digər  qulun  bir  ağası  vardır  və  ona itaət etdiyi zaman ona ehtiram olunur. Ağası nə 

deyirsə,  onu  qəbul  edir  və  onun  üçün  hansının  sözünə əməl etməsi ilə bağlı heç bir iztirab 

yoxdur.  

Aydın  məsələdir  ki,  insan bir neçə ağaya sahib olub onların hamısının qəlbini ələ ala 

bilməz.  Eyni zamanda  bir bəndənin də iki Allahı ola bilməz.   

Həzrət  İsa  (ə)  da  bu  barədə  belə  açıqlama  verir:  İnsan  iki  ağaya  xidmət  edə 

bilmədiyi  kimi,  insanın  qəlbində  də  həm  Allah,  həm  də  dünya  məhəbbəti  bir  yerə  toplana 

bilməz.  Əgər Allah sevgisinə  malik olmaq istəyirsinizsə,  dünya sevgisini  tərk etməlisiniz.   

b) Yetim haqqını  yemək 

c) Zülüm etmək 

d) Allaha  şərik qoşmaq 

f) Riyakarlıq... 

 

 



 

DAVAMI VAR ... 

                                                 

23

 “Zümər” surəsi, ayə 29 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə