İslam övladı üçün, öncə şəhadətdi namaz. Pak olan qəlbə qida, ruha şəfaətdi namaz



Yüklə 33 Kb.
tarix19.10.2018
ölçüsü33 Kb.
#75203

NAMAZ
İslam övladı üçün , öncə şəhadətdi namaz.

Pak olan qəlbə qida , ruha şəfaətdi namaz.

Şəriət hökmünə , əlbətdə itaətdi namaz.

Səcdə et , yığ yükü yük üstünə ,sərvətdi namaz.

ALLAHA səcdədi ,Peyğəmbərə hörmətdi namaz.
O namaz ki,onu vaxtilə Peyğəmbər (s) qılmış.

Tanrının şiri , o həqq aşiqi Heydər (ə) qılmış.

On bir övladı ilə Fatimə (ə) yeksər qılmış.

Dur qoşul sən də bu sıx cərgəyə,vəhdətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

O namaz ki , onu göylərdə mələklər də qılır.

RƏBBİNƏ səcdə edən bəndələr hər yerdə qılır.

Dəstə-dəstə yığılıb KƏBƏYƏ , bir yerdə qılır.

“Mustəqim” yol ki deyirlər, ona dəvətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.


Səni aldatmasın aləmdəki bu cah-cəlal.

Xaliqi zikr edən ol , eyləmə şeytani xəyal.

Hər əzan vaxtı pak ol , niyyət ilə dəstəmaz al,

“Həmd”i – “İxlas”ı oxu , qayəti ayətti namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Tanrı nuru yaradıb zülməti tərk etmək üçün.

Zülməti xəlq elədi , fərqini dərk etmək üçün.

Namaz əmr oldu ki , bəd işləri tərk etmək üçün.

Ədəb-ərkandı , mərifət , həya ismətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Bax namaz əhlinə , ay tək üzü aydın parlaq.

Çünki , qəlbində həsəd yoxdur , imandır ancaq.

Dəstəmazın suyu möminlərin üzün etmiş ağ,

Tanrının dərgahına əl açmağa hacətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Tövbə et keçmişinə , bəlkə də ömrün var hələ.

Hər namaz vaxtı tələs sən də bu xeyruləmələ

Qibləyə üz tutaraq , üz-üzə dur RƏBBİN ilə

Aşiqin məşuq ilə etdiyi söhbətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Kim namaz aşiqidir , Tanrı ona yar olsun

Axirət sorğu sualında həvadar olsun.

Namaz əhlinə yaraşmaz özü qəddar olsun.

Çünki “ƏR-RƏHMAN”olan Xaliqə xidmətdir namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.
Yusifa , qəbrə qədər həqqə ibadət elə sən !

Tanrıya laiq olan kəlmələri al dilə sən !

Oxu hər yerdə gözəl şerini avaz ilə sən !

Bəşər övladına hər yerdə hidayətdi namaz.



ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.
Yüklə 33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə