İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


BİRİNCİ FƏSİL Elmi sübutlara əsasən cismani xəstəliklərdə günahların rolu



Yüklə 0,79 Mb.
səhifə2/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   2   3   4   5   6   7   8   9   ...   34

BİRİNCİ FƏSİL

Elmi sübutlara əsasən cismani xəstəliklərdə günahların rolu

ŞORGÖZLÜLÜK


قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِم

"Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)."1

İslam dinində günah sayılan əməllərdən biri el arasında şorgözlük adlandırdığımız, ləzzət qəsdi ilə naməhrəmə baxmaqdır. Bu iş, ictimai və axirətlə ilgili çoxsaylı zərərləri ilə yanaşı, cismani zərərlərə də malikdir.

Əldə olan statistikaya əsasən, şorgözlük yol qəzalarının, boşanmaların və adını çəkmək istəmədiyimiz bir sıra işlərin əsas səbəblərindən biridir. Bundan əlavə şorgözlər aşağıdakı çətinliklərlə də üzləşirlər.

1. Ağır nəfəs alma

2. Ürəkətrafı ağrılar

3. Ürək döyüntüsü

4. Ümumi halsızlıq, zəiflik

5. Baş ağrısı

6. Qərarsızlıq

7. Yuxusuzluq və iştahasızlıq

8. Zehni yorğunluq2

Sadalanan problemlərin əksəriyyətinin səbəbi budur ki, insan naməhrəmə baxmaqla onun vurğunu olur və ona çatmağı arzulayır. Əksər hallarda isə, ona çata bilmədiyinə görə, yuxarıdakı bəlalara düçar olur. Bəzən "istəmək" həddində olduğundan göstərilən problemlərin yalnız bəzisinə, "eşq" dərəcəsinə çatdıqda isə, xəstəliklərin hamısına yoluxa bilər. Bəzən də intiharla nəticələnə bilər. İbrət götürmək üçün bir hadisəni qeyd edirik. İranın cənub şəhərlərinin birində bir qız, bir oğlana baxmaqla ona aşiq olur və ondan gözünü çəkə bilmir. Oğlan isə, qıza məhəl qoymur. Qız dəfələrlə oğlana məktub yazmışdı ki, səni sevirəm, mən sənsiz heç nəyəm, sən mənim həyatımsan və s. Lakin oğlanın ürəyi ram olmur. Qız məşuquna çatmaq ümidilə işıq gələn hər bir tərəfə baş vurur. Ancaq getdiyi bütün yollar, dalana dirənir. Sonda çayın kənarına gələrək özünü çaya atır. Yol ötənlər hər nə qədər çalışırlarsa, qızı boğulmaqdan qurtara bilmirlər. Sonralar ondan tapılan bir məktubda yazmışdı ki, mən sevdiyim oğlanın eşq vüsalına çata bilmədiyimə görə, dünya həyatını istəmirəm. Ona deyin ki, mən ancaq ona qovuşa bilmədiyimdən dolayı, intihar edirəm, çünki dünya onsuz mənim üçün dəyərsizdir.1


PAXILLIQ


Paxıllıq və ya həsəd, əxlaqən mənfi xüsusiyyətlərdəndir, belə ki bəzi alimlər onu haram bilmiş, bəziləri isə həsədə əməl olunduğu təqdirdə günah və haram sayılacağını demişlər.

Həsədə əməl etmək bu deməkdir ki, bir şəxs digərinə həsəd apararaq, paxıllığı üzündən onu öldürə, vura və ya arxasınca qeybət edə və s.

Möminlərin əmiri Əli (ə) bu barədə buyurur: "Bədənin sağlamlığı az paxıllıq etməkdən asılıdır".2

Eləcə buyurur: "Paxılların sağlamlıqlarını unutması, təəccüblüdür".1 Həmçinin buyurur: "Paxıllıq bədəni məhv edər".2



Əllamə Şeyx Məhəmməd Təqi Şüştəri Əsməidən belə nəql edir: "Ömrünün 120 ilini arxada qoymuş köçəri bir ərəbdən, uzunömürlü olmasının səbəbini sorduqda, dedi: Çünki başqalarına həsəd aparmamışam".

27 Yaşlı qızın məktubundan bir hissə


"Mən bəzi vaxtlar, qohumlarıma – qohum qız və qadınlara paxıllıq edirəm, əziyyətverici bir paxıllıq. Bu paxıllıq məni o qədər incidir ki, bəzən başgicəllənməsinə düçar oluram".3

Paxıllıq və ölüm


Bir kişi padşahın yanına gələrək dedi: Vəzirinə etdiyin bütün bu yaxşılıqların qarşısında, o səni məclislərdə pisləyir və deyir ki, padşahın ağzından pis qoxu gəlir. Padşah dedi: Bu sözə necə inanım? Dedi: Onu öz yanınıza çağırtdırın, əgər sultanın ağzının üfunətli qoxusunu duymamaq üçün əlini ağzına qoyduğunu müşahidə etsəniz, bilin ki mən doğru deyirəm. Paxıl kişi həmin gün vəziri evinə dəvət edərək, sarımsaqla dolu bir təamı süfrəyə gətirir, vəzir isə bu xörəyi yedikdən sonra padşah onu yanına çağırır. Vəzir padşahın yaxınında əyləşdiyindən əlini ağzına tutdu ki, padşah onun ağzının sarımsaq qoxusunu duymasın. Padşah öz-özünə dedi, o kişi düz deyirmiş. Padşah vəzirə qiymətli xələt bağışladı və qulamlardan birinə versin deyə bir məktub da ona verdi. Bayıra çıxdıqda paxıl dedi: Sultan səninlə neylədi? Vəzir dedi: Xələt verdi və xəzinədardan əlli min dirhəm hədiyyə almaq üçün, bir yazı da verdi. Paxıl dedi: Yazını mənə bağışla. Vəzir yazını ona bağışladı və o paxıl, qulamın yanına gələrək yazını ona verdi. Qulam dedi: Yazılmışdır ki, sizi öldürüm, başınızı dərisini soyaraq samanla doldurum. Paxıl dedi: Vallah bu yazı məndən ötrü yazılmayıb, bir ayrısı üçün yazılmışdır, inanmırsansa get padşahdan soruş. Qulam dedi: Padşahın əmrini yubatmaq olmaz. Beləliklə onu öldürdü. Ertəsi gün vəzir padşahın məclisinə gəldikdə, padşah məsələni araşdırır və bəlli olur ki, o kişi vəzirə paxıllıq etmiş və öz çirkin əməlinin cəzasına da çatmışdır.

Həsəd haqqında Frank Hurkun sözləri


Frank Hurk, cismi xəstəliklərin yaranmasında həsədin rolu haqda deyir: Paxıllıq, qəm və uğursuz emosiyaları beyninizdən uzaqlaşdırmağa çalışın, bu ruhi şeytanlar yalnız beyin sistemini qarışdırmaqla kifayətlənməyib, bədəndə zəhərli hüceyrələrin inkişafına səbəb olaraq, nəticədə qan dövranına əngəl törədirlər. İcad etdikləri zəhərlərlə əsəb sistemini zəiflədərək, əhval ruhiyyəyə, ruh yüksəkliyinə əvəzedilməz zərbə endirir, ən ali məqsədləri məhv edir və beyinin istedad səviyyəsini aşağı endirir.1

ONANİZM


İslam dinində böyük günahlardan sayılan əməllərdən biri də onanizm – fərdin süni yolla özündən sperma xaric etməsidir2. İnsan sağlamlığına son dərəcə zərərli olan bu işin bəzi ziyanlarına toxunuruq.

Onanizmin cismi təhlükələri


Tibb elmində xəstəliklərin inkişafını tanıma yollarından biri də, xəstəliyin müxtəlif mərhələlərdəki əlamətlərini göstərməkdir. Buna əsasən, onanizm xəstəliyinə yoluxmuş şəxsdə yaranmış narahatlıqları üç mərhələdə göstərmək olar.

1. Problem yaradıcı mərhələ


Yeni onanizmə düçar olmuş şəxslərdə, bu xəstəlikdən qaynaqlanan ən tez təsir bağışlayan narahatlıqlar bunlardır:

A) Yorğunluq və əzginlik

B) Diqqətini mərkəzləşdirə bilməmək (fikri yayınma)

C) Yaddaş zəifliyi

D) Təşviş, iztirab və stress


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə