İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
  1   2   3   4   5   6   7   8   9   ...   15


www.muselmanlar.com

 

 



 

 



İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT 

Müəllif:


 

Əli Rza Dəmircan

 

(ilahiyyatçı alim)



 

Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov 

(fəlsəfə doktoru: 

fəlsəfə və ilahiyyat elmləri) 

 

VI FƏSİL 



(I-VII hissələr) 

 

SEKSUAL CƏHƏTDƏN 



XOŞBƏXTLİK ÜÇÜN YERİNƏ 

YETİRİLMƏLİ OLAN 

ÖHDƏLİKLƏR 

 

 



 

www.muselmanlar.com

 

 



 

Seksdənkənar əsas öhdəliklərimiz 

Məlumdur ki, ailə həyatında seksual münasibətlər də olur; 

ki, bu, vacib bir amildir. Bununla belə, evlilik-ailə həyatı təkcə 

seksdən ibarət deyil. Deməli, evlilik həyatında digər qarşılıqlı 

öhdəliklər  də  yerinə  yetirilməlidir.  Çünki  insanın  seksual 

münasibətlər 

baxımından 

xoşbəxtliyi 

həmin 


qarşılıqlı 

öhdəliklərə  əsasən  formalaşır  və  inkişaf  edir.  Bu  öhdəlikləri 

aşağıdakı kimi xülasə etmək olar: 

Kişinin  əsas  öhdəlikləri 

Rəbbimizin  Nisa  surəsinin  19-cu 

ayəsindəki:  “Onlarla  İslam  dininin  və  müştərək  ağlın 

qaydalarını əsas tutaraq yaşayın” - əmrinə əsasən belədir: 

a)  Qadınlara  qarşı  yaxşı  rəftar  etmək:  qadınların  mənfi 

cəhətlərinə  qarşı  səbirli  olmaq,  onlarla  sevgi-məhəbbət  və 

hörmətlə  danışmaq,  ailə  işlərinin  idarəsi  məsələsində  onların 

da fikrini nəzərə almaq və başda seksuallıqları olmaqla onlarla 

maraqlanmaq. 

b)  Kişilər  olaraq  öz  yeyib  içdiklərimizi  nəzərə  alıb  onların 

dolanışıq  xərclərini  ödəmək,  eləcə  də,  müstəqil  bir  mənzildə 

yaşamaqlarını təmin etmək. 

c)  Fiziki  gücümüzdən  sui-istifadə  etməmək:  Yəni,  onlara 

qarşı  zor  tətbiq  etməmək.  Qadınları  və  gördükləri  işləri  pis 

adlandırmamaq. 

Qadının  əsas  öhdəlikləri 

Rəbbimizin  Nisa surəsinin  34 və 

Bəqərə  surəsinin  233-cü  ayələrindəki  buyuruqlarına  əsasən 

aşağıdakı kimidir: 

a) Nikah müqaviləsi və cəmiyyətdəki adət-ənənələrin vacib 

bildiyi  qadınlıq  borcunu  yerinə  yetirmək,  övlad  dünyaya 

gətirmək, ona baxmaq və evdəki işləri görmək. 



www.muselmanlar.com

 

 



 

b)  Nikah  müqaviləsinə  əsasən  ərə  -  onun  məhdud  əmr  və 



tapşırıqlarına hörmət etmək, onu xoşbəxt etməyə çalışmaq. 

c)  Zina  və  lezbiyanlıq  kimi  münasibətlərdən  uzaq  durmaq 

və ərin mal-mülkünü, yəni, qazancını qorumaq. 

Qeyd  edək  ki,  bir  tərəfin  öhdəlikləri  o  biri  tərəfin  haqq-

hüququ  deməkdir.  Buna  görə  də  haqq-hüquq  məsələsini 

burada əlavə olaraq şərh etməyə ehtiyac görmürük. 

Allahın elçisi Muhəmməd peyğəmbərin (əs) kişi və qadının 

öhdəlikləri ilə əlaqədar hədisləri barədə məlumat almaq üçün 

baxın:  Buxari,  Heyz,  6;  Müslim,  İman,  132;  Mişkatu-l-məsabih, 

hədis nömrəsi 3272. 

Cinsi həyat qane edici (doyurucu) olmalıdır 

Allahın 


elçisinin 

(əs) 


müsəlmanları 

evlənməyə 

istiqamətləndirən hədislərindən də açıq-aydın başa düşülür ki, 

evlənməyin – ailə həyatının əsas məqsədlərindən və onu canlı 

saxlayan  amillərdən  biri,  həm  də  başlıcası  cinsi  həyatdır.

1

 Elə 



isə  cinsi  həyat  mümkün  olduqca  qane  edici  və  doyurucu 

olmalıdır.  Qadında  seksual  həzz  və  ləzzətin  ən  çox  hiss 

edildiyi  erogen  bölgə  olan  və  əsas  funksiyası  orqazmı  təmin 

etmək olan klitorun yaradılması da bunu vurğulayır. 

İnsan heyvanlarda olduğu kimi, romantizmdən məhrum bir 

cinsi  akt  və  boşalmaqla  (eyakulyasiya)  doyuma  çata  bilməz. 

Bu, açıq-aydın bir məsələdir. 

Buna görə də bir həyat dini olan İslam insanları evlənib ailə 

qurmağa  həvəsləndirdikdə  bildirir    ki,  ailə  daxilindəki  cinsi 

həyatın  qane  edici  olmağına  xüsusi  fikir  vermək  lazımdır. 

                                                 

1

 Biz burada öz mövzumuza müvafiq olaraq cinsi həyat məsələsini təhlil edəcəyik. 



www.muselmanlar.com

 

 



 

İslam  elə  bir  dindir  ki,  insanları  buna  həvəsləndirməklə 



kifayətlənmir; 

eyni 


zamanda 

ər-arvadın 

qarşısında 

evlənməzdən  qabaq  və  sonra  yerinə  yetirilməli  olan  xüsusi 

öhdəliklər  də  qoyur.  Biz  həmin  öhdəlikləri  burada  ayrı-ayrı 

izah edəcəyik. 

Ər üçün ancaq arvadı, arvad üçün də təkcə əri var

 

Mömin  bir  qadının  ərindən  başqa  seksuallığından  istifadə 



edə biləcəyi 2-ci bir kişi yoxdur. Qadın birinci ərindən ölüm və 

ya boşanma nəticəsində dul qalmadıqca sekslə əlaqədar olaraq 

2-ci  bir  kişini  tanımağı  mümkün  deyil.  Daha  doğrusu,  İslama 

əsasən bundan heç söhbət də gedə bilməz. Bu, nəzəri cəhətdən 

belə  olduğu  kimi,  Quran  və  Sünnə  hökmlərini  mənimsəyən 

cəmiyyətin təcrübəsində də belədir. 

Mömin  qadın  üçün  olduğu  kimi,  imanlı  bir  kişi  üçün  də 

arvadından  savayı  seksuallığından  istifadə  edə  biləcəyi  bir 

qadın  yoxdur.  Hərçənd  ki,  mömin  kişi  üçün  nəzəri  olaraq  1-

dən  artıq  və  4-ə  qədər  çoxarvadlılıq  imkanı  var.  Amma  bu 

imkanın  praktiki  olaraq  mövcudluğu  bu  faktorlardan  asılıdır: 

Azad  edilib  azadlığının  əvəzi  mehir  kimi  qəbul  olunan  və 

kəbini bu cür kəsilən müharibə əsiri qadınların (cariyə, kəniz) 

olmağı, çoxarvadlılıq üçün maddi imkan, 2-ci və ya 3-cü arvad 

olmağa razılıq verən azad qadınların mövcudluğu. 

Bu  səbəblərə  əsasən  məhdud  çoxarvadlılıq  müstəsna  bir 

haldır.  Deməli,  bizim  işlətdiyimiz:  “İmanlı  bir  kişi  üçün  də 

arvadından  savayı  seksuallığından  istifadə  edə  biləcəyi  bir  qadın 

yoxdur”,  -  cümləsini  ümumi  vəziyyətə  şamil  edilən  bir  qayda 

kimi qəbul etmək olar. 

 



Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə