İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə1/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
  1   2   3   4   5   6   7   8   9   ...   119
islamda ushaq terbiyesinin esaslari




 
 
 
 
 
 
 
 
İslamda Uşaq 
Tərbiyəsinin Əsasları
 
 
 
 
 
 
 
 
 
 



 
Müəllif

Muhamməd ibn Əbu Bəkr əl-Hənbəli 
Tərcümə: Vüsal Əliyev 
Redaktor: Fatimə Dadaşzadə 
İxtisas redaktorları: İntiqam Məmmədli, Nicat Quliyev 
 
 
 
 
 
 
Bu kitab 
Məmmədov Eldar Ağayar oğlunun
 şəxsi hesabına 
nəşr edilmişdir. 
 
 
 
 
 
Kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə 
Dövlət Komitəsinin 09.04.2018-ci il tarixli DK-385/K saylı 
qərarına əsasən nəşr olunmuşdur. 
 
 
© Vüsal Əliyev, 2018 



 
ميحرلا نحمرلا الله مسب
 
Mərhəmətli və Rəhimli Allah`ın adı ilə.  
Sizə  təqdim  olunan  bu  kitab  böyük  alim  Muhəmməd  ibn 
Əbu  Bəkr  əl-Hənbəlinin  “ət-Tuhfətu`l-Məvdud  fi  tərbiyəti`l-
Məvlud”  –  “Uşaqların  tərbiyəsində  sevimli  töhfə”  adlı  kitabı-
nın tərcüməsidir. Tərcümə zamanı qısa olsun deyə onun adını 
“İslamda uşaq tərbiyəsinin əsasları” olaraq qeyd etmişik. 
Bu əsər Muhəmməd ibn Əbu Bəkr əl-Hənbəlinin ən dəyərli 
əsərlərindən biri olaraq tanınır.  Muhəmməd ibn Əbu Bəkr  əl- 
Hənbəlinin  faydalı  əsərləri  ilə hər zaman İslam elmlərinin  in-
kişafında öz misilsiz rolunu oynamışdır. Onun tam olaraq adı 
Əbu  Abdullah  Şəmsəddin  Muhamməd  ibn  Əbu  Bəkr  əl-Hən-
bəli əd-Diməşqidir. 
O, Şamın mərkəzi sayılan Dəməşq şəhərində hicri 691-ci il-
də  dünyaya  gəlmiş  751-ci  ildə  elə  oradaca  vəfat  etmişdir.  (Bu 
tarix miladi təqvimlə 1292-1350-ci illərə təsadüf edir) 
Muhəmməd ibn Əbu Bəkr əl-Hənbəli 
rahiməhullah
 ilk təhsi-
lini Dəməşqdə məşhur İslam mədrəsəsinin rəhbəri, öz zamanı-
nın alimlərindən hesab edilən atasından almışdır. Bundan son-
ra isə o dövrünün böyük alimlərindən elm almışdır. Onun elm 
aldığı alimlərdən bir neçəsi aşağıdakılardır: 
Şeyx İbn Abdu əd-Dəim. Dövrünün böyük mühəddislərin-
dən hesab olunur. 
Bədrə`d-Din İbn Cəmaə 
İmam Hafiz əz-Zəhəbi 
əl-Hakim; Şamın böyük qazilərindən olub. 
əl-Məcd əl-Hərrani və digər böyük alimlər. 



 
Muhəmməd ibn Əbu Bəkr əl-Hənbəli 
rahiməhullah
 isə özün-
dən sonra İslami elmlərin inkşafına töhfə verən bir çox alimlə-
rin  müəllimi  olmuş,  bir  çox  dəyərli  tələbələr  yetişdirmişdir. 
Bunlara misal olaraq bir neçəsini göstərmək olar: 
İmam hafiz İbn Kəsir; böyük təfsir və tarix alimi. 
İmam İbn Rəcəb əl-Hənbəli. 
Hafiz ibn Abdu`l-Hədi. 
Bürhanə`d-Din  ibn  Muhəmməd  ibn  Əbu  Bəkr  əl-Hənbəli. 
Oğludur. 
Feyruzabadi və başqaları. 
Muhəmməd  ibn  Əbu  Bəkr  əl-Hənbəli,  əsərlərində  ən  çox 
insanın psixologiyasına misilsiz təsir edən, dərin mənalı sözlə-
ri, özünə məxsus şərhləri və açıqlamaları ilə yaddaşlarda qal-
maqdadır. O həm də ixtisasca həkim olduğu üçün  əsərləri  ilə 
insanlara necə təsir etməyin yolunu gözəl bilirdi. 
Muhəmməd ibn Əbu Bəkr əl-Hənbəlinin əsərləri İslam əqi-
dəsini,  İslam  hüququnu,  əxlaq  məsələlərini,  təfsir,  sira  və  s. 
mövzuları  əhatə  edir.  Bəzən  o  əsərlərini  araşdırma  xarakterli 
olaraq yazmış bir mövzu ətrafında olan rəyləri toplamış və öz 
münasibətini bildirməmişdir.  
Sizə  təqdim  olunan  bu  əsər  uşaq  tərbiyəsi  ilə  bağlı  bütün 
mövzuları əhatə edir. Əsasən valideynlər üçün lazımlı olan bu 
dəyərli kitab uşağın ana bətnində olan vaxtından, keçdiyi mər-
hələlərdən, uşaq dünyaya gəldikdən sonra onunla bağlı hökm-
lərdən, uşağın tərbiyəsindən, valideynlərin üzərinə düşən haq-
lardan,  gündəlik  məsələlərdən  və  sair  önəmli  mövzulardan 
bəhs  edir.  Kitab  haqqında  ümumi  məlumat,  əsərdə  keçən  hə-
disləri  təxric  edən  Şeyx  Bəşir  Muhəmməd  Uyun  tərəfindən 



 
verildiyi üçün mən onun mövzu haqqındakı məlumatına bir o 
qədər də geniş yer verməyəcəm.  
Kitabın  hədislərini  Şeyx  Muhəmməd  Uyun 
rahiməhullah
 
təxric etmişdir. O, Şamın tanınmış tədqiqatçı alimlərindəndir. 
Bu  kitabla  yanaşı  o,  Muhəmməd  ibn  Əbu  Bəkr  əl-Hənbəlinin 
bir çox kitablarının, həmçinin digər kitabların hədislərini təxric 
etmişdir. 
Kitabı  tərcümə  edərkən  bəzi  şeyləri  ixtisarla  verməyi  uy-
ğun gördüm. Buna misal olaraq, müəyyən bir hədisin raviləri 
haqqında  olan  rəyləri  göstərə  bilərəm.  Muhəmməd  ibn  Əbu 
Bəkr  əl-Hənbəli 
rahiməhullah
  bəzən  bir  hədisin  səhihliyini  və 
ya zəifliyini isbat etmək, həmçinin orada olan ravilərin halları-
nı bildirmək üçün uzun bir araşdırma qeyd etmişdir. Oxucular 
üçün onu ixtisar edərək, son nəticəni qeyd etdim. Bəzən isə bir 
məsələ  haqqında  onlarla  oxşar  rəylər  qeyd  edilmişdir.  Onu 
ixtisar edərək müəllifin üstünlük verdiyi  əsas rəyləri qeyd et-
dim. Bunun kitabdan daha da faydalı istifadə edilməsinə daha 
uyğun olduğunu düşündüm. Həmçinin bəzi terminlərin əslini 
saxlayaraq aşağıda  izahını verdim. Həmin sözün tərçüməçiyə 
aid  olduğunu  bildirmək  üçün  qısa  olaraq  mötərizə  içərisində 
(Tər.) yəni tərcüməçinin qeydi olaraq yazdım. 
Allah`dan 

 istəyimiz odur ki, bu kitabı heç bir kəsin və heç 
bir  şeyin  fayda  verməyəcəyi  bir  gündə  bizim  üçün  lehimizə 
yazılan əməllərimizdən etsin. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə