3
Bu kitab “
İsmayıl Şıxlı.Dəli Kür.”(Bakı, Yazıçı,1982) nəşri arasında
təkrar nəşrə hazırlanmışdır.
894.3613 - dc 21
AZE
İsmayıl Şıxlı. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb",
2005 ,400 səh.
Görkəmli yazıçı İsmayıl Şıxlının oxucular arasında geniş şöhrət
qazanmış "Dəli Kür" romanı XIX əsrdə tarixi qanunauyğunluqların
Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında,
mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla
göstərən bir əsərdir. Xalqımızın milli oyanış dovrü Göytəpə kəndində baş
verən mürəkkəb və ziddiyyətli hadisələr fonunda qələmə alınmışdır, Əsər
qollu-budaqlı qəhrəmanlarına, ehtiramlar toqquşması və bədii boyaların
zənginliyinə görə haqlı olaraq milli tarixi roman janrının kamil
nümunələrindən sayılır.
Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist
zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz "Dəli
Kür" romanının qəhrəmanı Cahandar ağadır.
...İsmayıl Şıxlı zaman-zaman oxunacaq bir kitabdır - "Dəli Kür"dür.
ISBN 9952-418-34-2
© "ŞƏRQ-QƏRB", 2005
7
BİRİNCİ HİSSƏ
1
Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər
səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş,
yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona
çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və
samanlıqların üstü, hətta evlerin damları da yaşıllaşmışdı. Həyətləri
birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz
doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin
rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan
dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb
Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların
arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir,
dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi.
Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər
suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə
toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə
balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların
arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı
sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.
Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli
eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə
gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" -
deyə inildəyirdi.
Havada süzon iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, həyətin
ortası ilə tövləyə doğru süründü. Zəncirdəki itlər dartınıb mırıldaşdılar.
Toyuq-cücə qorxudan samanlığa doluşdu. Zərnigar xanım bunların heç
birinə fıkir vermədi, kəlağayısını düzəldib eyvandan endi, cığırla sahilə
doğru addımladı.
Gün xeyli qalxmışdı. Axşamdan kəndin üstünə çökən duman çəkilmiş,
səhərə yaxın yağış da çiləmişdi. Torpaq yolların və cığırların
8
tozu xal-xal olmuşdu. Çəmənliyin şehi parıldayırdı. Kürün ləpədöyənindən
bir az aralı, çaylaqda qaynar asmışdılar. Tumançaq uşaqlar yarğanın dibi ilə
qaçışırdılar. Camışları haylayıb suya tökən cavanların hay-küyü sıldırım
yarğanlarda əks edir, bu yarğanların ovuqlarındakı quşlar hürküşüb bölük-
bölük havaya qalxırdılar. Lakin Zərnigar xanım heç nəyə fikir vermirdi.
Bütün gecəni yatmayıb səhərəcən ağladığından arvadın gözləri şişmiş,
kirpikləri bir-birinə yapışmış, göz yaşı quruyııb, müşəmbə kimi yanağında
qalmışdı. Qulaqları güyüldəyirdi. O, hara getdiyini bilmirdi. Öz evindan baş
götürüb uzaqlaşmaq, bir anlığa da olsa, dərdini unutmaq istəyirdi. Ancaq
bacarmırdı. Dil desə də ürək razı olmur, ayaqları sözünə baxmayıb,
sürünürdü. Zərnigar xanım özü də hiss etmədən gəlib yarğanın qaşına çatdı.
Qarşısındakı uçurumu, ayağının altındakı yarıq-yarıq olmuş torpağı
görmədi. Əgər bir az irəlidə yarğan gurultu ilə uçmasaydı, o, ayaq
saxlamayacaq, bəlkə də torpağa qarışıb birbaş Kürə düşəcəkdi. Gurultunu
eşidən kimi qeyri-ixtiyari geri çəkildi, toz yatandan sonra isə uçurumun dibi
ilə axan qıjıltılı boz-bulanıq suya dəhşətlə baxdı. "Birparça çörəyim ov-
sanata keçdi. Yoxsa balalarım yetim qalacaqdı", - deyə salamat qurtardığına
şükür elədi. Bu hal uzun sürmədi. O yenidon gözünü Kürə zillədi. O taydakı
qalın meşənin ətəyini, boz qumsallığı yalaya-yalaya axan, bəzi yerlərdə isə
burulub, kolları araya alan Kür şaxələnib qollara ayrılır, balaca adaların
ətrafında fırlanıb bəri üzə, hündür yarğanların üstünə cumurdu. Sular sarı
torpağı yalayıb geri çəkilir, lillənə-lillənə uzaqlara gedirdi. Yarğanən dibi
görünmürdü. Oraya düşənin heç sümüyü də ələ gəlməzdi. Zərnigar xanım
ehtiyatla yarğana yaxınlaşdı. Bəlkə birdəfəlik özünü atsın? İkicə addım
qabağa getsə, torpaq ayağı altından ovxalanıb töküləcək, uçuruma necə
düşdüyündən özünün də xəbəri olmayacaqdı. Bəs sonra? Eşidən-bilən nə
deyər?
Bu fikirlər Zərnigar xanımı dəhşətə gətirdi. Bədəni üyüşdü. Suyun soyuq
havasını üzündə hiss edib geri çəkildi. İxtiyarsız olaraq dönüb evlərinə
baxdı. Ətrafına yulğun kollarından hündür çəpər çəkilmiş bir-mərtəbə daş
evin pencərə şüşələri səhər günəşinin şəfəqlərini əks etdirib parıldayırdı.
Darvaza açıq idi. Eyvanın məhəccərindəki naxışlı taxtalar, mavi rəngli
dirəklər, göy qapılar, üstündə bir cüt qabaq-qarşı xoruz çəkilmiş divar, bir
az o yandakı samanlıq, çardağının üstünə ilanyalı ot tayası yığılmış tövlə,
həyətdə eşələnən toyuq-cücə aydınca görünürdü. Axı bunların çoxunu o özü
düzəltmişdi. O, buraya gəlin