hərisliyi ilə əlini uzadıb tüfəngi aldı. Parıldayan qundağına, nə qədər təmizlənsə
də, yağı tamam silinməyən lüləsinə baxdı, çaxmağını çəkib bərk-boşluğunu
yoxladı. Tətiyi basdı, sonra lüləni işıldayan günə doğru qaldırıb baxdı. Nişan
alırmış kimi gözünü qıyıb üzünü qundağa yapışdırdı.
-
Hə, necədir?
Həsən ağa tüfəngin ağırlığını bilmək istəyirmiş təkin qoşalüləni əlində samballadı.
-
Çox mübarək, havaxt alıbsan?
-
Dünən.
-
Atmağı necədir, yoxlamısanmı, düzmü nişan alır?
-
Elə sənin yanına
gəlmişəm ki, gedək yoxlayaq.
Həsən ağanın birdən-birə alışan ovçuluq ehtirası birdən-birə də söndü. Qoşalüləni
geri qaytardı.
-
Yox, bu gün gedə bilməyəcəm.
-
Niyə?
-
Qonağım gələcək.
Ələddin dostundan belə cavab gözləmədiyindən bir an duruxdu. O elə zənn edirdi
ki, Həsən ağa həmişəki kimi əlüstü razılaşacaq, dərhal patrondaşını, tüfəngini
götürüb ona yoldaşlıq edəcəkdi.
-
Qonağın nə vaxt gələcək?
-
Günortaüstü, ya da axşam tərəfi.
- Eh, ay rəhmətliyin oğlu, onacan on dəfə gedib gələrik. Tez ol, tüfəngini götür.
-
Yox, Ələddin, bu dəfə mənsiz get.
- Elə şey yoxdu. Sənsiz ovun nə ləzzəti. - Ələddin dönüb suyu soğulmuş Kürə,
cələdəki çılpaq ağaclara, çiləkənlərə, o taydakı meşənin boz qovaqlarına baxdı. -
Əsl ov vaxtıdı, hava da
2
havalanıb. Sənin canın üçün ürəyimə damıb, gedən kimi maral vuracayıq, özüm
ocaq çatıb kabab çəkəcəm.
Həsən ağanın ovçuluğuna, sərrast güllə atmağına söz ola bilməzdi. Onlar həmişə
downloaded from KitabYurdu.org