İştaha pozğunluqları



Yüklə 167,72 Kb.
Pdf görüntüsü
tarix18.10.2018
ölçüsü167,72 Kb.
#74498

background image
                       

                     İştaha pozğunluqları 

 

İştaha pozğunluqlarının 3 növü vardır:  



1)

 

Iştahanın azalması – anoreksiya  



2)

 

Iştahanın artması – hiperreksiya 



3)

 

Iştahanın təhrif olunması – paroreksiya 



Anoreksiya  (iştahanın azalması) həzm şirələri sekresiyasının pozulması ilə 

müşayiət olunan mədə və bağırsaq xəstəliklərinin əsas əlamətlərindən biridir. 

Bundan əlavə, bir sıra infeksion xsətəliklər, avitaminozlar, mənfi emosiyalar 

iştahanın azalması ilə müşayiət oluna bilərlər. 

 Eksperimental şəraitdə anoreksiya müşahidə etmək üçün heyvanların 

hipotalamusunun ön-yan nüvələrini zədələyirlər. Bu zaman heyvan qida 

qəbulundan imtina edir və süni sürətdə yedizdirilmədikdə tələf olur. 

Hiperreksiya və ya bulimiya ( iştahanın artması patoloji artması ) zamanı qida 

qəbulu qeyri –adi dərəcədə artır ( buna polifagiya deyilir ). Tireotoksikoz 

xsətəliyi və bəzi mübadilə pozğunluqları hiperreksiya ilə müşayiət olunurlar. 

Bundan əlavə, mərkəzi sinir sisteminin bəzi üzvi və funksional xəstəlikləri 

(nevrozların bəzi növləri, beyin şişləri və s. ) iştahanın artamsına səbəb olur. 

Hipotalamus nahiyəsinin ön-orta nüvələri zədələnmiş laboratoriya heyvanlarında 

da hiperreksiya əmələ gəlir. 

 Dad analizatorunun funksiyasının mərkəzi və periferik mənşəli pozğunluqaları  

zamanı paroreksiya ( iştahanın təhrif olunması ) müşahidə edilir. Bu zaman 

xəstələrdə qida əhəmiyyətli olmayan maddələri ( tabaşir, palçıq, kömür və s. ) 

yemək meyli əmələ gəlir. 

Testlər:  

1. Feoxromositoma zamanı bu hormonun hipersekresiyası müşahidə 

olunur: 

A) qlükokortikoidlər 

B) progesteron 

C) mineralokortikodlər 



Yüklə 167,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə