İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
  1   2   3   4   5   6   7   8


İstehlakçıların hüquqlarının müdafiəsi haqqında 

Azərbaycan Respublikasının qanunu  

Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait 

yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində 

istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür 

tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, 

iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. 

Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş «İstehlakçıların maraqlarını 

müdafiə etmək üçün rəhbər prinsiplər» əsasında işlənmiş və Azərbaycan Respublikasında 

belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir. 

I f

ə

sil. Ümumi müdd

ə

alar 

Madd

ə

 

1. Əsas anlayışlar 

 

Bu Qanunda istifadə edilən anlayışlar: 

 

istehlakçı: şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə 



edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan 

şəxs;  

 

istehsalçı: mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı 



olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar 

 



icraçı: iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar;  

 



satıcı: alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya 

sahibkar;  

 

normativ sənəd: malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə 



Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri 

müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları, 

qaydaları və digər sənədlər;  

 



qüsur: malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, 

yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) 

haqqında verdiyi məlumata uyğunsuzluğu;  

 



mühüm qüsur: maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq 

surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı 

üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt 

məsrəfi tələb edən malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa 

şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur;  

 



uyğunluq sertifikatı (sertifikat): sertifikatlaşdırma sisteminin qaydaları üzrə 

sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq 

etmək üçün verilmiş sənəd;  



 

uyğunluq nişanı: məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə 

uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və 

tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişandır;  

 

malın (işin, xidmətin) təhlükəsizliyi: maldan (işin, xidmətin nəticələrindən) 



istifadə edilməsinin, onun saxlanmasının, daşınmasının, işlədilməsinin adi 

şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində istehlakçının 

həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna 

olunması;  

 

zəmanət müddəti: müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət 



öhdəliklərinin qüvvədə olduğu müddət. 

 



nəzarət markası — audiovizual əsərin, fonoqramın, kompüter proqramının, 

məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq 

obyektlərinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə 

hazırlandığını (istehsal olunduğunu), həmçinin satışı üçün müvafiq dövlət 

orqanından razılığın alınması tələb olunan malların, məmulatların və məlumat 

materiallarının satışına belə razılığın verilməsini təsdiq edən və həmin nüsxələri 

yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik 

müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli 

xüsusi nişan.  

Madd

ə

 

2. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azə

rbaycan 

Respublikasının qanunvericiliyi 

 

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 

qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və bu 

qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir. 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu 

Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq 

edilir. 

II f

əsil. İstehlakçıların hüquqları

 

Madd

ə

 

3. İstehlakçıların hüquqları 

 

Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: 

 

malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının 



sərbəst seçilməsinə;  

 



istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;  

 



malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;  

 



malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və 

düzgün məlumat əldə etməyə;  




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə