İstehsal fəaliyyətİ sahəsİndə vergİtutma məqsədlərİ üçün gəlİrlərİn və xərclərİn uçotunun aparılması Qaydası. indd



Yüklə 69,64 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü69,64 Kb.
#10641


A Z Ə R B A Y C A N 

  İ Q T İ S A D İ 

      İ S L A H A T L A R

İ C M A L I

İ y u n   2 0 1 7




2

İSTEHSAL FƏALİYYƏTİ SAHƏSİNDƏ VERGİTUTMA 

MƏQSƏDLƏRİ ÜÇÜN GƏLİRLƏRİN VƏ XƏRCLƏRİN 

UÇOTUNUN APARILMASI QAYDASI

Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən 

imzalanmış  2017-ci  il  16  iyun  tarixli  müvafiq  Fərmana  əsasən 

“İstehsal  fəaliyyəti  sahəsində  vergitutma  məqsədləri  üçün  gəlirlərin 

və  xərclərin  uçotunun  aparılması  Qaydası”  təsdiq  edilmişdir.



3

Bu  Qayda  Azərbaycan  Respublikası  Vergi 

Məcəlləsinin  130.1-1-ci  maddəsinə  əsasən 

hazırlanmışdır  və  istehsal  fəaliyyəti  sahəsində 

vergitutma  məqsədləri  üçün  gəlirlərin  və 

xərclərin  uçotunun  aparılması  ilə  bağlı 

münasibətləri  tənzimləməkdədir.  Bu  Qaydanın 

məqsədi  istehsal  sahəsində  fəaliyyət  göstərən 

vergi  ödəyicilərinin  gəlirlərinin  və  xərclərinin 

müəyyən edilməsi ilə bağlı malların mədaxilinin 

və  məxaricinin  sənədləşdirilməsini,  habelə 

bu  sahədə  şəffaflığın,  uçot  və  hesabatlılığın 

artırılmasını təmin etmək səciyyəsi daşıyır.

Fərmana  əsasən,  bu  Qaydada  istifadə  olunan 

əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

• 

təhtəlhesab  şəxs  –  inzibati-təsərrüfat 



fəaliyyəti  və  əməliyyatlar  üzrə  hesablaşmaları, 

o  cümlədən  mal  və  xidmətlərin  alışını  həyata 

keçirən şəxs;

• 

kommersiya  (satış)  təmsilçisi  –  hazır 



məhsulların  sifarişçilərə  çatdırılması  ilə  bağlı 

sahibkarı təmsil edən və onun adından müqavilə 

bağlayan şəxs;

• 

istehsal  fəaliyyəti  –  maddi  nemətlər 



yaratmağa yönəldilmiş fəaliyyət prosesi;

• 

əsas  istehsal  sahəsi  –  müəssisənin 



(fərdi  sahibkarın)  sahibkarlıq  fəaliyyətinin  əsas 

məqsədi hesab edilən  məhsulların  istehsalının 

başa çatdırıldığı istehsal sahəsi;

• 

köməkçi  istehsal  sahəsi  –  müəssisənin 



(fərdi  sahibkarın)  sahibkarlıq  fəaliyyətinin 

əsas  məqsədi  hesab  edilən  məhsulların 

komponentlərinin (yarımfabrikatlarının) istehsal 

olunduğu, habelə onların istehsalı ilə bağlı işlərin 

görüldüyü  və  xidmətlərin  göstərildiyi  istehsal 

sahəsi;


• 

istehsal  ehtiyatı  –  istehsal  prosesində 

istifadə olunan mal-material.

Bu  Qaydada  istifadə  olunan  digər  anlayışlar 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi, 

Azərbaycan 

Respublikasının 

Gömrük 


Məcəlləsi,  “Mühasibat  uçotu  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  və 

Azərbaycan Respublikasının digər qanunları ilə 

müəyyənləşdirilmiş mənaları ifadə edir.



Gəlir və xərclərin uçotunun aparılması

Təsdiq  edilmiş  Qaydaya  əsasən,  Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsinə  uyğun 

olaraq,  istehsal  sahəsində  fəaliyyət  göstərən 

vergi  ödəyiciləri  gəlirlərinin  və  xərclərinin 

vaxtlı-vaxtında  dəqiq  uçotunu  aparmağa, 

həmin  Məcəlləyə  əsasən  tətbiq  edilən  uçot 

metodundan asılı olaraq, gəlirlərini və xərclərini 

onların  əldə  edildiyi  və  ya  çəkildiyi  müvafiq 

hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə 

bağlı  bütün  əməliyyatların  başlanmasını, 

gedişini və başa çatmasını müəyyənləşdirməyə 

imkan  verən  uçot  aparılmasını  təmin  etməyə 

borcludurlar.

Bununla  yanaşı,  istehsal  sahəsində  fəaliyyət 

göstərən vergi ödəyiciləri mühasibat uçotunun, 

gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, 

o  cümlədən  əmtəə-material  ehtiyatlarının 

uçotunun  aparılması,  habelə  uçot  sənədlərinin 

tərtib  edilməsi  və  saxlanması  ilə  bağlı 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi 

və  “Mühasibat  uçotu  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş 

vəzifələri,  habelə  onlara  uyğun  qəbul  edilmiş 




4

digər  qanunvericilik  aktlarının  tələblərini  yerinə 

yetirməyə borcludurlar. 

İstehsal  sahəsində  istehsal  ehtiyatlarının 

mədaxilinin sənədləşdirilməsi

• 

İstehsal sahəsində fəaliyyət göstərən vergi 



ödəyicilərinin  bu  fəaliyyətin  həyata  keçirilməsi 

üçün vergi orqanlarında uçotda olan şəxslərdən, 

o  cümlədən  malsatan  və  podratçılardan  satın 

alınan  istehsal  ehtiyatları  aşağıdakı  qaydada 

sənədləşdirilir:

� 

istehsal  sahəsində  fəaliyyət  göstərən 



vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyər 

vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata 

alınmayan  vergi  ödəyicilərindən  aldıqda,  bu 

malların alışına dair Azərbaycan Respublikasının 

Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaimə-

faktura və ya elektron qaimə-faktura tələb edilir 

və belə malların anbara təhvil verilməsi “İstehsal 

ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir;

� 

istehsal  sahəsində  fəaliyyət  göstərən 



vergi  ödəyiciləri  istehsal  ehtiyatlarını  ƏDV-

nin  məqsədləri  üçün  qeydiyyata  alınmış  vergi 

ödəyicilərindən aldıqda, bu malların alışına dair 

qaimə-faktura  və  ya  elektron  qaimə-faktura  ilə 

yanaşı,  elektron  vergi  hesab-fakturasının  da 

verilməsi  tələb  edilir  və  belə  malların  anbara 

təhvil  verilməsi  “İstehsal  ehtiyatlarının  təhvil-

qəbul aktı” ilə sənədləşdirilir.

• 

İstehsal  ehtiyatları  vergi  orqanında 



uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal 

ehtiyatlarının  alış  aktı”  tərtib  edilir.  “İstehsal 

ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini 

təsdiq  edən  sənədin  məlumatlarının  (FİN, 

seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə 

istehsal  ehtiyatlarının  anbara  təhvil  verilməsi 

“İstehsal  ehtiyatlarının  təhvil-qəbul  aktı”  ilə 

sənədləşdirilir.

• 

Vergi  ödəyicisi  istehsal  ehtiyatlarını 



təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab 

şəxsə  vəkalətnamə  (etibarnamə)  verir.  İstehsal 

ehtiyatlarının  alışı  zamanı  təhtəlhesab  şəxs 

satıcıya  vəkalətnamə  (etibarnamə)  təqdim 

etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) 

verən  vergi  ödəyicisinin  adına  sənədləşdirilmiş 

istehsal  ehtiyatlarının  satışına  dair  qaimə-

fakturanı və ya elektron qaimə-fakturanı, yaxud 

elektron  vergi  hesab-fakturasını  təhtəlhesab 

şəxsə  təqdim  edir. Təhtəlhesab  şəxsin  istehsal 

ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil 

verməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” 

ilə sənədləşdirilir.

• 

İdxal olunan istehsal ehtiyatlarının anbara 



və ya istehsal sahələrinə mədaxili alış dəyərini 

təsdiq  edən  sənəd  və  istehsal  ehtiyatlarının 

anbara və ya istehsal sahələrinə təhvil verilməsi 

ilə  bağlı  tərtib  olunan  “İstehsal  ehtiyatlarının 

təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal olunan 

istehsal  ehtiyatları  uçota  alınarkən  həmin 

istehsal  ehtiyatlarının  idxalına  dair  gömrük 

bəyannamələri,  faktura  (invoys)  və  istehsal 

ehtiyatlarının  satın  alınmasına  dair  müqavilə 

əsas  götürülür.  Həmin  sənədlərə  idxal  olunan 

istehsal ehtiyatlarının daşınmasına dair müqavilə, 

gömrük  təmsilçiliyi  birbaşa,  yaxud  dolayı  yolla 

həyata  keçirildikdə  –  müvafiq  səlahiyyətin 

verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat 

qaiməsi,  gömrük  ödənişlərinin  ödənilməsini  və 

ya  gömrük  borcuna  görə  təminatın  verilməsini 

təsdiq  edən  sənədlər  əlavə  edilir.  İdxal  olunan 

istehsal ehtiyatları uçot sənədlərində qeydiyyata 

alınarkən  həmin  istehsal  ehtiyatlarının  alış 

qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, 

istehsal ehtiyatlarının yüklənmə, boşaldılma,



5

yenidən  yüklənmə  və  sığorta  xərclərinin  cəmi 

nəzərə alınır.

• 

İstehsal  sahəsində  fəaliyyət  göstərən 



vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının 

təsərrüfatdaxili  (anbardan-anbara)  hərəkəti 

“İstehsal 

ehtiyatlarının 

təsərrüfatdaxili 

yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. 

İstehsal  fəaliyyəti  göstərən  vergi  ödəyicisinin 

bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə 

satış  fəaliyyəti  üzrə  təsərrüfat  subyektləri 

(obyektləri)  mövcud  olduqda,  həmin  təsərrüfat 

subyektlərindən  (obyektlərdən)  malların  (hazır 

məhsulların) istehsal fəaliyyətində istifadə üçün 

götürülməsi və ya qaytarılması “Malların (hazır 

məhsulların) 

təsərrüfatdaxili 

yerdəyişməsi 

qaimə-fakturası” ilə sənədləşdirilir.

• 

İstehsal ehtiyatlarının anbara mədaxilinin 



uçotu  məsul  şəxslər,  malların  adları  (növləri, 

partiyaları və s.), miqdarı və ya digər kəmiyyət 

göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

İstehsal ehtiyatlarının əsas və köməkçi istehsal 

sahələrinə buraxılışının sənədləşdirilməsi

• 

Əsas  və  köməkçi  istehsalat  sahələrinə 



istehsal  ehtiyatları  istehsal  sahəsinə  məsul 

şəxsin  (texnoloq,  baş  mühəndis,  istehsal 

sahəsinin  rəhbəri)  sifarişi  (tələbi)  əsasında 

buraxılır. Sifariş (tələb) məsul şəxs (texnoloq, baş 

mühəndis, istehsal sahəsinin rəhbəri) tərəfindən 

imzalanmış və müəssisə rəhbəri (fərdi sahibkar) 

və  ya  onların  səlahiyyətli  nümayəndələri 

tərəfindən  təsdiq  edilmiş  normativlər  əsasında 

tərtib  edilir.  Bu  zaman  məsul  şəxs  tərəfindən 

“İstehsal  ehtiyatlarının  buraxılışı  tələbnaməsi” 

tərtib  edilir.  Həmin  tələbnamə  məsul  şəxs 

(texnoloq, baş mühəndis və ya istehsal sahəsinin 

rəhbəri)  tərəfindən  təsdiq  edilməklə  istehsal 

ehtiyatları anbarına təqdim edilir.

• 

İstehsal ehtiyatları anbarının məsul şəxsi 



tərəfindən alınmış tələbnamə əsasında istehsal 

ehtiyatları  hazırlanır  və  “İstehsal  ehtiyatlarının 

istehsala  buraxılışı  qaimə-fakturası”  tərtib 

edilərək  istehsal  ehtiyatları  sifarişçiyə  (məhsul 

istehsalı  üçün  texnoloqa,  hazır  məhsulun 

qablaşdırılması üçün isə sex rəisinə (müavinə) 

təqdim edilir.

• 

Əsas  istehsal  sahəsinin  məsul  şəxsi 



tərəfindən  hazır  məhsulun  istehsalı  üçün  tələb 

olunan  köməkçi  istehsalat  məhsullarından  ötrü 

yazılı sifariş tərtib edilir və həmin sifariş məsul 

şəxslər  tərəfindən  (texnoloq,  baş  mühəndis, 

istehsal sahəsinin rəhbəri) təsdiq edilir.

• 

Sifariş  əsasında  istehsal  edilmiş 



məhsullar  köməkçi  istehsal  sahəsinin  məsul 

şəxsi tərəfindən “Köməkçi istehsal məhsullarının 

əsas istehsala buraxılışı qaimə-fakturası” tərtib 

edilərək əsas istehsal sahəsinə buraxılır.

• 

Vergi  ödəyicisinə  məxsus  anbarlar  və 



ya  obyektlər  (təsərrüfat  subyektləri)  məhsul 

istehsalı  fəaliyyəti  üzrə  obyektin  (təsərrüfat 

subyektinin) hüdudlarından kənarda yerləşdikdə 

və  hazır  məhsulların  daşınması  nəqliyyat 

vasitəsilə  həyata  keçirildikdə,  həmin  nəqliyyat 

vasitəsinə əlavə olaraq “Yük avtonəqliyyatı üçün 

yol vərəqi” verilir.

Hazır  məhsulların  anbara  mədaxilinin 

sənədləşdirilməsi

• 

İstehsalı  başa  çatmış  hazır  məhsullar 



bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara 

təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul 

şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal 

olunmuş  hazır  məhsullar  “Hazır  məhsulların 

təhvil-qəbul aktı” ilə anbarın məsul



6

şəxsinə təhvil verilir.

• 

“Hazır  məhsulların  təhvil-qəbul  aktı”nda 



məhsullar kəmiyyət ifadəsində əks olunur.

• 

Anbara  təhvil  verilmiş  hazır  məhsullarla 



bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal 

xərcləri  əsasında  qiymətləndirilmiş  dəyərlə 

uçota alınır.

• 

Məhsulların  istehsalı  zamanı  zay  olmuş 



məhsullarla  bağlı  istehsal  sahəsinin  məsul 

şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay 

məhsullara dair akt” tərtib edilir.

• 

Düzəldilməsi mümkün olan və ya material 



ehtiyatı  kimi  istifadə  edilə  bilən  zay  məhsullar 

“Zay  məhsulların  təhvil-qəbul  aktı”  ilə  anbarın 

məsul şəxsinə verilir.

• 

Hazır məhsulların itməsi, əskik gəlməsi, 



xarab  olması,  zay  olması  və  oğurlanması 

“İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və 

oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. 

Həmin  akt  vergi  ödəyicisinin  (və  ya  onun 

səlahiyyətli  nümayəndəsinin),  məsul  şəxsin  və 

malları  anbara  təhvil  verən  şəxsin  imzaları  ilə 

təsdiqlənir.

Hazır məhsulların satışının sənədləşdirilməsi

• 

Müəssisədə  və  ya  fərdi  sahibkar 



tərəfindən  istehsal  edilmiş  hazır  məhsullar 

anbardan alıcıların sifarişi əsasında Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən 

edilmiş  qaydada  qaimə-faktura  və  ya  elektron 

qaimə-faktura  tərtib  edilməklə  sifarişçilərə 

göndərilir.

• 

Hazır  məhsulun  istehsalçısı  ƏDV 



qeydiyyatında  olduğu  halda  sifarişçiyə  qaimə-

faktura və ya elektron qaimə-faktura ilə yanaşı, 

elektron vergi hesab-fakturası da təqdim edir.

• 

Vergi  ödəyicisinə  hazır  məhsullar 



təhtəlhesab  şəxs  vasitəsilə  göndərildikdə, 

təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə) 

tələb  edilir.  Hazır  məhsulların  alışı  zamanı 

təhtəlhesab şəxs tərəfindən satıcıya vəkalətnamə 

(etibarnamə)  təqdim  edildikdən  sonra  satıcı 

(istehsalçı)  vəkalətnamə  (etibarnamə)  verən 

vergi  ödəyicisinin  adına  sənədləşdirilmiş  hazır 

məhsulların satışına dair qaimə-fakturanı və ya 

elektron  qaimə-fakturanı,  yaxud  elektron  vergi 

hesab-fakturasını  təhtəlhesab  şəxsə  təqdim 

edir.

• 

İstehsalçı istehsal etdiyi hazır məhsulların 



özünə məxsus təsərrüfat subyektləri (obyektlər) 

vasitəsilə  satışını  həyata  keçirdikdə,  həmin 

məhsulların  bu  təsərrüfat  subyektlərinə 

(obyektlərə)  göndərilməsi  “Hazır  məhsulların 

təsərrüfatdaxili  yerdəyişməsi  qaimə-fakturası” 

ilə sənədləşdirilir.

• 

Malların itməsi, əskik gəlməsi və xarab və 



ya zay olması fövqəladə hallar nəticəsində baş 

verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri 

arayışlar əsasında həmin mallar məsul şəxslərin 

hesabından  silinə  bilər.  Bu  zaman  “Fövqəladə 

hallarda malların itməsi, əskik gəlməsi və xarab 

və ya zay olması barədə akt” tərtib olunur.



İstehsal  fəaliyyəti  ilə  məşğul  olan  vergi 

ödəyicisinin  gəlirlərinin  və  xərclərinin 

müəyyən edilməsi

• 

İstehsal  fəaliyyəti  ilə  məşğul  olan  vergi 



ödəyicisinin  istehsal  etdiyi  hazır  məhsulun  bu 

Qaydada nəzərdə tutulan sənədləşdirilmiş




7

məlumatlar  əsasında  alıcılara  təqdim  edilməsi 

üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin 

gəlirlərinə aid edilir.

• 

Vergitutma 



məqsədləri 

üçün 


gəlirin  əldə  edilmə  vaxtı  Azərbaycan 

Respublikası  Vergi  Məcəlləsinin  132-ci 

və  135-ci  maddələri  ilə  müəyyən  olunur. 

• 

İstehsal  fəaliyyəti  ilə  məşğul  olan 



vergi  ödəyicisi  tərəfindən  təqdim  edilmiş 

hazır  məhsulların  satışı  üzrə  məsrəflər,  o 

cümlədən  yerinə  yetirilən  iş  və  göstərilən 

xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi 

istehsalatların  xərcləri,  əsas  istehsala  xidmət 

və onun idarə edilməsi ilə bağlı dolayı xərclər, 

zayolmadan əmələgələn itkilər və s. bu fəaliyyəti 

həyata keçirən şəxsin xərclərinə aid edilir. Yerinə 

yetirilən  iş  və  göstərilən  xidmətlərlə  əlaqədar 

birbaşa  məsrəflərə  əsas  istehsalda  olan  əsas 

vəsaitlərin  amortizasiyası,  əsas  istehsalatla 

bağlı qeyri-maddi aktivlərin amortizasiyası, əsas 

istehsalatda istifadə edilmiş istehsal ehtiyatları, 

öz  istehsalının  yarımfabrikatları,  icarə  haqqı, 

kommunal xidmətlər və s. aid edilir.

• 

Vergitutma  məqsədləri  üçün  xərclərin 



çəkilmə  vaxtı  Azərbaycan  Respublikası  Vergi 

Məcəlləsinin  133-cü  və  136-cı  maddələri  ilə 

müəyyən olunur.

• 

İstehsal  edilmiş  hazır  məhsullar  üzrə 



fərdi uçot aparılmadıqda, gəlirdən çıxılan hazır 

məhsulların  dəyəri  Azərbaycan  Respublikası 

Vergi  Məcəlləsinin  139.4-cü  maddəsinə  uyğun 

olaraq orta maya dəyəri ilə müəyyən edilir.



İstehsal  fəaliyyəti  ilə  məşğul  olan  vergi 

ödəyicisinin  anbarlarında  mal  qalığının 

müəyyən edilməsi

Təsdiq  edilmiş  Qaydaya  əsasən,  istehsal 

fəaliyyəti  ilə  məşğul  olan  vergi  ödəyicisinin 

anbarlarında malların qalığı hər bir anbar üzrə 

ayrılıqda  inventarizasiya  aparılmaqla  müəyyən 

edilir.


O  cümlədən,  məsul  şəxslərin  maddi 

məsuliyyətində 

qalan 

malların 



miqdarı 

müəyyənləşdirilərkən,  bu  Qayda  ilə  müəyyən 

edilmiş mədaxil və məxaric sənədləri əsasında 

malların  mühasibat  uçotu  üzrə  qalıqları 

inventarizasiya  nəticəsində  aşkar  edilən  faktiki 

qalıqlarla  tutuşdurulur  və  nəticəsindən  asılı 

olaraq, malların uçotunda düzəlişlər edilir.

Yekun olaraq burada onu da qeyd etmək yerinə 

düşər  ki,  bu  Qayda  çərçivəsində  nəzərdə 

tutulmuş  qaimə-faktura,  “İstehsal  ehtiyatlarının 

təhvil-qəbul  aktı”,  “İstehsal  ehtiyatlarının  alış 

aktı”,  “İstehsal  ehtiyatlarının  təsərrüfatdaxili 

yerdəyişməsi  qaimə-fakturası”  və  “Malların 

(hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi 

qaimə-fakturası”, 

“İstehsal 

ehtiyatlarının 

buraxılışı  tələbnaməsi”,  “İstehsal  ehtiyatlarının 

istehsala  buraxılışı  qaimə-fakturası”,  “Köməkçi 

istehsal məhsullarının əsas istehsala buraxılışı 

qaimə-fakturası”,  “Yük  avtonəqliyyatı  üçün 

yol  vərəqi”,  “Zay  məhsullara  dair  akt”,  “Zay 

məhsulların  təhvil-qəbul  aktı”,  “İtmiş,  əskik 

gəlmiş,  xarab  və  ya  zay  olmuş  və  oğurlanmış 

mallar  barədə  akt”,  “Hazır  məhsulların 

təsərrüfatdaxili  yerdəyişməsi  qaimə-fakturası” 

və  “Fövqəladə  hallarda  malların  itməsi,  əskik 

gəlməsi  və  xarab  və  ya  zay  olması  barədə 

akt”  ciddi  hesabat  blanklarıdır  və  onların 

formasının təsdiq edilməsi sözügedən Fərmana 

əsasən  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyi  tərəfindən  həyata  keçirilməsi  nəzərdə 



tutulmuşdur.


8

Yüklə 69,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə