İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
  1   2   3   4   5   6   7   8   9


ĐSTĐQLAL VƏ SUVERENLĐK

1

 

 

 

Tofiq Köçərli, Akademik 

“Respublika” qəzeti, 26 may və 3 iyun 1998-ci il.

 

 



 

 

 

əşəriyyət Azərbaycanı neft dünyasının paytaxtı kimi tanıyırdı. Azərbaycanın 

qüdrətli poeziya vətəni olması da bəşəriyyətə bəlli idi. Bu da e’tiraf edilirdi 

ki,  “poeziya,  musiqi  və  mahnının  bəxtiyar  vətəni  olan  Şuşa  Zaqafqaziyanın 

konservatoriyasıdır” (V.D.Karqanov. Kavkazskaə muzıka. Tiflis, 1908). 

Azərbaycan  xalqı  bir  sıra  sahələrdə  islam  və  türk  dünyasının  pioneri  idi. 

1920-ci  ildə  Lahıcda  “qaçaq  bir  həyat  yaşayan  Əli  Əhmədoğlunun”  -  Məhəm-

məd  Əmin  Rəsulzadənin  elə  oradaca,  Lahıcda,  özü  də  misilsiz  çətinliklər 

şəraitində, qısa bir müddət ərzində iste’dadla yazdığı “Əsrimizin Səyavuşu” əsə-

rini oxuyaq: 

- Đlk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya 

türkləri  arasında  ilk  qəzet  yaradıcısı  azərbaycanlı,  məzhəb  uzlaşmadığını  ilk 

olaraq ortadan qaldıran azərbaycanlı, əlifba islahını ilk düşünən azərbaycanlı... 

Bütün  islam  dünyasında  ilk  Respublika  yaratmaq  şərəfi  də  Azərbaycan 

xalqına qismət olmuşdur. 

1918-ci  il  mayın  28-də  Şimali  Azərbaycanda  müstəqil,  dünyəvi, 

demokratik, vahid  mərkəzləşmiş  milli  dövlət -  Azərbaycan  Xalq  Cümhuriyyəti 

yaradıldı.  “Azərbaycan  Cümhuriyyəti  aləmi-islamda  təşəkkül  edən  ilk 

Cümhuriyyətdir.  Bu  Cümhuriyyət  eyni  zamanda  bir  türk  hökumətidir 

                                             

1

 Əlavələrlə çap olunur. 



 B 


(dövlətidir,  respublikasıdır  -  T.K.):  tə’biri-digərlə  kiçik  Türkiyədir”. 

(M.Ə.Rəsulzadə). 

Azərbaycan  Cümhuriyyəti  parlamentin  hakimi-mütləq  olduğu  “həqiqi  bir 

xalq  cümhuriyyəti”  idi.  “Əsrimizin  Səyavuşu”nda  yazıldığı  kimi,  Azərbaycan 

Cümhuriyyəti” söz azadlığı, mətbuat azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki: 

“Hər ki hahəd, kü biya və hərçi hahəd gu be gu gibro nazu hacibo, dərban 

dərin dərgah nüst” - tə’rifi bunun haqqında söylənmişdir” (“Kim dilərsə, söylə 

gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapısı, gərdası, kibr və paz” 

- tərcümə M.Ə.Rəsulzadənindir). 

Milli özünüdərk və özünütəsdiqlə, milli istiqlal ruhu və məfkurəsi ilə, milli 

istiqlal  uğrunda  mübarizəsi  və  müstəqil  Azərbaycan  Respublikası  qurması  ilə 

Azərbaycan  xalqı  ümumtürk  əhəmiyyətli  böyük  bir  rol  oynadı:  “türk  şərqində 

sağlam  bir  milliyyət  hissi  oyatdı,  millət  nə  olduğunu  milliyyətini  unutmuş 

türklərə bildirdi. Onlara sən əvvəl-əvvəl bir türksən, dedi və “türkəm” dedirtdi” 

(Üzeyir bəy Hacıbəyov). 

Azərbaycan  dövlətinin  yaranması  və  tarix  səhnəsinə  çıxması  ilə 

Azərbaycana  beynəlxalq  maraq  son  dərəcə  artdı.  Qonşu  dövlətlərin  və  Qərbin 

böyük  dövlətlərinin  hər  birisinin  o  zaman  neft  səltənətinin  tacı  sayılan,  Xəzər 

dənizi sahilində ən böyük şəhərə və ən böyük limana malik olan Azərbaycanda 

öz  geosiyasi  və  iqtisadi  marağı  və  Azərbaycanın  istiqlalına  həmin  maraqdan 

doğan  münasibəti  var  idi.  Bu  maraq,  “qüdrətli  sehrbaz”  xarici  dövlətlərin 

Azərbaycana münasibətini tə’yin və idarə edirdi: kimi Azərbaycanı qeyd-şərtsiz 

həmişəlik “özününkü” sayaraq onun istiqlalını qəti rədd edir, kimi Azərbaycanı 

özünə birləşdirmək, kimi onu parçalamaq, kimi onu öz nüfuz dairəsinə salmaq, 

kimi  də  ona  öz  iradəsini  qəbul  etdirmək  istəyirdi  (burada  knyaz 

A.Çartorıyskinin  Rusiya  imperatoru  Ι  Aleksandr  haqqında  dediyi  sözlər  yada 

düşür: çar “bütün dünyaya azadlıq bağışlayardı, ancaq bir şərtlə ki, hamı yalnız 

onun iradəsinə tabe olsun”. 




Əksər  böyük  dövlətlərin  Azərbaycanın,  digər  yeni  yaranmış  dövlətlərin 

azadlığına münasibəti bu paradoksa oxşar idi: “Azad ol, ancaq öz istədiyin kimi 

yox,  mən  deyən  kimi!”,  yaxud  “Müstəqil ol,  ancaq  mənim  iradəmə  tabe  ol!”  - 

belə  imperiya  təfəkkürü,  imperiya  psixologiyası,  imperiya  praktikası  o  zaman 

hakim  mövqe  tuturdu,  indi  də  təəssüf,  özünü  gah  orada,  gah  da  burada 

göstərməkdədir). 

Azərbaycan  hansısa  yeni  dövlətin  itaətini,  iradəsini  qəbul  etmək  üçün, 

yaxud  kiminləsə  birləşmək  üçün  ayrılıb  müstəqil  olmamışdı.  Azərbaycan  öz 

suverenliyini  heç  kəslə  və  heç  bir  şəkildə  bölüşdürmək  fikrində  deyildi. 

Azərbaycan Cümhuriyyəti tə’sisçiləri üçün Azərbaycanın istiqlalı və suverenliyi 

bölünməz və şəriksiz idi. 

Tam  əsasla  deyə  bilərik  ki,  Azərbaycan  hökuməti  xarici  dövlətlərlə 

münasibətlərdə  Azərbaycanın  istiqlalı  və  suverenliyi  keşiyində  mətanətlə 

dayanmış,  istiqlal  və  suverenlik  yolunda  bir  çox  maneələri  və  təzyiqləri  dəf 

etmiş, istiqlalı və suverenliyi qorumaqda ardıcıllıq və barışmazlıq göstərmişdir. 

Müstəqil 

Azərbaycanın 

digər 


dövlətlərlə 

münasibətlərinə, 

bu 

münasibətlərdə Azərbaycanın yeritdiyi qətiyyətli siyasətə nəzər salaq. 



Öncə  Türkiyə  ilə  münasibətlər  haqqında.  Azərbaycan  istiqlalını  qəlbən 

alqışlayan,  onu  öz  doğma  işi  kimi  qəbul  edən,  ona  hərtərəfli  yardım  edən 

yeganə  dövlət  və  Azərbaycan  istiqlalını  tanıyan  ilk  dövlət  Türkiyə  olmuşdur. 

Azərbaycan ilk beynəlxalq müqaviləni də Türkiyə ilə imzalamışdır: Đyunun 4-də 

Batumda - Azərbaycanın istiqlalı e’lan ediləndən cəmi 6 gün sonra. 

Bu  müqaviləyə  görə,  Türkiyə  lazım  gələrsə,  Azərbaycan  Cümhuriyyətinə 

hərbi  yardım  göstərməyi  öhdəsinə  almışdı  (F.X.Xoyskinin  dediyi  kimi,  “bizə 

xaricdən  qüvvə  almaq  üçün  başqa  millət  və  dövlətə  müraciət  etmək  bə’zi 

şəraitdən dolayı mümkün deyildi, müraciət etdikdə bir nəticə hasil olmazdı, ona 

görədir ki, dindaş və millətdaşımız olan Türkiyəyə müraciət edildi”). 

Türkiyə  öhdəliyinə  şərəflə  əməl  etdi.  Azərbaycan  hökumətinin  rəsmi 

müraciəti  ilə  Azərbaycana  hərbi  yardım  göstərdi.  Türk  qoşunu  təzəcə  təşkil 




Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə