İtm sədri Antalyada «Monitorinq layihələrinin nümunəsində vəkillik strategiyasının əsas komponentləri» mövzusunda çıxış edib



Yüklə 5,68 Kb.
tarix24.02.2018
ölçüsü5,68 Kb.
#27640

İTM sədri Antalyada «Monitorinq layihələrinin nümunəsində vəkillik strategiyasının əsas komponentləri» mövzusunda çıxış edib

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədri Qubad İbadoğlu Açıq Cəmyyət İnstitutunun İctimai Səhiyyənin seminarlar seriyası proqramı çərçivəçində təşkil etdiyi müzakirələrdə iştirak etmək üçün sentyabrın 25-dən 30-dək Antalyada səfərdə olub. Açıq Cəmiyyət İnstitutunun İctimai Səhiyyə Proqramının İnformasiya Proqramı ilə birgə təşkil etdiyi seminar «Səhiyyənin monitorinq resursları üçün vəkillik strategiyası və innovasiya vasitələri» mövzusuna həsr olunub. Seminarda müzakirələrə dünyanın 15-dən çox ölkəsindən 50-dək mütəxəssis qoşulub. Bu müzakirələr əsasən vəkillik hərəkatının yaradılması və bu hərəkatın informasiya və kommunikasiya vasitələrinin köməyi ilə necə canlandırılması yolları, informasiya texnologiyalarının tətbiqi imkanları, səmərəli vəkillik strategiyasının hazırlanması məsələləri ətrafında olub. Müzakirələrə Duke Universitetinin, Beynəlxalq Büdcə Layihəsinin, Açıq Cəmiyyəti İnstitutunun mərkəzi qərargahının və regional şəbəkələrinin nümayəndələri çıxış edib. Müzakirələr kontekstində Milli aktivistlərin mövqeləri paneli üzrə cəmi iki ölkənin - Cənubi Afrika Respublikasının və Azərbaycan Respublikasının nümayəndələrinin «Monitorinq layihələrinin nümunəsində vəkillik strategiyasının əsas komponentləri» barədə təqdimatları dinlənilib. İqtisadi Tədqiaqatlar Mərkəzinin sədri Qubad İbadoğlu çıxışında əsas diqqəti İqtisadi Tədqiqatlar Mərkəzinin Oksfam Humanitar Təşkilatının maliyyə dəstəyi ilə «Büdcə şəffaflığı və büdcəyə nəzarət» proqramı çərçivəsində həyata keçirdiyi «İlkin səhiyyənin təşkilinin təkmilləşdirilməsi və maliyyələşdirilməsinin gücləndirilməsi» layihəsinin yekunlarına, nəticələrinə və bu layihədə uğurlu hesab edilən vəkillik komponentlərinə çəkib. Çıxış ətrafında müzakirələr zamanı Mərkəzin bu istiqamətdəki gələcək fəaliyyəti və planları diqqəti çəkən məsələlərdən olub. Bununla əlaqədar olaraq Q. İbadoğlu seminarın növbəti iş günü Mərkəzin səhiyyə proqramı çərçivəsində cari monitorinq işləri və planlaşdırılan vəkillik konsepsiyası barəsində iştirakçılara məlumat verib. Yekunda qərara alınıb ki, Mərkəzin həyata keçirdiyi mövcud layihədə vəkillik konsepsiyasının hazırlanmasında Açıq Cəmiyyət İnstitutunun texniki, metodiki və maliyyə dəstəyi göstərilməsi üçün müzakirələrə başlanılsın və Mərkəz yardım məqsədi ilə Açıq Cəmiyyət İnstitutunun İctimai Səhiyyə Proqramına müraciət etsin.
Yüklə 5,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə