Ixracat indd



Yüklə 158,3 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü158,3 Kb.
#35600


Bakı – 2017

MƏHSUL, İŞ 

VƏ XİDMƏT İXRACI

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ




Məhsul, iş və xidmət ixracı 

Sahibkarlar üçün bələdçi

Bakı 2017, 28 səh. 

 

 

 



Müəllif: Qubad İbadoğlu

Redaktor: Qalib Bayramov

Bu nəşr Amerika Birləşmiş Ştatlarının Beynəlxalq 

İnkişaf Agentliyi (USAID) vasitəsilə Amerika xalqının 

göstərdiyi səxavətli dəstəyi nəticəsində ərsəyə 

gəlmişdir. Broşur “Kiçik sahibkarlığa dəstək” layihəsi 

çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən 

hazırlanmışdır. Müəllifin bu nəşrdə ifadə etdiyi fikirlər 

USAID və ya Amerika Birləşmiş Ştatları hökumətinin 

mövqeyini əks etdirməyə bilər.

İqtisadi Tədqiqatlar Mərkəzi 

Az 1052, Bakı şəhəri, Fətəlixan Xoyski küçəsi 111a, 

mənzil 23, tel.: 564 86 85, 

e-mail: galib.togrul@gmail.com 

veb: www.erc.az



MÜNDƏRİCAT

ÖN SÖZ .........................................................................4

1. MƏN NƏ ÜÇÜN İXRACLA MƏŞĞUL OLMAQ 

BARƏDƏ DÜŞÜNMƏLİYƏM? ......................................7

2. İXRACLA MƏŞĞUL OLMAQ HANSI 

MƏRHƏLƏLƏRDƏN KEÇİR? .......................................8

2.1. Marketinq strategiyasının hazırlanması ..............8

2.2. Bazar araşdırması ...............................................9 

2.3. Xarici bazarlara giriş ..........................................10

2.4. Qablaşdırma ......................................................16 

2.5. Beynəlxalq ticarətdə alqı-satqı müqavilələri .....17 

3. AZƏRBAYCANDA İXRACATÇI NECƏ 

DƏSTƏKLƏNİR? .........................................................22

3.1. AZPROMO ........................................................22

3.2. www.azexport.az portalı ....................................26

3.3. Xarici bazarlara dair məlumatları əks etdirən 

faydalı mənbələr .......................................................27



İqtisadi Tədqiqatlar Mərkəzi

4

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



ÖN SÖZ

Hazırda Azərbaycan iqtisadiyyatının qarşısında duran ta-

leyüklü vəzifələrdən biri də qeyri-neft ixracatı potensialının 

artırılması üçün bu sahədə mövcud və perspektiv ehtiyatların 

aşkara çıxarılması, ondan daha məhsuldar, səmərəli istifadəyə 

nail olunmasıdır. Məsələnin aktuallığını ölkəmizin əsas ixrac 

məhsulu olan neft-qaz və neft məhsullarının dünya bazarın-

da qiymətinin ucuzlaşması səbəbindən son illərdə ixracatdan 

valyuta gəlirlərinin azalması və ixrac potensialının aşağı düş-

məsi daha da artırmaqdadır.

Son illər qərarlaşmış bu cür tendensiyaların mənfi təsir-

ləri özünü milli valyutanın dünyanın aparıcı valyuta vahid-

ləri ilə müqayisədə ucuzlaşmasında, tədiyə balansının mənfi 

saldosunun  artmasında,  xarici  ticarət  dövriyyəsinin  müsbət 

qalığının azalmasında göstərir. Bununla yanaşı milli valyuta-

nın devalvasiyası idxal mallarının manatla ifadə olunan qiy-

mətinin  daxili  bazarlarda  bahalaşmasını  şərtləndirir.  Bu  isə 

öz növbəsində yerli məhsullara qiymət rəqabətində üstünlük 

yaradır, daxili istehsal və xidmətin inkişafını stimullaşdırır. 

Belə olan halda bir tərəfdən idxalı əvəz edən yerli istehsal, 

digər  tərəfdən  ixracat  imkanlarının  genişlənməsi  üçün  yeni 

imkanlar  yaranır.  Bu  pozitiv  effektlərdən  maksimum  dərə-

cədə bəhrələnmək üçün bir sıra addımlar atılmaqdadır. Belə 

ki, 16 mart 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın 

əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamət-

ləri”ndən

1

 

biri  olan  qeyri-neft  ixracatıın  stimullaşdırılması 



sahəsində əlavə tədbirlərə həsr olunmuş fərman imzalanmış 

və hazırda ondan irəli gələn tapşırıqlar icra olunur. 

18 yanvar 2016-cı ildə Azərbaycan Respublikasının Pre-

zidenti  tərəfindən  imzalanan  “Qeyri-neft  məhsullarının  ix-

1

 http://azertag.az/store/files/news/16.03/STRATEJ%C4%B0%20YOL.pdf




5

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

racının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 

Sərəncam


2

 

da mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd 



olunur ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Kon-

sepsiyasında

3

 ixrac yönümlü iqtisadi model əsas götürülərək 



yüksək  əlavə  dəyər  yaradan  ixrac  yönümlü  iqtisadiyyata 

transformasiya mühüm məqsəd kimi müəyyən olunmuşdur. 

Bu  çərçivədə  əsas  vəzifələrdən  biri  qeyri-neft  sektorunun 

yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac im-

kanlarını genişləndirməkdir. Odur ki, İqtisadiyyat Nazirliyinə 

potensial ix

rac bazarları öl

kələrində logistika mərkəzlərinin 

yaradılması və ixrac məlumat bazasının (elektron portal) for-

malaşdırılmasını təmin etmək tapşırılıb.

“Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə 

bağlı  əlavə  tədbirlər  haqqında”  Sərəncamın  icrası  prosesini 

sürətləndirmək  üçün  Azərbaycan  Respblikasının  Prezidenti 

5  oktyabr  2016-cı  il  tarixində  imzaladığı  Fərmanla  “Xarici 

ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araş-

dırılması  və  marketinq  fəaliyyətinə,  “Made  in Azerbaijan” 

brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixrac-

la bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixrac-

la  əlaqəli  tədqiqat-inkişaf  proqram  və  layihələrinə  çəkilən 

xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəy-

yənləşdirilməsi  və  ödənilmə  mexanizminin  tənzimlənməsi 

Qaydasını təsdiq edib. Bundan əlavə, Sərəncamın icrası pro-

sesində müntəzəm məlumatlandırmanı həyata keçirmək üçün 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr 

tarixli Fərmanı ilə Azərbaycan mənşəli qeyri-neft məhsulları-

nın ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə 

Hesabatın forması təsdiq edilib. Hesabatda qeyri-neft sekto-

ru üzrə ixrac edilmiş Azərbaycan mənşəli məhsulların MDB 

2

 

http://www.president.az/articles/17535



 

3

 http://www.president.az/files/future_az.pdf



Ön Söz


İqtisadi Tədqiqatlar Mərkəzi

6

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



ölkələri, Avropa İttifaqı ölkələri və digər ölkələr üzrə dəyəri, 

İxrac təşviqi şamil olunan ixrac edilmiş Azərbaycan mənşəli 

məhsulların dəyəri, Azərbaycan mənşəli qeyri-neft məhsulla-

rının ixracının stimullaşdırılması ilə bağlı dövlət büdcəsinin 

vəsaiti  hesabına  ödənilən  xərclər, Azərbaycan  Respublikası 

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ix-

racyönümlü  istehsala  verilən  güzəştli  kreditlər, Azərbaycan 

mənşəli  ixracyönümlü  məhsul  və  xidmətlərin  xarici  bazar-

larda təşviqi məqsədi ilə müvafiq beynəlxalq tədbirlərdə ölkə 

ixracatçılarının iştirakının təmin edilməsi, habelə ixrac üçün 

potensial və perspektivli sayılan ölkələrdə həyata keçirilmiş 

(iştirak edilmiş) müvafiq sərgilər, forumlar və digər təşviqat 

tədbirləri, qeyri-neft sektoru üzrə Azərbaycan mənşəli məh-

sulların ixrac olunduğu ölkələrin və qeyri-neft sektoru üzrə 

ixrac olunmuş Azərbaycan mənşəli məhsul çeşidlərinin sayı 

əksini tapıb. 




7

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ



1. MƏN NƏ ÜÇÜN İXRACLA MƏŞĞUL 

OLMAQ BARƏDƏ DÜŞÜNMƏLİYƏM? 

Bu sualı xarici bazarlarda fəaliyyət göstərmək istəyən hər 

bir şirkət özünə verməlidir. Adətən, şirkətlər xarici bazarlara 

çıxış zamanı korporativ məqsədlər güdürlər. Çalışırlar ki, ilk 

növbədə mənfəətlərini çoxaltsınlar və eyni zamanda, mövcud 

və potensial resurslardan daha səmərəli istifadə etməklə məh-

suldarlığı artırsınlar. Yeni bazarlarda paya malik olan şirkət-

lər,  həmçinin  valyuta  qazanmaqla  fəaliyyət  imkanlarını  və 

sferalarını genişləndirməyə can atırlar. Onlar, başqa bazarlara 

daxil olmaqla daha çox gəlir əldə etmək üçün çalışırlar. Ola 

bilər ki, hər hansı bir şirkətin istehsal etdiyi spesifik məhsul 

və xidmət üçün yerli bazarda kifayət qədər müştəri olmasın 

və ya rəqiblər güclü olsun. 

Başqa  bir  məqsəd  müxtəlif  bazarlara  çıxmaqla  riskləri 

paylaşmaqdan irəli gələ bilər. İxracatın ən böyük üstünlük-

lərindən biri də şirkətin potensial imkanlarını reallaşdırmaq 

üçün daha geniş və rəqabətli bazarlarda fəaliyyət göstərməsi-

dir. Bu da ildən-ilə modernləşən dünya iqtisadiyyatının tərkib 

elementinə çevrilən şirkətlərin innovativ çərçivələrini geniş-

ləndirir, onlar üçün yeni imkanlar açır.




İqtisadi Tədqiqatlar Mərkəzi

8

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



2. İXRACATLA MƏŞĞUL OLMAQ 

İSTƏYƏN SİRKƏTLƏR HANSI 

MƏRHƏLƏLƏRDƏN KEÇMƏLİDİR?

İxracatla məşğul olmaq istəyən şirkətlər üçün ilk mərhələ 

hazırlıq dövrü hesab oluna bilər. Birinci - hazırlıq mərhələsi 

aşağıdakı fazalardan ibarətdir. 



1)  Marketinq strategiyasının hazırlanması;

2)  Bazar araşdırmalarının aparılması; 

3)  Xarici bazarlara giriş.

İkinci mərhələ xarici ticarət fəaliyyəti dövrüdür ki, o da 

aşağıdakı hissələrlə xarakterizə olunur.

1)  Qablaşdırma; 

2)  Alqı-satqı müqavilələri. 

2.1. Marketinq strategiyasının hazırlanması

Marketinq strategiyası ümumi biznes strategiyasının tər-

kib hissəsi olaraq biznes hədəflərinə çatmaq üçün marketinq 

alətlərindən  istifadəni  nəzərdə  tutur.  Bu  strategiyanı  müəy-

yənləşdirməmişdən  əvvəl  aşağıdakı  istiqamətlərdə  araşdır-

malar aparılmalı və qarşıya çıxan suallar cavablandırlmalıdır:

Ø

Biz hardayıq – cağdaş vəziyyət, mövcud məhsullar;

Ø

Biz nələri hədəfləyirik – hədəf bazarları, onların 



formaları; 

Ø

Ora necə gedəcəyik – marketinq alətlərindən istifadə 



taktikası və strategiyası;

Ø

Orda nələri satacağıq - məshul və xidmələrin 



çeşidləri;


9

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

Ø

 Orda nə zaman olmalıyıq - bazarlara giriş üçün 

optimal vaxt.

Marketinq strategiyasının ənənəvi yanaşması məhsul, qiy-

mət, məkan, təşviq (reklam) elementlərindən ibarətdir. 

2.2. Bazar araşdırması

Bazar araşdırması biznesi bazarın konyukturası haqqında 

məlumatla və bazar bilikləri ilə təmin edən tədqiqat və sorğu 

prosesidir. 

Bu  təqdiqata  xarici  bazarları  müəyyənləşdirmək 

üçün informasiyaların ardıcıl və sistemli toplanması və təhlili 

daxidlir.  Bazar  araşdırmaları  şirkətlərə  potensial  bazarların 

seçilməsində köməklik göstərir. 

Bazar  araşdırması  ixrac  marketinqi  prosesinin  tərkib 

hissəsidir. Araşdırma  sahibkarı  potensial  müştərilər,  rəqiblər, 

paylanma strukturu, bazar tendensiyaları, bazar tələbləri, texniki 

tələblər  və  bazara  giriş  şərtləri  ilə  bağlı  vacib  məlumatlarla 

təmin  edir.  Araşdırma  bazardakı  potensial  imkanları  və 

maneələri  müəyyən  etməyə  imkan  verir. 

Bazar  araşdırması 

zamanı aşağıdakı sualları cavablandırılmalıdır:

Ø

Müştərilər kimdir? Onlar harada yerləşir?

Ø

Bazarda əsas oyunçular hansılardır? Bazar 



oyunçularının davranışları necədir?

Ø

Bazar necə seqmentləşib? Bazarda tələb hansı 



səviyyədədir? Hansı məhsullara, hansı miqdarda və 

hansı keyfiyyətdə tələb var?

Ø

Bazarın miqyası necədir? Bazara hansı miqdarda 



məhsul çıxarmaq olar?

Ø

Bazarda qiymətlər neçəyədir və onlar necə dəyişir?

Ø

 Bazarın tendensiyaları hara dorğu istiqamətlənib?

İxracatla məşğul olmaq istəyən şirkətlər hansı 

mərhələlərdən keçməlidir?



İqtisadi Tədqiqatlar Mərkəzi

10

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



Bu suallara düzgün və əsaslandırılmış cavablar əsassısnda  

üzərində  qurulan bazar araşdırması xarici bazarlara girişin 

əsas mərhələsi hesab olunur.

2.3. Xarici bazarlara giriş 

Praktiki  olaraq  ixracatçılar  məhsullarını  xarici  bazalara 

müxtəlif  variantlarda  çatdıra  bilərlər.  Bu  variantlara  xarici 

bazarlara  giriş  formaları  da  deyilir.  Xarici  bazarlara  giriş 

formalarını  birbaşa,  dolayı  və  tərəfdaşlıq  meyarlarına  görə 

də  təsnifləşdirmək  mümkündür.  Hər  bir  giriş  formasının 

özünəməxsus üstün və çatışmayan cəhətləri var. 

Birbaşa ixrac zamanı ixracatçı məhsulunu və xidmətlərini 

birbaşa bazarlarda müxtəlif vasitələrlə satılmasını təmin edir. 

Bu variantda onun başlıca üstünlüyü hədəf bazarında ticarətə 

və marketinqə müstəqil nəzarət etmək imkanının olmasıdır. 

Lakin bir çox hallarda bu variantın xərcləri digərindən çox 

olur  və  birbaşa  satiş  varinatı  mikro  və  kiçik  şirkətlər  üçün 

əlverişli deyil. 

Birbaşa ixrac təsnifatına aşağıdakı giriş formaları daxildir 

(Xüsusilə  də,  orta  və  iri  müəssisələr  üçün  cəlbedici  olan 

malın və xidmətin birbaşa son istifadəçilərə satılması zamanı 

aşağıdakı vasitələrdən istifadə oluna bilər): 

Ø

Kataloqları  paylamaqla  sifarişlərin  alınması  və 



çatıdırılması. Bu üsulla kataloqlar müştəriyə poçt və 

digər vasitələrlə çatdırılır;

Ø

Potensial müştərilərlə e-mail vasitəsilə əlaqə yaradıb 



məhsulu  satmaq.  Bu  zaman  müştəri  ilə  elektron 

vasitələrlə  əlaqələr  qurulur  və  onu  maraqlandıran 

informasiyalar elektron şəkildə çatdırılır;


11

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

Ø

Onlayn  satış.  Belə  satış  elekton  bazarlarda  həyata 

keçirilir;

Ø

Malın  və  xidmətin  nümayəndəlik  açmaqla  satışının 



təşkili.  Bu  zaman  potensial  bazarlarda  filial  və 

nümayəndəlik  açmaqla  müştəri  cəlb  etmək  və  ixrac 

edilən  malı  nümayəndəlik  vasitəsilə  paylamaq 

imkanları yaranır;

Ø

Ticarət və ixrac sərgilərində iştirak etməklə satış. Bu 



zaman  isə  ixrac  bazarında  təklif  edəcəyiniz  mal  və 

xidməti nümayiş etdirmək və onlara alıcı tapmaq üçün 

müzakirələr  aparmaq,  hətta  müqavilələr  imzalamaq 

imkanları yaranır.

Dolayı  ixrac  zamanı  ixracatçı  xarici  bazarlara  yalnız 

vasitəçilərdən istifadə etməklə çıxır. Bu variantın üstünlüyü 

ondan  ibarətdir  ki,  ixracatçı  müştəri  cəlbi  və  marketinq 

araşdırmaları üçün xərc çəkmir və beləliklə, məhsulunu aşağı 

xərclərlə  ixrac  edə  bilir.  Bu  metod  kiçik  müəssisələr  üçün 

daha  əlverişlidir.  Mənfi  cəhəti  isə  ixracatçının  mallarının 

marketinqinə  nəzarət  edə  bilməməsi  və  xarici  bazarlarla 

birbaşa  tanış  olmamasıdır.  Dolayı  ixracatın  aşağıdakı 

formaları mövcuddur: 

Ø

Satış nümayəndəlikləri və ya agentlər – mala müştəri 



tapır və onu mal sahibi ilə əlaqələndirməklə komissyon 

haqqı qədər gəlir əldə edir;

Ø

Distributorlar – distributorluq müqaviləsi bağlamaqla 



malı  onun  sahibindən  daha  ucuz  qiymətə  alır  və 

sərbəst satışını həyata keçirir;

Ø

Topdansatış  şirkətləri  –  malı  birbaşa  istehsalçıdan 



alaraq idxal edir və satışını həyata keçirir;

İxracatla məşğul olmaq istəyən şirkətlər hansı 

mərhələlərdən keçməlidir?



İqtisadi Tədqiqatlar Mərkəzi

12

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



Ø

İxracın  idarəolunması  şirkətləri  -  ixracatçı  mənşə 

ölkəsində qalmaqla məhsulunun ixracatını və idxalçıya 

çatdırılmasına dair bütün işləri ordan keçirir;

Ø

İxrac ticarət şirkətləri – daha çox agent kimi fəaliyyət 



göstərir,  yəni  satıcı  ilə  alıcı  arasında  vasitəçilik 

funksiyasını həyata keçirir.

Partnyorluq və ya alyans əsaslı ixracat zamanı ixracatçı 

idxal  edəcəyi  ölkədə  özünə  ticarət  tərəfdaşı  tapmaqla  ortaq 

müəssisə açır və idxalçı ölkə bazarına həmin tərəfdaş vasitəsilə 

girir.  Bu  variantın  üstünlüyü  onun  xərclərinin  nisbətən  aşağı 

olmasıdır. Bunu şərtləndirən əsas amil isə xərclərin və risklərin 

bölüşdürülməsi imkanlarının mövcudluğudur. Bununla yanaşı, 

bu  variantda  ixracatçı  tərəfindən  marketinq  araşdırmalarının 

aparılmasına ehtiyac qalmır. Çatışmayan cəhəti ondan ibarətdir 

ki, ixracatçının xarici bazarlara və məhsulların marketinqinə, 

xüsusilə də, əqli mülkiyyət hüquqlarının müdafiəsinə nəzarət 

imkanları  aşağıdır.  Bu  variantda  bazara  giriş  formalarına 

aşağıdakılar daxildir: 

Ø

Lisenziya  əsasında  istehsal  və  satış.  Bu  formada 

məhsul  istehsalçısı  hədəf  bazardakı  müəssisənin  əmtəə 

nişanından istifadə edərək onun istehsal texnologiyasına 

uyğun məhsul istehsal edib satır;

Ø

Françayzinq əsasında istehsal və satış. Bu da lisenziyanın 



bir növüdür, yəni, bir mal digər ölkədə eyni adda istehsal 

edilir və satılır;

Ø

Birgə müəssisə - ortaq kapital və idarəetmədə formatında 



hər  iki  tərəfin  iştirakı  ilə  yaradılır.  Bu  variantda 

digərlərindən fərqli olaraq xərclər nisbətən aşağı olur və 

ixracatçı  birgə  müəssisədə  tərəfdaş  olduğuna  görə  əqli 

mülkiyyət hüquqlarına nəzarət edə bilir;


13

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

Ø

Tam  kapital  əsasında  açılan  müəssisə  -  digər  ölkənin 

ərazisində 100 % kapitalla açılan müəssisədir. 

İxracatçının xarici bazarlara girişi zamanı ticarətinə ciddi 

təsir  edən  amillərdən  biri  də  idxalçı  ölkənin  daxili  bazarın 

qorunması  və  milli  maraqların  təmin  olunması  üçün  idxala 

tətbiq etdiyi tarif və qeyri-tarif tədbirləridir. Tarif və qeyri-tarif 

tədbirləri dedikdə, mallara tətbiq olunan tarif məhdudiyyətləri 

və  güzəştləri,  eləcə  də  malların  idxalına  və  ixracına  tətbiq 

olunan  kvotalar,  qadağalar,  lisenziyalar,  icazələr  və  digər 

tədbirlər (qeyri-tarif tədbirləri) nəzərdə tutulur. 

İxracatçinin  bazara  girişindən  əvvəl  araşdrımalı  olduğu 

məsələlərdən biri də ümumiləşdirimiş preferensiyalar sistemidir 

(Generalized System of Preference - GSP). Bu sistem müəyyən 

qrup mallar üçün idxal gömrük tariflərinin tutulmaması və ya 

güzəştli tutulmasını nəzərdə tutur. Avropa Birliyi GSP sistemindən 

əlavə GSP+ sisteminə də malikdir. GSP sistemində ümumi və 

xüsusi tədbirlər nəzərdə tutulur. Azərbaycan Respublikası Dünya 

Bankının təsnifatına görə yuxarı gəlirli ölkələr siyahısına daxil 

olduğundan  2013-cü  ildən  GSP  güzəştlərindən  faydalanan 

ölkələrin siyahısından çıxarılıb.

4

 



GSP-də nəzərdə tutulan ümumi tədbirlər ümumi ticarət 

güzəştləri əsasında bütün inkişaf etməkdə olan ölkələrə tətbiq 

edilir. Ümumi tədbirlər çərçivəsində həssas məhsullara

5

 3.5 % 



(spesifik rüsumlar olduqda isə 30%), qeyri-həssas məhsullar 

üçün isə 100 % güzəşt nəzərdə tutulur.

4  Daha geniş məlumat üçün bu linkə müraciət etmək olar: http://trade.

ec.europa.eu/doclib/docs/2014/january/tradoc_152060.pdf 

5  Həssas məhsullara əsasən kənd təsərrüfatı məhsulları aid edilir. 

Məsələn,   şəkər, süd, ət, meyvə və tərəvəz, sairə. Daha geniş siyahı 

ilə bu link vasitəsilə tanış olmaq olar: http://trade.ec.europa.eu/doclib/

docs/2012/december/tradoc_150166.pdf 

İxracatla məşğul olmaq istəyən şirkətlər hansı 

mərhələlərdən keçməlidir?




İqtisadi Tədqiqatlar Mərkəzi

14

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



GSP+-da  nəzərdə  tutulan  xüsusi  tədbirlər  üçün  ticarət 

güzəştlərini nəzərdə tutur. Ona qoşulma şərtləri aşağıdakılardan 

ibarətdir: 

v

“GSP+” proqramına qoşulmaq üçün ölkə “ən az inkişaf 



etmiş  ölkə  statusu”  daşımalı  və  ya  insan  hüquqlarına, 

əmək hüquqlarına, ətraf mühitin mühafizəsinə, keyfiyyəti 

idarəetməyə  dair  BMT-nin  27  əsas  Konvensiyasına 

qoşulmalı  və  ölkədə  bu  Konvensiyaların  müddəalarını 

tam təmin edən qanunvericilik bazası mövcud olmalıdır

6

;



v

Avropa Birliyinin GSP-yə uyğun mallar

7

 üzrə məcmu 



idxalının 1 faizindən azını Birliyə ixrac etməlidir;

v

Benefisiar ölkə



8

 üç il ardıcıl olaraq Dünya Bankının 

təsnifatında yüksək gəlirli və ya ortadn yuxarı gəlirli 

ölkə statusuna malik olmalıdır.

Yuxarıda  qeyd  edilən  tələbləri  yerinə  yetirən  ixracatçı 

aşağıdakı mərhələlər üzrə Avropa Birliyinə mal ixrac edə bilər:

1.  Məhsulun  GSP+  proqramına  aid  olduğunun  təyin 

edilməsi. Bunun üçün ixrac ediləcək məhsulun GSP + 

proqramına daxil edilən məhsulların siyahısında

9

 olub-



6

  Azərbaycan Respublikası BMT-nin insan hüquqlarına, əmək hüquqla-

rına, ətraf mühitin mühafizəsinə, keyfiyyəti idarəetməyə dair əsas Kon-

vensiyasının əksəriyyətinə qoşulub. Sonuncu dəfə 16 fevral 2016-cı ildə 

“Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair 

müqavilələr haqqında Konvensiyası”na müvafiq bəyanatla imza atıb. 

7

 GSP-yə uyğun malların siyahısı ilə bu linkdən tanış olmaq olar: 



https://ustr.gov/sites/default/files/gsp/GSP%20eligible%20for%20all%20

countries%20March%202017.pdf 

8

 Benefisiar ölkənin siyahısı ilə bu linkdən tanış olmaq olar: 



http://trade.ec.europa.eu/doclib/docs/2012/november/tradoc_150043.pdf 

 GSP + proqramına daxil edilən məhsulların siyahısı ilə bu linkdən tanış ol-



maq olar: http://unctad.org/en/PublicationsLibrary/itcdtsbmisc25rev4_en.pdf 


15

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

olmaması müəyyən edilməlidir. Əgər həmin siyahıda 

ixrac ediləcək məhsul yer alıbsa, onda mallara tətbiq 

olunacaq güzəşti təyin etmək lazımdır;

2.  Düzgün  GSP  dərəcəsinin  (advalor,  spesifik  və  ya 

kombinə  edilmiş  rüsumlara  uyğun)  təyin  edilməsi. 

Rüsumların təyin edilməsi mala tətbiq edilən rüsumun 

növündən asılıdır;

3.  GSP + proqramı ilə idxala dair AB-nin tələblərinin

10

 

təyin edilməsi. Bu mərhələdə Avropa Birliyinin GSP 



rejimi altında idxalına dair digər tələbləri (sağlamlıq, 

təhlükəsizlik,  sertifikatlaşdırma  və  s.)  araşdırılıb 

yerinə yetirilməlidir; 

4.  Malın  mənşə  tələblərinin  yerinə  yetirilməsi.  Bu 

mərhələdə  ixracatçı  malın  mənşə  tələblərinə  uyğun 

gəlməsi üçün göstərilən şərtləri məhsulun istehsalında 

nəzərə alır;

5.  GSP+ proqramı ilə ixraca dair sənədlərin əldə edilməsi. 

Bu  mərhələdə  ixracatçı  İstehlak  Bazarına  Dövlət 

Nəzarət  Xidmətindən  sertifikatı  –  Forma A

11

  alır  və 



lazım  olduqda  İnvoys  deklarasiyası

12

  doldurulur  və 



bununla məhsul ixraca hazır vəziyyətə gətirilir.

10

 GSP + proqramı ilə idxala dair AB-nin tələbləri ilə bu link vasitəsilə 



tanış olmaq olar. 

http://trade.ec.europa.eu/doclib/docs/2013/february/tradoc_150584.pdf 

11

 Forma A mənşə sertifikatı ixracatçıya İqtisadiyyat Nazirliyi yanında 



İstehlak Bazarına Nəzarət uzrə Dovlət Xidməti tərəfindən verilir. Daha 

geniş məlumatı bu linkdən əldə etmək olar: 

http://www.azpromo.az/4/az/343#.WOItZGmGPIU 

12

 İnvoys deklarasiyası idxal olunan məhsulların dəyərini gostərən və 



ya umumi dəyəri 6.000 Avrodan aşağı olan mallar ucun tələb olunan 

sənəddir. Bu sənəd ixracatcı tərəfindən doldurulur və imzalanaraq 

möhur vurulur.

İxracatla məşğul olmaq istəyən şirkətlər hansı 

mərhələlərdən keçməlidir?



İqtisadi Tədqiqatlar Mərkəzi

16

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



2.4. Qablaşdırma

Qablaşdırmanın  məqsədi  məhsulun  təhlükəsiz  qaydada 

və  normativlər  çərçivəsində  saxlanması,  daşınması  və 

istehlakçılara çatdırılmasına nail olmaqdan, habelə istehlakçıları 

məhsul haqqında zəruri məlumatlarla təmin etməkdən ibarətdir. 

Odur ki, ixracatçılar qeyd edilən məsələlər üzrə tələbləri yerinə 

yetirmək üçün qablaşdırma zamanı istifadə etdikləri materiallara 

və  onlardan  istifadə  miqdarına,  qablaşdırma  üsuluna  və 

qablaşdırmanın  keyfiyyətinə  və  daşıdığı  məlumatlara  xüsusi 

önəm verməlidirlər. Qablaşdırmanı növlərinə görə əsasən 3 cür 

təsnifləşdirmək olar: 

•   Məhsulun qablaşdırılması – məhsulun son istehlakçıya 

çatdırılması  üçün  qablaşdırılması.  Buna  birinci 

dərəcəli  qablaşdırma  da  deyilir  və  bu,  məhsulla 

birbaşa təmasda olur (məsələn, çay paketi);

•  Məhsulların  qrupunun  qablaşdırılması  –  məhsulların 

qrupunun  topdansatış  məntəqələrində  satışı  və 

daşınması  üçün  qablaşdırması.  Buna  ikinci  dərəcəli 

qablaşdırma deyilir və bu, məhsulla birbaşa təmasda 

olmur (məsələn, çay paketlərinin yerləşdirildiyi tara);

•  Daşınma  üçün  qablaşdırma  –  malların  daşınmasını 

asanlaşdırmaq  və  onlara  daşınma  zamanı  dəyə 

bilən  zərərləri  azaltmaq,  eləcədə    eləcə  də    daşınan 

mallar haqqında asan məlumat əldə etmək üçün mal 

qrupunun qablaşdırılmasıdır (məsələn, çay paketlərinin 

taralarının  qrup  şəklində  yerləşdirildiyi  konteynerə 

yüklənmək üçün daha böyük paketlər).

Malın  qablaşdırılmasına,  xüsusilə  istifadə  olan  material-

lara dair tələblər onun hansı növə aid olmasına əsasən təyin 



17

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

edilir. Məsələn, birinci dərəcəli qablaşdırma məhsulla birbaşa 

təmasda olduğundan ona əsas tələb qabın daşıdığı məhsulla hər 

hansı bir kimyəvi reaksiyaya girməməsi, eləcə də məhsulun 

xüsusiyyətindən asılı olaraq qabın içərisinə hava buraxmaması 

və məhsulun göstərilən müddətə qədər istifadəyə yararlılığını 

təmin etməsidir. İkinci dərəcəli qablaşdırmada isə əsasən onun 

daxilində yerləşdiriləcək qabların asan düzülə bilməsi, birinci 

dərəcəli qabların zədələnməməsi üçün onun möhkəmliyi və s. 

məsələlər üzrə tələblər yerinə yetirilir. 

Qablaşdırma  zamanı  onun  ətraf  mühitə,  təmasda  olduğu 

məhsula  və  məhsulu  istehlak  edən  insanlara  təsirləri  üzrə 

balanslaşdırılmış müsbət nəticələrə nail olmaq üçün qablaşdırmanı 

malın xüsusiyyətlərinə uyğun həyata keçirmək lazımdır.

2.5. Beynəlxalq ticarətdə alqı-satqı müqavilələri

Beynəlxalq müqavilə – mal və xidmətlərin təchizatı üçün 

müxtəlif ölkələrdə yerləşən iki, yaxud daha çox tərəf arasında 

razılaşmadır.  “Beynəlxalq  alqı-satqı  müqavilələri”  Vyana 

konvensiyası

13

  dünya  bazarında  alqı-satqı  müqavilələri  üçün 



hüquqi əsasdır. Vyana Konvensiyası 101 maddədən və 4 hissədən 

ibarətdir. Konvensiyanın 1-ci hissəsi onun tətbiqi sahələri və 

ümumi  müddəalardan,  2-ci  hissəsi  bu  müqavilənin  meydana 

gəlməsi  zərurətindən,  3-cü  hissəsi  əmtəələrin  alqı-satqısı, 

alıcı və satıcının hüquq və öhdəilkləri, riskin keçməsi, zərərin 

əvəzinin ödənilməsi, faiz, məsuliyyətdən azad olunma halları, 

müqaviləyə  xitam  verilməsi  və  əmtəələrin  saxlanılmasından, 

nəhayət, sonuncu hissəsi yekun müddəalardan ibarətdir. 

13 

Bu Konvensiyanın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmar olar: 



http://www.remedium.az/en/home/326-mtlrin-beynlxalq-alq-satq-mu-

eqavillri-haqqnda-1980-ci-il-bmt-konvensiyas

İxracatla məşğul olmaq istəyən şirkətlər hansı 

mərhələlərdən keçməlidir?




İqtisadi Tədqiqatlar Mərkəzi

18

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2016-cı il 

tarixində imzaladığı Qanunla ölkəmiz 1980-ci il aprelin 11-də 

Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının 

malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında 

Konvensiyası”na müvafiq bəyanatla qoşulub.

Beynəlxalq  ticarətdə  adətən  nümunəvi”  müqavilələr 

tətbiq olunur. “Nümunəvi” müqavilə – konkret sazişlə əlaqəli 

bir  sıra  sadələşmiş  şərtlər  deməkdir.  Nümunəvi  müqavilə  – 

danışıqların  və  müqavilənin  əsasını  təşkil  edir.  Nümunəvi 

müqavilənin aşağıdakı struktur elementləri vardır: 1. Giriş; 

2. Predmet; 3. Miqdar; 4. Keyfiyyət; 5. Malın göndərilməsi 

(şərtlər); 6. Ödəniş forması; 7. Qablaşdırma; 8. Zəmanətlər; 

9. Cərimələr; 10. Sığortalanma; 11. Fors-major; 12. Arbitraj; 

13. Digər şərtlər.

“Giriş”də  müqavilənin  adı,  nömrəsi,  tarix,  yer  və  imza 

edən tərəflər (şirkətin adı, hüquqi statusu, yerləşdiyi ünvan) 

göstərilir. Bu zaman müqavilənin imzalanma yeri əhəmiyyət 

kəsb  edir,  çünki  müqavilədə  hansısa  məqam  nəzərə  alın-

mayıbsa, mübahisə zamanı həmin ölkənin qanunlarına uyğun 

olaraq həll ediləcəkdir

“Müqavilənin predmeti” alqı-satqının predmeti olan malın 

dəqiq təsvirini verir. Müqavilənin predmetindən asılı olaraq 

müxtəlif növ müqavilələr mövcuddur (alqı-satqı, sığortalama, 

yük daşıma və s.). 

“Miqdar”  bölməsində  ölçü  vahidi  göstərilir  və  malın 

miqdarının  müəyyənləşdirilməsinin  ardıcıllığı  təyin  olunur 

(dəqiq  və  ya  təxmini  miqdar).  Təxmini  miqdar  o  hallarda 

göstərilir ki, göndərilən malın miqdarı dəyişilə bilər (məsələn, 

şəkər tozu rütubətə dözümlü deyil və rütubətli şəraitdə çəkisi 

arta bilər. Bu hallarda mümkün dəyişikliklər faizlə göstərilir).




19

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

“Keyfiyyət”  bölməsində  malın  təyinatı  üzrə  istifadə 

edilməsinin yararlığının müəyyənləşdirilməsi üçün xüsusiy-

yətləri  dəqiqləşdirilir.  Keyfiyyət  aşağıdakı  əsaslarda  müəy-

yənləşdirilir:

Ø

Standart üzrə (milli istehsalçılar birlikləri tərəfindən 

müəyyən  edilmiş,  iri  şirkətlərin  standartları  və  s.)

Müqavilədə  standartın  tarix  və  nömrəsinə  istinad 

edilir və standartın yaradıcısı-təşkilat göstərilir;

Ø

Texniki  tələblərə  görə  (standartlar  olmadıqda)

Müqavilədə və ya əlavədə malın dəqiq xüsusiyyətləri 

göstərilir, materiallar təsvir olunur, onun yoxlanmasının 

qaydaları dəqiqləşdirilir;

Ø

Spesifikasiya üzrə – bütün texniki parametrlər detalları 

ilə göstərilir;

Ø

Nümunə  üzrə  (nümunələrin  sayı  və  onların  mal  ilə 



müqayisənin aparılması qaydaları göstərilir. Adətən, 

nümunənin biri alıcıda, digərləri isə satıcıda və neytral 

tərəfdə  olur).  Nümunə  üzrə  malın  axırıncı  partiyası 

gələndən  sonra  nümunələrin  saxlanma  müddəti  də 

göstərilir.

Keyfiyyətin müəyyənləşdirilməsində malın keyfiyyətinin 

Qabaqcadan  baxma”  üsulu  ilə  də  təyin  edilməsi  də 

mövcuddur, amma bu prinsip əksər hallarda hərracda malın 

satışı zamanı istifadə olunur.

“Keyfiyyət” bölməsində diqqət yetiriləsi vacib məqamlar 

vardır.  Belə  ki,  Rusiya  Federasiyasının  meyvə-tərəvəzin 

tərkibində  olan  nitratlara  və  onların  sayına  tələbləri  var 

və  ya  şirələrdə  istifadə  olunan  konservantlara  tələb  və  ya 

limitlər  müəyyənləşdrilib.  Avropa  Birliyi  Azərbaycandan 

idxal olunan kənd təsərrufatı mallarına gömrük rüsumlarını 

İxracatla məşğul olmaq istəyən şirkətlər hansı 

mərhələlərdən keçməlidir?



İqtisadi Tədqiqatlar Mərkəzi

20

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



sıfıra endirib və bu addım bizim malların bazarda rəqabətə 

dözümlüyünü  artırır.  Lakin  Avropa  bazarına  daxil  olmaq 

üçün  digər  maneələr  mövcuddur  ki,  bunlardan  ən  önəmlisi 

keyfiyyət standartlarıdır.

“Malın  çatdırılma  müddəti  və  tarixi”  bölməsində  malın 

çatdırılma  müddəti,  yəni  onun  satıcı  tərəfindən  alıcının 

ixtiyarına  veriləcəyi  vaxtı  göstərilir.  Malın  çatdırılma 

müddətinin təyin olunmasının müxtəlif növləri vardır:



Dərhal – 2 həftə ərzində istənilən gündə; 



Malın  çatdırılmasının  konkret  tarixinin  müəyyən 



edilməsi;



Müəyyən müddətdə (ay, rüb). Adətən “ərzində” və ya 



“gec olmadan” ifadələri əlavə olunur.

Bəzi hallarda malın çatdırılma müddəti dəqiq göstərilmir. 

Bu  zaman  “hazır  olduqda”,  “naviqasiya  açıldıqda”  və  ya 

“lazımi miqdar yığıldıqda” kimi şərtlər razılaşdırılır.  “Qiymət 

və  müqavilənin  ümumi  məbləği”  bölməsində  ölçü  vahidi, 

valyuta  vahidi,  qiymətin  müəyyənləşdirilməsi  prinsipi, 

güzəştlər və s. əks etdirilir. 

“Ödəmə” bölməsində ödəniş valyutası, mübadilə kursu əks 

olunur. Ödəmə üsulları nəğd ödəmə, avans, tam ödəniş kimi 

müəyyənləşdiirlir.  Ödəmə  növləri  kimi  bank  köçürmələri, 

akkreditiv və inkassodan istifadə edilir. 

“Qablaşdırma”  bölməsində  üst  və  alt  qablaşdırmasının 

tələbləri  izah  olunur.  Qabların  alıcının  sahibliyinə  keçib-

keçməməsi,  onun  qiymətinin  ümumi  məbləğə  daxil  edilib-

edilməməsi və s. göstərilir. 

“Zəmanətlər”  bölməsində  zəmanətlərin  həcmi,  onların 

müddətləri və zəmanətlərin qüvvədə olmadığı hal və şəraitlər 

əks etdirilir. 




21

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ

“Cərimə  sanksiyaları  və  itirilmiş  gəlirin  (itkilərin) 

ödənilməsi”  bölməsində  cərimə  və  sanskiyalardan  bəhs 

olunur.  Maksimal  cərimələr,  adətən  vaxtında  çatdırılmamış 

malın  qiymətinin  8-10%  təşkil  edir.  Müqavilədə  cərimə 

sanksiyalarının qeyd edilməsi, itirilmiş gəlirin və ya itkilərin 

ödənilməsi  barədə  iddiaların  irəli  sürülməsinə  maneələr 

törətmir.  Adətən  cərimələr  təchizatın  ləngiməsi  ilə  bağlı 

böyüyür.  Odur  ki,  müqavilədə  ödənişin  ləngiməsi  ilə  bağlı 

da  cərimələr  nəzərdə  tutulur.  Eyni  zamanda,  müqavilənin 

şərtləri  pozulanda  tərəflər  ya  bəzi  itkilərlə  rastlaşırlar,  ya 

da gözlənilən gəlirdən məhrum olurlar və bununla əlaqədar 

gələcəkdə  məhkəməyə  müraciət  edirlər.    Bu  səbəbdən 

ixracatçılar  müqavilədə  dolayı  itkilərin  ödənilməməsini 

göstərən maddəni daxil etməyə çalışırlar.

Müqavilədə  sığortanın  predmeti,  risklərin  siyahısı  və 

kimin  xeyrinə  malın  sığortalandığı  göstərilməlidir.  Adətən, 

bu bənd “İnkoterms”də qeyd olunan malın çatdırılma şərtləri 

ilə uyğunlaşdırılır.

Sığorta  müqaviləsi  imzalanarkən  sığorta  şirkətinin 

tələbləri ilə tanış olmaq lazımdır. Sığorta hadisəsi baş verərsə, 

hansı  müddətdə  hansı  xəbərdarlıqlar  edilməli  və  kimlərə 

göndərilməli  olduğu  dəqiq  müəyyənləşdirilməlidir.  Eyni 

zamanda, malı göndərərkən nəqliyyat şirkətinə bu məlumatlar 

mütləq çatdırılmalıdır. 



“Fors-major”  bölməsi  müqavilənin  icra  olunması 

müddətinin  uzadılması  və  ya  tam  dayandırılması  (tərəflərin 

öz  öhdəliklərindən  azad  edilməsi)  hallarını  nəzərdə  tutur. 

Arbitraj”  bölməsində  tərəflər  arasında  yarana  biləcək 

mümkün mübahisələrin həll edilməsi müddətləri və qaydaları 

göstərilir. Bundan əlavə, müqavilədə arbitraj xərclərinin hansı 

tərəfin və hansı məbləğdə ödəyəcəyi qeyd olunur.

İxracatla məşğul olmaq istəyən şirkətlər hansı 

mərhələlərdən keçməlidir?



İqtisadi Tədqiqatlar Mərkəzi

22

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



3. AZƏRBAYCANDA İXRACATÇI NECƏ 

DƏSTƏKLƏNİR?

İxracatla bağlı vəzifələrin həyata keçirilməsində əhəmiy-

yətli rol oynayan qurumlardan biri də Azərbaycanda İxracın 

və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Odur 

ki,  ilk  növbədə  AZPROMO-nun  bu  istiqamətdə  töhfə  verə 

biləcək xidmətlərini təqdim edirik.

3.1. AZPROMO

Dövlət və özəl sektorun birgə təşəbbüsü olan AZPROMO 

İqtisadiyyat Nazirliyi tərəfindən 2003-cü ildə təsis edilmişdir. 

Təşkilatın  əsas  fəaliyyət  istiqamətlərindən  biri  xarici 

investorlar,  yerli  istehsalçılar  və  hökumət  arasında  körpü 

funksiyasını həyata keçirməkdən ibarətdir.

Fondun  əsas  məqsədi  ölkə  iqtisadiyyatının  həm  sektor, 

həm  də  region  baxımından  tarazlı  inkişafına  nail  olunması 

və ölkədə, xüsusilə də regionlarda, yoxsulluğun azaldılması 

strategiyası  çərçivəsində  yeni  iş  yerlərinin  açılması  üçün 

investisiyaların  cəlb  edilməsi  və  Azərbaycandan  xaricə 

ixracatın təşviqi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən 

ibarətdir.

AZPROMO-nun missiyası iqtisadiyyatın balanslaşdırılmış 

inkişafından, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların 

yatırılmasının təşviqi və ixracyönlü sektorların inkişafı yolu 

ilə  iqtisadi  artımı  təmin  etməkdən  ibarətdir.  Onun  fəaliyyət 

dairəsinə aşağıdakı istiqamətlər daxildir.



Ölkənin investisiya imicinin təkmilləşdirilməsi;



Marketinq;




23

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ



Yerli və xarici investorlara müxtəlif xidmətlər;



İnvestorların  cəlb  edilməsi  və  onlarla  danışıqların 



aparılması;



İnvestisiyalar  və  ixracat  imkanları  üzrə  məlumat 



bazasının yaradılması;



Azərbaycan  biznesi  üçün  regional  ticarət  (ixrac) 



imkanlarının araşdırılması;



İxraca yönəlmiş şirkətlərə məsləhət xidmətləri;



Bazar araşdırmaları;



“Azərbaycanda istehsal olunub” (Made in Azerbaijan) 



ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

AZPROMO  xarici  investorlar  üçün  bütün  aidiyyatı 

hökumət orqanları ilə danışıqlarda yeganə bələdçi kimi çıxış 

edir. Həm xarici investorlar, həm də yerli istehsalçılar istər 

Azərbaycanda iş qurmaq üçün, istərsə də xarici bazara çıxış 

üçün  AZPROMO-nun  təklif  etdiyi  hüquqi  məsləhətlərdən 

bəhrələnə bilərlər. 

Hazırda  Azərbaycan  istehsalçılarının  xarici  bazarlara 

çıxışını sürətləndirmək məqsədilə AZPROMO xarici ölkələrə 

ixrac missiyaları təşkil edir. Sonuncu belə missiya Birləşmiş 

Ərəb  Əmirliyinin  Dubay  şəhərinə  olub.  2016-cı  il  27-30 

noyabr  tarixlərini  əhatə  edən  səfərdə  meyvə  şirələri,  təbii 

mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, 

bal,  süd  və  süd  məhsullarının  istehsalı  sahəsində  fəaliyyət 

göstərən 20 yerli şirkətin nümayəndəsi iştirak edib.

AZPROMO  müntəzəm  olaraq  Azərbaycandan  məhsul 

və xidmətlərin ixracı üçün hüquqi rejimin təhlilini aparır və 

onun,  eləcə  də  biznes  mühitinin  yaxşılaşdırılması  ilə  bağlı 

müvafıq təkliflər hazırlayır və hökumətə təqdim edir.

Azərbaycanda ixracatçı necə dəstəklənir?




İqtisadi Tədqiqatlar Mərkəzi

24

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



AZPROMO-nun xidmətləri 2 yerə bölünür: 1) ixrac üzrə 

xidmətlər və 2) investisiya üzrə xidmətlər.



1)  İxrac üzrə xidmətləri həyata keçirən İxracın təşviqi 

departamentinin əsas məqsədi Azərbaycanın mövcud 

və  potensial  ixracatçılarına  yardım  göstərmək, 

ümumilikdə  Azərbaycanın  qeyri-neft  məhsullarının 

ixracını təşviq etməkdir. Onlar yerli şirkətlərə aşağı-

dakı xidmətləri göstərir:

1.1. Ticarət haqqında məlumat



Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federa-



siyası,  Körfəz  dövlətləri,  Orta  Şərq  və  MDB 

ölkələrində idxal prosedurları və tələbləri;



Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federa-



siyası,  Körfəz  dövlətləri,  Orta  Şərq  və  MDB 

ölkələrində  olan  gömrük  tarifləri  və  gömrük 

tənzimlənməsi;



Qablaşdırma və etiketləmə tələbləri;



Beynəlxalq  sərgilər  və  tədbirlər  haqqında 

məlumatlar.

1.2. Sertifikatlaşdırma və standartlar haqqında məlumat



Avropa Birliyi, ABŞ, Yaponiya, Rusiya Federa-

siyası,  Körfəz  dövlətləri,  Orta  Şərq  və  MDB 

ölkələrində sertifikatlaşdırma tələbləri;



İxrac əməliyyatlarında tələb olunan sertifikatlar;



Müxtəlif bazarlara ixrac imkanları;



Xarici  şirkətlər  tərəfindən  daxil  olan  idxal 



(alış) imkanları barədə məlumat;


25

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ



İxracatçının  məhsuluna  uyğun  olaraq  xarici 

bazarın seçilməsi.

1.3. Hüquqi məsləhətlər



İxrac üzrə müqavilə nümunələri (eksklüziv diler 

müqavilələri, agentlik razılaşmaları, qaydaları 

və şərtləri);



Xaricdə Azərbaycan  şirkətlərinin  nümayəndə-



liklərinin və bölmələrinin açılmasına köməklik.

2)  İnvestisiya  üzrə  xidmətləri

 

İnvestisiyaların  təşviqi 



departamenti həyata keçirir. Departamentin əsas məqsədi 

Azərbaycanda  fəaliyyət  göstərən  xarici  investorlara, 

eləcə də layihələri üçün investor axtaran yerli şirkətlərə 

yardım  göstərmək, Azərbaycan  iqtisadiyyatının  qeyri-

neft  sektorlarını  təşviq  etməkdir.  Departament  yerli 

sahibkarlara aşağıdakı xidmətləri göstərir:

2.1. İnstitusional dəstək



Biznesin inkişafı sahəsində məsləhət



Şirkətin imicinin yaxşılaşdırılmasında məsləhət

2.2. Görüşlərin təşkili



Biznes tərəfdaşın axtarışı



Potensial investorun Azərbaycana dəvət edilməsi



Potensial investorla görüşlərin təşkili

2.3. Məsləhət xidmətlərinin göstərilməsi



Danışıqların təşkili



Potensial  investorla  bağlanacaq  müqavilənin 



şərtləri üzrə məsləhət xidmətlərinin göstərilməsi

Azərbaycanda ixracatçı necə dəstəklənir?




İqtisadi Tədqiqatlar Mərkəzi

26

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI





Birgə müəssisənin yaradılmasına dəstək



Şirkətin  fəaliyyəti  ilə  bağlı  müvafiq  məsləhət 



xidmətlərinin göstərilməsi

AZPROMO-nun Gürcüstan, Avstriya, ABŞ, Almaniya və 

BƏƏ-də nümayəndəlikləri fəaliyyət göstərir. 

AZPROMO  bir  sıra  beynəlxalq  investisiyaların  təşviqi 

agentlikləri,  ticarət  palataları,  dövlət  qurumları  və  digər 

biznesin  təşviqi  institutları  ilə  yaxından  əməkdaşlıq  edir. 

Fond 37 ölkənin 83 təşkilatı ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə 

memorandumlar imzalayıb. 

AZPROMO haqqında daha geniş məlumatı www.azpromo.

az saytından əldə etmək olar. 

3.2. www.azexport.az  portalı

AZPROMO-dan  əlavə  ixracatçılar  üçün  faydalı 

olan  mənbələrdən  biri  də  www.azexport.az  portalıdır

14



Portalda 90-dan çox yerli şirkət haqda informasiya verilir. 

Portalın  missiyası  Azərbaycan  mənşəli  mallar  haqqında 

məlumatların  təqdim  edilməsi  və  onların  daxili  və  xarici 

bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Bu 

missiyanın  həyata  keçirilməsi  üçün  aparıcı  dünya  və  yerli 

nəqliyyat-logistika  şirkətləri  Azexport.az-la  inteqrasiya 

edilib.  Azexport.az saytı VISA, Master Card və American 

Express  kart  sahibləri  üçün  ödənişin  sürətli  və  təhlükəsiz 

həyata keçirilməsini təmin edir. 

14

 www.azexport.az saytı Azərbaycan Respublikası prezidentinin 



“Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat 

bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış 

sərəncamı əsasında yaradılıb.



27

SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ



3.3. Xarici bazarlara dair məlumatları əks etdirən 

faydalı mənbələr

1. AB ixrac müştəri xidməti

http://exporthelp.europa.eu/thdapp/index_en.html 

Bu  sayt  AB  bazarlarına  ixrac  və  idxal  barədə  qaydalar, 

qanunvericilik, malın gömrük kodu üzrə axtarışı və tələblərlə 

yanaşı bir sıra digər faydalı məlumatlardan ibarətdir. 



2. Beynəlxalq Ticarət Mərkəzi (ITC)

http://www.intracen.org 

ITC müxtəlif bazarları əhatə edən məlumatlar bazasına pulsuz 

giriş imkanı təqdim edir.

3. Dünya Bankı - World Integrated Trade Solution (WITS)

http://wits.worldbank.org/wits/ 

4. BMT – nin statistika bürosu (UNSD)

http://unstats.un.org/unsd/trade/default.asp 

5. Əmtəə Ticarəti (UN COMTRADE)

https://comtrade.un.org/ 

Məlumat bazası qiymət və həcm olaraq əmtəələr və partnyor 

ölkələr üzrə idxal və ixrac haqqında məlumatları əhatə edir. 

6. BMT – nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) 

Ticarət Təhlil Məlumat Sistemi (TRAINS) 

http://unctad.org/en/PublicationsLibrary/ditctab2015d1_en.pdf

7.  Ümumdünya  Ticarət  Təşkilatının  (WTO)  Vahid  Məlumat 

Bazası (IDB)  http://tariffdata.wto.org/ 

İdxal və tariflər haqqında məlumatları əks etdirir, əmtəə və 

üzv ölkələr üzrə idxalı əks etdirir. 

Azərbaycanda ixracatçı necə dəstəklənir?




İqtisadi Tədqiqatlar Mərkəzi

28

MƏHSUL, İŞ VƏ XİDMƏT IXRACI



8. EUROSTAT 

http://epp.eurostat.ec.europa.eu/portal/page/portal/eurostat/home/ 

Saytda ölkələr üzrə demoqrafik, sosial, əsas iqtisadi göstərici-

lər, milli hesablar, xarici ticarət, sənaye, kənd təsərrüfatı, ətraf 

mühitə dair məlumatlar daxil edilmişdir.



9. RBA məlumat xidmətləri

http://www.rba.co.uk/sources/directs.htm

http://www.rba.co.uk/sources/mr.htm

RBA özəl sektoru araşdıran və faydalı məlumat mənbələrindən 

ibarət tədqiqat şirkətidir 

10. Beynəlxalq ticarət assosiasiyalari federasiyasi (FİTA)

http://www.fita.org

Ticarətlə  əlaqəli  hər  cür  məlumat  və  mənbələrə  keçidləri 

təqdim edir http://www.buyusainfo.net 

http://www.globaltrade.net/international-trade-import-

exports/browse-content.html 

11. İnkişaf etməkdə olan ölkələrdən idxalin təşviqi mərkəzi (CBI)

http://www.cbi.eu 

AB bazarları və ya fərdi olaraq AB üzv dövlətləri üçün bazar 

hesabatları təklif edir. 

12. Qlobal kənd təsərrüfatı məlumat şəbəkəsi

http://www.fas.usda.gov/report.asp

Bu link ölkələr üzrə spesifik qida məhsulları üzrə hesabatları 



təqdim edir.

Yüklə 158,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə