2
МЦНДЯР ИЖАТ
Səh.
Giriş ................................................................................. ... 3
I. NƏZƏRİ HİSSƏ
1.1. Ayaqqabı malları istehsalının və istehlakının vəziyyəti .................. 5
1.2. Məişət təyinatlı rezin ayaqqabılarına verilən ümumi istehlak
tələbləri ............................................................................................
9
1.3. Məişət təyinatlı rezin ayaqqabıların keyfiyyətinin
formalaşmasında xammaterialların rolu ..........................................
10
1.4. Məişət təyinatlı rezin ayaqqabıların istehsal üsullarının
keyfiyyətinə təsiri ...........................................................................
24
II. TƏCRÜBİ HİSSƏ
2.1. İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların təsnifatı və
çeşidinin ekspertizası ......................................................................
34
2.2. İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların keyfiyyət
səviyyəsinin qiymətləndirilməsi və ekspertizası .............................
43
Nəticə və təkliflər ........................................................................................ 50
İstifadə edilmiş ədəbiyyat ........................................................................... 52
3
G İ R İ Ş
Buraxılış işi son dərəcə müasir və aktual bir mövzuya, yəni “İstehlak bazarına
daxil olan məişət təyinatlı rezin ayaqqabılarının ekspertizası” mövzusu həsr olun-
muşdur.
Məlum olduğu kimi, ayaqqabı malları istehsalında rezin ayaqqabılar əhə-
miyyətli yer tutur.
Rütubətli iqlim şəraitinə malik rayonlarda yaşayan əhali üçün və bəzi sənaye
müəssisələrində, mədənlərdə işləyən fəhlələr üçün rezin ayaqqabılar əvəzedilməzdir.
Bu da rezin ayaqqabıların suyun, turşu və qələvilərin təsirinə qarşı davamlı, istismar
üçün rahat və etibarlı olması ilə izah olunur.
Son illərdə bilavasitə ayağa geyilən rezin ayaqqabıların (uzunboğaz çəkmələr,
yarımboğazçəkmələr, botinkalar, idman ayaqqabıları) istehsalı sürətlə inkişaf
etmişdir.
Rezin ayaqqabılar müxtəlif tərtibatlı gön ayaqqabıları qısmən əvəz edir.
Hazırda rezin ayaqqabıları istehsalında rəngli və ağ rezinlərdən, eyni zamanda yeni
sintetik materiallardan geniş istifadə edilir ki, bu da ayaqqabı sənayesinin xammal
bazasının möhkəmləndirilməsinə imkan verir.
Hazırda ayaqqabı sənayesi müxtəlif konstruksiyalı avtomat və yarımavtomat
maşın və avadanlıqlarla təmin edilmişdir. Materiallardan daha səmərəli istifadə
etmək: texnoloji əməliyyatları layihələşdirmək və əmək məhsuldarlığını artırmaq
üçün elektron hesablama maşınlarından və avtomat idarəetmə mərkəzlərindən
müvəffəqiyyətlə istifadə edilir.
Rezin ayaqqabılarının istehsal texnologiyasının təkmilləşdirilməsində, onların
keyfiyyətinin yaxşılaşdırılmasında və çeşidinin genişləndirilməsində Elmi-Tədqiqat
rezin və lateks məmulatları İnstitutunun çox böyük rolu vardır.
İnstitutda hazırlanmış hər bir yeni üsul və material istehsalatda öz yerini tapır
və əhalinin rezin ayaqqabılara olan tələbini ödəməyə xidmət edir.
4
Müasir şəraitdə ayaqqabı sənayesi və bu sahədə fəaliyyət göstərən elmi-
tədqiqat institutları qarşısında duran başlıca vəzifə, əhalinin tələbinə uyğun, yararlı,
estetik cəhətdən zövqü oxşayan və kifayət qədər xidmət müddətini təmin edən
ayaqqabılar istehsal etməkdən ibarətdir.
Buraxılış işinin əsas məqsədi istehlak bazarına daxil olan rezin ayaqqabıların
çeşidi və keyfiyyətini təhlil etmək və ekspertizasını aparmaqdan ibarətdir. Bu
məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr yerinə yetirilmişdir:
1) Ayaqqabı malları istehsalının və istehlakının vəziyyəti.
2) Məişət təyinatlı rezin ayaqqabılarına verilən ümumi istehlak tələbləri.
3) Məişət təyinatlı rezin ayaqqabıların keyfiyyətinin formalaşmasında
xammaterialların rolu.
4) Məişət təyinatlı rezin ayaqqabıların istehsal üsullarının keyfiyyətinə təsiri.
5) İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların təsnifatı və
çeşidinin ekspertizası.
6) İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların keyfiyyət
səviyyəsinin qiymətləndirilməsi və ekspertizası.
Buraxılış işinin sonunda nəticə və təkliflər işlənib hazırlanmışdır.
Buraxılış işinin yazılmasında yerli və xarici ədəbiyyat mənbələrindən, müxtəlif
statistik informasiyalardan, müasir xarici ticarət iqtisadi əlaqələri əks etdirən
materiallardan normativ-texniki sənədlərdən istifadə olunmuşdur.