|
İxtisas: Jurnalistika Fənn: Jurnalistin nitq mədəniyyəti
|
tarix | 30.10.2018 | ölçüsü | 18,97 Kb. | | #76547 |
|
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
YEKUN BURAXILIŞ DÖVLƏT ATTESTASİYASI SUALLARI
2016-2017-ci TƏDRİS İLİ ÜÇÜN
Kafedra: Azərbaycan dili və ədəbiyyatı
Fakültə: Filologiya və jurnalistika
İxtisas: Jurnalistika
Fənn: Jurnalistin nitq mədəniyyəti
-
“Jurnaistin nitq mədəniyyəti” kursu nədən bəhs edir?
-
İnsanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biri kimi nitq mədəniyyəti anlayışının mahiyyət və vəzifələri nədir?
-
“Jurnalist”, “nitq” və “mədəniyyət” sözlərinin etmologiyası nədir?
-
Natiqlik sənəti nədir və natiqlik sənətinin tarixi necə formalaşmışdır?
-
Nitqin yaranma prosesi necə baş vermişdir?
-
Nitqin tərifi necədir və hansı düsturla ifadə olunur?
-
Dünya və Azərbaycan nitq mədəniyyətinin oxşar və fərqli cəhətlər nədən ibarətdir?
-
Nitq və nitq mədəniyyəti anlayışları jurnalistika prizmasında necə əks olunur?
-
Qüsursuz nitq üçün vacib olan şərtlər hansılardır?
-
Jurnalistin nitq mədəniyətinin birinci şərti hansıdır?
-
Jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanı vacibdirmi?
-
Jurnalistin nitq mədəniyyətinin məntiqi əsaslarına nələr daxildir?
-
Məntiq elmi ilə jurnalistin nitq mədəniyyəti arasında hansı bağlılıqlar vardır?
-
Dilin lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir dedikdə nə nəzərdə tutulur?
-
Məntiqi vurğu nəyə deyilir?
-
Jurnalistika yazılarında söz sırasına riayət etmək üçün hansı qaydalara əməl olunmalıdır?
-
Məntiqi vurğu, söz sırası, feli sifətin zamanları, məntiq qanunları və jurnalistika arasında nə kimi əlaqə var?
-
Mədəni nitqə verilən başlıca tələblər hansılardır?
-
Natiqlik praktikasında nitqin diskusiya baxımından aydınlığı və düzgünlüyü necə tənzimlənir?
-
Nitqi tamamlayan ifadəli hərəkətlərin (jestlər, mimikalar pozalar və digər hərəkətlər) nə kimi üstünlüyü var?
-
Feli sifətin zamanları hansılardır?
-
Feli sifət şəkilçilərinin yanlış işlədiyi məqamlar hansılardır?
-
Formal məntiqin hansı qanunları vardır?
-
Məntiq qanunları ilə jurnalistikanı bağlayan amillər hansılardır?
-
Məntiqin eyniyyət qanunun mahiyyəti nədir?
-
Məntiqin ziddiyyətsizlik qanunun mahiyyəti nədir?
-
Məntiqin üçüncünü-istisna qanunun mahiyyəti nədir?
-
Məntiqin kafi-əsas qanunun mahiyyəti nədir?
-
Jurnalistikada məntiq qanunlarına riayət etmək nəyə görə vacibdir?
-
Azərbaycan türkcəsində linqvistik-publisistik təsirlərin yaranmasına rus dilinin hansı təsirləri olmuşdur?
-
Jurnalistin nitq mədəniyyətində “hansı ki”, “hərçənd ki”, “baxmayaraq ki” bağlayıcılarına münasibət necədir?
-
Avropa dillərindən rus dili vasitəsilə azərbaycan türkcəsinə keçmiş şəxs soyadlarının deyiliş və yazılışındakı yanlışlıqlar hansılardır?
-
“-ov(-ova”, “yev(-yeva) soyad sonluqlarında hansı yanlış məqamlar var?
-
Nisbi sifətlərin tərcüməsində hansı yanlışlıqlara yol verilir?
-
Pleonazmlar nəyə deyilir?
-
Kütləvi informasiya vasitəlrində tez-tez hansı pleonazmlara rast gəlinir?
-
Jurnalistin nitq mədəniyyəti ilə söz yaradıcılığı arasındakı bağlılığın mahiyyəti nədir?
-
Söz yaradıcılığını zəruri edən əsas amil hansıdır?
-
Leksik yolla söz yaradıcılığı dedikdə nə başa düşülür?
-
Qrammatik yolla söz yaradıcılığı dedikdə nə başa düşülür?
-
Orfoqrafiya nədən bəhs edir?
-
Azərbaycan dilinə dair hansı orfoqrafiya qaydaları mövcud olmuşdur?
-
Azərbaycan dilinə dair hansı orfoqrafiya lüğətləri tərtib edilmişdir?
-
Qüvvədə olan orfoqrafiya qaydaları ilə orfoqrafiya lüğəti arasındakı uyğunsuzluqlar hansılardır?
-
KİV-də orfoqrafiya qaydalarının pozulmasına dair hansı hallar baş vermişdir?
-
Dil və nitq arasında oxşar və fərqli cəhətlər nələrdir?
-
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən növləri hansılardır?
-
Orfoqrafiya qaydalarının verilməsinə dair hansı təkliflər verilmişdir?
-
Audial və audiovizual nitq mədəniyyətinin əsaslarına nələr daxildir?
-
Audial nitqin özəllikləri hansılardır?
-
Radioda söz seçimi necə olmalıdır?
-
Audial və audiovizual nitqlərdə kontrapunkt dedikdə nə başa düşülür?
-
Danışıq texnikası necə olmalıdır?
-
Audial və audiovizual nitqlərdə köməkçi ifadə vasitələrinə nələr daxildir?
-
Orfoepiya nə deməkdir?
-
Prof. A.M. Peşkovskinin ədəbi danışıq barəsindəki fikrinin audial və audiovizual nitqlərə tətbiqinin mahiyyəti nədir?
-
Audial və audiovizual nitqlərdə köməkçi ifadə vasitələri hansılardır?
-
Şifahi nitqin üslublarının audial və audiovizual nitqlərə tətbiqinin mahiyyəti nədir?
-
Lüğəvi şəraitdə tələffüz dedikdə nə başa düşülür?
-
Qrafik şəraitdə tələffüz dedikdə nə başa düşülür?
-
Qrammatik şəraitdə tələffüz dedikdə nə başa düşülür?
-
Mədəni nitqə yiyələnmək üçün nitqin üslubi cəhətdən düzgün qurulması nə üçün vacibdir?
-
Nitqin etik məsələləri nələrdir?
-
Nitqin hansı növləri və formaları var?
-
Azərbaycan(türk) dilinin inkişafında hansı proseslər izlənilmişdir?
-
Dövlət dilinin tətbiqi işinin təkmilləşirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nədən bəhs olunur? (18 iyun 2001-ci il )
-
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının (23 may 2012-ci il) mahiyyəti necədir?
-
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsində və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında (9 aprel 2013) nədən söz açılır?
-
Nitqin aydınlığı, yığcamlığı, təmizliyi , düzgünlüyü, zənginliyi, sadəliyi, orijinallığı, münasibliyi və rabitəliliyi dedikdə nə nəzərdə tutulur?
-
Hansı müraciət formaları var?
-
Nitq mədəniyyəti, mədəni nitq və dil mədəniyəti arasında münasibətlər necədir?
-
Bir-biri ilə dialektik vəhdətdə olan dil və nitq arasındakı fərqlər nələrdir?
-
Azərbaycan dilinin dövlət dili statusu nə zaman baş vermişdir?
-
Nitqin fərdi, yoxsa ümumi hadisə olması ilə bağlı müzakirələr hansı nəticəni vermişdir?
-
İfadəli hərəkətlərdən istifadəyə hansı hallarda məhdudiyyət qoyula bilər?
-
Nitqin təmizliyinə xələl gəlməsi üçün mövcud olan səbəblər nələrdir?
-
Nitq üçün emosionallıq, poetik və potensial obrazlılıq nədir?
-
Nitq mədəniyyəti və üslubiyyatın tədqiqat obyektləri nələrdir?
-
Rəsmi kargüzarlıq üslubu nümunələri hansılardır?
-
Nitqi dinləmək bacarığına yiyələnmək nə üçün vacibdir?
-
Nitq- fikirlə həmin fikiri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyektidir dedikdə nə nəzərdə tutulur?
-
Fikiri düzgün çatdırmaq üçün müvafiq dil vahidləri uğurla necə müəyyən olunur?
-
Vizual nitqdə məntiqi vurğunu nəzərə çarpdırmaq üçün istifadə olunan üsullar hansılardır?
-
Televiziya yayımı işində proqramlar necə təşkil olunur və onların tamaşaçıya təsiri necədir?
-
Jurnalistikanın sosial funksiyalarının ictimai şüura təsirində nə kimi rolu var?
-
Aparıcının sənətkarlıq göstəricilərinin təhlil metodologiyası və jurnalistin nitq mədəniyyəti arasında əlaqə nədir?
-
Studiya diskussiyalarının təşkili və doğru üslub seçimi necə olur?
-
Jurnalist kadrların hazırlanmasında nitq mədəniyyətinin rolu və vacibliyi nədən ibarətdir?
-
KİV-in tipi və onun üsluba təsiri nədir?
-
TV sahəsində dilin tətbiqi necə olmalıdır?
-
Rəsmi qəzetlərin dili və üslubu necədir?
-
Müasir dilimizdə elmi-texniki, ictimai-siyasi və s. məzmunlu mürəkkəb sözlərin əmələ gəlməsində rol oynayan kalka üsulu nədir?
-
Ziyalıların öz fikir və ideyalarını mətbuat vasitəsilə yaymaları, anadilli mətbuatın inkişafına necə təsir göstərmişdir?
-
İctimai-məişət natiqliyi və akademik natiqlik nədir?
-
Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək və mühakimə yürütmək tərzi nitqin etik qaydaları ilə nə üçün bağlıdır?
-
Nitqdə eyni dil ünsürlərinin təkrarlanması, eyni cümlə konstruksiyalarının və formalarının verilməsi mümkündürmü?
-
Bədii nitqin dəqiqliyini tənzimləyən keyfiyyətlər hansılardır?
-
Dildəki yenilikləri əks etdirmə tezliyinə görə KİV-lərin fəaliyyəti necə tənzimlənir?
-
Dilin üslub normaları hansılardır?
-
Şifahi və yazılı nitqin oxşar və fərqli xüsusiyyətləri hansılardır?
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri: prof. F.R.Səfiyeva
Dostları ilə paylaş: |
|
|