Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: IV



Yüklə 0,59 Mb.
səhifə1/7
tarix30.12.2017
ölçüsü0,59 Mb.
#18850
  1   2   3   4   5   6   7

Ixtisas: Yerquruluşu , torpaq və şəhər kadastrı

Fənn: Yaşayış məntəqələrinin planlaşdırılması

Müəllim: Məmmədova Aygül Mustafa qızı

Kurs: IV

MÖVZU 1.Giriş.Tədris fənninin məqsəd və məsələləri

Plan

1. Tədris fənninin məqsədi və məsələləri

2. Məskənləşmə sistemi və formaları

3. Planlaşdırma anlayışı

Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.


Giriş

“Yaşayış məntəqələrinin planlaşdırılması” fənni müxtəlif funksional kənd

yaşayış məskənlərinin layihələndirilməsi, yaşayış ərazisinin və istehsalat mərkəzlərinin kənd təsərrüfatı istehsalına təsiri, kənd əhalisinin həyat səviyyəsinin

yüksəldilməsi barəsində biliklər vermək üçün tədris olunur.

Kursun vəzifəsi tələbələrdə kənd məskənlərində yaşayış, mədəni-məişət və istehsalat binalarının sahələrinin seçilməsi, layihələndirilməsi bacarığını aşılamaq- dır.

“Yaşayış məntəqələrinin planlaşdırılması” fənni geodeziya, təsərrüfatın iqtisadiyyatı və təşkili, yerquruluşu layihələndirməsi, kənd təsərrüfatı rayon planlaşdırması kimi elm sahələri ilə sıx əlaqədədir.

“Yaşayış məntəqələrinin planlaşdırılması” fənni yerquruluşu mütəxəssisləri-nin tam formalaşdırılması üçün vacib fənlərdən birisi hesab olunur.

Bu fənnin tədrisi prosesində aşağıdakı məsələlər nəzərdən keçirilir:



  • Yaşayış məntəqələri və mikrorayonları ümumi formalaşma prinsipləri və onların planlaşdırılmasını və tikililərinin müəyyən edilməsi

  • Əhaliyə ictimai xidmətin təşkili və yaşayış tikililərinin struktur quruluşu

  • Nəqliyyat və piyada hərəkətinin diferensiyasiyası

  • Təbii iqlim amillərini nəzərə almaq üçün tövsiyyələr, kənd yaşayış tikililərinə gigiyenik tələblər

-Ümumi kompozisiya ideyasının seçilməsi,yaşayış tikilisinin kompozisiyasında ictimai binaların rolu və onların məkan sistemi ilə qarşılıqlı əlaqəsi

-Yaşayış tikililərində relyefdən istifadə landşaftın formalaşmasında yaşıllaşdırmanın tətbiqi, onun memarlıq-məkan quruluşu məsələləri, yaşayış tikililərində dizayn elementləri

Məskunlaşma ərazilərinin formalaşmasının, yaşayış rayonlarının və mikro-rayonlarının strukturunun nəzəri əsaslarının dərindən tədqiqi yaşayış tikinti-sinin ölkəmizin və xaricin təcrübəsinin elmi ümumiləşdirilməsi və təhlili öyrənilən fənnin məqsədi və məsələsidir.

Məskunlaşma- insan və təbiətin yerdə ən əsas qarşılıqlı əlaqə forması olmaqla yanaşı ictimai inkişaf prosesini əks etdirir. Əkinçilik insan fəaliyyətinin əsas məşğuliyyət növü olduqdan sonra (10-12 min il əvvəl) insanlar özlərinə ev qurmağa yaşayış yerləri salmağa başladılar. Bununla birlikdə qruplar əmələ gəlməyə başladı ki, bu da ilk məskunlaşmadan xəbər verirdi. Məskunlaşmanın inkişafı b. e. ə. III minilliyə qədər davam etmişdi. Bu zaman əməyin ərazi üzrə bölünməsinin başlanması şəhərlərin əmələ gəlməsinə səbəb oldu.Şəhərlər özündə hakimiyyəti, dini, sənətkarlığı və ticarəti birləşdirirdi. Onlar ətraf kəndlərlə qarşılıqlı əlaqəyə girərək öz ətraflarını genişləndirirdilər.

Feodalizm zamanı qarşılıqlı əlaqəli və ərazi cəhətdən bir-birinə yaxınlaşmış qruplar əmələ gəlmişdi ki, bu da daha kiçik yaşayış yerlərindən şəhərlərin əmələ gəlməsinə şərait yaratmışdı. Əhalisinə görə orta əsrlər şəhəri antik dövr şəhərlərinə uduzurdu. Feodalizmdən kapitalizmə keçid prosesində sənayenin sürətli inkişafı şəhərlərin də sürətli inkişafına səbəb oldu. İlk dəfə 1 mln. əhali sayını XİX əsrin əvvəlində London aşdı. XX əsrin əvvəllərində isə yer kürəsində artiq əhalisinin sayı 12 milyonu aşmış şəhər vardı.

Şəhər—əhalisi, əsasən sənayedə, ticarətdə, elm, mədəniyyət, xidmət və idarəetmə sahələrində çalışan iri yaşayış məntəqəsidir. Şəhər ətraf ərazini özündə əks etdirən mədəniyyət mərkəzi sayılır. Kəndlərdən fərqli olaraq şəhər əhalisinin yalnız kiçik bir hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Şəhər üçün əhalinin sıxlığı, tikililərin yığcamlığı səciyyəvi xarakter daşıyır. Yaşayış məntəqəsinin şəhər kateqoriyasına aid edilməsi, qanunun müəyyən etdiyi qaydada ərazi dürüstləşdirilməsi ilə həyata keçirilir. Bəzi ölkələrdə şəhərlər əhalinin sayına görə, başqalarında isə müxtəlif əlamətlərin məcmusuna görə müəyyənləşdirilir. Azərbaycan Respublikasında şəhərlər rayon və Respublika tabeçiliyində olan şəhərlərə bölünürlər. Azərbaycan Respublikası tabeçiliyində olan şəhərlərə Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan, Şirvan kimi iri şəhərlər daxildir. Bu yaşayış məntəqələrində yaşayan şəhər əhalisi Respublika əhalisinin əsas hissəsini təşkil edir.

Yaşayış yerləri uzun müddətli daimi yaşayış məntəqəsi kimi əkinçiliyin və

heyvandarlığın inkişafı ilə əlaqədar olaraq əhalinin oturaq həyatı əsasında keçid forması ilə əmələ gəlmişdir. Bunlar aşağıdakılardır;



1)Şəhərlər-12 min nəfərdən çox əhalisi olan iri yaşayış yerləridir. Əhalinin 80-90 % -i kənd təsərrüfatı ilə əlaqədə olmayır . Şəhər — əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər.

Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal halı hesab edilir. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyətə və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.

Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə müxtəlifdir —Danimarkada 250 nəfər, Yaponiyada 50 min nəfər.

İstehsal qüvvələrinin sürətli inkişafı və əhalinin ictimai tələblərinin artması bir çox yeni şəhərlərin yaranmasına, tarixi şəhərlərin və kəndləıin isə simasının dəyişilmə-sinə səbəb olur.

Şəhərlərin yaranma prosesi ümumi xarakter daşıdığı halda onların inkişaf yolları təbiidir ki, müxtəlifdir.Bu şəhərlərin ərazisindən, xarici əlaqələrindən , iqlim şəraitindən, istehsal və nəqliyyat xüsusiyyətlərindən asılıdır. Bundan başqa şəhər və ya qəsəbə yaxınlığında istehsal bazasının olması və həcmi onların ardıcıl, yaxud sıçrayışla inkişafına təsir edə bilər.

Şəhərlərin iriliyinə və əhalisinə görə aşağıdakı klassfikasiyası qəbul olunub:

İri, böyük, orta, kiçik şəhərlər, qəsəbə və kəndlər

Respublika məskənsalma sistemində kiçik şəhərlər çoxluq təşkil edir və əksər halda onlar əhatəsində olan xırda kəndlərin rayon mərkəzlərini təmsil edir. Kiçik şəhərlərdə , qəsəbə və kəndlərdən fərqli olaraq insanın həyat tərzi başqadır. Bura-da sakin özünün şəxsi və ictimai tələblərini ödəyə bilər. Bundan başqa yaşayış və istehsal zonalarının yerləşməsi və inkişafı üçün kifayət qədər torpaq ehtiyatı nəzər-də tutulur.

Kiçik şəhərlərin təşkili də insanın əmək, məişət və istirahət fəaliyyətinin ifadəsidir. Əhalisi 20 mindən 50 minə qədər qəbul olunur. Şəhərin istehsalatda çalışan təşkil-edici əhali qrupunun çoxu yerli sənayedə və ya kənd təsərrüfatında yaşayır.

2) Qəsəbələr-bunlara fəhlə, bağ, kurort və xüsusi təyinatlı məskənlər aiddir.

Qəsəbələrdə aparılan tikintilərin mərtəbəliyindın və yaşayış fondunun normal sıxlığından asılı olaraq yaşayış komplekslərinin sahəsi 15-20 hektara qədər

Məhəllələrin sahəsi 5-7 hektar götürülür .

Qəsəbənin əsası qoyulanda onun sahəsinin hidrogeoloji və geoloji xüsusiyyətləri-nin təyini də vacibdir, bu hım rayonun su təchizatını müəyyənləşdirir, həm də tor-pağın bataqlığını , yeraltı qrunt sularının xarakterini aydınlaşdırır.Təbii ki, bunların nəticəsində bəzi mühəndis tədbirləri verilə bilər.



3) Kənd yaşayış məntəqələri digər yaşayış yerləri hesab edilir.

Kənd məskənsalma sistemində kiçik şəhərlərin üstünlüyünü əlverişli ictimai şərait və iş yerlərinin nisbətən yaxın yerləşdirilməsi , təbiətə uyğunluq , yaşayış tərzinin rahatlığı , piyada əlaqələrin mümkünlüyü , yerli tikinti materiallarının olması və tikinti aparma vasitələrinin sadəliyi şərtləndirilir.

Kənd təsərrüfatı profilli yaşayış məntəqələrinin planlaşdırılmasına aşağıdakı 2 amil təsir edə bilər: I-qəsəbə və məntəqənin məskənsalma sistemində mövqeyi , II-şəhərin birbaşa kənd təsərrüfatı mallarının istehsalında iştirak dərəcəsi.

Kənd təsərrüfatı kompleksi əsasında təşkil edilmiş yaşayış məntəqəsinin işçi qüv-vəsi başlıca olaraq təsərrüfat komplekslərində , kənd təsərrüfatı texnikası təmiri müəssisələrində və tarlalarda çalışır.

Kənd yaşayış məntəqələrində xarici zonaların bir qismi fermer torpaq sahələri ilə paralel , meyvə-tərəvəz yığılan qurğular üçün ayrilmalıdır. Nəzərə çatdirmaq lazımdır ki, şəhəri əhatə edən xarici zona onun landşaftının təşkilinə böyük təsir göstərir.

Yaşayış yerlərinin inkişafı onun ərazisinin qurulması ilə, yəni planlaşdırılması ilə əlaqədardır. Planlaşdırma abad, əlverişli, tikinti və istismar cəhətdən sərfəli yaşayış yerlərinin yaradılmasında böyük əhəmiyyətə malikdir. Bu məqsədlə işlər planlaşdırma layihəsinin hazırlanmasından başlayır.

Planlaşdırma özündə iqtisadi, texniki, gigiyena və estetik məsələləri cəmləşdirir. Burada ərazinin tikilməsi və abadlaşdırılması məsələləri əsas yer tutur. Kənd yaşayış məntəqələrinin planlaşdırılması elmi keçən əsrin 30-cu illərindən inkişafa başlamışdır və planlaşdırmanın əsas prinsipi insanların həyatı və iş rejimi üçün ən əlverişli şəraitin yaradılmasıdır.

Planlaşdırmanın əsas qanunauyğunluqları istehsal şərtliliyi və planlılıqdır, yəni istehsal sahələrinin xarakteri və təsərrüfatların inkişaf planı nəzərə alınmalıdır.



Ümumiyyətlə, şəhərsalma layihələndirilməsi və ərazilərin idarə  olunması  olduqca  mürəkkəb prosesdir. Düzgün qərarlar qəbul etmək üçün  çoxlu sayda amillər nəzərə alınmalıdır. Təsadüfi deyil ki  şəhərsalmada tək memarlar-planlayıcılar deyil, həmçinin şəhərsalma sənədlərinin hazırlanmasının işlənməsində müxtəlif sahələr üzrə çalışan mütəxəssislər,memarlar,mühəndislər,coğrafiyaçılar,geoloqlar,iqtisadçılar iştirak edir. Şəhərsalma və ərazi inkişafının planlamasına bütün təsir edən amillərin təhlili və  qeydə alınması vacibdir. Bu kimi amilllərə  əhalinin sıxlığı, tikililərin  sıxlığı, ekoloji vəziyyət,nəqliyyat mövcudluğu, obyektlərin  məkan bölüşdürülməsi (məsələn, ərzaq mağazalarının ),mühəndis kommunikasiyalarını və s. aid etmək olar.CİS texnologiyalarının və rəqəmsal kosmik şəkillərin  ərazi planlamasındaki  əsas üstünlükləri   aşağıdakılardır : rəqəmsal kartoqrafik materialları və semantik verilənlər bazasını  mütəmadi olaraq  yeniləmə imkanı, ərazilərin çoxlu sayda inkişaf variantlarını  , həmçinin onların vizual  təsvirinin  modelləşdirmək  imkanı və s.CİS-in daha bir üstün cəhəti də  müxtəlif kartoqrafik  obyektlərin vizuallaşdırılması,  tematik xəritə və planların yaradılması,obyekt haqqında məlumat əldə edilməsidir.Beləliklə, müasir CİS texnologiyalarının istifadəsilə şəhərsalma sənədləşməsinin işlənməsi şəhər ərazisininn rasional istifadəsi, şəhərin kompleks şəhərsalma üzrə  inkişafı  üçün  zəruri şəraiti yaradır.Son zamanlarda CİS-də istifadə olunan 3D texnologiyalarına böyük diqqət yetirilir. 3D model  şəhərin tikililərinin ərazisi haqqında adi  xəritədən daha geniş və tam təsəvvür verir.
017

018

22


MÖVZU 2. Kənd yaşayış məskənlərinin planlaşdırılması

Planlaşdırma layihəsi

Plan

1. Planlaşdırmanın prinsipləri

2. Planlaşdırma layihəsinin tərkibi

3. Planlaşdırmanın ümumi sxemi

4. Əhalinin qabaqcadan hesabatı

Ədəbiyyat

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi. Bakı-2006

2. Q. Məmmədov Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər. Bakı=-2002

3. Планировка сельских населенных мест: Учебн. Пособие / Под. ред. В.М. Богданова. М., Колос ,1980.

4. Планировка сельских населенных мест: Учебн. Пособие / Н.П. Конкачок и др. М.Агропромиздат, 1986.

5. Сероительные нормы и правила. Часть II нормы проектирования. Глава 60. Планировка и застройка городов, поселков и сельских населенных мест. М., Стройиздат, 1985.

Planlaşdırmanın vacib prinsipləri:

- tikintinin həcminin və tərkibinin istehsalın perspektiv planına uyğunluğu;

- planlaşdırmanın bütün sahələrinin qarşılıqlı qeydiyyatı (komplekslilik), funksionallıq; ictimai mərkəzin yaradılması, mədəni–məişət şəbəkələrinin inkişafı, sanitar-gigiyenik şəraitin,yanğın təhlükəsizliyinin, yüksək səviyyəli abadlaşdırmanın yaradılması;

- konkret yerli şəraitin nəzərə alınması, təbii şəraitdən rasional və tam istifadə, təbiətə qayğı ilə yanaşma, hər bir ailənin marağının ödənilməsi;

- tikintinin və istismarın sərfəliliyi, göz oxşayan yaşayış məntəqələrinin yaradılması, perspektiv inkişafın nəzərə alınması.

Planlaşdırma layihəsi. Planlaşdırma layihəsinin əsasını təsərrüfatın perspektiv inkişaf planı təşkil edir. Layihənin məsələsi yaşayış yerlərinin perspektiv inkişafını, memarlıq-planlaşdırma strukturunu hazırlamaq, ərazini funksional və tikinti cəhətdən zonalaşdırmaq, müxtəlif təyinatlı obyektləri yerləşdirmək, tikintinin növbəliyini təyin etməkdir. Layihə 2 hissədən ibarətdir: qrafiki və hesabat –mətn.

Qrafiki hissə aşağıdakılardan ibarətdir:

1) torpaq istifadəsinin 1:10000 vəya 1:25000 miqyasında sxemi;

2) yaşayış məntəqəsinin 1:2000 miqyasında dayaq planı;

3) baş plan (əsas çertyoj);

4) şaquli planlaşdırma sxemi;

5) mühəndis şəbəkələrinin sxemləri.

Kənd yaşayış məskəninin Baş planı ərazinin səmərəli funksional istifadəsi, əhalinin yaşayış mühitinin ekoloji, sanitar-gigiyenik, təsərrüfat, torpaq və estetik problemlərinin həlli məqsədi ilə işlənilir.

  Kənd yaşayış məskəninin Baş planında yerli və regional maraqlar nəzərə alınmaqla rayon planlaşdırma layihəsinin, layihələndirilən ərazinin inkişafına aid digər planlaşdırma-şəhərsalma və yerquruluşu sənədlərinin, dövlət icra hakimiyyəti orqanlarının qərarlarının prinsipial müddəaları dəqiqləşdirilir və inkişaf etdirilir.

  Kənd yaşayış məskəninin Baş planı yaxın 5-10 illik müddətə aşağıdakı məsələlər üzrə prioritetləri və ardıcıl strategiyanı müəyyən edən hüquqi sənədlər:

 kənd yaşayış məskəninin istehsalat bazasının, sosial və nəqliyyat-mühəndis infrastrukturunun təşkili;

 kənd yaşayış məskəninin ərazisinin və memarlıq-planlaşdırma strukturunun inkişafı;

 ayrı-ayrı yaşayış, istehsalat və digər təyinatlı qurumların inkişafı və sərhədlərinin müəyyənləşdirilməsi:

 funksional zonaların istifadəsi və tikinti qaydalarına aid şəhərsalma tələblərinin həyata keçirilməsi.

 kənd icra hakimiyyəti nümayəndəliyinin ixtiyarında olan ərazilərin inzibati sərhədlərinə yenidən baxılması zərurəti olarsa və rayon planlaşdırma layihəsində müvafiq təkliflər nəzərdə tutulmayıbsa, bu sərhədlər kənd yaşayış məskənin Baş planı ilə müəyyən edilir.

 Kənd yaşayış məskəninin Baş planı:

 kənd yaşayış məskəninin funksional zonalarının layihələrinin (lazım gələrsə), kənd yaşayış məskəninin hüdudları layihəsinin, fermer təsərrüfatı, bağ, istirahət və digər sahələrin, tikinti-planlaşdırma layihələrinin, mühəndis təminatı və ərazinin abadlaşdırılması layihələrinin işlənməsi;

 ərazinin şəhərsalma və təsərrüfat inkişafı, şəhərsalma fəaliyyətinin prioritet tədbirlərinin maddi ehtiyatları, maliyyə, təşkilati və hüquqi təminatı üzrə kənd icra hakimiyyəti nümayəndələrinin qəbul etdikləri qərarlar üçün əsasdır.

  Kənd yaşayış məskəni ərazisinin yerləşməsi sxemi 1:10000 miqyasında işlənilir. Sxemdə:

 ərazinin layihə sərhədləri;

 kənd təsərrüfatı və digər müəssisələrin əraziləri;

 layihələndirilən əraziyə təsir edən digər qonşuluqda olan yaşayış məskənləri və funksional zonalar;

məskənlərarası mühəndis-nəqliyyat və mühəndis kommunikasiyaları və obyektləri göstərilir.

  Kənd yaşayış məskəninin ərazisinin müasir istifadəsi planı 1:5000 və ya 1:10000 miqyaslarında yerinə yetirilir. Planda:

 yaşayış məskəninin və onun funksional zonalarının mövcud sərhədləri və planlaşdırma strukturu;

 kateqoriyaları və mülkiyyət formaları göstərilməklə torpaqdan istifadəsi və torpağın kimə məxsus olması;

 yeni tikinti və ya təsərrüfatın istifadəsi üçün ayrılmış və sənədləşdirilmiş torpaq sahələrinin sərhədləri;

 faydalı qazıntı yataqlarının sərhədləri;

 təsdiq olunmuş planlaşdırma-şəhərsalma və yerquruluşu sənədləri ilə nəzərdə tutulmuş ərazi ehtiyatları;

 mühəndis-nəqliyyat kommunikasiyaları və qurğuları, kommunal təsərrüfatı obyektləri, təbiət, tarix və mədəniyyət abidələri, landşaft və memarlıq nöqteyi–nəzərindən digər görkəmli yerlər;

 ekoloji fəlakət, antisanitariya mənbələri və zonaları;

 landşaftın bərpasına ehtiyacı olan ərazilər;

 mühafizə və qoruq zonaları (tikintini tənzimləyən zonalar göstərilir).

  Kənd yaşayış məskəninin Baş planı (əsas cizgi) 1:2000 miqyasında işlənilir. Baş planda:

 yaşayış məskəninin layihə sərhədləri;

 yaşayış məskəninin inkişafı, saxlanılması, müstəsna hallarda isə yaşayış məskəninin və onun yaşayış, istehsalat və digər təyinatlı qurumların funksiyalarının dayandırılmasına aid təklifləri;

 kənd təsərrüfatı və digər istehsalın təşkili;

 yaşayış məskəninin, təbiəti mühafizə, içməli su təchizatının yerüstü mənbələrinin qorunması və tarixi mədəniyyət abidələrinin zonaları;

 nəqliyyat və piyada əlaqələrinin, memarlıq-planlaşdırma strukturlarının inkişafı;

 yaşayış məskəninin ayrı-ayrı yaşayış, istehsalat və digər təyinatlı qurumlarının tikinti zonalaşması;

 çatışmayan xidmət obyektləri, mühəndis təminatı qurğuları və kommunikasiyaları, kommunal təsərrüfat obyektləri və ərazinin mühəndis müdafiəsi;

 layihələndirilən meşə mühafizə zolaqları, meşə salınma sahələri və pozulmuş landşaftın bərpası üzrə təkliflər.

Hesabat-mətn hissəsində başlanğıc məlumatlar, layihə hesabatları, smeta –maliyyə hesabatı və izahat yazısı ifadə olunur.

Layihə 2 mərhələdə yerinə yetirilir: texniki layihə və işçi çertyojları. Layihə- planlaşdırma sənədləri isə 1 mərhələdə işlənilir.

Layihənin birinci işçi mərhələsi 1:2000 miqyaslı topoqrafik xəritə üzərində işlənən planlaşdırma sxemidir. Əsas ilkin materiallar aşağıdakılardır: təsərrüfatın perspektiv inkişaf planı, rayon planlaşdırması layihəsi, təsərrüfatdaxili yerquruluşu layihəsi, xüsusi və mühəndisi axtarışların materialları, layihə tapşırığı. Layihənin topoqrafik əsası kimi relyefin kəsmə hündürlüyü 0,5-1,0 m olan 1:2000 miqyaslı plan qəbul edilir.

Layihə tarşırığının bölmələri bunlardır: torpaqların eksplikasiyası, k/t istehsal sahələri, perspektiv istehsal vasitələri, istehsal kadrları, təmir-mexaniki baza, mədəni-məişət müəssisələri, əsaslı tikinti və onun yerləşdirilməsinin əsas məsləhətləri, abadlaşdırma, yaşıllaşdırma, mühəndis avadanlıqları.

Tikinti üçün kənd təsərrüfatına yarasız torpaqlar ayrılmalı.ərazidə bütün obyektlərin rasional yerləşdirilməsi nəzərə alınmalıdır, təbiətin qorunmasına və yaşayış yerlərinin memarlıq tərtibatına diqqət verilməlidir.

Layihə üçün 2 hesabi dövr qəbul edilir-perspektiv (25-30 il) və tikintinin birinci növbəliliyi (5-7 il).

Əhalinin sayı layihənin tərtibi üçün bir çox hesabatların əsasını təşkil edir (mənzil – mülki tikintinin və abadlaşdırmanın həcmi, seliteb ərazinin ölçüləri). Əhalinin layihə sayını hesabi yolla təyin edirlər: əhalinin ümumi sayı, müxtəlif yaş qruplarının miqdarı və ailələrin sayı. Əhalinin ümumi perspektiv sayını 2 üsulla tətbiq olunur:əmək balansı və statistik.

Əmək balansı metodunun mahiyyəti ondan ibarətdir ki, ictimai əməyə münasibətinə görə bütün əhali (H) 3 qrupa bölünür: şəhəryaratma (A), xidmət (B) və əmək fəaliyyətsiz (V).

A qrupuna şəhəryaratma təyinatlı müəssisələrin zəhmətkeşləri daxildir. Kənd yaşayış məntəqələrində bu qrup kənd təsərrüfatı müəssisələrinin işçilərindən təşkil edilir.

B qrupu xidmət müəssisələri və idarələrinin zəhmətkeşlərindən ibarətdir.

V qrupuna uşaqlar, təqaüdçülər, evdarlar, tələbələr aiddir.

A qrupunda əhalinin sayı hesabatların əsası kimi qəbul olunur,layihə tapşırığında verilir və ya hesabi yolla təyin edilir.

Xidmət qrupunun əhalisinin sayı hesablanır və əhalinin ümumi sayının 15-17% (birinci növbə üçün) və 19-22% (hesabi dövr üçün) qəbul olunur.

Əmək fəaliyyətsiz qrupun sayı demoqrafik statistikanın məlumatlarına əsasən təyin edilir. Onun xüsusi çəkisi 46-56% arasında dəyişir və orta qiyməti 50% qəbul edilir.

Əgər H=100% qəbul etsək, onda: A=100-(B+V) olar.



Əmək balansı metodu ilə əhalinin ümumi sayını belə hesablayarıq:

H=

Qanunun tələbinə görə əmək fəaliyyətli yaş həddi kişilər üçün 16-63 il və qadınlar üçün 16-60 il qəbul edilir.Bu şərtlə:

H=

T- əmək fəaliyyətli yaşı olan əhalinin sayı;



  1. Şəxsi və köməkçi təsərrüfatda əmək fəaliyyəi olanların sayı (3-5% hesabi dövrdə);

  1. əmək fəaliyyətli yaşda olan şagird və tələbələrin sayı;

p- işləməyən əlillərin sayı (1-1,5%);

t- işləyən təqaüdçülərin sayı (30-40%);

B- xidmət qrupunun əhalisinin sayı.

Təcrübədə bu düstur belə qəbul olunur: H=AK; K- şəhəryaratma əmsalı (2,5-3,3).

A qrupunda əhalinin sayı əsasən layihə tapşırığında verilir və ya hesablanılır.

Statistik üsul əhalini üç qrupa bölür:

1) Şəhər xidməti qrupu

2) Qəsəbə xidməti qrupu

3) Qeyri-yardımçı qrupu

Statistik metodda əhalinin gözlənilən sayı belə hesablanılır:

Ht =Hf (1+)t

Hf - başlanğıc ildə əhalinin faktiki sayı;

t- hesabi dövr, il;

P- əhalinin orta illik artımı, %;

M- əhalinin orta illik miqrasiyası, %;

Hər iki metodun nəticələrini müqayisə edirlər, Ht olduqda əmək fəaliyyətli izafi saylı əhalinin işlə təmin edilməsi tədbirləri nəzərdə tutulur. Ht olarsa, əhalinin sayını artırmaq lazım gəlir. Layihənin ilkin hesabatları zamanı əmək balansı metodunun nəticələri qəbul edilir.

Statistika kütləvi, geniş miqyaslı və uzun müddətli müşahidələrin toplusu olduğundan onun məlumatlarından təsərrüfatda elmi və praktiki məqsədlər üçün istifadə olunur. Planlaşdırmada statistikanın aşağıdakı məlumatları istifadə edilir: əhalinin yaş strukturu, ailələrin sayı, əhalinin təbii və mexaniki (miqrasiya) artımı və s.

Ailələrin sayı belə hesablanılır: ; .Pi ;

H- əhalinin ümumi hesabi sayı;

C- bir ailənin tərkib sayı;



xi - i saylı tərkibli ailələrin miqdarı;

P – uyğun say tərkibli ailələrin miqdarı, % ;

Pii saylı tərkibli ailələrin faizi.

Hesabatı cədvəl şəklində aparmaq əlverişlidir.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə