İxtisasın adı və şifri: 060403 “Maliyyə” İxtisaslaşma: “Maliyyə Menecmenti” Elmi rəhbər: Prof. Bədəlov Ş.Ş. Magistr proqramının



Yüklə 0,62 Mb.
səhifə1/4
tarix14.09.2018
ölçüsü0,62 Mb.
#68361
  1   2   3   4


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ
Haciyeva Nərgiz Hüseyn qizi

Dövlət borcunun müasir vəziyyəti və onun idarə olunmasi problemləri” mövzusunda


MAGİSTR DİSSERTASİYASI


İxtisasın adı və şifri: 060403 “Maliyyə”
İxtisaslaşma: “Maliyyə Menecmenti”
Elmi rəhbər: Prof.Bədəlov Ş.Ş.
Magistr proqramının

Rəhbəri : i.e.d.prof. A.M.Kərimov
Maliyyə və Maliyyə İnstitutları”

Kafedrasının rəhbəri : i.e.d.prof. Ələkbərov Ə.Ə.

BAKI-2016

MAGİSTR DİSSERTASİYASININ İŞ PLANI

Magistr dissertasiyasının mövzusu:

Dövlət borcunun müasir vəziyyəti və onun idarə olunması problemləri

GİRİŞ. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .3

FƏSIL 1. DÖVLƏT BORCUNUN ZƏRURİLİYİ, MAHİYYƏTİ VƏ

FUNKSİYALARI

1. 1. Dövlət borcunun zəruriliyi və iqtisadi mahiyyəti. . . . . . . . . . . . . . . 5

1. 2. Dövlət krediti və dövlət borcunun funksiyaları. . . . . . . . . . . . . . . . 10

1. 3. Dövlət borcunun təsnifatı və əsas formaları. . . . . . . . . . . . . . . . . . . 13

FƏSİL 2. AZƏRBAYCANIN DAXİLİ VƏ XARİCİ DÖVLƏT

BORCLARININ MÜASİR VƏZİYYƏTİ

2. 1. Daxili dövlət borcunun formalaşması və inkişafı. . . . . . . . . . . . . . . .

2. 2. Xarici dövlət borcununzəruriliyi və rolu. . . . . . . . . . . . . . . . . . . . . .

2. 3. Dövlət istiqrazları və xəzinə öhdəliklərinin mahiyyəti və

əhəmiyyəti. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .



FƏSİL 3. DÖVLƏTİN DAXİLİ VƏ XARİCİ BORCLARININ İDARƏ OLUNMASI PROBLEMLƏRİ.

3. 1. Dövlətin daxili və xarici borclarının idarə olunmasının təşkili. . . . . .

3. 2. Dövlət borclarının idarə olunmasının təkmilləşdirilməsi

istiqamətləri. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .



NƏTİCƏ. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ƏDƏBİYYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Рeзюмe:

Summary:

Magistrant:_________________________________________________

(A. S. A)



Elmi Rəhbər:________________________________________________

(A. S. A. )



GİRİŞ

Mövzunun aktuallığı: Dövlət borcu anlayışı qədim zamanlardan formalaşmışdır və o zamanlar öhdəlik olaraq başa düşülürdü. Bu cür öhdəliklər ilk öncə, maliyyə münasibətlərinin təkibinə daxil edilmiş bir iqtisadi termin olaraq dövlətin yaranmasıyla formalaşmışdır. Ona görə ki, dövlət tam olaraq, ondan istifadəni öz funksiyalarını yerinə yetirmək üçün edir. Qədim mənbələrə görə, dövlət borclarının ilk variantlarından hələ XIII əsrdə istifadə olunmuşdur. Dövlət idarəçiliyinin formalarından, iqtisadi sistemdən asılı olmayaraq, bütün cəmiyyətlərdə dövlət borcları mövcud olmuşdur. Dövlət bocu olmayan heç bir ölkə yoxdur. Dövlət borcunun mahiyyəti haqqında fərqli fikirlər vardır. Belə ki, bir qrup iqtisadçı və iqtisadi ekspertlər dövlət borcu dedikdə, dövriyyəyə çıxarılmış və ödənilməmiş dövlət istiqrazları, kreditlər, hansı ki, faizi də daxil olmaqla alınmış olan və dövlət tərəfindən verilmiş zəmanətlərin məbləğini başa düşürlər. Dövlət borcu – müxtəlif xərclərin ödənilməsi üçün dövlət zəmanətilə alınan və dövlətin öhdəliyi əsasında təyin edilmiş vaxtlardageri qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir.

Dövlət borcunun müasir vəziyyətivə onun idarə olunmasınıtəhlil edərkən dünya ölkələrinin iqtisadi vəziyyətinə və dünyada baş verən hadisələrə nəzər salınır. Buna görə də dövlət borcu münasibətlərinin həm qlobal olaraq, həm də milli iqtisadiyyat əsasında öyrənilməsinə ehtiyac yaranır. Müasir iqtisad elminin aktual mövzularından biri kimi də dövlət borcunun idarə edilməsi problemləri tanınır. Dövlət borcunun idarə edilməsi – münasib borc mənbələrinin dövlət tərəfindən tapılması, cəlb olunmuş vəsaitlərin səmərəli istifadə olunması, pul fondlarının borcun geri qaytarılması məqsədilə səfərbər edilməsi və son olaraq ödənilməsindən ibarət tədbirlər kompleksidir. Dövlət borcu idarə edilərkən iqtisadi vəziyyətə və ödəmə qabiliyyətinə bağlı olaraq həmin borc prolonqasiyaya (müddətin uzadılması), konversiyaya (şərtlərin dəyişdirilməsi), konsolidasiya və limitləşdirməyə məruz qala bilər.



Problemin öyrənilmə səviyyəsi: Müasir dövrdə dövlət borcunun müasir vəziyyəti və onun idarəedilməsi yollarının öyrənilməsi bütün dövlətlərin problemlərinin tərkib hissəsidir. Dövlət borcu və onun idarə olunması barədə müxtəlif ölkələrin hərəsinin öz yanaşması olmuşdur və bir çox elmi işlər hazırlanmışdır. Azərbaycan Respublikasında dövlət borcu problemləri öyrənilməyə və tədqiqatlar aparılmağa müstəqillik əldə etdikdən sonra, həm yerli həm də xarici ölkə mütəxəssisləri tərəfindən başlanılmışdır. Ölkəmizdə dövlət borcu və onun idarə olunması problemlərinin müxtəlif aspektləri barədə universitetimizin iqtisadçı alimləri prof. Ş. H. Hacıyev, prof. D. A. Bağırov, prof. M. X. Həsənli, prof. Ş. Ş. Bədəlov, prof. A. Ş. Şəkərəliyev, prof. T. Ə. Quliyev və başqaları tərəfindən tədqiqatlar aparılmış, dəyərli elmi əsərlər yazılmışdır.

Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqatın məqsəd və vəzifələri olaraq, dövlətborcunun müasir vəziyyəti və onun idarə olunması problemləri haqqında tədqiqatişinin aparılması məqsədilə dövlət borcunun müasir vəziyyətinin öyrənilməsi, onun iqtisadi inkişafa təsiri və dövlət borcunun idarə edilməsi mexanizminin formalaşması, bu sahədəki qanunvericilik bazasının əsaslarının, mahiyyətinin və elementlərinin təhlil edilməsidir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur :

1. dövlət borcunun yaranma səbəbləri və iqtisadi mahiyyəti;

2. dövlət borcunun müasir vəziyyətdə hüququ tənzimlənməsi yolarının araşdırılması;

3. dövlət borcu resurslarının sosial-iqtisadi inkişaf dövründə təhlil olunması;

4. dövlət borcunun ödənilməsi öhdəliklərinin araşdırılması;

5. dövlət borcunun idarə edilməsi istiqamətlərinin araşdırılıb öyrənilməsi və bu istiqamətdə strateji vəzifələrin dəqiqləşdirilməsi.



Tədqiqatın predmeti:Tədqiqatın predmetini iqtisadi inkişafda dövlət borcunun müasir vəziyyəti və onun idarə olunması problemləri, obyektini isə dövlət borcları təşkil edir.

Tədqiqat işinin nəzəri-metodoloji əsasları: Tədqiqatın elmi nəzəri –metodologiyasını yerli və xarici alimlərin bu barədə əsərləri, Azərbaycan Respublikasının Konstitusiyası, prezidentin fərmanları, dövlət borcu barədə Milli Məclisin qərarları, Maliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən Dövlət Borcunun İdarə edilməsi Agentliyinin qaydaları, xarici ölkələrin praktikası, hökümətin verdiyi digər aktlar və fərmanlar təşkil edir. Tədqiqat işinin həyata keçirilməsində müşahidə, məntiqi ümumiləşdirmə, müqayisəli təhlil, dinamiki və s. kimi tədqiqat üsullarından istifadə edilmişdir.

Tədqiqatın informasiya bazası: kimi Maliyyə Nazirliyinin, Dövlət Borcunun İdarə edilməsi Agentliyinin, Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyinin material vəhesabatlarından istifadə edilmişdir.

Tədqiqat işinin elmi yeniliyi:Bazar iqtisadi sisteminə inteqrasiya olunan vaxtda, dünya ölkələrində və inkişaf edən ölkəmizdədövlət borclarından səmərəli istifadə imkanlarının kompleks tədqiqinə, dövlət borclarının mahiyyətinin açıqlanmasına, borc öhdəliklərinin inflyasiya prosesinə təsirinin təhlil olunub araşdırılmasınahəsr olunmuş elmi-tədqiqat işidir.

İşin quruluşu və həcmi:Dissertasiya işi giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.


FƏSIL 1. DÖVLƏT BORCUNUN ZƏRURİLİYİ, MAHİYYƏTİVƏ

FUNKSİYALARI.

1. 1. Dövlət borcunun zəruriliyi və iqtisadi mahiyyəti .

Dövlət anlayışı yarandığı andan dövlət büdcəsi də formalaşmışdır. Dövlət büdcəsində büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı müəyyən xərclər əks etdirilir.

Müasir dövrdə elə bir dövlət yoxdur ki, onun borcu olmasın. Belə ki, dövlətin mövcud maliyyə vasitəsi ilə onun xərcləri arasında müəyyən dövr ərzində fərq əmələ gələ bilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Belə ki, müsbət fərq olduqda həmin vəsait dövlətin ehtiyatına keçir. Bu fərq mənfi olduqda isə, yəni büdcə kəsiri yarandıqda, dövlət ya vergiləri artırmalıdır ki, əlavə gəlirlər yaransın, ya da hökmən borclanmalıdır. Bu da o deməkdir ki, dövlət öz funksiyalarını həyata keçirən zaman büdcənin öhdəsindən gələ bilmədiyi məbləği- qarşıya çıxan əlavə xərclərin maliyyələşdirilməsini borc vəsaitləri hesabına təmin edir. Beləliklə, dövlətin öz üzərinə düşən vəzifələri yerinə yetirməsi zərurəti borc vəsaitlərindən istifadəyə zəmin yaradır. Nəticə etibarilə, dövlət borcu anlayışı yaranmış olur. Ölkənin iqtisadi şəraitindən asılı olaraq müxtəlif mənbələrdən borclanma mümkündür. Həmin mənbənin tapılması, bu fərqin bağlanması prosesi və sonradan borcun qaytarılması borclanma adlanır. Başqa sözlə desək, hökumətin xərclərinin gəlirlərlə örtülə bilməyən hissəsinin digər mənbələrdən borc hesabına ödənilməsi və hər bir hüquqi və fiziki şəxsə zəmanət verilməsi nəzərdə tutulur.

İqtisadçıların dövlət borcu ətrafındakı fikirləri tarixən heç vaxt uzlaşmayıb. Dövlət borcunu "insanlar tərəfindən nə vaxtsa kəşf edilmiş bəla" kimi dəyərləndirənlər bu elmin klassik tərəfini təmsil edənlər olduğu halda, digər qrup iqtisadçılar dövlət borcunu ölkə iqtisadiyyatının yüksəldilməsini stimullaşdıran vasitə kimi qiymətləndiriblər. Klassik iqtisadçılardan A. Smit, D. Rikardo borcun var olmasına qarşı iddialar irəli sürmüşlər. Onların sözlərinə görə, bu dövlətin üzərinə ən ağır bir yük kimi düşür. Onlar həmçinin bu borc məbləğlərinin ödənilməməsi və nəticədə ölkədə iqtisadi vəziyyətin pisləşməsi ehtimalının mövcudluğunu da inkar etməmişlərdir. Dövlət borcunun iqtisadi sistemin fəaliyyətinə təsir göstərən vasitə kimi görülən nəzəriyyəyə nümunə olaraq Keynsin nəzəriyyəsini göstərmək olar. Bu nəzəriyyəni müdafiə edənlərin fikrinə görə, büdcə kəsiri dövlət iqtisadiyyatı üçün ağır nəticə deyil, əksinə, iqtisadi sistemin fəaliyyətini təşviq edən bir vasitədir.

İqtisadi fikrin inkişafının davam etdirilən tarixi təhlili göstərir ki, borc yükü problemi tam olaraq borclanmanın vacibliyi məsələsində deyil, hansı miqdarda borc ardınca qaçmaq lazım olmasında və bunun hansı iqtisadi nəticələrə gətirib çıxara bilməsindədir. Birmənalı demək olmaz ki, borc yükü kimin üzərinə düşür, lakin nəzərə alsaq ki, iqtisadçıların əksəriyyəti borcun iqtisadiyyata təsirini qəbul edirlər, onda borcların idarə olunması sahəsində müttəfiqli siyasətin aparılmasının makroiqtisadi siyasətin etibarlı aləti olması qənaətinə gələrik. Bu da öz növbəsində, düzgün və məqsədyönlü istifadəsi ölkənin investisiya kredit reytinqini artırmağa imkan verəcəkdir.

Bir çox dövlətlər yalnız öz maliyyə resurslarına arxalanaraq milli iqtisadiyyatın inkişafı üçün dövlət büdcəsi kəsrinin örtülməsi, sosial-iqtisadi dəyişikliklərin aparılması məsələlərini həyata keçirə bilmirlər. Dövlət borcu olan ölkələr haqqında iddia etmək olmaz ki, ölkədə iqtisadi vəziyyət pisləşməyə doğru gedir. Əksinə, cəlb olunmuş borc vəsaitlərini səmərəli şəkildə istifadə edərək onu iqtisadi vəziyyətin yaxşılaşdırılması və kəskin sosial problemlərin həllinə yönəltməklə məqsədəuyğun şəkildə ölkəyə fayda gətirmək olar.

Müəyyən layihələri həyata keçirmək üçün dövlətin lazım olan vəsaiti olmadıqda beynəlxalq maliyyə-kredit və digər kredit təşkilatları ilə müqavilə əsasında ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet hesab edilən layihələrin maliyyələşdirilməsi məqsədilə müvafiq qaydada hökumət zəmanətləri verilir. Belə ki, həmin il dövlət büdcəsində tələb olunan məbləğdə vəsait olmadıqda hökumət zəmanətlə borc alır və gələcək dövrlərin büdcəsində bu borcun qaytarılması üçün vəsait nəzərdə tutulur. Dövlət investisiya proqramları çərçivəsində dövlət zəmanətinin verilməsi məsələsinə baxılır və Maliyyə Nazirliyi və digər əlaqədar orqanlar tərəfindən kreditlə təmin olunan layihələr üzrə texniki iqtisadi əsaslandırmalara və kredit sazişinin şərtlərinə müvafiq rəy verilir.

Borc anlayışı iqtisadi münasibətlər sisteminin mühüm bir elementi olmaqla, iqtisadi anlayışlar toplusunun tərkibinə daxildir. Borc vəsaitlərindən istifadəyə görə ortaya çıxan borc münasibətləri iqtisadi münasibətlər sisteminin bir alt sistemi kimi çıxış edir. Borc özü də iqtisadi kateqoriya kimi, bir iqtisadi fəaliyyət subyektinin başqasına geri ödəməli olduğu vəsaitlərin cəmi kimi başa düşülür.

Dövlət borclanma zamanı hüquqi və fiziki şəxslər və digər qurumlarla qənaətlə yığdığı vəsaiti özünə cəlb edir və buna uyğun olaraq borcun müddəti bitdikdə geri qaytarır. Buna görə də borclanma həm dövlətə gəlir gətirir, həm də dövlət xərclərini artırır. Dövləti borclanmağa sövq edən əsas səbəb dövlətin ən vacib xərclərini tam maliyyələşdirmək məcburiyyətidir. Bu xərclər heçdə həmişə vergilər və digər dövlət gəliri ilə təmin edilə bilmir. Çünki dövlətin vergi və digər ənənəvi gəlirlərinin artırılmasının müəyyən hüdudu vardır. Bu hüdud nə qədər geniş olsa da, elə dövlət xərcləri meydana gəlir ki, həmin gəlirlər bunun üçün kifayət etmir, hər nə qədər də “az vergi - çox borc”, “çox vergi - az borclanma” anlayışı olsa da bu fikir praktikada həmişə özünü doğrultmur.

Dövlətin borclanması və borcların idarə edilməsi də dövlət xərcləri və gəlirləri kimi onun maliyyə siyasətinin mühüm tərkib hissəsidir. Dövlət borcalmaları ölkəmizin iqtisadi inkişafına yönələn proqramların həyata keçirilməsini təşkil etmək, dövlətin büdcə kəsirini örtmək, investisiyaları maliyyələşdirmək və respublikamızın qanunvericiliyi ilə müəyyən edilmiş digər məsələlərin həlli ilə bağlı məsələləri həyata keçirilir. Dünya ölkələrinin, onların milli iqtisadiyyatlarının əməkdaşlıq proseslərinin artması dövründə xarici dövlət borcunun ölkənin rifah halına, iqtisadiyyatın inkisafına təsiri prosesləri və bütün bunlardan irəli gələn iqtisadi proseslərin öyrənilməsi daha da vacib əhəmiyyət kəsb edir. Ümumiyyətlə, borcla iqtisadi sistemin qarşılıqlı təsiri məsələlərinin araşdırılmasında əsas olaraq, borcun artımı ilə iqtisadi artım arasındakı əlaqə və münasibətlərin nəzərdən keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bəzi hallarda burada borcun həddi ilə iqtisadi artımın ölçüsü olaraq kəmiyyət və mütləq keyfiyyətlər bir sonrakı plan olaraq görülür. İqtisadi artım ilə borc artımı arasındakı optimal nisbətin müəyyənləşdirilməsiməcmuu milli məhsulun artım səviyyəsi baxımından araşdırılır. İqtisadi artımın həddi nə qədər yüksəkvə borca görə faiz dərəcələri nə qədər aşagı olarsa, dövlət özxərclərini ödəməküçün cəlb etdiyi borc ehtiyatlarından bir o qədər səmərəliistifadə edə bilər. Burada, əsasən, borc artımı ilə iqtisadi artım arasındakı qarsılıqlı bağlılığınklassik modelindən söhbət gedir ki, dediyimiz kimi, ümumi daxili məhsulla xarici borcun səviyyəsi, artımı arasındakı əlaqə əsas götürülür və borcun artımsəviyyəsi iqtisadi artımla bağlı olaraqnəzərə alınır. Hər bir ölkənin iqtisadi gücünün qiymətləndirilməsində əsas göstəricilərdən biri olaraq ÜDM-in həcmi müəyyən edilir. Bu göstərici ölkənin iqtisadi artım tempinin müəyyənləşdirilməsində də önəmli rol oynayır. Mühüm makroiqtisadi göstəricilərdən biri olan ÜDM sadəcə olaraq ölkənin müasir iqtisadi inkisaf səviyyəsini deyil, həm də onun milli iqtisadi sisteminin strukturunu, strukturxüsusiyyətlərini, kənd təsərrüfatının müxtəlif sahələrinin fəaliyyət səmərəliliyini, ölkənin dünya iqtisadisisteminə qarşılıqlı əlaqə proseslərində istirak imkanlarını da xarakterizə edə bilər. Beləvəziyyətdə bu cürbir sual da yaranabilər ki, milli iqtisadi sestemininkişafında borc amili, əsasən dəxarici borc nə qədər əhəmiyyətlirol oynayır? İnkisafla xarici dövlət borcu arasında hansı müştərək təsir, münasibətlər, asılılıqlar vardır? Ümumiyyətlə, bugünki iqtisadi inteqrasiya vəziyyətində milli iqtisadiyyatın inkisafı xarici borc olmadan mümkündürmü? Bunları nəzərə alaraq dövləti borc almağa sövq edən əsas səbəbləri qeyd etmək istərdim:



  • fövqəladə xərclərin təmin edilməsi üçün borclanma;

  • təbii fəlakətlərin və müharibələrin maliyyələşdirilməsi;

  • investisiyaların maliyyələşdirilməsi üçün borclanma;

  • büdcənin gəlir və xərcləri arasında tarazlığın saxlanılması;

  • borc ödəmək məqsədilə yenidən borclanma.

İlk qeyd etdiklərimdən ikisinin maliyyələşdirilməsini borclanmadan ödəmək olar, lakin bu vəziyyətdə ölkə vətəndaşı daha da ağır şəraitdə yaşamağa məruz qala bilər. Fövqəladə borcların ödənilməsi üçün bir çox hallarda ölkədə dövlət tərəfindən yaradılmış maliyyə fondları fəaliyyət göstərir. Lakin bəzən bu maliyyə fondları fövqəladə vəziyyətlə əlaqədar yaranan xərcləri ödəyə bilmir. Fövqəladə vəziyyət də qısa müddət ərzində gözləmədən yarandığı üçün onun ödənilməsini də qısa müddət ərzində təmin etmək lazım gəlir. Bu vəziyyətdə də ölkə kredit götürməyə məcbur qalır. Təbii fəlakətlərin baş verməsi də ölkədən anidən xərclərin artmasıpul vəsaitinə olan tələbatı artırmış olur. Təbii fəlakət zamanı yaranmış xərcləri ölkədə vergilər və digər ödəmələri artırmaq yolu ilə ödəmək olar. Lakin bu ölkə əhalisinin vəziyyətinin daha da pisləşməsinə gətirib çıxartdığı üçün dövlət xarici ölkələrdən borclanmalara üstünlük verir. Müharibə vəziyyəti də ölkədə sadəcə olaraq pul borcu olaraq yox, eyni zamanda hərbi sursatvə s. almaqla borc münasibətlərinin yaranmasına gətirib çıxardır. Bu tip borclar ciddi pul ehtiyaclarından irəli gəlməklə yanaşı, hansısa istisadi siyasətə xidmət göstərmir, istehlak xidməti daşımır. Bu tip borcların məqsədi mövcud vəziyyətin dözəldilməsi üçün istifadə edildiyi üçün mənfəət xarakteri daşımır. Bu cür hallarda da alınan borclar adətən digər maliyyə vəsaitləri hesabına ödənilir.

Tarixin bu günə kimi sübut edib göstərdiyi isə budur ki, bəzi dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının monstrlarına çevrilməyə belə müvəffəq olublar. Aşağıda dünya ölkələri üzrə olan borcların cəmi cədvəlini nəzərdən keçirək.

Qrafik 1. 1.

Dünya ölkələri üzrə umumi borc öhdəliklərinin cəmi.

Qrafikdən də aydın görünür ki, ABŞ-ın dövlət borcu ümumi hissənin 40%-ə yaxın miqdarını əks etdirir. Növbə ilə arxasınca, Yaponiya, İtaliya, Fransa və digər ölkələrin borclarıdır. Dövlət borclarının çox olmasına baxmayaraq bu ölkələrə iqtisadi cəhətdən zəif demək olmaz. Bu fikri təkcə ABŞ-ı nümunə gətirərək əsaslandırmağımız daha doğru olar. Hazırda dünya iqtisadiyyatında ¼ paya sahib olan ABŞ-ın dövlət borcu onun ÜDM-dən çox olan həddə gəlib çatmasına baxmayaraq, bu dövlətin illər boyu apardığı siyasət, iqtisadiyyatı çökdürə biləcək böhran və inflyasiyalardan özünəməxsus hərəkətlərlə yayınması və bəzən böhranlardan iqtisadi vəziyyətini bir az da yaxşılaşdırmaq yolunda istifadə edə bilməsi ölkəni iqtisadi cəhətdən ən qüdrətli ölkələrdən birincisinə çevirib. Eyni zamanda tarix bu formada dövlət borcu hesabına güclü iqtisadiyyat quran ölkələrin "odla oynadıqları"nı dəfələrlə sübuta yetirsə də, bundan bütün dövlətlər düzgün nəticə çıxara bilməyib. Nümünə üçün Yunanıstanı göstərmək olar.

Dünya təcrübəsində qəbul olunmuş bir cəhət də var ki, dövlət borcunun müəyyən zaman üçün artım tempinin iqtisadi artım tempindən artıq olmasına yol verilir. Bu proses, iki-üç il ərzində baş verdikdə yol verilən hesab edilir. Dövlət borcunun Barro Rikardo ekvivalentliyi baxımından artması hesabına dövlət xərclərinin maliyyələşdirilməsi vergilərin artırılmasına alternativ yol olaraq qiymətləndirilir. Dövlət borcunda müşahidə olunan artıma iqtisadi artımı stimullaşdıran hallardan biri kimi baxmaq olar. Lakin iqtisadi artıma nisbətən borcda müşahidə olunan artımın müvəqqəti olaraq yüksəlməsi borcun artım tempinin iqtisadi artımın tempinə nisbətən azalmanın müşahidə olunması hesabına kompensasiya olunmasıdır. Təcrübə göstərirki, borcun həcmini kəskin şəkildə qəfil olaraq azaltmaq daarzu olunan birhal kimi qəbul edilmir, çünki bu zaman borc kapitalı bazarında borclu subyektin “belə sıçrayışlı fəaliyyətinə” görə ona qarsı xoşlanılmaz birreaksiya yaranabilər. Ancaq bu demək deyil ki,xarici dövlət borcunun kəskin artımını azaltmaq üçün heç bir tədbir görülməməlidir, tam əksinə, borcun artım tempini azalda biləcək xüsusi tədbirlər həyata keçirilməlidir.


    1. Dövlət krediti və dövlət borcunun funksiyaları.

Dövlət büdcəsini kateqoriya olaraq dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi əsasında yaranan pul münasibətlərinin toplusu təşkil edir. Dövlət büdcəsində dövlətin başlıca gəlir və xərcləri birləşir. Büdcə əsas maliyyə amillərinin (dövlət xərclərinin, vergilərin, dövlət kreditinin) fəaliyyətinin birləşdiyi kateqoriyadır, yəni büdcə yolu ilə resursların daim istifadə edilməsi və istifadə olunan resursların xərclənməsi həyata keçirilir. Dövlət krediti və digər mənbələr hesabına büdcə kəsirinin maliyyələşdirilməsi həyata keçirilir.

Dövlətin ölkə daxilində kredit alması məsələsi isə birmənalı olaraq, dövlətlə ona borc verən əhali və ya bizneslə məşğul olanlar arasındakı qarşılıqlı münasibətləri ehtiva edir. Burada borc alan dövlət, əhali və xüsusi bizneslə məşğul olanlar isə borc verəndir. Dövlət kreditinin mənbəyini isə dövlətin və yerli orqanların buraxdıqları istiqrazlar götürülür. Bu kreditdən adətən dövlət büdcəsinin kəsirini doldurmaq üçün istifadə olunur. Kreditin özü isə Mərkəzi Bank və ya maliyyə institutları tərəfindən həyata keçirilən dövlət qiymətli kağızlarına çevrilir. Dövlətkrediti zamanı kreditor və ya borcverən rolunda birbaşa dövlət özü çıxış etmiş olur.



Dövlət kreditinin verilməsi dövlət tərəfindən həyata keçirilir və əsasən məqsədyönlü bir səciyyə daşıyır (müəyyən bir məhsulun istehsal olunmasının təşkilinə, konkret iqtisadi inkişaf məqsədləri üçün). Kommersiya banklarının kreditləri ilə müqayisə olunduqda dövlətin ayırdığı kreditlər güzəştli şəkildə, uzunmüddətli, ayrı-ayrı hallarda, hətta faizsiz də verilə bilər.

Özəl kreditdən fərqli olaraq, dövlət kreditində kreditin müddəti başa çatdıqda əgər borc ödənməzsə, təzyiq və ya məcbur etmə kimi yollar bir az zəifdir. Çünki burada birbaşa dövlət çıxış etmiş olur və nüfuzu aşağı salacaq hərəkətlərdən qaçınılır. Dövlət krediti elə birvaxt meydana gəlir ki, kreditorun və ya borcalanın qismindədövlətin özü (yerli mərkəzi hökümət) çıxış edir. Borcalan kimi çıxış etdikdə, dövlət büdcə xərcləri kimi ödəmələrin təmin edilməsi üçün borc kapitalı bazarında borc öhdəliyini yerləşdirərək büdcəyə əlavə olaraq vəsait cəlb edir. Dünya təcrübəsi göstərir ki, dövlət xərclərinin maliyyələşdirilməsində daxili borclar vergilərdən sonra ikinci mənbədir. Eyni zamanda da büdcə kəsrinin örtülməsi üçün borc vəsaitlərindən istifadə olunmanın miqyasları ehtiyatlardan səmərəli və qənaətli istifadəsi baxımından məhdudlaşdırılır. Çünki müəyyən vaxtdan sonra borcu qaytarmaq lazım gəlir.

Dövlət krediti dövlətimizin maliyyə sistemində məxsusi yer tutur. Dövlət krediti öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Ayrılan tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanan dövlət krediti dövlət istiqrazlarını, pul-mal lotoreyalarını və digər qiymətli kağızları yerləşdirməklə cəlb olunur. Dövlət krediti həmçinin dövlətin xaricə olan borcudur ki, bu halda dövlət tərəfindən büdcə kəsirini ödəmək xarici dövlətlərdən üçün kredit alır.

Dövlət öz borc öhdəliklərini məqsədyönlü dövlət proqramlarının maliyyələşdirilməsi uğrunda bazarda yerləşdirə bilər. Buna misal olaraq, milli iqtisadiyyatın bərpa edilməsi, inkişaf etdirilməsi, ayrı-ayrı sferaların yenidən qurulmasını, ayrıca regionların inkişafı üzrə müxtəlif sosial və iqtisadi proqramlar, təbii fəlakət nəticələrinin aradan götürülməsini və s. dövlət proqramlarının, yalnız büdcənin cari gəlirləri hesabına deyil, həm də dövlət borcu vasitəsilə maliyyələşə bilməsini göstərmək olar. Bu misal daha çox ölkə iqtisadiyyatının az mənfəət gətirən, lakin geniş təkrar istehsal üçün vacib olan sahələrinə xasdır. Onu da qeyd edək ki, dövlət kreditindən (dövlət həm də borcalan, həm də kreditor olduğu halda) iqtisadiyyatın tənzimlənməsinin güclü aləti kimi də istifadə edə bilər.

Kredit münasibətlərinin qurulması yalnız ölkənin daxilində deyil, ölkələr arasında da həyata keçirilə bilər. Kredit verilməsi prosesi kapitalın ixracının təzahür formalarından biri olaraq çıxış edir. Dövlət krediti daxili borcun bir hissəsini təşkil edir. Lakin bunun böyük bir hissəsi xarici borcun payına düşür ki, bu da beynəlxalq kreditin inkişafına gətirir. Belə hallarda kreditin başqa növü olan beynəlxalq kredit ön plana çıxır. Beynəlxalq kreditlərin verilməsi zamanında iştirakçılar dəyişmir, ancaq kredit müqaviləsinin tərəflərindən ən azı biri xarici ölkəyə aid olmalıdır. Beynəlxalq kreditin alınması ölkələr arasındakı sıx münasibətin, qarşılıqlı əlaqənin bariz nümunəsi kimi göstərilir.

Dövlət borcunun mənası dövlətin zəmanətçi və ya borc götürən kimi çıxış etməsi kimi qəbul edilir. Dünya təcrübəsində, dövlət kreditinin alınmasından əmələ gələn borclar dövlət borclarının geniş hissəsini tutur. Bu amil də birbaşa dövlət borcunun mahiyyəti ilə bağlıdır. Bildiyimiz kimi bütün kredit münasibətlərinin əsasını borc münasibətləri əsasında qurulma təşkil edir. O da məlumdur ki, kredit verilməsinin əsas şərtlərindən birincisi qaytarılma şərtidir. Borc götürənin dövlət maşı amili borcun ödənilməsinin gecikdirilməsi və ya öhdəliklərdən qaçmaq kimi halları istisna etmir. Ancaq məlum məsələdir ki, belə bir yolun seçilməsi dövlətin qısamüddətli dövrdə rahatlaşmasına gətirib çıxartsa da, iqtisadi nüfuzun azalmasına səbəb olar. Borcla bağlı yaranan bütün münasibətləri kredit münasibətləri ilə eyniləşdirmək olmaz. Məsələn, elə formada yaranmış qeyri-kredit münasibətləri var ki, orada da borc münasibətlərinin yarandığını müşahidə edə bilərik. Dövlət kreditindən yaranan borclara beynəlxalq maliyyə-kredit təşkilatlarından cəlb edilmiş kreditlər, eləcə də dövlət qiymətli kağızlar bazarında yerləşdirilmiş maliyyə alətlərindən yaranan borc öhdəlikləri daxildir. Göründüyü kimi, dövlət krediti yolu ilə yaranmış borclar istər əhəmiyyətinə, istərsə də həcminə görə digərlərindən fərqlənir. Bu formada yaranmış dövlət borcları bəzi vaxtlar elə paya malik olur ki, əksər mütəxəssislər yaranmış dövlət borcunu dövlət kreditinin vasitəsilə yaranan borclar kimi qiymətləndirirlər. Elə bizim ölkəmizdə də dövlət borclarının tərkibində böyük pay dövlət krediti münasibətlərindən yaranmış borcların üzərinə düşür.

Qeyri-dövlət krediti münasibətlərindən yaranan dövlət borcları əksər hallarda ticarət münasibətləri zamanı meydana gəlir. Belə ki, dövlət digər iqtisadi subyektlərlə (daha çox xarici ölkələrlə) ticarət münasibətlərinə girərək əmtəə və ya xidmətlərin alıcısı kimi çıxış edir. Bu zaman o, dəyəri ya birbaşa olaraq ödəyir, yaxud da müəyyən müddətdən sonra ödənilməsi üçün öhdəlik götürür. Beləliklə, ikinci halda həmin əmtəə və ya xidmətin dəyəri dövlət borcuna çevrilmiş olur.

Dünya təsərrüfatı qloballaşması ilə maliyyə bazarının həcmi və tutumunun artması ilə dövlət borcu ilə ümumi milli məhsul arasındakı nisbətin daha da yüksəlməsinə nail olmaq yolunda dövlətlərə yeni formalı imkanlar açır. Əgər borc və iqtisadi artımın arasında olan nisbət bərabər şəkildə artarsa, heç bir dövlət bunun uğrunda milli riski artırmır. Belə zamanlarda əsas məsuliyyət dünya maliyyə bazarının öhdəliyinə düşür və bu da dövlətlərin arasında olan kapital axınının hesabına kompensasiya olunur. Bu o deməkdir ki, dünya maliyyə bazarları adıçəkilən axının hesabına özünün davamlığını və sabitliyini qoruya bilir. Buna görə də müasir dövrdə xarici dövlət borcunun yenidən maliyyələşdirilməsi məsələlərinə diqqətin cəlb edilməsi, bu prosesin əhəmiyyətinin artmasına və inkişaf etməsinə şərait yaratmaq daha məqsədə uyğun olardı. Məhz inkişaf etmiş maliyyə bazarına malik ölkələr bu bazarın genişlənməsi amilini nəzərə alaraq borcun artım tempinin iqtisadi artım tempi ilə əlaqəsinin uzun müddətə ötürülməsini mümkün hesab edir. Lakin iqtisadi artıma nisbətən borcun artması və nisbətin uzunmüddət davamedici olması xarici borcla bağlı fərqli parametrlərin o cümlədən borclanma prosesinin keyfıyyəti ilə bağlı olan bir sıra neqativ meyillərin baş verməsi ilə nəticələndirilə bilər.

Tarix sübut edir ki, borclanmanın kəskin olaraq birdən-birə azaltmağın özü də arzuolunan hal kimi qəbul edilməməkdədir, çünki bu vaxt borc kapitalı bazarında borclu obyektə qarşı mənfi reaksiya yarana bilər. Amma bu o demək deyil ki, xarici borcun kəskin şəkildə artımının qarşısını almaq üçün heç bir tədbir görülməməlidir, əksinə borcun artımını azaltmağa icazə verən xüsusi tədbirlər həyata keçirilməlidir.

Bunu da vurğulayaq ki, borcun artım tempi ilə iqtisadi artım arasında qarşılıqlı təsirin xüsusiyyətlərindən irəli gələrək milli iqtisadiyyatın inkişaf perspektivlərindən asılı olaraq xarici borcun dəqiq proqnozlaşdırılması üçün Dünya Bankı tərəfindən RMSM- X adlı standart model işlənib hazırlanmışdır. Bu model Dünya Bankından borc resursları cəlb edən ölkələrin inkişaf perspektivləri, onlarm xarici borc vəsaitlərinə olan tələbatının səviyyəsi və borcları qaytarma qabiliyyəti, imkanlarını proqnozlaşdırmağa imkan verir.

Dünya Bankının təklif etdiyi bu model xarici borcun qaytarılması üzrə gələcək faizlərin və əsas ödəmələrin proqnozunu verməyə, bu göstəriciləri ixrac göstəriciləri, MDM və dövlət xərcləri ilə əlaqələndirməyə imkan verir. Lakin bu modelin çatışmayan cəhətlərindən biri odur ki, burada ölkənin daxili borcları nəzərə alınmır və dövlətin borclarınm ümumi həcmi proqnozlaşdırıla bilir. Həmçinin model borcun tədricən ödənilməsi (yəni amortizasiyası) ilə faiz dərəcələri, stavkaları arasında əlaqələri, eyni zamanda dəyişkən və sabit faiz dərəcələri arasındakı fərqləri nəzərə ala bilmir. Əlbəttə, bu cəhətlər borc verən tərəf kimi Dünya Bankının maraqları çərçivəsində olmasa da, xarici borc vəsaitlərini cəlb edən bir ölkə üçün çox mühüm amil kimi çıxış edir. Bu zərurət özünü daha çox dövlət borclarının idarəedilməsi proseslərində büruzə verir. Xüsusilə, dövlət, ölkə rəhbərliyi xarici, daxili borc resurslarınm cəlb edilməsi, onların qaytarılması və onlara xidmətlə bağlı bütün əməliyyatların qeydiyyatının aparılması, planlaşdırılması üzrə vahid bir şəbəkə yaratmaq arzusundadırsa, bu cəhətin nəzərə alınması xüsusilə vacibdir.

Dövlət borcunun iqtisadi inkişafa təsirilə bağlı məsələlərin araşdırılmasmda borcun fiskal siyasətlə qarşılıqlı təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb etməklə, bu problemin çox mühüm cəhətlərindən birini təşkil edir. Bildiyimiz kimi fiskal siyasət dedikdə, büdcə və vergi sistemləri və dövlətin bu sistemlərin fəaliyyəti ilə bağlı həyata keçirdiyi siyasət başa düşülür. Dövlət borcu məhz həyata keçirilən fıskal siyasət çərçivəsində büdcə kəsirinin maliyyələşdirilməsi vasitəsi kimi çıxış edərək, fiskal siyasətin bir aləti rolunu oynayır.

Ümumiyyətlə, dövlət borcu və büdcə sistemi arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinin dörd əsas nəzəriyyəsi, konsepsiyası fərqləndirilir.


  1. İllik balanslaşdırılan büdcə nəzəriyyəsi. Burada kəsrisiz büdcənin illik balanslaşdırılması zəruriliyi nəzərdə tutulur.

  2. Tsiklik balanslaşdırılan büdcə kəsiri. Burada büdcənin maliyyə ili və ya təqvim ili üçün deyil, bütövlükdə iqtisadi tsikl müddətinə balanslaşdırılması nəzərdə tutulur. Bu nəzəriyyəyə görə iqtisadi inkişaf tsiklindəki tənəzzül şəraitində yaranmış büdcə kəsirinin maliyyələşdirilməsində dövlət borcu bir alət rolunu oynayır.

  3. İqtisadi siyasətin stabilləşdirilməsi nəzəriyyəsi. Burada bütövlükdə iqtisadi inkişaf tsiklində büdcənin balanslaşdırılması nəzərdə tutulur, ancaq bu balanslaşdırmada stabilləşdiricilərin rolu xüsusidir.

  4. Kompensasiya olunan büdcə nəzəriyyəsi. Burada belə bir vəziyyət nəzərdə tutulur ki, ölkənin milli iqtisadi sisteminin inkişafmda davamlı olaraq durğunluq müşahidə edilməkdədir. Bu durğunluq fonunda müşahidə edilən büdcə kəsirini azaltmaq üçün dövlətin xarici borc resurslarını cəlb etməsi mütləq xarakter daşıyır və bu vəsaitlərdən imtina mümkünsüzdür.

Bir çox hallarda xarici dövlət borcu dövlət xərclərinin maliyyələşdirilməsində vergi daxilolmalarma alternativ maliyyə vasitəsi kimi qiymətləndirilir və bu məqsədlərə yönəldilir. Bu tendensiya maliyyə bazarı inkişaf etmiş ölkələrdə daha çox müşahidə edilir. Əlbəttə, bu cəhət digər mənbələrdən büdcəyə daxil olan gəlirlərin az olması, yaxud da dövlət xərclərinin ödənilməsinə kifayət etməməsi səbəbi ilə əlaqədardır. Bəzi keçid iqtisadiyyatı ölkələrində dövlətə məxsus səhmlərdən və özəlləşdirmədən daxil olan gəlirlər hesabına da dövlət xərclərinin maliyyələşdirilməsi həyata keçirilir. Son illər bu təcrübə daha çox Rusiyanın iqtisadiyyatında tətbiq edilməkdədir. Buna zərurət yaradan əsas cəhət həyata keçirilən fiskal siyasət çərçivəsində dövlət borcu və vergilərin bir-birini qarşılıqlı əvəz edə bilməməsi yaxud da bunun iqtisadi sistemin fəaliyyəti üçün çətinlik törətməsidir.

Onu da qeyd edək ki, borc amili və vergi arasında qarşılıqlı əlaqənin nəzəri məsələlərinin inkişafı Roberto Barronun adı ilə bağlıdır. Aparılmış tədqiqatların mühüm nəticələrindən biri o olmuşdur ki, dövlət maliyyəsinin səmərəli fəaliyyəti vergilərlə gəlirlər arasında daimi nisbətin təmin edilməsini tələb edir.

İlk baxışdan elə görünə bilər ki, büdcə kəsirinin maliyyələşdirilməsində dövbt borcu və vergi amili ilə yanaşı pul emissiyası mexanizmindən də istifadə edilə bilər. Aydındır ki, bu, inflyasiyaya səbəb ola bilər, nəticədə iqtisadi sistemin fəaliyyətinə mənfi təsir göstərər. Ona görə də xarici borcun iqtisadi inkişafla bağlı aspektlərinin araşdırılmasında inflyasiya amili də nəzərdən keçirilməlidir, xüsusən də inflyasiyanın səviyyəsinin minimuma endirilməsi önəmli əhəmiyyət kəsb ebir. Qeyd edək ki inflyasiya amilinin nəzərə almması məhz maliyyə bazarı inkişaf etməkdə olan ölkələr üçün daha münasibdir. Məsələnin digər bir cəhəti də ondan ibarətdir ki, inflyasiya ilə əlaqədar indeksləşdirmənin aparılmaması belə bir modelin tətbiqinə çətinlik törədir Burada borc qiymətli kağızların indeksləşdirilməməsi məsələsi çətinlik yaradır. Onagörə də bir sıra hallarda indeksləşdirilmiş qiymətli kağızlar buraxmadan məhz büdcə kəsirinin inflyasiyalı maliyyələşdirilməsi mexanizmindən istifadə edilir ki, bu zaman da inflyasiyanın səbəb olduğu itkilərin minimuma endirilməsi zərurəti ortaya çıxır.

Fikrimizcə, dövlət xərclərinin borc vəsaitləri hesabına təmin edilməsi, maliyyələşdirilməsi vergi ödəmələrinin səviyyəsinin aşağı olması və ya büdcə xərclərinin səviyyəsinin nisbətən yüksək olması şəraitində müəyyən qədər əlverişli maliyyələşdirmə mexanizmi kimi qəbul edilə bilər.

Lakin büdcə xərclərinin maliyyələşdirilməsində xarici borc vəsaitlərindən istifadə müəyyən neqativ hallara səbəb ola bilər. İlk növbədə özəl sektorun maliyyə bazarından sıxışdırılıb çıxarılması prosesi baş verə bilər. Buna sıxışdırıb çıxarılma effekti də deyilir. Bu zaman dövlət investisiya bazarında özəl sektorla rəqabət aparan bir tərəf kimi çıxış edir. Buna səbəb xarici borcun həddindən artıq çoxalması, yəni dövlətin xarici borc resurslarına daha böyük həcmdə müraciət etməsidir ki, bunun da nəticəsində ölkədə özəl sektora investisiya axını zəifləyir, bu isə öz növbəsində iqtisadi inkişafa mənfi təsir göstərir. Çünki, belə desək borc kapitalı bazarında xarici borc resurslarına olan tələb müstəvisində dövlətin tələbatı özəl sektorun tələbat payını ötüb keçir. Əlbəttə, özəl müəssisələrin yaranmasında, fəaliyyətində maneə yaradan bu amil istehsal müəssisələrinin dövriyyə kapitalının həcminin kəskin şəkildə azalmasma da səbəb olur.

Digər tərəfdən dövlət xərclərinin, eləcə büdcənin maliyyələşdirilməsində dövlət borcunun təsir dairəsinin genişlənməsi sonda dövlət xərclərinin artması ilə nəticələnə bilir. Bu, borc kapitalı bazarında həmin ölkəyə inamm azalmasına səbəb olur, bu isə öz növbəsində ölkədə investisiya mühitinə də mənfi təsir göstərir. Dövlət qiymətli kağızlarına tələbin səviyyəsi də aşağı düşür, məhdudlaşır. Onu da qeyd edək ki, dövlət xərclərinin artması sıxışdırılma effektinin güclənməsinə gətirib çıxarır.

Dövlət xərclərinin maliyyələşdirilməsində dövlət borcunun vergiləri əvəz etməsi nəticəsində vergilərin yumşaldılması dövlət borcunun həcminin kəskin şəkildə artmasına səbəb olur. Bu proses büdcə xərclərinin xarici borc resursları hesabına maliyyələşdirilməsi imkanlarını getdikcə məhdudlaşdırır, lakin inkişaf etmiş ölkələrdə, eləcə də ABŞ, Yaponiya kimi iri borclu ölkələr üçün bu hal bir o qədər də problem xarakterli deyildir. Lakin kiçik dövlətlər bu məcburiyyətlə üzləşirlər. İqtisadi sistemi zəif olan dövlətlər tədricən dövlət borclarını azaltmaq siyasəti kursunu əsas götürürlər. Bəzən də belə ölkələr üçün borcun səviyyəsini azaltmaq çətin olur.

Borcun səviyyəsini azaltmaq üçün milli iqtisadi sistem alternativ maliyyə mənbələrinə malik olmalıdır. Borcun həcmi ilə bu mənbələrin potensial imkanları arasında uyğunluğun gözlənilməsi isə borcun optimal həddini qoruyub saxlamağı təmin edə bilər.

Nəzəri baxımdan xarici borcun iqtisadi sistem, milli iqtisadiyyat üçün təsirinin müəyyən edilməsində onun həcmi məcmu milli məhsulun həcmi ilə müqayisə edilir. Dünya təcrübəsində aşağıdakı göstəricilər sistemindən də istifadə edirlər:


  • məcmu milli məhsulun real həcmi;

  • büdcə gəlirlərinin həcmi, o cümlədən vergi gəlirlərinin, pul formasında daxilolmaların səviyyəsi;

  • ixrac edilən əmtəə və xidmətlərin həcmi;

  • dövlətin valyuta (valyuta-qızıl) ehtiyatları;

  • iqtisadiyyatın monetarizasiya səviyyəsi.

Qeyd etmək lazımdır ki, xarici borc resurslarının qaytarılması üçün olan maliyyə mənbələrinin potensial imkanları baxımından borclu ölkənin borclar üzrə ödəmə qabiliyyəti barəsində fıkir söyləmək olar. Bu baxımdan fıkrimizcə yuxarıda qeyd etdiyimiz göstəricilər sırasına aşağıdakıları da əlavə etməklə həm də borclu ölkənin borcların qaytarılması üzrə ödəmə qabiliyyətini modelləşdirmək olar. Bu göstəricilərə:

  • ölkənin milli valyutasının məzənnəsi;

  • milli valyutanın il üzrə orta kursu;

  • inflyasiyanın səviyyəsi;

  • xarici borclar üzrə illik ödəmələrin səviyyəsi;

  • xarici borc üzrə ödəmələrin vergi daxilolmalarının strukturunda payı (xüsusi çəkisi);

  • vergi (daxilolmalararın MDM-da xüsusi çəkisi;

  • xarici borclar üzrə ödəmələrin faktiki səviyyəsi; xarici borclar üzrə ödəmələrin tələb olunan (zəruri) səviyyəsi;

  • xarici borcun silinmə səviyyəsi;

  • daxili investisiya yatırımlarının həcmi;

  • büdcə kəsirinin səviyyəsi (profisit).

Bu göstəricilər sisteminə daxil olan göstəricilərin bəziləri xarici borcun əsas məcmusu üzrə vəsaitlərin qaytarılmasının, bəziləri də borca xidmət göstərilməsi səviyyəsini müəyyən etməyə imkan verir. Borclar üzrə faizlərin qaytarılmasında, yəni borca xidmətin təmin edilməsində vergi gəlirlərinin səviyyəsi, əmtəə və xidmətlərin ixrac həcmi indikator kimi əsas götürülür və bu zaman xarici borcun həcmi ilə bu indikatorların həddi arasında nisbət, uyğunluq əsas götürülür.

Onu da qeyd edək ki, dünya təcrübəsində xarici borcun optimal həddinin müəyyən edilməsində borcun qaytarılma mənbələri də iki yerə ayrılır: borcun qaytarılma mənbələri və borca xidmət mənbələri.


1. 3. Dövlət borcunun təsnifatı və əsas formaları.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə