İxtisasın şifri və adı



Yüklə 1,25 Mb.
səhifə1/9
tarix11.04.2018
ölçüsü1,25 Mb.
#36942
  1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



Əlyazma hüququnda
Muradova Sərvinaz Şəfaqət qızı
Neft maşınqayırma müəssisələrində istehsal potensialından istifadənin yaxşılaşdırılması yolları

mövzusunda

MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı : 060408 Sənayenin təşkilivə idarəedilməsi
İxtisaslaşma: Müəssisənin iqtisadiyyatı

Elmi rəhbər: Magistr proqramının rəhbəri:


i.e.n.dos.Ə.V.Hacıyev i.e.n.dos.A,S,Mehdiyev
_________________ _____________________

Kafedra müdüru i.e.n.Ə.V.Hacıyev



BAKI- 2016

MÜNDƏRİCAT
GİRİŞ...........................................................................................................................3

I FƏSİL. İstehsal potensialından istifadə səmərəliliyinin qiymətləndirilməsinin nəzəri-metodoloji əsaları ............................................................................8

1.1. İstehsal potensialı müəssisənin rəqabət qabiliyyətini müəyyən edən həlledici amil kimi .............................................................................8

1.2. İstehsal potensialından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin nəzəri-metodoloji aspektləri . .................................................................... 27

II FƏSİL. Maşınqayırma müəssisələrində istehsal potensialından istifadənin təhlili......................................................................................................... 38

2.1. Maşınqayırma müəssisələrində istehsal potensialının istifadə səviyyəsinin vəziyyəti ....................................................................................................38

2.2. Maşınqayırma müəssisələrində innovasiya potensialı imkanlarının qiymətləndirilməsi......................................................................................50

2.3. Maşınqayırma müəssisələrində istehsal potensialından istifadə səmərəliliyinin dinamikası.........................................................................62



III FƏSİL. Maşınqayırma müəssisələrində istehsal potensialından istifadənin səmərəliliyinin yüksəldilməsi istiqamətləri............................................75

3.1. Maşınqayırma müəssisələrinin istehsal potensialının inkişaf istiqamətləri....................................................................................75

3.2. Maşınqayırma müəssisələrinin istehsal potensialının inkişafının dövlət tərəfindən stimullaşdırılması..........................................................84

3.3. Maşınqayırma müəssisələrində istehsal potensialından istifadə səmərəliliyinin yüksəldilməsi istiqamətləri...............................................95

NƏTİCƏ.................................................................................................................104

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.................................................................110

GİRİŞ

Mövzunun aktuallığı. Ölkənin sosial-iqtisadi inkişafı iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafından əhəmiyyətli dərəcədə asılıdır. Sənaye iqtisadiyyatın mürəkkəb sahəsi kimi, iqtisadiyyatın müxtəlif sahələri ilə istehsal əlaqələrinə malikdir. Bu sahə ölkədə nəqliyyatın, rabitənin və digər istehsala xidmət sahələrinin, kənd təsərrüfatının, sosial infrastrukturun inkişafında mühüm rol oynayır. Buna görə də, ölkədə sənayenin inkişafı, ölkənin sənayeləşməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olur.

Azərbaycanda 2014-ci ildə ümumi daxili məhsulun 50 faizi sənayenin, sənaye məhsullarının 76,2 faizi – 3/4 hissəsindən çoxu - neft sənayesinin payına düşür. Bu isə özlüyündə sənayenin sahə quruluşunun mükəmməl olmadığını göstərir. Belə ki, məsələn, strateji əhəmiyyət kəsb edən sahələrdən olan maşınqayırma sənayesinin illər öncə (1985-ci ildə) ölkədə istehsal olunmuş sənaye məhsulunun ümumi həcmində bu sahənin xüsusi çəkisi 18,1 faiz idisə indi çox az - 1,85 faiz təşkil edir.

Son illərdə ölkədə neft strategiyasının uğurla reallaşdırılması ölkənin iqtisadi inkişafına yeni investisiyaların istiqamətləndirilməsi üçün zəruri olan maliyyə vəsaitlərinin formalaşmasına səbəb olmuşdur. Bu isə ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Qeyri-neft sektorunun inkişafı prioritetlərinin müəyyən olunması işində mövcud potensial imkanlar nəzərə alınmalıdır. Azərbaycanda inkişaf potensialına malik sənaye sahələrindən biri də maşınqayırmadır, xüsusilə onun ixtisaslaşdırılmış sahəsi olan neft maşınqayırma sənayesidir.

Azərbaycanda neft-mədən avadanlıqlarının istehsalı sahəsində böyük təcrübə toplanmışdır. Belə ki, respublika neft maşınqayırma sahəsi vaxtilə Sovet İttifaqının neft-mədən avadanlıqlarına olan tələbatın böyük hissəsini ödəyirdi. Bundan başqa, Azərbaycan coğrafi baxımdan neft-mədən avadanlıqlarını istehlak edən ölkələrə yaxın yerləşmişdir. Belə ki, Azərbaycan şimaldan dünyanın əsas neft hasilatı ölkələrindən olan Rusiya, şərqdən Orta Asiya ölkləri, cənubdan İranla qonşudur. Bundan başqa, Azərbaycan əsas neft hasilatçıları olan ərəb ölkələrinə yaxın məsafədə yerləşir. Ölkədə şimal-cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi bu ölklərlə ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli şərait yarada bilər.

Bazar iqtisadiyyatı şəraitində mülkiyyət mənsubiyyətindən asılı olmayaraq hər bir müəssisənin təsərrüfat fəaliyyətinin səmərəliliyi onun malik olduğu istehsal potensialdan və bundan istifadənin necəliyindən aslıdır. Müəssisənin istehsal potensialı təsərrüfatçılıqla məşğul olmaq üçün, müəssisənin rəqabətqabiliyyətliyini artırmaq və istehsalın strateji və cari məqsədlərinə nail olmağı təmin edən bütün resurslarının məcmusudur. Bu baxımdan, ölkədə neft maşınqayırma sənayesinin inkişafının təmin edilməsi üçün, ilk növbədə bu sahəninin istehsal potensialı və ondan istifadə səviyyəsi qiymətləndirilməlidir. Bu qiymətləndirmə əsasında neft maşınqayırma sənayesinin inkişaf istiqamətləri, yəni bu sahənini istehsal potensialının kəmiyyətcə artırılması və səmərəliliyinin yüksəldilməsi istiqamətləri müəyyənləşdirilə bilər.

Respublikamızda maşınqayırma müəssisələrinin istehsal potensialının mövcud kəmiyyət və keyfiyyət parametrləri həmin müəssisələrin istehsal etdiyi məhsullar xarici ölkələrdən idxal olunan anoloji məhsullarla rəqabət apara bilmir. Bütün bunlar ölkədə fəaliyyət göstərən maşınqayırma müəssisələrində istehsal potensialının həcminin artırılmasını, prespektiv inkişaf istiqamətəlrinin müəyyənləşdirilməlməsini və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsini zəruri edir.

Bütün qeyd edilənlənlər neft maşınqayırma müəssisələri timsalında istehsal potensialından istifadənin səmərəliliyinin yüksəldilməsinə dair elmi araşdırmaların aparılmasının əhəmiyyətini müəyyən edir. Başqa sözlə bu qəbildən olan müəssisələrin bazar münasibətlərinin tələblərinə uyğun inkişaf etdirilməsi, restrukturizasiyası, istehsal potensialının artırılması istiqamətlərinin müəyyn edilməsinin aktuallığı şübhəsizdir və elə buna görədə dissertasiya mövzusunun seçilməsini şərtləndirmişdir.



Problemin öyrənilmə səviyyəsi. Müəssisələrin istehsal potensialının formalaşdırması və ondan səmərəli istifadə edilməsi məsələləri əcnəbi ölkələrin iqtisadçı alimlərinin - Ançişkin A.İ., Abalkin L.İ., Zubitski V.P., Andreyçuk V.Q., Porter M., Belousov R.A., Avdeenko V.N., Kotlov V.A., Qradov A.P., Qonçarov N.P., Qusakov V.Q., Çistyakov E.V., Zaytsev N.A., Şeremet A.D., Putyatinov L.M., Rodinov V.B., Kovalev V.V., Mılnik V.V. və başqalarının elmi əsərlərində müxtəlif aspektlərdə araşdırılmışdır.

Qeyd edilən məsələ respublikamızda iqtisadçı alimlərin diqqət mərkəzində olmuş və bu sahədə elmi araşdırmalar aparmışlar. Azərbaycanın görkəmli iqtisadçı alimlərindən A.A.Nadirov, Z.Ə.Səmədzadə, T.Ə.Hüseynov, M.C.Atakişiyev, R.P. Sultanova, T.S.Vəliyev, Ə.Q.Əlirzayev, A.B.Abbasov, R.M. Cəbiyev, T.N.Əliyev, Ə.B.Sarıyev, Ə.Nuriyev və başqaları qeyd edilən problemlə bağlı tədqiqatlar yerinə yetirmişlər. Bununla belə, ölkədə neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün imkanların artdığı bir şəraitdə neft maşınqayırma sənayesinin istehsal potensialının inkişafı məsələlərinin tədqiqinin əhəmiyəti daha da artmışdır.



Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin məqsədi ölkədə maşıınqayır-ma müəssisələrinin istehsal potensialının artırılması istiqamətləri və ondan səmərəli istifadə yollarına dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib hazır-lamaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün işdə aşağıdakı vəzifələr qoyulmuş və həll edilmişdir:

  • istehsal potensialının müəssisənin rəqabət qabiliyyətini müəyyən edən həlledici amil kimi elmi cəhətdən əsaslandırılması;

  • istehsal potensialından istifadə səmərəliliyinin qiymətləndirilməsinin nəzəri-metodoloji aspektlərinin tədqiq edilməsi;

  • maşınqayırma müəssisələrinin istehsal potensialının mövcud vəziyyətinin qiymətləndirilməsi;

  • müəssisələrin innovasiya potensialının qiymətləndirilməsi;

  • maşınqayırma müəssisələrində istehsal potensialından istifadə səmərəliliyinin dinamikasının təhlil edilməsi və bu sahədə mövcud olan problemlərin öyrənilməsi;

  • maşınqayırma müəssisələrinin istehsal potensialının inkişafının dövlət tərəfindən stimullaşdırılması yollarının müəyyən edilməsi;

  • maşınqayırma müəssisələrində istehsal potensialından istifadənin yaxşılaşdırılması yollarının müəyyənləşdirilməsi.

Tədqiqatın obyekti. Dissertasiya işinin tədqiqat obyekti kimi neft avadanlıq-larının istehsalı ilə məşğul olan maşınqayırma müəssisələri seçilmişdir.

Tədqiqatın predmeti. İstehsal müəssisələrinin istehsal potensialının artırılması və ondan istifadə səmərəliliyinin yüksəldilməsi yollarının tədqiqi dissertasiya işinin predmetini təşkil edir.

Tədqiqatın nəzəri və metodoloji əsasını iqtisad elminin klassiklərinin istehsal potensialı haqqında müddəaları, xarici iqtisadçı alimlərin bu sahədəki elmi tədqiqatları, dünya ölkələrinin təcrübəsi və s. təşkil edir. Dissertasiya işi yazılarkən müəllif tərəfindən problemlə əlaqədar Azərbaycan Respublikası qanunlarından, Respublika Prezidentinin cərəncam və fərmanlarından, hökumətin qərar və göstərişlərindən, problemə dair metodik təlimatlardan, habelə digər direktiv və normativ sənədlərdən istifadə edilmişdir.

Dissertasiya işində tədqiqat metodu kimi müqayisə, iqtisadi - statistik təhlil, elmi abstraksiya, proqram - məqsədli yanaşma və s. üsullardan istifadə olunmuşdur.



Tədqiqatın informasiya bazası. Dissertasiya işi yazılarkən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin məlumatlarından və "Azneftkimyamaş" ASC-nin və habelə onun müəssisələrinin uçot və hesabat sənədlərindən istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

- müəssisənin istehsal potensialından istifadənin iqtisadi səmərəliliyinin hesablanma metodikası üzrə elmi-praktiki cəhətdən əsaslandırılmış təkliflər verilmişdir;

- maşınqayırma müəssisələrində istehsal potensialının inkişafına və onlardan istifadənin səviyyəsinə təsir edən amillər müəyyənləşdirilmişdir;

- maşınqayırma müəssisələrində innovasiya fəaliyyətinin genişləndirilməsinə dair təkliflər verilmişdir;

- maşınqayırma müəssisələrində istehsal potensialının inkişaf istiqamətlərinə dair konkret təkliflər verilmişdir;

- maşınqayırma müəssisələrinin istehsal potensialının inkişafının dövlət tərəfindən stimullaşdırılması mexanizminin təkmilləşdirilməsi istiqamətləri müəyyənləşdirilmişdir;

- Azərbaycanda neft mədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış maşınqayırma müəssisələrinin timsalında istehsal potensialından istifadənin yaxşılaşdırılması istiqamətləri təklif edilmişdir.

Tədqiqat işinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, onun əsas müddəaları, irəli sürülən təklif və tövsiyələri Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən sənayenin və o cümlədən, maşınqayırma sənayesinin inkişaf Proqramının hazırlanmasında, maşınqayırma müəssisələrinin inkişaf strategiyasının müəyyənləşdirilməsində istifadə edilə bilər

Dissertasiyanın quruluşu və həcmi. Dissertasiya giriş, üç fəsil və nəticədən ibarətdir. İşdə 20 cədvəl, 6 şəkil və istifadə olunmuş 137 adda ədəbiyyatın siyahısı verilmişdir.

I FƏSİL

İSTEHSAL POTENSİALINDAN MAHİYYƏTİ İSTİFADƏ SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI

1.1. İstehsal potensialı müəssisənin rəqabət qabiliyyətini müəyyən edən həlledici amil kimi

Bazar münasibətləri şəraitində müəssisələrin təsərrüfat fəaliyyətinə təsir edən amillərdən biri də xarici mühitdir. Xarici mühiti formalaşdıran şərtlər (istehlakçıların zövqləri, qanunvericilik bazası, xammal və materialların qiymətləri və s.) mütəhərrikdir və daimi dəyişir. Müəssislərin belə dəyişikliklərə uyğunlaşma imkanları və rəqabətə davamlılıqları özlərinin istehsal potensialının necə idarə etmələrindən çox asılıdır. İstehsal potensialı müəssisənin bazarda baş verən dəyişiliklərə vaxtında və hansı səviyyədə reaksiya vermək imkanlarını müəyyən edir. Belə ki, müəssisənin yeni məhsullar yaratması, istehlakçıların tələblərində baş verən dəyişilikləri nəzərə alması, yeni bazarlara daxil olması, ayrı-ayrı istehsal resurslarının qiymətlərinin dəyişməsinə müvafiq xərcəlrin strukturunun dəyişdirməsi və digər bu kimi istiqamətlərdə səmərəli fəaliyyəti onun mövcud istehsal potensialından asılıdır. İstehsal potensialı dinamik xarakterə malikdir. Onun mövcud səviyəsi ölkənin, regionun, sahənin, müəssisənin inkişaf imkanlarını müəyyən edir. Bununla yanaşı qeyd edilən səviyyələrdə inkişafı təmin etmək üçün istehsal potensialının mütəmadi artırılması və ondan istifadə səmərəliliyinin yüksəldilməsi tələb olunur.

Fikrimizcə, «potensial» anlayışının mahiyyətini tam açıqlamaqla «resurs», «resurs potensialı» anlayışları ilə müqaisə etmək, dəqiqləşdirmək lazımdır. Çünki, bəzən iqtisadi araşdırmalarda «potensial» ilə «resurs» terminlərini sinonim kimi qəbul edirlər.

«Potensial» latın sözü «potentia» olub, birbaşa tərcüməsi– imkan, güc deməkdir. «Potensial» sözünün özünün ikili mənası var: birincisi – bu fiziki xarakteristikanı ifadə edir və sahənin müəyyən nöqtəsində yerləşən cismin enerji ehtiyatının kəmiyyətini əks etdirir; ikincisi, məcazi mənada – hər hansı münasibətdə gücün dərəcəsini (gizli imkanları) ifadə edir (80, s.187). Ümumiyyətlə, «potensial» sözü hər hansı məsələni həll etmək, müəyyən məqsədə çatmaq üçün istifadə oluna bilən və mövcud olan ehtiyat və mənbələrin, vəsaitlərin, həmçinin hər bir şəxsin, cəmiyyətin, hər hansı dövlətin imkanlarını qeyd etmək üçün işlədilir.

İqtisadi mahiyyəti nöqteyi-nəzərdən resurslara, məhsul istehsalı prosesində və xidmət göstərilməsində birbaşa və dolayı iştirak edən ayrı-ayrı elementlərin məcmusu aiddir. Buna görə də, «resurs» kateqoriyasının əsas xüsusiyyəti, onun istehsal prosesi ilə bilavasitə bağlı olmasıdır, yəni resurslar istifadə prosesində istehsal amilləri formasında çıxış edirlər. İqtisad elmində resursları dörd qrupa bölürlər: təbii, material, əmək və maliyyə resursları.

«Resurs» termini ilə «potensial» termini arasındakı prinsipial fərq ondan ibarətdir ki, resurslar iqtisadi fəaliyyət subyektlərindən asılı olmayaraq mövcuddur, müəssisənin, cəmiyyətin potensialı isə bütövlükdə fəaliyyət subyektlərindən ayrılmazdır. Daha doğrusu “potensial”a maddi və qeyr-maddi vəsaitlərdən başqa, mövcud vəsaitlər və ya resurslardan səmərəli istifadə etmək məqsədilə cəmiyyətin, müəssisənin, kollektivin, işçinin qabiliyyəti də daxildir.

“Potensial” və “resurs” terminlərilə yanaşı iqtisadi ədəbiyyatda “resurs potensialı” anlayışından da istifadə olunur. Qeyd etmək lazımdır ki, “resurs potensialı” kateqoriyasına baxılmasının vacibliyi onunla şərtlənir ki, perspektiv dövrdə qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi əhəmiyyətli dərəcədə hazırkı mövcud resursların həcmi ilə deyil, resurs potensialı ilə mümkündür. Resurs potensialının tərkibinə yalnız baxılan dövrdə istehlaka ayrılmış resurslar deyil, onların sığorta və digər ehtiyatları da daxildir. Deməli, resurs potensialı istehsal prosesində resursların istehlakının potensial imkanlarını müəyyən edir. Rus iqtisadçısı R.M.Misko resurs potensialına ictimai tələbatın təmin olunması prosesində reallaşdırılmış və reallaşdırılmamış resursların istifadə olunması imkanlarının və resurs formasında onu təsvirini ifadə edən resursların həcminin məcmusu kimi nəzərdən keçirir (75, s. 48).

Nəhayət, resurs potensialına təkcə toplanmış resurslar deyil, həm də onların alternativ mənbələri, yəni əvvəllər mövcud olmayan (yaxud istifadə edilməyən), istifadə imkanları elmi cəhətdən əsaslandırılmış və baxılan dövrdə alınması nəzərdə tutulan yeni növ resurslar da daxil edilir.

“Potensial” termini cəmiyyətin istənilən sferasına aid olan bir termindir. İqtisadi sferada potensial iqtisadi, sosial-iqtisadi, əmək, istehsal, resurs, elmi-texniki, innovasiya və digər potensial növləri fərqləndirilir.

İqtisadi ədəbiyyatlarda “İstehsal potensialı”nın mahiyyəti və tərkibi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Belə ki, rus iqtisadçısı M.İ.Tertışnikinin fikrincə, “istehsal potensialı, müəssisənin istehsal resurslarının məcmusunu əks etdirir. O, iqtisadi potensialdan maliyyə resurslarının kəmiyyəti qədər azdır” və bunu aşağıdakı cədvəl formasında göstərir (103, s.76-77).

Cədvəl 1.1

İstehsal potensialının tərkibi



İstehsal potensialı

Maliyyə resursları



İstehsal əsas fondları

Kadr

Elmi-texniki potensial

Texnologiya

İnformasiya




İstehsal resursu

İqtisadi potensial

Göründüyü kimi, iqtisadi potensial özünün tərkibinə görə istehsal potensialına nisbətən daha genişdir. M.U.Slijis bu potensiallar arasındakı fərqi yalnız iyerarxik qaydada görür. O qeyd edir ki, “iqtisadi potensial istehsal potensialından onunla fərqlənir ki, birinci, bütövlükdə xalq təsərrüfatının imkanlarını, ikinci isə, yalnız maddi istehsal sahəsinin imkanlarını xarakterizə edir” (93, s.10).

P.A.İqnatovskiyə görə, iqtisadi potensial, “müasir maşın sistemləri və digər əmək vasitələrini, bütün elmi və istehsal arsenalını, xammal və enerjinın kəşf edilmiş və hasil olunan ehtiyatlarını, əmək vasitələrini, çox böyük istehsalat təcrübəsini” özündə əks etdirir (57, s.76). Bir qrup iqtisadçıların fikrincə, ölkənin, sahənin, istehsalın iqtisadi potensialı toplanmış resursların həcmi, maddi nemət və xidmət istehsalının həcminin mümkün imkanları ilə xarakterizə olunur. E.P.Qorbunov “iqtisadi potensial” anlayışının spesifik şərhini verir. O, insan və əmək potensialını, təbii resursların potensialını, istehsal və təkrar istehsal potensialını və əhalinin istehlak potensialını ora daxil edir (46).

İqtisadi potensialın tədqiqinə dair bu vaxta qədər çoxlu sayda elmi əsərlər nəşr olunub. Bu nəşrlərin təhlili iqtisadi potensialın mahiyyətinin izahını, onu təşkil edən elementlərin “milli sərvət”, “iqtisadi inkişafın səviyyəsi” kimi kateqoriyalarla qarşılıqlı əlaqəsinin müəyyən edilməsində əhəmiyyətli fərqləri aşkara çıxarır. Ümumilikdə, iqtisadi potensialın mahiyyətinin izahına dair dörd yanaşmanı bir-birindən fərqləndirmək olar. Bunlar aşağıdakı istiqamətlərdən ibarətdir:

1. İqtisadi potensial xalq təsərrüfat sahələrinin məcmu qabiliyyəti kimi. Belə ki, L.İ. Lopatnikovun redaktorluğu altında nəşr olunan iqtisadi-riyazi lüğətdə iqtisadi potensial – məhsul istehsal edən, iqtisadi və sosial inkişafın digər məsələlərini həll edən iqtisadi sistemin ümumiləşdirilmiş qabiliyyəti olduğu qeyd olunur (69, s.67). Bu qabiliyyət istehsalın vəziyyəti, ölçüsü və dinamikliyi, onun infrastrukturu, ehtiyatların mövcudluğu, təbii resusrların və milli sərvətin digər elementlərinin həcmi, kadrların mədəni-texniki və səfərbərlik səviyyələri ilə müəyyən edilir. V.N. Mosin D.M.Kruk və B.M.Moçalov öz elmi araşdırmalarında bu tərifə istinad edirlər (81, s.123). Verilmiş tərifdə yalnız iqtisadi potensialın aspektlərindən biri – istehsal funksiyasını yerinə yetirən təsərrüfat mexanizminin qabiliyyəti əks olunur. Aydındır ki, bu çox vacib olsada, lakin iqtisadi potensialın yeganə xarakteristikası deyildir.

2. İqtisadi potensial mövcud resusrların məcmusu kimi. Bu yanaşmaya B.Plışevskinin, A.Todoseyçukun, Y.Leçkinin və A.Tsıqankovun əsərlərində rast gəlinir (82, 104, 70, 116). Fikrimizcə, əgər “iqtisadi potensial” anlayışının mənası açıqlanarkən yalnız resurs aspekti əsas götürülərsə, yəni bu anlayışın yalnız bir xarakterik xüsusiyyəti nəzərə alınırsa, onda nəticədə milli sərvət, resurslar, maddi-texniki baza kimi digər iqtisadi kateqoriyalar arasında əhəmiyyətli fərqlər itir.

3. “İqtisadi potensial”, “iqtisadi güc” və “xalq təsərrüfatı potensialı” terminlərinin eyniləşdirilməsi kimi. E.Qоrbunovun fikirlərinə görə “iqtisadi güc”, “iqtisadi potensial”, “xalq təsərrüfatı potensialı” terminləri sinonimdirlər (46). B.M.Moçalov hesab edir ki, iqtisadi güc göstəricilərini iqtisadi potensialdan ayırmaq lazımdır. Onun fikirincə, perspektivdə ölkənin, sahənin, müəssisənin iqtisadi potensialı mövcud resurslardan optimal istifadə nəticəsində əldə olunan maddi nemət və xidmətlərin maksimum mümkün həcmi və toplanmış resursların həcmi ilə xarakterizə edilir.

4. İqtisadi potensial təsərrüfat subyektləri arasındakı iqtisadi və istehsal münasibətlərin nəticəsi kimi. L.İ.Samoukin hesab edir ki, “iqtisadi potensialı hər ictimai-iqtisadi formasiyaya məxsus ayrı-ayrı işçilərin, əmək kollektivləri ilə müəssisənin, təşkilatın, ümumilikdə iqtisadiyyat sahələrinin idarəetmə apparatı arasında onların maddi nemətlər və xidmətlər yaratmaq imkanlarından tam istifadə edilməsi üzrə yaranan istehsal münasibətləri ilə əlaqədə baxmaq lazımdır” (90, s. 5). Bu tərifdə, fikrimizcə, istehsal potensialının çox vacib keyfiyyətləri vurğulanıb. Bununla belə, iqtisadi potensialı eyni dərəcədə məhsuldar qüvvələrin inkişaf səviyyəsindən də asılıdır. O.V. Kozlovun redaktorluğu ilə nəşr edilmiş lüğətdə iqtisadi potensial, məhsuldar qüvvələrin və istehsal münasibətlərin inkişaf səviyyəsindən, istehsal və əmək resurslarının mövcüdluğundan, təsərrüfat mexanizminin səmərəliliyindən asılı olan ölkənin iqtisadi imkanı kimi müəyyən edilir. Lakin bu tərifdə qeyd edilmir ki, konkret olaraq hansı iqtisadi imkanlardan söhbət gedir.

Beləliklə, bir çox tədqiqatçıların fikrincə, iqtisadi potensial məhsuldar qüvvələrinin inkişafını xarakterizə edən ümumiləşdirici göstəricidir. İqtisadi potensialın həcmi məhsuldar qüvvələrinin struktur kombinasiyası, mükəmməllik dərəcəsi və ölçüsü ilə müəyyən edilir; iqtisadi potensial maddi istehsal dairəsinin istehsal potensialını, elmin və texnikanın inkişafını surətləndirən elmi-texniki potensialı, qeyri-istehsal dairəsinin potensialı və infrastruktur potensialını özünə daxil edir.

Qeyd etdiyimiz kimi, iqtisadi potensialın tərkib hissəsi olan istehsal potensialının mahiyyəti haqqında da müxtəlif yanaşmalar mövcuddur. Belə yanaşmalardan biri “resurslara” əsaslanan yanaşmadır. Bu yanaşma iqtisadçı alimlər arasında daha çox geniş yayılmışdır. Bu yanaşmaya əsaslanaraq A.İ.Ançişkin “istehsal potensialı” dedikdə, “istehsal prosesində istehsal amilləri forması alan resursların məcmusu”nu nəzərdə tuturdu (35, s. 14). Onuda qeyd etmək lazımdır ki, “Resurslara” əsaslanan yanaşmanın tərafdarları iki movqedən çıxış edirlər. Birincilər, istehsal potensialını istehsal resurslarının qarşılıqlı əlaqəsini və istehsal prosesində rolunu nəzərə almadan onların məcmusu kimi qəbul edirlər.

Belə ki, L.İ.Abalkin hesab edir ki, istehsal potensialı resursların ümumiləşdirilmiş, toplanılmış xassələridir (30, s. 214). İ.İ.Lukinov və digərləri isə istehsal potensialını bu və ya digər təsərrüfat sisteminin malik olduğu resursların kəmiyyət və keyfiyyəti kimi izah edirlər. D.A.Çernikovun fikrincə, istehsal potensialı istehsal prosesində yığılan və real qarşılıqlı əlaqələri qeyd olunmayan resursların məcmusu ilə xarakterizə olunur (120, s. 89).

İkinci mövqenin xüsusiyyəti ondan ibarətdir ki, istehsal potensialı müəyyən miqdarda maddi nemət istehsal edə bilən resursların məcmusu kimi şərh edilir. Məsələn, E.B.Fiqurnov hesab edir ki, istehsal potensialı hər bir an maddi istehsal üzrə cəmiyyətin maksimum inkişafını müəyyən edən istehsal resurslarını, onların kəmiyyət və keyfiyyət parametrlərini xarakterizə edir (107, s.38). Analoji mövqedən çıxış edən V.İ.Svobodin “istehsal potensialına müəyyən həcmdə məhsul istehsal etmək qabiliyyətinə malik birgə fəaliyyətdə olan resursların məcmusu” kimi səciyyələndirir (92, s.6). D.K.Şevçenkonun fikrincə, istehsal potensialı “istehsalın maddi nemət və xidmətlər sahəsində müəyyən potensial imkanlara malik olan, istehsal prosesində birləşən istehsal resurslarının məcmusudur” (123, s.17).

Belə hallarda istehsal potensialının bütün elementləri müəssisənin qarşısında duran bir ümumi məqsədə qulluq edir. Məhz ona görə ki, hər bir elementin funksiyaları bütovlükdə elementlərin məcmusuna verilmiş tələblərlə müəyyən edilir və onun nizama salınmasını xarakterizə edir.

İstehsal potensalı haqqında deyilən fikirləri ümumiləşdirmək yolu ilə onu bir sıra əlamətlərinə görə verilmiş cədvəldəki kimi təsnifləşdirirlər (119, s.50).

Cədvəl 1.2



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə