Iyun 2017-ci IL, cümə axşamı Sumqayıt Dövlət Universiteti Birinci tədris korpusunun üzlük tavalarının yenilənməsi işlərinin satınalınması üçün



Yüklə 82,87 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü82,87 Kb.
#10024
növüYazı


11

1 iyun 2017-ci il, cümə axşamı

Sumqayıt Dövlət Universiteti  

Birinci tədris korpusunun üzlük tavalarının 

yenilənməsi işlərinin satınalınması üçün

AÇIQ  TENDER  ELAN  EDIR

Tender 1 lot üzrə keçiriləcəkdir:

Tender iştirakçılarına təklif edilir ki, öz ten-

der təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat 

zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı 

meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, 

yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə 

yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, 

analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Lot-1. Sumqayıt Dövlət Universitetinin 

birinci tədris korpusunun üzlük tavalarının 

yenilənməsi işlərinin satınalınması.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 

800 (səkkiz yüz) manat məbləğdə iştirak haqqı-

nı aşağıda göstərilən hesaba köçürdükdən sonra 

Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər 

toplusunu Sumqayıt şəhəri, 43-cü məhəllədən 

(əlaqələndirici şəxs-Rövşən Rüstəmov tel: 

(+99412) 448 44 56) ala bilərlər.



Təşkilat: Sumqayıt Dövlət Universiteti

Bankın adı: “Kapital Bank” ASC-nin 

Sumqayıt filiali

Kod:   200253

VÖEN: 9900003611

M/ h:  AZ-

37NABZ01350100000000001944

BİK:   AIIBAZ2X

H/h:    AZ35AIIB38060019440146617125

VÖEN: 2900367701

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşa-

ğıdakı sənədləri (rəsmi blanklarda və möhürlə 

təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

-tenderdə iştirak üçün yazılı müraciət;

-iştirak haqqının ödənilməsi barədə bank 

sənədi;

-tender təklifi (zərflər açıldığı gündən 

ən azı 30 bank günü müddətində qüvvədə 

olmalıdır);

-tender təklifinin 1-ci əlavəsi kimi tender 

təklifi qiymətinin 1 %-i həcmində təklifin 

təminatı-bank zəmanəti (zərflər açıldığı 

gündən sonra ən azı 60 bank günü müddətində 

qüvvədə olmalıdır);

-iddiaçılar haqqında tələb olunan 

sənədlər:

-iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 

rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və 

digər icbari ödənişlərə dair yerinə yetirilməsi 

vaxtı keçmiş öhdəliklərin olub-olmaması haq-

qında müvafiq vergi orqanlarından arayış;

- sənədlər təqdim olunan vaxtda DSMF-yə 

verilmiş hesabatın surəti və DSMF-nin arayışı;

- son bir ildəki maliyyə vəziyyəti haqqında 

bank arayışı;

- analoji işlər üzrə təcrübəsi və potensial 

imkanı haqqında məlumat (geniş arayış).

İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd 

olunan sənədləri 27 iyun 2017-ci il saat 17.00-a 

qədər, tender təklifi və bank təminatını isə 

möhürlənmiş ikiqat zərflərdə 4 iyul 2017-ci il 

saat 17.00-а qədər yuxarıda göstərilən ünvana 

təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan 

zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 5 iyul 2017-ci il saat 

15.00-da Azərbaycan Respublikası Təhsil Na-

zirliyinin Sumqayıt Dövlət Universitetinin iclas 

zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri 

iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Beynəlxalq Bankı” ASC 

AÇIQ TENDER ELAN EDIR

Tender 1 lot üzrə keçirilir.

Lot - 1. Proqram modullarının və IBM 

DB məlumat bazalarının IBM AS/400 

platformasından Microsoft Windows Server 

platformasına miqrasiyası.

Tender iştirakçılarına təklif edilir ki, öz 

tender təkliflərini möhürlənmiş, imzalanmış 

şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim 

etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender 

iştirakçıları lazımi maliyyə və texniki im-

kanlara malik olmalıdırlar. 

İştirak haqqı–100 manatdır.



BANKIN ADI:   Azərbaycan 

Beynəlxalq Bankı 

VÖEN: 9900001881

KOD:   805250

SWIFT:  IBAZAZ2X

M/h: AZ-

03NABZ01350100000000002944

Hesab:   AZ12I-

BAZ34501019440000100100    AZN

Hesab:   AZ33I-

BAZ34511018400000100100    USD   

İştirak haqqı heç bir halda geri qayta-

rılmır.

İştirakçılar Azərbaycan dilində tərtib 



olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 

Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli 

ünvandan (əlaqələndirici şəxs: Emin İbra-

himov, telefon: 012 4930091, daxili 2700, 

2703) ala bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək 

sənədlər:

-tenderdə iştirak etmək üçün yazılı 

müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi 

barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı 

tarixdən sonra ən azı 30 bank günü 

qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 (bir) faizi 

həcmində bank təminatı (zərflərin açıl-

dığı tarixdən sonra ən azı 70 bank günü 

qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə 

və digər icbari ödənişlərə dair yerinə 

yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-

ması haqqında müvafiq vergi orqanından 

arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti 

haqqında vergi orqanları tərəfindən təsdiq 

olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə 

vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 

rekvizitləri;

-iddiaçıların müvafiq mallar üzrə 

mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə 

(əsli və surəti) tərtib olunmalıdır (xarici 

dildə olan tender təklifləri Azərbaycan dilinə  

tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları 

haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün 

yuxarıda göstərilən sənədləri (tender təklifi 

və bank təminatı istisna olmaqla) 12 iyul  

2017-ci il saat 17.00-a  qədər, tender təklifi 

və bank təminatını isə möhürlənmiş ikiqat 

zərflərdə 19 iyul 2017-ci il saat 17.00-a 

qədər Bakı şəhəri, Nəsimi rayonu, Ni-

zami küçəsi, 67 nömrəli ünvana təqdim 

etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş 

zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 20 iyul 2017-ci il 

saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, 

Nizami küçəsi, 67 nömrəli ünvanda açıla-

caqdır.


İddiaçıların səlahiyyətli nümayəndələri 

iştirak edə bilərlər.



Tender komissiyası

B İ L D İ R İ Ş

“Sumqayıt Kimya  Sənaye Parkı” MMC

 

elektron sənəd mübadiləsi sisteminin “SSL” sertifikatının 



1 il müddətinə uzadılması ilə əlaqədar keçirilmiş kotirovka 

sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri 

qiymətləndirilmişdir.

Kotirovka sorğusunun nəticələri haqqında tender komis-

siyasının qərarına əsasən, “Caspel” MMC qalib elan edilmiş 

və MMC ilə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

B İ L D İ R İ Ş

Azərbaycan Dillər Universitetində 

27 aprel 2017-ci  il tarixdə cari təmirin satınalınması üçün keçi-

rilmiş satınalma prosedurunda iş həcmləri üzrə layihə-smeta sənədləri 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət 

Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən tərtib olunub 

təsdiq edilmədiyindən həmin tenderin nəticələri tender komissiya-

sı tərəfindən ləğv edilmişdir.İş həcmləri qaydalara müvafiq olaraq 

qiymətləndiriləndən sonra açıq tenderin keçirilməsi haqqında yenidən 

elan veriləcəkdir.

Tender  komissiyası

B İ L D İ R İ Ş

“Xalq qəzeti”nin 3 və 

17 mart 2017-ci il tarixli 

nömrələrində Azərbaycan 

Respublikasının Preziden-

ti yanında Qeyri-Hökumət 

Təşkilatlarına Dövlət Dəstəyi 

Şurası tərəfindən Lot-1 

Şuranın fəaliyyətinin həyata 

keçirilməsi ilə bağlı müvafiq 

istiqamətlər üzrə təlimlərin və 

tədbirlərin təşkilinin satına-

lınması üçün dərc edilmiş 

tenderdə hüquqi şəxs “Biz-

nes Company” MMC qalib 

elan olunmuş və satınalma 

müqaviləsi bağlanılmışdır. 

Azərbaycan Respublikası  Səhiyyə  Nazirliyinin Məhkəmə-Tibbi  

Ekspertiza  və  Patoloji Anatomiya  Elmi-Təcrübi  və  Tədris  Birliyi  

2017-ci il  üçün  müxtəlif  sərfiyyat   materiallarının satınalınması   məqsədilə  

AÇIQ  TENDER  ELAN  EDIR

Lot-1. Birliyə  lazım  olan   müxtəlif  sərfiyyat  materiallarının  

satınalınması.

İştirakçılar “Dövlət  satınalmaları haqqında” Azərbaycan  Respub-

likası Qanununa  uyğun olaraq  öz  tender  təkliflərini  möhürlənmiş 

, imzalanmış zərflərdə bağlı şəkildə  təqdim etməlidirlər.Təkliflərin  

qiymətləndirilməsində  aşağıdakı meyarlara  üstünlük  veriləcəkdir

-yerli istehsal , aşağı qiymət , yüksək  keyfiyyət , analoji  işlərdə  

təcrübə  və  maliyyə  vəziyyəti.

Müqaviləni  yerinə  yetirmək  üçün  tender  iştirakçıları  lazı-

mi  texniki  və  maliyyə  imkanlarına malik olmalıdırlar. Tenderdə  

iştirak  etmək  istəyənlər 70 (yetmiş) manat  məbləğdə  iştirak  haqqını  

ödəməklə  Azərbaycan  dilində  tərtib  olunmuş  əsas  şərtlər  toplusunu  

Bakı  şəhəri ,  M. Mirqasımov  küçəsi, 1 nömrəli  ünvandan əldə  edə  

bilərlər.                                    

Əlaqə  telefonu- (012) 594-78-11. 

Tenderdə iştirak  haqqı bu hesaba  ödənilməlidir.

Hesab: AZ59CTRE00000000000002128209

 Fond:   7 

 Maddə 142340

VÖEN: 1400607821 

Bank: Dövlət Xəzinədarlıq Agentliyi 

Kod: 210005

VÖEN: 1401555071

M/H:  AZ41NABZ0136010000000003944

S.W.İ.F.T: 

CTREAZ22

İştirak  haqqı  heç  bir  halda  geri  qaytarılmır.

İddiaçılar  tenderdə  iştirak  etmək  üçün  aşağıdakı  sənədləri  

təqdim etməlidirlər



-tenderdə  iştirak  üçün  yazılı  müraciət;

-tenderdə  iştirak  haqqının ödənilməsi  barədə  bank  sənədi;

-tender  təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank  

günü  qüvvədə  olmalıdır);

-tender  təklifi  dəyərinin 1 faizi  həcmində bank  təminatı 

(zərflərin açıldığı  tarixdən sonra ən azı  60 bank  günü  qüvvədə  

olmalıdır);

-Azərbaycan  Respublikasında vergilərə və digər  icbari  

ödənişlərə   dair  yerinə  yetirilməsi  vaxtı  keçmiş  öhdəliklərin olma-

ması  barədə  müvafiq  orqanlardan  arayış;

-iddiaçının  tam  adı , hüquqi  statusu , nizamnaməsi , qeydiyyat-

dan keçdiyi ölkə və  bank  rekvizitləri; 

Sənədlər Azərbaycan  dilində 2 nüsxədə (əsli və  surəti) təqdim 

olunmalıdır.

İddiaçılar tenderdə  iştirak  etmək  üçün  yuxarıda  göstərilən 

sənədləri (tender təklifi və bank  təminatı istisna olmaqla) 14  iyul 

2017-ci il  saat 11.00-a kimi,  tender təklifi və  bank  zəmanətini  isə 

20 iyul   2017-ci il  saat 17.00 –a qədər  Bakı şəhəri ,  M. Mirqasımov 

küçəsi, 1 nömrəli ünvanda birliyin dəftərxanasına  təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan  zərflər  açılmadan geri 

qaytarılacaqdır. İddiaçıların təklifləri 21  iyu1  2017-ci il  saat 10.00-da  

yuxarıda  göstərilən ünvanda açılacaqdır. 

İddiaçıların səlahiyyətli  nümayəndələri  iştirak  edə  bilərlər. 



Tender komissiyası

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Daxili Qoşunların Baş İdarəsi

2017-ci ildə qazanxana avadanlıqlarının, elektrik generatorlarının, 

 su nasoslarının və elektrik tənzimləyicilərinin təmirinin, yağ və filtirlərin  

dəyişdirilməsinin və texniki qulluqların göstərilməsinin satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDIR

Tender iştirakçılarına təklif edilir ki, öz tender 

təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 

yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların 

(işlərin və ya xidmətlərin) keyfiyyətinə və ən aşağı 

qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar 

əsasında ən sərfəli sayılan tender təklifinə üstünlük 

veriləcəkdir.

 Müqaviləni yerinə yetirmək üçün tender işti-

rakçıları lazımi maliyyə və texniki imkanlara malik 

olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 250 manat 

iştirak haqqını 5 iyul 2017-ci il tarixədək Daxili 

Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən 

sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər 

toplusunu ala bilərlər:

B1. Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi 

Kod: 210005 

VÖEN: 1401555071 

M/h: AZ41NABZ01360100000000003944 

SWIFT BIK CTREAZ22.

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h № AZ44CTRE00000000000002458570 

VÖEN 1500426471

D3. Büdcə təsnifatının kodu 142340 

D4. Büdcə səviyyəsinin kodu 7

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı 

sənədləri təqdim etməlidirlər: 



- tenderdə iştirak etmək üçün ərizə (ərizədə 

müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indek-

si, telefon nömrələri, rəhbərinin adı, soyadı 

göstərilməklə, möhürlənmiş və imzalanmış 

olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank 

sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildi-

yi tarixdən sonra ən azı 30 bank günü qüvvədə 

olmalıdır);

- tender təklifi qiymətinin 3 faizi həcmində 

bank təminatı (tender proseduru keçirildiyi 

tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) 

tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank  

təminatını tender zərfində təqdim etməyən iddia-

çının tender təklifi etibarsız sayılır və tenderdən 

kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və 

digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı 

keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq 

orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az 

müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət 

müddətində) maliyyə vəziyyəti haqqında bank 

arayışı; 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında 

vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə 

hesabatlarının surəti ;

- iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 

rekvizitləri (2017-ci ildə notariusdan təsdiq edilmiş 

surəti).

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin 

notarial qaydada 2017-ci ildə təsdiq olunmuş 

surəti; 

- son iki ildə malların (işlərin və ya 

xidmətlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-

texniki və kadr potensialı barədə ətraflı məlumat 

(analoji işlərdə təcrübəsi, iddiaçının potensial tex-

niki və kadr imkanları haqqında rəsmi məlumat); 

- öz əmlakından sərbəst və məhdudiyyətsiz 

istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar (işlər və ya xidmətlər) 

üzrə mənşə və uyğunluq sertifikatları (işlərin 

görülməsinə və ya xidmətlərin göstərilməsinə 

müvafiq icazələrin olması barədə sənəd);

Tender iştirakçılarından tələb olunan sənədlər 

10 iyul 2017-ci il  saat 12.00-a qədər bir nüsxədə, 

tender təklifi isə 18 iyul 2017-ci il 12.00-a qədər 

ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə 

iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş 

İdarəsinin beşinci mərtəbəsində yerləşən tender ko-

missiyasının otağında əlaqələndirici şəxslərə təqdim 

edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş 

tender təklifləri və sənədlər qəbul olunmayacaqdır. 

Sənədlərin qəbulu vaxtı hər gün saat 16.00-dan 

18.00-a qədərdir.

Tender zərflərinin açılışı proseduru 19 iyul 

2017-ci il  saat 16.00-da Daxili Qoşunların Baş 

İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) 

keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri 

də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan 

ala bilərlər:

Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi 4.

Telefon: 569-95-10.

Əlaqələndirici: E.Əliyev.



Tender komissiyası

 

ˆ

Mayın 30-da Azərbaycanımızın qədim 



paytaxtı Şamaxı şəhərində XX əsr milli ədəbiyyatımızın 

parlaq siması, dahi şairimiz Mirzə Ələkbər Sabirin 

xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı 

Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri 

Əjdər Ol, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair 

Əhməd Qəşəmoğlu, Azərbaycan Yazıçılar Birliyinin 

katibi Rəşad Məcid, Əməkdar artist Ağalar Bayramov 

və respublikanın digər tanınmış şair və yazıçıları, 

həmçinin Iranın Azərbaycan vilayətindən gəlmiş  

qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə 

ulu öndər Heydər Əliyevin Şama-

xıdakı abidəsini ziyarət edərək,  

önünə tər çiçəklər düzmüşlər. 

Daha sonra M.Ə.Sabirin və 

S.Ə.Şirvaninin qəbirüstü abidələri 

ziyarət edildikdən sonra tədbir 

Şamaxı Mədəniyyət Mərkəzində 

davam etdirilib.

Tədbiri giriş sözü ilə açan 

şair Əjdər Ol  “Sabir poezi-

ya günləri”nin, əslində, bütün 

ədəbiyyatsevərlər üçün bir bay-

ram olduğunu bildirib və bu bay-

ramın tarixindən, əhəmiyyətindən 

geniş söhbət açıb. Sonra  AYB-

nin sədri, Xalq yazıçısı Anar 

dahi şairin həyat və fəaliyyəti 

barədə danışaraq, 1961-ci ildən 

etibarən hər il şairin doğum 

günündə keçirilən “Sabir poeziya 

günləri”nin əhəmiyyətini qeyd 

edib, Azərbaycan ədəbiyyatının 

əvəzolunmaz nümayəndəsi 

Mirzə Ələkbər Sabirə xalq 

məhəbbətindən söz açıb. O, da-

marlarında azərbaycanlı qanı axan 

hər bir vətəndaşımız üçün Sabirin 

əbədi qürur mənbəyi olduğunu 

vurğulayıb.

Tədbirdə Şamaxı Rayon İcra 

Hakimiyyətinin başçısı Asif Ağa-

yev, Əhməd Qəşəmoğlu, Rəşad 

Məcid, Cənubi Azərbaycandan 

olan şair Sayman Aruz və digər 

şair və yazıçılar çıxış edərək, 

dahi şairin keçdiyi çətin həyat 

yolundan, onun yaradıcılığının 

bənzərsizliyindən danışıblar. On-

lar şairin ömür yolunun müxtəlif 

məqamlarına toxunaraq Sabir 

satiralarını müsəlman Şərqində 

bir intibah, oyanışa təkan verən 

amil kimi qiymətləndiriblər. 

Çıxış edənlər, həmçinin Sabir 

poeziyasının ölməzliyini, hələ də 

öz qüdrətini saxladığını vurgula-

yıblar. 

Tədbirdə dahi şairin nəvəsi, 

Mirzə Ələkbər Sabir Fondunun 

rəhbəri Sevda Tahirli, qiraət us-

tası, Əməkdar artist Ağalar Bayra-

mov şairin şeirlərini səsləndirib, 

aşıq Məharət Habiloğlunun  

ifasında aşıq mahnıları, xanəndə 

Habil Şıxəliyevin ifasında muğam 

və xalq mahnıları səsləndirilib.



Anar TURAN, 

“Xalq qəzeti” 

Şamaxıda “Sabir 

poeziya günləri” 

Yardımlıda yeni tibb 

məntəqəsi istifadəyə verilib

 

ˆ

Dünya Bankının maliyyələşdirdiyi 



Ikinci Azərbaycan Kənd Investisiya Layihəsi 

çərçivəsində Yardımlı rayonunun Honuba-

Şıxlar kəndində tibb məntəqəsi üçün tikilmiş 

yeni binanın açılışı olub.

Açılış mərasimində idarə, müəssisə və təşkilat rəhbərləri, 

tibb işçiləri və kənd sakinləri iştirak ediblər.Tədbirdə çıxış edən 

rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov  bildirib ki, 

Yardımlının ən ucqar kəndlərində belə sosial problemlərin həlli 

istiqamətində böyük işlər görülür. Mühüm layihələr əsasında 

səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, 

əhalinin sağlamlığının qorunmasına etibarlı zəmin yaradılır. 

Rayonda və kənd yaşayış məntəqələrində gedən tikinti-abad-

lıq işlərinin geniş vüsət alması ölkədə aparılan sosialyönümlü 

siyasətin tərkib hissəsidir.    

Digər natiqlər kəndlərdə əhalinin sağlamlığına göstərilən 

diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə 

minnətdarlıqlarını bildiriblər. Rəmzi lent kəsildikdən sonra 

tədbir iştirakçıları yeni tibb məntəqəsində yaradılmış şəraitlə 

tanış olublar.



Əli NƏCƏFXANLI, 

  “Xalq qəzeti”nin  

bölgə müxbiri

Nəsimili uşaqların bayram şənlikləri

 

ˆ

Paytaxtın Nəsimi 



rayonunun uşaq tərbiyə 

müəssisələrində və  orta 

məktəblərdə də 1 Iyun  

Uşaqların Beynəlxalq 

Müdafiəsi Günü münasibəti 

ilə rəngarəng bayram 

tədbirləri keçirilmişdir. 

Ölkəmizdə gələcəyimiz 

olan uşaqların asudə vaxtları-

nın səmərəli və maraqlı təşkil 

olunması,  sağlam böyüməsi, 

onların təhsili və hüquqlarının 

qorunması  istiqamətində dövlət 

siyasəti səviyyəsində aparılan 

işlər həmişə Nəsimi RİH-in də 

diqqət mərkəzində olmuşdur.

1 İyun Uşaqların 

Beynəlxalq Müdafiəsi 

Günü  münasibəti ilə RİH-in 

təşkilatçılığı ilə rayon ərazisində 

yerləşən “KOALA”  istirahət 

və əyləncə mərkəzində  uşaqlar 

üçün geniş bayram şənliyi ke-

çirilmişdir. Mərasimdə Nəsimi 

rayonu ərazisində yerləşən Bakı 

Baş Səhiyyə İdarəsi 1 saylı 

körpələr uşaq evində tərbiyə 

alan valideyn himayəsindən 

məhrum olmuş  və  aztəminatlı 

ailələrdən olan uşaqlara  nahar 

süfrəsi açılmış və hədiyyələr 

verilmişdir. Gün ərzində 

uşaqlar parkdakı müxtəlif oyun 

elementlərində əylənmişlər.

11 və 268 nömrəli xüsusi 

məktəblərdə və Bakı Autizm 

İdman və Yaşam Klubunda 

təhsil alan fiziki cəhətdən qü-

surlu 200 nəfərdən çox uşağın  

iştirakı ilə keçirilən şənlikdə  

iştirak edən Nəsimi Rayon İcra 

Hakimiyyətinin başçısı Asif 

Əsgərov   məktəbliləri   uşaqların 

beynəlxalq bayramı münasibətilə 

təbrik etmiş, onlara firavan 

həyat, təhsildə uğurlar arzula-

mışdır. Ölkəmizdə beynəlxalq 

sivil normalar əsasında həyata 

keçirilən dövlət uşaq siyasətinin 

humanist mahiyyətindən və 

məqsədyönlülüyündən söhbət 

açan rayon rəhbəri qeyd etmişdir 

ki, demokratik dövlətlərdə oldu-

ğu kimi, Azərbaycanda da insan 

haqlarının qorunmasına xüsusi 

önəm verilir. Bu yanaşmanın 

əsasını yeni nəsillərin sağlam, 

bilikli və tərbiyəli böyüməsinə 

həmişə xüsusi həssaslıqla yanaş-

mış  ümummillli lider Heydər 

Əliyev qoymuşdur.

 Bildirilmişdir ki, ulu 

öndərin yaratdığı ənənələr bu 

gün də uğurla davam etdiri-

lir. Prezident İlham Əliyevin 

uşaq hüquqlarının müdafiəsi 

sahəsində atdığı addımlar, Bi-

rinci vitse-prezident  Mehriban 

xanım Əliyevanın bu yöndə 

gördüyü işlər ölkə uşaqlarına 

göstərilən hərtərəfli diqqət və 

qayğının davamlığını təmin edir. 

Dövlət başçısının  sərəncamı ilə 

2009-cu ilin ölkəmizdə “Uşaq 

ili” elan edilməsi yeni nəslə 

sonsuz qayğının unudulmaz 

nümunəsi kimi tarixə düşmüş-

dür. Azərbaycanda istedadlı 

uşaqların üzə çıxarılması,  

istiqamətində mühüm layihələr 

bu gün də uğurla davam etdiri-

lir. Heydər  Əliyev Fondunun 

bu yöndə fəaliyyəti  uşaqlara 

yüksək qayğı  nümunəsidir. 

111 saylı tam orta məktəbdə 

şagirdlərin  hazırladıqları 

şənlikdə iştirak edən Asif 

Əsgərov uşaqları əlamətdar 

bayram münasibətilə təbrik 

etmiş, ölkəmizdə uğurla 

gerçəkləşdirilən dövlət uşaq 

siyasətinin önəmli yönlərindən 

danışmış, yeni nəslə yurdsevər 

övladlar, ata-babaların layiqli 

davamçıları kimi böyüməyi 

arzulamışdır.

Bayram mərasimlərində  

incəsənət ustalarının çıxışla-

rı səslənmişdir. Uşaqlar rəqs 

etmiş, mahnı və şeirlər  ifa 

etmişlər. Onlara hədiyyələr 

təqdim edilmişdir.



T.AYDINOĞLU, 

“Xalq qəzeti”

Yüklə 82,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə