Iyun-insan hüquqları günüdür



Yüklə 268,19 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü268,19 Kb.
#73667


18

  iyun-insan 

hüquqları  günüdür

insan  hüquqlarının  qorunması  demokratik 

inkişafın  ayrılmaz  hissosidir

Faiq  QURBANOV,

Ədliyyd Nazirliyi İnsan  hüquqları 

və  ictimaiyyətlə əlaqələr idarəsinin  rəisi 

III dərəcəli dövlət ədliyyə müşaviri

M

üasir və  qloballaşan  dünyada  ən  aktu­

al  və  əhəmiyyətli  məsələlərdən  biri 

insan  hüquq  və  azadlıqlarının  təmin 

olunmasıdır.  İnsan  hüquqları  bütün  insanların 

malik  olduğu  hüquqlardır.  Bu  hüquqlar  insan 

anadan  olan  andan yaranır. Yaşamaq,  azadlıq, təh­

lükəsizlik,  mülkiyyət,  şəxsiyyətin  ləyaqəti,  şəxsi 

və  ailə  sirrini  saxlamaq  hüquqları  insanın  ayrıl­

maz və toxunulmaz hüquqlarıdır. İnsan hüquqları 

ideyasının  tarixi  kökü  çox  qədimdir.  Bəşəriyyət 

yaranandan  dünyanın  ən  ağıllı  varlığı  olan  insan 

hər  zaman  öz  hüquqları  və  azadlıqları  uğrunda 

fədakarlıqla  mübarizə  aparmışdır.  Bu  mübarizə 

ən qəddar rejimlərdə də, ən liberal cəmiyyətlərdə 

də həmişə  aktual  olmuşdur.

İnsan  hüquqlarının  rüşeymiəri  hələ  o  zamanlar 

Afinada və  Romada  meydana  gəlməyə  başlamış,  ilk 

demokratlardan  olmuş  afmah  Periklin  xalqın  xeyri­

nə  həyata  keçirdiyi  islahatlar və  ya  Qədim  Romada 

plebeylərlə  patrisilər  arasında  gedən  mübarizə 

məhz  insan  hüquqlarının  təmin  olunması m əqsədi­

ni  daşıyırdı.

Cəmiyyət  inkişaf  etdikcə  insanlar  öz  hüquqları 

uğrunda  daha  m ütəşəkkil  mübarizə  aparmağa 

başlamışlar.  1215-ci ildə  İngiltərədə  dünya tarixində 

insan  hüquqlarına  dair  ilk  sənəd  olan  "Böyük 

Azadlıqlar  Xartiyası"nm  (Maqna  Carta),  1689-cu  il­

də  isə  "Hüquqlar  haqqında  Bill"in  qəbul  olunması 

ilə  bəşəriyyət  bu  sahədə  nailiyyətə  imza  atmışdır.

Lakin  insan  hüquqları  ilk  dəfə  XVIII  əsrdə  öz 

elmi  izahını  tapmış,  bu  dövrün böyük mütəfəkkirlə­

ri Monteskyö, Russo, Hobbs, Lokk və digərləri insan­

ların  ayrılmaz,  təbii  hüquqlarının  olduğunu  göstər­

mişlər.  Məsələn,  insan  haqları  ideyasının  inkişafına 

əhəmiyyətli  töhfə  vermiş  görkəmli  ingilis  filosofu 

C.Lokk  insanların  hüquq və  azadlıqlarının  müdafiə­

sini  dövlətin  ən  ümdə  vəzifəsi  olduğunu  və  insan­

ların  da  dövləti  bu  məqsədlə  yaratdıqlarını 

əsaslandırır, hakimiyyət bölgüsünün aparılması prin­

sipini  önə  çəkərək  hakimiyyət  qollarının  bir-birinə 

nəzarət etməsini və bir-birini  qeyri-qanuni hərəkət­

lərdən  çəkindirməsini  vacib  sayırdı.  "Azadlıqlar 

qanunlarla  icazə  verilən  hər  bir  şeyi  etmək 

hüququndan  ibarətdir"  fikrini  irəli  sürən  məşhur 

fransız  mütəfəkkiri  Ş.L.Monteskyö  C.Lokkdan  fərqli 

olaraq  insanların  hüquq  və  azadlıqlarının  təmin 

olunması  üçün  hakimiyyətin  qanunvericilik,  icra  və 

məhkəmə  hakimiyyəti  olaraq,  üç qola bölünməsi və 

bir-birindən  müstəqil  şəkildə  fəaliyyət  göstərməsi­

nin  zəruriliyini vurğulamışdır.

İnsan  hüquqları  özünün  tarixi  inkişaf prosesinin 

kulminasiyasına  1776-cı  ildə  Amerika  Birləşmiş 

Ştatlarında  "İstiqlaliyyət  Bəyannaməsi'nin,  1789-cu 

ildə  isə  Fransada  İnsan  və  vətəndaş  hüquqları 

Bəyannaməsi'nin  qəbul  edilməsi  ilə  çatmışdır.  İs­

tiqlaliyyət  Bəyannaməsində  insan  hüquqlarının 

müdafiəsi  dövlətin başlıca vəzifəsi kimi  təsbit olun­

muşdur.  Orada göstərilirdi ki, xalq yalnız o hakimiy­

yətə  tabedir ki,  həmin  hökumət xalqın  azad  inkişa­

fını  təmin  etməyə  səy  göstərir.  Digər  Bəyannamə­

nin  ən  mühüm  xüsusiyyəti  isə  onun  universal 

xarakter  daşımasıdır. Yəni  o,  yalnız  fransız  xalqının 

deyil,  bütün  bəşər  övladlarının  təbii  hüquqlarını 

bəyan  edirdi.

Sonrakı  dövrlərdə  dövlətlərarası  münasibətlərin 

inkişafı  beynəlxalq hüququn  rolunu  artırsa  da,  hələ 

də  biri  digərinə  güzəştə  getmək  istəməyən  dövlət­

lər tez-tez  müharibələr  edirdilər.  Həmin  müharibə­

lər nəticəsində kütləvi surətdə günahsız insanlar öl­

dürülür,  mülki  əhalidən  kölə  kimi  istifadə  edilir, 

hərbi  əsirlər  işgəncələrə  məruz  qalırdı.  XIX  əsrdə 

Avropa  və  Amerika  ölkələrində  artıq  köləlik  rəs- 

m ən qadağan edilmiş,  1899-cu il və  1907-ci il Haaqa 

konvensiyalarının  bağlanması  ilə  m üharibələrin 

aparılma  qaydaları xeyli  humanistləşdirilmişdir.

XIX  əsrin  ikinci  yarısından  Avropada  milli,  dini 

və ya irqi müstəsnalığa əsaslanan ideologiyalar yayıl­

mağa başlamışdır.  Bunun qarşısını  almaq  məqsədilə 

XX  əsrin  20-ci  illərində  Millətlər  Liqası  çərçivəsin­

də  milli,  etnik və  dini  azlıqların  hüquqlarını  müda­

fiə  etmək  vəzifəsini  müəyyən  edən  bir  sıra  anlaş­

malar  imzalanmışdır.  Lakin  bütün  bu  tədbirlər  o



QANUNÇULUQ

№  06  İYUN  2017


zaman  artıq  geniş  yayılmış  irqçi,  faşist  ideologiyası­

nın  dövlət  siyasətinə  çevrilməsinə  mane  ola  bilmə­

miş  və  nəticədə  İkinci  Dünya  müharibəsi 

başlanmışdı.

Məhz  İkinci  Dünya  müharibəsi  zamanı  törədil­

miş  vəhşiliklər  mütərəqqi  dövlətləri  ümumdünya 

ədalət  meyarını  müəyyən  etməyə  sövq  etmişdir. 

Hələ  1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təş­

kilatının  Nizamnaməsinin  müqəddiməsində  insan 

hüquqlarına,  insan  şəxsiyyətinin  ləyaqətinə,  kişi və 

qadının,  böyük və  kiçik  millətlərin  hüquq  bərabər­

liyinə inam  ifadə olunmuşdu.  1946-cı ildə çıxarılmış 

Nürnberq  tribunalının  qərarlarında  isə  müəyyən 

edilmişdi  ki,  insan  hüquqları  artıq  heç  bir  dövlətin 

müstəsna  daxili  məsələsi  deyil  və  heç  bir  dövlət 

suverenliyini bəhanə  gətirərək vətəndaşları  ilə  istə­

diyi  kimi  rəftar  edə  bilməz.  Lakin  bütün  bunlar  nə 

qədər  vacib  olsa  da,  kifayət  etmirdi.  İnsan 

hüquqlarının  ümumbəşəri  dəyərə  çevrilməsi  üçün 

vahid yazılı  sənədə  çox böyük ehtiyac var  idi.

İkinci  Dünya  müharibəsinin  törətdiyi  dəhşətli 

nəticələrə  cavab  olaraq  1948-ci  ilin  dekabr  ayının 

10-da  BMT-nin  Baş  Assambleyası  tərəfindən  qəbul 

olunmuş Ümumdünya insan hüquqları Bəyannamə­

si  insan  hüquqları  sahəsində  miqyasına  və  əhəmiy­

yətinə  görə  ilk sənəd  hesab  olunur.  Məhz  1948-ci  il 

Bəyannaməsi 

insanın 


beynəlxalq 

hüququn 


obyektindən  subyektinə  çevrilməsinə  ilk  işarə  idi. 

Bəyannamənin  məqsəd  və  məramları,  həmçinin 

"Mülki  və  Siyasi  hüquqlar  haqqında"  və  "İqtisadi, 

sosial  və  mədəni  hüquqlar  haqqında"  paktlarda, 

Avropa  Şurası  tərəfindən  qəbul  olunmuş  İnsan 

hüquqlarının və əsas  azadlıqların  müdafiəsi haqqın­

da  Konvensiyada  və  digər  beynəlxalq  sənədlərdə 

özünün  gələcək inkişafını  tapmışdır.

Ümumdünya  insan  hüquqları  Bəyannaməsi 

qəbul  ediləndə Azərbaycan,  o  zaman  müstəqil  döv­

lət  olmadığından,  ona  səs  verə  bilməmişdi.  Yalnız 

müstəqilliyini  bərpa  etdikdən  sonra  Azərbaycan 

Respublikası  insan  hüquqları  və  demokratiyaya 

sadiq  qalacağını  bəyan  etmiş,  bu  yolda  Azərbaycan 

dövləti  mürəkkəb  dövr  keçərək  bütün  sınaqlardan 

mətinliklə  çıxmış  və  demokratiyanın  dönməzliyini 

bir  daha  təsdiq  etmişdir.

1995-ci  ildə  ümummilli  lider  Heydər  Əliyevin 

müəllifi  olduğu  ümumxalq  səsverməsi  yolu  ilə 

qəbul  edilmiş  Azərbaycan  Respublikasının  ilk  milli 

Konstitusiyasında  dövlətimizin  ali  məqsədlərindən 

biri  kimi  məhz  insan  haqlarının  qorunması  təsbit 

edilmiş.  Konstitusiyanın  maddələrinin  üçdə  bir his­

səsi  insan  hüquq  və  azadlıqlarına  həsr  edilmiş  və 

Bəyannamənin  müddəalarını  özündə  əks  etdirmiş­

dir.  2002,  2009  və  2016-cı  illərdə  referendum  yolu



18

  iyun  -  insan 

hüquqiarı  günüdür

ilə  Əsas  Qanuna  bir  sıra  mühüm  əlavə  və  dəyişik­

liklərin  edilməsi  tam  mütərəqqi  xarakter  daşımaqla 

insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının,  və­

təndaşların layiqli həyat  səviyyəsinin  təmin  edilmə­

sinə,  insan  ləyaqətinin  qorunması  və  ona  hörmət 

edilməsinə,  hüquqlardan  sui-istifadənin  yolveril­

məzliyinə, hər kəsin hüquq və azadlıqlarının inziba­

ti  qaydada  və  məhkəm ədə  müdafiəsinə  təminat 

verilməsinə xidmət  etmişdir.

Qeyd olunmalıdır ki,  insan hüquqlarının  təmina­

tı  məsələsi  hər  bir  dövlətin  ən  ümdə  vəzifəsi 

olmaqla  onun  fəaliyyətinin  əsas  prioritetini  təşkil 

edir.  Bu  fəaliyyət  isə  özünü  insan  hüquqlarına  dair 

milli  qanunvericilik  bazasının  yaradılmasında,  bu 

sahədə beynəlxalq sənədlərin ratifikasiyası və orada 

nəzərdə  tutulan  beynəlxalq  hüquq  normalarının 

milli  hüquqi  implementasiyasmda,  bu  istiqamətdə 

fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlarla  sıx 

əməkdaşlığın qurulmasında və bu hüquqların təmin 

olunması  üzrə  işlək  institusional  mexanizmlərin  tə ­

sis  edilməsində  büruzə  verir.

İnsan hüquq və  azadlıqlarına verilən  böyük əhə­

miyyətin  təzahürü  olaraq  Ulu  Öndər  tərəfindən 

1998-ci  ildə  xüsusi  Fərmanın  və  onun  əsasında 

insan  hüquqlarının  müdafiəsi  sahəsində  mühüm 

fundamental  sənəd  olan  Dövlət  Proqramının  qəbul 

olunması  bu  sahədə  qanunvericilik  və  institusional 

islahatlara təkan  vermişdir.

Respublikada  hərtərəfli  köklü  islahatların  aparıl­

dığı bir dövrdə, ilk növbədə, mükəmməl qanunveri­

cilik  bazasının  formalaşdırılması  məqsədilə  qısa 

müddət  ərzində  ölkəmizin  bu  günü  və  gələcəyi 

naminə  son  dərəcə  vacib  və  əhəmiyyətli,  xüsusilə 

insan  hüquqlarının  etibarlı  təminatına  xidmət  edən 

tam yeni  qanunlar və  məcəllələr  qəbul  edilmişdir.

Qanunvericiliyin  təkmilləşdirilməsi  hər  zaman 

davam edən bir prosesdir və qəbul olunan yeni  nor­

mativ-hüquqi  aktlar,  o  cümlədən  "Gender  (kişi  və 

qadınların)  bərabərliyinin  təminatları  haqqında", 

"Məişət  zorakılığının  qarşısının  alınması  haqqında", 

"Uşaq  hüquqları  haqqında",  "Həbs  yerlərində 

saxlanılan  şəxslərin  hüquq  və  azadlıqlarının  təmin 

edilməsi  haqqında"  və  s.  yeni-yeni  qanunlar  məhz 

əhalinin  müxtəlif qruplarının  hüquq  və  azadlıqları­

nın  qorunmasına xidmət  edir.

Bu  prosesin  m əntiqi  davamı  olaraq  insan 

hüquqlarının  müdafiəsinə  dair  2006-cı  ildə  Milli 

Fəaliyyət  Planının  və  2011-ci  ildə  Milli  Fəaliyyət 

Proqramının  qəbul  olunması  ilə  ölkəmizdə  nor­

mativ-hüquqi  bazanın  möhkəmləndirilməsi,  insan 

hüquq  və  azadlıqlarının  təmini  mexanizmlərinin 

təkmilləşdirilməsi,  əhalinin  müxtəlif  qruplarının 

müdafiəsinin  gücləndirilməsi  və  s.  üzrə  məqsəd-




18

  iyun  -  insan 

hüquqiarı  günüdür

yönlü  tədbirlərin  davamlılığı  təmin  olunmuşdur.

Ötən dövrdə bu mühüm sənədlərin məqsədləri­

nə  uyğun  olaraq  demokratik,  hüquqi  dövlət  və  və­

təndaş  cəmiyyətinin  formalaşmasına,  insan  hüquq 

və  azadlıqlarının  səmərəli  müdafiəsinə  yönəlmiş 

tədbirlər  nəticəsində  bir  çox  nailiyyətlər  əldə  edil­

mişdir.  Ona  baxmayaraq  ki,  həmin  sənədlərdə  bir 

sıra tədbirlərin həyata keçirilməsi mütəmadi xarak­

ter  daşıyır,  müasir  çağırışlar,  cəmiyyətimizin  sürətli 

inkişafı,  yeni  ictimai  münasibətlərin,  innovativ  tə ­

şəbbüslərin  meydana  gəlməsi  bu  sahədə  yeni  pro­

qramın  qəbul  olunmasını  labüd  edir.

"Azərbaycan  2020:  gələcəyə  baxış"  İnkişaf 

Konsepsiyasının başlıca məqsədi də  insan hüquqları 

amilini, mövcud imkan və resursları nəzərə almaqla 

Azərbaycanda  davamlı  iqtisadi  artım  və  yüksək 

sosial  rifah,  səm ərəli  dövlət  idarəetm əsi  və 

qanunun  aliliyinin  inkişafının  davamlılığına  nail 

olmaqdır.

Bütün  bunlar  onu  göstərir  ki,  insan  hüquq  və 

azadlıqlarının  təminatı  məsələsi  Azərbaycan  dövlə­

tinin  siyasi  iradəsinin,  bu  sahəyə  həssas  münasibə­

tinin  təzahürüdür.  Və  bu  məsələ  ölkəmizin  müəy­

yən  inkişaf prosesində  və  ya  hansısa  öhdəliklərdən 

irəli  gərən  vəzifələrin  icrası  ilə  əlaqədar  meydana 

gəlməmişdir.  Əksinə,  demokratiya  və  insan 

hüquqları,  sosial tərəqqi kimi ümumbəşəri dəyərlə­

rə  sadiq  olan və  hüquqi  dövlət  quruculuğu yolunda 

inamla  irəliləyən  ölkəmiz,  həmçinin  bu  sahədə  bü­

tün  əsas beynəlxalq konvensiyalara  qoşulmuş,  nüfu­

zlu  beynəlxalq  təşkilatlara  sıx  inteqrasiya  nəticəsin­

də  Avropa  Şurasına  üzv  qəbul  edilmiş,  eyni  zaman­

da,  İnsan  Hüquqları haqqında Avropa Konvensiyası­

nı  ratifikasiya  etməklə  Azərbaycan  Avropa  İnsan 

Hüquqları  Məhkəməsinin  yurisdiksiyasmı  öz  ərazi­

sinə  şamil etmişdir.  Bu da insan hüquqlarının təmin 

olunmasının  işlək mexanizmlərindən  biridir.

Bununla 

əlaqədar  Avropa 

M əhkəm əsinin 

presedent  hüququnun  öyrənilməsi  işinin  təşkili  və 

onun  m əhkəm ə  təcrübəsində  nəzərə  alınması 

məqsədilə  hakimlər və  digər  hüquqşünaslarla  keçi­

rilən  tədris  kurslarının  proqramlarında bu  mövzuya 

xüsusi  diqqət  yetirilir,  həmçinin  Avropa  Şurasının 

Hüquqşünasların  insan  hüquqları  üzrə  tədrisinə 

dair  Proqramının  (HELP)  imkanlarından  geniş  is­

tifadə olunur, Avropa Şurası ilə birgə  "Avropa  İnsan 

Hüquqları  Konvensiyası və Avropa  İnsan  Hüquqları 

Məhkəməsinin  presedent  hüququnun  tətbiqi"  layi­

həsi  həyata  keçirilir.

Ümumiyyətlə,  zaman  keçdikcə  Avropa  M əhkə­

məsinin  özünün  də  islahatına ehtiyac yaranmış,  son 

illər  Avropa  Məhkəməsinə  edilən  şikayətlərin  sayı 

həddindən  çox  olduğundan  bu  problemin  həlli

yollarının araşdırılması məqsədilə bir neçə konfrans 

keçirilmiş və M əhkəmənin işinin effektivliyinin artı­

rılmasına,  üzv  dövlətlərdə  məhkəm ə  sistemlərinin 

təkm illəşdirilm əsinə 

dair 

müvafiq 


fəaliyyət 

planlarını nəzərdə tutan  Bəyannamələr qəbul olun­

muşdur  ki,  bu  mühüm  sənədlərin  implementasiya- 

smda Azərbaycan  da  öz  dəyərli  töhfəsini vermişdir.

Yeri  gəlmişkən,  Avropa  Məhkəməsinin  statis­

tikasına  diqqət  yetirsək görərik  ki,  həm  m əhkəm ə­

yə  edilən  şikayətlərin,  həm  də  çıxarılan  qərarların 

sayma görə Azərbaycan digər dövlətlərlə müqayisə­

də  müsbət  göstəricilərlə  xarakterizə  olunur.  Ölkə­

mizdən  Avropa  Məhkəməsinə  daxil  olan  şikayətlə­

rin sayı ümumavropa göstəricisindən demək olar ki, 

2  dəfə  azdır.  Eyni  zamanda,  Azərbaycana  qarşı 

Avropa  Məhkəməsi  tərəfindən  çıxarılan  qərarların 

sayı  ötən  il  cəmi  16  təşkil  etmişdir.  Əhalisinin  sayı 

ölkəmizlə təxminən eyni olan Bolqarıstana qarşı 33, 

Macarıstana  qarşı 40, Yunanıstana qarşı  isə 41  qərar 

çıxarılmışdır.  Bütövlükdə  isə,  çıxarılan bütün  qərar­

ların  təxm inən  yarısı  yalnız  4  ölkəyə:  Rusiya, 

Ukrayna, Türkiyə  və  Rumıniyaya qarşı  olmuşdur.

Eyni  zamanda,  digər  nüfuzlu Avropa  strukturları, 

o  cümlədən  Avropa  İttifaqı  ilə  qarşılıqlı  hörmət  və 

tərəfdaşlıq prinsipləri  əsasında  tərəqqiyə  nail  olun­

ması  istiqam ətində  m ühüm   addımlar  atılır, 

Azərbaycan  ilə  Avropa  İttifaqı  arasında  tərəfdaşlığa 

dair  yeni  saziş  üzrə  danışıqlara  başlanılmış  və  bu 

danışıqlar konstruktiv ruhda  davam  edir.

Bununla  yanaşı,  İşgəncələrin  qarşısının  alınması 

üzrə Avropa  Komitəsi  (CPT),  BMT-nin eyni adlı Alt 

Komitəsi  (SPT)  və  Özbaşına  Saxlanma  üzrə  İşçi 

Qrupu və  digər ixtisaslaşmış beynəlxalq strukturlar­

la  əhalinin  həssas  təbəqələrinin,  xüsusilə  azadlıq­

dan  məhrum  edilmiş  şəxslərin  hüquqlarının  təmin 

edilməsi  sahəsində  səmərəli  əməkdaşlıq  qurularaq 

həyata  keçirilir.  Nüfuzlu  xarici  ekspertlərin,  həmçi­

nin  bilavasitə  məhkumların  özlərinin  iştirakı  ilə 

Azərbaycanın penitensiar müəssisələrində  tədbirlə­

rin  təşkil  olunması,  o  cümlədən  ilk  dəfə  olaraq  "İş- 

gəncəsiz  cəmiyyət"  mövzusunda  dəyirmi  masanın 

keçirilməsi  insan  hüquqlarının  qorunmasına  göstə­

rilən  həssas  münasibəti  təcəssüm  etdirir.

ö n u   da  qeyd  etmək lazımdır  ki,  beynəlxalq kon- 

vension  öhdəliklərin yerinə yetirilməsinə  dövlət  sə­

viyyəsində  olduqca  ciddi  münasibət  bəslənilir, 

bununla  əlaqədar  ölkəmiz  tərəfindən  insan 

hüquqları,  qadın hüquqları, uşaq hüquqları, əlillərin 

hüquqları,  irqi-ayrı  seçkilik  ilə  bağlı  və  digər 

dolğun,  hərtərəfli,  əsaslandırılmış  şəkildə  hazırlan­

mış dövrü hesabatlarının BMT-nin aidiyyəti komitə­

lərində  dinlənilməsində,  eyni  zamanda,  ölkədə 

insan hüquqlarının bütün  sahələri  ilə bağlı vəziyyə-



QANUNÇULUQ

№  06  İYUN  2017


tin  qiym ətləndirilm əsinə  dair  BMT-nin  İnsan 

Hüquqları  Şurasının  Universal  Dövrü  İcmal 

Mexanizmi  çərçivəsində  Azərbaycanın  milli  m əru­

zələrinə  baxılmasında  fəal  iştirak edilir.

Lakin  bir  faktı  unutmaq  olmaz ki,  bütün bunlara 

baxmayaraq Azərbaycan həm də vətəndaşlarının bir 

qisminin hüquqlarının pozulduğu bir ölkədir. Ermə­

nistanın  həm  azərbaycanlıları  deportasiya  etməsi, 

həm  də  torpaqlarımızın  bir  hissəsini  işğala  məruz 

qoyması 


nəticəsində 

milyondan 



artıq 

azərbaycanlının  mülkiyyət,  təhlükəsiz  yaşamaq 

hüququ  pozulmuşdur.  XXI  əsrdə  Avropanın  qonşu­

luğunda  yerləşən,  Avropa  Şurasının  üzvü  olan  bir 

dövlətin  vətəndaşlarının  bu  cür  ağır  və  mənəvi  iz­

tirablara səbəb olan hüquq pozuntusuna məruz qal­

ması yolverilməzdir.

Ermənistanın  BMT Təhlükəsizlik  Şurası  tərəfin­

dən  qəbul  edilən  müvafiq  dörd  qətnam ənin  icrası­

na  məhəl  qoymadan  hələ  də  torpaqlarımıza  hərbi 

təcavüzünü,  cəbhə  xəttində  təxribatlar  törətməklə 

mülki  əhalini  və  mülki  obyektləri  hədəfə  almaq 

siyasətini  davam  etdirməsi,  dinc  sakinlərin,  o  cüm­

lədən  qadınların,  uşaqların  öldürülməsi  insanlıq 

əleyhinə  ən  ağır  hərbi  cinayətdir,  beynəlxalq 

hüququn  və  insan  haqlarının,  1949-cu  il  Cenevrə, 

həmçinin  BMT-nin  Uşaq  hüquqları  haqqında  kon­

vensiyaların  və  digər  sənədlərin  kobud  şəkildə 

pozulmasıdır.

Bu hərbi təcavüz faktı, həmçinin həyata keçirilən 

hərtərəfli  islahatların,  beynəlxalq konvension  öhdə­

liklərin  icrasının bütün  ölkə  üzrə  tətbiq olunmasın­

da  ən  ciddi  maneədir.

Ona  görə  də  beynəlxalq  birlik  Ermənistanın 

işğalçılıq və terror siyasətinə son qoymaq üçün daha 

təsirli  tədbirlər  görməli,  günahsız  insanların  qətlə 

yetirilməsinə,  bütövlükdə  Dağlıq  Qarabağ  münaqi­

şənin  beynəlxalq  hüquq  norm alarına  uyğun 

Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində  həllinə 

laqeyd və  susqun  münasibət bəsləməməlidir.

Azərbaycan  hər  zaman  öz ərazisində  hər bir və­

təndaşının konstitusion hüquq və  azadlıqlarına,  təh­

lükəsizliyinə  təm inat  verməklə  m üxtəlif  kon­

fessiyalara  və  millətlərə  məxsus  insanların  dinc 

yanaşı  yaşamasını  təmin  etmiş  və  bu  gün  də  təmin 

etməkdədir.  Müasir dünyada getdikcə dərinləşən si- 

vilizasiyalararası toqquşmalar və ziddiyyətlər fonun­

da  insanların  hüquq  və  azadlıqlarının,  etnik-milli 

dözümlülüyün,  habelə  tolerantlıq  və  multikultur- 

alizm  kimi  dəyərlərin  bəşəriyyət  üçün  daha  önəmli 

olduğunu göstərir.  İnsan hüquqları  ilə vəhdət təşkil 

edən 


multikulturalizm 

dəyərləri 

olmadan 

humanizm,  yüksək  fərdi  və  beynəlxalq  münasibət­

lər  mədəniyyəti,  insanlar  arasında^ qarşılıqlı  anlaş-

18

  iyun  -  insan 

hüquqları  günüdür

m a  dostluq  və  əməkdaşlıq  mümkün  deyil. Təsadüfi 

deyil  ki,  bu  gün  dünyada  hərbi  toqquşmaların, 

terrorizmin,  dini  ekstremizmin,  islamafobiyanm, 

ksenofobiyanm  tüğyan  etdiyi  bir  dövrdə  yüksək 

tolerantlığın və  multikulturalizmin bir həyat tərzinə 

çevrildiyi  Azərbaycan  bütün  dini  və  siyasi  baxışlara 

sahib,  müxtəlif  mədəniyyətlərə  mənsub  xalqların 

vahid  dialoq mərkəzinə  çevrilmişdir.

Bütün  bunlar  bir  daha  onu  göstərir  ki, 

Azərbaycan  dövlətinin  həyata  keçirdiyi  siyasətin 

mərkəzində  vətəndaş  dayanır.  İnsana  qayğı,  insan 

ləyaqətinə  hörmət,  layiqli  həyat  səviyyəsi, vətəndaş 

məmnunluğu ölkədə həyata keçirilən köklü iqtisadi, 

sosial  və  hüquqi  islahatların  təməl  prinsipləridir.

Həyata  keçirilən  demokratik  islahatlar  çərçivə­

sində,  həmçinin  institusional  mexanizmlərin,  o 

cüm lədən 

İnsan 

hüquqları 



üzrə 

Müvəkkil 

(Ombudsman)  institutunun  təsis  olunması  da  məhz 

insan  hüquqlarının  etibarlı  müdafiəsinə  xidmət 

etmişdir.

Eyni  zamanda,  vətəndaş  cəmiyyətinin  inkişafı, 

açıq  hökumətin  və  ictimai  iştirakçıhğm  geniş  təşvi­

qi,  korrupsiyaya  qarşı qəti  mübarizə,  müasir  İKT-lə- 

rin,  elektron  və  innovativ  xidmətlərin  tətbiqi  sahə­

sində  əldə  olunan  nailiyyətlər,  habelə  dövlət  ida­

rəetməsinin  təkmilləşdirilməsi,  ciddi  struktur  dəyi­

şiklikləri,  idarəçilikdə  şəffaflığın  artırılması  bilavasi­

tə  insanlara  layiqli  xidmətlər  göstərilməsinə,  və­

təndaş-məmur  münasibətlərinin  sağlam  zəmində 

qurulmasına  hesablanmışdır.  M öhtərəm  Prezidenti­

mizin  təşəbbüsü  ilə  yaradılmış  və  Azərbaycan 

brendi  olan  "ASAN  xidmət"  bu  gün  korrupsiyaya 

qarşı mübarizə və dövlət orqanlarının transparentli- 

yinin  təm in  edilməsi  sahəsində  uğurlu  islahat 

nümunəsidir. Təsadüfi  deyil  ki,  ASAN  sosial  infras­

trukturu  beynəlxalq  aləmdə  nadir,  innovasiyalı  və 

korrupsiyadan  uzaq  sistem  adlandırılaraq,  digər 

dövlətlərə  nüm unə  kimi  tövsiyə  edilir.

Həmçinin,  hər bir demokratik cəmiyyətdə  insan 

hüquqlarının  təmin  olunmasında  müstəqil  m əhkə­

mə  hakimiyyətinin  müstəsna  rol  oynadığı  nəzərə 

alınaraq son  illər bu sahədə ardıcıl və  məqsədyönlü 

islahatlar  aparılır,  məhkəmə  fəaliyyətini  tənzimlə­

yən  qanunvericilik  daim  təkmilləşdirilir,  müstəqil 

məhkəm ə  özünü  idarə  orqanı  olan  Məhkəmə- 

Hüquq  Şurasının  səlahiyyətləri  genişləndirilir, 

hakimlərin  Avropada  örnək  kimi  dəyərləndirilən 

ən  şəffaf  seçimi  aparılmaqla  hakim  korpusu 

komplektləşdirilir.  Eyni  zamanda.  Dünya  Bankı  ilə 

birgə  məhkəmə  hakimiyyətinin  yüksək  statusuna 

uyğun  infrastrukturunun  müasirləşdirilməsi,  yeni 

məhkəmə bina və  komplekslərinin tikilib  istifadəyə 

verilməsi,  müasir  İKT-lərin və  "Elektron  məhkəmə"




18

  iyun  -  insan 

hüquqları  günüdür

informasiya  sisteminin  tətbiqi  məhkəm ə  fəaliyyəti­

nin  daha  səmərəli  təşkil  olunmasına,  ədalət  müha­

kiməsinə  çatımhhğm  asanlaşdırılmasma,  onun  sə­

mərəsinə və keyfiyyətinə əsaslı təsir göstərir, insan­

lara  daha  əlverişli və  rahat  şərait yaradır.

Ədliyyə  və  məhkəm ə-hüquq  islahatları  çərçivə­

sində  cəmiyyətin  həssas  təbəqələrindən  olan 

azadlıqdan  məhrum  edilmiş  şəxslərin  hüquqlarının 

etibarlı  müdafiəsi  istiqamətində  də  mühüm  tədbir­

lər  həyata  keçirilir.

Təsadüfi deyil ki, dövlətimizin humanizm siyasə­

ti  ulu  öndər  Heydər  Əliyevin  müəyyən  etdiyi  möh­

kəm  təməl  əsasında  uğurla  inkişaf etdirilir,  m öhtə­

rəm  Prezidentimiz  cənab  İlham  Əliyev  tərəfindən 

imzalanmış  əfv  sərəncamları,  Azərbaycanın  birinci 

xanımı.  Heydər  Əliyev  Fondunun  prezidenti 

Mehriban  Əliyevanın  təşəbbüsü  ilə  elan  olunmuş 

amnistiya  qərarları  ilə  on  minlərlə  şəxsin  müxtəlif 

cəzalardan,  o  cümlədən  azadlıqdan  məhrum  etmə 

cəzasından  azad  olunması  insanların  azadlıq 

hüququnun  təmin  olunmasına xidmət  etmişdir.

Bu gün Azərbaycan Respublikasının  Birinci vitse- 

prezidenti  kimi  M ehriban  xanım  Əliyevanın 

çoxşaxəli  və  əzmkar  fəaliyyəti  ölkəmizin  hərtərəfli 

tərəqqisinə,  cəmiyyətin  müxtəlif  təbəqələrinin  - 

qadınların,  uşaqların,  məcburi  köçkünlərin  sosial 

vəziyyətinin  yaxşılaşdırılmasına,  elmin,  təhsilin  və 

səhiyyənin  inkişafına hesablanmış mühüm  layihələ­

rin  müvəffəqiyyətlə  icrasına,  humanizm,  tolerantlıq 

ideya və prinsiplərinin, bu sahədə dövlət siyasətinin 

həyata  keçirilməsinə  mühüm  töhfələr verir.

Cari  ilin  fevralında  ölkə  Prezidentinin  cəza  siya­

sətinin  humanistləşdirilməsi  ilə  bağlı  imzaladığı 

mühüm  Sərəncam  bu  sahədə  islahatların  daha 

intensiv  davamına  rəvac  verməklə  yeni  yanaş­

maların  tətbiqinin  əsasını  qoymuşdur.  Bu,  həm  də 

humanizm  ideyalarına  daim  sadiq  qalan  dövlətimi­

zin siyasi iradəsinin təzahürü olaraq cəza siyasətinə, 

cinayət  qanunvericiliyinə  baxışın yenilənməsi və bu 

sahədə  dünyada mövcud olan mütərəqqi təcrübələ­

rin  tətbiqi  məqsədini  daşıyır.

Dövlət  başçısının  Sərəncamı  ilə  yaradılmış  ölkə­

miz  üçün  yeni  olan  Probasiya  xidm əti  məhz 

məhkumların  cəmiyyətdən  tam  təcrid  etmədən 

cəzasını çəkməsində  mühüm  institut olmaqla bu  is­

tiqamətdə  hazırda  mühüm  tədbirlər  görülür,  o 

cümlədən  bu  sahədə  beynəlxalq  təcrübələr  öyrəni­

lir, həmçinin Avropa İttifaqı  ilə birgə layihə çərçivə­

sində  Probasiya  xidmətinin  fəaliyyətinin  əsasları, 

qanunvericiliyin  təkmilləşdirilməsi,  təlim  kursları­

nın  və  səfərlərinin,  maarifləndirmə  tədbirlərinin 

təşkili  ilə  bağlı  pilot  layihələr  həyata  keçirilir.  Eyni 

zamanda,  Avropa  İttifaqı  ilə  mediasiya  sahəsində  də

ayrıca  layihənin  təşviqinə  dair  razılığa  gəlinmiş  və 

bu il layihənin icrasına başlanılması nəzərdə tutulur.

Bu  yaxınlarda  ölkə  Prezidenti  tərəfindən 

qanunvericilik  təşəbbüsü  qaydasında  Milli  Məclisə 

Cinayət  Məcəlləsinə  kompleks  dəyişiklikləri  əhatə 

edən  qanun  layihəsi  göndərilmişdir  ki,  burada  da 

bir  sıra  əməllərin  dekriminallaşdırılaraq  cinayət 

kateqoriyasından  inzibati  xəta  kateqoriyasına  keçi­

rilməsi,  məhkumu  cəmiyyətdən  tam  təcrid  etm ə­

dən  azadlığın  məhdudlaşdırılması  ilə  bağlı  yeni  növ 

cəzanın  müəyyən  edilməsi, bir çox cinayətlərə görə 

müəyyən  edilmiş  azadlıqdan  məhrumetmə  cəzası­

nın  hədlərinin  azaldılması,  mülkiyyət  əleyhinə  və 

iqtisadi  fəaliyyət  sahəsində  törədilən  bir  sıra  cina­

yətlərə  münasibətdə  qanunvericiliyin  liberallaşdı- 

rılması,  zərərçəkmiş  şəxslə  barışma  institutunun 

təkmilləşdirilməsi, narkotik vasitələrin əldə edilmə­

si  və  saxlanılması  cinayəti  törətmiş  şəxslərə  qarşı 

münasibətin  dəyişdirilməsi və  s.  nəzərdə  tutulur.

İnsan  hüquqları  sahəsində  tədris  və  maariflən­

dirmə tədbirləri də xüsusilə önəmlidir.  Bu m əqsəd­

lə əhalinin hüquq düşüncəsinin və hüquq mədəniy­

yətinin  inkişaf  etdirilməsi,  ayrı-seçkiliyin  yolveril­

məzliyi,  sülh və  dözümlülük mədəniyyətinin,  xalqı­

mızın  milli-mənəvi  dəyərlərinin,  tolerantlıq  və 

multikulturalizmin  təbliği  istiqamətində  mütəmadi 

maarifləndirmə  işi  aparılır.

Dövlət  başçısının  2007-ci  ildə  imzaladığı  Sə­

rəncamla  ilk  Dövlət  Proqramının  qəbul  olunduğu 

günün  -  18  iyun  tarixinin  ölkəmizdə  İnsan

Hüquqları  Gününün  elan  olunması  dövlətimizin 

insan  hüquqlarına  həssas  münasibətinin  bariz  təza­

hürüdür və bu il həm in tarixin təsis olunmasının  10 

ili  tamam  olur.  Bu  münasibətlə  respublikamızın 

müxtəlif yerlərində,  ictimaiyyətin,  vətəndaş  cəmiy­

yəti  institutlarının  nümayəndələrinin  iştirakı  ilə 

dövlət  və  hüquq-mühafizə  orqanları  tərəfindən 

əhalinin  müxtəlif təbəqələrini  əhatə  etməklə  insan 

hüquq  və  azadlıqlarının  təmin  olunmasını,  hüquq 

bərabərliyi  üzərində  qurulmuş  multikultural  dəyər­

ləri  təbliğ  edən  silsilə  tədbirlərin  keçirilməsi  ölkə­

mizdə  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının 

təmin  olunmasına  hər  zaman  yüksək  diqqət  və 

qayğı  ilə  yanaşılmasını  əyani  təsdiq  edir.

Əminliklə  söyləmək  olar  ki,  insan  hüquqlarının 

təmin  olunmasında möhkəm  iradə nümayiş etdirən 

dövlətimizin  müasirləşən  cəmiyyətimizdə  təşəkkül 

tapmış  və  ardıcıl  olaraq  davam  etdirilən  məqsəd­

yönlü  tədbirlər  nəticəsində  bundan  sonra  da  müs­

bət  nəticələrə  nail  olunacaq,  ədliyyə  orqanları  da 

insan  hüquqlarının  qorunması,  demokratik  hüquqi 

dövlət  quruculuğu  prosesində  fəal  iştirak  etməklə 



öz  layiqli  töhfələrini verəcəkdir.

QANUNÇULUQ

№  06  İYUN  2017

Yüklə 268,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə