60
MAY 2014
Finansist |
Təqdimat
EY:
“Şirkətin
ən dəyərli
sərvəti
onun
əməkdaşlarıdır”
Ramil
Ba
ğı
rov
61
MAY 2014
Təqdimat
|
Finansist
Ə
ziz oxucularımız, müsahibimiz Ernst &Yo-
unq Holdinqs (SiAyEs) Bi. Vi. şirkətinin
Azərbaycan Respublikasındakı filialının
rəhbər müavini cənab Rişad Dadaşevdir.
"FİNANSİST": Hörmətli Rişad müəllim,
EY şirkətindən öncə audit sahəsində əmək
fəaliyyətiniz haqqında qısa məlumat verməyinizi
istərdik.
R.DADAŞEV:
EY şirkətindən əvvəl 1999-2002-ci
illər ərzində Azərbaycan Respublikasının Audi-
torlar Palatasında auditin təşkili və tənzimlənməsi
sahəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə
Azərbaycan Respublikası Hesablama Palatasın-
da audit sahəsində peşəkar təcrübə qazanmışdım.
Mütaliə ilə çox məşğul olurdum.
2003-cü ildən EY şirkətində auditor kimi
fəaliyyətimi davam etdirirəm. O zaman ölkəmiz
Ölkənin iqtisadiyyatını inkişafa doğru aparan “Əsrin müqaviləsi”nin im-
zalanması nəticəsində EY şirkəti bir sıra xarici investorlarla yanaşı
Azərbaycanda öz fəaliyyətinə başladı.
EY Azərbaycanda 20 il bundan əvvəl ofi s açaraq, respublikada və regionlarda
peşəkar xidmətlər göstərən ilk beynəlxalq şirkət olmuşdur. Bu gün EY yerli
və beynəlxalq şirkətlərə, eləcə də dövlət müəssisələrinə beynəlxalq iqtisa-
di məsələlərlə bağlı müxtəlif peşəkar xidmətlər göstərir. Hazırda şirkətin
Bakı ofi sində Azərbaycan Respublikasındakı müştərilərə xidmət göstərən
160-dan çox əməkdaşı var. EY şirkətinin həm də Gürcüstan, Qazaxıstan,
Özbəkistan və Rusiyadakı müştərilərə xidmət göstərir. EY şirkətinin
ümumən 150-dən çox ölkədə 700 ofi si fəaliyyətdədir. Əməkdaşlarının
ümumi sayı hazırda 175 min nəfərdir. Şirkətin ən dəyərli sərvəti onun
əməkdaşlarıdır. Heyətin təlimləndirilməsi Rusiya, Böyük Britaniya və ABŞ
ilə mübadilə proqramları əsasında həyata keçirilir və yerlərdə davam et-
dirilir. EY şirkətinin təcrübəli mütəxəsissləri yerli və beynəlxalq mühasi-
bat uçotu, xüsusilə CPA (ABŞ-ın Diplomlu İctimai Mühasibləri) və ACCA
(Yüksək İxtisaslı Lisenziyalı Mühasiblər Assosiasiyası) lisenziyalarına sahib-
dir. CPA və ACCA proqramlarında iştirak edən işçilərin sayı ildən-ilə ar-
tır. EY şirkətinin Bakı ofi si müxtəlif peşəkar xidmətlər, o cümlədən auditor
xidmətləri, vergi və hüquq xidmətləri, əməliyyatların müşayiət olunması
xidmətləri, biznes məsləhət xidmətləri, Azərbaycanın və dünyanın aparıcı
şirkətləri üçün yüksək səviyyəli təlim seminarları təklif edir.
2012-ci ildə ABŞ-ın “Great Place to Work” institutu EY şirkətini “Dünyanın
ən yaxşı işəgötürəni” (World’s Best Multinational Workplaces) beynəlxalq
şirkətlər siyahısına daxil etmişdir. Bu siyahı şirkətlərdə hər il aparılan əmək
şəraitinin öyrənilməsi üzrə beynəlxalq tədqiqat əsasında dünyanın 25 li-
der şirkətini müəyyən edir. “Universum”un 2013-cü il üzrə “Dünyanın
Ən Cəlbedici İşəgötürəni” sorğusuna uyğun olaraq EY dünyada peşəkar
xidmətlər göstərən şirkətlər arasında ən cəlbedici işəgötürən olmuş və
bütün işəgötürənlər arasında ikinci yer tutmuşdur.
62
MAY 2014
Finansist |
Təqdimat
iqtisadi inkişafl a yanaşı, maliyyə uçotunun
beynəlxalq standartlara sürətlə uyğunlaşdırılması
mərhələsinin ilk addımlarını atırdı. Auditin inki-
şafı və təkmilləşdirilməsi istiqamətində görüləcək
işlər çox idi. Bildiyiniz kimi, müstəqilliyimizin ilk
illərində Azərbaycanda keçmiş Sovet mühasibat
uçotu prinsipləri əsasında yaradılmış sistem tətbiq
olunurdu. İnkişafa doğru irəliləyiş və yeniliklərin
tətbiqi zəruri idi. Ölkəmizin yüksək sürətli iqtisadi
inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası, digər
sahələrdə olduğu kimi, mühasibat uçotu sahəsində
də Maliyyə Hesabatlarında Beynəlxalq Standart-
ların (MHBS) tətbiqini zəruri etmişdir. 2004-cü
ildə yeni "Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikası Qanununun qəbulu isə həmin stan-
dartlara keçidin hüquqi əsasını qoymuşdur. Milli
uçot prinsiplərinin müasir qlobal uçot standartla-
rı səviyyəsinə yüksəldilməsi və uyğunlaşdırılması
prosesində peşəkar əməkdaşlarımızla birgə iştirak
etmişik.
Hazırda Azərbaycanda ictimai əhəmiyyətli qu-
rumlar Beynəlxalq Maliyyə Hesabatları Standart-
larının qaydalarını tətbiq edirlər. Qeyd etdiyim
mexanizmlərin hazırlanması və tətbiqi mühasibat-
lığın, audit fəaliyyətinin təkmilləşdirilməsi baxı-
mından mühüm əhəmiyyət kəsb edir. Bu gün artıq
əminliklə deyə bilərik ki, ölkənin davamlı inkişaf
strategiyasının işlənib hazırlanmasında birbaşa
iştirak etməklə biz dövlət qurumlarına dəstək ol-
muşuq, onların müasirləşməsi və təkmilləşməsinə
köməklik göstərmişik.
Bu gün qarşıma qoyduğum məqsədlər
Şirkət tərəfindən yüksək keyfiyyətli peşəkar
xidmətlərinin göstərilməsini təmin etmək,
onun daimi inkişafı üçün bilik və bacarıqlarımı
əsirgəməmək və nəticəyə yönəlmiş addımlar at-
maqdır.
Biz Azərbaycanda biznes mühitinin yaxşılaşdırıl-
ması, çətinlikərin dəf edilməsi üçün yeniliklər təklif
edir, iqtisadiyyatın inkişaf etdirilməsində insan
amilinə, müasirlik prinsipinə xüsusi önəm veririk.
Bütün bunlar həyata keçirdiyimiz layihələrdə öz
əksini tapmışdır.
"FİNANSİST": EY dövlət qurumları, yerli və xarici
icmalarla hansı birgə layihələrdə iştirak edir?
R.DADAŞEV:
Dövlət tərəfindən hazırla-
nan maliyyə hesabatlarına dair tələblərin
təkmilləşdirilməsi, nəzarət qurumlarının
fəaliyyətinin iqtisadi mexanizmlərinin müəyyən
edilməsi və beynəlxalq standartların tətbiqi
layihələrində EY şirkətinin mühüm yer tutdu-
ğunu xüsusi qeyd etmək istərdim. Belə ki, EY
Azərbaycanda fəaliyyət göstərməyə başladı-
ğı vaxtdan Azərbaycan Respublikası Auditorlar
Palatasının keçirdiyi dövlət əhəmiyyətli strate-
ji layihələrdə iştirak edir, öz tövsiyələrini verir və
hazırda bu əməkdaşlığı davam etdirməkdədir.
Qeyd etdiyim kimi, şirkətimiz beynəlxalq hesa-
bat standartlarına keçid, hüquqi dəstək, risklərin
azaldılması üzrə maliyyə vasitələri və üsullarının
səmərəliyinə nəzarət prosesləri ilə bağlı, bir sıra
konsaltinq layihələrini həyata keçirmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palata-
sının cari işlərinin aparılması və əməli xidməti
funksiyaların yerinə yetirilməsi üçün Şura yara-
dılmışdır. Şuranın tərkibinə dövlət nümayəndləri
ilə yanaşı EY şirkətinin də daxil olduğu audit
və konsaltinq xidmətlərini təqdim edən "Bö-
yük Dördlüy"ün (“Big Four”) nümayəndələri
də daxildir. Həmin Şurada qlobal məsələlər,
aktual problemlər, normativ sənədlər, auditin
keyfiyyətinə nəzarət üzrə aparılmış yoxlamaların
nəticələri və digər məsələlər müzakirə edilərək
müvafiq qərarlar qəbul edilir.
Azərbaycanda 20 il ərzində fəaliyyət göstərən
şirkət olaraq biz maliyyə hesabatlarının forma-
laşmasında və təkmilləşdirilməsində, korporativ
idarəetmə və kapital bazarında ümumi etibarlılı-
ğın artırılmasında fəal iştirak edirik. Misal üçün,
Azərbaycanda biz Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının
Vergilər Nazirliyi, eləcə də Dünya Bankı kimi
tənzimləyici orqanlar və siyasəti formalaşdıran
qurumlarla daimi əlaqə saxlayaraq korporativ
idarəetmə, maliyyə hesabatlarının hazırlanması,
audit və nəzarətlə bağlı məsələlərə, eləcə də ka-
63
MAY 2014
Təqdimat
|
Finansist
pital bazarları ilə bağlı daha geniş məsələlərə aid
normativ-hüquqi bazada dəyişiklikləri proqnoz-
laşdırmağa, bu dəyişiklikləri təhlil etməyə, onlara
təsir göstərməyə və onları idarə etməyə çalışı-
rıq. 2012 – 2013-cü illər ərzində EY Azərbaycan
ictimaiyyətinin maraq dairəsinə daxil olan korpo-
rativ idarəetmə, maliyyə hesabatlarının hazırlan-
ması, audit, maliyyə xidmətləri, iqlim dəyişməsi,
korrupsiya ilə mübarizə, daha yaxşı idarəçilik və
sair geniş səpkili məsələləri əhatə etməklə qayda-
ları və siyasətləri inkişaf etdirmək üçün müxtəlif
təşəbbüslərin əlaqələndirilməsi və həyata
keçirilməsinə əhəmiyyətli töhfə vermişdir.
EY-ın müxtəlif forum və tədbirləri vasitəsilə biz
korporativ idarəetmə, nizamlama və maliyyə he-
sabatlarının hazırlanması məsələləri üzrə ən yaxşı
təcrübəni paylaşmağa çalışırıq.
Müştərilərimizin siyahısına müxtəlif biznes
sahələrinin nümayəndələri daxildir. Qlobal stan-
dartlara uyğunlaşmaq məqsədilə Azərbaycanın
şirkətləri MHBS çərçivəsində də fəaliyyət
göstərməlidirlər. Bununla yanaşı, xarici şirkətlərlə
də inkişafyönlü layihələr həyata keçiririk. Eyni
zamanda, EY şirkətinin əsas məqsədlərindən
biri müxtəlif seminar, treninqlər və tədbirlər
vasitəsilə ölkəmizdə auditin inkişafı, şəff afl ığın
yüksəldilməsi və maliyyə hesabatlarının
tənzimlənməsi istiqamətində bilik mübadiləsini
həyata keçirməkdir. Şirkətimiz dövlət qurumla-
rı ilə əməkdaşlığa həmişə xüsusi önəm vermişdir
və hazırda da bu təşəbbüsü davam etdirməkdədir.
Bu əməkdaşlıq, ilk növbədə, dəyərli təcrübənin
əldə edilməsi və onun tətbiqinə geniş imkanlar
yaradır.
EY şirkəti Azərbaycanda fəaliyyət göstərən iri
beynəlxalq və yerli şirkətlərin nümayəndələri
üçün hər il MHBS-də son dəyişikliklərlə bağlı
seminar təşkil edir. Təqdim olunan materiallarda
MHBS-da son dövrlərdə qəbul edilmiş, düzəliş
və yeniliklər haqqında məlumat və dəyişikliklərin
tətbiqinə dair məsləhətlər verir.
"FİNANSİST": İştirakçısı olduğunuz layihələrdən
hansıları qeyd edərdiniz?
R.DADAŞEV:
Müştərilərimizin siyahısında iri neft
şirkətlərinin –Azərbaycan Dövlət Neft Şirkəti
(ARDNŞ), BiPi, LUKOYL və başqalarının adı
vardır. Müştərilərimiz olan maliyyə qurumları-
na Azərbaycan Respublikası Dövlət Neft Fon-
du, Mərkəzi Bank, Kapital Bank, Paşa Bank
və başqaları daxildir. Bunlardan əlavə, yerli iri
holdinqlərin də adlarını çəkə bilərəm. Hazırda
xidmətlərimizdən istifadə etmək istəyən yer-
li müəssisələrin sayı daim artmaqdadır. Həmin
qurumlar arasında ARDNŞ ilə olan layihələr
xüsusi yer tutur. Belə ki, Beynəlxalq Standartla-
ra keçid və Avrobondların buraxılışı zamanı biz
onlarla birgə olmuşuq. ARDNŞ-ni Azərbaycan
iqtisadiyyatının aparıcı strateji qüvvəsi hesab
edirik. Həyata keçirdiyimiz layihələr çoxdur və
şirkətimizin bu istiqamətdə apardığı işlər davam
etdirilir.
"FİNANSİST": Respublikada audit-konsaltinq
xidmətlərinin vəziyyəti necə qiymətləndirilə
bilər? Sizcə, EY şirkətinin bu sahədə rolu nədən
ibarətdir?
R.DADAŞEV:
Hökumətin inkişaf strategiyasının
bir hissəsi olaraq EY gənc peşəkarların hazırlan-
masına və beynəlxalq dərəcəli mütəxəssislərin
inkişafına köməklik göstərəcək innovativ mühi-
tin yaradılmasında olduqca maraqlıdır. Xüsu-
si ilə vurğulamaq istəyirəm ki, EY hər zaman
gənclərlə işləməyə üstünlük vermiş və daim
onların peşəkar inkişafına maraq göstərmişdir.
Şirkətdə işlədiyim 10 ildən çox müddət ərzində
şirkət tərəfindən gənc mütəxəssislərin peşəkar
inkişafına yönəldilmiş bir çox təşəbbüslərin şa-
hidi olmuşam. Bu səbəbdən biz hər il audit, ver-
gi və hüquq, əməliyyatların müşayiət edilməsi
və məsləhət xidmətləri departamentlərinə yeni
kadrlar cəlb edirik.
Sualın ikinci hissəsinə gəldikdə isə, konsaltinq
xidmətlərinin iqtisadiyyatın ayrılmaz hissəsi ol-
ması yaxşı məlumdur. İndiki vəziyyəti bir neçə
il bundan əvvəl yaşadığımız şəraitlə müqayisə
Finansist |
Təqdimat
MAY 2014
64
etsək görərik ki, son illərdə ölkəmizdə aparılan
iqtisadi islahatlar nəticəsində biz öz imkanları-
mızı genişləndirib yeni, uğurlu zirvələrə doğ-
ru irəliləyirik. Hazırda EY şirkəti regionda au-
dit və konsaltinq sahəsində lider mövqeyi tutur.
Bu nailiyyətlərə EY şirkəti ilk növbədə peşəkar
mütəxəssislərin yüksək bacarıqları sayəsində
müvəff əq olmuşdur. Qlobal təcrübənin yerli biz-
nes mühitinə uyğunlaşdırılması göstərdiyimiz
xidmətlərin əsas amillərindən biridir. EY şirkəti
sağlam biznes mühitində fəaliyyət göstərir və öz
xidmət sahələrini genişləndirməkdədir.
EY şirkətinin fəaliyyətinin əsas istiqamətlərindən
biri də ölkənin davamlı inkişafına yönəlmiş
layihələrdir. Son 10 il ərzində biz əhəmiyyətli
layihələrə imza atmışıq. Bu istiqamətdə
görülən bütün işlər bir dövlət qurumu ilə de-
yil, bir neçə təşkilatla aparılmış, auditin in-
kişaf konsepsiyasının işlənilməsi prosesində,
audit sahəsinın genişləndirilməsi və
təkmilləşdirilməsi məsələləri üzrə önəmli işlər
görülmüşdür. EY şirkəti bütün peşəkarlıq me-
yarlarına istər idarəçilik baxımından, istərsə də
lisenziyalı auditorların fəaliyyəti və inkişafı ba-
xımından cavab verərək, qanunvericilik baza-
sında mövcud olan problemlərin həllində stra-
teji əhəmiyyət kəsb edir.
"FİNANSİST": Bildiyimiz kimi, qloballaş-
ma proseslərinə baxmayaraq, hər bir ölkənin
maliyyə sisteminin özünəməxsus xüsusiyyətləri
mövcuddur. Yeniliklərin tətbiqi bir ölkədə
müsbət, digərində isə mənfi nəticələnə bilər.
Bu baxımdan beynəlxalq təcrübənin tətbiqində
bizim maliyyə qurumları, assosiasiyaları,
beynəlxalq tədris mərkəzlərinin “qoruyucu və
təhliledici” roluna necə baxırsınız?
R.DADAŞEV:
Respublikamızda bütün
istiqamətlərdə fəaliyyət göstərən qurum
və müəssələr dünya iqtisadiyyatına inteq-
rasiya mərhələsini yaşayır və sözsüz ki, bu,
beynəlxalq standartların öyrənilməsi zərurətini
yaradır.
Ölkə iqtisadiyyatının inkişafının əsas
amillərindən biri onun yeni peşəkarlar
yetişdirməkdə maraqlı olmasıdır. Buna
nümunə olaraq, dövlət orqanlarında
kadr siyasətini, inkişaf strategiyasını mi-
sal gətirmək olar. EY şirkətinin də məqsədi
gənc mütəxəssisləri cəlb etmək, öyrətmək,
bütün yenilikləri vaxtında tətbiq etmək,
müştərilərin tələblərinə cavab vermək, on-
ları anlamaqdır. Son dövrlərdə beynəlxalq
dərəcəli mütəxəssislərə xüsusi yer ayrılır,
onların maliyyə sahəsinə cəlb olunması və
əlavə biliklərə sahib olması stimullaşdırılır.
Bu amillər ölkədə bütün sahələrin inkişafına
müsbət təsir edir. Ölkəmizdə xarici şirkətlərin
inkişafı və təkmilləşdırılməsi üçün bütün lazı-
mi şərait yaradılmışdır.
"FİNANSİST": Mütəxəssislərinizin
maarifl əndirilməsində “Finansist” kimi ixti-
saslaşdırılmış media məhsullarının fəaliyyətini
necə qiymətləndirirsiniz?
R.DADAŞEV:
Qeyd etmək istərdim ki, jurnal,
ilk növbədə, maliyyə sahəsində maarifl əndirici
jurnaldır. Bu, çox vacib amildir. Burada həm
mühasib, həm auditor, həm də fərdi sahib-
kar istədiyi istiqamətdə məlumat əldə edə
bilər. Fikrimcə, jurnal vergi işçiləri üçün də
bir məlumatladırıcı mənbə kimi faydalı ola
bilər. Burada həm də müxtəlif ölkələrin vergi
sistemləri təhlil və müqayisə edilir. Məzmun
inkişafı baxımından tövsiyə edərdim ki, audit
və konsaltinq sahələrində aktual məsələlərin və
yeniliklərin işıqlandırılmasına daha geniş yer
ayırasınız. Digər tərəfdən istərdim ki, jurnal
elektron formatda da oxuculara çatdırılsın. Bu,
oxucuların sayını artıracaq və əhatə dairəsini
xeyli genişləndirəcək. Peşəkar fəaliyyətilə
“Finansist”i maliyyəçilər üçün olduqca zəruri
hesab edir və işinizdə uğurlar arzulayıram.
"FİNANSİST": Vaxt ayırıb jurnalımıza
müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirik.
Dostları ilə paylaş: |