JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə1/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
  1   2   3   4   5   6   7   8   9   ...   54


TELEVİZİYA 
JURNALİSTİKASI
Bülənt Çaplı
Nüşabə Hüseynli
Xatirə Hüseynova
Aynur Kərimova
Zeynal Məmmədli
Lamiyə Vəzirova
http://eap-pcf-eu.coe.int


Bu nəşr Avropa İttifaqı və Avropa Şurasının birgə “Azərbaycanda ifadə azadlığı 
və media azadlığı” layihəsinin vəsaitindən istifadə olunaraq ərsəyə gəlmişdir. 
Burada ifadə olunan fikirlər heç bir halda Avropa İttifaqının və ya Avropa 
Şurasının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.  
 
Bu nəşrin tam və ya bəzi hissələrinin təkrar nəşri və ya tərcüməsi ilə əlaqədar 
müraciətlər Kommunikasiyalar İdarəsinə ünvanlanmalıdır, publishing@coe.int.
 
Bu nəşr ilə bağlı hər hansı digər yazışma Media İdarəsinə ünvanlanmalıdır.
Üz qabığı dizaynı: Tabasko Branding Bureau
Layout: Tabasko Branding Bureau
 
©Avropa Şurası, 2017-ci il
Elmi redaktor
   
Aynur Bəşirli
Məsləhətçi
  
 
 
Bülənt Çaplı
Fotolar   
 
Əhməd Muxtar
Müəlliflər:
Bülənt Çaplı
Nüşabə Hüseynli
Xatirə Hüseynova
Aynur Kərimova
Zeynal Məmmədli
Lamiyə Vəzirova


3
MÜNDƏRİCAT
I BÖLÜM
TV-NİN ÖZƏLLİKLƏRİ
Kino+Radio=Televiziya?
“Göstərir Bakı”
Addım-addım irəliyə!..
“Qutu”ya dil verənlər – telejurnalistlər
TV öyrədir, yoxsa?..
Tapşırıqlar
Ədəbiyyat
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN 
ÖZƏLLİKLƏRİ
Xəbər nədir?
Xəbər mərkəzi
Xəbərin toplanması
Xəbərin qiymətləndirilməsi
Televiziyada xəbər çeşidləri
Şifahi xəbərlər
Təbii küy fonlu lal xəbər
Videoxəbər
Birbaşa xəbərlər
Müsahibə-xəbər
Tapşırıqlar
Ədəbiyyat
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. 
GÖRÜNTÜ. SƏS. İŞIQ
Video. Kadr anlayışı
Televiziya avadanlığının texniki imkanları
Telekameradan istifadənin təməl qaydaları
Görüntü planlarının seçilməsi
Görüntü planlarının məzmun çeşidləri
Videomodul
Videometafora
Səs. Səsin önəmi
Səs tipləri
Səs avadanlığının texniki imkanları
Mikrofon çeşidləri
Audiorekorder
Televiziya mikrofonlarından istifadə qaydaları
İşıqlatma. İşıqlatmanın önəmi
İşıq avadanlığının texniki imkanları
İşıqlatma yönləri
Qapalı yer və otaqlarda ümumi işıqlandırma qaydaları
Təbii işıqlatma zamanı çəkilişin özəllikləri. Praktik 
məsləhətlər
Tapşırıqlar
Ədəbiyyat
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI
Hansı mövzu diqqəti daha çox çəkir?
Olaylılıq
Olayın elementləri
Tamamlayıcı bilgilər və ya məlumata “əlavə”
“Dörd doğru” qaydası
Xəbər hazırlama üsulları
Nədən xəbər hazırlamaq olar? 
Medianın olay seçiminə təsir göstərən amillər
Reportyor işinin 10 standartı
Təsirli telexəbər hazırlamağın 8 qızıl qaydası
Müsahibə
Məzmun baxımından xəbər çeşidləri
Mürəkkəb mövzudan sadə yazmaq üsulu
Hamıya əlçatımlı kontentdən (UGC) digər yararlanma 
üsulları...
Telexəbərdə inam, balans və ədalətin qorunması
Ssenari, ssenarinin yazılması
Ssenari texnikası
Ssenarini yazmaq qaydası
Stəndap nədir?
Qrafik
Montaj
Montaj zamanı çəkilən görüntüləri dəyərləndirmə 
ölçüləri
İnterküydən (təbii səslərdən) istifadənin 10 qaydası
Mətn
TV-də xəbər mətni
Xəbər mətnini yazmaq qaydaları
Kadrarxası mətn
Xəbərlərin redaktə dəyərləri
Tapşırıqlar
Ədəbiyyat
V BÖLÜM
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ 
Xəbər buraxılışı nədir?
Xəbər proqramlarının formatları 
Ana xəbər bülleteni nədir?
Xəbər bülleteni
Xüsusi bülletenlər
Xəbər büraxılışları
Xəbər buraxılışı hazırlığının prinsipləri
Xəbərlərin düzümü
Xəbər buraxılışının tempi


4
Xəbər buraxılışının yığılması
Xəbər buraxılışının başlanğıcı 
Xəbər buraxılışının başlıqları
Qapanış materialları
Qapanış başlıqları
Musiqi frazaları, steb və stinqlər
Xəbər buraxılışı necə hazırlanır? Addım-addım menec-
ment
Materialların proqramdaxili reytinqi
Redaksiya toplantısı 
Xəbər buraxılışının xəritəsi 
Əsas xəbər 
İmprovizələr (ad-libs), keçid-sözlər (bumps, teases) və 
ötürmələr (tosses) 
Xəbər buraxılışı hazırlığının texniki elementləri
Buraxılışı təqdim edənlər
Xəbər oxunuşu texnikaları
Tapşırıqlar
Ədəbiyyat
VI  BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA 
 
 
Ümumi prinsiplər 
Televiziya xəbərçiliyində etik problemlər: Tabloid 
xəbərçilik
Televiziya xəbərçiliyində etik problemlər: özəl yasam
Özəl yaşam dairəsinin hüdudları
Kimin özəl yaşamından söhbət gedir?
Hansı bilgilərdən söhbət gedir?
Televiziya xəbərçiliyində etik problemlər: xəbər 
qaynagıyla maddi münasibətlər
Televiziya xəbərçiliyində etik problemlər: böhran 
xəbərçiliyi
Televiziya xəbərçiliyində etik problemlər: ayrı-seçkilik
Media niyə cəmiyyətin hər kəsimini təmsil etməyə 
məcburdur?
Televiziya xəbərçiliyndə ayrı-seçkilikdən qaynaqlanan 
problemlər
I qrup:  Yox sayılan və ya çox az yer verilənlər
II qrup: Bəd xəbər mövzusuna çevrilənlər
III qrup: Ayrı-seçkilik salan keyfiyyətlərlə birlikdə 
xatırlananlar
IV qrup: Nifrətli çıxışları inkişaf etdirənlər 
Televiziya xəbərçiliyində etik problemlər: Secki kam-
paniyalari
Tapşırıqlar
Ədəbiyyat


5
ÖN SÖZ
Əziz tələbə! Çox şadam ki, sən varsan, jurnalist olmaq 
istəyirsən və bu dərslik də o üzdən sənin ixtiyarındadır. 
“Sən” müraciətinə diksinmə, axı biz böyük ehtimalla
həmkar olacağıq. Bu kitabdan başlanan tanışlığımız, 
çox güman, teleməkan dəhlizlərində, konfranslarda, 
böyük tarixi toplantılarda davam edəcək. Bəlkə, bir-
birimizlə tanış olmağa, bir-birmizin əlini sıxmağa macal 
tapmayacağıq. Amma  bir şeyə inanmaq istərdik ki, hər 
dəfə iş başında olarkən, öz videoxəbərini, proqramını 
hazırlarkən, xəbərləyəcəyin yeniliyin cövhərini 
axtararkən ixtiyarsız bu kitabı da xatırlayacaq, 
peşəkarlığa aparan yolda sənə bələdçilik etmək niyyəti 
güdən bu dərslikdən öyrəndiklərini tətbiq etməyə 
köklənəcəksən.
Gəl şərtimizi indidən kəsək.  Jurnalist olmaq gerçəkdən 
içindən gəlirsə, jurnalistikanı özündə deyil, özünü 
jurnalistikada görürsənsə və ən başlıcası, peşəkarlığa 
bağlı qalacaqsansa, xoş gəlmisən. Yox, bu, sənin 
təsadüfi seçimindirsə, ucuz sensasiya və ucuz şöhrət 
axtarırsansa, niyyətin nəyin bahasına olursa olsun
məşhurlaşmaq və ulduz olmaqdırsa, vaxtını bu 
dərsliklə almaq istəməzdik. 
Bəri başdan bildirək ki, heç bir dərslik insanı jurnalistə 
çevirmir.  Peşəkar telejurnalist olmaq istəyən hər 
gün işləməli, gözünü, qulaqlarını və qəlbini açıq 
saxlamalıdır. Unutma ki, həyat gerçəklərini xəbərə 
çevirəcəksən. Bizdən, bizlərdən bunun yollarını 
öyrənəcəksən.  Beləliklə, yol açıq, şərtlər də bəlli. 
Bu dərslik çağdaş televiziya jurnalistinə gərəkli bir 
çox nəsnələrdən söz açacaq. Televiziyanın necə 
yaranmasından, onun inkişaf  aşamalarından, ayrı-
ayrı dövrlərdə, müxtəlif vəziyyət və rejimlərdəki 
fəaliyyətindən, texnologiyanın bu sahəyə gətirdiyi 
dəyişikliklərdən, teleməkanın yaradıcı ortamından, 
telexəbərlərin necə hazırlanmasından “TV-nin 
özəllikləri” bölümündə xəbərdar olacaqsan.  
“Telexəbərin və xəbər mərkəzinin özəllilkəri” adla-
nan bölümdə sənə olayı xəbərə çevirən dəyərlər, 
telexəbərin çeşidləri, özəllikləri, xəbər mərkəzinin 
iş prinsipləri barədə gərəkli bilgilər verilir. İllər öncə 
yarı hənək, yarı gerçək deyilirdi ki, it insanı dişləyirsə, 
xəbər sayılmaz, amma insanın iti dişləməsi xəbərdir. 
Bəlkə də, sənin bəxtindən, indi bu deyim qüvvədən 
düşmüş sayılır. Axı insanın iti dişləməsi barədə xəbər 
daha heç kimi maraqlandırmır. Demək, xəbərin 
cəmiyyətə gərəkli xəbər olduğuna əmin olmaq üçün 
daha peşəkar olmalısan. Həmin bölümdə olayı xəbərə 
necə çevirəcəyindən danışılır. Sən xəbərin izinə necə 
düşmək, qaynaqları müəyyənləşdirmək, çeşidləmək 
və onlarla etibarlı əməkdaşlıq qurmaq barədə bilgi 
qazanacaqsan. Bölümü başa vuranda xəbər bolluğunda 
özünü itirməməyi, onları saf-çürük edib arıtlamağı, hər 
birini ayrılıqda və müqayisədə dəyərləndirməyi baca-
racaqsan. Bunları bilməsən, uğurlu, olğun-dolğun və 
parlaq  xəbər bülleteni hazırlamaqda payın azalacaq.  
Reportyor kimi qaynaqdan tutmuş efirədək neyləməli 
olduğunu biləndən sonra “Televiziya xəbərçiliyinin 
texniki elementləri”  bölməsinə baş vuracaqsan. 
Kadr nədir, plan nədir? Bunu bilmək sənə nə üçün 
lazımdır? Xəbər hazırlayan zaman, işin hansı hissəsi 
istehsal meydanında sənin ən yaxın tərəfdaşın 
olan kameramandan, hansı hissəsi səndən asılıdır? 
Bunları öyrənəcəksən. Birgə işin uğuru üçün nələr 
lazım olduğunu biləcəksən. Biləcəksən ki, televiziya 
avadanlığının imkanlarından doğru-düzgün yararlan-
maqla tamaşaçını, virtual da olsa, xəbərin müəllifinə 
çevirir, onunla yaradıcı dialoq qurursan. Biləcəksən 
ki, görüntü duruluğu, səs keyfiyyəti, işığın və işıq 
avadanlığının görüntüdəki rolu düşündüyündən çox-
çox önəmlidir...
“Telexəbərin hazırlanması” bölümündə telexəbər 
hazırlanmağım mərhələləri incələndikcə incələcək. 
Bitkin, mükəmməl telexəbərə gəlib çatmaq üçün 
keçməli olduğun yol – araşdırmadan başlayaraq, 
ssenarinin yazılması, stəndap, arxivlə işə qədər bir-bir 
araşdırılacaq. Mətn necə yazılmalıdır, hansı prinsiplər 
əsas tutulmalıdır, montaj zamanı nələrə diqqət 
yetirilməlidir və nəhayət, vaxtın və zəhmətin hesabına 
başa gəlmiş xəbəri sənin üzləşdiyin çətinliklərdən 
xəbərsiz olan və ümumiyyətlə, bunun marağında olma-
yan tamaşaçıya təqdim etməyi öyrənəcəksən.   
Telexəbəri hazırlamağın sirlərinə bələd olduqdan 
sonra xəbər proqramı hazırlamağa, onun çeşidlərini 
öyrənməyə ehtiyac duyacaqsan. Bir reportyor 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə