K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
  1   2   3   4   5   6   7   8   9   ...   30


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ
METODİK GÖSTƏRİŞLƏR – KAZUSLAR
(yenidən işlənib, təkmilləşdirilmiş nəşri)


Tərtib edən:  
M.D.Dəmirçiyeva
 
BDU-nun Mülki hüquq kafedrasının müdiri, 
  
hüquq elmləri doktoru, professor 
Rəyçilər:   
K.E.Qocayev 
 
Hüquq üzrə fəlsəfə doktoru
  
F.A.Cabbarlı 
 
Kommersiya və mülki proses
 
kafedrasının baş müəllimi 
 
 
F.F.Mirzəyeva 
 
Mülki hüquq kafedrasının baş müəllimi
M.D.Dəmirçiyeva. Ailə hüquqlarının məhkəmə müdafiəsi (kazuslar). 
Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2012, 120 səh.
Metodik göstərişlərdə nikah və ailənin tarixi formaları, ailəyə dövlət qay-
ğısı, ailə hüququnun tarixi təkamülü, nikah və ailə haqqında qanunvericiliyin 
inkişafı, ər-arvadın şəxsi hüquq və vəzifələri, övladlığa götürmə, qəyyumluq 
və  himayəlik  və  himayədar  ailə  qaydasında  uşaqların  ailəyə  qəbul  edilməsi 
məsələ lərindən bəhs edilir. Metodik göstəriş ali məktəblərin hüquq fakültəsinin 
tələbələri üçün nəzərdə tutulmuşdur. 
ISBN 978-9952-34-902-3
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2012
© Bakı Dövlət Universiteti, 2012
© “Şərq-Qərb” Nəşriyyat Evi, 2012
    www.eastwest.az


3
GİRİŞ
«Ailə  hüququ»  kursunun  məzmunu  müvafiq  proq ramda  öz  əksini 
tapmışdır. Təlim prosesində əsas istiqa mətverici funksiyanı yerinə yeti-
rən bu proqram təsdiq olunaraq nəşr edilmişdir. Proqramda zəruri ədə-
biyyatın siyahısı da verilmişdir. Lakin son illər ərzində baş verən ictimai-
siyasi  və  sosial  proseslər,  keçmiş  sovet  məkanında  yeni  dövlət lərin 
təşəkkül tapması, hüquqi dövlət quruculuğunun prioritet istiqamət kimi 
seçilməsi, sovet cəmiy yətinin dağılması ailə hüququna yeni inkişaf di-
namikası vermişdir. Bu kursun tədrisində çap olunmuş yeni ədəbiy yatın 
mənim sənilməsi də bu gün aktuallıq kəsb edən amillər sırasındadır.
Metodik göstərişlərlə tanışlıqdan sonra dərslik və dərs vəsaitlərinə 
müraciət  olunmalıdır.  Bu  prosesdə  kursun  proqramının  bütün  müd-
dəaları rəhbər tutulmalıdır ki, hər bir məsələ düzgün qavranılsın, onlara 
dəqiq  cavab  tapılsın.  Növbəti  mərhələdə  isə  metodiki  göstərişlərə 
müraciət edilməlidir. Məhz bu göstərişlər tədris materiallarının hərtərəfli 
mənimsənilməsinə  kömək  edir,  qazanılmış  biliyin  hafızədə  möhkəm-
ləndirilməsinə zəmin yaradır.
Məhz metodik göstərişlərə əməl edilməsi nikah və ailənin tarixi for-
maları, ailəyə dövlət qayğısı, ailə hüququnun tarixi təka mülü, nikah və 
ailə  haqqında  qanunvericiliyin  inkişafı,  ər-arvadın  şəxsi  hüquq  və 
vəzifələri, valideynlərin və uşaqların aliment hüquq və vəzifələri, övlad-
lığa  götürmə,  qəyyumluq  (himayəçilik)  və  himayədarlıq  qaydasında 
uşaq  ların ailəyə qəbul edilməsi məsələlərinə tələbələrin diqqətinin cəlb 
olunmasına əlverişli şərait yaradır.
Tələbələr  ailə-nikah  münasibətlərini  nizamlayan  terminləri,  ailə-
nikah  münasibətlərindən  irəli  gələn  mübahisələrə  baxılmasının  pro-
sessual  xüsusiyyətlərini,  ailənin  cəmiyyətin  özəyi  kimi  (ailədaxili  və 
ailə xarici  proseslərdə)  rolunu,  yerini,  missiyalarını  və  funksiyalarını 
tənzim ləyən normativ sənədlər bazasını və qanunlar paketini dərindən 
mənim səməlidirlər.
Kursun  öyrənilməsi  prosesində  təlimin  səmərəliliyini  yüksəltmək 
üçün sonda göstərilən tədris materiallarından istifadə edilməsi tövsiyə 
olunur.


4
I MÖVZU
AİLƏNİN HÜQUQİ ANLAYIŞI VƏ 
ONUN PRİNSİPLƏRİ
Ailə – ən müxtəlif tellərlə bir-birinə bağlı olan kiçik bir kol-
lektivdir.  Ailənin  əlamətlərinin  müxtəlifliyi  onun  spesifik  qrup 
olması ilə bağlıdır. Lakin tələbələrə o fikir təlqin edilməlidir ki, 
ailə  bir  yerdə  yaşayan,  qarşılıqlı  hüquq  və  vəzifələr  zəminində 
birləşən  spesifik  qrupdur.  Ailənin  ilk  əlaməti  onun  üzvlərinin 
birlikdə  yaşamasıdır.  Məhz  bir  yerdə  yaşamaqla  ər-arvad  birgə 
əmlak əldə edir, uşaqları tərbiyə etmək vəzifəsini yerinə yetirirlər. 
İkinci əlamət ailə üzvlərinin qarşılıqlı vəzifələrinin mövcudluğu-
dur. Ailə hüquq normalarının köməyi ilə dövlət ailədə mövcud 
olan münasibətləri nizamlayır, habelə nəzərdə tutulan vəzifələrin 
meydana çıxma şəraitini müəyyən edir: 
– nikahın bağlanmasının şərtləri və qaydaları, nikaha xitam 
verilməsi və onun etibarsız sayılması;
– ailə üzvləri: ər-arvad, valideynlər və uşaqlar arasında şəxsi 
qeyri-əmlak və əmlak hüquqları;
– digər qohumlar və başqa şəxslər arasında şəxsi qeyri-əmlak 
hüquqları;
–  valideyn  himayəsindən  məhrum  olan  uşaqların  tərbiyə 
olunması üçün ailəyə qəbul edilməsinin forma və metodları.
Ailə hüququnun nizamlanmasını təmin edən ailə münasibət-
ləri qarşılıqlı məhəbbət və hörmətə, qarşılıqlı yardıma və məsu-
liyyətə əsaslanır, kənar şəxslərin ailənin işlərinə özbaşına müda-
xiləsinə yol verilmir, ailə üzvlərinin hüquqları maneəsiz həyata 
keçirilir:
– ailə üzvləri tərəfindən hüquqlar həyata keçirilərkən, vəzi-
fələr yerinə yetirilərkən, digər ailə üzvlərinin və başqa vətəndaş-
ların hüquq, azadlıq və mənafelərinə xələl gəlməməsi;


5
–  qanunda  nəzərdə  tutulan  bütün  hallarda  ailə  hüququnun 
müdafiə olunması.
Ailə hüququnun tarixinin öyrədilməsinə diqqət yetirilməsi ilə 
bərabər,  müasir  ailə  hüququnun  xüsusiyyətləri  də  təlim  pro se-
sində ön plana çəkilməlidir. Çünki ailə hüququnun ən əlamətdar 
xüsusiyyətlərindən biri onun əsrlər ərzində formalaşan əxlaq nor-
maları ilə sıx əlaqədə olmasından ibarətdir.
  Ailə hüququnun mənbəyi kimi Azərbaycan Respublikası-
nın Ailə Məcəlləsində ailə münasibətlərinin nizamlanmasına bu 
və ya başqa dərəcədə təsir göstərən hüquq normalarının aşağıda-
kı  ardıcıllıqla  və  qarşılıqlı  üzvi  əlaqədə  tələbələr  tərəfindən 
öyrənilməsinə nail olmaq məqsədəuyğundur:
–  ümumi  müddəalar:  ailə  qanunvericiliyi,  ailə  hüquqlarının 
həyata keçirilməsi və müdafiəsi (Azərbaycan Respublikası Ailə 
Məcəlləsinin 1-8-ci maddələri);
–  nikahın  bağlanması  və  nikaha  xitam  verilməsi  –  nikahın 
bağlanma qaydası və şərtləri, nikaha xitam verilməsi, nikahın eti-
barsızlığı  (Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  9-28-ci 
maddələri);
– ər-arvadın hüquq və vəzifələri – ər-arvadın şəxsi hüquq və 
vəzifələri, ər-arvadın əmlakının qanuni rejimi, ər-arvadın mülkiy-
yə tinin  müqavilə  rejimi,  ər-arvadın  öhdəlikləri  üzrə  məsuliyyət 
(Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  29-42-ci  mad-
dələri);
– valideynlərin və uşaqların hüquq və vəzifələri – uşaqların 
mənşəyinin  müəyyən  olunması,  ailədə  uşaqların  hüquqları, 
valideynlərin hüquq və vəzifələri, valideynlərin və uşaqların ali-
ment  öhdəlikləri,  ər-arvadın  və  ya  keçmiş  ər-arvadın  aliment 
öhdəlikləri və s. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-
113-cü maddələri);
– valideyn himayəsindən məhrum olan uşaqların tərbiyə for-
maları – belə uşaqların aşkar edilməsi və yerləşdirilməsi, övladlı-
ğa götürmə, uşaqlar üzərində qəyyumluq və himayə (Azərbaycan 
Respublikası Ailə Məcəlləsinin 114-145-ci maddələri);


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə