Kafedra: Qədim dünya və orta əsrlər



Yüklə 90,83 Kb.
tarix26.01.2018
ölçüsü90,83 Kb.
#22472


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət UniversitetiTarix fakultəsinin əyani şöbə üzrə I kurs 056 qrup tələbəsi Quliyeva Leylanın Amerikanın qədim və orta əsrlər tarixi fənnindən kurs işi.

Kafedra: Qədim dünya və orta əsrlər

tarixi.


Kafedra müdiri: AMEA-nın müxbir üzvü prof. Y.M.Mahmudov.

Elmi rəhbər: Dilavər Əzimli.

Plan:

Mayya şəhər-dövlətləri.



I.Giriş

II.Qədim mayyalılar.

III.Mayya şəhər-dövlətlərinin yaranması, inkişafı və tənəzzülü.

IV.Nəticə.

GİRİŞ

Mayya sivilizasiyası Mayya xalqları tərəfindən qurulan Kolumba qədərki Amerika sivilizasiyalarından biridir. Mayya sivilizasiyası minlərcə il boyunca Meksikanın cənub-şərqindən (Yukatan, Katreçe, Tabasko, Çyapasa, Kintana-Roo ştatları) Honduras, El Salvador və Qvatemalaya qədər uzanan Mezo Amerika bölgəsində kökm sürmüşdür. Meksikanın cənub-şərqində 5 dövlət qurmuş, tarixləri boyunca yüzlərlə ləhçə yaratmışlar. Bu ləhçələrdən bəziləri müasir dövrümüzdə hələ danışılan 21-44 Mayya dilini yaratmışlar.



Mayyalıların yurdu üç bölgəyə ayrılır:

  1. Cənubun “Yuxarı torpaqları” – Qvatemalanın və Çyapasanın hündürlük səviyyəsi yüksək torpaqlarını əhatə edir.

  2. Cənubun “Aşağı torpaqları” – Yuxarı torpaqların şimalında yer alır və Meksikadaki Peteni, Kintana- Rooyu, şimali Qvatemalayı, Belizi, El Salvadoru əhatə edir.

  3. Şimalın “Aşağı torpaqları” – Yukatan yarmadasının qalan hissəsini və Puk təpələrini əhatə edir.

Mayya sivilizasiyası Mərkəzi Amerikada təqribən e.ə 1000-ci ildən ispan işğalına qədər olmuş dövrü əhatə edir. Əcdadlarının dilini qoruyub saxlamış mayyalıların xələfləri sırasına təkcə müasir mayya xalqları deyil, Meksika, Qvatemala , Hondurasın ispandilli əhalisinin bir qismi daxildir.

Qədim Mayyalıların astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir sivilizasiya səviyyəsində olduqları görülməkdədir. “Rabinal Achi”, “Popol-Vuh” , “Chilam Balam” kimi əsərlərin tapıldığı Mayya ədəbiyyatı bu mədəniyyətin yaşayışını təsvir etməkdədir.

Klassikə qədərki dövrdən etibarən fövqəladə adidələr inşa edən və Nakbe, Mirador, San Bartolo, Cival kimi böyük şəhərlər qurmuş olan Mayyalıların klassik dövrə aid olan məşhur şəhərlərindən bəziləri Tikal, Planke, Kopan, Kakakmul, Kuiriqua, Uxmal, Koba, Pyedras-Neqrasdır. Bu şəhərdən ikisi – Tikal və Kuiriqua YUNESKO-nun ümumdünya mədəni irsi siyahısına daxildilər.

Mayyaların özünə məxsus əkinçilik ənənələri olmuşdur.Mayyaların kəsmə-tala əkini irokezlərdəki kimi idi.Bu həmin tayfaların mədəni əlaqələrinin olduğunu göstərir.Mayyalar tropik meşələrdə kəsmə-tala əkinçiliyi ilə məşğul olurdular.Mərkəzi Amerikada il quru (may-noyabr) və yağışlı mövsüm (iyun-oktyabr) olmaqla iki hissəyə ayrılır.Quru möv-süm zamanı mayya əkinçiləri əvvəlcə meşədə əkinçilik üçün nəzərdə tutulan sahəni müəy-yənləşdirir və oradakı ağacların qabığını yonub çıxarırdılar.Mövsümün axırlarına yaxın,yəni təxminən aprel ayında kökü üstündə qurumuş ağacları yandırırdılar.Eyni zamanda torpaq bu yolla ağac gülü ilə gübrələnmiş olurdu.Kəsmə əkinçilik böyük əmək sərf olunmasını tələb edirdi.

Mayyaların dini ideologiyasında əkinçiliklə bağlı bütlərə və allahlara etiqad əhəmiyyəti əsas yer tuturdu.Çak adlı bütə pərəstiş geniş yayılmışdı.Mayyaların inamına görə çaklar dünyanın dörd qütbü və dörd rəngi ilə əlaqə yaratmışdılar.Qırmızı çak şərqdə, sarı çak cənubda, ağ çak şimalda, qara çak qərbdə idi.Qarğıdalı allahı Jum Kasi, ölüm allahı isə Axpuç adlanırdı.İt-samna mayyaların baş allahı idi.O, bütün yazıların və elmi biliklərin yaradıcısı hesab edilirdi.Mayya kahinləri allahlar haqda çox mürəkkəb təlim yaratmışdılar.Bu təlimə əsasən dünyanı ardıcıl olaraq dörd allah idarə edir.Onlar ildə bir dəfə dəyişir.Kahinlərin çilanlar adlanan xüsusi bir qrupu allahlarla əlaqə saxlayır və dindarların suallarına cavab olaraq, allahlardan xəbər gətirirdilər.

Mayya tarixinin III əsrdən IX əsrə qədər olan klassik dövrü barədə əsas məlumatı biz maddi mədəniyyət abidələrindən alırıq.Lakin mayya hələlik hamısı tapılıb tədqiq olunmamışdır.Ar-xeoloqlar qədim mayya xarabalıqlarında pramidalarla yanaşı məbədlər, saraylar, idman qur-ğuları və yaşayış məskənləri də aşkar etmişlər.Mayya şəhər-dövlətlərində əsas tikililər olan parmidalar məzmun və məqsədlərinə görə, habelə memarlıq xüsusiyyətlərinə görə Misir pramidalarından fərqlənirlər.Bunlar axırıncılardan fərqli olaraq xeyli alçaqdır, pilləvari for-madadır.Ehtimal olunur ki, belə pramidalar zəruri hallarda müdafiə məqsədilə istifadə olun-muşdur.Bu pramidaların qülləsində kiçik məbədlər inşa olunurdu.Buraya dörd bir tərəfdən üzərinə heroqlif yazıları həkk olunmuş pilitələrdən düzəldilmiş maili pillələr qalxırdı.Belə pilitələrdən birində 2500-ə qədər heroqlif yazı işarəsi vardır.Bu daş pilitə Kopan şəhərindəki pramidanın qülləsində ucaldılan məbəddə qoyulmuşdur.Çox gözəl bəzədilmiş bu pilitənin uzunluğu 30 m, eni isə 8 m-dir.

Hindu xalqlarının memarlıq mədəniyyətində, ümumiyyətlə, tağbənd tikintilərə rast gəlimə-diyindən, binaların üstünü yastı pilitələrlə örtürdülər.Odur ki, belə daş pilitələrin ağırlığına davam gətirsin deyə binaların divarlarını çox qalın hörürdülər.Buna görədə binalardakı otaq-ların həcmi, otaqların xarici sahəsinə nisbətən az olurdu.Stelaların və daş pilitələrin şaquli vəziyyətdə qoyulmuş üz hissəsində relyef təsvirləri verilmişdir.Arxa və yan hissələrində isə heroqlif mətnləri mövcuddur.Daş pilitələrin və stelaların orta hündürlüyü 3-3,5 m-dir.Bəzi hallarda isə hündürlük 11 m, eni 1m,qalınlığı isə 0,5 m olurdu.

Deyildiyi kimi arxeoloqları səyi nəticəsində idman qurğuları da aşkar edilmişdir.Bu cür idman qurğularından olan stadionların iki tipi olmuşdur.Bəzən oyun meydanları ellipsvari formada düzəldilir və maili divarlarla əhatə olunurdu.Hansı ki, tamaşaçılarda burada əylə-şirdilər.Digər tip stadionlar isə pramidalar arasında yerləşən adi torpaq meydançalardan ibarət olurdu.Tamaşaçılar isə pramidaların səthindıki pilitələrdə əyləşib oyunu seyr edirdilər.

Mayyaların maraqlı həyat tərzi də olmuşdur.Onların qida məhsulları içində qarğıdalı-mayis xüsusi yer tutmuşdur.Onlar qarğıdalı dənini çox vaxt əhəng suyunda isladır və kirkilərlə döyürdülər.Bundan xəmir yoğurub qaynar daşın üstündə çörək bişirirdilər.Qarğıdalıdan çox-növlü xörəklər və içkilər də hazırlayırdılar.Bəzən bunlara istiot və kakao da qatırdılar.Balçe ağacının köklərindən məstedici içki düzəldirdilər.

Mayyaların hər bir kəndində əhalini, öz məişətində nəsli quruluşun qalıqlarını qoruyub saxla-yan ərazi icması təşkil edirdi.Adətən, əkin üçün torpağı yararlı hala salmaq və səpini təşkil etmək məqsədilə əkinçilər 20 nəfərdən ibarət qruplar halında birləşirdilər.Hər bir ailənin əkin yeri onun evinin yanında yerləşirdi.Məhsulun və ya ovun bir hissəsi əyanlara verilirdi.

Mayyaların təqvimi onların astronomik, riyazi biliklərini təcəssüm etdirir.Onların təqvimlərinin yaranması da bizim eranın əvvəllərinə aid edilir.Mayyaların illəri hər birində 20 gün olmaqla 18 aydan ibarət idi.Bundan başqa 5 əlavə gün də vardı ki, mayyalar bunları adsız günlər adlandırırdılar.

Qədim mayyalar.

QƏDİM MAYYALAR.Tapıntılar Mayya bölgəsinin e.ə 10000-11000-cü illərdə məskun olduğunu göstərməkdədir. Bu dövr haqqında böyük müzakirələr hələ də davam etməkdədir; bu mövzuda kəşf və tapıntı olduğu deyilə bilinməz.

Arxeoloqlar tərəfindən çox rəğbət görməyən fikirlərdən biridə James Churchward tərəfindən ortaya atılmışdır. Churchwarda görə Mayyalılar təxminən 12000 il əvvəl Böyük Okeanın sularına qərq olmuş Mu qitəsindən bu qitəyə köç etmiş bir xalqın nəvələridir. Tezisini qismən mineraloq və arxeoloq olan Dr.William Nivenin 1921-ci ildə Mexico City yaxınlarındakı Santiaqo Ahuizoctla qazıntılarında tapdığı 2600 tabletə,qismən Troano, Drezden kimi əl yazmalarına, qismən də Uxmal məbədi və Xochicalo Piramidası kitabələrinə ilə sübut etməyə çalışan Churchward Asiya və Amerika xalqları arasındakı oxşarlıqları hər iki qitəyə də Mu qitəsindən köç edildiyini irəli sürərək açıqlamağa çalışır.( Churchwarda görə munun məhv oluşundan etibarən dünya sivilizasiyalarında irəliləmə deyil də çöküş, yəni bir mədəniyyət səviyyəsindən geriləmə yaşamışdır.)Sözü gedən oxşarlıqları açıqlamaq üçün ortaya atılmış bir başqa fikir isə köçün Asiyadan Amerikaya Berinq boğazı vasitəsi ilə edilmiş olmasıdır. (Mövzuyla bağlı aparılan araşdırmalar tamamilə sübut edilmiş bir qaydayı hələ ortaya qoymamaqla belə Mayya dilinin də daxil olduğu Amerindiyen dil ailəsinin təxminən 16000 il əvvəl Sibir qaynaqlı bir köç dalğasıyla yarandığı, yəni bu dil ailəsindəkilərlə Sibirdə yaşayanların o vaxtadək eyni dili danışdığı nəticəsinə gəlmişdir.)

Mayya bölgəsində formativ dövr əvvəlində iqlim şəraitinin müxtəlif heyvan növlərinin məhv olmasına yol açmış böyük dəyişikliklərə məruz qalmasıdır. Bu dəyişikliklər ehtimal ki, əsas faktor olan ovçuluq mövzusunda yer dəyişikliyinə və yabani meyvə, toxum və köklərin yeyilməsinə səbəb olmuşdur. Bütün Yukatan yarımadasında nəsli kəsilmiş heyvan növlərinə və bu dövrə aid insan faktorlarının izlərinə rast gəlinmişdir; Campechedəki İndustria de la Concepcion alətləri və Loltundakı mağaralarında tapılan divar rəsimləri bu dövrə aid insan faktorlarını göstərən tapıntılara nümunə göstərilə bilər.

FORMATİV DÖVR. “Əkinçilər dövrü” adı da verilən bu dövrün başlanğıc və son tarixləri mövzusunda müzakirələr hələ də davam etməkdədir, çünki bu dövr yaxşı öyrənilməmişdir. Formativ dövr özü də 3 əsas dövrə bəlünür:



  1. Erkən dövr (e.ə 2500-1000-ci illər)

  2. Orta dövr ( e.ə 1000-400-cü illər )

  3. Son dövr (e.ə 400- b.ə 250-ci illər )

Bilinən mənadakı məskən qalıntılarına Sakit okeanın sahillərində Soconusco bölgəsində rast gəlinmiş və bu qalıntılar e.ə 1800-cü illrinə aid edilməkdədir. Bu məskən qalıntılarıyla başlayan dövrə “erkən formativ dövr” deyilir. Bu dövr oturaq təsərrüfata keçməsiylə, saxsı qabların ishetsalı və bişmiş gildən heykəlçiklərin istehsalı ilə səciyyələnir. Mayya sivilizasiyasının başlanğıcının e.ə 2600-cu illərə dayanmaqla birlikdə sistemli yaşayış məskənləri e.ə 1800-cü illərdə başladığı güman edilməkdədir. Formativ dövr ümumi qəbula görə b.e 250-ci illərində qurtarır və bu tarixdə klassik dövr başlayır. Mayya tarixini “Mayyalılara qədərki dövr”, “qədim imperatorluq” və “yeni imperatorluq” şəklində bölməyə çalışan tarixçilərə görə qədim imperatorluq b.e 320-ci illərdə başlamışdır. Ancaq digər Mezo Amerika sivilizasiyaları nəzərə alındığında, bu dövrdəki Mayya sivilizasiyasının fiziki və mədəni genişliyi mövzusunda da müzakirələr qurtarmış deyil. Formativ dövrdə Mayya dili inkişaf etmiş, Mayya xalqı təcrübə qazanmış və bir çox böyük şəhər qurulmuşdur. Keramika araşdırmalardan yola çıxan bir düşüncəyə görə bu dövrdə bölgənin Sakit okean sahilində ( Oaxakadan El-Salvadoradək ) indiki Mike, Zoque və Popoluca xalqlarının əcdadları tərəfindən məskən edilmişdi. Bunlar e.ə 1200-cü illərə doğru Meksika körfəzinə köç etmişlər və Olmek sivilizasiyasını yaratmışlar. Bu fikirdə olanlar Meksika bölgəsindəki ən qədim keramikanın Okos adı verilən xüsusi stillə düzəldilmiş olub, Qvatemalanın Sakit okean sahili mənşəli olduğunu və ən qədim Olmek əsərindən təxminən 600 il daha qədim olduğunu bildirməkdədir. Bir başqa fikrə görə də Olmeklərin nəvələri Qvatemalanın müasir Peten vilayətinin tapıldığı bölgəyə köç etmişlər, sonradan oradakı yerli xalqlarla qarışaraq qədim-Mayyalıların mənşəyini yaratmışlar. “Chilam Balam”ın Chumayel mətnləri anavətənin harası olduğunu açıqca göstərmirsədə, Mayyalıların olduqları torpaqlara anavətəndən edilən bir köçlə gəldiklərini təstiq etməkdədir. Formativ dövr başladıqdan sonra, xüsusilə də, dövrün ortalarına doğru Mayyalılar Qvatemalanın Mayya bölgəsində Nakbe, El Mirador, Cival və San Bartolo şəhərləri kimi monumental şəhərlər inşa etməyə başladılar. Bunlardan San Bartolo şəhərində Mayya bölgəsinin ən zərif və ən qədim freskləri tapılmaqdadır. Olmeklərin və Mayyalıların sivilizasiyaların bir-birlərindən azad olaraq inkişaf etmiş olmaları mövzusunda hələ də şübhələr varsa da, bu böyük şəhərlər klassik dövrdə Mayyalıları məşhur edecək xüsusiyyətlərə hələ o vaxtdan sahibdilər və bu xüsusiyyət Mayya sivilizasiyasının Olmeklərdən asılı olmayaraq inkişaf etmiş olmaları tezisini gücləndirir.

Sonralar, postklassik dövründə bəzi qruplar Qvatemalanın bu şəhərlərin tapıldığı Peten bölgəsindən şimala ( Yukatana doğru) köç etmişlər bəzi qruplar isə yerlərini tərk etməmişlərdi;Mayya qəbilələrinin fərqli olması da bu köçlə açıqlanır .Bu qəbilələrdən biri ,ortaq xüsusiyyətləri qorumuşdusa da ,fərqli bir ləhçə yaratmışlar.İspanların işğalı ərəfəsində bu qruplardan hər biri mədəni olaraq mələzləşərək ənənələri baxımından özünə məxsus bir şəkil qazanmışdır.Yaxın vaxtlara qədər Peten bölgəsindəki Mirador,Cival və s. kimi şəhərlərdə edilən kəşflərə baxmayaraq kimiləri hələ mayya xalqının bir çox elementi Olmek mədəniyyətini yaşayış tərzindən nümunə götürdüyünü irəli sürməkdədir.Bu kəşflərin göstərdiyi kimi mayalılar hələ o vaxtlarda şəhərsalmanı ,dövlət təşkilatlanmasını və təbiətə uyğun bir şəkildə yaşamasını bilirdilər.Pasion çayı sahillərindəki Cuenca del Miradordakı e.ə 2750-ci ilə aid qarğıdalı tozcuqları nümunələri ilk əkinçilərin bölgəyə bu tarixdə gəldiklərini ortaya qoymaqdadır.

Bölgəyə gələn bu əkinçilər istər Altosda yaşayanlarla, istər Qvatemalanın Sakit okean sahilindəki Abaj Takalik (e.ə 1000), Kaminaljuyu (e.ə 800) və El Salvador (e.ə 900) kimi şəhərlərdə yaşayanlarla, istərsədə Meksika körfəzi sahillərində yaşayanlarla əlaqələr qurmağa başladılar.Beləliklə, e.ə 1000-ci ilə doğru get-gedə artan əhali bütövlükdə bölgənin orta hissəsinə yayıldı və buna paralel olaraq bəzi hadisələr baş verdi.Bu hadisələr arasında bölgənin hər bir yerində şəhərsalmanın inkişafı,müasir əkinçilik sistemlərinin istifadəyə başlanması, artan əhalini tənzimləyə bilən bir növ siyasi təşkilatlanmanın yaranması sayıla bilər. Bu “qabaqcıl” siyasi təşkilatlanmada zadəganların və din xadimlərinin nüfuz mövqeyində olduqları bir iyerarxiya mövcuddur. Peşə əmək bölgüsü meydana çıxmışdır:əkinçilik , ovçuluq, balıqçılıq, meyvəçilik, dulusçuluq, daş yonma,toxuculuq və din xadimliyi. Əkinçilikdə qarğıdalı, paxla, kakao və balqabağı əkininə daha çox əhəmiyyət verilmişdir;ovçuluq, balıqçılıq və meyvəçilik ikinci dərəcəli sahə idi.Bna görə də bu dövr “əkinçilik dövrü” olaraq da adlandırılır.Bu dövrdə ölülər mədəniyyətini ehtiva edən bir din görülməkdədir.

Arxeolojik tapıntılar Mayyalıların təxminən 3000 il əvvəl mərasim abidələr inşa etdiklərini göstərməkdədir. Mayya sivilizasiyasının Olmek sivilizasiyası ilə müqayisədə sərhədləri və fərqləri mövzusunda müzakirələr hələ davam etməkdədir.Qədim Mayyalılar ilə Olmeklər Olmeklərin varlığı ərzində bir-birindən təsirlənmişlər.

Ən qədim abidələrin kurqan tipli məzarlar olduğu,sonradan ilk piramidaların inşa etdildiyi güman edilməkdədir. Olmek sivilizasiyasının Mayya sivilizasiyası ürərindəki təsiri klassikə qədərki dövr boyunca get-gede azaldığı və e.ə 3. yüzillikdə bu təsirin tamamilə yox olduğu görülməkdədir. Son klassikə qədərki dövrdə bütün Mezo Amerikada qaynağı Olmek mirasına dayanan dini mədəniyyət ənənələrinin yarandığı görülür. Mayyalılar Olmeklərdən almış olduqları başlıca sistemlər yazı, say sistemi və “Uzun Hesab” adlanan təqvim sistemidir.

Bu dövrdə inşa edilən şəhərlər arasında Santa Marta, Chiapa de Corzo, Tonala, İzapa,Tixchel, Yaxuna, El Trapiche, Casa Blanca, Bolinas,Kaminaljuyu kimi şəhərlər vardır. Sonuncu şəhərin sakinləri b.e 400-cü illərində Meksikanın orta hissəsindən güclü Teotiokan şəhərindən gələn döyüşçü bir xalq tərəfindən işğal edilənədək Mezo Amerikanın digər qüvvələri ilə birlikdə bölgənin ticarət əlaqələrini nəzarətlərində saxlamışlar.Teotiokanın əsgəri və mədəni təsiri o vaxtlardan bütün Mayya mədəniyyətində hiss edilmişdir.

KLASSİK DÖVR. Bu dövr b.e 250-ci ildə başlayıb, b.e 900-cu illərində başa çatmışdı. Mayya tarixini “Formalaşma”, “Qədim şahlıq” və “Yeni şahlıq” dövrlərinə bölən tarixçilərə görəysə, “Qədim şahlıq” dövrü b.e 320-ci illində başlamış, b.e 987-ci illində sona çatmışdır. Bu dövr inşaatda, şəhərsalmada, monumental yazıların qeyd edilməsində və bir çox sahədə Mayya sivilizasiyasının zirvədə olduğu və zehni və bədii sahədə böyük bir inkişaf əldə etdiyi dövrdür. Bu dövrdə Avropada və dünyanın digər yerlərindəki cəmiyyətlə müqayisədə bir çox baxımdan yüksək səviyyədə idilər. Bu dövrə teokratik dövr də deyilir. Dövrün bu adı almasının səbəbi gücün dini qrupların əlində tomlanmış olması, bütün iqtisadi, mədəni və sosial yaşayışın dini istiqamət alaraq inkişaf etmiş olmasıdır. Din adamları qrupları klassik dövrün Mayya dövlətlərinin idarəçilik sistemi üzərində daima əhəmiyyətli bir nüfuz gücünə sahib olmuşlar. Ayrıca bir də zadəgan sinifi olmaqla birlikdə gücü əllərində saxlayan döyüşçü sinfiydi. Din adamları idarəçilik üzərində təsirli olsalar da, heç vaxt idarəçi olmamışlar; Mayyalıların idarəçilərinin din adamı olduğu imici şəhərlərin bir-biri ilə daima döyüş vəziyyətində olduğunun bilinməsi ilə darmadağın olmuşlar. Bu dövrdə əsas iqtisadi faktor əkinçilik olduğundan sözü gedən sosial sinifləşmədə əkinçilər sinfi də yerini almışdır. Bu dövrdə dəniz ticarətinin də inkişaf etdiyi güman olunur. Tapıntılar Mayyalıların Mezo Amerikalı olmayan xalqlarla da ticarət edə bilmiş olduqlarını göstərməkdədir; nümunə kimi Çiçen İstada tapılan Panama qızılını göstərmək olar. Bu dövrə aid şəhərlər arasında ən tanınanları bunlardır: Tikal, Pyedras-Neqras, Planke, Bonampak, Koban, Koba, Yaşlıçan, Kakalmul və s.

Peten bölgəsinin bu dövrdə fəaliyyəti artmış iki əhəmiyyətli mərkəzi Uxaxactun və Tikaldır. Bunlardan Tikalın 25 km şimalda yer alan Uaxactun bölgədəki ən qədim Mayya məbədinin tapıldığı və “saxta günbəzli tavan”ın varlığının ilk müşahidə edildiyi şəhərdir. Hal-hazırda meşənin içində qalan Tikal isə Teotiokan təsiri göstərməkdə olub, ən parlaq vaxtında 100000-ə qədər olan əhalisi ilə “son klassik dövr” Amerikasının ən böyük şəhəri olmuşdur və stratejik bir əhəmiyyətə malik olmuşdur.

Hondurasdakı 736-cı ilə doğru ən parlaq dövrünü yaşayan Kopan şəhəri isə Mayya dünyasının elmi mərkəzi olmuşdur. Astronomiyanın son dərəcə iləri olduğu bu mərkəzdə təqvim mövzusunda hal-hazırda istifadə edilənlər qədər dəqiq nəticələr verəcək sistemlərə və tutulma cədvəllərinə sahib idilər.

Kalakmul və Koba şəhərləri də bu dövrə aiddir. Kalakmulda 100-dən çox stel- monolit kəşf edilmişdir. 623-cü ildə parlayan Koba isə Yukatan yarımadasının şimal-şərqindəki teokratik mərkəzdən daha qədim olan bir teokratik mərkəz olmuşdur. İqtisadi və siyasi nəzarətin təmin edilməsi üçün bölgədə inkişaf etmiş bir yol şəbəkəsi ilə əlaqələndirilmişdir. Bu bölgədə yolların inşasına 600-800-cü illərdə başlanılmış olmalıdır. Bu yüzilliklər eyni zamanda Kobada müxtəlif stellərin tikildiyi və şəhərsalmanın inşaat sahəsində inkişaflar olduğu yüzilliklərdir.

POSTKLASSİK DÖVR. Bu dövr b.e 900-cü ilində başlamış və 1530-cu ildə başa çatmışdır. Dövrün səciyyəvi cəhəti Mayya sivilizasiyasının tənəzzülə uğramasıdır. Bu dövrdə cənub rayonlarında yaşayan mayyalıların sayı sürətlə azalmışdır. Sonradan bu azalma bütövlükdə Mərkəzi Yukatana sirayət edir. Su təchizatı bərbad hala düşür və əhali şəhərləri tərk edir. Bu proses tolteklərin hücumları ilə daha da sürətlənir, 899-cu ildə Tikal boşalır. 987-ci ildə son şəhəri mayyalıların tərk etməsi ilə onların klassik dövr səltənəti sona yetir. Yeni başlanan dövr Mayya cəmiyyətinin ictimai və mədəni strukturlarında əhəmiyyətli dəyişikliklərlə müşahidə olunur.

1050-ci ildə Cicen-İsta dağılır. 1263-cü ildə Mayyapan şəhərinin əsası qoyulur. Tezliklə bu şəhər Yukatanın əsas mərkəzinə çevrilir. 1441-ci ildə burada üsyan baş verəndən sonra 1461-ci ildə onun da əhalisi şəhəri tərk edir. Bundan sonra Yukatan ərazisində bir-biri ilə mübarizə aparan şəhər-dövlətlər mövcud olur.

MÜSTƏMLƏKƏ İŞĞALI DÖVRÜ. Bu dövr 1521-1821-ci illəri əhatə edir. 1517-ci ildə Yukatanda Ernandes de Kordobanın rəhbərliyi altında ispanlar peyda olur. Köhnə dünyadan idxal olunan ənənələr mayyaların rastlaşmadıqları xəstəliklərdə öz əksini tapır. 1528-ci ildə kolonist Fransisko de Moktexolin başçılığı ilə Yukatan yarmadasının şimalının işğalı başlanılır. Regionu özünə tabe etmək üçün ispanlara 170 il vaxt lazım oldu. 1697-ci ildə mayyalıların son müstəqil şəhəri Tayyasal ispanlara tabe oldu. Qeyd olunduğu kimi 19-cu əsrdən etibarən mayyalıların yaşadıqları ərazilərdə əhalinin sürətlə azalması baş verir. Yukatanın əvvəlcə cənubi, daha sonra mərkəzi hissəsini ehtiva edən bu proses nəticəsində şəhərlər boşalır, 20-ci əsrin ortalarından etibarən isə daş tikililərin inşası dayanır. Mayya sivilizasiyasının bu cür tənəzzülü ilə bağlı tədqiqatçılar mübahisəli fikirlər söyləyirlər. Bu zaman iki ehtimal irəli sürülür:


  1. Ekologiya ilə bağlı ehtimal – bu mülahizə insan və təbiətin qarşılıqlı münasibətlərinin balansına əsaslanır. Zaman keçdikcə balansın pozulduğu güman edilir.

  2. Qeyri- ekoloji ehtimal – müxtəlif növ mülahizələri ehtiva edən bu fikir epidemiya, fəth amili, iqlim dəyişikliyi və s. səbəblər barədə ehtimalları özündə birləşdirir. Mayyalıların fəth olunması arxeolojik qazıntılar təstiq edir. Mayyalılara məxsus ərazilərdə tolteklərə məxsus maddə mədəniyyət nümunələri tapılmışdır.

Mayya sivilizasiyası Mayya xalqları tərəfindən qurulan Kolumba qədərki Amerika sivilizasiyalarından biridir. Mayya sivilizasiyası minlərcə il boyunca Meksikanın cənub-şərqindən (Yukatan, Katreçe, Tabasko, Çyapasa, Kintana-Roo ştatları) Honduras, El Salvador və Qvatemalaya qədər uzanan Mezo Amerika bölgəsində kökm sürmüşdür. Meksikanın cənub-şərqində 5 dövlət qurmuş, tarixləri boyunca yüzlərlə ləhçə yaratmışlar. Bu ləhçələrdən bəziləri müasir dövrümüzdə hələ danışılan 21-44 Mayya dilini yaratmışlar.

Mayyalıların yurdu üç bölgəyə ayrılır:



  1. Cənubun “Yuxarı torpaqları” – Qvatemalanın və Çyapasanın hündürlük səviyyəsi yüksək torpaqlarını əhatə edir.

  2. Cənubun “Aşağı torpaqları” – Yuxarı torpaqların şimalında yer alır və Meksikadaki Peteni, Kintana- Rooyu, şimali Qvatemalayı, Belizi, El Salvadoru əhatə edir.

  3. Şimalın “Aşağı torpaqları” – Yukatan yarmadasının qalan hissəsini və Puk təpələrini əhatə edir.

Mayya sivilizasiyası Mərkəzi Amerikada təqribən e.ə 1000-ci ildən ispan işğalına qədər olmuş dövrü əhatə edir. Əcdadlarının dilini qoruyub saxlamış mayyalıların xələfləri sırasına təkcə müasir mayya xalqları deyil, Meksika, Qvatemala , Hondurasın ispandilli əhalisinin bir qismi daxildir.

Qədim Mayyalıların astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir sivilizasiya səviyyəsində olduqları görülməkdədir. “Rabinal Achi”, “Popol-Vuh” , “Chilam Balam” kimi əsərlərin tapıldığı Mayya ədəbiyyatı bu mədəniyyətin yaşayışını təsvir etməkdədir.

Klassikə qədərki dövrdən etibarən fövqəladə adidələr inşa edən və Nakbe, Mirador, San Bartolo, Cival kimi böyük şəhərlər qurmuş olan Mayyalıların klassik dövrə aid olan məşhur şəhərlərindən bəziləri Tikal, Planke, Kopan, Kakakmul, Kuiriqua, Uxmal, Koba, Pyedras-Neqrasdır. Bu şəhərdən ikisi – Tikal və Kuiriqua YUNESKO-nun ümumdünya mədəni irsi siyahısına daxildilər.

Mayya şəhər-dövlətlərinin yaranması, inkişafı və süqutu.

Mayya şəhər-dövlətlərinin yaranması haqda kifayət qədər məlumat yoxdur.Arxeoloqların əldə etdikləri məlumat isə tam dəqiq deyil,təxminidir.Mayya şəhərləri inkişaf etmiş may-ya mədəniyyətin təcəssümü olmuşdur.Bütün mayya şəhərləri bir prinsip və səbəb əsasın-da inşa edilmişdi:meydanlar şəhər mərkəzindəki ehramları birləşdirirdi.Burada pilləkən-lər və pramidalar dayerləşirdi.Şəhərlərdə kanalizasiya sistemi və yağış suyunu toplamaq və qorumaq üçün sistem yaradılmışdı.Mayya şəhərləri Mezoamerikanın mədəniyyət və ictimai-ticari mərkəzləri idi.

Tikal şəhəri mayyaların ilk ictimai mərkəzi olmuşdur.Şəhər özünəməxsus arxitekturası ilə bütün Mezoamerikada məşhur idi.O, 300-1000-ci illərdə mövcud olmuşdur.Tikal şəhərinin ərazisi əsas meydandan və onu əhatə edən ehram və tikililərdən ibarət idi.Belə ki, şəhərin tam mərkəzində virtual həyət və ondan ehramlara qalxan pilləkənlər yerləşirdi.Şəhər özünün çiçəklənmə dövrünü bizim eranın 700-900-cü illərdə yaşamışdır.Tikal ehramları təkcə şəhərin simvolu deyildi,həmçinin şəhə-rin müqəddəsliyini, güclülüyünü bildirirdi.Hətta şəhər məhv olduqdan sonrada onun mə-bədlərinin qalıqları indiyə kimi qalmışdır.

Akropolun ətrafında mayya döyüşçülərinin evləri yerləşirdi.

Palenke mayyaların önəmli mədəni mərkəzlərindən biridir. Palenke özünün çiçəklənmə dövrünü 600-700 illərdə yaşamışdır.Palenke digər mayya şəhərlərindən daha yaxşı öyrə-nilmişdir.Qədim tikililər bütöv şəhərin dağınıq qalıqları şəkildə görünüşünü saxlamışdır. Bəzi ehramların üzərində mayya ioroqliflərilə yazılar yazılmışdır.

Uşmal 600-1000-ci illərdə Tikal şəhəri ilə eyni vaxtda mövcud olmuşdur.Yukatan yarımadasında yerləşən bu şəhərin adının mənası üç dəfəyə tikilmiş mənasını verir.Uşmal şəhəri qədim mayyalıların əlverişli dini və su ilə təminat şəhəri olmuşdur.Şəhərdə kana-lizasiya sistemi, eyni zamanda yağış suyunu saxlayıb istifadə etmək üçün qurğular yara-dılmışdı.

Kopan-akropol şəhəri olmuşdur.Kopan şəhəri təxminən VII əsrdə salınmışdır.Şəhər indi-ki Honduras dövləti ərazisində inşa edilmişdir.Şəhər mərkəzində digərlərində olduğu kimi meydanlar və onları əhatələyən ehramlar olmuşdur.Lakin mayyalıların naməlum köçü nəticəsində şəhər boşalmışdır.

Çiçen-İtsa hadisələr şəhəri hesab olunur.O, VI-VII əsrlərdə Mezoamerikada mövcud olmuş mədəni-ictimai mərkəzlərdən biri olmuşdur.Şəhər Yukatanda, indiki Merida şəhə-ri ərazisində yerləşmişdir.Şəhər 300 m ərazini əhatə edirdi.Kuluklanda 9 pramida şəhərin ümumi görünüşünü xarakterizə edirdi.Kuluklan 25 m ərazidə yerləşirdi.Əsas meydanı əhatələyən pramidalar 91 pilləli olmuşdur.Mayyalılar təqvim hazırladıqları üçün bunu öz abidələrində də əks etdirirdilər.Belə ki, bir çox Mezoamerika xalqlarının allahı olan Ketsalkoatlın simvolu olan qanadlı ilan Çiçen-İtsa pramidalarında da öz əksini tapmışdır.Mayyalar ilin günlərinin sayına uyğun olaraq, pramidaların birində 365 Ketsal-koatl təsvir etmişlər.

Postklassik dövrdə-mayya svilizasiyasının tənəzzül dövründə Çiçen-İtsa şəhəri də mayyalılar tərəfindən tərk edilir.Şəhər boşalır və tolteklər tərəfindən tutulur.Beləliklə mayyaların qədim şəhəri olan Çiçen-İtsa 1050-ci ildə dağılır.



1263-cü ildə Mayyapan şəhərinin əsası qoyulur.Mayyapan mayya bayrağı mənasını verir.Tezliklə bu şəhər Yukatanın əsas mədəni mərkəzinə çevrilir.Lakin mayya sivilizasiyasının tənəzzül dövründə yaranan şəhər elə həmin dövrdə də məhvə düçar olur.1441-ci ildə burada üsyan baş verdikdən sonra şəhər 1461-ci ildə Mayyapanın əhalisi də onu tərk edir.Məhz bu dövrdə ayrı-ayrı mayya şəhər-dövlətləri arasında mübarizə və çəkişmələr başlamışdı.



Mayya şəhər-dövlətlərinin süqutuna səbəb onların bir-biri ilə eyni zamanda tolteklərlə davam edən aramsız müharibələri olmuşdur.987-ci ildə tolteklər gəlmişdilər Ketsakoatla.Onların mi-fologiyasına görə bütün xalqlar allahlara çoxlu qurbanlar veməli idi.Onlar insanların ürəklərini tələb edirdilər.Yukatana gəlmiş tolteklərə mayyalıların böyük təsiri olmuşdur.Quitano-Roo Qva-temalanın bir hissəsini ələ keçirən tolteklər mayyalılara da ağalıq etmək istəmişlər.Lakin mayya-lıların mədəni təsirinə məruz qalmışla.XI əsrin axırı Xəsrin əvvəlləri mayya torpaqla-rında sanki fəlakət baş vermişdi.Yukatan yarımadasında şimalı müstəsna olmaqla, mayyanın qədim şəhərləri öz əhalisi tərəfindən tərk edilmişdi.Əhalinin bu yerlərdən köçüb getməsinin səbəbləri hələlik də-qiq müəyyənləşdirilməmişdir.Bu barədə bir çox fərziyyələr var.Onlardan bəziləri: yoluxucu xəs-təliklər haqqındadır.Belə ki,iqlim gözlənilmədən dəyişmiş, qarətçi düş-mən yürüşləri olmuş,dəm yə əkinçilik torpaqlarının məhsuldarlığını azaltmış, xalq kütlələri üsyan qaldırmış, zəlzələlər ol-muş və sair olmuşdur.Lakin son dövr Amerika alimlərinin təd-qatları belə bir fikir söyləməyə əsas verir ki, bu yerlərin sakinləri heç bir yerə getməmiş və burada təbii fəlakətlər də baş verməmişdi.Sadəcə olaraq IX əsrdən sonra, ilk orta əsrlər döv-ründə olduğu kimi əzəmətli tikintilər inşa edilmədiyindən, sonrakı dövr mayya tarixinin izlə-ri qalmamışdır.Yukatan yarımadasının yalnız şimal hissəsində şəhər həyatı əvvəlki kimi da-vam etməkdə idi.X əsrin axırlarında Meksikadan gələn tolteklər şimali Yukatanı işğal edərək Çiçen-İtsa şəhərini özlərinə paytaxt etmişlər.Toltek işğalı dövründə Yukatanda iki əhali qrupu meydana çıxmışdı.Bunlardan biri “İtsa” adamları, digəri isə “Tutul-şiu” adamları adlanırdı.Birincilər Çi-çen -İtsa şəhərində məskunlaşdıqlarından onlara belə ad verilmişdi.Çiçen-İtsa sözü İtsa adamları-nın quyusu mənasını verirdi.Titul şiu adamları isə Uşmal şəhərində yerləşərək oranı paytaxt et-mişdilər .Tolteklərin çəkilib getməsindən sonar siyasi hökmdarlıq Çi-çen-İtsadan yeni inşa edil-miş və inkişaf edən Mayyapan şəhərinin əlinə keçmişdi.Belə hesab edirlər ki, bu şəhəri tolteklə-rin əfsanəvi qəhrəmanı Kuluklan saldırmışdır.XII əsrin axırların-da Mayyapan şəhərinin hökm-darı Xunak Geyel muzdlu ordunun köməyi ilə Çiçen-İtsa şəhəri üzərinə hücuma keçərkən onu süquta uğratdı.Qədim mayya paytaxtı xarabaya çevrildi.XIII əsrin axırlarında Mayyapan şəhə-rində Kokomlar sülaləsi hakimiyyət başına keçdi.O, özünü Kuluklanın nəslindən hesab edirdi. Onlar yarımadanın digər şəhər-dövlətlərini də özlərinə ta-be etdilər.Lakin bu şəhərlər 1441-ci ildə üsyan qaldıraraq Mayyapan şəhərini dağıtdılar.Üs-yanın başında Titul-şiu adamlarının rəh-bəri Ağ-Şupan dururdu.Yukatan əslində bundan sonra yüz il müddətində ayrı-ayrı şəhər dövlət-lərinə parçalanmış vəziyyətdə qaldı.İspan müstəmləkəçiləri 1541-1546-cı illərdə Mayya şəhər-dövlətlərinin bir-birinə qarşı düşmənçilik mövqeyini istifadə edərək onları asanlıqla tabe etdilər. Bundan sonra mayyalar, xronikaların birində deyildiyi kimi, müqəddəs Pyotrun və əlahəzrət kra-lın təbəələrinə çevrildilər.Müasir mayyalar isə ABŞ-da və Kanadada məskunlaşmışlar.Onların sayı çox azdır və orta əsrlərdə hamını valeh edən mədəniyyətləri də məhv olmuşdur.Bu xalqlar-dan geriyə sadəcə sadə Ame-rika vətandaşları qaldı.

Nəticə


Mayya tayfalarının yaratdıdğı mədəniyyət bütün Mezoamerikada, eləcə də müasir dövrümüzdə hamını təəccübləndirəcək xüsusiliyə və inkişafa malik idi.Mayya şəhərləri bu mədəniyyətin təcəssümü idi. İnşa edilmiş tikililər haqda müxtəlif fərziyyələr vardır.Lakin real olaraq Kopan, Çiçen-İtsa kimi qədim şəhərlərin izləri bu günümüzə kimi qalmışdır.Onlar bizim üçün inanılması çətin olan vərdiş və bacarıqlara sahib olmuşlar. Dünya sivilizasiyaları içərisində mayya müəmmalı sivilizasiyalardan biridir.

Təkər kimi əşyalara sahib olmasalar da, möhtəşəm və nəhəng abidələr inşa etmiş Mayyalar istər memarlıq baxımından, istərsə də fövqəladə təqvim və astronomiya bilikləri baxımından, istərsə də şəhərlərini bilinməyən bir səbəbdən birdən tərk etmələri baxımından bəzilərinə sirrli bir sivilizasiya olaraq görülməkdədir. Bu mövzular ilə maraqlanan yazıçılar və ufoloqlar Mayyalıların bəzi sahələrdəki fövqəladə biliklərini batdığı güman edilən əfsanəvi bir qitədən gəldiklərinə və yad planetlilərlə əlaqə qurduqlarına bağlayırlar. Bunlara görə, Mayya mətnlərində və Mayya incəsənət və memarlığında bu əlaqələrlə bağlı işarələr tapılmaqdadır və əslində Mayya tarixində inkişaf deyil, geriləmə yaşanmışdır. Mayyalıların inkişafda olduqları dövrdə bölgədə aşağı səviyyədə yaşamış cəmiyyətlərdə var idi.Ən yüksək inkişaf dövründə şəhərlərin sayı 200-ə yaxın olmuşdur.Onların 20-si bu günümüzdə daha yaxşı tədqiq olunmuş-dur.Klassik dövrdə mayya mədəniyyəti özünün ən yüksək inkişaf dövrünə çatdı.Mayya mə-dəniyyətinin xüsusiliyi və mükəmməlliyi mayya şəhərlərində əks olunmuşdur.Divarlarda əks olunan gözəl freskalara görə Palenke, Kopan, Bunanpaks xüsusilə seçilirdi.Bu freskalarda hadisələr elə təsvir olunurdu ki, bu abidələri antik dünyanın ən mükəmməl abidələri hesab edirdilər.Mayya sivilizasiyasının bu dövrünü ən inkişaf etmiş klassik dövr adlandırırlar.Bu abidələrin bir çoxu məhv olmuşdur.Arxeoloqlar belə hesab edirlər ki,mayya sivilizasiyası ya uzun dövr ərzində tədricən məhv olmuşdur, ya da qankistadorlar tərəfindən tamamilə dağıdıl-mışdır.Kolumba qədərki dövr ərzində mayya xalqları özünə məxsus yazıylarıyla fərqlənmişlər.Bu mənada onların istifadə etdikləri ioroqliflər xüsusi əhəmiyyət kəsb edirdi.Onlar daş üzərində işləyirdilər.Bunlar kodekslər adlanır.Mayya mədəniyyətində bu kodekslər bu mədəniyyəti öyrənmək üçün əsas mənbə hesab edilir.Qeyd edim ki, alman alimi Uestman tərəfindən 1880-ci ildə tərcümə edilmişdir.Oaxaka ştatında arxeoloqlar tərəfindən eramızın 700-cü illərinə aid edilən ioroqliflərlə işlənmiş abidə aşkar edilmişir.İspan işğallarından sonra qonkistadorlar mayya yazılarının sirri açmağa çalışdılar.İlk dəfə buna ispan monarxları cəhd etdilər ki.Onlar mayyalıları xristianlığa cəlb etmək istəyirdilər.Onların arasında ən məhşuru Dieqo de Lando idi.O, 1566-cı ildə Yukatanın işləri barədə “məlumatlar” adlı hesabat yazdı.Landa elə fikirləşirdi ki, mayya heroqlifləri Hind-Avropa əlifbasına bənzəyir.Onun fikrincə hər bir heroqlif bir hərf bildirir.Bu mətnlərin oxunmasında Sovet Sosialist Respublikasının məşhur alimi Yuri Knozorovun böyük rolu olmuşdur.1959-cu ildə dYuri özününün ən mühüm kəşflərindən birini etdi və göstərdi ki, Landa səhvə yol verib.May-ya heroqlifləri hərfləri bildirmir.Lakin o, Landanın nəzəriyyəsini tam inkar edə bilmədi.

“Mayyalar” adlı kitabında Yılmaz Aydın Mayyalıların keçmişdə maqnit oxunun və qütblərin yer dəyiştirmiş olduğunu bildiklərini , ayrıca 405 bütöv ayın 11960 günlük periodunu və 25626 illik presesyon periodunu hesablamış olduqlarını irəli sürür.

Yılmaz Aydın ayrıca kitabında Mayya əfsanələrinə görə, Uxmal şəhərinin yox olmuş bir cücə irqi tərəfindən qurulmuş olmasına toxunur və “Uxmalda yeməyi belə yarıda buraxaraq yox olmuş bir xalqa aid yarısı yeyilmiş qablar hələ də qalmaqdadır. Kimdən və ya nədən qaçdılar, bilinmir.” Deyir.

Mayyalılarla bağlı başqa bir sirri də Mayya qazıntılarında tapılan kristal kəllələri və Yukatanda kəşf olunmuş, dünyada rast gəlinməyən anormal kəllələr yaratmışdır.

Bütün bu sirlərə baxmayaraq Mayya sivilizasiyası özünəməxsusluğu ilə digər sivilizasiyalardan fərqlənir.Mayya sivilizasiyasının inkişaf səviyyəsini biz arxeoloqların əldə etdiyi artefaktlardan görə bilərik.Mayyaların peşəkar artistləri olan teatrları da vardı.Onlar bir qayda olaraq maskalarla çıxış edirdilər.Təəssüf ki, səhnəyə çıxarılan dram əsərlərinin yalnız adı qalmışdır.”Ağ tutu quşu ”, “kakao becərən bağban”, ”Müftəxor”, ”Küzə satan” və s. bu qə-bildəndir.Bədii əsərlərdən “Popol-Vux” əsərində dünyanın yaranmasından, insanların və hey-vanların mənşəyindən bəhs olunurdu.Qərb aləmində heroqliflərin öyrənilməsində ən böyük rol Henri Merlinə və Tatyana Puroskuznayovaya məxsusdur.XX əsrdə bu alimlərin gərgin əməyi nəticəsində mayya yazıları barədə elmi tədqiqat əldə edildi.Burada əsas obyekt işarələr idi.Onların sayı 800-ü keçirdi.İşarələr müxtəlif idi.Məsələn kvadrat, oval şəkilli, eyni zamanda piktoqrafiq işarələr də çox idi.Heyvanşəkilli, insanşəkilli, insanın yaş tərzini əks etdirən işarələr də çox idi.Mayyalarda say sistemi bir çox xalqlarda olduğu kimi onluq deyil,iyrimilik say sistemi ilə aparılırdı.

Mayyaların dinə münasibəti xüsusi önəm kəsb edirdi.Bizə gəlib çatmış arxeoloji məlumatlar mayyalarda xüsusi qanvermə və qanaxıtma mərasimləri barədə məlumat verir.Bunu onlar xüsusi ritual həyat keçirməklə edirdilər.Mayyaların dini həyatında allahlara qurbanvermə geniş yayılmışdı.İnsanları qurban verəndə, bəzən qulları edam edir, suda boğur, zəhərləyir, döyərək öldürür və ya diri basdırırdılar.Bunun ən dəhşətli növü asteklərdə olduğu kimi qurbanın qarnını cırıb, ürəyinin çıxarılması idi.Qulları əsasən müharibələrdə əsir düşənlər və bəzi tayfa üzvləri təşkil edirdi.Yüksək vəzifə üzvləridə qurban verilə bilərdi.

Mayyalar öz tikililərinin monumentallığı boş məkan ətrafında meydança, düz küçələrin an-sambl şəkildə yerləşdirilməsi ilə həyata keçirirdilər.Bu prinsipdən irəli gələrək bu xalq möh-təşəm şəhər, saray və ehramlar inşa etmişlər.Məbədlər kvadrat planlaşdırmaya malik olmaq-la daxili məkan xüsusiyyətlərinə görə zahir ilə vəhdət təşkil edirdi.Mayyaların şəhərlərində rəsədxana, zəfər tağları, monumental pilləkənlər, serpunlar, ritual oyunlar üçün meydançalar mövcud idi.Tikinti, inşaat prosesində mayya tacları-yalançı tac kimi memarlıq üsullarından da istifadə olunurdu.Memarlığı heykəltəraşlıq və rəngkarlıq xüsusiyyətləridə tamamlayırdı. Bunlar mayya cəmiyyətinin reallıqlarını təsvir edirdi.Mayyalar heykəltəraşlıq sənətinin bütün üsullarından- barelyef, qorelyef, dairəvi, modelli həcm və s. bacarıqla istifadə edirdilər.Daş-dan savayı balıqqulağı, sümük, ağacdan istifadə olunurdu.Bir çox heykəltəraşlıq nümunələrini müxtəlif rənglərlə bəzədilirdi.Eyni zamanda, qeyd etməliyəm ki, mayyaların təsviri sənəti haqqında da çox maraqlı faktlar mövcuddur.Xüsusilə, kodekslərdə bu haqda informasiyalar mövcuddur.Təsviri sənətdə freskaların işlənilməsi əlamətdar hadisələrdəndir. B.e.ə. XIII əsrin sonlarında tikilmiş Bonampaka şəhərinin divar rəsmləri mayya təsviri sənə-tinin əyani və parlaq nümunələrindəndir.Bu təsvirlərdəki realist və dinamik rəsmlər hadisə-lərin dramatik gərginliyini ifadə edə bilmişdir.Beləliklə, bütün bunlar itib-getmiş böyük və unikal mədəniyyətin-mayya sivilizasiyasının özünəməxsusluğunu sübut edir.

Mayya şəhər-dövlətlərinin postklassik dövründəki tənəzzülü: əhalinin köç etməsi, yoluxucu xəstəliklər və düşmən tayfalarının hücumları nəticəsində dağılması, məhv olması mayyalı-lara təsiri özünü sonrakı dövrlərdə göstərməkdə idi.İspanların gəlişi mayyalılara onlara toltek əsarətindən sonra müstəmləkə zülmünü gətirdi.İspanların zamansız gəlişi mayyalılara tənəzzül etməkdə olan şəhər-dövlətlərində sülhü bərqərar etmək şansını itirmələrinə səbəb oldu.Bəzi şəhər tikililəri, ehram və abidələr müstəmləkəçilər tərəfindən dağıdıldı.Beləliklə də məşhur mayya sivilizasiyası mayya şəhər- dövlətlərinin tənəzzülü nəticəsində süqut etdi.Lakin mayya sivilizasiyasının bəzi ünsürləri onlara düşmən olan tolteklərin mədəniyyətlərində, məişət həyatlarında və ictimai quruluşlarında uzun müddət qorunub saxlanmışdır.Bu da, mayya mədəniyyətinin tədqiqi üçün zəmin yaratmışdır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT



  1. Mədəniyyət tarixi dərsliyi, Bakı 2010.

  2. Yılmaz Aydın “Mayalar” ,İstanbul 2007.

  3. J.Thompson “The history and religion of mayas”.

  4. Wikipedi org.

  5. Grube Nikolai Les Mayas-Art et civilisation.

 



2014

Yüklə 90,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə