"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم



Yüklə 437,02 Kb.
səhifə1/4
tarix03.10.2017
ölçüsü437,02 Kb.
#3037
  1   2   3   4

“Kafi” kitabından seçmələr

بسم الله الرحمن الرحيم

Möhtərəm oxuculara təqdim olunan bu risalədə Kuleyninin “Kafi” kitabından bəzi rəvayyətlər nəql olunacaqdır.Sitatlar müxtəlif kitablardan,risalələrdən,elektron səhifələrdən toplanaraq,təqdim olunmuşdur.Təbii ki,bu kiçik risalədə “Kafi” kitabında olan bütün “maraqlı” rəvayyətlərə yer ayırmaq mümkün olmadığına görə yalnız,bəzi rəvayyətlər nümunə olaraq təqdim olunmuşdur.Risalənin uzun olmaması üçün əsasən rəvayyətlərin mətni və mənbəyi qeyd olunur,əlavə şərhlərə yer verilmir.

Yəqub Kuleyni kimdir?
Muhəmməd Yaqub Kuleyni, İrandaki Kuleyn şəhərində anadan olub. O, Kuleyni və Razi kimi tanınıb. O, həmçinin Əbu Cəfər Avar Sələsli Bağdadi kimi də tanınır. Öz vaxtında şiələrin Reydə şeyxi və hörmətli şəxsiyyəti olmuşdur. Onun məclislərində elm tələbələri ilə səyahət eləyən alimlər olmuş və onun halqalarında ondan dərs və məsləhət almaq üçün iştirak etmişlər. Şiələrə görə, o dərin bilikli alim, etibarli hədisçi, ədalətli və dəyərli söz sahibi idi. Onlara görə, Kuleyni İmami fəqihlərin şeyxi, böyük elm sahibi və fəzilətli ədəb sahibi hesab olunur. Bundan əlavə o, ixlas, ibadət, zahidlik və bilik numunəsi idi.

Nəcaşi onun haqqinda deyib: “Dövründə bizim məzhəbin Rey kəndindəki ustadı və ən məşhur şəxsi idi. Hədis sahəsində insanların arasında ən güvənilən və ən sağlam adam idi.” Tusi deyib: “Güvəniləndir, rəvayətləri bilir.” İbn Tavus deyib: “O, etibarliğina ittifaq olunmuş, şeyx Muhəmməd ibn Yaqub Kuleynidir”

Mirzə Abdullah Əfəndi onun haqqinda belə demişdir: “İslamın güvənci (Siqatul İslam), İslamın etibarı haqqında soruşsan, deyərlər ki, (bil ki) o Kuleynidir” Abdullah Şuştari deyib: “O, İslamın etibarı, insanların nümunəsi və elmlərin alimidir. Kütlə və seçilmişlərin böyük öndəri şeyx Əbu Cəfər Muhəmməd ibn Yaqub Kuleynidir.
Kuleyni hicrətin 329 ilində vəfat edib. Ancaq onun ölüm tarixində ixtilaflar var. O, “əl Kafi” adlanan kitabı toplamışdır. Bu hədislər toplusu İmami şiələrində ən doğru kitabdan biri hesab olunur. Qeyd etmək lazımdır ki, bununla yanaşı onların bəziləri bu kitabı tam səhih olduğunu hesab etmiş, bəziləri isə, o kitabda ağla siğmayan səhvləri gördükləri zaman, onun tam səhih olduğunu inkar etmişlər. Ancaq hər halda bu kitab onların ixtilafsız olaraq ən yaxşı və ən düzgün kitabı hesab olunur. Bu kitabın müəllifi haqda onların alimlərinin söylədiklərini nəql etdikdən sonra, onların alimlərinin bu kitab haqqda söylədiklərinə nəzər yetirək.

Şiələrin nəzdində "əl-Kafi" kitabının yeri və şiə alimlərinin bu kitab barədə fikirləri.

Kitabın müəllifi Kuleyni, bu əsərin yazılma səbəbini soruşan şəxsə demişdir:


قال الكليني : وقلت : "إنك تحب أن يكون عندك كتاب كافٍ يجمع من جميع فنون علم الدين ما يكتفي به المتعلم ويرجع إليه المسترشد, ويأخذ منه من يريد علم الدين والعمل به بالآثار الصحيحة عن الصادقين". (مقدمة الكافي ص 24).

"Deyirəm ki: "Sən, (öz) nəzdində bütün dini elmlərinin fənnlərini özündə cəm edən, onunla öyrənənin və bilənin ona müraciət edərək, onunla kifayətlənməsini təşkil edən, ordan (istifadə edərək), sadiqlərdən rəvayyət edilən səhih rəvayyətlər ilə, dini elmləri və əməlləri götürməsi üçün, kifayət edici bir kitabın olmasını istəmisən." ("Kafi"nin müqəddiməsi,səh 24)



Şiələr "əl-Kafi" kitabının mötəbər olmasında icma etmişlər.

قال النوري الطبرسي, صاحب المستدرك: "الكافي بين الكتب الأربعة كالشمس بين النجوم, وإذا تأمل المنصف استغنى عن ملاحظة حال آحاد رجال السند المودعة فيه, وتورثه الوثوق, ويحصل له الاطمئنان بصدورها وثبوتها وصحتها". (مستدرك الوسائل للطبرسي ج 3 ص 532).


Nuri ət Təbərsi bu kitab barədə demişdir: "Dord kitab arasında, "əl-Kafi" ulduzlar arasında günəş kimidir. İnsaflı bir şəxs, (bi kitabın hədislərinin) sənədlərindəki rəvayyətçilərin halı barədə məlumat əldə etdiyi zaman,onun inandırıcı, güvənliyi miras edici, qəlbə rahatlıq gətirici, sübut edici və səhih olduğu qənaətinə gələr." (Təbərsi "Mustərdək əl-Vəsail" c.3 səh 532)

وقال الحر العاملي: "أصحاب الكتب الأربعة وأمثالهم قد شهدوا بصحة أحاديث كتبهم وثبوتها ونقلها من الأصول المجمع عليها, فإن كانوا ثقات تعين قبول قولهم وروايتهم ونقلهم". (وسائل الشيعة ج 20 ص 104).


Hurr əl-Amili demişdir: "Dörd kitabın sahibləri və onların mislində olan (alimlər), onların kitablarındakı hədislərin səhih və sabit olmasında və üzərində icma edilən bir üsuldan nəql edilməsinə şəhadət etmişlər. Əgər, onların güvənilən olması (qəbul edilərsə), onda, onların sözlərinin, rəvayətlərinin və nəqllərinin qəbuluna qərar verilər" ("Vəsailuş-şiə" c.20 səh 104)

وقال عبد الحسين شرف الدين الموسوي, صاحب المراجعات: "الكافي والاستبصار والتهذيب ومن لا يحضره الفقيه, يعني الكتب الأربعة, متواترة مقطوع بصحة مضامينها, والكافي أقدمها وأعظمها وأحسنها وأتقنها". (المراجعات للموسوي مراجعة رقم 110).


Əbdulhüseyn Musəvi yazır: “Sünnə və rəvayyətləri özündə əhatə edən ən mötəbər mənbə “Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imami şiələrin üsulid-din və firuid-dində dəlil və mənbələri sayılır. “Kütubi-ərbəə” mərhum Kuleyninin “Kafi”, Şeyx Tusinin “Təhzib” və “İstibsar”, mərhum Səduqun “Mən la yəhzuruhul-fəqih” kitablarından ibarətdir. Bu kitabların mötəbərliyində heç bir şəkk-şübhə yoxdur. Onların içərisində “Kafi” o birilərindən daha qədim və əzəmətlidir.Orada altı sünni hədis kitablarından daha çox olan 16199 hədis vardır.” (Məktub 110)

Həmçinin o yazır: "Bir çox şiə kitabları içərisində, ən erkən və ən məşhur sayılanlar "Kutub arbaə", 4 kitab vardır: “əl-Kafi” şeyx Kuleyni, "əl-İstibsar" və "Təhzib əl-əhkam" şeyx Tusi və "Mən la yəhzürühü əl-fəqih" şeyx Qümmi. Bu kitabların düzgün və səhih olmasına heç bir şəkk şübhə yoxdur.” (“Müraciət” səh 728-729)

وقال محمد صادق الصدر: "والذي يجدر بالمطالعة أن يقف عليه, يعني القارئ, هو أن الشيعة وإن كانت مجمعة على اعتبار الكتب الأربعة, وقائلة بصحة كل ما فيها من روايات غير أنها لا تطلق عليها اسم الصحاح كما فعل ذلك إخوانهم من أهل السنة". (كتابه الشيعة ص 127).
Muhəmməd Sadiq əs-Sadr demişdir: "Oxuyan kəs bilər ki, şiələr hamılıqla dörd kitaba etibar etsələr də və orada, olan, bütün rəvayətlərin səhih olmasını desələr də, Əhli sünnədən olan qardaşların etdikləri kimi, (bu kitablara) səhih adını aid etməmişlər (qoymamışlar)" (Muhəmməd Sadiq əs-Sadr "Kitabuş-şiə" (səh 127)

قال المحقق النائيني : "إن المناقشة في إسناد روايات الكافي حِرفة العاجز". (كتاب الإنتصار للمحقق النائيني في صحة الكافي ص 8 لعلي أبو الحسن).


Mühəqqiq ən-Nəini demişdir: "Şübhəsiz ki, "əl-Kafi"-nin rəvayyətlərinin sənədləri barədə hətta, hədis elminin ən biliciləri də münaqişə etməyə acizdirlər" ("Kitabul-intisar" səh 8)

وأما محقق كتاب الكافي, علي أكبر الغفاري فقال: "اتفق أهل الإمامة, وجمهور الشيعة على تفضيل هذا الكتاب والأخذ به والثقة بخبره والاكتفاء بأحكامه, وهم مجمعون على الإقرار بارتفاع درجته وعلو قدره على أنه القطب الذي عليه مدار روايات الثقات المعروفين بالضبط والإتقان, إلى اليوم, وهو عندهم أجمل وأفضل من سائر أصول الحديث". (مقدمة الكافي ص 26).


“əl-Kafi" kitabının təhqiqatçısı Əli Əkbər əl-Qifari demişdir: "İmamət əhli və şiələrin cumhuru bu kitabın fəzilətli olmasında, (dəlilləri ondan) götürmədə, onün xəbərlərinə güvənmədə və onun əhkamları ilə kifayətlənmədə, onun üzərində ittifaq etmişlər. Onlar (şiələr), bu günə qədər də, onun dərəcəsinin yüksək olmasında qədərinin üca olmasında və əzbəri və dəqiqliyi ilə tanınmış olan, güvənilən (şəxslərin) rəvayətlərinin, onun ətrafında qurulduğu bir qütbdür. O (əl-Kafi), onların nəzdində, hədis üsulunda saır (kitablar)dan ən gözəli və ən fəzilətlisidir" ("Kafi"nin müqəddiməsi; səh 26)

وقال المفيد: "الكافي وهو من أجل كتب الشيعة وأكثرها فائدة". (مقدمة الكافي ص 26)


Mufid demişdir: "Kafi" şiə məzhəbinin ən mötəbər və ən çox fayda olan kitablarındandır."(“Kafi" nin müqəddiməsi səh 26)

وقال الفيض الكاشاني عن كتب الشيعة: "الكافي أشرفها وأوثقها وأتمها وأجمعها, لاشتماله على الأصول من بينها وخلوه من الفضول وشينها". (مقدمة الكافي ص 26).


Feyz əl-Kəşani şiə məzhəbinin kitabları barədə demişdir: "Kafi" (bu kitabların) üsulu bəyan etməsi və həddi aşması və biabırçılıqdan xali (uzaq) olması baxımından, ən şərəflisi, ən bütövü, ən tamamıdır". (“Kafi" nin müqəddiməsi, səh 27)

وقال المجلسي: "كتاب الكافي أضبط الأصول وأجمعها, وأحسن مؤلفات الفرقة الناجية وأعظمها". (مقدمة الكافي ص 26).


Məclisi demişdir: "əl-Kafi" kitabı üsulu (özündə cəm edən) ən mötəbər, ən bütöv və nicat tapan firqənin kitabları arasında ən yaxçısı və ən böyüyüdür" ("Kafi" nin müqəddiməsi səh 27)

وقال محمد أمين الإسترابادي: "وقد سمعنا من مشائخنا وعلمائنا أنه لم يصنف في الإسلام كتاب يوازيه أو يدانيه".


Muhəmməd Əmin əl-Əstarabadi demişdir: "Biz, öz şeyxlərimiz və alimlərimizdən eşitdik ki,İslam dinində onun mislində və onun qədər qiymətli bir kitab yazılmamışdır"(“Kafi" nin müqəddiməsi səh 27)

وقال عباس القمي: "الكافي هو أجل الكتب الإسلامية وأعظم المصنفات الإمامية, والذي لم يُعمل لإمامية مثله". (الكنى والألقاب ج 3 ص 98).


Abbas əl-Qummi demişdir: "Kafi” kitabı İslam kitabları arasında, imamilərin (şiələrin) yazdığı (kitabların) ən mötəbəri və ən böyüyüdür. Hansı ki, imamilərin nəzdində onun misli kimi bir kitab yazılmamışdır." ("Kina vəl-əlqab" c.3 səh 98)

"Tənqih əl-məqal" kitabında Maməqani təsdiqləyir ki, “Kafi” 12-ci imama göstərilmişdir. O, da kitabın səhihliyini təsdiq etmişdir.” ("Mustədrək","Tənqih əl-məqal" c. 2, səh 203)

Tusi onun haqqında deyir: “Muhəmməd ibn Yəqub əl Kuleyni yüksək dəyərə sahib rəvayyətlər məsələsində elmli bir alim olmuşdur.Ən məşhur əsəri “Kafi”-dir.” (“Rical Tusi” səh 495)

Nuri Təbərsi “Mustədrək”də yazır: "İslam dünyasında "Kafi"-nin analoqu yoxdur (belə kitab hələ olmamışdır). Şiə məzhəbi üçün “Kafi” ən güclü (misli olmayan) və ən əhatəli kitabdır." (Təbərsi "Mustədrək" c. 3, səh 532)


Əbdulhüseyn Muzəffərin bu kitab haqqında rəyi: Həqiqətən də Kuleyni kitabı 12-ci imama göstəribdir. O da, kitabın səhihliyini təsdiq edib.” (“Kafi” kitabının müqəddiməsi səh 13)


Məkarim Şirazi və Cəfər Subhani fətvaları kitabında yazılıb: “Kitab (“Kafi” kitabı) Quran və “Nəhcul-bəlağə”-dan sonra ən mühüm şiə kitablarından sayılır” (“Dini suallara cəvablar” səh261, 2005)


Ağa Bəzrək Tehrani yazır: “Kafi” hədis sahəsində qaynaq olaraq etimad edilən 4 kitabın (Kutubi Ərbəa) ən önəmlisidir.Əhli Beytdən nəql edilən rəvayyətlərlə bağlı olan belə bir əsər qələmə alınmamışdır.” (“əz Zəria” c.17,səh 245)

Kafi” kitabına əlavə

Huvənsari deyir: “ər Rəvda” kitabı haqqında fikir ayrılığ vardır.Bir neçə fəsildən ibarət olan bu kitabın Kuleyninin “Kafi” kitabına daxil olub,yoxsa sonradan əlavə olunması məsələsində ixtilaf var.” (“Rəvdətul cənnət” c.6,səh 118)

Şeyx Seyyid Hüseyni (Seyyid Heydər ər Kərki əl Amilinin oğlu) deyir: “Həqiqətən “əl Kafi” 50 kitabdan ibarətdir ki,hər kitabdakı hədislər İmamlara qırılmaz isnad şəklində istinad edir. (“Rəvdətul cənnət” c.6,səh 114)

Qədim və böyük Şiə alimi Əbu Cəfər Tusi yazır: “Həqiqətən “əl Kafi” özündə 30 kitab (fəsil) cəm etdirir.” (“Fihrist” səh 161)


Bu iki təsbit arasında ziddiyyəti necə dəyərləndirmək olar?
“Kafi” kitabı özlüyündə üç hissəyə bölünür.

1) 8 kitabdan ibarət olan, şiəliyin dini təməl prinsiplərini özündə əks etdirən “Usul”

2) 26 kitabdan ibarət olan fiqhi məsələləri izah edən “Furu”

3) Sonuncu hissə “Ravda”

“Usuli Kafi” 3783 hədisdən ibarətdir.

Müasir dövrdə şiələrin sevimlisi olan Muhəmməd Dəccal Ticani Səmavi “Fəsalu əhləl zikr” (səh 34) kitabında yazır: “Misal olaraq,sənə bunu bilmək kifayət edər ki,onlara görə ən mötəbər kitab “Usulu Kafi”dir və onlar deyirlər ki,orada 1000 yalan hədis vardır.”


Yəni,ancaq şiələrin hesablamalarına görə kitabın təqribən 37 %-i yalan rəvayyətlərdən ibarətdir.Ticani öz sözləri ilə bunun şiələrin ümumi rəyi olduğunu etiraf etmişdir.

Musəvinin qeyd etdiyi kimi “Kafi” kitabı 4 hədis kitabı arasında ən mötəbər kitabdır.Əgər “Usulu Kafi”də 37 % yalan rəvayyət varsa,yerdə qalan üç kitab haqqında danışmağa dəyməz.




Təqiyyə
"Təqiyyə mənim və ata-babamın dinindəndir, təqiyyəsi olmayanın imanı yoxdur"(“Kafi“, “Təqiyyə” fəsli, c.2,səh 219,Tehran)
Kuleyni imam Sadiqin belə dediyini rəvayyət etmişdir: “Ey Həbib! Allaha and olsun ki, mənim üçün təqiyyədən sevimli bir şey yoxdur! Kim təqiyyəyə əməl etsə, Allah onu yüksəklərə qaldırar, kim təqiyyəyə əməl etməsə, Allah onu yüksəklərdən endirər” (“Kafi”,c.2, “Təqiyyə” fəsli, səh 217)
Kuleyni həmçinin, Əbu Ömər Əcəminin belə dediyini rəvayət etmişdir: "Bir dəfə Əbu Abdullah mənə dedi: "Ey Əbu Ömər! Dinin onda doqquzu təqiyyədədir, təqiyyəsi olmayanın dini yoxdur". (“Kafi", c.2,“Təqiyyə” fəsli səh 217)

Bu hədisi Murtəza Ənsari “əl Təhara” kitabında (2/279-280) səhih hesab etmişdir.“Təqiyyə fi fikr əl İslami”kitabında (səh 75) isə yazılır: “Bu hədisə heç bir şübhə ola bilməz.”


Kuleyni və Kəşani kitablarında Əbu Abdullahdan belə nəql edirlər: “Bizim sirrimizi yayaraq yeni günə başlayan kimsəyə Allah dəmirin istiliyini və dar bir məclisi nəsib etsin.” (“Kafi” c.2,səh 372; “Kəşani “Vafi” c.3,səh 159)
İmam Baqirin belə dediyi rəvayyət olunmuşdur: “Mənə təqiyyədən əziz nə ola bilər; təqiyyə möminin Cənnətidir” (“Kafi” c.2, “Təqiyyə” fəsli, səh 220)
Kuleyni “Kafi”də,Xomeyni isə “ər Rəsail” də Süleyman ibn Xaliddən Əbu Abdullahın belə dediyini nəql etmişlər: "Bir dəfə Əbu Abdullah mənə dedi: "Ey Süleyman! Siz elə bir dindəsiniz ki, kim onu gizlətsə, Allah onu ucaldar, kim onu aşkarlasa,Allah onu zəlil edər." (“Kafi”,c.2, “Təqiyyə” fəsli; səh 222, “Rəsail” c.2,səh 185)
Kuleyni və Kəşani kitablarında Əbu Abdullahdan belə nəql edirlər: “Ey Hubeyb! Kimin təqiyyəsi varsa Allah onu ucaldar.Kimin də təqiyyəsi yoxsa, Allah onu alçaldar.Şübhəsiz ki,insanlar bir sükunət halında yaşayırlar.Əgər o olarsa bu biri də olacaqdır.” (Kuleyni “Kafi”c.2,səh 217; Feyz Kəşani “Vafi” c.3,səh 122)
“Musa ibn Əşyəm nəql edir ki, bir dəfə mən Əbu Abdullahın yanında olanda bir nəfər ondan Qüdrət və Cəlal sahibi Allahın Kitabından bir ayə haqqında soruşdu, o həmin adama bir cür cavab verdi, sonra onun yanına bir başqası daxil olub həmin ayə haqqında soruşdu və o ona birinciyə verdiyi cavabın əksini dedi. Allah bilir, mən bundan nə çəkdim, sanki ürəyimi bıçaqla yaraladılar, öz-özümə dedim: “Bir vergülün yarısı qədər də səhv etməyən Əbu Qətadəni Şamda qoyub hər şeydə elə mənim kimi səhv edən bunun yanına gəldim...” Bu zaman bir başqası da daxil oldu və ondan həmin ayə haqqında soruşdu. O ona da mənə və dostuma cavab verdiyinin əksini dedi. Belə olduqda mən sakit oldum və bildim ki, o bunu təqiyyə məqsədilə edir.” (“Kafi usul” c.1,səh 163,Hindistan çapı)

İban ibn Təğlib rəvayyət edir: “Mən Əbu Abdullahın belə dediyini eşitmişəm: “Mənim atam Muhəmməd Baqir Bəni Uməyyə zamanında fətva verərdi ki, şahin və quzğunun öldürdükləri halaldır və beləliklə, onlara qarşı təqiyyə işlədərdi. Mən isə onlara qarşı təqiyyə işlətməzdim. Çünki, öldürülmüş hər bir şey haramdır.” (“Kafi furu”c.2,səh 208,Tehran)


Kuleyni “Kafi”nin “Kitab ər-rovzə” hissəsində Muhəmməd ibn Muslimin belə dediyini rəvayyət edir: “Bir dəfə Əbu Hənifə Əbu Abdullahın yanında olanda mən onun yanına girdim və ona dedim ki, sənə fəda olum, qəribə bir yuxu görmüşəm. O mənə dedi ki, ey ibn Müslim, yuxunu danış, onun alimi burada əyləşib. Bunu deyib əli ilə Əbu Hənifəyə işarə etdi. Mən dedim: “Yuxuda gördüm ki, guya mən öz həyətimə girdiyim vaxt arvadım əlində çoxlu qoz qarşıma çıxıb qozları mənim üstümə atdı. Mən bu yuxuya məəttəl qaldım”. Əbu Hənifə dedi: “Sən öz arvadının mirası üstündə alçaq adamlarla rəqabət aparır, çalışırsan. Böyük əziyyətdən sonra, inşallah, istəyinə nail olacaqsan”. Əbu Abdullah dedi: “Ey Əbu Hənifə, Allaha and olsun ki, doğru dedin!”.

Sonra Əbu Hənifə çıxıb getdi və mən ona dedim: “Sənə fəda olum, mən bu yalançının ifadəsindən iyrəndim”. O dedi: “Ey Ibn Müslim! Allah sənə pislik eləməsin, onların ifadələri bizim ifadələrimizlə, bizimki onlarla bir deyil. Bu ifadə onun dediyi mənanı vermir”. Mən dedim: “Sənə fəda olum, bəs o, səhv etdiyi halda sənin and içib ona “doğru dedin” deməyinə nə ad verək?” O dedi: “Bəli, mən and içdim ki, o, yalanı doğru dedi.” (“Kafi” “Kitab ər-rövzə” c.8, səh 292; Tehran)


Kuleyni Zurarə ibn Əyundən imam Əbu Cəfərin belə dediyini rəvayyət edir: “Mən ondan bir məsələ barəsində soruşdum, o mənə cavab verdi. Sonra onun yanına bir kişi gəldi. O kişi də ondan həmin şeyi soruşdu, o ona mənə cavab verdiyinin əksini dedi. Sonra başqa bir kişi gəlib həmin şeyi soruşdu.O,ona mənə və o biri yoldaşıma cavab verdiklərinin əksini dedi. O iki nəfər çıxıb gedəndən sonra mən dedim: “Ey Rəsulullahın övladı! Iraq əhlindən sizin şiələrinizdən iki nəfər gəlib səndən söz soruşdu.Sən onlardan hər birinə o birinə verdiyin cavabdan fərqli cavab verdin.” O dedi: “Ey Zurarə, bu həm bizim üçün, həm də sizin üçün yaxşıdır.” O sonra dedi: “Mən bir dəfə atama dedim: “Siz şiələrinizi süngü, yaxud od ilə qorxutsanız da, onlar sənin yanından çıxanda bir-birinə əks olan fikirlərlə çıxırlar.” (“Kafi Usul”, c.1,səh 37)

Kuleyni Əli ibn Yəqtindən rəvayyət edir: “Bir dəfə imam Əbulhəsən mənə dedi: “Şiələr iki yüz ildir ki, ümidlərlə tərbiyə olunurlar.” Yəqtin oğluna deyir: “Məsələn, bir şey olub, amma sizə deyilib ki, olmayıb.” O,ona sonra demişdir: “Bizə bir mənbədən haqqında “olub” deyilən şeyin əksinə olaraq, imam Cəfər başqa bir şey əmr edirdi, amma hadisə deyildiyi kimi olurdu. Bir halda ki, bizə əmr edirdi, bəs onda bizi arzularla yaşamağa hazırlamaq nəyə lazım idi? Ona görə ki, əgər bizə deyilsəydi ki, bu iş iki yüz, yaxud üç yüz ildən sonra olacaq, onda qəlblər əziyyət çəkər və bütün adamlar Islamdan üz döndərərdilər.Lakin, onlar (imamlar) insanların ürəyinə xoş gələn və sevinci yaxınlaşdırmağa yönələn şeylər deyirdilər.” (“Kafi usul”,c.1, səh 233,“Kərahiyyət ət-tövqit” fəsli)



Vilayət
“İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.” (“Rəvdətul Kafi”c.8,səh 245-246,hədis 341; ”Biharul Ənvar” c.22,səh 333,352,440; Mufid “İxtisas” səh 10;Tusi “Mərifətul rical” c.1,səh 38; Kəşani “Safi” c.1,səh 389 və s.)
Kuleyni Zurarədən rəvayyət edir ki,imam Əbu Cəfər demişdir: "Islam beş şey üzərində bina olmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət".Zurarə soruşmuşdur: "Bunlardan hansı daha üstündür?" O demişdir: "Vilayət" (“Kafi" 2/18;Tehran;“Biharul ənvar” 68/332; “Vəsailuş şia”1/13 və s)
Kuleyni “Kafi” kitabında imamdan hədis rəvayyət edərək yazır: “İmam dedi: “Məhşər günü Allah onlarla danışmayacaq,onları təmizləməyəcək və onlara şiddətli əzab vardır.”Bunu üç dəfə söylədi.Daha sonra buyurdu: “Bu o kimsələrdir ki,imam olmadığı halda Allahın iradəsi ilə imam olduqlarını söyləyir və ilahi əmrlə təyin olunmuş imamı inkar edirlər.Onlar o kimsələrdir ki,bu iki nəfərin İslamda nəsibi olduqlarını düşünürlər.” (“Kafi” 1/373)
Bu hədisi Behbudi səhih hesab etmişdir. Şiələrin “Əbu Bəkr və Ömərə olan məhəbbətlərini” nəzərə alaraq,bu iki nəfərin kim olduğunu təxmin etmək çətin deyil.

Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “İmama iman etməyənin ölümü küfr və münafiq ölümüdür.” (“Kafi” 1/375)

Məclisi və Behbudiyə görə hədis səhihdir.
Zarihin nəql etdiyinə görə o Əbu Abdullahdan Peyğəmbər (s.a.s)-dən sonra olan imamlar baradə soruşur.İmam cavabında deyir: “İlk öncə imam möminlərin əmiri Əli ibn Əbu Talib idi.Sonra Həsən,Hüseyn,sonra Muhəmməd ibn Əli oldu və kim bunu inkar etsə Allahı və onu peyğəmbərini inkar etmiş olar.” (“Kafi” səh 295,hədis 465)
Kuleyni Əbu Cəfərdən rəvayyət edir: “İmama iman etməyənin ölümü küfr və münafiq ölümüdür.” (Kafi 1/375)

Məclisi və Behbudiyə görə hədis səhihdir.


Kuleyni rəvayyət edir: “Abdullah ibn Yəfur nəql edir ki, bir dəfə mən Əbu Abdullaha dedim: “Mən adamlarla ünsiyyətdə olanda sizinlə deyil,filan-filan adamlarla yaxınlıq edən bəzi adamlarda etibar,doğruculluq,vəfa olduğuna,sizinlə yaxınlıq edən bəzi adamlarda isə bunların olmadığına çox təəccüblənirəm.” Bunu eşidən Əbu Abdullah qəzəblə mənim üzümə baxıb dedi: “Allahdan gəlməyən imama yaxınlıq etməklə Allaha inanan adamın dini yoxdur.” (“Kafi” c.1, səh 237, Hindistan çapı)
Əbu Cəfərdən nəql olunur: “Kim Allahı və biz Əhli beyti tanımazsa,o Allahdan qeyrisinə ibadət etmiş sayılır.” (“Kafi” c.1,səh 294,hədis 464)
Həmçinin, Əbu Abdullahdan: “Kim bizi təsdiq etsə mömin,kim bizi inkar etsə kafirdir.” (“Kafi” c.1,səh 305,hədis 485)
Hababə rəvayyət edir ki,o Əli ibn Əbu Talibin yanına gəlib,soruşur: “Səndə imamlığın əlaməti nədir? İmam dedi: “O daşı mənə gətir.”

Hababə daşı gətirir və İmam Əli üzüyü ilə o daşa möhürünü basır...Sonra mən İmam Həsənin,daha sonra İmam Hüseynin yanına getdim.Onlar da daşa öz möhürlərini basırlar.

Bütün bunlardan sonra Habəbənin 113 yaşı olur və qocaldığından artıq əsirdi.Daha sonra o İmam Zeynəlabiddinin yanına gəlir və o da daşa öz möhürünü basır.Sonra mənə işarə etdi və mənim gəncliyim özümə qayıtdı.

Bütüb bunlardan sonra Hababə İmam Baqir,ondan sonra İmam Cəfər,ondan sonra Musa Kazım ilə və İmam Rza ilə görüşür.” (“Kafi” c.1,səh 346)

“İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.” (“Rəvdətul Kafi”c.8,səh 245-246,hədis 341; ”Biharul Ənvar” c.22,səh 333,352,440; Mufid “İxtisas” səh 10;Tusi “Mərifətul rical” c.1,səh 38; Kəşani “Safi” c.1,səh 389 və s.)

“Kafi”də bir hədisdə “Bir adam Əbu Cəfərə dedi: ”Ey Rəsullahın oğlu! Peyğəmbər (s.a.s) daha elmlidir,yoxsa möminlərin əmiri Əli?

İmam Əbu Cəfər dedi: ”Bu adamın nə dediyini eşidirsiniz?Allah istədiyi kimsənin qulaqlarını açar.Mən onunla danışdım.Şübhəsiz ki,Allah Peyğəmbərlərin elmlərini Muhəmməd (s.a.s)-də toplamışdır.Eyni zamanda bütün bu elmləri möminlərin əmirində də toplamışdır.Bu adam da gəlib,onun yoxsa Peyğəmbərlərin daha elmli olduğunu soruşur.” (“Kafi” 1/223)
“Kafi”də imam Rza deyir: ”İnsanlar itaətdə bizim qullarımız,dində isə bizim dostlarımızdır.” (“Kafi” 1/187)
Kuleyni öz kitabında Əbu Abdullahdan rəvayyət edir: “Əgər hansısa İmam onun başına nələr gələcəyini və sonunun necə olacağını bilmirsə O Allahın qullarına hüccət sayıla bilməz.” (“Kafi” c.1,səh 427)

"Imamlar nə vaxt öləcəklərini bilirlər və onlar özləri istəmədən ölməyəcəklər" başlığı altında Kuleyni Əbu Bəsirin imam Cəfər ibn Baqirdən belə rəvayyət etdiyini yazır: "O nə imamdır ki, qeybdən xəbəri olmasın,öz taleyini bilməsin.Allahın beləsini İmam yaratdığını heç nə sübut edə bilməz" ("Kafi” "Kitab əl-huccə", 1/258)
Kuleyni Cəfər Sadiqdən rəvayyət edir: “Mən göylərdə və yerdə nə olanları bilirəm. Cənnət də olanları bilirəm. Cəhənnəmdə olanları bilirəm. Bu günə qədər olub keçənləri və olacaqlarıda.” (“Kafi” c.1,səh 431, hədis № 2 (674)
Kuleyni imam Cəfərdən rəvayyət edir: ".... Musa və Xızırın yanında olsaydım, onlara deyərdim ki, mən onların hər ikisindən çox bilirəm və onlara bildiklərini xəbər verərdim; Çünki,Musa və Xızıra keçmiş şeyləri bilmək bacarığı verilib, onlara gələcəkdə olacaq və Qiyamət gününədək olan hadisələri bilmək bacarığı verilməyib"(“Kafi” c.1, səh 431, hədis № 1 (673)
“Kafi”də Əbu Abdullah deyir: ”Əgər İmam bir şeyi öyrənmək istəsə Allah bunu ona mütləq öyrədər” (“Kafi” 1/258)
“Kafi”də bir hədisdə “İmam Rza deyir: ”Biz yer üzündə Allahın əmin qıldığı şəxslərik.Bəlaları və müsibətləri bilmək elmi,ərəblərin bütün nəsil və nəsəbləri,İslamın zühuru bizim əlimizdədir. Biz adamı görən kimi onun mömin və ya münafiq olduğunu təyin edə bilirik. Bizim şiələrimizin və onların ata-babalarının adları əvvəlcədən yazılıb, Allah bizimlə və onlarla əhd-peyman bağlayıb" (“Kafi” "Kitab əl-Huccə" fəsli 1/223)
Kuleyninin yazdığına görə guya imam Baqir deyib: “Biz Allahın qapısı,onun sözü(dili),üzü və məxluqatda görən gözüyük.” (“Kafi” c.1,səh 235,№ 356)

Əbu Abdullahdan: ”Hüseyn nə Fatimədən nə də başqa bir qadından süd əmməyib. Peyğəmbər (s.a.s) gələrdi, baş barmağı onun ağzına qoyardı. O da 2-3 günlük ona bəs edəcək qədər əmərdi. Hüseynin əti, peyğəmbərin (s.a.s) əti və qanından əmələ gəlib” (“Kafi” c.1, səh 465; Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 821)


Əbu Abdullahdan: ”Peyğəmbər (s.a.s) doğulanda neçə gün südsüz qalmışdır. Əbu Talib ona öz döşünü verdi. Allah ona (döşə) süd verdi. Həlimə Sədiyyəni tapana qədər (Əbu Talib onu) bir neçə gün əmizdirdi” (“Kafi” c.1, səh 448; Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 791)

Əbu Abdullahdan: ”Mələklər Allahdan ona (yəni Hüseynə) kömək etməklərini istədilər. Onlara icazə verildi. Onlar savaş üçün hazırlaşar kən, o öldürüldü. Düşdülər aşağı. Onun müddəti bitmişdir. O öldürülmüşdür. Mələklər dedilər: “Ya Rəbb, bizə enməyə icazə verdin, kömək etməyə də icazə verdin, biz düşdük, ancaq sən onun ruhunu almışdın (yani biz çata bilmədik)”.Allah onlara vəhy etdiki, onu görənədək qəbrində qalsın. Çixanda ona kömək edərsiniz. Ona kömək edə bilmədiyiniz başqalarına ağlayın. Siz ona kömək etmək və ağlamaq üçün ayrılmısınız (seçilibsiz). Mələklər kədər və təziyyə ona kömək edə bilmədikləri üçün ağladılar. O, çıxanda onun köməkçiləri olacaqlar” (“Kafi” c.1,səh 283; Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 472)


“Usuli Kafi”-nin tərcüməçisi Tağızadə Elkiz, həmin səhifənin haşiyəsində qeyd edir: ”Hədisin son cümləsi “racat” (geri dönmə) məsələsinə işarə edir. Şiə məzhəbinın etigad kitablarında da yer alan təməl prinsiplərindəndir. Buna görə bəzi imamlar, bir grup mömin və kafirlər qiyamətdən əvvəl dünyaya geri qayıdacaqlar. Beləliklə möminlərdə Kafirlərdən inriqam alacaqlar”
Əbu Abdullahdan: “Bütün yer bizə məxsusdur.Yəni,Allahın yerdən çıxartdığı hər şey bizə məxsusdur.”(“Kafi” c.1,səh 408)
“Yeri əhatə edən Okean İmama məxsusdur.” (“Kafi” c.1, səh 409)
“Usuli Kafi”nin fəsilləri (c.1,Beyrut)

Yüklə 437,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə