"Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı"nın təsdiq edilməsi haqqında



Yüklə 21,76 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü21,76 Kb.
#21345


"Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan 

xəstəliklərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

"Baytarlıq  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilmə-si 

barədə"  Azərbaycan  Respublikası  Prezidentinin  2005-ci  il  22  noyabr  tarixli  316 

nömrəli  Fərmanının  1.6-cı  və  1.41-ci  bəndlərinin  icrasını  təmin  etmək  məqsədilə 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.

 



"Karantin  və  məhdudiyyət  tədbirləri  tətbiq  edilən  yoluxucu  heyvan 

xəstəliklərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur). 

2.

 

Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

 

 



Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ 

 

 



Bakı şəhəri, 19 oktyabr 2006-cı il 

№  228 


 

 

 



 

                                                                           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

                              2006-cı il 19 oktyabr tarixli 228 nömrəli qərarı ilə 

                        TƏSDİQ EDİLMİŞDİR 



 

 

Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin 

 

S İ Y A H I S I  

 

1.

 

Ümumi müddəa 

 

Bu  Siyahı  "Baytarlıq  haqqmda"  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 



edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 

nömrəli  Fərmanının  1.6-cı  və  1.41-ci  bəndlərinin  icrasını  təmin  etmək  məqsədilə 

hazırlanmışdır və karantin və məhdudiyyət tədbirləri  tətbiq edilən yoluxucu heyvan 

xəstəliklərinin siyahısını əhatə edir. 



 

2. Müxtəlif növ heyvanların ümumi xəstəlikləri 

qarayara 

Aueski xəstəliyi 

exinokokkoz 

hidroperikardit 

leptospiroz 




quduzluq 

paratuberkulyoz 

ət milçəyi Cochliomiya hominivora sürfələri ilə zədələnmə 

ət milçəyi Chrysoraya bezzina sürfələri ilə zədələnmə 

trixinelyoz (trichinella spiralis) 

dabaq 


vezikulyar stomatit 

Rift vadisi isitməsi 

qoyunların kataral isitməsi 

Yaponiya ensefaliti 

tulyaremiya 

 

3. İribuynuzlu heyvan xəstəlikləri 

 

anaplazmoz 



babezioz 

bruselyoz 

kampilobakterioz 

vərəm 


viruslu diarreya 

siztiserkoz (Finnoz) 

dermatofilyoz 

enzootik leykoz 

hemoroji septisemiya 

yoluxucu rinotraxeit/yoluxucu vuvovaginit 

teylerioz 

trixomonoz 

süngərvari ensefalopatiya 

kontagioz plevropnevmoniya 

taun 

yoluxucu düyünlü dermatit 



 

4. Qoyun və keçi xəstəlikləri 

 

qoyunların epididimiti (Brusella ovis) 



qoyun və keçilərin bruselyozu (Brusella ovisdən başqa) 

keçilərin artriti/ensefaliti 

yoluxucu aqalaktiya 

keçilərin yoluxucu plevropnevmoniyası 

qoyunların enzootik abortu (qoyunların xlamidiozu) 

skrepi 


medi-visna 

taun 


çiçək 


5. Təkdırnaqlı heyvan xəstəlikləri 

 

atların yoluxucu metriti 



cütləşmə xəstəliyi 

atların yoluxucu ensefalomieliti (qərb və şərq) 

epizootik limfangit 

atların yoluxucu anemiyası (qanazlığı) 

atların qripi 

atların piroplazmozu 

atların rinopnevmoniyası 

manqo 


atların çiçəyi 

atların viruslu artriti 

atların qoturluğu 

atların Venesuela ensefalomieliti 

atların Afrika taunu 

 

6. Donuz xəstəlikləri 

 

atrofık rinit 



bruselyoz 

transmissiv qastroenterit 

enteroviruslu ensefalomielit 

vezikulyar xəstəlik 

Afrika taunu 

klassik taun 



 

7. Quş xəstəlikləri 

 

yoluxucu bronxit 



yoluxucu larinqotraxeit 

vərəm 


ördəklərin viruslu hepatiti 

ördəklərin viruslu enteriti 

pasterelyoz 

yoluxucu bursit (Qamboro xəstəliyi) 

Marek xəstəliyi 

mikoplazmoz (mikroplazma qalliseptikum) 

xlamidioz 

pulloroz (tifoz) 

yüksək patogenli quş qripi 

Nyukasl xəstəliyi 



 

8. Dovşan xəstəlikləri 


 

miksomatoz 

dovşanların hemoroji virus xəstəliyi 

 

9. Arı xəstəlikləri 

 

akarapidoz 



Amerika çürüməsi 

Avropa çürüməsi 

varroatoz 

arı gənəsi Tropilaelaps 



 

Yüklə 21,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə