Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə1/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
  1   2   3   4   5   6   7   8   9   ...   276


KBT  Я25

UOT (059)

Baş  redaktor: 

Kərim Tahirov,

professor, 

Əməkdar mədəniyyət işçisi

Məsul katib:    

    Nailə Alışova 

 

Redaktor:    Gülbəniz Səfərəliyeva

 

      Əməkdar mədəniyyət işçisi       

 

Əlamətdar  və  tarixi  günlər  təqvimi 

-  2018  /baş  red.

 

K.Tahirov;  red. 

G.Səfərəliyeva; məsul katib N.Alışo-

va.- Bakı, 20

17.- 578

 

s.

ISBN 978 9952 476 18 7 

© 

Azərbaycan Milli Kitabxanası, 2017.

2018


ƏZİZ OXUCULAR!

Sizə  təqdim  etdiyimiz  “Əlamətdar  və  tarixi  günlər 

təqvimi” 1961-ci ildən  nəşr edilir. 1970-ci ilin oktyabr 

ayından 


“Kitabxana  işçisinə  kömək”  adı  ilə  çap  olunan 

vəsaitin nəşri 1992-ci ildə dayandırılmış, 2005-ci ildən isə 

“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə yenidən çap 

olunmağa başlanmışdır.

Bu illər ərzində təqvim daha da təkmilləşdirilmiş, möv-

zu üzrə bölmələrin sayı artırılaraq həcmi genişləndirilmiş, 

əhatəli məlumat mənbəyi kimi formalaşmışdır. 

Təqvimin  əsas  məqsədi  geniş  oxucu  kütləsi  və  mü-

təxəssislərə respublikanın ictimai-siyasi, iqtisadi, mədəni, 

elmi həyatında baş verən ən mühüm hadisələri, kitabxana 

işi haqqında və başqa dəqiqləşdirilmiş məlumatları çatdır-

maqdır. 


Mədəniyyət  işçiləri,  müəllimlər,  ziyalılar,  kütləvi 

informasiya  vasitələri  və  əsasən  də  kitabxana  işçiləri 

üçün  nəzərdə  tutulan  bu  vəsaitin  hər  buraxılışının  mü-

qəddiməsində nəşrin məzmunu, forması geniş şəkildə açı-

lır. 

Təqvimin bu sayı Azərbaycan xalqının ümummilli lide-



ri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Əliyev Heydər 

Əlirza oğlunun anadan olmasının 95 illik yubileyinə həsr 

olunmuşdur. 

Qeyd etmək lazımdır ki, bu il eyni zamanda Mart soy-

qırımının 100-cü ildönümü, Azərbaycan Xalq Cümhuriy-

yətinin yaranmasının 100 və Azərbaycan Milli Kitabxa-

nasının  95  illik  yubileyi  də  qeyd  ediləcəkdir.  Elm  və 

mədəniyyətə  yüksək  qiymət  verən  ulu  öndər  Heydər 

Əliyev 4 dəfə (1995 – 6 iyul; 1996 – 4 mart; 1997 – 5, 20 



noyabr) Milli Kitabxanaya gəlmiş və öz şəxsi kitabxana-

sından yüzlərlə kitabı bu elm məbədinə hədiyyə etmişdir. 

Təqvimdə Ulu Öndərin həyat və fəaliyyəti, mədəniy-

yətimizə və kitabxanamıza böyük diqqət və qayğısını əks 

etdirən zəngin məlumatlar öz əksini tapmışdır.



Təqvimdə 2018-ci ildə yubileyləri qeyd olunacaq görkəmli şəxsiyyətlər haqqında məlumatlar və 

əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 



Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-

ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq; 

Mədəniyyət. Maarif. Təhsil; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.

Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.

Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən 

görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir. 

Hər  bir  məlumatda  yubileyi  qeyd  olunacaq  şəxsin  doğulduğu  gün,  ay,  il,  əlamətdar  hadisənin                 

başvermə tarixi göstərilmişdir.

2018-ci ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 

məlumat əldə etmək olar.

Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-

rilmiş, təqvimin sonunda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 

Təqvim  materialları  üçün  ədəbiyyat  seçilərkən  ən  yeni  və  məzmunca  uyğun  kitablara,  jurnal  və 

qəzet məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üs-

tünlük verilmişdir.

Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı 

bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.



Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;

Е-ma

il: metodik@anl.az

  Təqvim-2018


3

Yaponiyada  və  digər  Şərq  ölkələrində  qəbul 

edilmiş təqvimə əsasən 12 illik dövr daxilində hər 

il müəyyən heyvan işarəsi altında keçir. Bu təqvimə 

əsasən, 2018-ci il Sarı Torpaq İt ili üzərində təhvil 

olacaq. 


İt  narahat  varlıqdır  və  bütün  il  bizim  əmin-

amanlığımızın  keşiyində  duracaq.  İt  özlüyündə 

ədaləti  təcəssüm  edir,  hər  şey  dəqiq  və  ədalətlə 

olacaq.


İt ilində doğulanlar vəfalı və məsuliyyətli olur, 

sirr saxlamağı bacarır, eyni zamanda ədalətsizliyə 

dözmürlər. Koreyalılar inanırlar ki, itlər fövqəltəbii 

qüvvəyə  və  şeytanı  qovmaq,  gələcəkdən  xəbər 

vermək qabiliyyətinə malikdirlər.

Bu  adamlar  ən  yaxşı  insani  keyfiyyətlərə 

malikdirlər.  Lakin  bir  qədər  xudpəsənddirlər, 

qəribədirlər  və  ağlasığmaz  dərəcədə  tərsdirlər. 

Var-dövlətə  çatmağa  can    atmırlar,  lakin  həmişə 

əllərində  pul  olur.  Emosional  cəhətdən  soyuq 

və quru ola bilərlər. Çox şeyə tənqidi yanaşırlar, 

dilləri  acıdır.  Nə  uğrunda  mübarizə  apardıqlarını 

bilir və həmişə ədalətin tərəfində dururlar. İşi axıra 

çatdırır və adətən qalib gəlirlər. Onların sırasından 

gözəl rəhbərlər yetişir.

İt ili 2018-ci ilin bir çox cəhətdən əlamətdar ola-

cağını vəd edir. Əlbəttə ki, bütün zodiak işarələri 

üçün uğurlu olmaya bilər, bununla belə müəyyən 

şanslardan istifadə etmək imkanınız olacaq.

Şərq ulduz falına görə, 4 ünsür  mövcuddur: Od, 

Torpaq, Hava və Su. Bütün bu ünsürlər tamamilə 

fərqlidir,  lakin  bəzi  oxşar  cəhətləri  müsbət  ox-

şarlıq kimi qiymətləndirmək olar. 2018 il Torpaq 

ünsürünün  himayəsi  altında  keçəcək.  Bu  isə  o 

deməkdir ki, Torpaq ünsürünə aid olan bürclərin 

bəxti gətirəcək. Bütövlükdə bu il insanlar ehtiyatlı 

olacaq. Torpaq ünsürü sizə müdriklik, səbr və güc 

verəcək.


Od  ünsürünün  himayəsi  altında  doğulanla-

rın  bəzi  problemləri  ola  bilər.  Bu  çəkişmələrdən 

qaçmağın  yeganə  yolu  odur  ki,  dəyişməyəni 

dəyişdirməyə  cəhd  göstərməyəsiniz.  Siz  sadəcə 

dincəlməli  və  baş  verənləri  aydınlaşdırmalı  ola-

caqsınız.

Hava ünsürünə aid olanlar üçün 2018-ci il çox 

faydalı  dəyişikliklər  gətirəcək,  lakin  onları  düz-

gün qəbul etmək lazımdır. Əgər siz öz həyatınızı 

dəyişmək  istəyirsinizsə,  onda  yaxşı  olardı  ki, 

bunu ilin sonuna saxlayasınız, çünki həmin döv-

rün  əvvəlində  və  ortalarında  Şərq  təqviminin 

mütəxəssisləri risk etməməyi və kainatın bəşx et-

diyi həm yaxşı, həm də pis hadisələri qəbul etməyi 

məsləhət görürlər.

Su  ünsürü  Torpaq  istisna  olmaqla,  daha  çox 

şanslar və nailiyyətlər qazanacaq. Su ünsürünə aid 

olan bürclər özlərini və  ətraf  aləmi dərk  edəcək. 

Problemlər  artıq  ilin  əvvəlində  gələ  bilər,  ancaq 

bu,  öz  səhvlərimizdən  düzgün  nəticə  çıxarma-

ğa kömək edəcək. Bundan başqa təhsildə uğurlar 

gözlənilir, odur ki, buna xüsusi diqqət edin.

Torpaq  ünsürünə  aid  olan  bürclərin  hər  şeydə 

bəxti gətirəcək. Amma bu, o demək deyil ki, siz 

boş-bekar  oturmalısınız.  Şərq  münəccimləri  öz 

qorxularınızı  qəbul  etməyi  və  onlara  mümkün 

qədər tez qalib gəlməyi məsləhət görür. Çünki bu-

nun üçün başqa vaxt gözləmək lazım deyil. 



İT İLİ

Ə d ə b i y y a t 

İt ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.142-143. 

http://ikisahil.az/?page=9&newsId=94000&lang=aze

2018-ci il - Sarı torpaq İT ili


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə