Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə1/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
  1   2   3   4   5   6   7   8   9   ...   204


KBT  Я25

UOT (059)

Baş redaktor: 

K.M.Tahirov,

professor, 

Əməkdar mədəniyyət işçisi

Məsul katib:    

    N.Alışova 

 

Redaktor:    Gülbəniz Səfərəliyeva

 

      Əməkdar mədəniyyət işçisi       

      Əlamətdar  və  tarixi  günlər 

təqvimi  -  2016  /baş  red.  K.Tahirov; 

red.  G.Səfərəliyeva;  məsul    katib  

N.Alışova; 

M.F.Axundov 

ad. 

Azərbaycan Milli Kitabxanası.-Bakı, 

2015.-430 s.

© Azərbaycan Milli 

Kitabxanası, 2015

ISBN 978 9952 504 20 0

2016


ƏZİZ OXUCULAR!

Sizə  təqdim  etdiyimiz  “Əlamətdar  və  tarixi  günlər 

təqvimi” 1961-ci ildən  nəşr edilir. Əvvəllər 3 aydan bir - 

ildə  4  dəfə  nəşr  edilən  təqvim,  1970-ci  ilin  oktyabr  ayın-

dan etibarən “Kitabxana işçisinə kömək”, 2005-ci ildən isə 

yenidən  “Əlamətdar  və  tarixi  günlər  təqvimi”  adı  ilə  nəşr 

olunur.

Bu illər ərzində təqvim daha da təkmilləşdirilmiş, mövzu 



üzrə bölmələrin sayı artırılaraq həcmi genişləndirilmiş, ge-

niş məlumat mənbəyi kimi formalaşdırılmışdır. 

Təqvimi nəşr etməkdə əsas məqsəd geniş oxucu kütləsinə 

və  mütəxəssislərə  respublikanın  ictimai-siyasi,  iqtisa-

di,  mədəni,  elmi  həyatında  baş  verən  mühüm  əlamətdar 

hadisələri və başqa dəqiqləşdirilmiş məlumatları çatdırmaq-

dır.  Mədəniyyət  işçiləri,  müəllimlər,  kütləvi  informasiya 

vasitələri  və  əsasən  də  kitabxana  işçiləri  üçün  nəzərdə  tu-

tulan  bu  vəsaitin  hər  buraxılışının  müqəddiməsində  nəşrin 

məzmunu, forması geniş şəkildə açılır. 

Təqvimin bu sayı dahi Azərbaycan şairi və mütəfəkkiri 

Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuşdur. 

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcı-

lığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ay-

rılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı 

və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın 

və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta 

Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə 

bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya 

poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş et-

mişdir.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar 



poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü 

elmi-fəlsəfi  fikirlərlə  zənginləşdirmiş  və  şeiriyyəti 

görünməmiş  yüksəkliklərə  qaldırmışdır.  Mütəfəkkir  şairin 

məşhur  “Xəmsə”si  insanlığın  mənəvi  sərvətlər  axtarışının 

zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sıra-

sında layiqli yer tutur.

Nizami  irsi  uzun  zamandan  bəri  dünya  elmi-ədəbi  fik-

rinin  diqqət  mərkəzindədir.  Ölkəmizdə  dahi  şairin  əsərləri 

dəfələrlə  nəşr  olunmuş,  ədəbi  irsinin  öyrənilməsi  və  tanı-

dılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar 

meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk 

dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır.

Təqvimdə Nizami Gəncəvinin həyat və fəaliyyətinə dair 

zəngin məlumatlar öz əksini tapmışdır.




Təqvimdə  2016-ci  ildə  yubileyləri  qeyd  olunacaq  görkəmli  şəxsiyyətlər  haqqında  məlumatlar  və 

əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 



Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-

ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq; 

Mədəniyyət.Maarif.Təhsil; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.

Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.

Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən 

görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir. 

Hər  bir  məlumatda  yubileyi  qeyd  olunacaq  şəxsin  doğulduğu  gün,  ay,  il,  əlamətdar  hadisənin                 

başvermə tarixi göstərilmişdir.

2016-cı ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 

məlumat əldə etmək olar.

Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-

rilmiş, təqvimin sonunda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 

Təqvim materialları üçün ədəbiyyat seçilərkən yeni və məzmunca ən uyğun kitablara, jurnal və qəzet 

məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük 

verilmişdir.

Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı 

bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.



Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;

Е-mail: metodik@anl.az

  Təqvim - 2016


3

Yaponiyada və digər Şərq ölkələrində qəbul edil-

miş təqvimə əsasən 12 illik dövr daxilində hər bir il 

müəyyən  heyvan  işarəsi  altında  keçir.  Şərqdə  çox 

məşhur olan bu təqvimə əsasən 2016-cı il Meymun 

ilidir. İl 2016-cı ilin fevral ayının 8-də başlayacaq. 

Meymun ilində dünyaya gələnlərin xarakteri aşağı-

dakı kimidir: 

Meymunda yumor hissi güclü olsa da o, bic və 

hiyləgərdir. Ünsiyyətcildir, elə təəssürat yaradır ki, 

bütün heyvanlarla yola gedir. Meymun zahirən çox 

lütfkar və xidmətkar olsa da başqaları haqqında ne-

qativ düşünür və fikirlərini başqalarına qarşı mehri-

ban münasibəti ilə gizlədir. O, digər bütün heyvan-

lara nifrət edir və özünü hamıdan yüksək sayır. 

Meymun ilində anadan olanlar intellektualdırlar. 

Onlarda öyrənmək, bilik qazanmaq ehtirası güclü-

dür. Çox oxumuşdurlar, məlumatlıdırlar, gözəl yad-

daşları var.

Onlar  ən  etibarsız  və  ziddiyyətli  adamlardır. 

Ağıllı,  çevik,  zirək  və  orijinaldırlar,  ən  mürəkkəb 

problemləri  asanlıqla  həll  edirlər.  Meymunun  in-

sanları ələ salmaq, axmaq yerinə qoymaq sahəsində 

xüsusi məharəti vardır. Ən güclü, dözümlü və diri-

baş olan Əjdahanı belə ələ sala bilir. Demək olar elə 

fəaliyyət meydanı yoxdur ki, meymunlar orada ra-

hat olmasınlar. İstənilən işi təcili görmək istəyirlər. 

Lakin  onları  işlərindən  ayırmaq  və  fikirlərindən 

daşındırmaq  asandır.  Ən  yüngül  maneə  belə  qan-

larını qaraldıb planlarını poza bilər. Bir çoxları öz 

qətiyyətsizlikləri  ilə  fərqlənirlər.  Onlar  tempera-

mentli və öz bildiklərini edən, tez qızışan, lakin yola 



Meymun ili

Ə d ə b i y y a t 

Meymun ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.141.

Meymun ili //Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed. İ.İsgəndərov, 

M.İsgəndərova; red. T.Məmmədov.- Bakı, 2006.-S.75-76. 

Meymun ili //Bürclər taleyimizdən xəbər verir /tərc. və tərt. ed. R.Nəbioğlu.- Bakı, 2010.- S.145-146.

gələn olurlar. Qərar qəbul etməyi bacarır, sağlam 

düşüncəyə  malik  olurlar.  Maneçilik  olmadıqda 

bir çoxları şöhrət qazana bilərlər.

Çox hiyləgər və diplomatik olan meymun ən 

çətin  vəziyyətlərdən  çıxa  bilir.  O,  müstəqildir, 

fərdiyyətçidir. Ona heç bir təsir göstərmək olmur, 

özü  müəyyən  bir  variantı  seçir.  Bir  sıra  mənfi 

xüsusiyyətlərinə  baxmayaraq  (şöhrətpərəstlik, 

yalançılıq, məsxərəçilik) xoşa gəlməyi bacarır.

Meymun  istənilən  sahədə  (siyasət,  diploma-

tiya, kommersiya, sənaye, maliyyə) uğur qazana 

bilər. 



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə