Åkcp{ig-fcghycß



Yüklə 4,99 Kb.
Pdf görüntüsü
səhifə1/46
tarix15.03.2018
ölçüsü4,99 Kb.
#32462
  1   2   3   4   5   6   7   8   9   ...   46


 

“NƏHCÜL-BƏLAĞƏ”
 
HEKAYƏTLƏRİ
 
 
(
140 HEKAYƏT

ÖN SÖZ
 
Əlinizdəki kitabın hərtərəfli mütailəsi üçün aşağıda qeyd olunananlara diqqət yetirmək lazımdır. 
Quranın qardaş ı sayılan “Nəhcül bəlağə” üç hissəyə bölünür: 
1-Xütbələr; 
2-Məktublar; 
3-Qısa kəlamlar. 
“Nəhcül-bəla
ğə” haqqında çox sözlər deyilmiş və onun şə”ninə bir çox təriflər söylənilmişdir: 
“Nəhcül-bəla
ğə”-mərifət dəryası. 
“Nəhcül-bəla
ğə”-səadət və əzab yollarını özündə əks etdirən albom. 
“Nəhcül-bəla
ğə”-zülm və istismardan nicat kitabı. 
“Nəhcül-bəla
ğə”-təkamül və inkişaf kitabı. 
“Nəhcül-bəla
ğə”-zaman və dövrü əhatə edən ictimai siyasi kitab 
“Nəhcül-bəla
ğə”  sanki  keçmiş ,  müasir  dövr  və  gələcək  üçün  yazılmış,  zaman  keçdikcə  köhnəlmək  bilməyən,  əksinə  günbəgün 
təzələnən bir kitabdır. 
“Nəhcül-bəla
ğə”də bütün bəşəri biliklər və dünya baxımı üsulları özünə məxsus yer tutur. Dini siyasətdən ayıranlar yaxşı olardı ki, 
“Nəhcül bəlağə”ni mütaliə edib yanlış  və kor təsəvvürləri özlərindən uzaqlaş dırsınlar. 
Qeyd etmək yerinə düş ərdi ki, bu təriflərin ən yaxş ısı və ürəyə yatımı “Nəhcül-bəlağə”-Əxul-Quran” (Quranın qardaş ı) adlığıdır. 
İ slamda Qurandan sonra heç bir kitab öz əzəmət və dəyərində “Nəhcül-bəlağə” kimi qiymətli hesab olunmamışdır. Ədiblərə ədəbi örnək, 
siyasətçilər üçün siyasi, əxlaq sahibləri üçün əxlaqi, etiqadi, fəlsəfi və irfani mühəqqiq arif və nicat axtaranlar eləcədə ictimai məzhəbi və 
s... insanlar üçün Quranın bətni və beyni sayılan “Nəhcül-bəlağə” sanki Allah tərəfindən nazil olan asimani bir vəhydir ki, Həzrət Cəbrayıl 


 

onu kəlmə-kəlmə Əmirəl-Möminin Əli (əleyhissalam)-a çatdırmış dır. Sanki bu vəhylər nübüvvət ağacı və insani dəyərlər məxzənindən 
faydalanan Həzrət Əli əleyhissalam üçün göndərilibdir. 
“Nəhcül-bəlağə”  Qurandan  sonra  ən  böyük  kəşf  mənbəyi  sayılaraq  insana  kamilliyin  ən  uca,  əlçatmaz  və  ün  yetməz  zirvələrinə 
yiyələnmək üsulunu öyrədir. Bu kitab Quranın güzgüsüdür və öz nurunu Qurandan əxz edibdir. 
Həzrət Əli əleyhissalam bu barədə belə buyurubdu: 
 “Elm və mərifət seli vücudumdan caridir, fikir səmasının ən yüksək zirvəsinə uçan quş lar belə mənim böyük və yüksək məqamıma çata 
bilməzlər.”
1
 
Körkəmli və məhş ur sünni alimlərindən biri olan İ bni Əbil Hədid “Nəhcül-bəlağə”nin ş ərhi barədə (ən yaxş ı ş əhrlərdəndir və 20 
cilddə çap olunub) yazır: 
“Elm çöllərdə aş ıb-daş dı, lakin axıra çatmadı, elə çöl torpaqlarındaca qurudu.”
2
 
Yəni “Nəhcül-bəlağə”yə yazdığı bu ş ərhinin coş ğun və gurultulu olmasına baxmayaraq bu geniş  elm biyabanında itib-batır. 
Bir ş əxs Əli əleyhissalamdan soruşdu: Sizdə vəhydən bir ş ey varmı? 
İ mam buyurdu: “Xeyr, and olsun  toxumu yarıb insanı yaradan  Allaha  ki, bizim vəhyimiz Quranı öyrənib  dərk etməkdən savayı bir şey 
deyildir.” 
Böyük  ş iə  alimi  Əllamə  Təbatəbai  bu  hədisi  qeyd  etdikdən  sonra  buyurur:  “Bu  rəvayət”  hədislərin  qururundandır.  Və  bu  hədisdə 
dəlalət edici bir ş ey varsa oda budur ki, Həzrət Əli əleyhissalamın buyurduğu fikir və ağılları heyran qoyan maarif möcüzələrinin Qurani 
kərimdən olması iddiasıdır. 
2-”Nəhcül  bəlağə”nin  toplayanı:  İ mam  Əli  (əleyhissalam)-ın  sözlərini  “Nəhcül-bəlağə”  ş əklində  toplayıb  yığan  əsrin  böyük 
alimlərindən biri olan Seyyid Rəzi Seyyid Mürtəzanın qardaş ı olmuş dur, hər iki qardaş  ş iə alimi sayılaraq böyük istedad sahibi olmuş lar. Hər 
iki alim tarix səmasının parlaq ulduzlarındandırlar. 
Mühəmməd ibni Hüseyn ibni Musa ibni Mühəmməd ibin Musa ibni İ brahim ibni Musa ibni Cəfər Seyyid Rəzi adı ilə tanınan yeddinci 
İ mamın beşinci nəvəsi Həzrəti Musa ibni Cəfərdir ki, 359-cu hicri qəməri ilində Bağdadda dünyaya gələrək məhərrəm ayının 6-da hicri 
qəməri  tarixilə  406-cı  ildə  47  yaş ında  ikən  Bağdadda  da  dünyadan  köçmüş dü.  Onu  Kazimeyndə  İ mam  Kazim  (əleyhissalam)-ın  qəbri 
kənarında  əmanət  kimi  dəfn  edir  və  bir  müddətdən  sonra  öz  vəsiyyətinə  əsasən  pak  cəsədini  eləcə,  də  qardaş ı  Seyyid  Mürtəzanın 
cəsədini oradan çıxarıb götürür və müqəddəs Kərbəla torpağında dəfn edirlər. 
3-”Nəhcül bəlağə”nin təcziyə və təhlili! 
Qeyd olunduğu kimi “Nəhcül-bəlağə” əqidə və əməl kitabıdır. Aydındır ki, bu kitabla ətraflı surətdə tanış lıq əqidə və əməl yolunun 
müqəddiməsi  hesab  olunur.  Bu  kitabın  təcziyə  və  təhlilinin  mövzusu  onun  gözəl  surətdə  tanımaqdan  ibarətdir  ki,  bu  yolda  alimlər  böyük 
                                                 
1
“Nə hcül-bə lağ ə ”, 3-cü xütbə  
2
“Nə hcül-bə lağ ə ”nin ş ə rhi (İ bni Əbil-hə did), 1-ci cild, sə h.5 


 

tədqiqatlar  apararaq  geniş   addımlar  artmış ,  eləcə  də  bu  barədə  bir  çox  kitablar  yazmış lar.  “Xəvaric  “Nəhcül-bəlağədə,  “Beytül-mal 
“Nəhcül-bəlağədə “Beytlər (ş erlər) Nəcül-Bəlağə”-də, Quranın “Nəhcül-bəlağə ilə olan əlaqəsi”, “Əlmöcəmül-fehres li əlfazi Nəhcül 
bəlağə,”  “Nəhcül-bəlağə”-nin  elamı.  Əməli  və  nəzəri  həkəmiyyət  “Nəhcül-bəlağə”-də,
 
“Nəhcül-bəlağə”də  ş əhadət”  və  s... 
Əlinizdəki kitabın naşiri bu barədə aşağıdakı üç mövzunun təcziyə və təhlilinə dair kitab yazmış və çap etmişdir. 
1-Quran ayələri “Nəhcül-bəlağə”də. 
2-Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin sözləri “Nəhcül bəlağə”də 
(Bu kitablar Qum ş əhəri müdərris cəmiyyətinin nəzdindəki İ slam nəşriyyatı tərəfindən çap edilmiş dir.) 
3-”Nəhcül-bəlağə”, Quran vəsfləri. 
Bu kitab da İ randa çıxan qəzetlərin birində nəşr olunmuş dur. 
Bu barədə yazılan kitablardan biri də əlinizdəki 140 hekayəti əhatə edən “Nəhcül-bəlağə” hekayətləri kitabıdır ki, əziz oxuculara 
“Nəhcül-bəlağə”ni daha yaxş ı oxuyub dərk etmələrindən ötrü təqdim olunur. Bu kitab gözəllik və çirkinliklərin aynası və sınanmış ıdır. 
“Nəhcül-bəlağə”  hekayətləri”  sadə  və  ümumi  dildə  yazılmış   bir  əsərdir  ki,  buradakı  müxtəlif  dastanların  çoxu  Həzrət  Əli 
(əleyhissalam)-ın xilafəti hakimiyyəti dövründə baş  verib. Kitabdakı dastanlar siyasi-iqtisadi, əxlaqi-ictimai və dini sahələri özündə əhatə 
etmiş dir. Kitabdakı dastanların yazılış  qaydaları ilə maraqlananlar üçün aş ağıdakı beş  mühüm ş eyi qeyd etmək daha yerinə düş ərdi: 
Kitabın ərsəyə gəliş ində meyarımız “Nəhcül-bəlağə”dən hekayət seçməkdir. Belə ki, yarısından çoxu dastana bənzəyən mətləblər 
dastan  baş lığı  altında  dərc  olunubdur.  Əgər  xütbə  ya  danış ıqda  yalnız  bir  cümlə  ilə  dastana  iş arə  olunmuş dursa  dastan  burada  qeyd 
olunmayıbdır. 
Bəzən bir dastanın bir neçə xütbə ya məktubda eləcə də bir xütbə ya bir məktubda və ya daha artıq gəldiyini müş ahidə edirik ki, müəllif 
onların hamısını sətirlərin sonunda iqtisabla varağı axırında sənədi ilə birgə qeyd edibdir. 
Dastanın təbii duyumluğu adətən hadisələri daha yaxş ı büruzə verməkdən ötrü qeyd olunubdur. Belə ki, bu zəminədə müxtəlif tarix 
kitablarından, eləcə də “Nəhcül-bəlağə” ş ərhlərindən bəhrələnmiş dir. Kitabdakı dastanların mehvəri “Nəhcül-bəlağə”nin öz mətni 
olaraq elə onun hədəfləri çərçivəsində düzəlmiş dir. 
Hər bir dastanın rəvan və axıcı bir dillə, eləcə də naməlum əlavə və qondarmalardan uzaq tənzim olunması nəzərdə tutulmuş dur. 
Dastanlar nömrələnərək Sübhü Salehin yazdığı “Nəhcül-bəlağə” ş əklində tərtib olunmuş dur. 
İ mam Əli (əleyhissalam) öz xütbələrinin birində buyurur: “Ey Allahın bəndələri, ruzigar keçmiş zamanlarda keçmişdəkilər üçün nə cür 
idisə, sizlər üçün də o cür keçir.”
3
 
Gəlin  biz  də  “Nəhcül-bəlağə”  dastanları  güzgüsündə  səadət  yolunu  tapıb  ona  qovuş aq  və  İ mam  Əli  (əleyhissalam)-ın  təlimləri 
ə
sasında öz mənəvi inkiş afımızı daha da yüksəklərə ucaldaq. 
 
                                                 
3
“Nə hcül-Bə lağ ə ”, 157-ci xütbə  


Yüklə 4,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə